Buraxılış İşi Mövzu: İnflyasiya, onun törəmə səbəbləri və antiinflyasiya tədbirləri




Yüklə 362.92 Kb.
səhifə4/4
tarix09.03.2016
ölçüsü362.92 Kb.
1   2   3   4
Fəsil 3 Azərbaycanda inflyasiya səviyyəsinin müəyyən edilmə mexanizmi və həddi

3.1 İnflyasiya səviyyəsinin müəyyən edilmə mexanizmi və həddi

Sualdan göründüyü kimi Azərbaycanda bu sahədə kəskin siyasətin yeridilməsi bir problem kimi qarşıda durur. Ona görədə 1994-cü ilin axırında Milli Bankın təklifini nəzərə alaraq, Azərbaycan dövlətinin rəhbərliyi bu sahədə antiinflyasiya, yəni öz mahiyyətinə görə pul-kredit siyasətinə 1995-ci ildən yerinə yetirilməsinə başladı. Bu siyasətin mahiyyəti ondan ibarət idi ki, tədavüldə olan pul kütləsinin ümumi həcminin azalması; mərkəzləşdirilmiş kredit resurslarının bir tərəfdən həcminin azalması (faktiki 0-ra enməsi), digər tərəfdən – hesabat dərəcəsinin qalxması hesabına tələbin azalması, valyuta bazarında kredit emisiyası sahəsində nizamsızlığın aradan qaldırılmasında aktiv tədbirlərin həyata keçirilməsidir. Bu siyasət özünün tezliklə müsbət nəticəsini göstərməyə başladı və 1995-ci ilin baharında manat özünü möhkəmləndirdi və ilin ortasında nizamlanaraq milli pul vahidinə çevrilib, hamı tərəfindən qəbul olunan reallığını aldı. 1995-ci ildə manatın tam valyutaya qarşı qiymətdən düşməsi ilk növbədə dollara qarşı kəskin azalaraq il ərzində cəmi 3- 4% təşkil etmişdir. Bir tərəfdən manatın dollara görə qiymətinin aşağı düşməsi özünü biruzə verirdi, digər tərəfdən əmtəəyə qarşı ucuzlaşması 1996-98-ci illərdə Azərbaycanın rəhbərliyi və milli bank tərəfindən heç bir dəyişikliyə səbəb olmayan aparılan pul-maliyyə siyasəti əvvəlkinin ardı olaraq adi siyasət idi. Nəticə etibarilə manat valyutaya qarşı nəinki dəyərini itirmiş, əksinə bahalaşmışdır. Əgər 1996-cı ilin əvvəlində dünya valyuta birjasında 1$ - 4450 manat təşkil edirdisə, ilin sonunda azalaraq 4100 manat təşkil etmişdir. 1997-ci ildə bu proses davam etməkdə idi və oktyabrın əvvəllərində 1$-rın birja qiyməti 3900 manat təşkil edirdi. Manatın dollara görə qalxması təbii ki, qiymət dinamikasına öz təsirini göstərmişdir və onun artmasını azaltmışdır. Belə ki, 1995-ci ildə manatın nə qalxması, nə də enməsi müşahidə olunmadı. Bütün ili müəyyən sərhədlər daxilində qaldı. 1996-cı ildə illik defilyator 1,25%-ə bərabər olduğu halda, 1997-ci il 1,08% təşkil etmişdir. Azərbaycanın iqtisadi tirixində ilk dəfə olaraq müəssisələr və eləcə də vətəndaşlar üçün pulu valyuta ilə yox, manatla saxlamaq səmərəli olmuşdur. Dövlətin növbəti siyasəti kimi, belə adlandırmaq olarsa «baha manat» siyasəti və «ucuz dollar» siyasəti olmuşdur. Problemlərin detallarına ayrı-ayrılıqda keçməmişdən əvvəl sədə bir qanunu xatırladaq; əgər dollar ucuzlaşıb müəyyən səviyyəni keçərsə, o, öz sərhəddindən kənara daha çox meyl göstərir və əksinə.

Azərbaycanın bir çox iqtisadçılarının fikrinə görə manatın dollara qarşı möhkəmlənməsi və inflyasıyanın zəifləməsi eyni xarakter daşıyır. Lakin hamıya aydındır ki, hal-hazır ki, sabitlik iqtisadiyyatın möhkəmlənməsindən deyil. Monetar metodla manatın dollara görə bərkidilməsinin qaçılmaz nəticəsi kimi ölkədə qiymətlərin qalxması həm manatla, həm də dollarla baş verir. Bu o vaxt təhlükəlidir ki, əmtəə bazarında qiymətlərin dollarla təklif olunması dünya bazarındakı mövcud qiymətləri üstələyir və ilk növbədə qonşu ölkələrdəki qiymətləri. Yuxarıdakı kimi səviyyə təhlükə həddini keçdikdə ölkədə artıq ənənəvi istehsal olunan məhsullarıda qıraxdan gətirmək sərf edir. məsələn: hal-hazırda almanın İrandan, kartofu isə Türkiyədən gətirmək daha rentabellidir, nəinki onları yetişdirib burada bazara çıxarmaq.

Gəlin indi də bir az geriyə qayıdaq sürətli inflyasıya dövründə qiymətlərin katostrofik şəkildə enməsi, banklar özgə pulları hesabına necə varlanmağı düşünürdülər. Ölkədə inflyasiya coşmaqda idi. Bu vaxtı xoşbəxtlikdən tamamilə qiymətdən düşmədən xilas edə biləcək nəhəng və çox asan gəlirə boyun olan, işgüzar və bacarıqlı biznesmenlər meydana çıxdılar. Bu cür tədbirlərin həyata keçirilməsi yalnız bank yolu ilə mümkün idi və onlar bu tədbirlərin həyata keçirilməsinə can atırdılar. Xüsusilə də onların yaradılması tələbi çox sadə idi. Yeni banklar xalqa və müəssisələrə inanılmaz depozit faizləri söz verməyə başladılar, təqribən 180-230. İldə 1800%-ə çatan inflyasıya artıqlaması ilə faizin qarşısını alırdı. Pullar yığılmalı və hansısa bir sabit qiymətli şeylərə dəyişdirilməli – möhkəm valyuta, qiymətli əşyalara və müntəzəm olaraq onları satmaq və yavaş – yavaş inflyasiya ilə müqayisədə cüzi olan depozitləri qaytarmalı idi. 1995-ci ilin ortalarında manat nisbətən stabilləşərkən banklar özlərində dəyşətli hadisənin şahidi oldular ki, inflyasıya, nəinki xalqın yığımını, həmçinin onların nizamnamə fondunu da ortadan qaldırmış. Yeni bankların intensiv təşkili dövründə (ölkə hələ müstəqilliyini qazanmamış və müstəqilliyinin ilkin illərində) tədavüldə hələ sovet rubulu istifadə olunurdu və bankların minimal nizamnamə fondu 5 mln. rubl təşkil edirdi. Nizamnamə fondu – bankın əsas, ilkin sərmayəsidir. Xüsusi normativ aktlarla milli bank dövlət adından onun hər – hansı minimal həcmini müəyyən edir. Bu normal haldır belə ki, dövlət bankların öz müştərilərinə təminat vermək iqtidarında olması üçün nəzarət etməlidir. Nəticə etibarilə əvvəlcə nizamnamə fondu 10 sonra isə 50 mln. rubla qədər qaldırıldı. Baş vermiş inflyasiyanın mövcudluğunu nəzərə alaraq manatın stabilləşməsinə qədər minimum nizamnamə fondu manat ekvivalenti ilə 20 000$ müəyyən olundu.

Bank fəaliyyətinin özü-özünü təmin etmək nökteyi nəzərdən, bu mizer və milli bank tamamilə haqlı olaraq minimumun müntəzəm olaraq artırılması siyasətinə başladılar. Ammada fantastik sürət götürdü! Gəlin onları şərh etmək əvəzinə faktları sadalamaqla kifayətlənək. Deməli, banklar 1995-ci il 1 oktyabra kimi nizamnamə fondu 35000$ manat ekvivalentinə qədər çatdırılması sərəncamı verildi. Ardınca ağlasığmaz cədvəl davam etdi: yanvar 1996 – 50 000$, aprel - 100 000$, iyul – 150 000$, oktyabr - 200 000$, yanvar 1997 – 300 000$, iyul 600 000$, oktyabr – 800 000$, yanvar 1998 – 1 mln. $, iyul 1,25 mln. $. Ötən 3 ildə milli bank minimum nizamnamə fondunun plankını artıraraq 1999-cu il yanvarın 1-nə qədər 1,5 mln. $, 2000-ci il yanvarın 1-nə qədər 3 mln. $, 2002-ci il yanvarın 1-nə qədər 5 mln. $ təşkil etməlidir.

Bu gün hökümət «bankların böyüdülməsi» siyasətinin nəticəsindən fəxrlə danışır. 1998-ci ilin avqustun əvvəlində Nazirlər Kabinetinin geniş məclisində son illərdə bankların sayının 240-dan 84-ə qədər azalması məlumatları təsdiq olundu.Bankların ümumi nizamnamə kapitalı 6 ay ərzində 44 mlrd. manat artmışdır.Bunlardan əlavə dövlət yanacaq-energetika məhsullarının qiymətlərini dondurdu, təbii inhisarların qiymətlərini mərkəzləşdirilmiş şəkildə idarə etmək, əmtəə kreditlərini vermək, müntəzəm olaraq vergi amunistiyalarını aparmaq, dövriyyə veksel kreditlərini təkmilləşdirmək, büdcə kəsirinin komersiya banklarının köməyi ilə aradan götürmək və.s kimi tədbirlər həyata keçirməyə başladı.
Bütün yuxarıda sadalanan siyasət, dövlət tədbirləri,əlbətdə müsbət nəticəyə gətirdi. Azərbaycanda aparılan siyasət haqqında demək olar ki, antiinflyasiya tədbirlərinin aparılması, qərb ölkələrindəki təcrübə siyasətin qısa və uzun müddətli məqsədyönlülüyünü göstərir.

Uzunmüddətli siyasətdə ilk olaraq dövlətin vəzifəsi xalqın inflyasiyanı gözləmə fikrini öldürmək, hansı ki, tələbatı artırır. Bunun üçün dövlət antiinflyasiya siyasəti həyata keçirərək xalqa inamını qazanmalı öz tədbirləri ilə (istehsalı stimullaşdırmaq, antiinhisarçılıq tədbirləri, qiymətin liberallaşması, inzibati kömrük nəzarətinin yüngülləşdirilməsi və s.) istehlakçıların psixologiyasına təsir etməlidir.

İkincisi, büdcə kəsrinin (belə ki, onun milli bank tərəfindən də maliyyələşdirilməsi inflyasiyaya səbəb olur.) artırılmış vergi dövlət xərclərinin azaldılması hesabına azaldılması.

Üçüncüsü, pul dövriyyəsi sahəsində tədbirlər əsasəndə illik pul kütləsinin artmasını kəskin məhdudlaşdırmaq hansı ki, inflyasiyaya nəzarət etməyə imkan verir.

Qısamüddətli siyasət müvvəqqəti inflyasiyanın sürətini azaltmaqdan ötəridir. Bu zaman müsbət nəticə birgə tələbin geniprobleminişlənməsi hesabına mümkündür. Bu məqsədlə hökümət əsas istehsal məhsullarından əlavə əmtəə və xidmətlət göstərən müəssisələrə lqot verməklə o, öz mülkiyyətinin bir hissəsini özəlləşdirə bilər və bu yolla dövlət büdcəsinin gəlirini artıra bilər.və onun kəsir problemini həll edə bilər və həmçinin yeni özəl müəssələrin səhmlərini satmaqla tələb inflyasiyasını azalda bilər. Azərbaycanda inflyasiyanı üstələmək metodlarından danışarkən iki əsas şərtə nəzər salmaq lazımdır. İnflyasiya şəraitində onu üstələmək üçün iki yanaşma mövcuddur:

  • Adaptasiya siyasəti (inflyasiyaya uyğunlaşmaq).

  • Antiinflyasiya siyasəti ilə inflyasiyanı ləğv etmək (radikal)

Adaptasiya siyasətində bütün bazar subyektləri (evdar, dövlət, firmalar) öz fəaliyyətlərində inflyasiyanı nəzərə alırlar – əsasən pulun alacılıq qabiliyyətinin düşməsini. Göründüyü kimi adaptasiya siyasətində inflyasiyanın mənşə səbəbləri nəzərə alınmır.

İnflyasiya zamanı dövlətin iknci siyasəti dövlətin bazar qüvvələrinə minimal müdaxiləsi və antiinflyasiya tədbirləri görməsidir. Bura firmaların fəaliyyət şəraitinin həm daxili, həm də dünya bazarında liberallaşması, azad qiymət, milli valyutanın kursunun saxlanılması aiddir. Bu siyasətə həmçinin dövlət mülkiyyətinin bir hissəsinin xroniki hal almış dövlət büdcəsinin kəsrinin və dövlət borcunun ləğv edilməsi məqsədilə satılmasıda aiddir. Bu cür siyasət bir çox ölkələr və Azərbaycan tərəfindən də seçilmişdir. Belə bir fikir yaranır təmiz monetar metodla maliyyə sabitliyi sonsuz ola bilməz bu əvvəl – axır dağılacaq. Müxalifətçi siyasətçilət hətta konkret vaxt deyərək əsasən 1999-cu ilin yazı deyirdilər.

Plandan kənar büdcə kəsrinin baş verməsi 1998-ci ilin ilk aylarında neft və neft məhsullarının qiymətinin qəflətən beynəlxalq səviyyədə düşməsi müşahidə olunurdu. Bu öz növbəsində büdcəyə böyük zərbə vurdu, gəlirlərin 25%-i azaldı. 1998-ci il oktyabra bir neçə gün qalmış manat dollara görə düşərək indi bir dollar 4000 manata keçir. Manatın dollara görə dəyişməsini aşağıdakı cədvəldən görmək olar.

Azərbaycanda 2002-2007-ci il arasında iqtisadiyyatın əsas göstəriciləri.

Göstəricilər

Ölçmə vahidi

2002

2003

2004

2005

2006

Yanvar

Mart

2007

Ümumi milli məhsul (ÜMM)

mlrd. man.

10669

13663

15352

15930

16457

4201,3

Sənaye məhsulları (xidmətlər)

mlrd. man.

8856

11315

12940

11638

11560

3755,9

Kənd təsərrüfatı məhsulları

mlrd. man.

3567

4518

4122

4326

4731

517,4

Xarici iqtisadi əmtəə dövriyyəsi

mlrd. man.


1215

1437

1446

1474

1568

447,5

İxracın həcmi

İdxalın həcmi

mln. dol.

mln.dol.

547,4 667,6

555,1 881,7

580,3 910,7

502,8 971

638 930,4

256,5 191

Əhalinin pul gəliri

mlrd. man.

8703

9526

12446

13880

14781

4184,2

İstehlak qiymətlərinin indeksi (inflyasiya)

əvvəlki illərə nəzərən faizlə

5518

119,9

103,7

99,2

91,5

101,7

İndi bizim rəhbərlik öz daxili resurslarına arxalanmalıdır. Resurslar isə get-gedə çox tələb olunur. Manat öz real dəyərindən nə qədər uzaqlaşsa onun kursunun saxlanılması bir o qədər çətin baha başa gəlir. Əgər 1996-ci ildən başlayan pul-kredit siyasətinin bir qədər yüngülləşdirmək olsaydı hal-hazırda manatın kursunun saxlanılması üçün az resurs lazım olardı və dövlət daha çox resurs qoruyardı. Ən əsası isə iqtisadiyyat daha mülayim inflyasiya şəraitində işləməyə uyğunlaşardı.

Yenə də inflyasiyanın üstələnməsi qarşıda duran əsas problemlərdən biridir. İnflyasiyanın sürətinin «təhlükəsiz» səviyyəyə qədər endirilməsi (15-20% ildə və ya 1-2% ayda), yalnız istehsalın effektini və idarəetmənin keyfiyyətini yüksəltməklə məqsədə çatmaq olar. Bu məqsədə uzun müddət ərzində mərhələlərlə çatmaq olar. 1998-2000-ci illərdə tələbin genişlənməsi antiinflyasiya siyasətinin daha da güclənməsini tələb edirdi. Bu zaman antiinflyasiya siyasətinin əsas açar həlli inflyasiyanı investisiya aktivliyinə mane olmayacaq səviyyəyə endirmək (ildə 35-30%). Bu məsələnin həlli üçün investisiyanın 3 komponenti; tələb, intehsal xərcləri və gözləmə tənzimlənməsi istiqamətində kompleks tədbirlər həyata keçirmək lazımdır:

1. Monopolist sahəsində qiymətin qalxmasının əksinə yönəldilmiş məqsədyönlü birbaşa məhdudlaşdırıcı tədbirlər görməli.

2. Büdcə kəsrinin 4-5%-lə məhdudlaşdırmaq. Dövlət investisiya qoyuluşu dövlət büdcə bazası gəlirlərinin genişləndirilməsi ilə paralel olmalıdır.

3. Vaxtı keçmiş debitor borclarının (inflyasiyanı stimullaşdıran hal) böyüməsi əlehinə tədbirlər, sənayedə dövriyyə kapitalının dövriyyəsini və veksel istifadəsinin inkişafına, normalaşdırılmasına kömək edir.

4. İstehlak mallarının son qiymətində vasitəçi gəlirlərin payının məhdudlaşdırmaq vacibdir.

5. Valyuta kursunun stabilləşdirmə siyasətinə verməzdən əvvəl ilk növbədə məqsədyönlü şəkildə, «valyuta dəhlizinin» saxlanılması vacibdir.

Nəticə etibarilə (2001-2005) Azərbaycanda antiinflyasiya siyasətinin məqsədi inflyasiyanı sosial təhlükəsiz səviyyəyə ayda 1-2%-ə endirmək olmalıdır. Bu məsələnin həlli inflyasiyanın iqtisadiyyatda radikal şəkildə azaldılması, qiymət proporsiyalarında dəyişikliyə investisiya və istehlak komplekslərini sahələrində struktur dəyişikliklər tələb edir. İnvestisiya və istehsalın dinamikasında stabillik real sektorda və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaradır. Lakin əsas etibarilə hər sahədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq lazımdır.

Fəsil 3 Azərbaycanda inflyasiya səviyyəsinin müəyyən edilmə mexanizmi və həddi

3.2 İnflyasiyanın sosial – iqtisadi nəticələri və qiymətləndirmə meyarları

Gəlin indi də azərbaycanda inflyasiya ilə davam edək. Ölkə iqtisadiyyatımızın bazar iqtisadiyyatına keçməsi pulun əhəmiyyətini artırdı. Başqa ölkələrin təcrübəsi göstərdiyi kimi bazar iqtisadiyyatına keçid qiymətlərin sürətlə qalxması, inflyasiya faktorlarının, fəaliyyətinin güclənməsi ilə səciyyələnir. Bazar iqtisadiyyatına keçidin özünün inflyasiyanın dərinləşməsinin səbəbi olması, yoxsa bu şəraitdə əvvəllər yığılıb qalan inflyasiyanın potensialı real təzəhür forması olması olub-olmadığını düzgün qiymətləndirmək çox vacibdir. Aydındır ki, bazar münasibətləri şəraitində süni olaraq inflyasiyanı azaltmaq çətinləşir. Bazara keçid zamanı düşünülməmiş hər-hansı bir addım mövcud vəziyyəti daha da çətinləşdirir, inflyasiyanı gücləndirər. Bir çox ölkənin təcrübəsi göstərir ki, uzunmüddətli mərkəzləşdirilmiş planlı fəaliyyət bir qayda olaraq material və pul axınlarının balansını pozur. Respublikamızda inflyasiyanın səbəb və mahiyyətini başa düşmək üçün gəlin bir az tarixə nəzər salaq. Həl-hazırda Azərbaycan Respublikasının milli valyutası manatdır. 1991-ci ildən manatın xaricdə buraxılışı başladı.

Hakimiyyətə Ə. Elçibəyin gəlişinə qədər manat hazır oldu. Manatın dövriyyəyə buraxılması həmin rəhbərliyin dövründə oldu və bu şanlı hadisə 1992-ci ilin payızında baş verdi. Həmin vaxtı ictimaiyyət bunu imperiyadan ayrılmanın daha bir əlaməti və iqtisadi nailiyyət kimi qəbul etdi.

Axırıncının iki səbəbi vardı. Birincisi ondan ibarət idi ki, sovet rubulu sürətlə qiymətdən düşürdü, camaat belə düşünürdü ki, əgər Azərbaycan kifayət qədər güclü iqtisadi potensialla öz puluna keçsə o inflyasiyadan azad olacaq. İkinci səbəb isə ondan ibarət idi ki, keçmiş SSSR-də hələ rubl işlədilirdi və nağd pul çatışmırdı. Hər dəfə Rusiyadan nağd pul gətirdikdə rüşvət vermək lazım gəlirdi, xalq vaxtında və tam maaş, təqaüd və s. ala bilmirdi. Ölkədə ciddi sosial ağırlıq artırdı. Manat ilk mövsümdə istifadə olunan rosiya rubulu ilə paralel olaraq rubula qarşı öz qiymətini saxlaması üçün tədavülə hissə-hissə buraxılırdı. (o vaxt hələ manat digər bərk valyutaya görə təyin olunmamışdı deyə, rubulla götürürük). Düzgün olaraq həmin vaxtı rəhbərlik elan etdiki, özəlləşdirmə manatla olacaq və onun hörmətini bir azda artırdı. Lakin Azərbaycan keçmiş sovet ölkələrindən aldığı mallara rubulla ödəməli olurdu və bununla belə bu ölkələrdə ən əsasıda Rusiyada qiymətlər liberallaşmış və böyük sürətlə qalxmaqda idi. Bu hadisələrin qaçılmaz olduğu əvvəlcədən məlum idi. Artıq 1993-cü ilin yaz fəslində manat həm əmtəəyə, həm də rubula qarşı qiymətdən düşməyə başladı.

İlin ortalarındakı siyasi toqquşmalar – az qala vətəndaş müharibəsinə gətirən, iqtisadiyyata və pulun möhkəmliyinə dağadıcı zərbə vurdu. Bir neçə ay çəkən siyasi çəkişmələr vaxtı iqtisadi və antiinflyasiya siyasəti arxa plana çəkildi. 1993-cü ildən 1994-ə kimi manat qiymətdən düşməyə davam edirdi. Əlavə pulların dövriyyədən çıxarılması əsasən spirt və import vasitəsilə həyata keçirilirdi. Neft hasilatının aşağı düşməsi nəticəsində dərhal valyuta idxalı azaldı və uyğun olaraq import da azaldı.

Dövlət büdcəsinə ərzaq məhsullarının satışından gələn gəlirlər azaldı. Bütün faktorlar və pul kütləsinin direktiv tənzimlənməsi ilə birlikdə nəticə etibarilə 1993-1994-cü illərdə hiper inflyasiya səviyyəsinə çatmaq üzrə idik.

Dövlət inflyasiyanın qarşısını ala bilmədi. O, istehsalın aşağı düşməsindən qidalanaraq böyüməyə başladı, büdcə emisiyalarının böyüməsi, kommersiya banklarının həddən artıq qarşısı alınmaz kreditlər (kredit inflyasiyası), ölkənin pul vahidinin və bank sisteminin sıradan çıxması və almalı olduğumuzu aldıq – hiper inflyasiya istehsalın aşağı olduğu şəraitdə camaatın yığımının müəssisələrin dövriyyə vəsaitlərinin heç olmasa, bank kapitallarının qiymətdən düşməsi pulun məzənnəsinindüşməsi, müəssisələrdə, banklarda hətta ölkənin özündə nə investisiya siyasətinin nədə ki, investisiyanın olmaması, qiymətli kağızlar bazarının perspektivsizliyi, yerli valyutanın dollar tərəfindən sıxışdırılıb aradan çıxardılması, əmtəə-pul münasibətlərindən natural münasibətə keçmək təhlükəsi – bunları hiper inflyasiya özündə daşıyır.

İqtisadi tarixdə Azərbaycanın istəyindən asılı olmayaraq 1994-cü il hiper inflyasiya ili kimi yadda qalacaq. Əgər işdən evə qayıdarkən bü günkü, meyvə alımını təxirə salırsa, sabahkı gün o praktiki olaraq hər bir şeyi yeni yüksək qiymətlərlə ödəyir.

Yalnız bir il ərzində istehlak mallarının qiyməti təqribən 20 dəfə artmışdır. Hələ ilin axırlarına yaxın qiymətlər ay ərzində az qala iki dəfə artmışdı. Mənə elə gəlir ki, Azərbaycan üçün bu cür yüksək inflyasiyanın nə dərəcədə dağıdıcı olduğunu şərh etməyə ehtiyac yoxdur.

Nəticə

Yekunda bütün qeyd olunanları ümumiləşdirib belə bir nəticə çıxarmaq olar: İnflyasiya dünya iqtisadiyyatının ən təhlükəli, ən dəhşətli problemlərindən biridir. O vərəm xəstəliyi kimi ən kiçik təmasdan belə asanlıqla digər ölkələrə yoluxmaq imkanına malikdir. Hal-hazırda dünyada güclü qloballaşma prosesi gedir. Ölkələr beynəlxalq əmək bölgüsü nəticəsində bu və ya digər məhsul istehsalı üzrə ixtisaslaşır. Belə ki, hər hansı bir ölkədə bir məhsulun istehsalı daha az xərclə, lakin yüksək keyfiyyətlə başa gəlir və başqa dövlət həmin məhsulu idxal edir, yəni həmin dövlətdən qismən asılı olur. Birinci ölkədə məhsulun qiymətinin artması, inflyasiyanın güclənməsi həmin məhsulla onu idxal edən ölkəyə də keçir və bu proses çox sürətlə yayılır. Göründüyü kimi, inflyasiya həqiqətən də dəhşətli bir problemdir.

Ona görə də bu problemin qarşısını almaq üçün bütün dövlətlər birlikdə çalışmalı və bir-birinə bu məsələdə böyük yardım göstərməlidirlər. Bu fakı unutmaq olmaz ki, inflyasiyanın kökünü kəsmək qeyri-mümkündür. Kağız pul dövriyyəyə buraxılandan mövcuddur və nə qədər ki, kağız pullardan istifadə olunur, inflyasiyadan heç bir ölkə sığortalanmayıb.

İnflyasiyaya qarşı bütün dövlətlərin birgə mübarizəsi ona görə zəruridir ki, əvvəldə də qeyd etdiyim kimi, biz hal-hazırda qloballaşma şəraitində - Avropa Birliyi kimi ittifaqların meydana gəldiyi dövrdə yaşayırıq və ölkələr öz iqtisadiyyatları ilə bir-birilə çox sıx-sıx tellərlə bağlanırlar, bir-birindən qarşılıqlı asılılıqda inkişaf edirlər. Onların hər hansı birində tarazlığın pozulması digərinə də müəyyən dərəcədə təsir göstərir. Bütün bunlar dünya iqtisadiyyatının ayrı-ayrı hissələri olan bütün dövlətlərdən səylərini birləşdirməyi və inflyasiya problemini daim diqqət mərkəzində saxlamağı tələb edir. Yuxarıdakılara görə bu nəticəyə gəlmək olar:

  1. Hal-hazırda inflyasiya - maliyyəyə, pul və iqtisadi sistemə neqativ təsir göstərən ən təhlükəli hallardan biridir. İnflyasiyanın yaranma səbəbləri hər bir ölkədə müxtəlifdir.

  2. Xarakter və sürətinə görə inflyasiya müxtəlif olur. (sürünən, sürətli, hiper, tələb və təklif inflyasiya, gözlənilən, gözlənilməyən, açıq, balanslaşdırılmış və balanslaşdırılmamış inflyasiya ) Baxmayaraq ki, hamısı bir termində ifadə olunurlar.

  3. Bazar iqtisadiyyatının inkişaf etmiş ölkələrdə inflyasiyaya təsərrüfatın ayrılmaz hissəsi kimi baxırlar. Orada o çox böyük təhlükə törətmir, çünki çox geniş şəkildə inflyasiyanı məhdudlaşdırıcı və tənzimləmə metodları həyata keçirilir.

  4. İnflyasiyanın idarə edilməsi pul-kredit və bütünlüklə iqtisadi siyasətin ən vacib problemidir. Hər bir ölkə inflyasiyanı aradan qaldırmaqda öz yolunu seçir.

Ölkəmizdə inflyasiya nəinki iqtisadiyyatın düşməsi həm də büdcə kəsri ilə əlaqədardır. Buraya həmçinin təcili hərbiləşdirməni aid etmək olar. Bunun sayəsində Azərbaycanda inflyasiya hiper vəziyyətə çatmışdır.

Yüksək templi inflyasiya müəssisələrin stabilləşdirilməsinə, maliyyə sahələrinə, ölkənin iqtisadi inkişafına, onun əhalisinə, xalqın dövlətə olan inamına mənfi təsir göstərir. İnflyasiya çox vaxt dövlətin hər-hansı fəaliyyəti sayəsində meydana çıxır, dövlətin siyasətinin dəyişməsi, ikincisi isə müharibə və kəskin çevrilişlərin yaranması ilə baş verir.

İnflyasiya varlı və ya kasıb, cavan və ya qoca olmasına baxmayaraq birindən alıb digərinə verir. Əsas etibarilə inflyasiyadan əhali kütləsi, yəni qulluqçu, işçilər ziyan çəkir.

Ədəbiyyat siyahısı

1. Ramiz Rzayev Pul, Kredit və Banklar Baki-2000

2. Saleh Məmmədov İnflyasiya və maliyyə bazarı Bakı-1998

3. İqtisadi Nəzəriyyə. Dərslik Bakı-2001

4. Zahid Məmmədov Pul, Kredit və Banklar 2003

5. «Valyuta tənzimlənməsi haqqında»qanun Bakı-1994

6. Стивен Брег Настольная книга Финансогого Директора Москва-2006

7. С.Н. Кабушкин Управление Банковским Кредитным Риском Москва-2005

8. М.П. Владимирова Денги, Кредит и Банки Москва-2006

9. N. Süleymanov İqtisadi Tarix Bakı-1999

10. N. Müzəffərli İqtisadi Etüdlər Bakı-1999

11. Azərbaycan Dövlət Statistika Komitəsinin Hesabatları

12. http://www.nba.az

13. http://www.ibar.az

14. http://www.nicts.az



1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə