Buraxiliş İŞİ MÖvzu: Müəssisə maliyyəsinin idarəedilməsinin təşkili və onun təkmilləşdirilməsi yollari qrup: 958a1




Yüklə 295.12 Kb.
səhifə1/3
tarix27.02.2016
ölçüsü295.12 Kb.
  1   2   3
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

İXTİSAS: İİ020200 - Mühəndis iqtisadiyyati və idarəetmə

KAFEDRA: Sənaye iqtisadiyyati və menecment
BURAXILIŞ İŞİ

MÖVZU: Müəssisə maliyyəsinin idarəedilməsinin təşkili və onun təkmilləşdirilməsi yollari


QRUP: 958a1

TƏLƏBƏ: ƏLƏKBƏROV ADƏM İSAQ oğlu

RƏHBƏR: DOS. YAHUDOV XALİQ MƏCİD oğlu

KAFEDRA MÜDİRİ: i.e.d., prof. İSGƏNDƏROV RAMİZ K.
BAKI – 2012

MÜNDƏRİCAT

GİRİŞ ..................................................................................................................2

I fəsil. MÜƏSSİSƏ MALİYYƏSİNİN SOSİAL-İQTİSADİ MAHİYYƏTİ VƏ FUNKSİYALARI..................................................................................................... 5

§1.1. Müəssisə maliyyəsinin mahiyyəti, funksiyaları və idarə olun­ma me­xa­nizmi............................................................................................................................5

§1.2. Müəssə maliyyəsinin təşkilinin nəzəri əsasları .......................................... 14

§1.3. Müəssisədə investisiya qoyuluşlarının sosial-iqtisadi məzmunu və maliy­yə­ləş­mə mən­bə­lə­ri........................................................................................................22


Fəsil II: MÜƏSSİSƏ MALİYYƏSİNİN TƏŞKİLİNİN TƏK­MİL­LƏŞ­Dİ­RİL­MƏSİ.................................................................................................................31

§2.1. Müəssisənin maliyyə resurslarından səmərəli istifadə istiqamət­ləri ...........31

§2.2. Müəssisədə maliyyənin təşkilinin təkmilləşdirilməsi yolları.......................41
NƏTİCƏ VƏ TƏKLİFLƏR ............................................................................. 47

İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT............................................................... 49

GİRİŞ
Azərbaycan Respublikasının müstəqillik əldə etməsi, öl­­kədə bazar müna­sıbət­lərinin yaranması və təşəkkül tapması müxtəlif növ məsələlərin həllini, təşkilati və iqtisadi islahatların həyata keçirilməsini zəruri etmişdir. Bu isla­hat­ların içərisində ən mühümü, bazar iqtisadiyyatının ayrılmaz atribut­la­rın­dan biri olan sahibkarlıq subyektlərinin inkişaf etdirilməsidir. Son illər ölkə­nin ümu­mi iqtisadi inkişafında sahibkarlığın əhəmiyyətinə və mahiyyətinə olan mü­na­si­bət müsbətə doğru dəyişməkdədir. Hələ 15 il öncə, ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət quruculuğunun əsaslarını şərh edərkən demişdir ki: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqti­sa­diyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolu­muz­dur ”.

Əsası ulu öndər Hey­dər Əliyev tərəfindən qoyulan və onun layiqli davam­çısı, ölkə prezidenti İl­ham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inki­şaf strategiyasının tələblərinə və ümumi iqtisadi siyasətin məqsədinə uy­ğun olaraq, artıq özəl sektor bütün sahələrdə aparıcı mövqeyə çıxmışdır. Öl­kə­də müxtəlif təyi­natlı və fərqli fəaliyyət istiqamətlərinə malik güclü sa­hib­karlar ordusu forma­laş­mış­dır. Məhz, həyata keçirilən uğurlu iqtisadi isla­hat­ların nəticəsidir ki, ayrı-ayrı sahi­b­karlıq subyektlərinin, müəssisələrin kapi­ta­lı artır, müəssisələr inkişaf edir, iri sahib­karlıq sürətlə inkişaf edir, holdinqlər yaranır ki, bu da ümumilikdə kiçik və orta sahibkarlığın da inkişafını təmin edir. Nəticədə, bütün bunlar ümumi iqtisadi inkişaf üçün vacib olduğu kimi, həm də bir sıra məsələlərin operativ həllini tələb edir.

İlk növbədə, aydındır ki, müəssisələrin maliyyə imkanları sürətlə ge­niş­­l­ə­nir və onun fəaliyyəti maliyyə resurslarından necə istifadə olun­ma­sın­dan çox asılıdır. Bu resursların lazımi istiqamətlərə yönəldilməsi, maliyyə ehti­yat­la­rından müəssisənin strategiyasına və strateji məqsədlərinə uyğun istifadə olun­ması müəssisənin uzunmüddətli, fasiləsiz və rentabelli fəaliyyətinin iqti­sa­di əsasını təşkil edir.

Digər tərəfdən, istənilən halda lazımi məqsədlərin əldə olunması müvafiq ma­­liyyə təminatını tələb edir. Maliyyə təminatının ödənilməsi isə yeni-yeni ma­liy­yələşmə mənbələrinin tapılması ilə yanaşı, həm də mövcud ehtiyatlar­dan səmərəli və qənaətlə istifadə edilməsindən asılıdır. Müəssisələr fəaliy­yətlə­rini artan sürətlə davam etdirmək üçün əlavə maliyyə mənbələrinə də ehtiyac yaranır. Bu baxımdan da, ümumilikdə, maliyyələşmənin daha yaxşı təşkili üçün müəssisələr maliyyə idarə etməsinin predmentinə daxil olan bir necə məsələni diqqətlə təhlil etməli və həyata kecirməlidir. İstər qısamüddətli, ortamüddətli və uzunmüddətli kreditlərin cəlb olunması, istərsə də öz vəsaiti he­sabına maliyyələşmə bazar iqtisadiyyatı şəraitində mürəkkəb bir məsələ olub, hər bir müəssisənin fəaliyyətində həlledici amilə malikdir. Planlı təsə­r­rüfata nisbətən, bazar münasibətləri şəraitində müəssisə­lərin maliyyələşmə xü­susiyyətlərinə uyğun olaraq cəlb olunan vəsaitin mənbəyi, kredit faizi, kre­­ditin şərtləri və s. məsələlər daha ciddi əhəmiyyətə malikdir. Ona görə ki, planlı təsərrüfatçılıq prinsiplərinə əsaslanan inzibati amirlik sistemində ma­liy­yələşmə yuxari təşkilat tərəfindən həyata kecirildiyi üçün, bu göstə­ri­ci­lərin müəssisə səviyyəsində müəyyənləşdirilməsi zəruri hesab edilmirdi. Müasir bazar iqtisadiyyatı şəraitində isə, bütün bu məsələlərin məsuliyyəti müəssi­sə­nin öz üzərinə düşür. Belə ki, müəssisə zəruri maliyyə ehtiyacını təmin et­məkdə, eləcə də cəlb olunmuş vəsaitlərdən istifadə olunmasında müstəqildir və bütün məsuliyyət təsərrüfat subyektinə aiddir. Bu baxımdan da, müasir şə­raitdə müəssisə maliyyə­sinin təşkili istiqamətlərinin araşdırılması, mövcud və perspektiv maliyyə resurslarının səmərəli idarə edilməsinə dair müvafiq təklif və tövsiyələrin işlənib hazırlanması, bu sahədə müasir durumu təhlil edərək müvafiq ümumiləşdirmələr aparılması olduqca mühüm əhəmiyyət kəsb edir. Buraxılış işində də, yuxarıda qeyd edilən məsələlərə baxıldığı üçün xüsusi aktuallıq kəsb edir.

Buraxılış işim iki fəsil və nəticə və təkilflərdən ibarətdir:

Birinci fəsildə - Müəssisə maliyyəsinin sosial-iqtisadi mahiyyəti və funksiyalarından danışacam. Burada, müəssisə maliyyəsinin mahiyyəti, funksiyaları və idarə olunması mexanizmindən, müəssisə maliyyəsinin təşkilinin nəzəri əsaslarından, müəssisədə investisiya qoyuluşlarının sosial-iqtisadi məzmunu və maliyyələşmə mənbələrindən danışacam.

Ikinci fəsildə - Müəssisə maliyyəsinin təşkilinin təkmilləşdirilməsindən danışacam. Burada, müəssisənin maliyyə resurslarından səmərəli istifadə istiqamətlərin və müəssisədə maliyyənin təşkilinin təkmilləşdirilmnəsi yolların təhlil etməyə çalışcam.

Nəticə və təkliflər bölməsində yekun olaraq müəssisəyə lazımi maliyyə vəsaitlərin cəlb edilməsinə, vəsaitlərin səmərəli idarə olunmasına, maliyyənin təşkilinə, müəssisənin kredit təminatının ödənilməsinə və müəssisə maliyyəsinin planlaşdırılmasına dair təkillər verəcəm.



FƏSİL I: MÜƏSSİSƏ MALİYYƏSİNİN SOSİAL-İQTİSADİ MAHİYYƏTİ VƏ FUNKSİYALARI
§1.1. Müəssisə maliyyəsinin mahiyyəti, funksiyaları və idarə olun­ma me­xa­nizmi
Hər bir milli iqtisadiyyatın və onun inkişafının təməlini, əsas həlqəsini müxtəlif mülkiyyət formalı müəssələr təşkil edir. Məhsul istehsalı, müxtəlif işlərin görül­məsi, çoxsaylı xidmətlərin göstərilməsi kimi həyatı əhəmyətli proseslər, məhz müx­təlif təşkilati-hüquqi və mülkiyyət formasına malik müəssisələrdə baş verir. Təbii ki, bütün sahələrdə olduğu kimi, müəssisələrin də mahiyyəti, məhz bu sahənin fəaliy­yə­tini tənzimləyən müvafiq qanunvericilik bazası ilə müəyyən edilir.

“Müəssisə - mülkiyyət formasından aslı olmayaraq mövcud qanuna müvafiq olaraq yaradılan və ictimai təlabatın ödənilməsi və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, işlər görən və xidmətlər göstərən hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfat subyektidir”.

Bazar iqtisadiyyatı strukturlarının fəaliyyətinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə 01yanvar 2010-cu il tarixə ölkə­miz­də 13462 kicik müəssisə, 1165 xarici və müştərək müəssisələr, 2523 fərdi müəssisələr və 6 birja mövcud olmuşdur. Çoxsaylı istehsal-istehlak və xidmət təyinatlı koor­pera­tivləri, səhmdar cəmiyətlərini, firmaları və şirkətləri də bura əlavə etsək, iqtisadiyyatımızda sahibkarlıq subyektlərinin nə dərəcədə geniş və əhatəli olduğunu görərik. Qeyd etmək yerinə düşər ki, 2010-cu ildə Respubilikamızda ümumi daxili məhsulun 90 faizə yaxını qeyri- dövlət sektorunun payına düşür.

Müəssisə özünün əsasnaməsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin bir, yaxud eyni zamanda bir necə növü ilə məşğul ola bilər. Bu halda, müəssisə sahibkarlıq fəa­liyyətinin həm subyekti, həm də obyekti kimi çıxış edir. Müəssisənin təsərrüfat fəa­liyyətinin məzmunu istehsalın təşkilindən və məhsul satışından irəli gəlir. Müxtəlif profilli müəssisələrin fəaliyyəti əsasən aşağıdakı üç istiqamət üzrə qurula bilər:



  • Natural - əşya xarakteri olan məhsul istehsalı (məsələn, sənayenin hasilat və emal edici sahələri, kənd təsərrüfatı,tikinti məhsulları və s.)

  • işlərin görülməsi (sənaye xarakterli işlər, quraşdırılma, layihə axtarış, geoloji-kəşfiyyat, elmi-tədqiqat, yükləmə-boşaltma və s. )

  • xidmətlərin göstərilməsi ( rabitə, nəqliyyat, məişət, kommunal, və s.)

Aydındır ki, istehsal–ticarət fəaliyyəti prosesində hər bir müəssisə məhsul satan və malalan təşkilatlarla birgə əməkdaşlıq üzrə tərəfdaşları ilə qarşılıqlı təmasda olur, ittifaq və assosiasiyalarda üzv kimi iştirak edir, təsisçi kimi Nizamnamə kapi­ta­lının forma­laş­masına öz payını verir, banklarla, büdcə təşkilatları ilə, büdcədənkə­nar fondlarla və digərləri ilə təssərrüfat əlaqələrinə girir. Bu çoxşaxəli maliyyə-tə­sər­rüfat əlaqələrinin əsasını pul və pulun hərəkəti təşkil edir. Pulun hərəkəti vastəsilə həm satıcının, həm də alıcının maraqları qarşılıqlı şəkildə təmin olunur və hər bir müəs­sisənin əldə etdiyi gəlir hesabına xüsusi pul fondlarının yaradılmasına iqtisadi zə­min yaranır. Əslində isə iqtisadi kateqoriya kimi, müəssisənin maliyyəsi - pulun hə­rə­kəti vasitəsilə baş verən iqtisadi, maliyyə münasibətlərinin məcmusudur ki, onların nəticəsində də müəssisədə müxtəlif pul fondları yaranır və istifadə edilir. Müəs­si­sənin maliyyə münasibətləri əsasən dörd qrupa bölünür ki, buraya da aşağıdakılar aiddir:

  • digər müəssisə və təşkilatlarla;

  • müəssisə daxilində;

  • yuxarı təşkilatlarla olan münasibətləri əhatə edən sistemdaxili (ittifaqdaxili, assosiasiyadaxili və s.) maliyyə-sənaye qrupları və holdinqdaxili ;

  • maliyyə-kredit sistemi ilə, yeni büdcə və büdcədənkənar fondlarla, banklarla, sığorta təşkilatları ilə, birjalarla, müxtəlif fondlarla.

Digər müəssisə və təşkilatlarla münasibətlər özündə malgöndərənlərlə, alıcılarla, tikinti-quraşdırma və nəqliyyat müəssisələri ilə, gömrük orqanları ilə, xarici dövlət­lə­rin təşkilatları ilə əlaqələri əks etdirir. Bu münasibətlər toplusunda pul ödə­niş­ləri həcminə görə mütləq çoxluq təşkil edən hazır məhsulun satışı və təssərrüfat məqsədləri üçün xammal, material qiymətlilərinin əldə edilməsi ilə bağlı münasi­bət­lər toplusunu xüsusilə fərqləndirmək lazımdır. Bu qrup maliyyə münasibətləri başlıca rol oynayır, çünkü milli gəlir məhz maddi istehsal sferasında yaranır, mü­əssi­sələr isə məhsul satışından gəlir və mənfəət əldə edirlər.

Müəssisənin filialları, sexləri və bölmələri arasında, həmçinin fəhlə və qulluq­cu­lar­la olan münasibətlər müəssisədaxili maliyyə münasibətlərinin əsasını təşkil edir. Müəssisənin struktur bölmələri arasındakı münasibətlər iş və xidmətlərin ödənişi, mənfəətin və dövriyyə vəsaitlərinin bölüşdürülməsi və sair əməliyyatlarla bağlıdır. Fəhlə və qulluqçularla münasibətlərin əsasını əmək haqqının, mükafatların, müa­vi­nət­lərin, səhmlər üzrə dividendlərin, maddi yardımların ödənilməsi, həmçinin isteh­sa­lata vurulan ziyana görə təqsirkardan cərimə alınması, vergilərin tutulması təşkil edir.

Müəssisələrin yuxarı təşkilatlarla (sistemdaxili) münasibətləri mərkəzləşdirilmiş pul fondlarının yaradılması və istifadəsi ilə bağlıdır. İnvestisiyaların maliyyələş­diril­m­əsi, dövriyyə vəsaitlərinin tamamlanması, idxal əməliyyatlarının, elmi, o cümlə­dən marketinq tədqiqatlarının maliyyələşdirilməsi məhz bu fondların vəsaiti hesa­bı­na tənzimlənir. Pul vəsaitlərinin sistemdaxili yenidən bölüşdürülməsi, səfərbərlik xarakterli daşımaqla, müəssisələrin vəsaitlərindən daha səmərəli istifadə olunmasına xidmət edir. Müəyyən hallarda isə, maliyyə problemlərinin birgə və operativ həlli müxtəlif qruplaşmaların yaranmasına rəvac verir. Məsələn, ən geniş yayılmış ma­liy­yə-sənaye qrupları, bir qayda olaraq istehsalın inkişafı və dəstəklənməsi, maksimum maliyyə nəticəsinin əldə edilməsi məqsədilə iştirakçıların maliyyə imkanları və səy­lə­rin birləşdirilməsi yolu ilə yaradılır. Səylərin əlaqələndirilməsi mərkəzləşdirilmiş fondlardan ayırmalar edilməsi, bir-birinə kommersiya krediti verilməsi və maliyyə yardımı göstərilməsi şəklində ola bilər. Bu hal holdinq şəraitində müəssisələrarası münasibətlərə də aiddir.

Müəssisələrin maliyyə münasibətlərinin aparıcı qollarından birini də onların ma­liy­yə-kredit təşkilatları və sistemi ilə münasibətləri təşkil edir. Bu sırada, ilk öncə müəssisənin müxtəlif səviyyəli büdcələrə və büdcədənkənar fondlarla vergi və məc­buri ayırmaların köçürülməsi, müxtəlif məqsədli kreditlər əldə etməsi ilə bağlı olan münasibətlərı qeyd etmək olar. O cümlədən, maliyyə sisteminin sığorta təşkilatları ilə münasibətləri sosial və tibbi sığortaya vəsait köçürmələrindən və habelə müəssi­sə­nin əmlakının sığortalanmasından, sığor­ta ödənişləri almaqdan ibarətdir.

Müəssisələrin banklarla maliyyə münasibətləri nağdsız hesablaşmaların təşkili, qısamüddətli və uzunmüddətli kreditin alınması və ödənilməsi əməliyyatlarında təzahür edir. Nağdsız hesablaşmaların təşkili müəssisələrin maliyyə vəziyyətinə birbaşa təsir edir. Kredit müəssisəsinin dövriyyə vəsaitlərinin formalaşmasının, istehsalın genişləndirilməsinin, buraxılan məhsulun keyfiyyətinin yaxşılaşdırılma­sının mənbəyi olmaqla, onun raslaşdığı müvəqqəti maliyyə çətinliklərinin aradan qaldırılmasına köməklik edir. Hazırda banklar müəssisələrə lizinq, faktorinq, forfeytinq, trast kimi qeyri-ənənvi xidmətlər də göstərirlər. Müəssisənin fond bazarı ilə maliyyə münasibətləri qiymətli kağızlar üzrə əməliyyatlar vasitəsilə qurulur. Hələlik fond bazarı Azərbaycanda kifayət qədər inkişaf etməmişdir. Ümumilikdə isə müəssisələrin maliyyəsi maddi istehsal və istehlak sferalarında bütün maliyyə münasibətlərini əhatə etdiyinə görə ümumi maliyyə sisteminin əsas tərkib hissəsini və maddi bazasını təşkil edir. Bu münasibətlər müxtəlif istiqamətləri əhatə edir ki, bunu da şəkil 1.1.1- dən daha aydın görmək mümkündür.

Bütün bunlarla yanaşı, məssisələrin maliyyə fəaliyyətinin başlıca cəhəti pul fond­larının formalaşdırıl­ması və istifadəsidir. Onların vasitəsilə təssərrüfat fəaliyyəti­nin, eləcə də geniş təkrar is­teh­salın zəruri pul vəsaiti ilə təminatı, elmi- texniki tərəqqinin maliyyələş­diril­məsi, yeni texnika-texnologiyanın mənimsənilməsi və tətbiqi, iqtisa­di həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi baş verir.

Beləliklə, müəssisənin maliyyəsi təsərrüfatcılıq subyektində gəlirlərin və yığımların yaradılması, bölüşdürülməsi və istifadəsi proseslərində baş verən pul münasibətləri­nin məcmusunu ifadə edir. Müəssisə maliyyəsinin məzmununu onun yerinə yetir­diyi funkisiyalar ifadə edir. Maliyyənin funksiyaları dedikdə, iqtisadi kateqoriya kimi onun fəaliyyət dairəsi nəzərdə tutulur. Müəssisə maliyyəsi mikroiqtisadi səviy­yə­də ümumdövlət maliyyəsinə xas olan bölüşdürücü və nəzarət funkisiyalarını yeri­nə yetirir. Bildiyimiz kimi bölgü istehsalla istehlak arasında əlaqələndirici həlqədir və maddi istehsalda ümumi daxili məhsul və milli gəlirin bölüşdürülməsi maliyyə vasitəsilə baş verir.

Müəssisələrin maliyyəsi


Mal göndərənlərlə

Maliyyə münasibətləri



Digər müəssisə və təşkilatlarla

Müəssisə daxilində

Yuxarı təşkilatla,

Maliyyə-sənaye qrupları daxilində

Holdinq daxilində

Maliyyə kredit sistemi ilə

Tikinti, nəqliyyat və s. firmalarla

Başqa ölkələrin müəssisələri ilə

Müəssisənin işçiləri ilə

Filiallar,sexlər,

şöbələr arasında



Müxtəlif səviyyəli büdcələrlə

Sığorta təşkilatları ilə

Büdcədənkənar fondlarla

Investisiya fondları ilə

Pul fondları

Nizamnamə kapitalı

Əsas vəsaitlər fondu

Dövriyyə vəsaitləri fondu

Əlavə kapital

Ehtiyat kapitalı

Amortizasiya fondu

Valyuta fondu

əmək haqqı fondu

Büdcə ödənişləri fondu


Mal alanlarla

Yığım fondu

banklarla


Sair mənbələr

Istehlak fondu


Fond bazarı ilə




Şəkil1.1.1. Müəssisələrin maliyyə münasibətlərinin istiqamətləri
Müəssisə maliyyəsinin bölüşdürücü funksiyası vasitəsilə satışdan daxil olan pul vəsaitləri xammal-material xərclərinin, əmək haqqının, enerji daşıyıcılarının və baş­qa zəruri xərclərin ödənilməsinə və ümumi gəlirin yaranmasına yönəldilir. Sonun­cunun bir hissəsi büdcəyə və büdcədənkənar fondlara ödənilir, qalan hissəsi isə müəssisənin sərəncamında qalmaqla iqtisadi həvəsləndirmə fondlarının formalaş­ma­sında iştirak edir.

Beləliklə, müəssisə maliyyəsinin bölüşdürücü funksiyası vasitəsilə gəlirlərin və yığımların bölüşdürülməsi nəticəsində həm ayrı ayrılıqda təsərrüfat subyektlərinin, həm də bütövlükdə dövlətin mənafeyi təmin edilir.

Müəssisə maliyyəsinin ikinci funksiyası nəzarətdir ki, bu funksiya da bölüşdü­rücü funksiya ilə sıx əlaqədədir. Nəzarət funksiyası müəssisə səviyyəsində ümumi daxili məhsul və milli gəlirin istehsalı və bölgüsünün optimal rejiminin tətbiq olun­masına kömək edir. Nəzarət funkisiyasının obyektlərinə əsasən aşağıdakılar daxildir:


  • məhsul istehsalı və satış xərclərini uçotu,

  • gəlirlərin və pul fondlarının formalaşması,

  • gəlirlərin bölüşdürülməsi və istifadəsi.

Maliyyə vasitəsilə müəssisələrdə qənaət rejiminə əməl olunması, mal-material, pul və əmək ehtiyatlarının səmərəli istifadəsi üzərində nəzarət aparılır. Müəssisə ilə baş idarə, maliyyə kredit orqanları, malalan və satan arasındakı maliyyə münasibətləri də nəzarət funkisiyasının obyektlərinə daxildir. Bölüşdürücü funksiya müəssisədə arası kəsilmədən təsərrüfat-maliyyə fəaliyyətinin aparılmasına şərait yaradırsa, nəzarət fun­k­siyası müəssisənin fəaliyyətindəki nöqsanlar və çatışmamazlıqları vaxtında aşkar edib onların aradan qaldırılması üçün müvafiq tədbirlər görməyə imkan verir.

Qeyd edilən funksiyaların tələb edilən səviyyədə səmərəli icrası üçün müvafiq me­xanizmin olması vacibdir. Başqa sözlə desək, müəssisə maliyyəsini idarə etmək məq­sədilə iqtisadi vasitələrdən istifadə etməklə və hər bir təşkilatın özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla maliyyə mexanizmini tətbiq etmək olar. Maliyyə me­xanizmi dedikdə isə, müəssisənin maliyyəsinin idarə edilməsi sistemi nəzərdə tu­tu­lur ki, onun da əsas hədəfi istehsalın son nəticəlirinə müsbət təsir edərək maliyyə mü­nasibətlərini daim təkmilləşdirmək və zəruri olan pul vəsaitləri fondlarını yarat­maq­dır.

Ümumi maliyyə mexanizmi sistemində müəssisənin maliyyə mexanizmi xüsusi yer tutur. Bu maddi nemetler istehsalı sferasının maliyyəsinin aparıcı rolu ilə izah olunur və ona olan yüksək tələb də məhz elə buradan irəli gəlir. Müəssisələrin maliyyə mexanizmi bu təşkilatlarda və onların pul fondlarının formalaşması zamanı meydana çıxan maliyyə münasibətlərinin tənzimlənməsinə və idarə olunmasına bilavasitə xidmət edir.

Beləliklə, əgər maliyyə insanların iradəsindən aslı olmayaraq mövcud olan obyektiv iqtisadi kateqoriyadırsa, maliyyə mexanizmi də bir qrup mütəxəsisin məq­sədyönlü fəaliyyəti vasitəsilə maliyyənin idarə ediləməsinə xidmət edir. O, bir tərəfdən obyektivdir, çünki obyektiv iqtisadi qanunların tələblərinə uyğun olaraq qurulur, digər tərəfdən subyektiv xarakter daşıyır, çünki iqtisadi inkişafın bu və ya digər mərhələsində qarşıya qoyulmuş hər hansı bir vəzifəni təsərüfatçılığın müxtə­lif üsullarının tətbiqi ilə həll edilməsinin əsas parametrləri dövlət tərəfindən tənzimlənir. Maliyyə münasibətlərinin qarşılıqlı faydalı təmasının təşkilinə maliyyə kateqo­ri­ya­la­rın­dan (mənfəət, vergilər, kredit, dövriyyə vəsaitləri, amortizasiya, nağdsız hesab­laş­malar), normativlərdən (rentabellik, büdcə ödəmələri) müxtəlif saylı situmullar­dan, sanksiyalardan və digər maliyyə alətlərindən istifadə etməklə nail olurlar.

Müəssisələrin maliyyə mexanizmi öz funksiyalarını və onların qarşılıqlı əlaqəsini daha ətalətli, daha səmərəli reallaşmasına zəmin yaratmalıdır. Hər şeydən əvvəl mü­əs­sisələrin idarə edilməsinin maliyyə mexanizmi vasitəsilə onların zəruri pul vəsait­ləri ilə təmin olunmasına nail olunur. Bu halda ən başlıca şərt odur ki, müəssisələrin pul vəsaitlərinin mənbəyi onların əldə etdikləri gəlir olsun və bu gəlir hesabına bü­tün xərclər ödənsin. Əlavə pul vəsaitlərinə ehtiyac duyulduqda isə kreditdən isti­fa­də etmək olar.

Araşdırmalar göstərir ki, ümumiyyətlə müəssisələr vahid bir sistem olaraq iki alt sis­temdən ibarətdir: idarə edən və idarə olunan. İdarə edən alt sistem adətən bir necə şöbədən ibarət olur: texniki, kommersiya, istehsalat, maliyyə, mühasibatlıq və s. İdarə olunan alt sistem yeni təsərrüfatçılıq fəaliyyəti, bir qayda olaraq istehsalat böl­mə­ləri kimi təmsil olunur və aşağıdakı elementlərlə səciyyələnir:



  • istehsalın texniki silahlanması;

  • istehsalın təşkili;

  • əməyin təşkili;

  • işcilər arasında qarşılıqlı iqtisadi münasibətlərin formalaşması;

  • xarici iqtisadi əlaqələrin təşkili;

  • kollektivin işçilərinin sosial şəraitinin təmin olunması;

  • təbiətdən maksimum istifadənin təşkili.

Maliyyə mexanizminin elementləri bunlardır:

  • maliyyənin idarə olunması obyekti kimi maliyyə münasibətləri;

  • maliyyə alətləri;

  • maliyyə metodları;

  • maliyyənin idarə olunmasının hüquqi informasiya –metodiki təminatı.

Qeyd edildiyi kimi, maliyyə münasibətləri investisiya, kredit, vergiqoyma maliyyə vasitələri sistemi, sığorta və s. deməkdir. Maliyyə alətləri isə, idarəedən sistemin əlin­də toplanmış maliyyə göstəriciləridir ki, onların vasitəsilə müəssisələrin təsərrüfat fəaliyyətinə təsir etmək olar. Bunlara mən­fə­ət, gəlir, maliyyə sanksiyaları, qiymət, di­videndlər, faizlər, əmək haqqı vergilər və s. aiddir. Maliyyə metodları dedikdə, ma­liy­yə uçotu, maliyyə təhlili, maliyyə planlaşdırılması, maliyyə tənzimlənməsi, ma­liy­yə nəzarəti nəzərdə tutulur.

Aydındır ki, hər bir kommersiya müəssisəsinin məqsədi mənfəət əldə etmək üçün məhsul istehsalıdır. Kommersiya müəssisəsindən fərqli olaraq, qeyri-kommersiya təş­ki­latla­rının qarşısında belə bir məqsəd durmur. Bütün hallarda isə müəssisənin təsər­rüfat fəaliyyəti üç mərhələdən ibarətdir: informasiyanın toplanması, onun təhlili və qərarların qəbul edilməsi. Öz növbəsində qərarların qəbul edilməsi də üç mərhələyə bö­­­lü­­nür: proqnozlaşdırma (planlaşdırma), tənzimlənmə (operativ idarəetmə) və nə­zarət (təftiş və audit).

Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq isə müəssiənin fəa­liy­yətində maliyyə idarəetməsinin rolu müəyyən məqsədlərə görə müəyyən olunur. Bu baxımdan maliyyə idarə etməsinin ən əsas məqsədləri aşağıdakılardır:


  • mənfəətin maksimallaşdırılması;

  • böyümək;

  • davamlılıq;

  • müəssisənin dəyərinin artırılması.

Müəssisələr üçün bu məqsədlərin hamısı əhəmiyyətlidir. Bəs hansı məqsəd müəssisələrdə maliyyə idarə etməsinin rolunu təmin edən ən birinci vasitə sayılır?

Son dövrlərdə bəzi alimlər iddia edirlər ki, maliyyə idarə edilməsinin birinci məqsədi mənfəətin makisimallaşdırılmasıdır. Amma bir çox böyük müəssisələrin iflas etməsinin səbəbi araşdırılaraq məlum olmuşdur ki, maliyyə idarə etməsinin birinci məqsədi mənfəətin maksimalllaşdırılması olmalı deyil, çünki belə halda da o, müəssisənin davamlılığına zəmin yaratmır. Belə ki, əldə olunmuş mənfəət çox böyük riskli ola bilər, yaxud da müəssisə həmin mənfəəti əldə etmək üçün maliyyə idarəçisinin razılaşdığı şərtlər müəssisəni sonradan risk qarşısında qoya bilər. Səhm­ləri sataraq mənfəəti maksimallaşdırmaq olar, amma bu hec də müəssisənin iqtisadi gücünün göstəricisi deyil. Həm də bu zaman bir səhmə düşən mənfəət azalacaqdır. Bəzən isə bir səhmə düşən mənfəətin artması mənfəətin maksimallaş­dırılması ilə eyni hesab edilsə də təkbaşına maliyyə idarə etməsinin məqsədi kimi kifayət etmir.

Maliyyə idarə etməsinin müəssisənin fəaliyyətində əhəmiyyətli rollarından biri fəaliyyətin davamlılığının təmin edilməsidir. Bu müəssisə uzun müddət fəaliyyətini davam etdirirsə bu, o deməkdir ki, müəssisə rentabelli işləyir və müəssisənin müəyyən qədər müştərisi var. Bu, eyni zamanda, müəssisənin gördüyü iş və xidmətin, istehsal etdiyi məhsulun davamlı istehlakçısının olması üçün də zəmindir. İstehlakçılarda uzun müddət fəaliyyət göstərən müəssisənin məhsullarına üstünlük verirlər. Fəaliyyətin davamlılığı müəssisənin maliyyəsinin idarə edilməsi üçün məqsəddir, amma birinci məqsəd sayıla bilməz.

Maliyyə idarə edilməsinin ən əsas rolu müəssisənin dəyərinin artırılmasından ibarətdir. Bu, səhmdarlar üçün səhm vahidinin qiymətinin artması deməkdir. Müəssisənin real dəyəri bütün səhmlərin qiymətinin cəminə bərabərdir. Dolayısı ilə müəssisənin artan ümumi dəyərini səhmlərin sayına böldükdə səhm vahidinin qiyməti də yüksək olacaqdır. Alınan qiymət səhmin real qiymətini təşkil edəcəkdir. Nominal qiymət isə real qiymətdən yuxarı və ya aşağı ola bilər. Nominal qiymət səhmin bazar qiymətini təşkil edir. Bazar qiyməti isə tələb-təklif amili başda olmaqla, müəssisənin investisiya qoyuluşu, maliyyələşdirmə, maliyyə idarə edilməsi siyasətinin nəticəsi olaraq yaranır. Səhmlərin qiyməti aşğıdakı amillərin təsirindən əmələ gəlir:



  • səhm vahidinə düşən indiki və gələcəkdə gözlənilən gəlir;

  • bu gəlirin riski, gəlirin əldə olunma zamanı və gəlirin davamlığı;

  • müəssisənin qiymətli kağızlarla fəaliyyəti siyasəti.



  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə