Budaqlanan alqoritmləR. budaqlanan alqoritmləRİn proqramlaşdirilmasi




Yüklə 5.41 Kb.
tarix27.04.2016
ölçüsü5.41 Kb.
BUDAQLANAN ALQORİTMLƏR.BUDAQLANAN ALQORİTMLƏRİN PROQRAMLAŞDIRILMASI
Həyatda xətti alqoritmlərə az hallarda rast gəlinir.Çox zaman hər hansı şərtdən asılı olaraq alqoritmin bu və ya başqa “budağı” ilə hərəkət etmək lazım gəlir. Alqoritmdə budaqlanmadan iki halda istifadə olunur:
1. Alqoritmdə elə addımlar olur ki, müəyyən şərtdən asılı olaraq onları buraxmaq lazımdır.
2. Müəyyən şərtdən asılı olaraq alqoritmdə lazım olan əməllərin (hərəkətlərin) içərisində seçim edilməlidir.
Blok-sxemdə budaqlanma şərti rombla gös tərilir və ondan iki ox çıxır: “Hə” oxu şərt ödəndikdə, “yox” oxu isə şərt ödənmədikdə hansı əməlin yerinə yeti rilməli olduğunu göstərir. Budaqlanma alqoritmi ümumi şəkildə aşağıdakı kimi olur:

Bu sxemi sözlərlə belə ifadə etmək olar: “əgər Şərt, onda Əməliyyat1, əks halda əməliyyat2”. Budaq lan ma alqoritminin bu şəklinə onun tam forması deyilir.Budaqlanma alqoritmində şərt ödə nil mədikdə hər hansı əməliyyatın yerinə yetirilməsi nəzərdə tutulmaya da bilər. Al qoritmin bu şəklinə yarımçıq forma deyilir:“əgər Şərt, onda Əməliyyat1”


Qoyulmuş şərtdən asılı olaraq alqoritm məsələnin həlli variantlarından birini seçməyə

imkan verirsə, belə alqoritmə budaqlanan alqoritm deyilir.



İki ədədi qiymətin müqayisəsi zamanı budaqlanmanı aşağıdakı şəkildə göstərmək daha əlverişli olur:



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə