Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi




Yüklə 263.31 Kb.
səhifə7/10
tarix21.04.2016
ölçüsü263.31 Kb.
1   2   3   4   5   6   7   8   9   10

2D mexanizminə baxış


SOBEK Torpaqüstü Axın modulu dərinlik-inteqrasiya edilmiş yerüstü axın üçün Navier-Stokes tənliklərinə əsaslanan ikiölçülü modelləşdirmə sistemindən ibarətdir. Bütün tənliklər tərpədilmiş tora əsaslanan Navier-Stoker tənliklərində bütün müddətlər üçün tam dolayı sonlu müxtəliflik formulu vasitəsilə həll edilir. Konvektiv impulsun ifadə edildiyi xüsusi üsul qarışıq yarım-kritik və çox kritik axınların hesablanmasına imkan verir. Bu formul həm də dayanan və tərpənən hidravlik sıçrayışların davranışını hesablamağa imkan verir. Bu hesablamaların sağlam və dəqiq olması üçün süni özülülk tətbiq etməyə ehtiyac yoxdur.
      1. Əlaqələndirmə metoduna baxış


2D modelləşdirmə sistemi ilə kombinasiyalı şəkildə, SOBEK (kiçik) su axarları və hidravlik qurğular kimi 1D elementləri modelləşdirə bilir. Bu 1D-2D kombinasiyasında 2D torpaqüstü axını, o cümlədən dambaların və təbii bəndlərin önləyici təsirləri SOBEK Torpaqüstü Axın modulunun 2D tənlikləri vasitəsilə simulyasiya edilir, alt-2D tor kanalları və hidravlik qurğuları SOBEK Məcra Axını Modulu ilə modelləşdirilir. Hər iki modelləşdirmə sistemləri sonlu müxtəliflik tənlikləri yaradır, onlar da modelləşdirmə sistemlərinin ümumi su səviyyəsi nöqtəsinə malik olduğu yerlərdə birgə fasiləsizlik tənlikləri üçün dolayı formul vasitəsilə əlaqələndirilir.

SOBEK Torpaqüstü Axın və Məcra Axını modulları eyni rəqəmsal prinsiplərə əsaslanır. Fiziki baxımdan qeyri-real nəticələri (Məs. mənfi su dərinlikləri) önləmək üçün hesablamada hər addımda çoxsaylı yoxlamalar aparılır. Əgər bu şərt təmin edilməsə, takt azaldılacaq. Bu cür prosedur həm də Torpaqüstü Axında daşqınlarda və xanaların qurumasında tətbiq edilir. Hər dəfə yalnız bir qonşu hesablama xanası islana və ya quruya bilər, əks halda takt bu meyarı təmin etmək üçün azaldılacaq.



Rəqəmsal sxemlərin dəqiqliyi konvektiv impuls müddətlərinin diskretləşdirilməsi ilə müşayiət olunur. Tətbiq edilmiş formul həm də nahamar model sərhədlərində tərəddüd edən sürət istiqamətlərinin qarşısını alır. Burada sonlu müxtəliflik sxeminin təqdim etdiyi davranış modellər kimi tor konturlarının (əyrixətli torlar və sonlu elementlər kimi) nahamar sərhədlərini izləyir.
      1. İngiltərə Ətraf Mühit Agentliyinin tədqiqatının nəticələri


Ətraf Mühit Agentliyi bu proqramı daşqınla əlaqəli qərarvermə işlərinin dəstəklənməsi üçün məqsədəuyğun hesab etmişdir. SOBEK-in rəqəmsal zərbə tutucu sxemi ilə əlaqədar olaraq, bu proqramın çox kritik axından yarım-kritik axına keçid proseslərində (damba və ya bəndlərin uçması) düzgün işlədiyi hesab edilir. Bu tədqiqat 1D-2D əlaqəsi yanaşmasına xüsusi diqqət yetirməyi tövsiyə etmişdir.
      1. Yerli təcrübə


Bəzi FHN işçiləri Deltares və Royal Haskoniq şirkətləri tərəfindən Kür çayında hidravlik modelin tətbiqi və xüsusən Deltares tərəfindən SOBEK üzrə keçirilmiş iki həftəlik təlim sayəsində SOBEK paketi ilə çox məhdud iş təcrübəsinə malikdir. Bununla belə, təlimdə iştirak etmiş FHN heyətinin model üzərində işlləyib-işləməyəcəyi məlum deyil.
      1. BHM təcrübəsi


Məsləhətçi SOBEK paketi ilə nəzərəçarpacaq iş təcrübəsinə malik deyil.
      1. Öyrənmə çətinliyi


Məsləhətçi SOBEK ilə əvvəllər işləməyib. Bu bəndi təsdiq etmək üçün məsləhətçi sürətli SOBEK öyrədici vəsaitini tətbiq etmişdir. Məsləhətçi öyrənmişdir ki, proqram təminatının istifadəsi rahatdır, lakin MİKE və ya İnfoWorks məhsullarına nisbətən öyrənilməsi bir az daha çətindir.
      1. İşləmə vaxtı


Yuxarıda qeyd edilən Ətraf Mühit Agentliyinin araşdırması müxtəlif sınaqlar üzrə işləmə vaxtlarını təsvir edir. Bütün tapşırıqlar üzrə SOBEK-in işləmə vaxtları bu hesabatda nəzərdən keçirilən proqram təminatları arasında ən uzunudur.
      1. Ön emal interfeysi


Deltares tərəfindən təmin edilən informasiyanı və mövcud demo versiyanı diqqətlə incələdikdən sonra, belə görünür ki, SOBEK istifadəyə rahat ön emal interfeysinə malikdir, lakin bu interfeys tam intuitiv deyil.
      1. Sonrakı emal interfeysi


Deltares tərəfindən təmin edilən informasiyanı və mövcud demo versiyanı diqqətlə incələdikdən sonra, belə görünür ki, SOBEK istifadəyə rahat sonrakı emal interfeysinə malikdir.
      1. Dil


SOBEK bir neçə dildə, o cümlədən ingilis dilində mövcuddur. Rus və azərbaycan dili versiyaları hazırda yoxdur. Hazırda təsdiq edilə bilməsə də, görünür, gələn ilin əvvəlində SOBEK rus dilində də olacaq.
      1. Layihə məqsədləri


SOBEK daşqın tədqiqatlarında geniş istifadə edilmişdir. Proqram layihənin hidravlik modelləşdirmə ilə bağlı üç əsas məqsədinə uyğun olacaqdır (daşqın təhlükəsinin xəritələşdirilməsi, daşqınlara qarşı zəifliyin qiymətləndirilməsi və daşqın təsirlərinin azaldılması seçimləri).
      1. Keyfiyyət yoxlamaları - izləmə


Məsləhətçi müəyyən etmişdir ki, SOBEK-də “iş/hal meneceri” eyni layihədə müxtəlif seçimlərə malik olmaq üçün kifayət qədər faydalıdır. Lakin heç bir keyfiyyət və ya dəyişiklik izləmə sistemi tapılmamışdır. Şəbəkələri müqayisə etmək üçün heç bir mexanizm tapılmamışdır.
      1. Yeniləmə imkanları.


Məsləhətçi müəyyən etmişdir ki, bu proqram təminatı ilə yeni məlumatlar əlavə etmək nisbətən asan olacaqdır. Həmçinin, SOBEK MİKE11, ISIS və ya HEC-RAS kimi digər platformalardan məlumatları idxal etməyə imkan verir.
      1. Alış xərci


Yuxarıda qeyd edilmiş Kür çayı ilə bağlı tədqiqatla əlaqədar olaraq, SOBEK-in əldə edilməsi heç bir xərc yaratmır.
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə