Buraxılış İşi Mövzu: İnflyasiya, onun törəmə səbəbləri və antiinflyasiya tədbirləri




Yüklə 362.92 Kb.
səhifə3/4
tarix09.03.2016
ölçüsü362.92 Kb.
1   2   3   4


Cədvəl 5. Alman hökumətinin real gəlir və xərci (mln. qızıl markası ilə).

Ölkədə bu qədər xərclərin ödənilməsi üçün pul emissiyası sürətlə artırdı və bu da qiymətlərin artmasına və milli valyutanın dəyərdən düşməsinə səbəb olurdu. Əgər 1920-ci ilin yanvarında 1 marka 1.69 sentə bərabər idisə, 1923-cü ildə, dekabrda 1 mark 0,0000000000229 sentə bərabər idi.

Almaniyada hiperinflyasiya 1924-cü ildə H.G.Schart tərəfindən dayandırıldı. 15 oktyabr 1923-cü ildə dövriyyəyə Rentenmark adlı yeni valyuta buraxıldı və 1 rentenmark 1 trln. kağız marka bərabər olduğu elan olundu. Yeni pulların buraxılışına ciddi məhdudiyyət qoyuldu, hökumətin xərclərinin Mərkəz bankından alınan borc hesabına maliyyələşməsi prosesi dayandırıldı, büdcənin xərclərinin azaldılması üçün tədbirlər görüldü, dövlət məmurları 25% ixtisar olundu. Bütün bu tədbirlər nəticəsində büdcə taraz hala gətirildi, əlavə pul emissiyasına son qoyuldu və Almaniyada ilk hiperinflyasiya dayandırıldı.

Dünyanın ən böyük inflyasiyası II dünya müharibəsi illərində Macarıstanda baş vermiş və o, Ginnesin rekordlar kitabına düşmüşdür. Aylıq inflyasiya müharibənin son iki ili ərzində 19800% idi. İllik inflyasiya inflyasiyanın ən yüksək olduğu son ildə 3, 8 . 1027% olmuşdur. 1946-cı ildə Macarıstanın yeni pul vahidi köhnəyə birin 1,3 . 1020 nisbətində dəyişdirilmişdir.

Braziliyada hiperinflyasiya 10 ildən çox davam etmişdi. 1994-cü ildə 2408% illik inflyasiya səviyyəsi olmuşdur. 1984-94-cü illər ərzində, sabitlik əldə olunana qədər 6 sabitləşmə proqramı tətbiq olunmuş, onlardan 5-nin heç bir xeyri olmamış, yalnız 6-cı proqramın həyata keçirilməsi nəticəsində inflyasiya dayandırılmışdır.

Argentinada 1984-89-cu illərdə 5 sabitləşmə proqramı tətbiq edilmiş, yalnız 1990-cı ildə müvəffəqiyyət əldə olunmuşdu. Ən böyük inflyasiya səviyyəsi burada 1989-cu ildə 3080,5% olmuşdur. Sovet imperiyası dağıldıqdan sonra keçmiş SSRİ ölkələrində hiperinflyasiya adi hala çevrilmişdi. Bunların içərisində ən böyük hiperinflyasiyalar 1993-cü ildə Ermənistanda - illik 10896%, Ukraynada - illik 10155%, Türkmənistanda 9750% və Gürcüstanda 7488% olmuşdur. 1990-96-cı illərdə dünya üzrə inflyasiya 247,5% olmuşdur. Sənaye ölkələri üzrə bu rəqəm 118%, İEOÖ üzrə 796% təşkil etmişdir. 1996-97-ci illərdə dünya miqyasında ən yüksək inflyasiya Zairdə 1753% və Bolqarıstanda 592% olmuşdur.

İnflyasiyanın sosial-iqtisadi nəticələri mürəkkəbdir və onun surətindən və xarakterindən asılıdır. Belə ki, mülayim inflyasiya, yəni il ərzində qiymətlərin artım surəti 3-4% olan və gözlənilən inflyasiya istehsalı inkişaf etdirir. Qiymətlərin artacağını gözləyən əhali daha çox əmtəə və xidmət əldə etməyə çalışır. Bu isə istehsalçıları təklifi artırmaqda stimullaşdırır. Pul kütləsinin artımı tədiyə dövriyyəsini sürətləndirir, investisiya fəaliyyətinin genişlənməsinə şərait yaradır. İstehsalın artımı əmtəə və pul kütləsi arasındakı tarazlığı bərpa edir, və bazar təsərrüfatı sağlamlaşır.

Lakin inflyasiya prosesi dərinləşdikcə iqtisadiyyat üçün əsl təhlükə yaranır, təkrar istehsalda ciddi maneəyə çevrilir və cəmiyyətdə çox ağır sosial-iqtisadi nəticələrə səbəb olur. Bunların bir neçəsini qeyd edək:

  • İnflyasiya iqtisadiyyatdakı qeyri-tarazlıqları gücləndirir. İnflyasiya qiymətlərin ümumi artımı kimi başa düşülsə də, əslində bu artım ayrı-ayrı sahələr üzrə müxtəlif olur, bir sahədə istehsal genişlənir, digər sahədə isə zəifləyir. Nəticədə, qeyri-tarazlığın artması təsərrüfat əlaqələrinin pozulmasına səbəb olur.

  • Kapitalın istehsal sahəsindən tədavül sahəsinə axıb getməsinə səbəb olur. Qiymətlərin sürətli və qeyri-bərabər artımı təkcə əhali arasında deyil, eyni zamanda müəssisələrdə qərarlar qəbul edən şəxslər arasında da gələcəyə inamsızlıq yaradır. Uzun müddətli planlaşdırma çətinləşir, qərarlar daha qısa müddətli və möhtəkir meylli olur, investisiyalar isə böyük inflyasiya mənfəəti vəd edənlərdən başqa azalır. Bu investisiyalar əsasən tədavül sahəsində edilir, çünki burada kapital daha sürətlə dövr edir və artır.

  • İşsizlik artır. 70-ci illərə qədər silsiləvi yüksəliş dövrlərində məşğulluq artdıqda, eyni zamanda qiymətlərin artımı da sürətlənirdi. Dünya iqtisadçıları tədqiqatları əsasında belə nəticəyə gəlmişdilər ki, yüksək işsizlikdə inflyasiya aşağı olur və əksinə. Bununla bağlı belə bir problem meydana gəlmişdi ki, ya yüksək işsizliyə, ya da yüksək inflyasiyaya üstünlük verilməlidir. 60-cı illərin sonundan vəziyyət dəyişməyə başladı və 70-80-cı illərin əvvəllərində bütün inkişaf etmiş ölkələrdə həm yüksək inflyasiya (ildə 20-25%), həm də yüksək işsizlik (ən yüksək göstərici 1982-ci ildə 30 mln. işsiz) ilə nəticələnən ağır staqflyasiya böhranına düçar oldular. Bu böhranlar sübut etdi ki, yüksək işsizlik inflyasiyanın aradan qaldırılmasına mane olur və tam məşğulluğa nail olunması inflyasiyanın da qarşısını alır və əksinə. Yüksək inflyasiya nəticəsində ölkə daxilində istehsal olunan məhsullar xarici məhsullardan baha olur, əhali üçün milli əmtəələr əvəzinə nisbətən ucuz olan xarici əmtəələri almaq sərfəli olur. Bununla əlaqədar olaraq milli istehsalçılar həm beynəlxalq, həm də milli bazarlarda sıxışdırılır, çoxlu müəssisələr bağlanır, işçilər işsiz qalır. Kapitalın istehsaldan tədavülə getməsi də bununla bağlıdır.

  • İstehlak tələbinin quruluşunda dəyişikliklər baş verir. İnflyasiya əhalinin bütün təbəqələrinin gəlirlərinin alıcılıq qabiliyyətinə mənfi təsir edir. Aztəminatlı ailələr ölkəni aqrar məhsullar ilə təmin etmək üçün qeyri-ərzaq məhsullarının istehsalını ixtisar edir. Ərzaq məhsullarının alınmasında isə ailələr öz gündəlik qidalarından ən zəruri olanlara - ətə, yağa, çörəyə, qəndə üstünlük verirlər və meyvə-tərəvəzin, qənnadı məhsullarının istehlakını azaldırlar və ya ümumiyyətlə, istehlak etmirlər. Cəmiyyətin varlı təbəqələri isə qızıl, zinət, əntiq əşyaları, daşınmaz əmlak, rəsm əsərləri və s. əldə edirlər ki, bu yolla öz kapitallarını inflyasiyadan qorusunlar.

İnflyasiya əmanət və yığımların sahiblərinə də mənfi təsir göstərir, çünki bu əmanət və yığımlar dəyərsizləşir. Sabit gəlirli şəxslər qiymətli kağızlara investisiya etdikləri kapitalın, bir hissəsini itirirlər. Eyni zamanda verilən borcların dəyəri azalır ki, bu da kreditorlar üçün faciədir. Əksinə borcu olanlar üçün bu sərfəlidir. Öz pul vəsaitlərini əntiq əşyalara, incəsənət əsərləri, xarici valyuta və ya zinət əşyalarının alınmasına yönəldənlər isə bu aktivlərin dəyərinin sürətlə artmasının şahidi olurlar. Buna görə də imkanı olanlar yığımlarını nağd pul və bank əmanətləri formasında daha təhlükəsiz və sərfəli olan formalara sevirirlər.

İnflyasiya nəticəsində gəlir və kapitalların yenidən bölüşdürülməsi işgüzarların müxtəlif qrupları arasında da baş verir. Bundan ən böyük xeyiri iri şirkətlər, ilk növbədə inhisarçı qiymətqoymanı əsaslandırmaq, milli və beynəlxalq bazarlarda özlərinin iştirakını möhkəmləndirmək və genişləndirmək naminə inflyasiyadan istifadə edən transmilli şirkətlər, milli valyutanın dəyərsizləşməsi ilə əlaqədar iri ixracatçılar, həm kənd təsərrüfatı fəhlələrinin real əmək haqlarının azalması, həm də ipoteka borclarının dəyərsizləşməsi ilə əlaqədar torpaq sahibləri görür. Bütün bunlar da kapitalın təmərküzləşməsini sürətləndirir.

  • Sosial vəziyyət gərginləşir. Dünya təcrübəsindən görünür ki, yüksək inflyasiya sosial gərginliyə və siyasi çevrilişlərə səbəb olur. Buna misal olaraq Rusiyada 1917-ci il hadisələrini, Almaniyada 20-ci illərdə baş vermiş hiperinflyasiyanı göstərmək olar. II Dünya müharibəsindən sonra bir çox Latın Amerikası ölkələrində dəfələrlə illik inflyasiya yüzlərlə və minlərlə faiz təşkil etmiş, bu da onların sosial və siyasi sabitliyini sarsıtmış və çoxsaylı dövlət çevrilişlərinə səbəb olmuşdur. Məsələn, 1979-82-ci illərdə Boliviyada 9-u hərbçi olmaqla 12 prezident dəyişmişdir.

  • Dövlət maliyyəsinin böhranı. İnflyasiyanın sürətinin artması büdcə kəsirinin böyüməsinə təsir edir. Büdcə kəsiri ya dövlət borcunu artırmaq, ya da pul emissiyasını genişləndirmək yolu ilə örtülür. İkinci yol inflyasiyanı daha da (genişləndirir) gücləndirir. Dövlət borcunun böyüməsi isə borc faizlərinin ödənilməsi ilə əlaqədar büdcə xərclərini artırır. Nəticədə daxili bazarda dövlət yeni borclara müraciət edir. Güclənən inflyasiya dövlət qiymətli kağızlarının yerləşdirilməsindən əldə olunan məbləğləri dəyərsizləşdirir. Bunun özü də yeni borclara tələbatı artırır və bütün bunlar dövlət maliyyəsinin böhranına səbəb olur.

  • Pul-kredit sisteminin fəaliyyətinin pozulması. Pulun dəyərsizləşməsi onu yığım şəklində banka qoymaq stimullarını zəiflədir. Bu da maliyyə kredit qurumlarının resurs mənbəyini sarsıdır. Kapital dövranının sürəti zəiflədikcə borc kapitalı təklifi azalır, əmanətlər çox vaxt kredit qurumlarından geri götürülür. Bunun səbəbi ondadır ki, inflyasiya gücləndikcə kredit qurumları depozitlərə cəlb etdikləri vəsaitlər üzrə müsbət real faiz təmin edə bilmir. Bu isə əmanətlərin belə qurumlarda saxlanmasını əlverişsiz edir. Vəsaitlərin geri götürülməsinin qarşısını almaq üçün kredit qurumları verdikləri kredit üzrə faiz dərəcələrini qaldıra bilərlər. Bu isə inflyasiyanı daha da sürətləndirir və əvvəllər verilmiş kreditlərin məbləğini daha da dəyərsizləşdirir. Kreditorlar verdiklərini dəyərsizləşmiş pullar şəklində aldıqda itkilərə məruz qalırlar. İnflyasiya gücləndikcə faizin artması istehsal məqsədləri üçün kreditə olan tələbatı azaldır. Eyni zamanda kredit qurumlarının öz resurslarından möhtəkircəsinə istifadə etməsi halları genişlənir.

  • Ölkənin xarici-iqtisadi mövqelərinin pisləşməsi. Yuxarıda qeyd olunan nəticələr milli iqtisadiyyatın zəifləməsi deməkdir. Bu hal xarici iqtisadi sahədə də özünü göstərir. Bu, əsasən, valyuta məzənnəsinə aiddir. Valyuta məzənnəsinin inflyasiya sürətindən uzunmüddətli asılılığı mövcuddur. Belə ki, əgər hökumət valyuta məzənnəsinin aşağı düşməsinə yol verirsə, daxili əmtəə qiymətləri milli pul vahidinin dəyərsizləşməsi ilə paralel artır. Daxili qiymətlərin artması milli əmtəələrin rəqabət qabiliyyətini aşağı salır, onların ixracını çətinləşdirir, ixracdan gələn gəlirləri azaldır, idxalı həvəsləndirir. Bu isə ticarət balansının vəziyyətinin pisləşməsi deməkdir. İdxalın genişlənməsi ölkədən kapitalın axıb getməsinə səbəb olur. İnflyasiya gücləndikcə milli kapital daha çox mənfəət əldə etmək üçün xarici ölkələrə yönəlir və bunun ardınca xarici kapital ölkəni tərk edir. Nəticədə ölkənin xarici hesablaşmalar balansı pisləşir, bu isə bütövlükdə tədiyə balansının vəziyyətinin pisləşməsi, ölkənin qızıl və valyuta ehtiyatlarının azalması ilə birlikdə ölkənin kredit və ödəniş qabiliyyətlərinin zəifləməsi deməkdir.

İnflyasiyanın bütün bu nəticələri inflyasiya zəif, mülayim olduqda nəzərə çarpmır, lakin nəzarətdən çıxdıqda və sürətli olduqda, qarşısının alınması çətin olan, öz-özlüyündən törəyən - yəni qarşısını almaq üçün hər hansı bir tədbir görülür və bu inflyasiyanı daha da gücləndirir - güclü bir prosesə çevrildikdə nəticə dərhal özünü göstərir və qısa müddətdə ən yüksək zirvəyə çatır.

İnflyasiyanın nəticələri haqqında bütün bu qeyd olunanlar onun necə təhlükəli problem olduğunu bir daha sübut edir.


Fəsil 2 Pul tədavülünün sabitləşdirilməsi metodları

    1. İnflyasiya və işsizliyin dövlət tənzimlənməsi



İnflyasiyanın neqativ sosial və iqtisadi nəticələri müxtəlif ölkələrin rəhbərlərini məcbur edir ki müəyyən edilmiş iqtisadi siyasəti həyata kersinlər. Dövlət tərəfindən həmişə pul kütləsinin tənzimlənməsinə diqqət yetirilmişdir. İnflyasiyanın idarəetmə amilləri birtərəfli deyil, öz nəticələrinə görə ziddirlər. Belə siyasət çox dar parametrlə ölçülür. Bir tərəfdən inflyasiya spiralının açılmasının qarşısının almaq, digər tərəfdən təsərrüfatın stimulunu artırmaq, bazarı lazımı əmtəə ilə təmin etmək üçün şərait yaratmaq tələb olunur. İnfilyasiyanı idarə etmək kompleks amillər tələb edir, qiymət artımını gəlirlə stabilləşdirmək lazımdır. Qərb ölkələrində istifadə olunan bu prosesin idarəetmə aləti infilyasiyanın xarakter və səviyyəsindən, təsərrüfat xüsusiyyətindən, təsərrüfat mexanizminin spesifikasından asılı olaraq fərqlənir. Sənayecə inkişaf etmiş ölkələrdə (xüsusən ABŞ və əksər qərb ölkələrində) infilyasiyanın artım tempini çox dar ölçüdə saxlamaq mümkün olur. Bəzi ölkələrdə dövlətin və mərkəzi bankın düzgün iqtisadi siyasəti nəticəsində infilyasiyanın aşağı düşməsini misallarla göstərək. Məsələn: 1997-ci ilin mayında Çex Respublikasının mərkəzi bankı çox dar çərçivəli siyasət apardı. Daxili tələbatı azaldaraq məhsulun artımını və qiymətini azaldır. Son illərdə Çex Respublikasında infilyasiyanın əsas mənbəyi əmək məhsuldarlığını qabaqlayan əmək haqqının sürətlə artması idi. 1998-ci ildə idxal olunan mal və məhsulların qiymətinin aşağı salınması tələbatın gücünü zəiflətdi. Bundan əlavə ilk üç kvartalda məhsuldarlığın artması (5,4%), ilk dəfə olaraq islahatlardan sonra sənayedə əmək haqqının artması müşahidə olundu. Bunun əksi olaraq Slovakiyalarda 1998-ci ildə əsasən sentyabr seçkidən qabaq əvvəlki kimi büdcə siyasəti iqtisadi artıma doğru istiqamətlənirdi. İnfilyasiyanın tempini aşağı salmaq üçün dövlət 1998-ci ildə süni olaraq slovak kronunun qaldırmaq, idxalat məhsulunun qiymətini qaldırmaq və sərt pul-kredit siyasəti həyata keçirdi. Əvvəlki illərə nisbətən Polşada infilyasiyanın sürəti 9,5%, Macarıstanda 14%-ə düşmüşdü. Hər iki ölkədə qiymət dinamikasına təsir göstərən yaxın pul-kredit siyasəti və büdcə intizamı vardır. Əksər keçid iqtisadiyyatı şəraitində olan ölkələrindən fərqli olaraq Polşa və Macarıstan infilyasiyanın sürətinin azaldılmasında nə tələbi, nə istehsalı azaltmadı və nədə ki, gələcəkdə əmək bazarında heç bir pisləşmə olmadı. Antiinflyasiya siyasəti müxtəlif zəngin pul-kredit, büdcə amilləri, vergi təşkilatları, gəlirlərin bölüşdürülməsi, tənzimlənməsi və stabilləşmə proqramları hesablayıb ortaya çıxarır. Antiinfilyasiya siyasətinə nəzər salsaq görərik ki, buna əsas üç yanaşma var. Birinciyə (müasir keynsçilər) aktiv büdcə siyasəti – dövlət gəlirləri və vergidən istifadə edərək alıcılıq qabiliyyətli tələbə təsir etmək: dövlət öz xərcini azaldır və vergini artırır. Lakin eyni vaxtda investisiyanın və istehsalın aşağı düşməsi baş verə bilər və bu da qarşıya qoyulan məqsədin əksinə gətirib çıxara bilər. Büdcə siyasəti həmçinin tələb aşağı olduqda onun genişləndirilməsi üçün də həyata keçirilir. Tələbin kifayət qədər olmadığı halda dövlət kapital qoyuluşu proqramları və digər xərclər (hətta büdcə kəsri vaxtı), vergilərin azaldılması həyata keçirilir. Düşünülür ki, bu yolla istehlak mallarına və xidmətlərə tələbat artır. Lakin tələbin büdcə yolu ilə stimullaşdırılması 60-70-ci illərdə göstərdi ki, o, infilyasiyanı gücləndirə bilər. Özüdə ki, böyük büdcə kəsri dövlətin xərc və vergilərinin bacarıqla istifadəsini məhdudlaşdırır.

İqtisadi nəzəriyyədə ikinci yanaşma monetarizm tərəfdarlarıdır. Onlar ilk öncə ön plana pul-kredit siyasətini çəkirlər və iqtisadi hadisəyə dolayısı və elastikliklə təsir edirlər. Bu cür tənzimlənmə mərkəzi bank tərəfindən həyata keçirilir. Bu yanaşmanın tərəfdarlırı düşünürlər ki, dövlət alıcılıq qabiliyyətli tələbatı məhdudlaşdırmaq üçün defilyasiya tədbirləri həyata keçirməli, çünki iqtisadi artımın stimullaşdırılması süni yolla məşğulluğun həqiqi səviyyəsinin aşağı salınması inflyasiya üzərində nəzarətin itirilməsinə gətirib çıxardır.

Üçüncü yanaşma – bir çox ölkələrin rəhbərliyi 60-cı illərdən başlayaraq nəzarətdən çıxmış inflyasiyanın qarşısını almağa cəhd göstərərək belə adlanan qiymət və gəlirlər, əsas məqsəd əmək haqqının məhdudlaşdırılması siyasətidir. Belə ki, bu siyasət bazar strateqiyalı yox, inzibati mübarizə yolu olduğundan o həmişə qarşıya qoyulan məqsədə çatmır. İnflyasiya ilə mübarizə metodları birbaşa və dolayısı ola bilər. Gəlin bu metodlara özünü lap yaxşı şəkildə əks etdirən Rusiyanın timsalında nəzər salaq.

Dolayısı metodlar:

  1. Ümumi pul kütləsinin mərkəzi bank tərəfindən tənzimlənməsi

  1. Komersiya banklarının ssuda və hesabatlarının mərkəzi bank tərəfindən tənzimlənməsi

  2. Komersiya banklarının əsas ehtiyatları mərkəzi bankın açıq qiymətli kağızlar bazarında hərəkəti.

Birbaşa metodlar:

  1. dövlət tərəfindən birbaşa kreditlərin və pul kütləsinin tənzimlənməsi

  2. dövlət qiymət tənzimlənməsi

  3. əmək haqqının dövlət tərəfindən tənzimlənməsi

  4. dövlət tərəfindən daxili ticarət, idxal və ixrac kapitalının və valyuta kursunun tənzimlənməsi.

İnflyasiyanın sürətini salmaq deməli təsərrüfatda pul və mal kütləsi arasında fərqi azaltmaq deməkdir. Bunun üçün iqtisadiyyatı tarazlaşdıran bütün metodlar uyğun gəlir. Əsas tədbirlərə aşağıdakılar daxildir:

  1. Ölkədə ərzaq bolluğu yaratmaq. Bunun üçün ölkə kənd təsərrüfatının bütün sahələrinə maliyyə yardımı göstərməli və yumuşaq islahatlar keçirməlidir.

    1. Kənd təərrüfatı məsələlərinə kreditlərin gələcək məhsul hesabına borcun qaytarılması yolu ilə veksel şəklində verilməsi;

    2. İstehlakçı qiymətinin, dövlət alıcılıq qiymətinin və müqavilə yolu ilə sənaye məhsullarının kənd təsərrüfatı məhsullarına dəyişilməsini təşkil etmək.

  2. Xalq təsərrüfatı sahələrinin pozulmuş investisiya sahələrinin bərpası

  3. Müəssisələrarası alqı-satqı münasibətlərini nizama salmaq. Bazar iqtisadiyyatı şəraitində topdan alış nəhəng sindikatlar tərəfindən həyata keçirilsə daha effektli olar. Bu cür əlaqələr regionlar və ölkələrarası miqyasda da fəaliyyət göstərə bilər.

  4. Krizis vaxtı mərkəzləşdirilmiş bank sistemi təşkil etmək lazımdır.

İstehlak bazarını stabilləşdirmək məqsədə uyğundur. Kiçik biznesin istehsal və xidmət sferalarında inkişafını stimullaşdıran sistem yaratmaq, istehsal sahələrinin və dəzgahların icarəsinə (ardınca almaq imkanı olmaqda) dövlət krediti və lizinq kreditinin verilməsi. Kiçik müəssisələrin ilk 3-5 il fəaliyyətinin sığortalanması öhdəliyi - müflisləşmə riski xeyli çoxdur.

Böhran baş verən zaman daxili bazarın və şəxsi eksport fəaliyyətinə ciddi nəzarət olunması üçün dövlət tərəfindən müdafiə üçün səmərəli siyasət yeridilməlidir. Bütün eksport əməliyyatları dövlət tərəfindən idarə olunan bir neçə iri firmalar və sindikatlar tərəfindən komission vergilər üzərində eksport əməliyyatları yerinə yetirlməlidir. İnflyasiyanın qarşısını hər-hansı bir təşkil edilmiş tədbir vasitəsi ilə alınması çox çətindir, deməsək ki, tamamilə mümkün deyil. Bunun üçün iqtisadiyyatda baş verən disproporsiyaların aradan qaldırılması üçün, struktur islahatlar keçirilməlidir.

İnflyasiya monetar və yaxud struktur xarakter daşıya bilər. İnflyasiyanı dövlət büdcəsinin defisiti və mal göndərənlərlə istehsalçıların inhisarları stimullaşdırır. Ona görə də inflyasiya prosesi ilə mübarizə metodları adətən kompleks xarakter daşıyır.


Fəsil 2 Pul tədavülünün sabitləşdirilməsi metodları

    1. Pul islahatları və antiinflyasiya tədbirləri



Əvvəlcədən də qeyd edildiyi kimi,inflyasiya cari qiymətlər üzərində məcmu tələbin məcmu təklifi üstələməsi ilə yaranır.İnflyasiya ilə mübarizəyə başlamazdan qabaq aşağıdakı məsələlər təhlil edilməlidir:

      a)İnflyasiya boşluğunun hesablanması: İlk məsələ inflyasiya boşluğunu müəyyən etməkdir. Bu müəyyənləşmədikdə, inflyasiya boşluğuna nisbətən daha böyük miqyasda görüləcək antiinflyasiya tədbirləri sonradan təhlükəli olan deflyasiyaya səbəb ola bilər. Ona görə də məcmu tələblə təklif arasında olan fərq və ya inflyasiya boşluğu hesablanır. Daha aydın olması üçün 6-cı cədvələ baxmaq olar.



Cədvəl 6: Fransada 1948-ci il inflyasiya boşluğunun hesablanması.

Məcmu Təklif

Mlrd. Frank

Məcmu Tələb

Mlrd. Frank

Kənd Təsərrüfatı məhsulları

Sənaye məhsulları

Dövlət xidmətləri

Digər xidmətlər

ÜDM İdxal İxrac Xarici pay Məcmu təklif

1765 2212

 387 271

 4635 437

178 259

 4894



İstimai xidmətlər

İctimai və xüsusi investisiyalar

Xüsusi istehlak xərcləri

 Məcmu tələb Məcmu tələb artıq-lığı



552

968

3379

5259

 365


     b)Məcmu tələb və təklif öyrənilməlidir:İnflyasiya boşluğun-un aradan qaldırılması üçün tələb artıqlığına və ya təklif ça-tışmazlığına səbəb olan amillər müəyyənləşdirilməlidir.

     c)İnflyasiyanın mənbəyi,yəni onun hansı növ olması aydın-laşmalıdır:Bunlar fərqli mənbələrdən qidalandığından onlarla mübarizə tədbirləri və istifadə olunan vasitələr də müxtə-lif olacaqdır.

     İnflyasiya ilə mübarizə yollarını göstərən 2 fərqli nəzəriyyə mövcuddur:



  1. Monetarizm

  2. Təklif iqtisadiyyatı

      Monetarizm məcmu tələbin məhdudlaşdırılaraq məcmu tək-lif səviyyəsinə endirilməsini əsas götürür, Təklif iqtisadiyyatı isə məcmu təklifin artırılaraq məcmu tələb səviyyəsinə qaldırılmasını irəli sürür.

Bu yollardan birincisində büdcə xərcləri məhdudlaşdırıla-caq,gəlirləri isə artırılaraq büdcə artıqlığı (profsit) meydana gətirilcək,pul təklifi məhdudlaşdırılcaq,kredit faizləri yük-səldiləcək,vergi dərəcələri qaldırılacaq və.s

İkinci yolda isə ictimai xərclər və vergilər səmərəli investisi-yalara istiqamətləndirilir,vergi və faiz dərəcələri aşağı salınır və.s

      İnflyasiya ilə mübarizə kompleks tədbirlərin həyata keçi-rilməsini nəzərdə tutur və buna görə də onunla mübarizədə hər bir hökumət öz proqramını əvvəlcədən hazırlayaraq ortaya qoyur.Müasir dünyada inflyasiya ilə mübarizə proqramlarını aşağıdakı kimi qruplaşdırmaq olar:



  1. Ortodoks proqramlar

  2. Qeyri-ortodoks proqramlar

  3. Heterodoks proqramlar

  4. BVF tipli proqramlar

      Ortodoks proqramlar BVF tərəfindən də tövsiyə edilir.

      Bu proqramlar əsəsən hiperinflyasiya və yüksək inflyasiya-lara qarşı tətbiq olunur.Monetarist sistemə uyğun olaraq sərt pul və maliyyə siyasətinə əsəslanır.Pul təklifi məh-dudlaşdırılır,pul emissiyası dayandırılır və iqtisadi tarazlıq təmin olunur. Qiymətlər,əmək haqqı sistemi liberallaşdırı-laraq,tam liberal sistem yaradılır,yüksək faizlər qoyulur. Bu proqramlar inflyasiyanı ″boğmaq″da faydalı olsalar da mənfi cəhətləri də vardır. Belə ki,məhdudlaşdırıcı maliyyə siyasəti çox vaxt istehsalın aşağı düşməsinə və işsizliyə səbəb olur.

     Qeyri-ortodoks proqramlar pul təklifinə o qədər də to-xunmur,yalnız inzibati yollarla qiymətə,əmək haqqına nəzarəti, istehsalı sabit saxlamağı əsas götürür. Digər yandan valyuta balansı ciddi nəzarətə götürülür və milli valyutanın dəyərdən düşməsinin qarşısı alınır.

Heterodoks proqramlar bir növ ortodoks proqramların davamıdır.Lakin burada bir əlavə odur ki, hiprinflyasiya dövrlərində qiymətlər günlük olaraq müəyyənləşdirildiyin-dən indeksləşdirmələr və qiymətlərin müəyyənləşdirilməsi getdikcə sərbəst xarici valyuta kurslarına bağlanır və valyuta kurslarının sabitləşdirilməsi ilə digər qiymətlərin sürətlə sabitləşdirilməsinə nail olunur.Beləliklə,bu proqram-lar valyuta kursları,qiymət və əmək haqqların dondurulmasını da özündə birləşdirir.Xatırladaq ki,Azərbaycanda BVF-nun tətbiq olunan sabitləşdirmə proqramı da hetero-doks prinsiplərinə əsaslanmışdır.

     BVF ″iqtisadi xəstəxana″kimi dünyada tanınan bir təşki-latdır. Bu ″xəstəxana″nın mütəxəsisləri (″həkimlər″) daim ″xəstə″iqtisadiyyatlar üçün proqramlar(″reseptlər″) hazırla-yırlar. Həmin proqramlar arasında antiinflyasiya proqramları da geniş yayılmışdır. Bu proqramların əsas istiqamətləri aşağıdakılardır:

      -Hökumətin gəlir və xərclərinin balanslaşdırılması,büdcə kəsirini minimuma endirmək,büdcə gəlirlərini artırmaq,vergi dərəcələrini yüksəltmək,xüsusilə dolayı vergilərə üstün-lük vermək;

      -Sərt pul siyasəti və kredit faizlərinin artırılması;

      -Ticarətin və qiymətlərin liberallaşdırılması;

      -Milli valyutanın devalvasiyası,yəni onun nisbətən dəyərdən düşürülməsi və sonralar valyuta kurslarının sabitləşdirilmə-si;

      Həyata keçirilmə metodlarına görə antiinflyasiya proq-ramları 2 qrupa bölünür:


  1. Şok (Cold turkey)proqramlar

  2. Mərhələli proqramlar

      Hökumətin əsas məqsədi antiinflyasiya tədbirlərini minimum itki ilə başa vurmaqdır. Birinci metodda qısa zamanda, ikincidə isə mərhələlərlə sabitliyə qovuşmaq nəzərdə tutulur. Lakin hansı proqramın maya dəyəri aşağıdır? Artıq bunu mövcud şəraitə uyğun alaraq həyata keçirəcək iqtidar müəyyənləşdirməlidir.

     Antiinflyasiya proqramlarının müəffəqiyyətli olması üçün hökumətin öz vətəndaşları qarşısında etibarını saxlaması əsas şərtdir. Buna ″kredibliti(etibar) problemi″deyirlər. Yəni həm hökumət,həm də həyata keçiriləcək proqram xalq arasında əvvəlcədən etibar qazanmalıdır.Bir sözlə şəffaflıq tə-min edilməlidir .Herbert Şteyn bir proqramın etibar qazanması üçün 6 xüsusiyyətinin olmasını irəli sürür:



-Həyata keçiriləcək tədbirlərin birləşdirilməsi

-Hökumətlə Mərkəzi Bank arasında səmərəli əlaqə

-Partiyalar arsında müəyyən məsələlərdə razılığın əldə ol-unması

-Gələcəklə bağlı iqtisadi məqsədlərin açıq şəkildə ortaya qo-yulması və məqsədlərdən uzaqlaşmaların düzəldilməsi

-İşsizlik səviyyəsi ilə bağlı heç bir tərəddüdə yol verilməməsi -Gəlirlərə və hər cür iqtisadiyyata müdaxilə düşüncələrindən uzaqlaşılması XX əsrdə inflyasiyalara (təbii ki,yüksək və hiperinflyasiyalara) qarşı mübarizədə bir çox naliyyətlərin olduğu göz önündədir. Bəzilərinə diqqət yetirək:

1913-cü ildən başlayan və 1922-23-cü illərdə hiper-inflyasiya səviyyəsinə çatan Almaniya inflyasiyasını 1924-cü ildə Schart dayandırmışdır. Belə ki,1923-cü ilin oktya-brında Rentenmark adlı yeni valyuta buraxıldı və 1Renten-markın 1trln. kağız marka bərabər olduğu elan olundu. Yeni pullara ciddi məhdudiyyət qoyuldu,hökumət xərclərinin Mərkəzi Bankdan alınan borcla maliyyələşdirilməsi da-yandırıldı, büdcə xərcləri azaldıldı,dövlət məmurları 25% ixtisara sa-lındı,65 yaşdan yuxarı çalışanlar pensiyaya göndərildi. Nəticədə büdcə tarazlaşdırıldı və hiperinflyasiyaya son qoyuldu.

     70-ci illərin energetika böhranlarından, prezident Karterin inflyasiyaya qarşı ″könüllü məhdudiyyətlər″ proqramının iflasından sonra 1980-cı ildə ABŞ-da inflyasiya illik 18-20% səvmyyəsinə gəlib çıxmışdı. 1980-cı ildə hakimiyyətə gələn Reyqan komandasının iqtisadiyyatın sağlamlaşdırılması proqramında inflyasiyaya qarşı sərt pul-kredit siyasətinin yerinə yetirilməsi əsas götürüldü. Hökumət vergiləri azaltmaqla istehsala qoyulan investisiyaları artırdı və ÜDM-nin həcmi artdı. Sosial xərclər ixtisar edildi və bunun-la da büdcə kəsiri aradan qaldırıldı. Nəticədə 1983-cü ildə inflyasiya 3-4%-ə endirildi.

      II Dünya müharibəsi illərində Macarıstanda baş verən dünyanın ən böyük səviyyəli inflyasiyasının qarşısı pul islahatı aparmaqla alındı. Belə ki, 1946-cı ildə (iyunda) yeni pul vahidi dövriyyəyə buraxıldı və onun əvvəlki pula nisbəti 1:1,3x1020 formasında müəyyənləşdirildi.

Postsovet ölkələri arasında pul-kredit siyasətində ən uğurlu yolu Baltikyanı ölkələr keçmişlər. Onların islahatları arasında sərt məliyyə-kredit siyasəti əsas yer tuturdu. Bu ölkələr tezliklə rubl məkanından çıxdılar. 1992-ci ilin may-ında Latviya müvəqqəti valyuta kimi dövriyyəyə rus rubluna bərabər tutulan rublisi buraxdı və iyunda yeganə qanuni pul vahidinə çevrildi. 1993-cü ildə isə (iyunda) Latı dövriyyəyə buraxdı. 1992-ci ildə Litvada tətbiq olunan valyuta-talon rus rublu ilə yanaşı işlədilirdi. 1993-cü ilin iyununda talon 100:1 nisbətində litlə əvəz olundu. Həmin ilin avqust ayında xarici valyutanın işlənməsinə qadağa qoyuldu. 1992-ci ilin iyunun-da Estoniya kron adlı milli valyutasını tətbiq etdi. Onun alman markasına nisbəti 8:1 götürüldü və indi də ən dönərli valyutalardandır. Bu ölkələr pul islahatı ilə yanaşı sərt pul-kredit siyasəti yürüdürdülər. Belə ki, büdcə xərcləri azaldılmış,kəsirin emissiya hesabına maliyyələşdirilməsindənəl çəkildi, bank kreditləri məhdudlaşdırıldı, kreditləşmə kommersiya bazası üzərinə keçirildi. Nəticədə, 1992-ci ildə inflyasiyanın səviyyəsi Litvada 1161%-dən 1993-də 189%-ə, Latviyada 959%-dən 35%-ə, Estoniyada 954%-dən 36%-ə düşərək kəskin şəkldə azaldı. Sonrakı illərdə isə inflyasiya istənilən formada idarə olunmuşdur.

     Antiinflyasiya siyasətinin uğurlarından Azərbaycanın timsalında da danışmaq olar. Belə ki, 1995-ci ilə qədər Azərbaycanda üst-üstə 4600%-dən çox inflyasiya olmuşdur. Nəticədə 1994-cü il Azərbaycan iqtisadi tarixinə hiperinflyasiya ili kimi düşmüşdür (1788%). 1995-ci ildən Milli Bank hökumətlə razılaşdırdığı və BVF-nin hazırladığı sabitləşdirmə proqramına uyğun olaraq sərt pul-kredit siyasətini həyata keçirməyə başladı. Aparılan antiinflyasiya siyasəti Monetarizm prinsiplərinə uyğun olaraq tələbin məhdudlaş-dırılmasına əsaslanırdı. Bu prinsiplər aşağıdakılardan ibarətdir:



- Tədavüldəki ümumi pul kütləsi məhdudlaşdırıldı

- Mərkəzləşdirilmiş kredit resursları azaldıldı

- Kredit emissiyası sahəsindəki hərc-mərclik aradan qaldırıldı

- Uçot stavkalarının yüksəldilməsi hesabına kredit resurslarına olan tələbin aşağı salınması

- Manatın xarici valyutalara nisbətən məzənnəsinin sbitləş-dirilməsi

- Qiymət və əmək haqqı üzrə nəzarətin gücləndirilməsi və.s

      Tətbiq olunan bu siyasətin bir sıra mənfi nəticələri də qeyd olunur. Belə ki, siyasət əsasən tədavül sferasına təsir etmiş, lakin istehsal sferası kənarda qalmışdır. Dövriyyədəki pul kütləsi ÜDM-nin həcmi ilə ziddiyyət təşkil etmiş, işgüzar fəallıq aşağı düşmüş, ölkənin xarici borcları artmış və.s kimi mənfi nəticələr göstərmişdir. Lakin real vəziyyət belədir ki, 1997-ci ildə artıq inflyasiyanın səviyyəsi postsosialist məkanında ən aşağı səviyyəyə 3,8%-ə düşmüşdür.



     Bundan başqa İsrail,Meksika və Braziliya kimi dövlətlər də antiinflyasiya siyasətində müəyyən uğurlar əldə etmişlər.

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə