Burxili ş İŞİ Mövzu: Müəssisənin uçot siyasəti və onun əsas istiqamətləri




Yüklə 0.52 Mb.
səhifə1/6
tarix20.04.2016
ölçüsü0.52 Mb.
  1   2   3   4   5   6
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultə:”Uçot-İqtisad”
İxtisas:İİ.01.02.00 “Mühasibat uçotu və audit”


BURXILI Ş İŞİ


Mövzu:Müəssisənin uçot siyasəti və onun əsas istiqamətləri


Tələbə:Haciyev Namiq Zakir oğlu

Rəhbər:Cəfərov Nazim İ.

Kafedra müdüru:Səbzəliyev Sifahiz M.


Bakı 2008
PLAN


Giriş

Fəsil 1. Bazar iqtisadiyyatı şəraitinde mühasibat uçotunun formalaşmasının əsas

prinsipləri

1.1 Azərbaycanda mühasibat uçotunun əsas konsepsiysı

1.2 Uçot siyasətinin formalaşmasının prinsipləri

1.3 Muhasibat informasiyaları və istehlakçılar üçün onun əhəmiyyəti

1.4 Beynəlxalq standartlara müvafiq olaraq Azərbaycan hesbatlarının transformasiyasının əsas prinsipləri

Fəsil 2. Azərbaycanda mühasibat uçotunun təşkilinin metodoloji və metodiki əsasları

2.1 Mühasibat uçotunun metodoloji əsasları

2.2 Mühasibat uçotunun metodiki əsasları

2.3 Mühasibat uçotunun əsas elementləri kimi maliyyə və idarəetmə uçotunun oxşar

və fərqli cəhətlərinin səciyyələndirilməsi

2.4 Mühasibat (maliyyə) uçotunun beynəlxalq standartlara uyğun təşkilinin əsas şərtləri və prinsipləri



Nəticə və Təkliflər

Giriş
Azərbaycandan həyata keçriliən iqtisadi və siyasi islahatların nəticəsində mühasibat uçotunun mahiyyəti və funksyaları müəssisədə onun yerinə yetirdiyi vəzifələr dəyişilmişdir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq dövlət mühasibat uçotunun ciddi tənzimləmədən çoxvariantlı yanaşmaya keçmişdir. Hal hazırda bir çox hallarda uçot sisteminin ayrı-ayrı parametrlərini, uçot sistemini müəssisə özü seçir. Mühasibat uçotu sahəsində dəyişikliklər bir sıra iqtisadi və hüquqi xarakterli daxili və xarici amillərin təsiri nəticəsində zəruri olmuşdur. Bu amillərdən əsasları aşağıdakılardır:



  • Müəssisənin hüquqi bazasının dəyişilməsi. Azərbaycanda bir sıra yeni qanunların nəticəsində müəssisələr təsərüfat sərbəstliyi əldə etdilər. Bunun ardınca həyata keçirilən özəlləşdirilmə müəssisələrin sahibləri (fiziki, hüquqi şəxslər, xarici investorlar və s.) meydana gəldi. Bütün bunların nəticəsində müəssisənin iqtisadi inkişafının xarakteri dəyişildi. Hal hazırda müəssisələrin fəaliyyətinin əsasında öz məhsulları ilə bazara sərbəst şəkildə çıxmaq, yerinə yetririlmış sövdələşmələr üzrə bazar qiymətlərinə əsasən hesablaşmaların aparılması dayanır.

  • Mənfəət əldə etmək məqsədilə həyata keçirilən müəssisə fəaliyyətinin genişlənməsi. Təsərüfat sərbəstliyinin əldə olunması ilə müəssisələr öz vəsaitləri hesabına yeni növ məhsulların, individual texnologiyanın hazırlanması və ya belə texnologiyalar üzrə qeyri maddi aktivlərin alınması zərurəti ilə üzləşdilər. Müəssisələr həmçinin sərbəst pul vəsaitləri və əmlakları vasitəsilə maliyyə bazarına qoyuluşlar etməklə gəlir əldə etmək imkanı qazandılar.

  • Xarici bazarlara sərbıst şəkildə çıxmaq imkanı. Xaririci iqtisadiyyatı tənzimləyən qanunvericiliyə uyğun olaraq müəssisələr sərbəst şəkildə idxal və ixrac əməliyyatlarını həyata keçirmək hüququna malikdirlər. Xarici bazara çıxış müəssisədən öz maliyyə təsərüfat fəaliyyətini beynəlxalq sazişlərə və digər ölkələrin qanunvericiliyinə uyğun qurmağı tələb edir.

Bu bütün amillər mühasibat uçotu və hesabatın təşkili sahəsində dəyişiklikləri zəruri etdi. Bu dəyişiklikləri həyata keçirmək üçün Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq beynəlxalq uçot sisteminə keçid proqramı qəbul olundu. Maliyyə Nazirliyi tərəfindən milli uçot standartlarının konseptual əsasları, milli uçot standartları, normativ aktlar sistemi hazırlanıb təsdiq olunub.

Mühasibat uçotunu tənzimləyən normativ aktları, sənədləri 4 səviyyədə qiymətləndirmək olar:

I səviyyə “ Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunu”

II səviyyə mühasibat uçotu standartları. Bu standartlar “Mühasibat uçotu haqqında” qanunda əks olunmuş mühasibat uçotunun əsas prinsiplərini açıqlayır

III səviyyə müvafiq icra orqanlarının hazırladığı metodiki göstərişlər, təli matlar, və bu kimi sənədlər daxildir.

IV səviyyəya qeyd olunan sənədlərə əsaslanan əmlakın, hesablaşmaların, öhdəliklərin daxili uçot qaydalarını müəyyən edən müəssisədaxili işçi sənədlər daxildir. Bu səviyyədən olan sənədlərin içində müəssisənin uçot siyasəti xüsusi əhəmiyyətə malikdir.

Bütün bunlarla yanaşı Azərbaycan uçot siyasətində planlı iqtisadiyyatdan qalan söesifik xüsusiyyətlər də qalmaqdadır. Bunların içərisində uçotun nəzəriyəsi ilə, metodları ilə bağlı olan məsələlər də var.

Bugünki vaxtda bazar iqtisadiyyatı münasibətlərində iqtisadi fəaliyyətin mərkəzi, iqtisadiyyatın əsas həlqəsi olan müəssisəyədoğru yer dəyişir. Məhs mikroiqtisadi səviyyədə ictimaiətə lazım olan məhsullar istehsal olunur, xidmətlər göstərilir. Resursların məsrəflərinin iqtisadiliyi, yüksək məhsuldarlıqli texnika və texnologiyanın tətbiqi və məhsnulun reallaşdırılması ilə bağlı məsələlər həll olunur. Bu məsələlərin bəzilərinin həllində müəssisə ilkin baxış üsulları (sənədləşdirmə və inventarizasiya) , dəyər ölçüləri (qiymətləndirmə və kalkulyasiya), cari qruplaşdırma (hesablar və ikili yazılış), yekunlaşdırma (balans vəhesabat)-dan ibarət olmaqla uçot metodlarından istifadə edir.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, müəssisədə uçotun aparılmasının uçot siyasətinin seçilməsi mühüm əhəmiyyətə malikdir. Buna görə uçot siyasəti anlayışının təhlili onun istiqamətləri və mahiyyətinin öyrənilməsi, mühasibat uçotunun aparılmasında onun funksya və rolunun qiymətləndirilməsi mühüm əhəmiyyətə malikdir. Müəssisənin uçot siyasətinin tam öyrənilməsi məqsədilə bu anlayışa aşağıdakı aspektdən yanaşılır:


  1. Məsisənin uçot siyasətinin formalaşdırılmasının əsası kimi çıxış edən mühasibat uçotunun hüquqi normativ bazasının ətraflı öyrənmək lazımdır. Mühasibat uçotu uzrə qanunvericilik aktlarının sinifləndirilməsi və təhlili uçot siyasətinin rolunun qiymətləndirilməsi üçün vacibdir.

  2. Hüquqi aktlarınin öyrənilməsinə əsasən müəssisənin təsərüfat şəraitinin spesifikliyinə görə uçot siyasətinin formalaşdırılmasının əsas prinsiplərini, uçot siyasətinin təşkilati, metodiki, texniki aspektlərini müəyyən etmək lazımdır.

  3. Uçot siyasəti ilə mühasibat hesabatları arasındakı qarşılıqlı əlaqə mexanizminin və onun uçot prosesinin son mərhləsinə təsirinin müəyyən olunması.

Müəssisənin uçot siyasətinin təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri onun Beynəlxalq Uçot Standartlarına uyğun qurulmasıdır. Beynəlxalq standartlarda uçot siyasəti müəssisənin maliyyə hesabatının hazırlanması və tətbiq edilməsi prosesində tətbiq etdiyi əsas prinsipləri, qaydalar, şərtlər və təcrübələrin məcmusu kimi başa düşülür.

Uçot siyasəti müəssisənin baş mühasibi tərəfindən onun strukturu, sahəsi və fəaliyyətinin xüsusiyyətləri nəzərə almaqla formalaşdırılır və müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir. Uçot siyasətinin formalaşdırarkən aşağıdakılar müəyyən olunur:

müəssisənin işçi hesab planı; təsərüfat fəaliyyətinin faktlarının təkmilləşdirmək üçün istifadə olunan ilkin sənədlərin formaları; müəssisənin aktiv və öhdəliklərinin inventarizasiyası qaydaları; aktiv və öhdəliklərin qiymətləndirilməsi metodları; sənəd dövriyyəsi və uçot informasiyalarının işlənilməsi qaydası; təsrüfat əməliyyatlarına nəzarət edilməsi qaydaları; mühasibat uçotunun təşkilinin digər məsələləri;

Uçot siyasətinin formalaşmasında ehtimal olunur ki müəssisənin aktivləri və öhdəlikləri onun sahiblərinin və digər müəssisələrinin aktiv və öhdəliklərindən ayrı şəkildə mövcuddur; müəssisə özfəaliyyətini davam etdirəcək, onun fəaliyyətinin məhdudlaşdırmaq üçün istəyi və zərurəti yoxdur. Uçot siyasəti beynəlxalq standartlara qoşulduqda o, tamlılığı, vaxtıvaxtındalığı, ehtiyyatlılıq, mahiyyətin formadan üstünlüyü, uçotun aparılmasının rasionallığı tələblərinə cavab verməlidir. Uçot siyasətini formalaşdırarkən mühasibat uçotunun qanunvericiliyi və normativ aktlarda yolverilən uçotun təşkili və aparılması üzrə konkret istiqamət üzrə bir neçə alternativdən birinin seçilməsi həyata keçirilir.




Fəsil I. Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun formalaşmasının əsas prinsipləri

1.1 Azərbaycanda mühasibat uçotunun əsas konsepsiyası

Mühasibat ucotu əsaslandırılmış idarəetmə qərarları qəbul etdiyi üçün müəssisənin idarə edilməsi, onun əmlakının kompleks idarə edilməsi, müəssisənin əmlak kompleksi hyata keçirilmiş təsərüfat əməliyatları ilə bağlı olan informasiyaların toplanması, işlənməsi, qeydiyyatı və onların istifadəçilərər çatdırılması ilə bağlı olan bir sistemdir. Hər bir elm sahəsi kimi mühasibat uçotu da müəyyən bir konsepsiyaya əsaslanir. Ümumiyyətlə konsepsiya – hər hansi bir hadisənin, prosesin müəyyən üsulla mənimsənilməsi, əşyaya əsas nəzəri diqqətin yetirilməsi, onların müntəzəm işıqlandırılması üçün rəhbəredici quvvədir. Azərbaycanda mühasibat uçotunun əsas konsepsiyasının müəyyənləşdirilməsi müasir təsərüfatçılıq şəraitindəmühasibat uçotu sisteminin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun konsepsiyası mühasibat uçotunun nəzəri əsasını işləyib hazırlamağı nəzərdə tutur. Mühasibat uçotunun konsepsiyası bazar iqtisadiyyatına istiqamətlənməklə xarici ölkələrin təcrübəsindən istifadə olunması , beynəlxalq uçot və hesabat prinsiplərinə, elmin və texnikanın son nəaliyyətlərinə uyğun hazırlanmışdır.

Mühasibat uçotunun əsas konsepsiyası Azərbaycanda uçot sisteminin təşkilinin əsası olmaqla aşağıdakı məsələlərin həllində əsas kimi çıxış edir:

• Mühasibat uçotunun təşkili və aparılmasına dair ümumi informasyalarla peşəkarları təmin etmək.

• Mühasibat uçotuna aid ardıcıl normativ sənədlərin hazırlanması və mövcud sənədlərər yenidən baxılmasının əsası kimi çıxış etmək.

• Bu konsepsiya 50 normativ sənədlərlə tənzimlənmiş məsələlərlə bağlı qərarların qəbulunda əsas hesab olunur

• Mühasibat uçotunda əks olunan informasiyaların anlaşılmasında istifadəçilərər kömək etmək.

Mühasibat uçotunun nəzəri əsasının təşkil edən konsepsiya normativ sənədləri əvəz eləmir, o yalnız mühasibat uçotunun təşkili və aparılmasının nəzəri əsaslarını müəyyənləşdirir.

Xarici və ölkə təcrübəsinin öyrənilməsi göstərir ki, mühasibat uçotu sistemi maliyyə və idarəetmə uçotuna ayrılır. Bu da mühasibat uçotu konsepsiyasına maliyyə və idarəetmə uçotu baxımından ayrı-ayrı yanaşmağı tələb edir.

Idarəetmə uçotu müdriyyətin və əsaslandırılmış idarəetmə qərarı hazırlamaq və qəbul etmək bacarığına malik olan menecerin daxili istifadəsi üçün toplanan, ölçülən, işlənən və lazımı istiqamətə istiqamətləndirilən bütün növ uçot informasiyalarını əhatə edir.

İdarəetmə uçotunu bəzən daxili və ya istehsalat uçotu da adlandırırlar. Idarəetmə uçotu sistemində istehsalat-təsərüfat fəaliyyəti barədə göstəricilərin formalaşması müəssisənin sirri hesab edilir.

Maliyyə uçotu həm müəssisənin müdriyyəti və işçi heyəti, həm də kənar istifadəçilər tərəfindən istifadə olunan uçot informasiyalarını özündə birləşdirir.

Maliyyə uçotu və hesabatının konsepsiyası. Maliyyə uçotunun konsepsiyası aşağıdakı prinsiplərə əsaslanır:


  • maliyyə hesabatında mövcud və potensial investorların başa düşəcəyi obyektiv və sadə informasiyalar təqdim etmək.

  • mövcud və potensial investorlara və kreditorlara kömək edən gözlənilən gəlirin məbləği, vaxtı və riski haqda informasiyaları vermək

  • müəssisənin təsərüfat ehtiyatları, öhdəlikləri, tərkibi, əmələgəlmə mənbələri, eləcə də onların dəyişməsi haqda informasiyalar təqdim etmək vəzifələrini həll etmək

  • təbiətin mühafizə edilməsindən əldə edilən nəticənin, onunla əlaqədar çəkilmiş məsrəflərlə müqaisə edilməsinə dair informasiyalarla təmin edilməsi üçün ayrı uçota alınmasını təşkil etmək

  • istehsalın bütün təsərüfat hesablı sahələrinin son nəticə və göstəriciləri üzərində nəzarət etmək, investorların, malsatanların, malalanların, kreditorların, vergi və bank orqanlarının istifadəsi üçün zəruri olan maliyyə nəticələri və maliyyə vəziyyəti haqda tam dəqiq və operativ informasiyaların formalaşmasını təmin etmək

  • müəssisələrin hesablarının vaxtlı-vaxtinda və dəqiq tərtib edilməsini, onların müvafiq orqanlara və investorlara təqdim olunmasını təmin etmək

  • uçotun daha səmərəli təşkil edilməsi üçün onun beynəlxalq standartlara uyğun qurulmasını təşkil etmək

Maliyyə uçotu və hesablarının tərtibi pul ifadəsi ilə yerinə yetirilir. Mühasibat uçounda yalnız pulla ifadə olunan hallarda istinad edilir və mühasibat hesablarında əks etdirilən bu halların pul ölçüsü mövcuddur ki, bu da pulla ölçü prinsipi adlanır.

Mühasibat uçotu, maliyyə məlumatlarının ölçülməsi, işlənməsi və ötürülməsi sistemi kimi qəbul edildiyindən, onda nəyin ölçülməsinin müəyyən edilməsi çox vacib məsələlərdən biri hesab edilir. Bu ölçü obyekti kimi təsərüfat əməliyyatları çıxış edir. Təsərüfat əməliyyatları mühasibat uçotunun predmeti hesab olunur və onlar mühasibat uçotunda pulla ifadə olunur.

Pulla ifadə olunmayan məlumatlar balansda əks etdirilə bilmədiyindən müəssisələrin vəziyyəti haqda tam olmayan hesabatı özündə əks etdirmir və müəssisədə işlərin vəziyəti haqda əsas məlumatları göstərə bilmir. Azərbaycanda qüvvədə olan maliyyə hesabatı müəssisənin balansını (1 saylı forma), müəssisənin balansına əlavəni (5 saylı forma), maliyyə nəticələri və onların istifadəsi haqda hesabatı (2 saylı forma) özündə birləşdirir.

Mühasibat maliyyə informasiyaları sistemli uçotda formalaşmalı, qəbul edilmiş qərarların nəticəsinə təsir etmək üçün istifadə olunmağa kömək edən dəqiq, obyektiv, əhəmiyyətli və proqnoz dəyərli olmalı, əks əlaqəyə əsaslanmalı müvafiq idarəetmə və digər qərarlar hazırlayan və qəbul edən şəxslər üçün aydın olmaq kimi tələbləri təmin etməlidir.

Maliyyə uçotu və hesabatının təşkili və tərtibi konsepsyasının əsas prinsiplərindən biri iqtisadi məzmundan və ikili xarakterdən asılı olaraq hər bir təsərüfat əməliyyatının eyni məbləğlə iki mühasibat hesabatında əks etdirməklə ikili yazılış metodunun tətbiqi hesab edilir. Ikili yazılış prinsipi balans bərabərliyi adlanaraq, müəssisənin balansında olan vəsaitləri, öhdəlikləri və kapitalı biri-biri ilə əlaqələndirməklə mühasibat uçotunun əsasını təşkil edir. Qarşılıqlı əlaqələndirilmiş bütün təsərüfat əməliyyatları mühasibat uçotunda ikili yazılış üsulu ilə əks etdirilir. Bu üsulun mənası odur ki, hər bir təsərüfat əməliyyatı məbləğinin bir hesabın debetində və digər hesabın kreditində yazılmaqla, iki hesabda əks etdirilməsini ifadə edir. İkili yazılış iki uçot obyektində bərabər ölçüdə dəyişikliyə səbəb olan təsərüfat əməliyyatlarının iqtisadi məzmununa əsaslanır. İtalyan mühasibat məktəbinin nümayəndəsi V.Cittinin (1856-1945) fərziyyəsinə görə ikili yazılış dedikdə qeydiyyat vaxtı iki anın (debet və kredit) əsas götürülməsi deyil, bütün uçotun özünün iki obyektinin olması nəzərdə tutulur.

Mühasibat uçotunda sintetik və analitik hesablarının tətbiqini nəzərdə tutan sistemlik mühasibat informasiyalarının formalaşması onların düzgünlüyünü yoxlamağa və təsdiq edilməsinə şərait yaradır. Sintetik və analitik hesabların köməyi ilə təşkil edilən mühasibat uçotu sistemi müəssisənin maliyyə hesabatında ümumiləşdirilən əmlak və onun mənbəyi haqda dəqiq informasiya əldə etməyə şərait yaradır. Maliyyə uçotu və hesabatının ən mühüm prinsipi mühasibat balansı, digər hesabat formalarından istifadə etməklə müəssisənin aktiv və passivinin təhlili imkanlarının olmasıdır. Müəssisənin maliyyə vəziyyətinin bucür təhlil edilməsi balansın aktivinin likvizitliyini müəyyən etməyə istehsal ehtiyatları, pul vəsaitləri, dövriyyə və dövriyyədən kənar aktivlərin, öhdəliklərin mövcudluğunu və onlarla bağlı bir sıra əmsalların hesablanmasını müəyyən etməyə imkan verir.

Maliyyə uçotu və hesablarının hazırlanması və təsdiq edilməsi zamanı informasiyanın müəssisənin aktivi, öhdəlikləri, gəəlir və xərclərinə inflyasyanın təsirinin uçotunun aparılması vacib məsələlərdən biridir. Inflyasya termini dedikdə qiymətin ümumi səviyyəsinin artımı nəzərdə tutulur. Buna başqa cür pulun alıcılıq qabiliyyətinin düşməsi kimi də baxmaq olar.

Bir çox ölkələrdə maliyyə hesabatında mühasibat uçotunun qəbul edilmiş prinsiplərinə uyğun olaraq aktivlər və passiv üzrəgöstəricilər ilk qiymətə (ilkin dəyər) əsasən əks olunur. Bu iki səbəblə izah olunur. Birincisi bu cür qiymət razılaşma aparılan dövrdə müəssisənin apardığı ödənişin və ya aldığı vəsaitin həqiqi qiymətini əks etdirir. Ikincisi ilk qiymət bağlanmış bağlanmış razılaşmaların nəticəsi olaraq maliyyə əməliiyatları göstəricilərinin yoxlanılmasının subyektivliyini özündə əks etdirir. əmlakın və öhdəliklərin ilkin dəyərlə qiymətləndirilməsi qiymətlərin sabitliyi şəraitində özünü doğruldur və bu qiymətləndirmə müəssisənin əmlakının dəyərini obyektiv şəkildə əks etdirir. Lakin bazar iqtisadiyyatının hazırki şəraitində qiymətlərin inflyasya və s. kimi obyektiv və subyektiv amillərin təsiri nəticəsində tez-tez qalxıb düşdüyü bir şəraitdə müəssisənin əmlak və ohdəliklərinin ilkin dəyərlə qiymətləndirilməsi, onun vəziyyəti, fəaliyyəti ehtiyatları, kapitalı və s. haqqında qeyri real məlumatların formalaşmasına və onlarda istifadə nəticəsində yanlışqərarların qəbuluna gətrib çıxara bilər. Buna görə də müəssisənin əmlakı və öhdəliklərinin qiymətləndirilməsi zamanı dünya praktikasında geniş istifadə edilən qiymətləndirmə növlərindən istifadə olunur. Mühasibat uçotu və maliyyə hesablarının Beynəlxalq Standartlarına uyğun olaraq müəssisənin aktivləri və öhdəliklərinin qiymətləndirilməsinin aşağıdaki qiymət növlərindən istifadə olunur:



  1. İlkin dəyər – Aktivinin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya onların ekvivalentlərinin ödənilmiş məbləği və ya verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

Öhdəliyin ilkin dəyər əsasında qiymətləndirilməsi müəssisəinin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədi ilə ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərin və ya onların ekvivalentlərinin məbləği, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.

  1. Cari dəyər – Aktivin cari dəyəri əsasında qiymətləndirilməsi hal hazırda analoji aktivlərin əldə edilməsi üçün odənilməli olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

Öhdəliyin cari dəyəri əsasında qiymətləndirilməsi onların hal hazırda yerinə yetirilməsi məqsədilə ödənilməli olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin nominal məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

  1. Minimum satış dəyəri – Aktivin mümkün satış dəyəri əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu aktivin satılması nəticəsində əldə edilə biləcək pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsi nəzərdə tutur.

Öhdəliyin mümkün ödəniş dəyəri əsasında qimətləndirilməsi müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə pul vəsaitlərinin və ya onların ekvivalentlərinin odənilməli olan nominal məbləği ilə qiymətləndirilməsi nəzərdə tutur.

  1. Diskontlaşdırılmış dəyər – Aktivin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi müəssisənin adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

Öhdəliyin diskontlaşdırılmış dəyər əasaında qiymətləndirilməsi müısisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsindən gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırki məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.

  1. Ədalətli dəyər – Aktivin ədalətli dəyər əsasında qiymətləndirilməsi onun müstəqil, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı keçirməkdə maraqlı olan tərəflər arasında mübadilə nəticəsində əldə edilə biləcək məbləğlə qiymətləndirilməsini nəzərdə tutur.

Öhdəliyin ədalətli dəyər əsasında qiymətləndirilməsi müstəqil yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatın icrasi zamanı bu öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan məbləğlə qiymətləndirilməsini nəzərdə tutur.

Maliyyə hesabatlarında təqdim olunmuş ayrı-ayrı obyektlərə müxtəlif qiymətləndirmə əsaslarının , həmçinin qarışiq qiymətləndirmə (modifikasiya edilmiş ilkin dəyərinin) əsasının tətbiq edilməsi də mümkündür.

İnflyasya prosesinin təsiri (qiymətlərin dəyişilməsi) bu təsirlərin səviyyəsinin əmsallaşdırılması və həmin əmsallara uyğun olaraq uçot obyektlərinin dəyişdirilməsi vasitəsilə əks etdirilir. Qiymətlərin dəyişilməsi səviyyəsini bilmək və bu səviyyəyə uyğun olaraq balansın aktivinin müəssisənin kapitalının yenidən hesablanıb dəyişdirilməsi üçün qiymət əmsalı (inflyasyanın səviyyəsi) mərkəzi mətbuatda dövrü sürətdə dərc olunmalıdır. Qiymət əmsalının dərc olunması müəssisənin əmlakının vəziyyətini dəqiq müəyyən etməyə imkan yaradır. Bu zaman müəssisənin əmlakı (kapitalı) ya artacaq, ya da azalacaqdır. Belə halda həmin qiymətlilərin dəyərinin dəyişilməsi xüsusi ehtiayt kimi balansın passivinin ayri maddəsində əks etdirilməlidir. Mühasibat uçotunun beynılxalq standartlarına uyğun olaraq inflyasyanın təsiri (qiymətlərin dəyişilməsi) nəticəsində aktivlərin və öhdəliklərin yenidən qiymətləndirilməsi və ya yenidən müəyyənləşdirilməsi kapitalda artım və ya azalmanı yaradır. Beynəlxalq standartlara uyğun olaraq kapitalın yenidən qiymətləndirilməsi və ya yenidən müəyyənləşdirilməsi “kapitalın saxlanmasını təmin edən düzəlişlər” anlayışı ilə ifadə olunur və prosses kapitalın saxlanılması nəzəriyəsinə əsaslanır. Kapitalın saxlanılması konsepsiyası öz növbəsində iki konsepsiyaya: maliyyə kapitalının (və ya müəssisəyə qoyulmuü investisiyaların dəyərinin) saxlanılması konsepsiyası və fiziki kapitalın (və ya müəssisənin əməliyyat potensialının) saxlanılması konsepsiyası.

Maliyyə kapitalının (və ya müəssisəyə qoyulmuş investisiyaların dəyərinin) saxlanılması konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, bu müəssisədə müəssisənin kapiralı maliyyə kapitalı kimi nəzərdən keçirilir. Müəssisənin maliyyə kapitalı dedikdə, müəssisəyə qoyulmuş onun xalis aktivlərinin dəyərinə (müəssisənin öz kapitalına) bərabər olan investisiyaların dəyəri başa düşülür. Bu investisiyalar müəssisə tərəfindən nominal dəyəri və ya sabit alıcılıq qabiliyyəti əsasında qiymətləndirilmış pul vəsaiti ilə qiymətləndirilə bilər.

Fiziki kapitalın (və ya müəssisənin əməliyyat potensialının) saxlanılması konsepsiyasının mahiyyəti mahiyyəti ondan ibarətdir ki, burada müəssisənin kapitalına fiziki kapital kimi yanaşılır. Fiziki kapital dedikdə müəssisənin fiziki istehsalat məhsuldarlığı və ya bu məhsuldarləğın təmin edilməsinə tələb olunan resurslar başa düşülür.

Kapitalın saxlanılmasına düzəlişlər, yəni qiymətlərin dəyişilməsinin müəssisənin kapitalına təsiri beynılxalq standartlarda aşağıdakı kimi nəzərə alınır:

1) Maliyyə kapitalının saxlanılması konsepsiyasına uyğun olaraq


  1. investisiyalar (müəssisənin öz kapitalına bərabər olan) nominal dəyərlə qiymətləndirildikdə hesabat dövründə onların dəyərinin artması mənfəət kimi tanlınır. Beləliklə hesabat dövrü ərzində müəssisə tərəfindən saxlanılan aktivlərin qiymətlərinin artması konseptual baxımdan mənfəət hesab olunur.

  2. maliyyə kapitalını təşkil edən investisiyaların dəyəri sabit alıcılıq qabiliyyətli vahidlə (başqa sözlə real dəyərlə) müəyyənləşdirildikdə onların hesabat dövrü ərzində artımının yalnız inflyasyanın ümumi səviyyəsindən artıq olan hissəsi mənfəət kimi tanınır. Artımın yerdə qalan inflyasyanın səviyyəsinə bərabər olan hissəsi kapitalın saxlanılmasına düzəliş və kapitalın bir hissəsi hesab olunur.

2) Fiziki kapitalın saxlanılması konsepsiyasına uyğun olaraq , kapitalın ( müəssisənin fiziki məhsuldarlıq potensialı) hesabat dövrü ərzində artımı mənfəət hesab olunur. Müəssisənin aktivlərinin dəyəri müəssisənin fiziki potensialı artmadan artarsa onda bu artım müəssisənin kapitalının saxlanlmasına düzəliş və kapitalın bir hisssi hesab olunur.

Müəssisənin kapitalının saxlanılmasına düzəlişlər, yəni kapitalın yenidə qiymətləndirilməsi nəticəsində on artımının kapitaa aid edilən miqdarı “Çənfəət və xərclər” haqqında hesabatda təqdim edilmir. Bu artım və ya azalma kapitalın saxlanılmasına və ya yenidən qiymətləndirmə üzrə ehtiyat adı altında Mühasibat balansında və kapitalında dəyişikliklər haqqında hesabatda əks olunur.



İdarəetmə uçotunun konsepsiyası. İdarəetmə uçotunun konsepsiyası aşağıdakı əsas prinsiplərə əsaslanır:

İdarəetmə uçotunun təşkilinin əsas məqsədi konkret istehsalat nəticələrinin əldə edilməsinə məsuliyyət daşıyan menecerləri müvafiq informasiyalarla təmin etməkdən ibarətdir. Müvafiq idarəetmə qərarı qəbul etmək məqsədilə menecerlər tərəfindən isitifadə olunan mühasibat informasiyalarının yaradılmasında müəssisədə işləməyən xaici istifadəçilərə lazım olan informasiyaların yaradılmasından xeyli dərəcədə fərqlənən digər qaydalar tətbiq olunur.

İdarəetmə uçotu sistemində hər çeydən əvvəl istehsal xərcləri haqda informasiyalar formalaşır. İdarəetmə uçotu , istehsal məsrəflərinin uçotu və məhsulun maya dəyəri kalkulyasyasının təşkilini nəzərdə tutur. İdarəetmə uçotunun əsas obyektlərindən biri də istehsal xərcləri hesab olunur. İdarəetmə uçotunda məsrəflər növlərinə, baş vermə yerlərinə və məsrəf daşıyıcılarına görə qruplaşdırılır və uçota alınır. Məsrəflərin başvermə yerlərinə ehtiyatların (maddi xammal, yanacaq-enerji, əmək, maliyyə) ilk istehlak yeri olan struktur vahidləri, bölmələr, iş yerləri, sahələr, briqadalar, istehsalatlar, sexlər və s. aid edilir.

Məsrəf daşıyıcıları dedikdə, həm bazarda satmaq, həm də daxili tələbat üçün nəzərdə tutulan məhsul, yerinə yetirilmiş iş, göstərilmiş xidmət növləri başa düşülür. İdarəetmə uçotu sistemində mütləq “məsuliyyət mərkəzi” göstərilir, xərclərin idarə edilməsi müəssisə yaxud təşkilat işçilərinin məqsədyönlüfəaliyyətləri ilə həyata keçirilir. Buna görə idarəetmə prosesində iştirak edən hər bir işçi bu və ya digər xərclərin məqsədəuyğunluğu üzərində məsuliyyət daşımalıdır. Beləliklə, məsuliyyət mərkəzi –menecerin müəssisənin təyin olunmuş miqdardaapardığı xərclərin məqsədəuyğunluğu üzərində məsuliyyət daşımasını təsdiq edən struktur elementidir. Məsrəflərin başvermə yerləri üzrə detallaşdırılmasının aparılması, onların məsuliyyət mərkəzləri ilə əlaqələndirilməsini, məsrəflərin təkmilləşdirilməsi məsrəflərini müəssisə müdriyyəti müstəqil işləyib hazırlayır.

Beləliklə, idarəetmənin obyektləri sırasına istehsal məsrəfləri, məhsulun maya dəyərinin kalkulyasyası, məsrəflərin başvermə yerləri və məsrəf daşıyıcıları üzrə uçotunu aparmaqla əldə edilən fəaliyyət nəticələri daxil ola bilər. İdarəetmə uçotunun aparılması nəticəsində tərtib olunmuş müxtəlif smeta, budcə və s. ayrı-ayrı uçot obyektlərinə çəkilən məsrəflər və onların nəticələri ilə müqayisə edilərək istehsalat təsərüfat fəaliyyətinin effektliyi, onların səmərəli olub olmaması, habelə kənarlaşmalar müəyyən olunur.

İdarəetmə uçotunun konsepsiyası məhsul, yerinə yetirilmış iş və göstərilən xidmətlərin müəssədaxili bölmələrinə verilməsində istifadə olunan qiymətlərin işlənməsini nəzərdə tutan transfer sisteminin mövcudluğunu və qiymətin əmələgəlməsini nəzərdə tutur. Transfer qiymətlər müəssisədaxili bölmələrin təsərüfat əlaqələrinin təşkilini nəzərdə tutur.

Transfert qiymətlər eyni bir müəssisənin bölmələri arasındakı kommersiya əməliyatlarında tətbiq olunur. İdarəetmə uçotu transfert qiymətlərə məhsullari məhsullara, xammala, xidmətlərə, idarəetmə ödənişlərinə və kreditlərə görə faizlərə görə müəyyən olunmasını təmin etməlidir.

İdarəetmə uçotu məsrəflərin və təsərüfat fəaliyyətinin nəticələri üzrə obyektlərin operativ idarəedilməsi, maliyyə nəticəsinin optimallaşdırılması məqsədilə əsaslandırılmış idarəetmə qərarının qəbul olunması zəruri hesab edilən planlaşdırmanın, nəzarətin və təhlilin aparılmasının qarşılıqlı əlaqəsini nəzərdə tutur.

İdarəetmə uçotu konsepsyasının ən mühüm prinsipi məsrəflərin uçotunun operativliyi hesab edilir. Bu prinsipin təmin edilməsi üçün məsrəflərin uçotunun həqiqi məsrəf uçotu və “Standart-kost” sistemi, yaxud normativ məsrəflər sistemindən istifadə olunur. “Standart-kost” sistemi həqiqi məsrəflər üzrə deyil, müvafiq normalar üzrə aparılan məsrəflərin qiymətləndirilməsinə əsaslanan maya dəyərinin qiymətləndirilməsi üsulundan ibarətdir. Bu sistemdə məsrəflər konkret sahələr üzrə müəyyən olunur. İlkin uçot zamanı məsrəflər normativ dəyər ilə əks olunmasına baxmayaraq sonda məsrəflər tam qiymətləndirilir, məhsulların maya dəyəri kalkulyasiya edilir.

“Standart-kost” sistemində hər bir məmulat üçün “normativ xərclər vərəqi tərtib olunur. “Normativ xərclər vərəqi”ndə məhsula sərf olunan materialların norması, siyahısı göstərilir. Məsrəflərin idarəetmə uçotunda müəyyən olunmuş normalar üzrə uçotunun əsasının aşağıdakı prinsiplər təşkil edir:



  • məhsulların istehsalına çəkilən məsrəflərin qabaqcadan normalaşdırılması və məhsulun vahidinin normativ maya dəyərinin hesablanması

  • normanın dəyişməsinin uçotunun müntəzəm və vaxtlı-vaxtinda aparılması və bu dəyişikliyin məhsulun maya dəyərinə təsirinin müəyyən edilməsi

  • ilk sənədlərə əsasən məsrəflər üzərində qabaqcadan nəzarətin aparılması, normadan kənarlaşmaların qeydə alınması

  • normadan kənarlaşmalar halları haqda gündəlik informasıyaların verilməsi

Normativ xərclər – onların planda nəzərdə tutulan səviyyəsini xarakterizə edir. Həqiqi məsrəflər normativ məsrəflərdən çox olan hallardaonlar arasındakı kənarlaşma yaxşı hal hesab edilmir. Həqiqi məsrəflər normativdən az olduqda bu müsbət hal kimi qiymətləndirilir.

Normativ sistemdə əmək məsrəflərinin normativ qiymətinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Normativ əmık məsrəflərini hesablamaq üçün məhsul vahidinin buraxılmasına lazım olan əməliyyatlar və bu əməliyyatların yerinə yetirilməsinə sərf olunan normativ vaxt müəyyən olunur. Normativ vaxt göstəricisi normativ əmək haqqı qiymətinə vurularaq məhsul vahidinə normativ əmək məsrəfi müəyyən olunur. Bütün əməliyyat üçün bu pul göstəricilərinin ümumi məbləği məlum məhsulun istehsalına normativ əmək məsrəflərini təşkil edir.

Məhsulun hazırlanmasına müstəqim xərclərlə yanaşı (xammal, material, enerji, əmək məsrəfləri) başqa qeyri-müstəqim yəni birbaşa məhsula aid etmək olmayan istehsal xidmət idarəetmə xərcləri da möcuddur. Belə xərclər ümumitəsərüfat xərcləri adlanır. Bu xərclər normalaşdırılan fəaliyyətin bu və ya digər ölçüsünə görə əvvəlcədən müəyyən edilmiş ümumitəsərüfat xərcləri normativinə mütənasib olaraq normativ xərclər vərəqinə daxil edilir.

İdarəetmə uçotunun konsepsiyasının növbəti prinsipi məsrəflərin, yerinə yetirilmiş işlərin, göstərilən xidmətlərin, məsrəflərin maya dəyərinə daxil edilməsinin əsaslandırılması hesab edilir. Azərbaycan Respublikasında məsrəflərin məhsulun(işin,xidmətin) maya dəyərinə daxil edilməsini nizama salmaq üçün Respublika Nazirlər Kabineti tərəfindən 1996-ci il 16.08 tarixli 111 saylı qərarı ilə təsdiq edilmiş “Məhsulun (işin,xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında əsasnamə”, Nazirlər Kabinetinin 1997-ci il 3 iyul tarixli 71№-li “Məhsulun (işin,xidmətin) maya dəyərinə daxil edilən bəzi xərclərin tənzimlənməsi haqqında” qərarları, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanunu, Vergi Məcəlləsi, onlar əsasında Respublika Maliyyə Nazirliyinin hazırladığı və təsdiq etdiyi təlimat və göstərişlər əsas sənədlər hesab edilir.

Bu adları cəkilən sənədlərdə məhsulun (işin,xidmətin) maya dəyərinə daxil edilən xərclərə dair digər məlumatlarla yanaşı mülkiyyət formalarından, təşkilati-hüquqi xüsusiyyətlərindən, fəaliyyət istiqamətlərindən asılı olmayaraq bütün müəssisələr üçün vahid xərc elementləri müəyyən olunur. Bu xərc elementləri iqtisadi məzmununa görə müəyyən edilir. Onlar aşağıdakı kimi qruplaşdırılır:


  • material məsrəfləri (qaytarılan tullantıların dəyəri çıxılmaqla)

  • əməyin ödənişinə məsrəflər

  • əsas fondların amortizasyası

  • sair məsrəflər

Hər bir elementə daxil edilən xərclərit tərkibi və məzmunu sözü gedən normativ sənədlərdə öz əksini tapmışdır. Məhsulun maya dəyərini hesablamaq üçün müəssisələrdə məsrəflər kalkulyasya maddələri üzrə təsnifatından istifadə olunur. Xərclərin kalkulyasya maddələri üzrə təsnifatı həmin xərclərin təyinatı və başvermə yerlərini əks etdiri. Məhsulun maya dəyərinə daxil edilən xərclərin tərkibi üzrə rəsmi sənədlərdə verildiyi halda, kalkulyasya maddələri üzrə təsnifat verilmir. Kalkulyasya maddələri üzrə xərclərin təsnifatı istehsalın xarakteri və quruluşundan asılı olaraq dəyişir. Sənayedə tətbiq edilən kalkulyasya maddələri üzrə xərclərin təsnifatının nümunəvi formasını aşağıdakı kimi vermək olar:

  1. xammal və materiallar; 2)qaytarilası tullantılar (çıxılır);3) satın alınmış məmulatlar, yarımfabrikatlar və kənar müəssisə və təşkilatların istehsal xarakterli xidmətləri; 4)texnoloji məqsədlər üçün yanacaq və enerji; 5)istehsal fəhlələrinin əmək haqqı; 6)sosial ehtiyatlara ayırmalar; 7)istehsalın hazırlanması və mənimsənilməsinə çəkilən xərclər; 8)ümumi istehsalat; 9)ümumitəsərüfat xərcləri; 10)zaydan itkilər; 11)sair istehsal xərcləri; 12)kommersiya xərcləri

Bu təsnifatın ilk 11 maddəsinin cəmi istehsal maya dəyərini, 12-ci maddəsini da ona əlavə etməklə tam maya dəyərini əks edir

Bütün istehsal xərcləri daimi və dəyişən xərclərə bölünür. Idarəetmə uçotu sisteminin təşkilini nəzərdən keçirərkən bu amil, yəni məsrəflərin və istehsalın həcminin nisbətini, istehsalın həzminin dəyişməsi ilə məsrəflərin necə dəyişməsini nəzərə almaq lazımdır. Məhsulun istehsalının həcminin dəyişməsindən məsrəflərə təsiri daimi və dəyişən xərclər konsepsiyasında nəzərdə tutulur.

Dəyişən xərclərin ümumi məbləği istehsalın həcminin dəyişməsi ilə birbaşa mütənasib olaraq dəyişir. Dəyişən xərclərər misal olaraq xammal, material, yarımfabrikat xərclərini göstərmək olar. Istehsal xərcləri artdıqda mexaniki olaraq dəyişən xərcləri artır, azaldıqda da dəyişən xərclər azalır.

Daimi xərclər dedikdə müəyyən dövrdə istehsalın həcmi dəyişən zaman ümumi məbləği dəyişməyən xərclərdir. Daimi xərclərə idarəetmə heyətinin əmək haqqı və mənzil kirayəsin göstərmək olar. Vaxt keçdikcə bu xərclər artsa da istehsalın həcminə nisbətən artmır. Bu xərclər digər amillərin təsiri nəticəsində məsələn mənzil kirayəsi və ya inflyasya ilə əlaqədar arta bilər. Daimi xərclərin ümumi məbləği dəyişmədiyi üçün, hər bir məhsula düşən daimi xərc məbləği istehsalın həcmi artan zaman azalır, azalan zaman isə artır.

Təcrübədə qismən dəyişən xərclər adlanan xərclər də mövcuddur. Onlar dəyişən və daimi xərclərin məbləğini əks etdirir. Qismən dəyişən xərclərin ümumi məbləği istehsalın həcminin dəyişməsindən asılı olmayaraq dəyişə bilər. Qismən dəyişən xərclərə telefona görə xərcləri misal göstərmək olar. Burada telefondan istifadaya gore abonent ödənişini daimi xərc, şəhərlərarası danışığa görə ödənişi isə dəyişən xərclərə aid etmək olar.

İstehsal məsrəflərinin müəyyən edilməsi və məhsulun maya dəyərinin kalkulyasyası zamanı idarəetmə uçotu sisteminin təşkilində digər ən mühüm nəzəri və metodoloji məsələlərindən biri məsrəflərin və məhsulun (işin,xidmətin) maya dəyərinə daxil edilməsini əsaslandırmaq hesab edilir.



  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə