Ceyranım AŞiq mustafa şixlinski ceyranim " Elm və təhsil" Bakı 2014




Yüklə 0.56 Mb.
səhifə4/4
tarix22.02.2016
ölçüsü0.56 Mb.
1   2   3   4

Aşıq Mustafa: Əziz qardaşdarım, mən bəyax dedim, qoja da olsam, o qədər qoja deyiləm. Bunu hər yerdə demək olmaz qoca söhbətini, indi sizin yanınızda deyirəm bu söhbəti. Ayrı yerdə demərəm.

Bolnis zonasında toydayam. Yəni Qoçulu kəndində, İmira­hsan kəndində işdi­yən vaxdarımdı. Məclisdə mənim üs­tümü kəsdilər ki, a Aşıq Mustafa, ayın birində bizdə toydasan. “Ayın birində bizdə toydasan” deyəndə buna baş üstə deyib cavab verdim. Aradan bir az keçmədi gənə üstümü kəsdi ki, a Aşıq Mustafa, ayın birində bizdə toydasan. Nəqqədər buna hə de­dim, əl çəkmədi. Tamada dedi ki, Qoçulu Cahangirin oğlu Dil­qəm dedi ki, bu da mamaoğludu, Aşıq Mustafa, bu sənnən niyə əl çəkmer? Dedim vallah, deyir ayın birində bizdə toydasan, mən hə demişəm, gənə əl çəkmer. Bu gün ayın biridi, bir ay var, bir aya məni zakaza tutur. Dedi Aşıq Mustafaeyi nara­hat eləmə, gəlməsə, mən özüm gətirəjəm. Ayın iyirmi be­şin­də Rustavinin Təzə kəndindən aşığın arxasınca gəldilər ki, ayın birində toya gedəjiyik. Götür­düm kitabçama baxdım gör­düm ki, mən ayın birinə zənitəm. Bunlar da məni birinə ça­ğırıf­lar. Rustavidən gələnnər də birinə çağırellar. Gördüm zənitəm, de­dim vallah, məni bağışdıyın, mən zənitəm ayın birinə. Bolnis zonasında toyda olajam. Əmə o adam içkiliydi, ola bilər ki, içki zoruna demiş olar. Biz bu işi yoxlamalıyıx. O vaxt da maşının da ucuz vaxtıydı, benzinin də ucuz vaxtıydı, beş-altı cavan oğl­annar idik, gedək. Doldux getdik, həm sərin sudan içdik, həm də toy öyünün qapısına çatanda bunun heç bir hazırrığı yoxdu. Dedim ə, dostum, toy eliyirdin, bə hanı sənin hazırrığın? Bu mana nə desə yaxşıdı? Dedi Aşıx Mustafa, mənim toyum fış­qırıxnan gedəjək. Mən öz-özümə yozdum ki, bunun dostu-tanışı çox­du, knop­koyu basajax, telefonnan zəng eliyəjək hamısına ki, sən əti gətir, sən çaxırı gətir, sən odunu gətir. Bir gündə əmələ gələn işdi. Dedim olarmı mənim də məclisim fışqırıxnan keçə? De­di nağarmax istiyirsən? Dedim sən məni buruya tək çağırıf­san. Olarmı bir aşıx da mən gətirəm, xoruz beçə kimi qabax-qa­ba­ğa döşüyək? Dedi məclis sənindi, toy sənindi, istiyirsən be­şi­ni gət.

Oydu ki, bir aşıx da götürüf, Aşıx Cəmili də götürüf get­dik məclisə. Baxdım məclis xoşuma gələn məclis döy. Mana ya­man dəydi. Dəyməkdən savayı xəbər aldım, ə, dostum, bə deyir­din toyum fışqırıxnan keçəjək. Bə hanı? Bu mana gülə-gülə, ə, sən anrı oxu dedi. “Ə” sözü də ağır sözdü. Orda yaz­dı­ğım şeirdi:
Fışqırıxnan toy eyləmək olarmı?

Toyun tədarükü qavaxdan gərək.

Toya doy deyiblər ata-babalar,

Yemək qurtarmasın qavaxdan gərək.


Göy də yox camaat yeyə. Eşikdən kabab gəler. Hisə, pasa bələnmiş kabab, arıq ətdən, suyu dama-dama. Orda yazeram ki:
Var hansı kişinin çuğun qamçısı,

Olmaz ailəsinin boş pıçıltısı.

Keçirər ocağı suyu, damcısı,

Kabab çəkilməsin pazaxdan gərək.


Yağlı ətdən yağ damar, ojax yanar. Arıq ətdən su damar, ojax keçər. Nə qədər gözdədim gördüm ki, vallah, çadırın qava­ğın­da arvadnan əl yaxıya çıxıf. Arvada tərbiyə verer. Əşi, qırx ildi arvad alıbsan, otuz ildi arvad alıbsan. Burda bir atalar sözü gö­türürəm.
Pişiyin fikri olsa mərəkdə,

Taxsırı görəllər yazıx köpəkdə.

Küçük samannıxda, gəlin gərdəkdə,

Təlim-tərbiyəsi o vaxtdan gərək.


Arvadı o vaxtı nə örgədifsən odu. Nolajaxdı. İş gəldi elə ol­du ku, uzaxdan gələn qonaxlar qaldılar, yaxınnan gələnnər get­dilər. Üzr istiyirəm, söhbət bu yerdə qaldı, burasın demək istəmerəm. Amma diyəjəm nə oluf, gizdiyəmmiyəjəm. Yaxın­nan gələnnər getdilər, uzaxdan gələnnərin yerin saldılar pad­val­dan. Kimin gözünə şirin yuxu geder, siçoul döşünə çıxan kimi gö­zün açer. Bir söz, siçoul­luxdu. Orda yazeram:
Qurtardı canını ertədən qaçan,

Yedi qulağımızı siçoul, siçan.

Öyü yıxılmışı başına uçan

Qonax çağırmasın uzaxdan gərək.


Sənin dağılmışın yoxdu yatmağa, biz yazığı padvala nəyə dol­durufsan? Savaxa yaxındı, gördüm yorğan qımıllaşer, ordan-bur­dan hənirti gəler. Axşamnan da bir şey yeməmişih. Durun görək xaşdan-zaddan varmı? Bir az ağılanax, geniyək. Savax qal­xdıx, yüyündüh, çırpındıx, yaxşı vaxtımdı. Çırpındıx, öy yi­yəsini gəze­rik, öy yiyəsi yoxdu. Axırı tapdıx, xaş da hazır döy. Burda yazeram ki:
Nəyə dayanıfsan, üzümə bir bax,

Xaşa umuddudu əylənən qonax.

Kimiyə qarın-baş, kimiyə dırnax,

Yüz-yüz də verəsən savaxdan gərək.


Mustafa yazdığın mindirər mətə,

Kimdi ki, tamarzı şorbuya, ətə.

Qoymaram zəhmətin arada itə,

Gedib çapa verəm Qazaxdan gərək.


O vaxtı çapı Qazaxdan götürürdülər, Borçalıdan götür­mördülər. Adın da yaz­mışdım buruya. Oydu ki, söz verdi qırx adamlıx Bolnisin turş bulağının üs­tündə qonaxlıx verdi. And işdim orda ki, day adını demiyəjəm. Dedi adımı desən el içində tuncur olajam. Ona görə şeirdə onun adını demerəm. Sağ olun, ağrınızı alem.

Elxan Məmmədli: Deyəsən sözümüzə əməl eliyəcəyik. Aşıq Nurəddin bizim ağsaqqal haqqında, hər halda az olmayıbsan bizim məclislərdə, dadını-duzunu görüfsən, bir neçə kəlmə də sən bizim dinləyicilərimizə danışasan. Buyurun.

Aşıq Nurəddin: Elxan müəllim, çox sağ olun. Sizin gəlişiniz bizi sevindirir. Borçalıyı sevindirir, Borçalıyı yada saler. Borçalının dünyadan gedən sənətkar­larını, hal-hazırda yaşayan sənətkarlarını yad eliyirsiniz. Allah sizə can sağlığı versin. Bunnan bahəm bu gün biz Aşıq Mustafanın evində otururux. Allah onun evini şen eləsin, hamılıxnan barabar. Mustafa gözəl sənətkardı, çox yüklü sənət­kardı. Xeyli vaxtdır mən Mustafiyi tanıyıram. Gözəl ailə başçısıdır, gözəl uşaxları var. Uşaxların hamısı atalarının sənətini götürüblər. İşdədirlər. Elimizin toyunda, şənliyində, yaxşı günlərində iştirak eliyillər. Bunnan baravar mənim uşaxlıx vaxtım idi. Hələ mən öz-özümə elə-belə çalıb-oxuyurdum sazı. Çox marağım varıydı, Aşıx Mustafa Aşıx Alyar rəhmətdihnən bizim kəndə toy məclisinə gəldilər. Onda mən də cavan idim, Aşıx Mustafanın da cavan vaxtı idi. Aşıxlıx simasında, aşıx forma­sında gəlif hər ikisi məclisdə oxuyurdular. O vaxtı cavannarı məclisə buraxmır­dılar. Ağsaqqallar oturan yerdə uşaxları, cavannarı qoymurdular. Mən nəsə bu sənətə həm vurğun idim, həm marağım var idi. Həm də az-maz oxuyurdum. Mənə icazə verdilər mən keçdim Aşıx Mustafanın məclisinə. Gördüm qabax-qarışa Aşıx Alyarnan oxuyullar. Ama o yerdə mən gəlmişəm ki, “Cəlili” havasına köklüyüf oxuyajaxlar. Əmə mən bu havanın nə adını bilirəm, nə də eşitmişəm. Mustafa oxuyanda həmişə gülə-gülə oxuyardı. Təbəssümlü, onun elə təbəssümü daha xoş gəlerdi insana. Bunlar başdadılar “Cəlili” havasını oxumağa. Onda Mustafanın yenə cavan vaxtı idi. Bunun zəngulələri, gözəl yağlı səsi var idi. Bəyax da dediniz ki, bu, vəziyyətdən asılıdı. Özü də başına çox bəlalar gəldi, indi uzağ olsun. O vaxtı mən həmən havıyı fışqırıxda çala-çala saza salmışam ki, yadımdan çıxmasın. “Cəlili” havasını mən Aşıx Mustafadan götürmüşəm o vaxtı. Mən onları elə gör­düm. O vaxtı, elə indi də sənətkara böyük hörmət var bizim Borçalıda. Mən Mus­tafıya uzun ömür, can sağlığı arzu eliyirəm siznən belə. Xeyli vaxtı sənəti işdədə bilmədi, əmə gözəl şeirrəri var Aşıx Cəmilnən barabar. Mən arzu eliyirəm ki, şeir­lərinən sazı unutmasın. Saz bizim ana laylamızdı. Nəziləjək, üzülməyəjək bu sənət. Mən arzu eliyirəm bax beləcə ustad sənətkarlar bizdə çox olsun. Allah onlara uzun ömür, can sağlığı versin.

Elxan Məmmədli: Aşıx Nurəddin, çox sağ ol. Mən də sənin dediklərinə qoşuluram. Hamımız da qoşuluruq. Aşıq Mustafaya uzun ömür, can sağlığı arzula­yırıq. Deməyinə baxmayın ki, qocaldım, yetmiş yaşım var. Aşıq Mustafanın bu görü­nüşdə heç altmış yaşı da yoxdu. Yəqin ki, məclislərə təzədən çıxa bilər. yəni bu özünü kökləməkdən asılıdı. Əminəm ki, Azəraycan radiosundan özünü eşidən­dən sonra Aşıq Cəmil də söz verdi ki, bu gündən sonra biz təzədən saza girişə­cəyik. Sazla yaranan şeir, poeziya yenidən saz tələb edir. O qəlibləri doldurasan gərək. “Divani”ni divani qəlibilə çalıb oxuyasan, “Təcnis”i təcnislə yazasan. Beləcə yaranır bu poeziya. Biri var beynində zümzümə elıiyəsən, biri var sazı çala­san, içindən gələ. mən arzu eliyirəm ki, o saz əlinizdən düşməsin və o saz sinənizə oturanda o sizin sətirlər də bir-bir beyninizə otursun.

Bayaq dedim ki, Aşıq Nurəddinin oğlu Həvəskarın səsi-sorağı artıq bizim Gürcüstandan, Boraçlıdan, Azərbaycandan da kənarlara yayılıb. Çox istedadlı bir gəncdi. Mən şəxsən vurğunam onun sənətinə. İstərdim ki, Mustafa babasının gözəl bir şeirini dinləyicilərə təqdim eləsin. Buyur.



Aşıq Mustafa: İcazə verin qardaşoğlum oxumamışdan qa­bax bir söhbət eliyim, sözünü mən deyərəm, mahnısını o oxuyar.

Bəli, qəmli vaxtımdı. Saç-saqqal məni basıf. Uşax ava­ri­ya­ya düşmüşdü, onun bir-iki balası qalıb. Bekar vaxtımdı. Heç özü­mü bilmiyən vaxtımdı. Qaçağan­dan gəlirdim. Gəldim gör­düm kəndin qulağında mənim bir əziz dostum kimnənsə yığılıf söh­bət eliyillər. Yaxınlaşdım salam verdim. Salam verdim, bu mə­ni tanı­madı. Tanımıyanda yazdığım şeirdi:


Xeyir olsun, köhnə dostum,

Nə gəzirsən buralarda?

Xeyli vaxtı gedəmmerəm,

Nə var, nə yox oralarda?


Başkeçidin Hamamlı kəndindəndi, Mahmud adında. Əsli qazaxlıdı, əmə orda yaşıyır. Saçıma baxanda belə dönər, ayə, bu Aşıx Mustafadımı? Bu niyə bu günə düşüf? Orda yazıram:
Qurdalama oraları,

İtirmişəm bax buları.

Heç balanın balaları

Qalmasınnar aralarda.


Ayə, ölüf gedifsən ə, səndə hal qalmıyıf. Orda yazeram:
Mustafayam, yada yadam,

Yaxınlara çatdı sədam.

Dərdi, qəmi çəkən adam,

Sınıxar da, saralar da.


İndi həm qəmləndim, həm də qoy qardaşım oğlu oxusun.

Həvəskar Aşıq Mustafa söylədiyi gəraylını “İbrahimi” havası üstündə oxuyur.



Elxan Məmmədli: Həvəskar, çox sağ ol. Sən bizi də kövrəltdin. Bizim hamımız Aşıx Mustafaya səbir diləyirik. Yəni başı müsibətlər çəkib, gözü ilə odlar ayaqlayıb. Onun da təsəllisi sazdı, poeziyadı. Ona təsəlli verən onun dostlarıdı, sənət yoldaşlarıdı, eldi, obadı. Hamı bu eldə Aşıx Mustafanı sevir. Bu gün bir daha siz özünüz də burda iştirakınızla ona öz sevginizi, məhəbbətinizi bildirdiniz. Əmi­nəm ki, bunun özü də Aşıq Mustafanın bundan sonrakı ömrünə bir işıqdı, bir nurdu. Mən onun bundan sonrakı ömrünə nur diləyirəm. Böyük sənət yolu dilə­yirəm, poeziya diləyirəm ki, bundan sonra onun qələmi dayanmasın. Onun sazı öz sözünü desin. Təbiət aman­sızdı, həyat amansızdı, amma sənət qalandı. Sənət bütün aman­sızlıqlara qalib gəlir. Sənətkar da öz dərdini poeziya ilə, sazla, sözlə, yaratdığı əsərlə ovundurur və bütün çətinliklərə qalib gəlir. Mən arzu eliyirəm ki, Aşıq Mus­ta­fanın həyatında heç bir çətinlik olmasın. Onun gözümüzün qabağındakı balaları da Mustafalı böyüsün.

Mən onu da xatırladıram ki, bizim dinləyicilərimizə, bizim söhbətimiz açıq təbiətdə idi. Yəni ətrafdan bura bizim da­nışığımz zamanı səslər gəldi. Təbii ki, bu texniki qüsura görə bi­zi bağışlayarlar bizim dinləyicilərimiz. Hər halda təbiəti, açıq ha­vanı biz üstün bildik. Elə bilirəm ki, əlavə səslər bizim danışığımıza mane ola bilmədi. Bir daha istəkli dinləyicilər, sizin hamınızın adından Aşıq Mustafanı yetmiş yaşı müna­sibətilə təbrik edim. Ona can sağlığı arzulayım, uzun ömür arz­ula­yım, sənət arzulayım, sənət uğurları arzulayım və bir də ailə səa­dəti. Onun ailəsinə, ocağına bir daha vaxtsız qəm, vaxtsız kə­dər üz verməsin. Eləcə də elində, obasında, eləcə də xalqın ta­le­­yində, həyatında. Ana sazımız qoy bizə layla çalsın. Bizim aşıq­­ların, şairlərin şeirləri bizim könlümüzü oxşasın. Burda iş­ti­rak edən aşıqlarımıza da – Aşıq Cəmil Borçalıya da, Aşıq Nu­rəd­­din Qasımlıya da, onun oğlu Həvəskara da dərin min­nət­dar­lı­­ğımı bildirirəm.

İstəkli dinləyicilər, bununla da bizim bugübkü söhbəti­miz ba­şa çatdı. “Sarıtel”imizin səyyar verilişi qocaman Borça­lı­nın qoca­man eli olan Təkəli kən­din­dən Aşıq Mustafanın ocağından ba­şa çatdı. Sağ olun, sağlıqla qalın.

Aşıq Mustafa, deyəsən ürək sözünüz var. Mən istərdim ki, ürək sözünüzü deyəsiniz.



Aşıq Mustafa: Mən elə bilirəm ki, bayaq o hazırrıxsız toy eliyən adamın adından demişdim, indi özümə söz verirəm ki, özümü ələ alajam. Bu yaxınnarda dinləyicilərin konlunu almaq üçün, buların elə sözü-söhbəti bu imiş deməsinlər. Söz verirəm, eşidilməmiş, xoruz səsi eşitməmiş bir yaxşı dəstan, gənə Aşıx Musta­fadan, sən əzizimə yazdırajam.

Elxan Məmmədli: Mən əminəm ki, Mustafanın sinəsi dəryadı. Biz də bəda­hətən, qəflətən sizin üstünüzü aldırdıq. Elə aşıqlar var ki, onları qorxutmur belə gəlişlər. Sizin özünüzü də qorxutmadı. Allaha çox şükür, söhbətiiz də yaxşı alındı. Mən əminəm ki, o dastan da olacaq. Sizə uzun ömür, can sağlığı arzulayıram. Sə­fər­­lərimiz Borçalıya tez-tez olacaq. Qırımızı kör­püdən sonra ikinci kənddi, üçün­cü kənddi, sağa burulan kimi Aşıq Mustafanın evidi, ondan o yana Aşıq Cəmilin evidi, ondan o yana Qasımlıdan Nurəddinin evidi. Belə-belə aşıqla­rımız hər kənd­də var. Çox sevinirəm ki, hər bir kənddə bizim sənətkarlarımız var. Sağ olun.
Borçalı mahalı, Təkəli kəndi

15 iyul 1997

AŞIQ MUSTAFA İLƏ

ELXAN MƏMMƏD­LİNİN SON GÖRÜŞÜ

A
şıq Mustafa ilə ilk görüşümüzdən bir il keç­mişdi. Günlərin bir günü Maarif mənə zəng çalıb bildirdi ki, Aşıq Mustafa Bakıya gəlib və mənimlə görüşmək istəyir.

Vədələşdik. “Qara Qarayev” metrosunun hən­də­vərində xudmani bir çayçıda Aşıq Mustafa ilə uzun illərin həsrəti kimi mehribancasına bir-birimizi qu­caq­layıb görüşdük. Oturub pürrəngi çay süfrəsi ətra­fında şirin-şirin söhbət etdik. Bu məqamda Aşıq Mus­tafa qoltuq cibindən bir kağız çıxardıb mənə uzatdı. Dedi şeirdi, sənə yazmışam. Mənə həsr elədiyin verilişi dinləyəndən sonra sən məni dünyaya tanıtdın. Allah ömrünü uzun eləsin. Gücüm bu şeirə çatdı. Fikirləşdim ki, söz adamına sözdən yaxşı hədiyyə olmaz.

Şeiri götürüb oxudum, xoşuma gəldi. Uzun il­lər­dən bəri arxivimdə saxladığım həmin şeiri bu məqam­da oxuculara da təqdim etmək qərarına gəldim.
Ay Elxan
El-el gəzib dolaşırsan vətəni,

Görməyəsən ağrı-acı, ay Elxan.

Harda aşıq görsən danışdırırsan,

Aşıxlar mülkünün tacı, ay Elxan.


Soruşdun, axtardın, tapdın sən məni,

Mən də çox sevindim görəndə səni.

Budur sözlərimin kökü, nədəni,

Arzumdu olasan hacı, ay Elxan.


Sən məni tanıtdın “Sarıtel”inən,

Adımı-sazımı yaydın elinən.

Aşıx Mustafayam, əmin bilinən,

Alaq düşmənnərdən öcü, ay Elxan.


Şeiri oxuyub qovluğuma qoydum. Sonra Maarif təklif et­di ki, durun gedək evimizə, evdə hazırlıq da görülüb. Bir az çö­rək yedikdən sonra çalaq-oxuyaq. Elə də etdik. Mustafa əmi bir az nasaz olsa da, xeyli söhbət etdik, çalıb-oxuduq. Bu mənim onun­la son görüşüm oldu. Allah bir daha ona rəhmət eləsin.



AŞIQ QARACAN KƏRİMOV
KÖÇÜBDÜ
Ustadım Aşıq Mustafanın

vaxtsız vəfatına
Ay hazarat, Borçalı mahalının

El aşığı Mustafası köçübdü.

Xanələr göynəyib, tellər ağlayıb,

Məclislərin zövq-səfası köçübdü.


Gümüş tellər bağlı qaldı pərdədə,

Neçə dastan sirli getdi sinədə.

Sənətkarın yaratdığı səhnədə

Sözü qaldı, ləl ifası köçübdü.


Sənətimi yolda qoydu yaradan,

Axıradək dərs almadım ustadan,

Qul Qaracan, Borçalının dünyadan

Kamil sənət bir ustası köçübdü.





Aşıq Mustafa ailə üzvləri ilə birlikdə


Aşığın oğulları: soldan saga Maarif,Fikrət, Qarnet,Qasım, Arif


KİTABIN İÇİNDƏKİLƏR
Aşıq Mustafanı necə gördüm, necə tanıdım

(Elxan Məmmədli). 3

Unuda bilmədiyim ustad (Aşıq Qaracan Kərimov) 8
GƏRAYLILAR
Ceyranım 12

Gətirər. 13

Ay saz. 14

Nahaqdı. 15

Vaxtı. 16

Etibarsız. 17

Gəlmişəm 18

Yazığam 19

Dözəcəksən 20

Aldadacaq. 21

Gətirər 22

Xeyir olsun. 23

Məni 24

Ayna xanım 25



Anam amanatı 26
QOŞMALAR
Ay bala.. 28

A qardaş 29

Ay mamam qızı. 30

Sən Allah 31

Utanmaya 32

Bu üç ayı gələmmərəm, bağışla. 33

Bilmədim 34

Gəlmədi 35

Hər ikisi 36

Gələsən 37

Yenə 38

Çox da qoduxlanma 39



Olmalıdı 40

Olmalıdı. 41

Sonra. 43

Kişi 44


Haralıyam mən. 45

Zarafat. 46

Bala. 47

Ayıbdı. 49

Ayağa. 50

Yaralıyanda. 51

Satmadı 52

Saraldın. 53

Zəhləm gedir. 54

Eloğlu. 55

Yaxşıdı.. 57

Xoşu gələndə.. 58

Gərək 59

Gedir 60


Birinə 61

A qardaş 62

Olmur 63

Gözləsin 64

Öz adımı qoydum nəvəmə. 65

Tapmışam. 66

Tez barışasan 67

Məni 68


Gedirəm. 69

“Mustafa və Əsmər” dastanı. 70

Aşıq Mustafaya həsr edilmiş “Sarıtel” verilişi 79

Aşıq Mustafa ilə Elxan Məmmədlinin son görüşü. 97

Aşıq Qaracan Kərimov (Köçübdü) 99

«Елм вя тящсил» няшриййатынын директору:

профессор Надир МЯММЯДЛИ
Компцтер дизайнери: Zahid Məmmədov

Техники редактор: Yadigar Bağırova

korrektoru: Vüsal Abiyev
Йыьылмаьа верилмиш 26.01.2014.

Чапа имзаланмыш 12.04.2014.

Шярти чап вяряги 15. Сифариш № 38.

Каьыз форматы 60х84 1/16. Тираж 300.




Китаб «Елм вя тящсил» няшриййат-полиграфийа

мцяссисясиндя сящифяляниб чап олунмушдур.

E-mail: nurlan1959@gmail.com

Тел: 497-16-32  511-37-82; 050-311-41-89



Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.


1 Arif və Aidə – hər ikisi də aşığın çox gənc ikən vəfat etmiş övladlarıdır.

1 Qarnet – Aşiqin oğlunun adıdır

1 Oraya – o dünyaya işarədir

1 Hopret – Borçalıda erməni kəndinin adıdır.

1 vec - cehiz

2 xasım – rəqib

1 Yığval – bəxt

1 Oyu - ovu

1 Ey südü – halal süd


1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə