Chevrolet şirkəti və Bir Dünya Futbol Layihəsi çərçivəsində 1 Milyonuncu Futbol Topunun Təqdim Olunması Mərasimi




Yüklə 19.71 Kb.
tarix23.04.2016
ölçüsü19.71 Kb.



Chevrolet şirkəti və Bir Dünya Futbol Layihəsi çərçivəsində 1 Milyonuncu Futbol Topunun Təqdim Olunması Mərasimi

2014-09-15

  • Chevrolet şirkəti və Bir Dünya Futbol Layihəsi 60-dan artıq ölkənin ərazisində bu möhtəşəm futbol toplarının yayılmasına nail olmuş və Afrika, Asiya, Amerika və Avropad qitələrində təxminən 30 milyondan çox gənclərin bu oyuna qatılmaqları üçün öz səylərini əsirgəməmişdir.

  • 1 Milyonuncu Top - Bir Dünya Futbol Layihəsi Chevrolet şirkətinin Cənubi Afrikada futbol hazırlıq məktəblərinin yenidən qurulması ilə əlaqədar keçirilən bayram mərasiminin bir hissəsidir.

  • Mançester Yunayted komandasının əfsanəsi olan Qari Beyli topun təqdim olunması mərasimində və meydançada çıxış etmək mərasimində iştirak etmişdir.

DETROYT - Chevrolet şirkəti Bir Dünya Futbol Layihəsi ilə birgə əməkdaşlıq şəraitində və hər şeyin idman oyunları vasitəsilə mümkün olduğunu nümayiş etdirmək məqsədi ilə Chevrolet brendinin hədiyyə etdiyi 1 Milyonuncu Top - Bir Dünya Futbol adlanan epik fəaliyyət mərhəlisinə nail olmuşdur.

1 Milyonuncu Top - Bir Dünya Futbol layihəsi çərçivəsində, hədiyyə futbol topu şənbə günü Cənubi Afrikanın Hammanskraal şəhərində yerləşən " Mabu-a-tlou" adlanan qızlar üçün ibtidai məktəbin şagirdlərinə hədiyyə olunmuşdur. Təqdim olunma mərasimi Mabu-a-tlou Lebala La Metshameko-nun ("Mabu-a-tlou İdman Meydançası") açılışı zamanı baş vermişdir, bu zaman Chevrolet Şirkəti Hammanskraal vilayəti və onun ətraf ərazilərində Qızlar Futbol Proqramının həyata keçirilməsi üçün yaxından iştirak etmişdir.

"Chevrolet Şirkəti üçün bu mərasim təkcə Bir Dünya Futbol layihəsini həyata keçirmək deyil, həm də bizim üçün topun nəyə qadir olduğunu nümayiş etdirməkdən ibarət idi." - bu sözləri Tim Mahoni, Qlobal Chevrolet Şirkətinin Marketinq üzrə Direktoru bildirmişdir. 1 milyonuncu topun hədiyyə olunması mərasimi bizim dünya uşaqlarına yardım etmək fəaliyyətimiz üçün möhtəşəm bir mərhələ kimi və həmçinin "oyun vasitəsilə hər şey mümkündür" fikrinin reallaşdırılması kimi sayıla bilər ".

Cənubi Afrikada keçirilən 1 Milyonuncu Top - Bir Dünya Futbol Layihəsinin Təsisçiləri Tim Jahnigen və Liza Tarverə Chevrolet Şirkətinin rəhbərləri, Mançester Yunaytedin əfsanəsi Qari Beyli, yerli yüksək vəzifəli şəxslər və məktəblilər bu mərasimi qeyd etmək üçün qoşulmuşlar.

"Bir Dünya Futbol Layihəsi futbol oyunu haqqındadır - oyun baş verən zaman, tərəqqi baş verir" - deyə, Jahnigen bildirmişdir. "Biz oynayanda, münaqişələr ani olaraq unudulur, əməkdaşlıq başlayır, ümidsizlik hissləri sevinclə əvəz olunur. Bu oyun ən bədbin hallarda belə, ümid, xoş əhval-ruhiyyə və nikbinlik hisslərini oyanması üçün şərait yaradır. Top unikal texnologiya xüsusiyyətlərinə malik olmağına baxmayaraq, əsl sehrli qüvvə topda deyil, məhz uşaqlara topla oynamağa icazə verildiyi zaman özünü göstərir. Top insanın malik olduğu potensialını açan bir vasitədir. Biz buna görə bu layihəni təsis edənlərə öz minnətdarığımızı bildiririk. Chevrolet şirkəti ilə əməkdaşlığımız sayəsində, biz öz missiyamızı yerinə yetiririk və oyunun qüdrətini daha da artırmaq və öz həyatımızı dəyişmək üçün səy göstəririk".

Chevrolet şirkəti 2012-ci ildə keçirilən Bir Dünya Futbol Layihəsinin əsas təsisçisi qismində çıxış edərək, üç il ərzində Chevrolet Brendinin istehsal etdiyi 1.5 milyon sayda topun hədiyyə olunması və bölüşdürülməsi zamanı öz dəstəklərini əsirgəməmişdir. Bir Dünya Futbol Layihəsi çərçivəsində hədiyyə olunan toplar bütün dünyada müharibədən zərər çəkmiş ərazilərdə aparılan proqlamlarda və orada yerləşən məktəblərdə, qaçqın düşərgələrində, fəlakət zonalarında və digər aztəminatlı icma proqramlarında və məktəblərdə paylanılır və həmçinin şirkət, münaqişələrin həlli, gender bərabərliyi, səhiyyə sahəsinin maarifləndirilməsi və digər zəruri həyat fəaliyyətlərini həyata keçirmək və inkişaf etdirmək üçün idman və oyunlardan istifadə edən təşkilatların geniş şəbəkəsi ilə əməkdaşlıq edir.

Chevrolet Şirkətinin təsis etdiyi Bir Dünya Futbol Layihəsi 60-dan çox ölkədə həyata keçirilmiş, Afrika, Asiya, Amerika və Avropada təxminən 30 milyon gənclərin futbol oyununa cəlb olunmasına vəsilə olmuşdur və o cümlədən:


  • Bir Dünya Futbol layihəsi Kolumbiyada həyata keçirilən zaman, yerli gənclərə bu oyundan həyatın gündəlik problemlərini aradan qaldırmaq və ya onlardan azad olmaq üçün bir yol kimi istifadə etmək öyrədilmiş və həmçinin fəaliyyətdən məhrum olmuş sahələrdə yerli gənclərə alternativ bir fəaliyyət növü kimi təqdim olunmuşdur.

  • Bu oyun Tailandın əsasən kənd ərazilərində yerləşən uşaq evlərinə və məktəblərə yayılmış; bu ərazilərdə hər 100 Tailandlı uşaqdan yeddisi valideyn qayğısına həsrət qalmışdır.

  • Bir Dünya Futbol Layihəsi Çikaqo (ABŞ) dairəsində uşaqların oynaya biləcəyi və dəyərli həyat bacarıqlarını öyrənəcəyi yerdə şəbəkə mədəniyyətini bir yerə gətirmək üçün təkan vermişdir.

  • Bir Dünya Futbol Layihəsi Keniyanın ən ucqar rayonlarında, qadınların çox az hüquqlara malik olduğu yerdə, qızlara öz səs hüquqlarını tapmaqda kömək etmişdir.

Çox uzun müddət ərzində davamlı şəkildə istifadə olunması nəzərdə tutulan Bir Dünya Futbol Layihəsi çərçivəsində istehsal olunan toplar istirahət zonaları, müxtəlif idman-əyləncə yerləri üçün yüksək texnologiyalar sahəsində bir irəliləyiş təmsil etmişdir, hətta zədələndikdə belə, bu top heç vaxt boşalmır və illərlə, hətta, ən sərt sayılan mühitlərdə belə bu topdan istifadə oluna bilər.

1 Milyonuncu Top + Bir Dünya Futbol Layihəsi və Mabu-a-tlou Lebala La Metshameko meydançasının açılışı layihəsi Chevrolet Şirkətinin Mart ayında başlanmış və dünyanın bütün idman sevərlərini bir yerə gətirən və oyun vasitəsilə hər şeyə nail olmağın mümkün olduğunu sübut edən Qlobal "Siz nə üçün bu oyunu oynayırsınız?" kampaniyasının bir hissəsi sayılır.

Chevrolet Şirkəti və Bir Dünya Futbol + Layihəsinin arasında olan tərəfdaşlığın bütün dünyada uşaqlarına oyun vasitəsilə hər şeyə nail olmağın mümkün olduğu anlamını başa düşməkləri üçün yardım etməsi haqqında daha çox öyrənmək üçün www.chevroletfc.com və www.oneworldfutbol.com saytlarına daxil ola bilərsiniz.

Bir Dünya Futbol Layihəsi Haqqında

2010-ci ildən Bir Dünya Futbol Layihəsi, bütün dünya gənclərinə Bir Dünya Futbol Layihəsinin hədiyyə etdiyi futbol topunun hazırlanması, satışı və yayılması sayəsində bu oyunun transformasiya gücünü təzahür etdirməyə nail olmuş, çünki bu futbol topunun hava nasosuna ehtiyacı yoxdur və hətta zədələndikdə belə bu top heç vaxt boşalmır. Bütün dünyada fəaliyyət göstərən korporativ sponsorlar, tərəfdaşlar, təşkilatlar və istehlakçılar arasında aparılan əməkdaşlıq sayəsində, Bir Dünya Futbol Layihəsi bu oyunun həyat bacarıqlarını öyrətmək və sosial dəyişiklikləri təşviq etmək üçün istifadə edildiyi aztəminatlı əhalinin yaşadığı ərazilərdə yayılmışdır. Mərkəzi Ofisi Kaliforniya Ştatının Berkli şəhərində yerləşən Bir Dünya Futbol Layihəsinin həmçinin Almaniyada, Voerde şəhərində də distribyuter mərkəzi mövcuddur. İndiyədək Bir Dünya Futbol Layihəsi özünün daima artan qlobal şirkətlər şəbəkəsi vasitəsilə 170-dən çox ölkəyə yayıla bilmişdir. Bir Dünya Futbol Layihəsi haqqında daha ətraflı məlumat almaq üçün, www.oneworldfutbol.com saytına daxil ola bilərsiniz. Siz, bizi həmçinin Facebook, Twitter və İnstagram-da da izləyə bilərsiniz.



Layihə və Təsisçilər haqqında:

1 Milyonuncu Top + Bir Dünya Futbol Layihəsi və Mabu-a-tlou Lebala La Metshameko meydançasının açılışı layihəsi Chevrolet Şirkətinin Mart ayında başlanmış və dünyanın bütün idman sevərlərini bir yerə gətirən və oyun vasitəsilə hər şeyə nail olmağın mümkün olduğunu sübut edən Qlobal "Siz nə üçün bu oyunu oynayırsınız?" kampaniyasının bir hissəsi sayılır. Bu tədbir 13 May, 2014-cü ildə Cənubi Afrikanın Hammanskraal şəhərində həyata keçirilmişdir.



Con Qasloli, Qlobal Chevrolet Şirkətlər Qrupunun Baş Meneceri və Tim Jahnigen Bir Dünya Futbol Layihəsinin Təsisçisi və Baş İnnovasiya İcraçısı, 1 Milyonuncu Top + Bir Dünya Futbol Layihəsi və Mabu-a-tlou Lebala La Metshameko meydançasının açılışı layihəsinin "Siz nə üçün bu oyunu oynayırsınız?" kampaniyasının açılış mərasimində iştirak etmişlər. Bu tədbir 13 May, 2014-cü ildə Cənubi Afrikanın Hammanskraal şəhərində həyata keçirilmişdir.
Tim Hendon, Chevrolet Şirkətinin (Cənubi Afrika) Ofisinin Brend Meneceri və Fillis Moletsane Mabu-a-tlou İbtidai Məktəbin təsisçisisi və sabiq direktoru rəsmi olaraq yeniləşmiş meydançanın açılışını etmişlər və burada da 1 Milyonuncu Top + Bir Dünya Futbol Layihəsi həyata keçirilmişdir.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə