cı illərdə erməNİ-MÜSƏlman davasi




Yüklə 0.52 Mb.
səhifə1/23
tarix11.03.2016
ölçüsü0.52 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23
1905-1906 –cı illərdə

ERMƏNİ-MÜSƏLMAN

DAVASI

http://ehliwie-samux.com

Mir Möhsün Nəvvab




نام کتاب..........................مناقشه ارمنی-مسلمان در سال 1905

مؤلف.......................................................میر محسن نواب

ناشر:....................................................................... فائز

تاریخ چاپ:.............................................................1385

نوبت چاپ:..................................................................اول

تیراژ:....................................................................3000

Kitabın adı:.......Erməni Müsəlman davası (1905)

Müəllif:.....................................Mir Hösin Nəvvab

Nəşr edən:........................................................Faiz

Tiraj:...............................................................3000

Çap növbəsi:...............................................Birinci

Çap tarixi:.......................................................2007
978-964-8934-35-9
Qanlı-qadalı illərin dəyərli abidəsi

Artıq altıncı ildir ki, ortaya atılmış süni Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi, onu ortaya atmış erməni millətçiləri və onların havadarlarının niyyətlərini ifşa etmək baxımından Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvabın (1883-1918) indiyədək elm aləminə məlum olmayan “Təvarixi-rəzm və şurişi tayifeyi-əraməniyeyi-Qafqaz ba firqeyi müsəlmanan” (“Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri”) əsəri son dərəcə əhəmiyyətlidir. M. M. Nəvvab yaşadığı dövrdə baş verən hadisələrdən kənarda qalmamış, tariximizin ən faciəli, qanlı səhifələrini təşkil edən 1905-1906-cı illərdə rus imperiyasının fitnə-fəsadı və onun qəsbkar ordusunun köməyi ilə erməni millətçilərinin xalqımızın üzərinə qaldırılması nəticəsində baş vermiş qırğınları qələmə almışdır.

Əsərdə 1903-1904-cü illərdə Şuşada və Qarabağın başqa kəndlərində erməni millətçilərinin Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlər haqqında ayrı-ayrı epizodlarda geniş məlumat verilir. Müəllifin yazdıqlarından aydın olur ki, o vaxt da mərkəzdən bu iki millətə münasibət fərqli olmuşdur. M. M. Nəvvab qeyd edir ki, çarın əmrilə silah gəzdirmək Azərbaycan türklərinə qəti qadağan edilmişdi. Bundan istifadə edən silahlı erməni dəstələri silahsız azərbaycanlıları asanlıqla tutmağa və min cür əzabla öldürməyə müyəssər oldular. Onlar fürsət düşən kimi istər azərbaycanlı, istərsə də Osmanlı türklərinə hər cür maddi, mənəvi və fiziki zərbələr endirməyə çalışmışlar. Əsərdə deyildiyi kimi, hətta 1877-ci il Rusiya-Türkiyə müharibəsi zamanı rus ordusunun tərkibində Qars şəhərinə daxil olan ermənilər orda əllərinə keçən əlyazma kitablarını və Qurani-Şərifi amansızcasına yandırmışlar.

M. M. Nəvvab yazır ki, erməni millətçiləri əvvəl Osmanlı dövlətində, sonra isə Rusiya şəhərlərində xüsusi qımdatxanalar (müasir saqqalı erməni quldurlarının əcdadlarını, türklərə qarşı birləşdirmiş mərkəzlər) yaratmışdılar. Ora ziyalılar, cavanlar, sənətkarlar və erməni icmasının başqa nümayəndələri cəlb olunurmuş. Osmanlı və Azərbaycan türklərinə qarşı təbliğatda, təxribatda, sui-qəsddə, eləcə də, silahlı toqquşmalarda istifadə etmək üçün lazımi hərbi sursatın, çar məmur və zabitlərinin rüşvətlə ələ keçirilməsi məqsədilə varlı erməni təbəqələrindən pul toplamaq qımdatların əsas vəzifələrindən biri idi.

İstər qımdatlara, istərsə də başqa erməni millətçi dəstələrinə xeyir-dua verən, onların xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin, qırğınların əsas təşkilatçısı yerlərdə fəaliyyət göstərən kilsələr və kilsə xadimləri olmuşlar. Onlara isə ümumi rəhbərliyi Eçmiədzin (Üç müəzzin) etmişdir.

Kilsənin toxunulmaz Tanrı məbədi olduğunu nəzərə alaraq keşişlər onu 1905-1906-cı illərdə xalqımıza qarşı erməni quldur dəstələrini silahlandıran hərbi sursat cəbbəxanasına çevirmişdilər. 1906-cı ildə Şuşada ardı-arası kəsilməyən bu qırğınlardan cana doymuş bir neçə erməni Şuşa kilsələrinin yeraltı qatlarında məxfi hərbi sürsat anbarları olması haqqında gizlicə şəhər üsul-idarəsinin başçısı olan rus generalına xəbər verərək həmin anbarların ləğv edilməsini tələb edirlər. Yoxlanış zamanı iki kilsənin yeraltı qatında çoxlu miqdarda tüfəng, güllə, bomba, dinamit, evlərin yandırılmasında istifadə etmək üçün müxtəlif maddələrlə doldurulmuş silah anbarları aşkar edilmişdi. Kilsənin əsas fəaliyyəti ilə daban-dabana zidd olan bu əməllərinə görə Ter-Ovanesyan, Ter-Arsen Vartapetov, Ter-Karapet Vartapetov, Mirzəbekov, Asatur Vartapetov kimi keşişlər sadəcə olaraq Şuşadan uzaqlaşdırılmışdılar.

Bəzilərinə təəccüblü görünər ki, insanlığı mənəvi paklığa çağıran, onlara pislikdən, ədavətdən, zalımlıqdan əl çəkməyi tövsiyə edən, adamları ədalətə, xeyirxahlığa, haqq yoluna dəvət etməli olan Tanrı məbədinə ölüm, qan qoxusu verən və kilsə qanunlarına tamamilə zidd olan silahların toplanması, saxlanması və quldur dəstələrini silahlandırıb, başqa bir xalqa və onun torpağına qarşı təcavüzə yönəltmək mümkün olan şeydirmi?

Əgər biz XX yüzilliyin lap əvvəllərindən başlayaraq bu günümüzədək erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən aşkar və gizli qırğınlara, torpağımıza şərik və sahib olmaq məqsədilə aparılan təbliğatlara və silahlı vuruşmalara dair Çar Rusiyasında və keçmiş SSRİ-də, eləcə də xarici ölkələrdə yazılmış onlarla məxəzi izləmiş olsaq, görərik ki, elə bu iki millət arasında ədavəti qızışdıran və təşkil edən başlıca qüvvə kilsə və onun ətrafına toplanmış erməni “ziyalıları” olmuşlar.

İki millət arasında davam edən iğtişaş və qırğınlar zamanı kilsənin fəaliyyətini dərindən öyrənmiş rus diplomatı, general Mayevski öz qeydlərində yazır: “Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini fəaliyyəti olduqca cüzidir. Erməni din xadimlərinin fəaliyyəti “Allah kəlamını” çatdırmaqdan çox, müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir.”

Vaxtilə Eçmiədzinə səfər etdikdən və onun fəaliyyətilə yaxından tanış olduqdan sonra fransız alimi Baron de-Bay belə yazmışdı: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur... Mənim bütün minnətdarlıqlarıma baxmayaraq, səmimi olmalıyam. Bu monastır məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı.”

Erməni kilsəsinin belə qeyri-insani fəaliyyətini işıqlandıran ayrı-ayrı məxəzlərdən çoxlu nümunə gətirmək olar. Son dövrlərdə də istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olmuşdur.

Mir Möhsün Nəvvabın haqqında danışdığımız əsəri hal-hazırda istər Dağlıq Qarabağda, istərsə də digər bölgələrdə gedən müharibənin səbəblərinin, onun tarixi köklərinin və erməniləri dəstəkləyən qüvvə və tərəflərin öyrənilməsində və xarici qüvvələrin bu bölgədə apardıqları siyasətin aşkarlanmasında dəyərli məlumatlar verəcək.


Kamandar Şərifli
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə