Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?




Yüklə 1.54 Mb.
səhifə1/19
tarix26.02.2016
ölçüsü1.54 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19
Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test suallarının toplusu


Cərrahiyyə yardımın təşkili və sosial gigiyena

1) Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?

A) Nəzarət-ekspert komissiyası

B) Müalicə həkimi

C) Hamısı verə bilər

D) Tibbi-sosial ekspertiza bürosu

E) Şöbə müdiri


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
2) Xroniki xəstəliklərdən əmək qabiliyyətinin itirilməsi haqqında arayiş nə zaman verilir?

A) Xəstənin ümumi ağır vəziyyətində

B) Kəskinləşmə dövründə

C) Bütün hallarda

D) Yarımkəskin fazada

E) Xəstə orqanın funksiyasının pozulduğu zaman


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
3) Məişət travma zamanı büllüten nə vaxt verilir?

A) 14-cü gün

B) 6-cı gün

C) 4-cü gün

D) 3-cü gün

E) Birinci gündən


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
4) Xəstənin əmək qabiliyyəti stasionarda yatan müddət bərpa olunursa büllüten nə vaxt bağlanır?

A) Hamsı düzdir

B) Yazılandan 3 gün sonra

C) Poliklinikaya müraciyyət edən gün

D) Fərdi yanaşma

E) Stasionardan yazılan gün


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
5) Xəstəlik ilə əlagədar başga işə keçirilmənin müddətini kim təyin edir?

A) Şöbə müdiri

B) Nəzarət-ekspert komissiyası

C) Müalicə həkimi

D) Həmkarlar təşkilatı

E) Tibbi-sosial ekspertiza bürosu


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.

6) Nəzarət-ekspert komissiyasının funksiyalarına aşaqdakılardan hansı aid deyil?

A) Münaqişəli məsələlərin həlli

B) Tibbi-sosial ekspertizaya göndərilməsi

C) Sanator müalicəyə göndərişin verilməsi

D) Əlil xəstələrin işlə təminatı

E) 30 gündən artıq olan büllütenin müddətini artırmaq


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
7) Tibbi-sosial ekspertiza bürosunun funksiyalarına nə aid deyil?

A) Əlillik qrupunu təyin etmək

B) Əmək qabiliyyətinin itirilməsi dərəcəsinin təyini

C) Büllüteni 6 aydan çox müddətinə artırmaq

D) Əlilliyin faktiki başlama tarixinin təyini

E) Əlillərə əmək təlimatlarını vermək


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
8) Hansı hallarda əmək intizamını pozan əməkdaşı müdiriyyət bir başa işdən azad edə bilməz?

A) İdarə rəhbərinin ilk köbud əmək intizamını pozması

B) İçkili işə gəlməsi müəyyən edilərsə

C) Maliyyə qanunu pozarsa

D) Səbəbsiz işə gəlməməsi müəyyən edilərsə

E) Səbəbsiz, verilən tapşırıqlara sistematik əməl etməməsi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.

Operativ Cərrahiyyə

9) Parotit zamanı irinin hansı istiqamətə axması mümkündir?

A) Qulağa

B) Xaricə

C) Arxa udlaqyanı sahəyə

D) Ön udlaqyanı sahəyə

E) Ağız boşluğuna


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
10) Boyun nahiyyəsində əməliyyat zamanı baş beynin hava emboliyası nə ilə izah olunur?

A) Arterial axarın açiq olması ilə

B) Boyun fassiyalarının xüsusiyyəti ilə

C) Mədəciklərarası arakəsmənin açiq qalması ilə

D) Qulaqçıq arakəsməsinin bağlanmaması ilə

E) Əməliyyatın qüsuru ilə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
11) Qoltuqaltı çuxurun toxuması nə ilə əlaqələnir?

A) Arxa kürəkönü yarıqla

B) Tinüstü sahə ilə

C) Tinaltı sahə ilə

D) Ön kürəkönü yarıqla

E) Ön dərin toxuma sahəsi ilə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
12) Kallo üçbucağını nə təşkil edir?

A) Qara ciyər, xoledox, öd kisəsi

B) Öd kisəsi, xoledox, qara ciyər arteriyası

C) Qara ciyər, onikibarmaq bağırsaq, mədə

D) Xoledox, qapı venası, qara ciyər arteriyası

E) Ümumi qara ciyər axarı, öd kisəsi axarı və arteriyası


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.

Cərrahiyyədə müayinə üsulları

13) Kəskin qarın zamanı qarın boşluğu hansı kəsiklə açılmalıdır?

A) Pararektal kəsik

B) Koxer kəsiyi

C) Hər biri ilə

D) Laparotom kəsik

E) Volkoviç-Dyakonov kəsiyi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
14) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olan zaman ilk növbədə hansı xəstəliklərdən şübhələnmək lazımdır?

A) Plevrit

B) Böyrək daşı

C) Ginekoloji hər hansı bir xəstəlik

D) Kəskin appendisit

E) Koprostaz


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
15) Mədə və ya 12 barmaq bağırsağın qanaxma ilə fəsadlaşmış xoralarında hansı tədbir aparılır?

A) Xəstədə aktiv dinamik müşahidə və konservativ müalicə

B) Qanaxma dayanmazsa təcili cərrahi əməliyyat

C) Heç biri

D) Xəstə əməliyyat otağına verilir və təcili əməliyyat olunur

E) Qanaxmanın nəticəsindən asılı olmayaraq xəstə planlı əməliyyata hazırlanmalı


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
16) Rentgen müayinəsi zamanı barium və ya havanın öd kisəsində və ya öd yollarında olması nəyə dəlalət edə bilər?

A) Daxili öd fistulu

B) Salmonellyoz

C) Öd yolları- yoğun bağırsaq fistulu

D) Xoledoxolitiaz

E) Xolesistit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
17) Aşağıda göstərilən xəstəliklərdən hansı çox vaxt portal hipertenziyaya səbəb olur?

A) Dalaq və ya qapı venasının trombozu

B) Qara ciyərin şişi

C) Baddi-Hiari sindromu

D) Sirroz

E) Ürək və ya ağ ciyərin damar çatmamazlığı


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
18) Mədə və qida borusu venalarının genişlənməsini hansı üsülla təsdiq etmək olar?

A) Laporoskopiya ilə

B) Dinamik hepatobiliar ssintiqrafiya

C) Pnevmomediastinoqrafiya ilə

D) Qaraciyərin angioqrafiyası ilə

E) Qida borusu və mədənin rentgenskopiyası ilə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
19) Mədəaltı vəzin xərçəngini dəqiqləşdirmək üçün xəstə hansı müayinədən keçməlidir?

A) Retroqrad xolangiopankreatoqrafiya, kompyuter tomoqrafiyası, angioqrafiya və izotop sintiqrafiya, xolesistoqrafiya

B) Retroqrad xolangiopankreatoqrafiya, ultrasəs skanerləşmə, kompyuter tomoqrafiyası, angioqrafiya, xolesistoqrafiya

C) Ultrasəs skanerləşmə, kompyuter tomoqrafiyası, angioqrafiya və izotop ssintiqrafiya, xolesistoqrafiya

D) Retroqrad xolangiopankreatoqrafiya, ultrasəs skanerləşmə, angioqrafiya və izotop sintoqrafiya, sidikdə diastazanın təyini

E) Retroqrad xolangiopankreatoqrafiya, ultrasəs skanerləşmə, kompyuter tomoqrafiyası, izotop müayinə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
20) Dəridən və qara ciyərdən keçən xolangioqrafiyanın hansı fəsadı ola bilər?

A) Xolangioqrafiyada fəsadlaşma olmur

B) 12 barmaq bağırsaqda xora əmələ gələ bilər

C) Qanaxma, öd axma, peritonit, xolanqitin kəskinləşməsi və ya kəskin pankreatitin əmələ gəlməsi

D) Öd daşının xoledoxa düşməsi

E) Reflüks-ezofaqitə səbəb ola bilər


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
21) Endoskopik retroqrad xolanqioqrafiyaya əks göstəriş hansıdır?

A) Kəskin pankreatit

B) Xroniki pankreatit

C) Mexaniki sarılıq

D) Xoledoxolitiaz

E) Pankreas axacağının konkrementi


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
22) Mexaniki sarılığın əmələ gəlməsinin səbəbini öyrənməyə hansı müayinə kömək edir?

A) Bir başa splenoportoqrafiya

B) Retroqrad xolanqioqrafiya

C) Venadaxili xolesistoxolangioqrafiya

D) Peroral xolesistoqrafiya

E) Qara ciyərin ssintiqrafiyası


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
23) Xəstənin ağciyərinin rentgenoloji müayinəsi nədən başlamalıdır?

A) Bronxoqrafiyadan

B) Obzor rentgenoqrafiya və düz, yan proyeksiyada rentgenoskopiyadan

C) Birbaşa rentgenoqrafiya

D) Ağciyərin tomoqrafiyası

E) Super eksponirə olunmuş rentgenoqrafiyadan


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
24) Divaralaralığında yeni əmələ gəlmiş törəməyə şübhə olduqda diaqnozu təsdiqləmək məqsədi ilə hansı müayinə aparılmalıdır?

A) Bronxoqrafiya

B) Bronxoskopiya

C) Pnevmomediastinotoqrafiya

D) Süni pnevmotoraks

E) Pnevmomediastinoskopiya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
25) Steatoreya hansı xəstəlikdə xarakterdir ?

A) Xroniki pankreatit

B) Kron xəstəliyi

C) Postxolesistoektomik sindrom

D) Qara ciyər çatmamazlığı

E) Kəskin pankreatit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
26) Yoğun bağırsağın divertikulunda bariumla imalə bizə hansı məlumatı verir?

A) Seqmentar spazmı

B) Kloyber kasacığını

C) Bağırsağın selikli qişanın relyefinin dəyişməsini

D) Bağırsaq mənfəzinin tam obturasiyasını

E) Bağırsaq divarında genəlməni


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
27) Yoğun bağırsağın iltihabi dəyişikliyində bariumla imalə bizə hansı məlumatı verir?

A) Seqmentar spazmı

B) Bağırsaq mənfəzinin tam obturasiyasını

C) Bağırsağın selikli qişa relyefinin dəyişməsini

D) Kloyber kasacığını

E) Divertikula bənzər dəyişikliyi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
28) Mədə-bağırsaq sisteminin planlı olaraq ultrasəs müayinəsinə xəstə necə hazırlanır?

A) Axşam təmizləyici imalə, səhər isə zond vasitəsilə mədənin yuyulması

B) Müayinədən 2 saat əvvəl 1,2-2 litr mayenin daxilə içilməsi

C) Müayinədən 8-12 saat əvvəl qidanı dayandırmaqla

D) Səhər və axşam təmizləyici imalə ilə

E) Xüsusi hazırlığa ehtiyac yoxdur


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
29) Aşağı ətraf venalarının qapaq çatmamazlığını müəyyən etmək üçün aşağıda göstərilən sınaqlardan hansı ən çox informativdir?

A) Delbe-Pertesa sınağı

B) Dopleroqrafiya

C) Reovazoqrafiya

D) Retroqrad yolla çanağın fleboqrafiyası (Valsalv sınağı)

E) Fleboqrafiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
30) Xoledoxoduodenal sişə şübhə olduqda daha çox hansı informativ üsuldan istifadə etmək lazımdır?

A) Venadaxili xoleqrafiya

B) Peroral xolesistoqrafiya

C) Qarın boşluğunun obzor rentgenoskopiyası

D) Barium məhlulu ilə rentgen müayinə

E) Fibroqastroduodenoskopiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
31) Kəskin qan itirmələrdə ilk öncə dəyişən laborator göstərici hansıdır?

A) Mərkəzi damar təzyiqi

B) Hemoqlobin və hematokrit

C) Eritrositlərin sayı və periferik qan

D) Qanda oksigenin daşınmasının zəifləməsi

E) Arterial PH və CO2


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
32) Mədə-bağırsaq anastamozlarının çatmamazlığına şübhə olduqda aşağıda göstərilən hansı müayinə məsləhət görülür?

A) Laparoskopiya

B) Ultrasəs müayinəsi

C) Fibroqastroduodenoskopiya

D) Mədə güdülünün kontrast rentgen müayinəsi

E) Qarın boşluğunun obzor rentgenskopiyası


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
33) Mədə qanaxmalarına şübhə olduqda məsləhət görülən müayinə hansıdır?

A) Təcili fibroqastroduodenoskopiya

B) Mədənin rentgenskopiyası

C) Qarın boşluğunun icmal rentgenskopiyası

D) Laporoskopiya

E) Angioqrafiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
34) Alfa-fetoproteinin miqdarının artması hansı xəstəlik üçün xarakterikdir?

A) Yogun bağırsağın və mədəaltı vəzin xərçəngi

B) Qara ciyərin xərçəngi

C) Qara ciyərin və mədəaltı vəzin xərçəngi

D) Mədəaltı vəzin xərçəngi

E) Yoğun bağırsağın xərçəngi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
35) Xolesistektomiyadan sonra qara ciyəraltı nahiyənin tamponadası daha çox hansı hallarda göstərişdir?

A) Kəskin destruktiv xolesistitlərdə

B) Xaric edilmiş öd kisəsinin yatağı nadir tikişlərlə tikilmədikdə

C) Öd kisəsi yatağından qanaxma ehtimalı olduqda

D) Xolesistektomiyadan sonra tampon qoyulmur

E) Öd kisəsinin yatağı nadir tikişlərlə tikildikdə


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
36) Qanaxma ilə ağırlaşmış xora xəstəliyində «qəhvə xıltı» xarakterli qusuntu xoranın hansı göstərilən yerləşmələrində müşahidə edilir?

A) Mədənin kiçik əyriliyində

B) Mədənin kardial şöbəsində

C) Qida borusunun aşağı şöbəsində

D) Qida borusunun yuxarı şöbəsində

E) On iki barmaq bağırsağın postbulbar şöbəsində


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
37) 12-barmaq bağırsaq xorasının perforasiyası zamanı cərrahi müdaxilənin adətən hansı sadalanan üsulları tətbiq edilə bilməz?

A) Xoranın kəsilib götürülməsi, mədənin rezeksiyası, qısa ilgəkdə qastroenteroanastomozun qoyulması

B) Xoranın kəsilib götürülməsi, vaqotomiya ilə birgə piloroplastikalar

C) Qısa ilgəkdə qastroenteroanastomozun qoyulması

D) Xoranın kəsilib götürülməsi, xoranın tikilməsi, mədənin rezeksiyası, vaqotomiya ilə birgə piloroplastikalar

E) Xoranın tikilməsi, mədənin rezeksiyası


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
38) Sekretin sintezinin əsas stimulyatorı hansıdır?

A) Yağlar

B) Pepsin

C) Zülalların parçalanma məhsulları

D) Xlorid turşusu

E) Karbohidratlar


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
39) 12-barmaq bağırsağın senozlaşan xorasına aid olmayan simptomlar hansıdır?

A) Mədə proyeksiyasında çalxalanma küyünün olması, Kloyber kasalarının olması, gəyirmə, arıqlama

B) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, gəyirmə, arıqlama

C) Kloyber kasalarının olması, yuxululuq, axsama

D) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, Kloyber kasalarının olması, gəyirmə

E) Qusma, Kloyber kasalarının olması, gəyirmə, arıqlama


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
40) Perforativ mədə xorası üçün hansı əlamətlər dürüst kliniki əlamətlər deyil?

A) Mədə qanaxması, tezləşmiş duru nəcis ifrazı, hıçqırma

B) Qusma, mədə qanaxması

C) Mədə qanaxması, qarnın ön divarının gərginləşməsi, qara ciyər kütlüyünün itməsi

D) Qarnın ön divarının gərginləşməsi, qara ciyər kütlüyünün itməsi, tezləşmiş duru nəcis ifrazı

E) Qusma, hıçqırma, qarnın ön divarının gərginləşməsi, qara ciyər kütlüyünün itməsi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
41) Xora xəstəliyinin hansı aşağıdakı ağırlaşmaları zamanı təcili əməliyyat tələb olunur?

A) Perforasiya, penetrasiya

B) Konservativ üsulla saxlanılması mümkün olmayan mədə qanaxması, perforasiya

C) Mədə çıxacağının stenozu, maliqnizasiya

D) Penetrasiya, mədə çıxacağının stenozu

E) Konservativ saxlanılması mümkün olmayan mədə qanaxması, perforasiya, penetrasiya, maliqnizasiya


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

42) Xora xəstəliyi səbəbi ilə aparılmış mədənin rezeksiyası nəticəsində hansı sindrom çox vaxt meydana çıxır?

A) Hamısı

B) Dempinq-sindrom, hipoqlikemik sindrom, «Kiçik mədə» sindromu

C) Anastomozun peptiki xorası, gətirici ilgək sindromu

D) Hipoqlikemik sindrom, «Kiçik mədə» sindromu

E) Dempinq-sindrom, hipoqlikemik sindrom


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
43) 12-barmaq bağırsağın xora xəstəliyini hansı xəstəliklərlə differensə etmək vacibdir?

A) Xroniki xolesistit, xroniki kolit, xroniki appendisit, xroniki pankreatit,mezoadenit

B) Xroniki xolesistit, xroniki appendisit, xroniki pankreatit, miokard infarktı, mezoadenit

C) Xroniki xolesistit, xroniki kolit, xroniki appendisit, xroniki pankreatit, miokard infarktı

D) Xroniki kolit, xroniki appendisit, xroniki pankreatit, miokard infarktı

E) Xroniki xolesistit, xroniki kolit, xroniki pankreatit, miokard infarktı


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
44) Düz qasıq yırtığında hansı əməliyyatın aparılması məqsədəuyğun deyil?

A) Bassini, Postempski, Martınov

B) Martınov, Jirar-Spasokukotski, Rudci-Parlaveççio, Ru

C) Bassini, Postempski

D) Jirar-Spasokukotski, Rudci-Parlaveççio, Ru

E) Bassini, Postempski, Martınov, Rudci-Parlaveççio


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
45) Diafraqmanın qida borusu dəliyinin yırtığı üçün nə xarakterik deyil?

A) Mədə xorasının əmələ gəlməsi, ishal

B) Boğulma, mədə xorasının əmələ gəlməsi, ekstrakardial stenokardiya

C) Reflüks-ezofagit, mədə xorasının əmələ gəlməsi, ekstrakardial stenokardiya

D) Boğulma, qanaxma, mədə xorasının əmələ gəlməsi

E) Reflüks-ezofagit, boğulma, ekstrakardial stenokardiya


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
46) Qasıq yırtığına görə aparılan əməliyyat zamanı hansı ağırlaşmalar inkar olunur?

A) Qarın divarı sinirlərinin zədələnməsi, toxumçıxarıcı axacağın kəsilməsi,bağırsaq və sidik kisəsinin zədələnməsi

B) Toxumçıxarıcı axacağın kəsilməsi, bağırsaq və sidik kisəsinin zədələnməsi,uşaqlığın zədələnməsi

C) Damarların zədələnməsi, qarın divarı sinirlərinin zədələnməsi, bağırsaq və sidik kisəsinin zədələnməsi, uşaqlığın zədələnməsi

D) Qarın divarı sinirlərinin zədələnməsi, bağırsaq və sidik kisəsinin zədələnməsi,uşaqlığın zədələnməsi

E) Uşaqlığın zədələnməsi, qida borusunun zədələnməsi, dalağın zədələnməsi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
47) Kəskin pankreatitin əmələ gəlmə səbəblərinə hansılar aiddir?

A) Dolixosiqma, ödün pankreas axacağına keçməsi, infeksion xəstəliklər (hepatitlər)

B) Dolixosiqma, Oddi sfinkterinin spazmı, ödün pankreas axacağına keçməsi

C) Dolixosiqma, miokard infarktı, infeksion xəstəliklər (hepatitlər)

D) Oddi sfinkterinin spazmı, ödün pankreas axacağına keçməsi

E) Dolixosiqma, Oddi sfinkterinin spazmı, miokard infarktı


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
48) Qadınlarda kəskin pankreatitin inkişafının əsas səbəbləri hansılardır?

A) Hamiləlik

B) Qarnın travması

C) Qara ciyər sirrozu

D) Xroniki xolesistit

E) Kortikosteroidlərin istifadəsi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
49) Peritonitin ağır gedişi daha çox hansı faktorlardan asılıdır?

A) Mikrofloranın xarakterindən, intoksikasiya dərəcəsindən, hipovolemiyadan, zülal, elektrolit mübadiləsi və turşu-qələvi balansının pozulmasından

B) Xəstənin çəkisindən, intoksikasiya dərəcəsindən, hipovolemiyadan, zülal,elektrolit mübadiləsi və turşu-qələvi balansının pozulmasından

C) Xəstənin çəkisindən, mikrofloranın xarakterindən, intoksikasiya dərəcəsindən, hipovolemiyadan, zülal, elektrolit mübadiləsi və turşu-qələvi balansının pozulmasından

D) Xəstənin çəkisindən, mikrofloranın xarakterindən, hipovolemiyadan, zülal,elektrolit mübadiləsi və turşu-qələvi balansının pozulmasından

E) Xəstənin çəkisindən, mikrofloranın xarakterindən, intoksikasiya dərəcəsindən,hipovolemiyadan, zülal, elektrolit mübadiləsi və turşu-qələvi balansının pozulmasından


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
50) Hansı əlamətlər xolangit üçün xarakterik deyil?

A) Hektik tipli qızdırma, kolit, dalağın böyüməsi

B) Hektik tipli qızdırma, kolit, qara ciyərin böyüməsi

C) Kolit, dalağın böyüməsi, qara ciyərin böyüməsi

D) Hepatitlər, kolit, dalağın böyüməsi

E) Hektik tipli qızdırma, hepatitlər, qara ciyərin böyüməsi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
51) Öd daşlarında ən az tapılan və ya heç olmayan kristall hansıdır?

A) Xolesterin

B) Oksalatlar

C) Sistin

D) Sidik turşusu

E) Öd turşularının duzları


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
52) Qasıq yırtığı hansı əlamətlərlə xarakterizə edilir?

A) Tezləşmiş boğulmalarla, xayalığa enməsi ilə, pupart bağından yuxarıda yerləşməsilə, qasıq kanalından çıxması ilə

B) Böyük ölçülərlə, tezləşmiş boğulmalarla, xayalığa enməsi ilə, pupart bağından yuxarıda yerləşməsi ilə

C) Böyük ölçülərlə, xayalığa düşməsilə, pupart bağından yuxarıda yerləşməsilə, qasıq kanalından çıxması ilə

D) Tezləşmiş boğulmalarla, xayalığa enməsi ilə, qasıq kanalından çıxması ilə

E) Böyük ölçüləri ilə, tezləşmiş boğulmalarla, xayalığa enməsi ilə, pupart bağından yuxarıda yerləşməsilə, qasıq kanalından çıxması ilə


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
53) Hansı əlamətlər hemorragik pankreatit üçün xarakter deyil?

A) Yuxuluq, üzdə səthi venaların varikoz genəlməsi, qarın boşluğunda sərbəst maye

B) Öskürək, məsafədən eşidilən peristaltik küylərlə bağırsaların köp vəziyyətdə olması, üzdə səthi venaların varikoz genəlməsi

C) Yuxuluq, məsafədən eşidilən peristaltik küylərlə bağırsaların köp vəziyyətdə olması, üzdə səthi venaların varikoz genəlməsi

D) Öskürək, yuxuculluq, üzdə səthi venaların varikoz genəlmə

E) Məsafədən eşidilən peristaltik küylərlə bağırsaların köp vəziyyətdə olması, üzdə səthi venaların varikoz genəlməsi, qarın boşluğunda sərbəst maye


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə