Buraxılış İşi Mövzu: İnflyasiya, onun törəmə səbəbləri və antiinflyasiya tədbirləri




Yüklə 362.92 Kb.
səhifə1/4
tarix09.03.2016
ölçüsü362.92 Kb.
  1   2   3   4
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ




Fakultə: Kredit - İqtisad

Kafedra: Bank İşi
Buraxılış İşi

Mövzu: İnflyasiya, onun törəmə səbəbləri və antiinflyasiya tədbirləri.

Kurs: IV (dördüncü)

Qrup: 616

Tələbə: Abdulla Kamal Tofiq oğlu

Elmi rəhbər:

Kafedra müdiri:




Bakı - 2007

Plan

Giriş
Fəsil 1 Müasir inflyasiyanın xüsusiyyətləri

1.1 İnflyasiya və onun yaranma səbəbləri

1.2 İnflyasiyanin forma və növləri

Fəsil 2 Pul tədavülünün sabitləşdirilməsi metodları

2.1 İnflyasiya və işsizliyin dövlət tənzimlənməsi

2.2 Pul islahatları və antiinflyasiya tədbirləri

Fəsil 3 Azərbaycanda inflyasiya səviyyəsinin müəyyən edilmə mexanizmi və həddi

3.1 İnflyasiya səviyyəsinin müəyyən edilmə mexanizmi və həddi

3.2 İnflyasiyanın sosial – iqtisadi nəticələri və qiymətləndirmə meyarları

Nəticə

Ədəbiyyat siyahısı

Giriş

Dünya iqtisadiyyatı qlobal iqtisadi orqanizm kimi bir-biri ilə qarşılıqlı fəaliyyətdə və asılılıqda inkişaf edən milli iqtisadiyyatların məcmusundan ibarətdir. Dünya təsərrüfatında ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının yaxınlaşması və bir-birinə qovuşması prosesi vahid təsərrüfat sisteminin formalaşmasına yol açır ki, bu proses inteqrasiya adlanır. Proses bu ardıcıllıqla baş verir: məhsuldar qüvvələrin inkişafı → beynəlxalq əmək bölgüsü → istehsalın və kapitalın beynəlmiləlləşməsi → iqtisadi inteqrasiya. Müasir dövrdə iqtisadi inteqrasiya, başqa sözlə qloballaşma prosesi sürətlənmişdir. Bunun nəticəsində Avropa Birliyi, Şimali Amerika Azad Ticarət Birliyi, Latın Amerikası İnteqrasiya Birliyi, Beynəlxalq And Müqaviləsi, Mərkəzi Amerika Ümumi Bazarı və s. bu kimi ittifaqlar meydana gəlmiş və inkişaf etmişdir. Bu birliklərə daxil olan ölkələrin iqtisadiyyatları bir-biri ilə sıx bağlanmışdır.

Belə bir qloballaşma şəraitində dünya iqtisadiyyatının bir sıra vacib problemləri mövcuddur. Bu problemlərə inflyasiya, ətraf mühitin mühafizəsi, işsizlik, təbii resurslardan səmərəli və məqsədyönlü istifadə olunması, inhisarçılıq və s. aiddir. Lakin bu problemlər içərisində ən təhlükəlisi və çox ağır sosial-iqtisadi nəticələrə səbəb olan inflyasiya problemidir.

Makroiqtisadi qeyri-sabitliyin nəticələrindən biri də inflyasiyadır. Ciddi araşdırma tələb edən inflyasiya çətin və mürəkkəb olmaqla yanaşı həm də maraqlı problemdir. Maraqlıdır,ona görə ki, bu çox qısa bir zamanda ölkə iqtisadiyyatını iflic vəziyyətə salmağa, insanların həyat şəraitini əhəmiyyətli dərəcədə dəyişməyə qadir bir prossesdir. İnflyasiya ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi prosseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və.s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə malikdir.

Dünya iqtisadi tarixinə nəzər salsaq görərik ki, siyasi və iqtisadi böhranlar, müharibələr və digər qeyri-sabitlik şəraitində ölkələrdə inflyasiya qaçılmazdır. XX əsrdə 70 il sovet imperiyasının (xatırladaq ki, bu imperiyada inflyasiya prossesi getsə də onun haqqında danışılmırdı) tərkibində olsaq da, müstəqilliyimyzi əldə etdikdən sonra inflyasiyanın nə demək olduğunu bildik və anladıq. Bunun müsbət nəticələri də oldu. Ən əsası 90-cı illərdə bu sahədə öz alimlərimiz tərəfindən xeyli araşdırmalar aparılıb.

Nəticədə inflyasiya probleminə dair saysız-hesabsız məqalələr çap edilmiş, onun qarşısının alınması üçün çoxlu təkliflər verilmişdir. Bu sahədə xeyli qəzet, jurnal materialları əldə etmək mümkün olsa da, təssüf ki, sanballı kitablar çox azdır.

Problemi araşdırarkən ilk növbədə onun tarixinə nəzər salmağı lazım bildik. Çünki belə yanaşma onun mahiyyətinin daha aydın formada açılmasına şərait yaradır. Bunun üçün 8 əsrdən artıq bir dövrü araşdırmaq nəzəri cəhətdən tələb olunur. Çünki inflyasiya kağız pulun meydana gəlməsi ilə yaranan bir problemdir və məlumdur ki, kağız pul XI-XII əsrlərdə Çində meydana gəlmişdir. Lakin görürük ki, XX əsrin əvvəllərinə qədər inflyasiya müntəzəm və hiperinflyasiya formasında dünya iqtisadiyyatında geniş yayılmamışdır. Fəqət özündə iki dünya müharibəsini və bir neçə boyük böhranları birləşdirən XX əsr inflyasiya probleminin birmənalı şəkildə iqtisadi ədəbiyyatlara daxil olmasını zəruri etdi.

İnflyasiyanın tarixinə nəzər saldıqdan sonra onun mahiyyətini izah etmək, səbəb olan amilləri aşkara çıxarmaq, iqtisadiyyatın və onun ayrı-ayrı sahələrinə vurduğu zərərləri aydınlaşdırmaq asanlaşacaqdır. Yuxarıda göstərilən bütün məsələlərə açıqlıq gətirdikdən sonra inflyasiya xərçənginə qarşı mübarizədən danışmaq olar. Necə deyərlər ″Problemin mahiyyətini bil, sonra onu həll etməyə çalış″. Bu sahədə çoxlu nəzəriyyə,proqram və iqtisadi metodlar vardır. Burada daha çox ayrı-ayrı nəzəriyyələr, proqramlar, aparılan iqtisadi siysətlər və ayrı-ayrı ölkələrin təcrübəsinə yer veriləcək.

Fəsil 1 Müasir inflyasiyanın xüsusiyyətləri

    1. İnflyasiya və onun yaranma səbəbləri



İnkişafından asılı olmayaraq ütün bazar iqtisadiyyatlı ölkələrdə inflyasiya pul tədavülü qanununun pulun dəyərsizləşməsində və qiymətlərin ümumi səviyyəsinin qalxmasında təzahür edən pozulmasıdır. Pul tədavülü qanununun pozulması dedikdə iqtisadiyyatın real tələbatlaından artıq həcmdə pul emissiyası başa düşülür.

İnflyasiya” anlayışı latın mənşəlidir və “şişmə”, “köpmə” mənasını verir. Belə hesab edilir ki, iqtisadi anlayış kimi inflyasiya sözü ilk dəfə qızıl və pul tarixi üzrə mütəxəssis A.Delmar tərəfindən 1864-cü ildə tətbiq olunub. İngilis dilindən bu söz digər dillərə də keçmişdir. Lakin bir hal kimi inflyasiya iqtisadi anlayışın özünün meydana gəlməsindən çox əvvəl məlumdur.



Uzunmüddətli nisbi sabitlik dövründən sonra 1500-cü ildən başlayaraq Avropada Amerikadan gələn qızıl və gümüş axını nəticəsindı qiymətlər səviyyəsi sürətlə qalxmağa başladı. Təxminən 1600-cü ilə kimi qiymətlər 3-5 dəfə artmışdır. İqtisad elminin klassikləri bu dövrü qiymətlər inqilabı dövrü adlandırmışlar. Sonralar inflyasiya dəfələrlə, xüsusilə-böyük siyasi, hərbi, iqtisadi və ictimai sarsıntılar, təbii bəlalar dövrlərində əmələ gəlmişdir. Lakin 20 əsrə qədər inflyasiya heç vaxt daimi səciyyə almamışdır.

Əvvəlcədən də qeyd edildiyi kimi inflyasiya kağız pulla bağlı bir problem olduğu üçün onun ilk cücərtiləri kağız pulun meydana gəlməsi dövrünə təsadüf edir. Xatırladaq ki, mənbələrdə pulun meydana gəlməsi çox qədim dövrləri əhatə edir. Tarixçilərn yazdığına görə ilk dəfə pul gümüş formada Qədim Yunanıstanda, Afinada meydana gəlmişdir. Sonradan Roma imperiyasında da Auqost tərəfindən qızıl,gümüş və mis pulların dövriyyəyə buraxılması məlumdur. Lakin bu pullar metal olduğu üçün inflyasiyaya uğramırdı. İqtisadçı-tarixçilərin araşdırmalarına görə ilk kağız pul Çində meydana gəlmişdir və inflyasiyanın yaranma mərkəzi də bu ölkədir. Belə ki,618-907-ci illərdə Tanq sülaləsi tərəfindən feiçien adlı (uçan pul-flying money) kağız pullar buraxılmışdır. Lakin bunları müasir anlamdakı kağız pullar hesab etmək olmaz. Bu metal pulları bir yerdən digərinə göndərmək üçün onların layihəsi rolunu oynayırdı (Müasir anlamda bunları kredit kartları və digər qiymətli kağızlarla müqayisə etsək,yanılmarıq). Yəni bu pullar tam dəyərli kağız pullar deyildi.Əsl kağız pul isə Çində, Şimali Sunq sülaləsində(960-1126)buraxılmış və Cənubi Sunq sülaləsində də (1127-1278) geniş istifadə olunmuşdur. Çində və dünyada ilk inflyasiya da bundan bir az sonra, 1160-1190-cı illərdə baş verir. Geniş maliyyə bazarının formalaşmamasına baxmayaraq, müasir dövrdəki kimi bazar infrastrukturunun yaranmamasına baxmayaraq, bu inflyasiya real formada özünü göstərmiş və imperiya təsərrüfatına böyük ziyan vurmuşdur. Həmin inflyasiyanın mənbəyi XX əsrdə monetaristlərin inflyasiyanın əsas mənbəyi hesab etdikləri pul emissiyasının genişləndirilməsi olmuşdur. İmperiya öz xərclərini ödəmək üçün dövriyyəyə çoxlu kağız pul buraxmış və buna uyun olaraq da qiymətlər qalxmağa başlamışdır. 1161-1240-cı illər arasında Sunq sülaləsində pul təklifi (M1)49,5 dəfə,qiymət səviyyəsi isə 40,3 dəfə artmışdır ( Bax Cədvəl 1).

Cədvəl 1: Sunq sülaləsində inflyasiya və pul təklifi

İllər

İnflyasiyanın artım indeksi, faizlə

Pul təklifinin artım indeksi, faizlə

1161-1170

100

100

1171-1180

86,7

204

1181-1190

107,3

224

1191-1200

183,9

827

1201-1210

279,8

1429

1211-1220

280,2

2347

1221-1230

335,5

2755

1240

4032,2

4949

     Beləliklə,bir çox anlayışların yaranma mərkəzi olan Çin,həm də inflyasiyanın ″ana vətən″idir. O dövrdən başlayaraq,kağız pul buraxılmış bütün məmləkətlərdə inflyasiya baş vermişdir.

Böyük Tüdor inflyasiyası″: Hindistana dəniz yolunun kəşfivə Amerika kontinentinin kəşfinə qədər dünya iqtisadiyyatında elə bir ciddi inflyasiya olmamışdır. Lakin XV-XVI əsrlərdə Avropanın bir çox ölkələrində inflyasiya olmuşdur. Bunun əsas səbəbi Yeni Dünyadan qitəyə böyük miqdarda İspan qızılının daxil olmasıdır. Bu inflyasiyaları tarixçilər ″Böyük Tüdor inflyasiyası″adlandırırlar. Həmin vaxtlar Amerikadan qarətlər və ucuz işçi qüvvəsi hesabına Avropaya xeyli qızıl və gümüş gətirildi. Nəticədə XVI əsrdə Avropada qızıl 550 mindən 1192 min kq-a gümüş isə 7mln. kq-dan 21,4mln.kq-a çatmışdı. Nəticədə, bu metalların qiyməti aşağı düşdü və əmtəələrin qiymətləri qalxdı. Bu Avropa tarixinə ″qiymətlər inqilabı″ kimi də daxil olmuşdur. İnflyasiya İspaniyada daha yüksək,İngiltərə və Fransada aşağı sürətlə getmişdir. Çünki İspaniya Avropaya qızılın axın mərkəzi idi.



Təkcə 1601-ci ildə İspaniyada qiymətlər 4,3 dəfə, İngiltərə və Fransada isə 2,5-3 dəfə artmışdır. Qiymətli metalların satış mərkəzi olan Andaluziyada da qiymətlər sürətlə artmışdır. Burada 1550-1600-cü illərdə qiymət artımı 500% olmuşdur.

     XVII-XVIII əsrlərdə Avropada və dünyada, bəziləri istisna olmaqla elə də böyük inflyasiya olmamışdır. Lakin XVIII əsrin sonunda qiymətlər bir qədər Fransada yüksəlmişdir. Bunun əsas səbəbləri isə inqilablar və daxildəki siyasi böhranlardır. Belə ki, 1730-1780-cı illərdə qiymət artımı o qədər də hiss edilməmişdirsə, 1780-1796-cı illərdə xeyli yüsəlmişdir. 1790-cı ildə qiymət artımı 100% olduğu halda, 1795-ci ildə 300% olmuşdur. Nəticədə livrə 1790-1792-ci illər ərzində dəyərini 2 dəfəyə yaxın itirmişdir. Bu da dövriyyəyə maddi bazası olmayan pul kütləsinin buraxılması ilə meydana gəlmişdir (Bax Cədvəl 2).



Cədvəl 2: Fransada pul təklifi (1790-1796)

İllər

Kağız pul buraxılışı,mln frank livrəsi

Dövriyyədəki pulun həcmi,mln frank livrəsi




1790

1200

1200




1791

900

2100




1792

700

2800




1793

1400

4200




1794

2800

7000




1795

28000

35000

 

1796

5000

40000

 

     Dövriyyəyə çoxlu pul buraxılması qiymətlərin artımına təkan vermişdir. Belə ki, bir buşel unun qiyməti 1790-cı ildə 40 sent idisə, 1795-də 45 ABŞ dolları olmuş, bir funt şəkərin qiyməti uyğun olaraq 18 sent və 12,5 dollar, bir buşel daş kömürün qiyməti 7 sent və 2 dollar və.s olmuşdur.

     İngiltərə və digər aparıcı Avropa ölkələrində bu vaxtlarda ciddi inflyasiya olmamışdır.Bu ölkələrin əksərində illik inflyasiya 2-3% olmuşdur.



XVII-XVIII əsrlər Amerika qitəsində ciddi inflyasiyalar ilə yadda qalır. Səbəb isə müharibələr,istiqlal savaşları olmuşdur. 6-7 il istiqlal savaşında Fladelfiyada qiymətlər 2000%-ə qədər artmışdır. Cənubi Karolina, Şimali Karolina, Mərilənd və.s kimi müstəmləkələrdə də bu proses aktiv olmuşdur.

XIX əsr inflyasiya sarıdan ən stabil dövrdür.ABŞ-da vətəndaş müharibəsi, Napaleon müharibələri, Osmanlı dövlətinin qarşılaşdığı müharibələr zamanı yaranan inflyasiya prosseslərini nəzərə almasaq,bu əsrdə böyük inflyasiya olmamışdır. Həmin dövr üçün ən ciddi inflyasiya 1861-1865-ci illər ABŞ vətəndaş müharibəsi zamanı olandır. Müharibə illərində orta illik qiymət artımı 25%olmuşdur. 1865-ci ilin yanvar ayında aylıq qiymət artımı 45% olmuşdur.

XX əsr - bu əsrə inflyasiya sarıdan ″hiperinflyasiya əsr″i desək yanılmarıq. Bu əsr çox zəngin və çeşidli  hadisələrlə doludur: nüvə silahının kəşfi, iki ən böyük müharibə, ən nəhəng və vəhşi inqilablar, Sovet imperiyası  kimi qorxulu rejimlərin meydana gəlməsi, soyuq müharibələr və.s. I və II Dünya müharibələri arasındakı inflyasiyalar: Bu dövrlərdə Almaniya, Polşa, Macarıstan, Avstriya, Rusiya kimi ölkələrdə yüksək inflyasiya olmuşdur. Bunlardan bəzilərinə toxunaq.

     1921-ci ilin oktyabr ayından 1922-ci ilin avqustunadək Avstriyada qiymətlər 70 dəfə artmışdır.Bu dövrdə aylıq inflyasiya təqribən 47% olmuşdur. Ən yüksək, 1922-ci ilin avqustunda 134%-ə çatmışdır.



     I Dünya müharibəsini başlayan və məğlub olan Almaniyada daha yüksək inflyasiya olmuşdur.1913-1914-cü illərdən başlayan inflyasiya 1922-1923-cü illərdə pik nöqtəsinə çatmışdır. Sonuncu 14-15 ay müddətində qiymətlər 10 mlrd. dəfə artmışdır. 1913-1923-cü illər arasında isə qiymətlər 5 trln.dəfə artmışdır. 1923-cü ilin oktyabrında inflyasiya səviyyəsi 32480% olmuşdur. Nəticədə Alman markı öz dəyərini tam şəkldə itirmişdir. Belə ki, 1913-cü  ildə 1 dollar 4 markaya dəyişdirilirdisə, 1923-cü ilin noyabr ayında isə 8 mlrd.markaya dəyişdirilirdi. Əsas səbəb isə ölkənin müharibədə məğlub olması, dövlət xərclərinin artması və bu xərclərin də nə daxili, nə də xarici  mənbələr üzrə maliyyələşdirilə bilməməsidir. Yalnız pul çap etməklə bu xərcləri ödəməyə çalışırdılar. Belə ki, 20 dövlət mətbəəsi gecə-gündüz pul kəsirdi.

II Dünya müharibəsi və sonrakı dövr: Bu dövrlərdə Yunanıstan, Macarıstan, Polşa, Rusiya və bir sıra ölkələrdə inflyasiya müşahidə edilmişdir. 1943-1944-cü illər ərzində Yunanıstanda qiymətlər 4700000 dəfə artmışdır. 1943-cü ilin oktyabrından başlayan bu inflyasiyanın 11-ci ayında inflyasiya 85 mln % olmuşdur. II  Dünya müharibəsi illərində Macarıstanda dünyanın ən böyük inflyasiyası olmuş və Ginnesin Rekordlar kitabına daxil olmuşdur. 1944-1945-ci illərdə aylıq inflyasiya 19800% olmuşdur. İnflyasiyanın yüksək olduğu son ildə illik inflyasiya 3,8x1027% olmuşdur.

1921-ci ildə Polşada aylıq inflyasiya 82% olmuş, 1923-1924-cü illər Rusiyada isə 57% olmuşdur ki, bunların hər ikisi hiperinflyasiyadır.

Ümumilikdə götürsək, II Dünya müharibəsindən 70-80-cı illərə qədər dünya dövlətləri inflyasiyaya ″qalib″ gələ bilmişlər. Lakin 70-80-ci illərdə baş verən enerji böhranı bu prossesə təkan verdi. Həmin dövrdə enerji ehtiyatlarının, xüsusilə neftin qiymətinin qalxması dünya üzrə qiymətlərin qalxmasına səbəb oldu. Bu proses Latın Amerikası öl-kələrində xüsusilə ciddi formada idi. Belə ki, həm neftin qiymətinin qalxması, həm də bir sıra metalların qiymətinin aşağı düşməsi nəticəsində bu ölkələrdə tədiyyə balansının vəziyyəti pisləşmiş və inflyasiya baş vermişdir (Bax Cədvəl 3).

Cədvəl 3: Latın Amerikası ölkələrində yüksək inflyasiya (istehlak qiymətlərinin illik artımı,%-lə).

İllər

Argentina

Boliviya

Braziliya

Nikaraqua

Peru

Meksika

1978-1987

210,9

229,8

127,1

110,7

84,9

55,2

1988

343,0

16,0

684,6

14315,8

667,0

114,2

1989

3080,5

15,2

1319,9

4709,3

3398,7

20,0

1990

2314,7

17,1

2740,0

3127,5

7481,6

26,7

1991

171,7

21,4

413,3

7755,3

409,2

22,7

1992

24,9

12,1

991,4

40,5

73,2

15,5

1993

10,6

8,5

2103,3

20,4

48,5

9,8

1994

4,3

7,9

2407,6

7,7

23,7

7,1

1995

3,4

10,2

67,4

8,4

11,2

35,0



1996

0,2

13,4

18,2

12

11,5

34,4

Braziliyada 1984-1995-ci illər arasında hiperinflyasiya davam etmişdir. Boliviyada da vəziyyət çətin olmuşdur. 70-ci illərin sonundan əsas ixracat malları olan qalay və kakaonun qiymətlərinin aşağı düşməsi ölkə iqtisadiyyatını iflic etmişdir.

XX əsrin sonlarına yaxın Sovet işğalından və təsir dairəsindən azad olmuş ölkələrdə də inflyasiya vüsət almışdır. Bu ölkələr bazar iqtisadiyyatına keçməkdə olan ölkələrdir (Bax Cədvəl 4).

Cədvəl 4: Keçid ölkələrində inflyasiya(illik %-lə).

Ölkələr

1991

1992

1993

1994

1995

1997

Albaniya

104

237

31

16

6

42

Bolqarıstan

339

79

64

122

33

592

Xorvatiya

250

938

1149

-3

4

4

Çexiya

52

13

18

19

8

9

Estoniya

304

954

36

42

29

12

Makedoniya

230

1925

230

55

9

8

Macarıstan

32

22

21

21

28

17

Latviya

262

959

35

26

23

8

Litva

345

1161

189

45

36

10

Polşa

60

44

38

29

22

15

Rumıniya

223

199

296

62

28

116

Slovakiya

58

9

25

12

7

7

Sloveniya

247

93

23

18

9

9



Ş.Avropa və Baltik

193

510

166

35

19

65

Azərbaycan

126

1395

1294

1788

85

3,8

Ermənistan

25

1341

10896

1885

32

19

Belarusiya

93

1558

1994

1900

243

99

Gürcüstan

131

1177

7488

6473

57

9

Qazaxıstan

137

2984

2169

1160

60

12

Qırğızıstan

170

1259

1363

96

32

24

Moldova

151

2198

837

116

24

11

Rusiya

144

2501

837

217

132

14

Tacikistan

204

1364

7344

1

2132

105

Türkmənistan

155

644

9750

1328

1262

44

Ukrayna

161

2730

10155

401

182

15

Özbəkistan

169

910

85

1281

117

40

MDB

139

1672

4584

1387

363

33
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə