Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi




Yüklə 263.31 Kb.
səhifə10/10
tarix21.04.2016
ölçüsü263.31 Kb.
1   2   3   4   5   6   7   8   9   10

İngiltərə Ətraf Mühit Agentliyinin tədqiqatının 2D nəticələri


Ətraf Mühit Agentliyi bu proqramı daşqınlarla bağlı qərarvermə işlərinin dəstəklənməsi üçün məqsədəuyğun hesab etmişdir. Tədqiqat 1D-2D əlaqəsi yanaşmasına xüsusi diqqət yetirməyi tövsiyə etmişdir.
      1. Yerli təcrübə


FHN heyəti MİKE FLOOD ilə iş təcrübəsinə malik deyil, lakin qeyd etmək lazımdır ki, bəzi FHN işçiləri MİKE təlimi keçmişlər.
      1. BHM təcrübəsi


Bu layihə üzrə Baş Hidravlik Modelçi bir sıra layihələr üzrə (daşqınların xəritələşdirilməsi və daşqın təsirlərinin azaldılması seçimləri) MİKE FLOOD-dan istifadə üzrə geniş təcrübəyə malikdir.
      1. Öyrənmə çətinliyi


MİKE FLOOD proqram paketi istifadə üçün rahatdır, çox intuitivdir və çox geniş kömək aləti var.
      1. İşləmə vaxtı


Bütün tapşırıqlar üzrə MIKE FLOOD proqramının işləmə vaxtı bu hesabatda nəzərdən keçirilən proqramlar arasında ən qısalardandır və TUFLOW və InfoWorks ICM ilə müqayisə edilə bilir.
      1. Ön emal interfeysi


MIKE FLOOD-in ön emal interfeysi istifadəyə rahatdır. O, CİS funksiyalarına malikdir, məlumatların daxil edilməsi yaxşı sənədləşdirilib. Zəruri giriş fayllarının yaradılması, məlumatların daxil edilməsi və işlənməsi müsbət hesab edilir.
      1. Sonrakı emal interfeysi


MIKE FLOOD sonrakı emal interfeysi 1D və 2D nəticələri üçün çox güclüdür.
      1. Dil


MIKE FLOOD bir neçə dildə, o cümlədən ingilis dilində mövcuddur. Rus dili versiyası var.
      1. Layihə məqsədləri


MIKE FLOOD daşqın tədqiqatlarında geniş istifadə edilmişdir. Proqram layihənin hidravlik modelləşdirmə ilə bağlı üç əsas məqsədinə uyğun olacaqdır (daşqın təhlükəsinin xəritələşdirilməsi, daşqınlara qarşı zəifliyin qiymətləndirilməsi və daşqın təsirlərinin azaldılması seçimləri).
      1. Keyfiyyət yoxlamaları - izləmə


MİKE FLOOD-da “Layihə meneceri” aləti müxtəlif fayllar və simulyasiyaları düzgün idarə etmək üçün faydalı hesab edilmişdir. Həmçinin, DHİ proqram strukturu keyfiyyət yoxlamaları və bütün dəyişikliklərin izlənməsinə imkan verir.
      1. Yeniləmə imkanları


Bu proqramla yeni məlumatları əlavə etmək nisbətən asandır. Həmçinin, MİKE FLOOD HEC-RAS və İSİS-dən məlumatları idxal etməyə imkan verən funksiyalara malikdir. Lakin bunun üçün DHİ-dən əlavələr istənilməlidir.
      1. Alış xərci


MIKE FLOOD üçün əldə etmə xərci €37,300-dir. Xərc aşağıdakılara bölünür:

MIKE FLOOD 2D Inland Flexible Mesh UL (MARINE PP + MIKE 21 HD): €27,100

MIKE FLOOD 1D River UL (MIKE 11 HD): €10,200

      1. Istismar xərci


MIKE FLOOD üçün illik istismar xərci - €15,000.
      1. Müştəri dəstəyi (yaxınlıq və dil)


MIKE FLOOD üçün müştəri dəstəyi Rusiyada yerləşən VOLGA Ltd. Consulting Engineers tərəfindən ingilis və ya rus dillərində təmin edilə bilər.
      1. Çöküntü nəqli əlavəsi


MIKE 11 və MIKE 21 əlavələrlə çöküntü nəqli imkanlarına malikdir. Lakin MİKE FLOOD hər iki modeldən çöküntü nəqli daxilolmalarını əlaqələndirmir.
      1. Proqnozlaşdırma əlavəsi


MIKE 11 DELFT-FEWS ilə əlaqələndirilə bilər. MIKE FLOOD proqnozlaşdırma aləti kimi istifadə edilə bilər.
    1. ISIS-TUFLOW


ISIS-TUFLOW iki müxtəlif proqram paketlərini dinamik şəkildə əlaqələndirir: ISIS (1D) və TUFLOW (2D).
      1. 1D mexanizminə baxış


ISIS açıq məcralarda və estuarilərdə axınların və səviyyələrin modelləşdirilməsi üçün istifadə edilən tamfunksiyalı hidrodinamik simulyatordur. ISIS həm sabit, həm də qeyri-sabit axın həlledici proqramlarını özündə birləşdirir və sadə axın şişməsi, axının istiqamətləndirilməsi və tam qeyri-sabit simulyasiya seçimlərinə malikdir. Simulyasiya mexanizmi birbaşa sabit vəziyyət həlledici funksiyasını və işləmə vaxtını optimallaşdırmaq və modelin sabitliyini artırmaq üçün uyğunlaşa bilən takt müəyyən etmə metodları təmin edir. Sərbəst yerüstü axın tənlikləri açıq məcralarda axın üçün Sen-Venan tənliklərinə əsaslanır. Bunlar, hər vahid üçün tənzimləyici hidravlik tənliklərlə birgə istifadə edilir. Bu tənliklər empirik və nəzəri tənliklərin kombinasiyasıdır, onların bir çoxu qeyri-xəttidir. ISIS avtomatik əməliyyatlı strukturların (məs. nasos və şlüz) daxil edilməsinə imkan verir. Onlar məntiqi nəzarət qaydaları ilə daxil edilir.
      1. 2D mexanizminə baxış


TUFLOW-un 2D həlli Stelling sonlu müxtəlifliyinə, tam 2D sərbəst azsulu axın tənliklərini hamar tor üzərində həll edən növbələşən istiqamət sxeminə əsaslanır 1D sxemi sonlu müxtəliflik, ikinci sıra, Runge Kutta həllidir. Sxemlər yuxarı axarda tənzimlənən axın rejimlərini (məs. çox kritik və suaşıran axını), körpü döşəməsi, düzbucaqlı suburaxıcı boru, islanma və quruma və digər əsas xüsusiyyətləri idarə etmək üçün təmilləşdirilmişdir.
      1. Əlaqələndirmə metoduna baxış


ISIS və TUFLOW arasındakı əlaqə axın və su səviyyəsi kimi məlumatların iki model arasında mübadilə edilməsinə imkan verir. Əlaqələrin iki əsas növü mövcuddur.

1. Eninə HX əlaqəsi

HX əlaqəsi üçün (TUFLOW –a xaricdən təmin edilmiş H[suyun səviyyəsi]) ISIS hər bir çay vahidinin 2D sahədən/sahəyə potensial axın donoru/resipiyenti olmasına imkan verir. ISIS 1D sahəsində hesablanmış su səviyyəsi TUFLOW tərəfindən əldə olunur, bu, hər hansı tərəfdə su səviyyələrinə əsaslanan HX əlaqəsi boyunca sərfi (varsa) müəyyən edir. ISIS eninə sızma və ya eninə daxilolmada isə sərf HX vahidinin uzunluğu boyunca eninə paylanır. Mühüm cəhət ondan ibarətdir ki, sızmanın baş verməyə başlamasını ISIS daxilində en kəsiyi deyil, HX xəttinin qalxması müəyyən edir. Su səthinin qalxması HX xəttinin qalxmasını keçən kimi, su 1D və 2D sahəsi arasında keçəcək.

2. SX əlaqəsi



SX əlaqəsi üçün 2D sahəsinə/sahəsindən sərf TUFLOW tərəfindən qaytarılan 2D sahəsində su səviyyəsini nəzərə alaraq ISIS vasitəsilə hesablanır. Hər hansı iki düyünlü ISIS vahidi nəzəri olaraq SX əlaqəsinə birləşdirilə bilər, lakin səciyyəvi hal yuxarıda göstərilən eninə HX konfiqurasiyasında olduğu kimi, HX əlaqəsinin ISIS-da əlaqələndirilmiş eninə sızma ilə əvəz olunması və 2D tərəfdə düyünün SX əlaqəsinə birləşdirilməsidir. Belə hallarda nisbətən qısa sızma əlverişli ola bilər, çünki nöqtə sərfi effektiv şəkildə 2D sahəsinə tətbiq edilir və onun 2D sahəsində necə paylanmasına diqqət yetirilməlidir.
      1. İngiltərə Ətraf Mühit Agentliyinin tədqiqatının 2D nəticələri


Ətraf Mühit Agentliyi daşqınlarla bağlı qərarvermə tədbirlərinin dəstəklənməsində bu proqramı məqsədəmüvafiq hesab etmişdir. Rəqəmsal zərbə tutucu sxemi ilə əlaqədar olaraq, bu proqramın çox kritik axından yarım-kritik axına keçid proseslərində (damba və ya bəndlərin uçması) düzgün işlədiyi hesab edilir. Bu tədqiqat 1D-2D əlaqəli yanaşmasına xüsusi diqqət yetirilməsini tövsiyə etdi. İSİS-TUFLOW ilə bağlı müəyyən məsələlər ortaya çıxdı. Model bənd qırılmasının ardınca baş verən iri miqyaslı dərə subasmasını simulyasiya etmək üçün tətbiq edildikdə nəticələr dəyişir/tərəddüd edir (bu tədqiqatda nəzərdən keçirilmiş hər hansı digər paketlərdən daha çox). Bu isə digər dayaz su tənliyi paketləri tərəfindən əldə olunan daha yüksək su səviyyəsi və sürəti ilə bağı proqnozlarla nəticələnir. Maksimum subasma və ya sürət xəritələrini yaratmaq üçün bu proqnozlardan istifadə subasma sərhəddinin və sürətinin şişirdilməsi ilə nəticələnə bilər.
      1. Yerli təcrübə


FHN heyəti ISIS-TUFLOW paketi ilə iş təcrübəsinə malik deyil.
      1. BHM təcrübəsi


Bu layihə üzrə Baş Hidravlik Modelçi daşqınların xəritələşdirilməsi və daşqın təsirlərinin azaldılması ilə bağlı seçimlərin hazırlanması üzrə bir sıra layihələrdə ISIS-TUFLOW ilə müəyyən iş təcrübəsinə malikdir.
      1. Öyrənmə çətinliyi


TUFLOW istifadəçi interfeysinə malik deyil. Proqramın daxiletmə faylları mətn faylına daxil edilir. Bu daxiletmə fayllarının yaradılması üçün Mapİnfo bacarıqları tələb olunur. Bütün bu amillər bəzi ciddi çətinliklər yaradır və buna görə də ISIS-TUFLOW-un öyrənmə çətinliyi yüksək hesab edilir.
      1. İşləmə vaxtı


Bütün tapşırıqlar üzrə TUFLOW ilə işləmə vaxtları bu hesabatda nəzərdən keçirilən proqramlar arasında ən qısa idi və InfoWorks ICM və MIKE FLOOD ilə müqayisə edilə bilər.
      1. Ön emal interfesyi


TUFLOW ön emal interfeysinə malik deyil. Məlumatların ilkin emalı, quraşdırma və nəticələrin vizuallaşdırılması üçün Mapİnfo tələb olunur. ISIS interfeysi adekvat və istifadəsi asan hesab edilir.
      1. Sonrakı emal interfeysi


TUFLOW sonrakı emal interfeysinə malik deyil. 2 ölçülü nəticələrin vizuallaşdırılması üçün ödənişsiz SMS-ə çıxış tələb olunur. ISIS interfeysi adekvat və istifadəsi asan hesab edilir.
      1. Dil


ISIS-TUFLOW paketi yalnız ingilis dilində mövcuddur. Rus və azərbaycan dili versiyaları yoxdur.
      1. Layihə məqsədləri


ISIS-TUFLOW daşqınlarla bağlı tədqiqatlarda geniş istifadə edilib. Proqram layihənin hidravlik modelləşdirmə ilə bağlı üç əsas məqsədinə (daşqın təhlükəsinin xəritələşdirilməsi, daşqınlara qarşı zəifliyin qiymətləndirilməsi və daşqın zərərlərinin azaldılması seçimləri) əməl edə biləcəkdir. Bununla belə, ön emal aləti kimi Mapİnfo-nun istifadə edilməli olması və 2D nəticələrin vizuallaşdırılması üçün SMS istifadə edilməsi bəzi problemlər yaradır.
      1. Keyfiyyət yoxlamaları – izləmə


TUFLOW dəstində heç bir önəmli fayl idarəetmə sistemi mövcud deyil. Buna görə də müxtəlif faylların və dəyişikliklərin izlənməsi çətin ola bilər.
      1. İmkanların yenilənməsi


Yeni məlumatların tətbiq edilmiş modellərə daxil edilməsi də çətin ola bilər. Daxiletmə mexanizmləri məlum deyil.
      1. Alış xərci


ISIS-TUFLOW-un alış xərci €9,890-dur:

  • ISIS 1D (1000 düyünə qədər): €5,990

  • TUFLOW: €3,900
      1. İstismar xərci


ISIS-TUFLOW üçün istismar xərci - €1,074 (müvafiq olaraq 585 + 489).
      1. Müştəri dəstəyi (yaxınlıq və dil)


ISIS-TUFLOW üçün müştəri dəstəyi Britaniya ofisi tərəfindən ingilis dilində təmin edilir. Rus və azərbaycan dili yoxdur.
      1. Çöküntü nəqli əlavəsi


Həm ISIS, həm də TUFLOW çöküntü nəqli imkanlarına malikdir.
      1. Proqnozlaşdırma əlavəsi


ISIS Delft-FEWS ilə əlaqələndirilə bilər. ISIS və TUFLOW həm də əlavələrlə proqnozlaşdırma məqsədləri üçün istifadə edilə bilər.
    1. Ümumi qiymətləndirmə


Yuxarıdakı bütün aspektlər nəzərə alındıqdan və xallar təhlil edildikdən sonra (aşağıda Cədvəl 2), ən yüksək xala malik MİKE FLOOD bu tədqiqat üçün münasib hesab edilmişdir. SOBEK xalı MİKE FLOOD xalına həqiqətən də yaxındır. “Risklərin qiymətləndirilməsi üçün daşqınların modelləşdirilməsi – MİKE FLOOD vs. SOBEK 1D2D” adlı araşdırmada P.Vanderkimpent et al. aşağıdakıları qeyd etmişlər:

“Qeyd edilə bilər ki, modelləşdirmə paketinin seçimi heç bir halda daşqın riskinin qiymətləndirilməsində ən güclü element deyil”

Buna görə də yekun tövsiyə bütün hidravlik modelləşdirmənin tətbiqi üçün mövcud olan büdcədən asılıdır. Modelləşdirmənin tətbiqinə dair ən mühüm məsələlərdən biri məlumatların keyfiyyəti və əlçatımlılığıdır. En kəsikləri barədə məlumat və xüsusilə qurğularla bağlı məlumatlar (bəndlər, körpülər, suburaxıcı borular..) hər hansı hidravlik modelin uğurlu tətbiqi üçün çox mühümdür. Bu məlumatlar daha əvvəl qeyd edildiyi kimi, hazırda pilot sutoplayıcı sahədə mövcud deyil və buna görə də hazırkı məqamda büdcə resurslarının ilkin olaraq çöl tədqiqatı məqsədləri üçün ayrılması tövsiyə edilir.

Buna nail olduqdan sonra, əgər əlavə büdcə olmasa, məsləhətçi SOBEK-in istifadəsini tövsiyə edərdi, çünki FHN-də artıq lisenziya var və bununla bağlı əlavə xərclər yoxdur. Əgər əlavə büdcə resursları olsa, məsləhətçi MİKE FLOOD əldə etməyi tövsiyə edir. Hər iki proqram paketləri bir-biri ilə müqayisə edilə biləcək səviyyədədir, lakin MİKE FLOOD-in işləmə vaxtı, çöküntülərin nəql edilməsi imkanlar, ön və sonrakı emal imkanları SOBEK-dən üstündür.



Bənd

Rəqəmsal model

SOBEK 1D+2D

InfoWorks ICM

MIKE FLOOD

ISIS+

TUFLOW


1D mexanizmi (maks 5)

5

5

5

5

2D mexanizmi (maks 5)

5

5

5

5

1D-2D əlaqələndirmə metodu (maks 5)

5

4

5

4

Ətraf Mühit Agentliyinin 2D müqayisəli tədqiqatın nəticələri (maks 5)

5

5

5

5

Yerli təcrübə (maks 5)

3

0

1

0

BHM təcrübəsi (maks 5)

0

4

5

3

Öyrənmə çətinliyi (maks 5)

3

4

4

0

İşləmə vaxtı (maks 5)

1

5

5

5

Ön emal interfeysi (maks 5)

4

4

5

0

Sonrakı emal interfeysi (maks 5)

4

4

4

1

Dil (maks 5)

4

3

5

3

Layihə məqsədləri (maks 10)

10

10

10

8

Keyfiyyət yoxlamaları - izləmə (maks 5)

3

5

4

2

Yeniləmə imkanları (maks 5)

4

5

5

2

Alış xərci (maks 10)

10

0

0

6

İstismar xərci (maks 5)

5

1

1

8

Müştəri dəstəyi (maks 5)

2

2

5

2

Çöküntü nəqli əlavəsi (maks 2)

0

1

1

2

Proqnozlaşdırma əlavəsi (maks 5)

5

2

4

2

CƏMİ

78

69

79

63

Şəkil 11 – Proqram paketinin seçilməsi cədvəli

1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə