Buraxılış İşi Mövzu: İnflyasiya, onun törəmə səbəbləri və antiinflyasiya tədbirləri




Yüklə 362.92 Kb.
səhifə2/4
tarix09.03.2016
ölçüsü362.92 Kb.
1   2   3   4

Son 3-4 ildə baş vermiş güclü inflyasiyalara 1996-1997-ci illərdə Zairdə(1713%), 1997-də Bolqarıstanda(592%) olan inflyasiyaları göstərmək olar.

Kağız pulların buraxılmasında ölçü həddinin aşılması ciddi şəkildə başqa cür təqdim edilə bilməz, bu hər kəsin əmlakının bir hissəsinin gözə görülməz oğurlanmasıdır.

İnflyasiya mürəkkəb sosial – iqtisadi hadisədir. İqtisadi təzəhür kimi inflyasiya uzunmüddətdir ki, mövcuddur. Belə hesab edilir ki, inflyasiya pul meydana gələndən yaranmışdır və onun fəaliyyəti ilə qırılmaz bağlıdır. Lakin əvvəllər inflyasiya adətən fövqəladə şəraitlərdə baş verirdisə (Məs: müharibə vaxtı dövlət hərbi xərcləri maliyyələşdirmək üçün böyük məbləğdə kağız pul buraxırdı) , axırıncı 2-3 onillikdə bir çox ölkələrdə o, xroniki vəziyyət alıb. Mal dövriyyəsini təmin etmək üçün zəruri pul vəsaitinin miqdarı bəs nədən asılıdır? Əsasən müəyyən dövr ( məs: bir il ərzində) satılmalı malların həcmindən və qiymətindən. Nə qədər çox mal olsa, onların realizəsi bir o qədər çox pul vahidi tələb edir.

Dövriyyədə pul vəsaitinin miqdarı daha sonra hər bir pul vahidinin dövretmə sürətindən asılıdır. Bu onunla əlaqədardır ki, eyni pul məbləği az və ya çox alqı-satqı əməliyyatlarına xidmət edə bilər.

Dövriyyədə olan pul vahidlərinin məbləğinin mal məbləğindən üstün olması və bunun nəticəsində pul dövriyyəsinin sürətinin aşağı düşməsi inflyasiyaya səbəb olur.

Belə desək inflyasiya – ümumi qiymət səviyyəsinin qalxmasıdır. Əlbəttə bu o demək deyil ki, bütün qiymətlər qalxmalıdır. Hətta qısa bir zamanda sürətli inflyasiyada bəzi qiymətlər nisbətən sabit, digəriləri isə düşə bilər. Yaralı yerlərdən biridə odur ki, qiymətlər qeyri-mütənasib tendensiyaya malikdirlər. Bəziləri sürüşür, digəriləri müəyyən sürətlə qalxır, üçüncü isə dəyişmir.

İnflyasiya – pulla bağlı bir haldır lakin o, tək pulun qiymətdən düşməsi ilə məhdudlaşmır. O, iqtisadiyyatın bütün sahələrinə daxil olur və onları dağıdır. Onun əlindən ölkə, istehsalat, maliyyə bazarı daha çox isə xalq zərər çəkir. İnflyasiya vaxtı aşağıdakılar baş verir:

  1. Qızıla görə pulun qiymətdən düşməsi;

  2. Əmtəəyə görə pulunqiymətdən düşməsi;

  3. Xarici valyutaya görə pulun qiymətdən düşməsi.

Ancaq inflyasiyanı tək pul dövriyyəsi kanalının qiymətdən düşən kağız pullarla doldurulması kimi hesab etmək olmaz. İnflyasiya malların qiymətlərinin armasında özünü göstərməyinə baxmayaraq sırf pul fenomeni deyil. İnflyasiya bazar təsərrüfatının müxtəlif sferalarında istehsalatın qeyri-mütənasibliyinin yaratdığı incə sosial-iqtisadi haldır. Eyni vaxtda inflyasiya – demək olar ki, dünyanın bütün ölkələrində iqtisadiyyatlarının müasir inkişafının ən kəskin problemlərindən biridir. Məsələn: Q.Avropada 1997-ci ildə istehlak qiymətinin inflyasiyasının orta səviyyəsi 2%-dən bir qədər aşağı düşmüşdür. Fransa, İtaliya, Yunanıstan və Portuqaliyada inflyasiyanın aşağı düşməsi daha çox nəzərə çarpırdı. Məsələn: Fransada istehlak qiymətinin inflyasiya tempinin yavaşladılmasına avtomobil sənayesində xüsusi həvəsləndirmə proqramının salınması, İtaliyada isə ƏDV-nin əhəmiyyətli dərəcədə aşağı salınması səbəb oldu. Yunanıstanda, Portuqaliyada, İspaniyada inflyasiyanın səviyyəsinin aşağı düşməsi defilyasiya siyasətinin nəticəsidir. Məsələn: Yunanıstanda inflyasiyanın səviyyəsinin kəskin aşağı düşməsinin valyuta məzənnəsi sahəsində sərt siyasət yeridilməsi ilə izah etmək olar. Qalan Q.Avropa dövlətlərinin əksəriyyətində 1997-ci ildə inflyasiyanın illik səviyyəsi artsada əhəmiyyətsiz dərəcədə idi. Almaniyada aşağı istehlak tələbi şəraitində tənzimlənən qiymətlərin artması əsas rol oynadı. Danimarkada, İrlandiyada və Finlandiyada aktiv tələbata baxmayaraq inflyasiya aşağı səviyyədə qalmışdır. Eyni zamanda Norveçdə və B.Britaniyada istehlak canlanmasına baxmayaraq inflyasiya təzyiqi bir o qədər güclü idi. Norveçdə və Finlandiyada mənzil bazarında rəqabət icarə haqqının qalxmasına şərait yaratdı, bu faktor isə inflyasiyanın qalxmasına səbəb oldu, baxmayaraq ki, inflyasiyanın artım tempinin göstərilən hissəsi şərti vergiqoyma sferasında dəyişikliklərlə izah edilirdi. Kanadada 1997-ci ildə çox aşağı səviyyədə qalırdı. ABŞ-da inflyasiyanın aşağı düşməsi dolların məzənnəsinin davamlı sürətdə qalxması ilə izah olunurdu, bunun nəticəsində idxal olunan məhsulların qiymətləri aşağı düşdü və öz növbəsində daxili istehsalın, rəqabət edən malların təzyiqi artdı.

İnflyasiyaya müxtəlif faktorlar səbəb ola bilər. Bu həm artıq pul vahidinin miqdarının buraxılması, həm məhsul istehsalının ödəniş qabiliyyətli tələbatının artımından geri qalması, həm də tələbatı olmayan məhsulların bazara daxil olmasıdır.

İnflyasiya qiymət indeksi vasitəsilə ölçülür. Qiymətlər indeksi onların ümumi səviyyəsinin nisbətini təyin edir. Məsələn: ABŞ-da qiymətlər indeksi 1994-də 2,6%, 1995-də 3%, 1996-da 3,2%, Yaponiyada 1994-də 0,7%, 1995-də 0,2%, 1996-da 0,1% təşkil etmişdir. Başqa inkişaf etmiş sənaye ölkələrində qiymətlər indeksi 1994-də 1,2%, 1995-də 2,7%, 1996-da 2,4% təşkil etmişdir.

Müəyyən il üçün inflyasiya tempi aşağıdakı kimi hesablanır. Həmin ilin qiymətlərindən ötən ilin qiymətlər indeksi çıxılır, onların fərqi ötən ilin qiymətlən indeksinə bölünür və sonra 100%-ə vurulur.




İnflyasiyanın böyüklüyünün ölçülməsinin başqa üsulu «Böyük yetmişlər» qaydasıdır. Bu qayda inflyasiya səviyyəsinin iki dəfə artması üçün zəruri illərin sayının tez hesablamağa imkan verir.



Qeyd etmək lazımdır ki, «Böyük yetmişlər» qaydası adətən real daxili milli istehsalın və ya hər – hansı bir şəxsin yığımının pul vəsaitinin 2 dəfə artması üçün zəruri vaxtının müəyyən edilməsi üçün tətbiq edilir.

XX əsrə diqqət yetirdikdə görürük ki,makroiktisadi qeyri-sabitlik əsasən I və II Dünya müharibələri arasındakı dövrdə işsizlik formasında(və ya tələbin çatışmazlığı), II Dünya müharibəsindən sonrakı bir neçə onillikdə inflyasiya formasında(tələb artıqlığı),son illərdə isə həm ihsizlik,həm də inflyasiya formasında təzahür etmişdir. Deməli,inflyasiya xroniki hal almışdır. Bəs bu problemin mahiyyətində nə durur?

Bu suala ən mükəmməl cavabı başda Milton Fridmen olmaqla monetaristlər vermişdir. Belə ki,Fridmen demişdir:″İnflyasiya həmişə və hər yerdə pul fenomenidir″.(″İnflation is everywhere and always a monetary phenomenon″). Monetaristlər inflyasiyanı əmtəələrin kəmiyyəti ilə müqayisədə tədavüldə pulun artıqlığı kimi izah edirlər.

İqtisad elmində inflyasiya sözünün meydana gəlməsini 1861-1865-ci illər ABŞ vətəndaş müharibəsi dövrü götürürlər.İnflyasiya Latın sözü olan inflatio-″şişirdilmiş″sözündən götürülmüşdür.

Ümumilikdə, inflyasiya məcmu tələbin məcmu təklifdən artıq olması nəticəsində qiymətlərin ümumi səviyyəsinin artması prossesidir.Belə ki, məcmu tələb təklifdən artıq olarsa,onlar arasında tarazlıq qiymətlərin qaldırılması və bununla da tələbin məhdudlaşdırılması ilə əldə edilir.

Göründüyü kimi inflyasiyada təməl problem əmtəə və xidmət axınları ilə pul kütləsi arasındakı tarazlığın pozulmasıdır.Bunu nəzərə alaraq iqtisadçılar inflyasiyanı ″mənbəyində pul gəlirlərinin mühüm rol oynadığı qiymətlərin ümumi səviyyəsindəki davamlı və ciddi yüksəlmə hərəkətləri″ kimi izah edirlər. Deməli inflyasiya qiymətlərin ümumi səviyyəsindəki davamlı artımdır. Buna görə də bəzi iqtisadçılar davamlı olmayan qiymət artımlarını inflyasiya deyil, sadəcə qiymətlər üzərindəki keçici bir artım kimi qəbul edirlər. Bundan başqa hər hansı bir yüksək qiymət səviyyəsini də inflyasiya ilə qarışdırmaq olmaz. Çünki qiymət nə qədər yüksək olursa olsun sabit səviyyədədirsə, onun inflyasiya ilə heç bir əlaqəsi yoxdur. Bəzən də inflyasiyanı pul bolluğu kimi izah edirlər. Bunda əsas məqsəd məcmu xərclərin əmtəə və xidmət təklifindən çox olduğunu qabartmaqdır. Bu məqsəd kimi doğrudur, lakin işlədilən ifadə uğursuzdur. Çünki pul həcminin artması qənayətçilik arzusunun da artmasıyla birlikdə baş veribsə,məcmu xərclər artmaya bilər. Bundan başqa pul miqdarı artmasa belə, pulun dövriyyə sürətinin artması da xərcləri artıra bilər.

Qeyd etmək lazımdır ki, inflyasiya zamanı qiymətlərin qalxması ilə yanaşı milli pulun alıcılıq qabliyyətinin aşağı düşməsi prossesi də baş verir. Bir sözlə qiymətlərin ümumi səviyyəsi ilə milli pulun alısılıq qabliyyəti arasındakı əlaqə tərs əlaqədir. İnflyasiyanın ölçülməsi onun mahiyyətinin daha aydın göstərilməsinə imkan verir.Elmdə inflyasiya qiymət indeksi vasitəsilə ölçülür. Ən çox istifadə olunanlar ÜDM-nin deflyatoru,istehlakçı və istehsalçı qiymətləri indeksidir.

ÜDM-nin deflyatoru: Nominal ÜDM-nin Real ÜDM-ə nisbətinə deyilir. Real ÜDM seçilən hər hansı bir bazis ilinin qiymətlərindən istifadə etməklə hər il istehsal olunan əmtəə və xidmətlərin ümumi dəyərinin hesablanmasıdır. Nominal ÜDM isə cari ilin qiymətləri ilə ölçülən ÜDM-dir. ÜDM-nin deflyatoru ilə qiymətlərin ümumi səviyyəsindəki dəyişmələri müəyyən etmək olur:

     ÜDM-nin deflyatoru =(Nominal ÜDM / Real ÜDM) x100



və ya

     ÜDM-nin deflyatoru =(Σ PitxQit/ΣPi0xQi0)x100

     Burada; Pit - cari ildə istehsal olunan əmtəə və xidmətlərin qiyməti

     Pi0 - bazis ilinə aid olan qiymətlər

     Qit - cari ildə istehsal olunan əmtəə və xidmətlərin miqdarı

     Qi0 - bazis ilində istehsal olunan əmtəə və xidmətlərin miqdarı



İstehlak qiymətləri indeksi:İstehlak qiymətləri indeksi hər hansı şəhər və ya rayon üzrə istehlakçıların satın aldığı müəyyən bir sabit əmtəə və xidmət səbətinin dəyərini və ya xərcini ölçür.Beləliklə, müəyyən bir sosial-iqtisadi qrupun mövcud yaşayış səviyyəsini təmin etmək üçün xərcləmələri lazım olan pul miqdarındakı dəyişmələr ortaya qoyulur:

      İstehlakçı qiymətləri indeksi= (ΣPitxQit/ΣPi0xQi0)x100



Burada göstərilən parametrlər də yuxarıdakılarla eynidir.Sadəcə onların miqdar,çeşidvə qiymətləri arasında fərqliliklər ola bilər. Kəsrin məxrəci bazis ilindəki səbətin dəyərini,surəti isə sari ildəki dəyərini göstərir. İstehlak qiymətləri indeksi ilə ÜDM-nin deflyatoru arasında aşağıdakı fərqlər vardır:

     1)ÜDM-nin deflyatoru daha geniş əmtəə və xidmət qrupunun qiymətini ölçür

     2)ÜDM-nin deflyatoruna idxal olunan əmtəə və xidmətlər daxil deyil

     3)ÜDM-nin deflyatoru bütövlükdə iqtisadiyyatı əhatə edir

     İstehsal qiymətləri indeksi:İstehsal, ya da toptansatış qiymət indeksləri də inflyasiyanın ölçülməsində

əhəmiyyətlidir. Bu indeks bölgü sisteminin ilk mərhələsindəki qiymətləri ölçməyə yönəlmişdir. İstehsal qiyməti indeksi ticarət əməliyyatlarının ilk pilləsindəki qiymətlərə görə hesablanır. Yəni topdansatış qiyməti indeksidir və istehlak qiymətləri indeksinə nisbətən daha elastikdir. İstehlak qiyməti indeksindən bir fərqi də odur ki, bura xammal və yarımfabrikatların da qiymətləri aiddir.

     Mövcud il üçün inflyasiya sürəti isə aşağıdakı düsturla hesablanır:

      [(İcb)/İb]x100

     Burada:

     İc-Cari ilin qiymət indeksi

     İb-Bazis ilinin qiymət indeksi



Şərqin dahi mütəfəkkir alimi Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri” əsərində yazır: “Onu da bilmək lazımdır ki, xəstəliklərin müalicəsində qayda qanun belədir: əvvəlcə xəstəliyin nə olduğu müəyyən edilər, sonar onun səbəbləri araşdırılar, yalnız bundan sonra isə müalicəyə başlarlar. Xəstəlik mötədilliyin pozulması deməkdir, müalicə isə sənət və məharət işlədib mötədilliyi bərpa etmək deməkdir”.

İnflyasiya da iqtisadiyyatın ağır xəstəliyidir və onu törədən bir sıra səbəbdən mövcuddur. Bu səbəblər daxili və xarici səbəblərə bölünür. Daxili səbəblərə pulun həddən artıq emissiyası, investisiyaların həcmi, ölkənin iqtisadiyyatının hərbiləşdirilməsi, inhisarçılığa yol verilməsi, büdcə kəsirinin olması, xarici səbəblərə isə dünya bazarında qiymətlərin artması, xarici borcların artması, təbii resursların azalması ilə əlaqədar beynəlxalq və ya regional böhranlar, dövlətlərarası münasibətlər və s. aiddir. İnflyasiyanı törədən səbəblər bununla bitmir, başqa səbəblər də mövcuddur, lakin ən əsasları bunlardır. İndi isə bu səbəbləri bir qədər ətraflı izah edək:

  • - Büdcə kəsirinin olması. Kəsiri inflyasiyanın generatoru adlandırırlar. Büdcə kəsiri ilə inflyasiyanın sürəti arasında birbaşa qarşılıqlı əlaqə mövcuddur: büdcə kəsiri nə qədər çox olsa, inflyasiyanın sürəti də bir o qədər çox olar. Bu onunla izah olunur ki, büdcə kəsiri dövlət gəlirləri, xərclərindən çox olduqda yaranır və bu kəsiri örtmək üçün dövlət ya borc almalıdır, ya da pul emissiyasını artırmalıdır. Borc aldıqda sürətlə artan borc faizi büdcənin kəsirdən qurtarmasını çətinləşdirir. Belə olan halda dövlət pul emissiyasını artırır ki, bu da inflyasiyanı gücləndirir.

  • İnvestisiya qoyuluşlarının həcmi. İnvestisiya qoyuluşlarının həcmi ondan ibarətdir ki, bazara daima investisiya əmtəələri çıxarılır(avadanlıq, tikinti materialları, xammal və s.), əlavə işçi qüvvəsi cəlb olunur. Bunların əvəzində bazara yalnız onların pul ekvivalenti daxil olur. Bu isə o deməkdir ki, əmtəə təklifi artmadan ödəmə qabiliyyətli tələb artır. Nəticədə investisiya prosesinin əvvəlində irimiqyaslı investisiyalar həm istehlak mallarının, həm də istehsal materiallarının qiymətlərinin artmasına səbəb olur. Yalnız müəyyən müddətdən sonra qoyulmuş investisiyaların nəticəsi kimi əmtəə kütləsinin genişlənməsi baş verir.

  • Tədavüldəki pulun miqdarı. Bu amil inflyasiyanın ən əsas törədici səbəbidir. Qalan bütün səbəblər bununla bağlı olan, bundan törəyən səbəblərdir. Bildiyimiz kimi dövlət tədavülə istədiyi qədər pul buraxa bilməz. Bu tədavül qanunu ilə müəyyən olunur. Bu qanun tələb edir ki, tədavülə pul buraxılarkən əmtəələrin miqdarı, qiyməti, pulun dövriyyə sürəti əsas götürülsün. Bu qanunu düstur şəklində belə vermək olar:

М=

Burada, M - pul kütləsi vahidi

R – Əmtəələrin qiyməti

Q – Əmtəələrin miqdarı

V – Pulun dövriyyə sürəti

Düsturdan aydın şəkildə görsənir ki, pulun dövriyyə sürəti nə qədər çox olarsa, tədavül üçün bir o qədər az pul lazım olar.

Tədavül dairəsində istər qızıl pul, istərsə də kağız pul vasitəçilik etsin, fərqi yoxdur, hər ikisi pul tədavülü qanununa əsaslanır. Lakin onlar arasında fərqli cəhətlər mövcuddur. Belə ki, qızıl pul tədavüldə olarkən tədavülə lazım olduğundan çox olarsa, bu zaman həmin pul öz-özünə tədavüldən çıxır və dəfinəyə çevrilir, tədavülə lazım olduqda isə əksinə, dəfinədən tədavülə daxil olur. Əgər tədavülə lazım olan kağız pul onun arxasında duran əmtəə kütləsinə və ya qızıla bərabərdirsə, bu halda tədavül normal həyata keçirilir. Lakin lazım olduğundan çox buraxıldıqda, tədavül qanunu pozulduqda, pul qiymətdən düşür, yəni inflyasiya baş verir.

  • Azad rəqabətin inhisarla əvəz olunması. Məlumdur ki, azad rəqabətin hökm sürdüyü klassik bazarlarda eyni məhsul üzrə çoxlu sayda istehsalçılar rəqabətə girərkən qiymətlər bazarın tələb və təklifinə uyğun olaraq müəyyən olunur. Lakin müasir bazarlar daha çox qeyri-azad bazarlardır. Burada inhisarlar 2 istiqamətdə inflyasiya yaradır. Birincisi, qiymətlər üzərində yüksək inhisar qiyməti qoymaqla qiymətləri süni qaldırırlar ki, bu inflyasiyaya səbəb olur. İkinci halda ETT-nin nailiyyətlərini istehsala tətbiq etməklə məhsul vahidinə lazım olan xərcləri azaldırlar, lakin öz əmtəələrini real kəsirlərə uyğun yox, yüksək inhisar qiymətlərinə satırlar.Uzun müddət qiymətlərin yüksək səviyyədə qalması istehsalın həcminə və əmtəə təklifinə mənfi təsir göstərir ki, bu da məcmu tələb və məcmu təklif arasındakı fərqi artırır və inflyasiyaya səbəb olur.

  • İqtisadiyyatın hərbiləşdirilməsi. Belə ki, hərbiləşdirmə dövlət büdcəsinin xərclərini artırır, büdcə kəsiri yaradır, bu da müvafiq olaraq dövlət bprcunu artırır. Hərbi xərclər 2 istiqamətdə artırıla bilər. Birincisi, iqtisadiyyatın digər sahələrinə xərcləri azaltmaqla, bu da əmtəə təklifini azaldır və qiymətlərin süni artırımasına, yəni inflyasiyaya səbəb olur. İkincisi, pul emissiyasını artırmaqla, bu da əvvəldə qeyd etdiyimiz kimi inflyasiyaya səbəb olur.

  • Xarici iqtisadi amillər. Dünya ölkələrinin təsərrüfat əlaqələrinin qloballaşması dövründə inflyasiyanın yaranıb inkişaf etməsində xarici amillərin təsiri olduqca böyükdür. Onların inflyasiyaya təsiri bu istiqamətlərdə baş verir:

a) ixrac və idxal edilən əmtəələrin qiymətlərinin artması,

b) xarici valyutanın axını

Xarici bazarlarda hər dəfə qiymətlərin qalxması, idxal edilən malların qiymətlərinin artması vasitəsilə ölkə daxilinə keçir. Xarici ticarətdən çox asılı olan ölkələr üçün bu cür idxal edilən inflyasiyadan qorunmaq olduqca çətindir. Ümumiyyətlə, inflyasiyanın ixracı və idxalı xarici valyutanın bir ölkədən digərinə hərəkəti əsasında baş verir.

Bütün qeyd olunan amillər sübut edir ki, müasir inflyasiya daxili və xarici istehsalı və tədavülün qarşılıqlı əlaqəsindən doğan mürəkkəb çoxamilli prosesdir.

Fəsil 1 Müasir inflyasiyanın xüsusiyyətləri

    1. İnflyasiyanin forma və növləri



İnflyasiyanın səviyyəsindən asılı olmayaraq bütün bazar iqtisadiyyatlı ölkələrdə inflyasiya kağız pulun dəyərdən düşməsini və qiymətlərin ümumi səviyyəsinin qalxmasını əks etdirən iqtisadi prosesdir. İnflyasiya pulun bu amillərə nisbətən dəyərsizləşməsində təzahür edir:

  1. Əmtəələrə nisbətən. Burada əmtəələrin ümumi dinamikası əmtəə dəyərinin dinamikasından getdikcə fərqlənir. Bu topdansatış, tədarük, tikinti, nəqliyyat, xarici ticarət və s. qiymət və tariflərdən ibarət vahid, qarşılıqlı tərzdə əlaqəli, bütov bir silsiləyə aiddir ki, onun da əsasında əmtəə və xidmətlərin pərakəndə satış qiymətləri durur. Qiymətlərin ümumi artımına müvafiq olaraq pulun alıcılıq qabiliyyəti aşağı düşür.

  2. Qızıla nisbətən. Qızılın keçmişdə pul olması onun indi də, kapital və yığımları inflyasiya nəticəsində dəyərsizləşmədən qorumaq üçün maliyyə aktivi kimi alınmasına səbəb olur. Ölkənin iqtisadi çətinliklərlə üzləşdiyi, dəyərsizləşən milli valyutaya inamsızlığın gücləndiyi dövrlərdə qızılın aktiv rolu artır. Milli valyutanın qızıla nisbətən dəyərsizləşməsi baş verir ki, bu da qızılın bazar qiymətinin artması şəklində təzahür edir.

  3. Xarici valyutaya nisbətən. Bu milli valyuta məzənnəsinin xarici valyutalara nisbətən aşağı düşməsində özünü göstərir.

Müasir dövrdə bütün ölkələrin iqtisadiyyatları müəyyən dərəcədə inflyasiyalıdır. Buna səbəb məcbu tələb və məcmu təklif arasındakı tarazlığın ya tələb, ya da təklif tərəfindən pozulmasıdır. Buna əsasən inflyasiya 2 formada - tələb inflyasiyası və xərclər inflyasiyası formalarında təzahür edir.

Tələb inflyasiyası zamanı qiymətlərdə baş verən dəyişikliklər məcmu tələbin artması ilə izah olunur. Buna səbəb istehsalın tam gücü ilə işləməsinə və iqtisadi ehtiyatlardan bütünlüklə istifadə olunmasına baxmayaraq artan tələbi ödəmək üçün əlavə məhsul istehsal etməyin mümkün olmamasıdır. Bu zaman təklifin azlığı ilə müqayisədə ödəmə dövriyyəsində külli miqdarda pul vəsaitləri mövcud olur ki, bu da qiymətlərin qalxmasına və pulun dəyərsizləşməsinə gətirib çıxarır.

Xərclərin inflyasiyasında qiymətlərin qalxmasına istehsal xərclərinin artması, ən əvvəl əmək haqqı məsrəflərinin yüksəlməsi səbəb olur. Əmtəələrin qiyməti artırılır, nəticədə əhalinin gəlirləri aşağı düşür, bu da əmək haqqının indeksasiya olunmasına gətirib çıxarır. Onun artırılması məhsul istehsalına çəkilən xərclərin artmasına, gəlirin və mövcud qiymətlərlə buraxılan məhsulların həcminin azalmasına gətirib çıxarır.

Tələb inflyasiyası və xərclər inflyasiyası bir-biri ilə qarşılıqlı asılılıq və əlaqədədirlər və birinin baş verməsi digərinin də baş verməsinə səbəb olur.

Ümumiyyətlə, inflyasiyanın təsnifləşdirilməsi müxtəlif əlamətlər üzrə aparılır. Bu əlamətlərə inflyasiyanın həcmi, amilləri, səbəbləri, iqtisadiyyata təsiri və s. aiddir. Belə təsnifləşdirmədə inflyasiyanın həcminə görə təsnifləşdirmə xüsusi əhəmiyyətə malikdir. Belə ki, qiymətlərin artım surətindən asılı olaraq inflyasiyanın 3 növü fərqləndirilir:

1. Mülayim inflyasiya. Qiymətlərin orta illik artım sürəti 5 - 10 %.

2. Sürətli inflyasiya. Qiymətlərin artım sürəti 10 - 100 %.

3.Hiperinflyasiya. Bu zaman qiymətlər dəfələrlə artır.

Dünya ədəbiyyatında hiperinflyasiyanın tərifi ilk dəfə 1956-cı ildə C. Kaqan tərəfindən verilmişdir. Bu tərifə əsasən, aylıq inflyasiyanın 50%-dən yuxarı olduğu, illik inflyasiyanın isə 1000% və daha çox olduğu halda inflyasiya hiperinflyasiya adlanır.

İnflyasiya təmiz pul fenomeni olduğundan onun yaranması da dövriyyəyə kağız pulun buraxılması ilə bağlıdır. İqtisadçı-tarixçilərin tədqiqatlarına əsasən kağız pul ilk dəfə 960-1126-cı illərdə Çində Şimali Sunq sülaləsində dövriyyəyə buraxılmışdır və bu hadisədən bir qədər sonra 1160-90-cı illərdə inflyasiya prosesi başlamışdır. Maliyyə bazarının olmaması, kağız pulların tənzimləmə sisteminin yaradılmasına baxmayaraq, bu, əsl inflyasiya kimi təzahür etmişdir. İmperiyanın bütün xərclərini ödəmək üçün genişləndirilən pul emissiyası qiymətlərin artmasına və uyğun olaraq inflyasiyaya səbəb olmuşdur. Bundan sonra kağız pul buraxan bütün ölkələrdə inflyasiya baş vermişdir.

XX əsrə qədər heç bir ölkədə daimi, ciddi və ağır nəticələrə səbəb ola biləcək inflyasiya olmamışdır və hiperinflyasiya səviyyəsinə qalxmamışdır. XIV əsrdə Avropanın bir çox ölkələrində «Yeni Dünya»dan çoxlu ispan qızılının daxil olması nəticəsində «Böyük Tudor İnflyasiyası» adı ilə tanınan inflyasiya baş verdi. Uzun müddətli və davamlı qiymət artımı ilə müşayiət olunan bu inflyasiya İngiltərə və Fransada aşağı, İspaniyada isə yüksək səviyyədə olmuşdur. 1550-1600-cü illərdə burada qiymət artımı 500% olmuşdur ki, bu da 8% orta illik inflyasiyaya bərabərdir.



Daha sonra XVIII əsrin sonunda Fransada inqilablar və daxili sabitsizliklə əlaqədar yüksək qiymət artımı müşahidə olunmuşdur. Qiymət artımı 1790-cı ildə 100%, 1795-ci ildə 300% olmuşdur. Bir buşe un 1790-cı ildə 40 sent, 1795-ci ildə isə 40 dollar, bir funt şəkər 1790-cı ildə 18 sent, 1795-ci ildə isə 12 dollar 50 sent olmuşdur. Napoleon hakimiyyətə gəldikdən sonra 1796-cı ildə bütün çap maşınları, plastinkalar, çap üçün kağızlar Wendom Place-ə gətirilir, orada sındırılaraq yandırılır. Bundan sonra nisbi sabitlik yaranır. Sonrakı dövrlərdə ayrı-ayrı ölkələrdə mülayim inflyasiyalar baş vermişdir.

I dünya müharibəsindən sonra Avstriya, Macarıstan, Yunanıstan, Almaniya, Polşa və Rusiyada hiperinflyasiyalar baş vermişdir. Avstriyada qiymətlər 1921-ci ilin oktyabrından 1922-ci ilin avqustuna qədər 70 dəfə artmışdır. Müharibənin əsas iştirakçısı olan Almaniyada daha dəhşətli inflyasiya baş vermişdi. Bu inflyasiya 1913-1914-cü illərdə başlamış və ən yüksək həddə 1922-ci ilin avqust və 1923-cü ilin noyabr ayları arasında olan dövrdə çatmışdır. Bu dövrdə qiymətlər 14-15 ay ərzində 10 milyard dəfə artmışdı. Ümumilikdə, 1913-cü ildən 1923-cü ilədək qiymətlər 5 trilyon dəfəyə yaxın armışdı. 1923-cü ilin oktyabrnda ölkədə inflyasiyanın səviyyəsi 32480% olmuşdu. Müharibənin gedişində inflyasiya nisbətən aşağı səviyyədə idi, qiymətlər 245% artmışdı, 1918-24-cü illərdə isə inflyasiya daha çox güclənmişdi. Bunun da səbəbi müharibədən sonra dəyən zərərləri aradan qaldırmaq üçün Almaniya hökumətinin həyata keçirdiyi bir sıra tədbirlər idi. Bildiyimiz kimi, müharibə nəticəsində istehsal ciddi şəkildə aşağı düşmüş və uyğun olaraq dövlət gəlirləri xeyli azalmışdı. Hökumət sürətlə artan dövlət xərclərinin maliyyələşdirilməsi mənbələrini toplamalı idi. Buna isə ya vergilərin artırılması, ya da əhalidən borclanaraq dövlət borclarının artırılması yolu ilə nail olmaq mümkün idi. Vergilərin artırılması hökumətin populyarlığını ciddi surətdə azaltmaqla yanaşı, daxili sabitsizliyə səbəb ola bilərdi. Həm də müharibənin sonunda Almaniyada inqilab olmuş və respublika qurulmuşdu və bu hökumətin böyük əksəriyyətini sosialistlər təşkil edirdi və onlar vergiləri artırmaq yolundan uzaq idilər. Digər tərəfdən əhalidən borclanmaq mümkün deyildi, çünki yenicə müharibədən çıxmış əhalidən o qədər pul yığmaq qeyri-mümkün idi. Xarici mənbələrdən borclanma mənbələri tükənmişdi. Belə ağır vəziyyətdə qalib dövlətlər Almaniyanın üzərinə 33 mlrd. dollar məbləğində təzminat qoymuşdular.

Ona görə də bütün bu xərcləri ödəmək üçün Almaniya hökuməti yalnız pul çapını artırmağa başladı. Hiperinflyasiyanın sonunda hökumətin gəlirləri onun büdcəsinin 12-15% -ni ödəyirdi. Büdcə kəsiri son həddə çatmışdı (Bax Cədvəl 5).



Göstəricilər


1920-21

1921-22

1922-1923

1923-24 (1-ci 9 ay)

Cəmi gəlirlər

4224

5336

3580

1677

Cəmi xərclər

11266

11923

9965

13513

Kəsir

7042

6627

6385

11836

Kəsirin xərclərə nisbəti, %

62,5

55,4

64,1

87,6
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə