Ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi




Yüklə 7.58 Kb.
tarix21.02.2016
ölçüsü7.58 Kb.


Azərbaycan Respublikasından olan iştrakçıların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltəf edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin Sərəncamı

Azərbaycan Respublikası Kostitusiyasının 109-cu məddəsinin 32-ci bəndini rəhbər tutaraq, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” vahid yubeley medalı haqqında MDB dövlər başçıları Şusarısını 2013-cü il 25 oktyabr tarixli qərarına uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilsinlər:

1.1. SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;

1.2. faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər;

1.3. Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;

1.4. “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və “Yaponiya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuş, həmçinin “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalının vəsiqəsi, yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər;

1.5. Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”, “Leninqradın müdafiəsinə görə”, “Moskvanın müdafiəsinə görə”, “Odessanın müdafiəsinə görə”, “Sevastopolun müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Kiyevin müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “Sovet Zapolyaryesinin müdafiəsinə görə” medalları ilə təltif olunmuş şəxslər;

1.6. “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalının vəsiqəsi olan şəxslər;

1.7. “Blokadada olan Leninqrad sakininə” nişanı ilə təltif olunmuş şəxslər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görsün;



2.2. yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahılarının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

şəhəri, 2 fevral 2015-ci il.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə