Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi




Yüklə 263.31 Kb.
səhifə9/10
tarix21.04.2016
ölçüsü263.31 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Yeniləmə imkanları


Bu proqram paketi ilə yeni məlumatları əlavə etmək nisbətən asandır. InfoWorks həm də HEC-RAS və bir çox digər hidravlik proqram paketlərindən məlumatları idxal etməyə imkan verir.
      1. Alış xərci


InfoWorks ICM üçün alış xərci - €38,900. Əgər sadəcə 2D versiyası əldə edilsə, o zaman xərc €15,525 olacaq, amma bu tövsiyə edilmir.
      1. Istismar xərci


InfoWorks üçün istismar xərci alış xərcinin 15%-dir. Bu halda, bu rəqəm €5,840 olacaq.
      1. Müştəri dəstəyi (yaxınlıq və dil)


Müştəri dəstəyi Britaniya ofisi tərəfindən təmin edilir. Müştəri dəstəyi bir neçə dildə, o cümlədən ingilis dilində mövcuddur, rus və azərbaycan dilləri yoxdur.
      1. Çöküntü nəqli əlavəsi


InfoWorks 2D çöküntü nəqli imkanlarına malik deyil.
      1. Proqnozlaşdırma əlavəsi


Əlavələr alınarsa, InfoWorks ICM özü proqnozlaşdırma aləti kimi istifadə edilə bilər. InfoWorks ICM modelləri birbaşa DELFT-FEWS ilə əlaqələndirilə bilmir.
    1. MIKE FLOOD


MIKE FLOOD iki müstəqil proqram paketini əlaqələndirir: Danimarka Hidravlik İnstitutu (DHİ) tərəfindən hazırlanmış MIKE 11 (1D) və MIKE 21 (2D).
      1. 1D mexanizminə baxış


MİKE 11 hidrodinamik modulu çaylarda və estuarilərdə qeyri-sabit axınları hesablamaq üçün dolayı, sonlu müxtəliflik sxemindən istifadə edir. Modul vaxt və məkan baxımından yerli axın şərtlərinə uyğunlaşan rəqəmsal sxem vasitəsilə yarım-kritik və çox kritik axın şərtlərini təsvir edə bilər. Hidravlik qurğular üzərində axının təsviri, o cümlədən qurğuların işini təsvir etmək üçün qabaqcıl hesablama modulları daxil edilir. Formullar ilgəkşəkilli şəbəkələrə və subasarlar üzərində ikiölçülü axının simulyasiyasına tətbiq edilə bilər. Hesablama sxemi kəskin çay axınlarından qabarma-çəkilmə təsirinə məruz qalan estuarilərə qədər uzanan şaquli yekcins axın şərtlərinə tətbiq edilə bilər.
      1. 2D mexanizminə baxış


MİKE21 Axın Modelindəki hidrodinamik model (MİKE 21HD) estuarilər, buxtalar və sahil ərazilərində su səviyyələri və axınların simulyasiyası üçün ümumi rəqəmsal modelləşdirmə sistemidir. O, bir təbəqədə (şaquli yekcins) qeyri-sabit ikiölçülü axınları simulyasiya edir və xeyli sayda tədqiqatlarda tətbiq edilmişdir. MİKE 21-in “klassik” versiyası düzbucaqlı tordan istifadə edir və dayaz su tənliklərini sonlu müxtəliflik sxemi vasitəsilə həll edir. O, subasma və quruma, sahə baxımından dəyişən səth nahamarlığı, turbulent özlülük, Koriolis qüvvələri və külək sürtünməsini əhatə etməyə qabildir. MİKE 21 sərbəst torları (struktursuz) da mövcuddur.
      1. Əlaqələndirmə metoduna baxış


Müxtəlif modellər bir sıra müxtəlif əlaqələndirmə metodları vasitəsilə əlaqələndirilir. Hazırda MİKE FLOOD-da 5 müxtəlif əlaqə növü mövcuddur:

1. Standart əlaqə

MİKE FLOOD-da standart əlaqədə bir və ya daha çox MİKE 21 xanaları/elementləri MİKE 21 çay qolunun sonu ilə əlaqələndirilir. Bu əlaqə növü müfəssəl MİKE 21 torunu daha geniş MİKE 11 şəbəkəsi ilə əlaqələndirmək və ya daxili bir strukturu (bir tor xanasından daha geniş miqyasda) əlaqələndirmək və ya MİKE 21 toru daxilində vurğulamaqdır. Standart əlaqə birbaşadır.

2. Eninə əlaqə

Eninə əlaqə MİKE 21 xanaları/elementlərini MİKE 11-də verilmiş hissə - qol hissəsi və ya bütün qol ilə eninə əlaqələndirməyə imkan verir. Eninə əlaqə vasitəsilə axın struktur tənliyindən istifadə etməklə hesablanır. Bu əlaqə növü çay məcrasından subasara axının daşmasını simulyasiya etmək üçün faydalıdır. Eninə əlaqələr üçün, çay modelindən axın eninə sərhəd vasitəsilə keçir və daha sonra MİKE 21-ə tətbiq edilir. MİKE 11 və MİKE 21 arasındakı axını hesablamaq üçün struktur tələb olunur. Bu struktur adətən çay sahilinin üstünü təmsil edən bənd və ya sədd olur. Strukturun həndəsi xüsusiyyətləri en kəsik sahil nişanları, MİKE 21 topoqrafik səviyyələri kənar fayldan müəyyən edilə bilər.

3. Struktur əlaqə

Struktur əlaqə axın şərtlərini MİKE 11-dəki strukturdan götürür və onları MİKE 21-də impuls tənliklərinə (MİKE 21-in ancaq düzbucaqlı versiyası) əlavə edir. Bu, tam dolayıdır, buna görə də MİKE 21-də takt amillərinə təsir etməməlidir. Struktur əlaqə MİKE 21 modeli daxilindəki strukturları simulyasiya etmək üçün faydalıdır. Əlaqə 3 nöqtəli MİKE 11 qolundan (yuxarı axarda en kəsik, struktur, aşağı axarda en kəsik) ibarətdir, onun axın şərtləri MİKE 21 xanası və ya xanalar qrupuna tətbiq edilir.

4. Kənar strukturlar əlaqəsi

Kənar struktur əlaqəsi MİKE 11-də müəyyən edilmiş Kənar Strukturlar vasitəsilə çay modeli və yerüstü axın modeli arasında qarşılıqlı əlaqəni modelləşdirmək üçün qurulur. Kənar strukturlar MİKE 11-də demək olar ki, bütün mövcud struktur növləri üçün müəyyən edilə və daha sonra çayın əsas axarından suyun yerli götürülməsini müəyyən etmək üçün MİKE 11-də tətbiq edilir. Bu götürmə çayın əsas axarından qonşu ərazi və ya kanal sisteminə suyun ötürülməsi üçün sabit hidravlik qurğuların olduğu yerlərdə və ya məs. sahil mühafizə bəndinin yerli səviyyədə uçduğu yerlərdə baş verdiyi fərz edilir. Kənar struktur əlaqəsi birbaşadır və Standart əlaqə seçiminə ekvivalent olan hesablama mexanizmində tətbiq edilir.

5. Sıfır axın əlaqələri (XFlow=0 and YFlow=0)



X istiqamətdində sıfır axın əlaqəsi kimi müəyyən edilən MİKE 21 xanasının sağ tərəfi ilə sıfır axın keçəcək. Eynilə, y istiqamətində sıfır axın əlaqə olduqda, xananın yuxarısı ilə sıfır axın keçəcək. Sıfır axın əlaqələri eninə axın əlaqələri tamamlamaq üçün hazırlanmışdır. MİKE 21-də subasar axınının MİKE 11 vasitəsilə keçmədən çay boyunca subasarın əks tərəfinə birbaşa keçməməsini təmin etmək üçün sıfır axın əlaqəli MİKE 21 axınlarının qarşısını almaq üçün əlavə edilir. Sıfır axın əlaqələrindən istifadəyə alternativ olaraq torpaq xanaları tətbiq edilə bilər, amma bu, torun rezolyusiyasından asılı olaraq məqsədəuyğun olmaya bilər.
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə