Cavablarimiz




Yüklə 0.75 Mb.
səhifə1/16
tarix12.03.2016
ölçüsü0.75 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16






VƏHHABİ SUALLARINA
CAVABLARIMIZ

http://ehliwie-samux.com



MÜƏLLİF: ƏLİ ƏTAİ İSFƏHANİ

TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD TURAN




Kitabın adı:...Vəhhabi suallarına cavablarımız

Müəllif:................................Əli Ətai İsfəhani

Tərcümə edən:..........Məhəmməd Turan

Nəşr edən:..................................Faiz

Çap növbəsi:....................Birinci

Çap tarixi:...................2005

Tiraj:..................3000

Bismillahir-Rəhmanir-Rəhim



Ön söz


Allah-taala buyurmuşdur:

Həqiqətən Allah bütün pislikləri siz əhli-beytdən uzaq etmək, sizi pak qərar vermək istəyir.”1

Allahın Rəsulu (s) buyurur: Ey insanlar, mən sizin üçün iki qiymətli əmanət qoyuram: Allahın kitabı və Əhli-beytim (ailəm). Bu iki şeydən tutun ki, heç vaxt azmayasınız. Lətif və xəbərdar Allah mənə xəbər verərək əhd etdi ki, bu iki şey kövsərdə mənə çatanadək bir-birindən ayrılmaz.”2

Həzrət (s) başqa bir hədisdə belə buyurur: “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir, ona sığınan qurtular, ona arxa çevirən həlak olar.”3

Bizim şiələr Həcc səfərində olarkən sünni qardaşların bə’zi əməlləri onlarda sual doğurur. Onlar sünnə əhli ilə şiələr arasındakı əqidə və əməl fərqlərinin kökünü bilmək üçün möhtərəm ruhanilərə suallar verirlər.

2003-ci ildə fərdi ümrə mövsümü Mədinədə olarkən Ayətullah-üzma Fazil Lənkəraninin hey’ətində şər’i suallara cavab vermək üçün tapşırıq aldım. Bir qrup ruhani diqqəti cəlb edən ixtilaflı məsələləri araşdırıb, onları qısa izahlarla zəvvarlara çatdırmağımı istədilər. Mən bu kitabla həmin istəyi imkan qədərində yerinə yetirdim.

Xatırladım ki, bu kitab Mədinədə olarkən yazılmış və sünni mənbələrdən “Səhihe-Buxari”, “Səhihe-Müslim kitablarından, “Məscidün-nəbi” kitabxanasından və İbn Bazın yazılarından istifadə edilmişdir. Əvvəlki iki kitabı sünnilər, sonuncunu isə vəhhabilər mö’təbər hesab edirlər.

On il olar ki, Ayətullah İştiharidi adı çəkilən hey’ətlə Həccə gəlir və ətrafdakılar onun əxlaq və elmindən faydalanırlar. Bu kitabın bir nüsxəsini ona təqdim etdim. Kitabı oxuyub, bə’zi qeydlərini bildirdi. Onun qeydləri kitabın sonunda olduğu kimi dərc edilib. Kitabda Ayətullah Qulamriza Sələvatinin məsləhətləri də imkan daxilində nəzərə alınıb.

Hər iki alimə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edir, onlara Allahdan uzun və bərəkətli ömür, daha artıq yardım arzulayıram.

Ayətullah-üzma Bİrucİrdİnİn bəyanında Əhlİ-beytə İtaət zərurətİ


“Bir müsəlmanın, hətta Əhli-beytin hakimiyyət və canişinliyinə e’tiqadı olmasa da, dini işlər və ilahi vəzifələrdə, əməl və e’tiqadda onlara itaətin zəruriliyinə şəkk etməsi layiq deyil. Çünki bu əmr həzrət Peyğəmbər (s) tərəfindən “Səqəleyn” hədisində bəyan olunmuşdur. Səqəleyn hədisini şiə və sünnilər yekdil olaraq qəbul edir, böyük İslam alimləri bu hədisin mö’təbərliyini təsdiqləyirlər. Həzrət Peyğəmbər (s) ilahi maarif, dini vacibat, Peyğəmbər (s) sünnəsi və xalqın ehtiyac duyduğu hər şeyi Əhli-beytə tapşırmışdır. Bu səbəbdən də Əhli-beyt Qur’ani-məcidlə eyni ağırlıqda təqdim olunmuş, onlara itaət dəfələrlə tövsiyə edilmiş, onların hidayətinə üz tutmaq tapşırılmış, onların elm və biliyindən öyrənmək sifariş olunmuş, onlara arxa çevirmək qadağan edilmişdir.

Bu hədislərdən bə’zisi şiə və sünnilərin yekdil olaraq qəbul etdiyi səqəleyn hədisi kimi məşhurdur. Bu hədis peyğəmbər səhabələrinin otuz iki nəfəri tərəfindən nəql olunmuşdur. Şiə alimlərindən əlavə yüz həştad nəfər sünni alimi, mühəddisi öz kitablarında bu hədisi nəql etmişlər.

Mərhum Ayətullah Birucirdi tərcümə etdiyim bu müqəddimədən sonra “Səqəleyn” hədisini məşhur sünni kitablarından nəql etmiş, onun mə’nasını araşdırmış və sonra buyurmuşdur:

“Qeyd etdiklərimizin nəticəsi bu oldu ki, həzrət Peyğəmbər (s) şər’i işlərdə və ilahi vəzifələrdə Əhli-beytə üz tutmağı vacib buyurmuş, Əhli-beytə bağlılığın vacibliyini tə’kid etmiş və bu əmri müxtəlif tə’birlərlə elə əsaslandırmışdır ki, onun inkarı mümkün, ona arxa çevirmək caiz sayılmır.”

Bir sözlə, mübarək “Səqəleyn” hədisini əksəriyyət nəql etmişdir və bu şərif hədis mə’sum imamların (ə) imamət və xilafətini sübuta yetirir, eləcə də, ağıllı və insaflı adamlar üçün heç bir şübhə yeri qalmır.

Səqəleyn hədisindən əlavə, həm şiə həm də sünnilərin mütəvatir şəkildə nəql etdiyi bir çox hədislərdə bildirilir ki, həzrət Peyğəmbər (s) müsəlmanların qurtuluşunu Əhli-beytə itaətdə görmüşdür. Bu qəbildən olan “Səfinə” hədisində Əbuzər nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir, ona sığınan qurtular, ona arxa çevirən həlak olar.” Ayətullah Birucirdi bu hədisi sünnilərin bir neçə tanınmış kitablarından nəql edərək buyurur: “Bu hədisi yüzdən çox böyük alim öz kitabında rəvayət etmişdir.”

Əhli-beytə itaətin zəruriliyi haqqında rəvayətlər kifayət qədər çoxdur. Amma kitabın həcmini nəzərə alaraq “Səqəleyn” və “Səfinə” hədislərini nəql etməklə kifayətlənirik. Şiə fəqihləri bu iki hədisə, xüsusi ilə də “səqəleyn” hədisinə istinad edərək şər’i hökmlər və fiqhi fətvalarını Əhli-beytə müraciətlə sübuta yetirirlər.

Kamİllİk zİrvəsİ vəhdət İşığında


Xatırlamalıyıq ki, vacib əmrlərin ən mühümü müsəlmanların birliyi və təfriqədən çəkinməkdir. Allah-təala buyurur: “Hamınız bir yerdə Allahın ipindən yapışın və parçalanmayın. Allahın verdiyi ne’məti xatırlayın ki, bir-birinizə düşmən ikən qəlblərinizi birləşdirdi və Onun ne’məti sayəsində qardaş oldunuz. Oddan ibarət uçurumun kənarında olduğunuz vaxt O sizi xilas etdi. Allah ayələrini sizə aydınlaşdırır ki, bəlkə, haqq yola dönəsiniz.”1 Bu ayəyə əsasən, hər bir müsəlman Qur’an və Əhli-beytə sarılmaqdan əlavə, müsəlmanlarla bir olmalı və vəhdət halında Allahın ipindən yapışmalıdır. Kimsə Allahın xüsusi ne’məti və kamal zirvəsinə çatmağın əsası olan birlikdən qəflətdə qalmamalıdır. İxtilaf və düşmənçilik odla dolu uçurum kənarında hərəkət kimidir. Allah-təala süstlük və gücsüzlük səbəbi olan təfriqədən çəkinməyə çağırır: “Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz.”2 Başqa bir ayədə oxuyuruq: “Birlikdə sülhə gəlin, şeytanın yolu ilə getməyin, çünki o sizin aşkar düşməninizdir.”3

  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə