Böyrək və sidikçıxarıcı orqanların vizual müayinəsi




Yüklə 13.61 Kb.
tarix27.04.2016
ölçüsü13.61 Kb.
Böyrək və sidikçıxarıcı orqanların vizual müayinəsi

Uremik koma və ya ağır vəziyyət xroniki və kəskin böyrək çatışmazlığı üçün xarakterikdir. Baxış vasitəsilə xəstələrin ağır,orta ağır və qənaətbəxş vəziyyətləri ayırd edilir. Çox vaxt ağır böyrək çatışmazlığı olan xəstələr belə yataqda sakit halda uzanır bəzən əzirlər və belə vəziyyət həkimin xəstəlik haqqında səhv nəticə çıxarmasına səbəb olur.Qanın biokimyəvi müayinəsi isə xəstədə qalıq azotun həddən çox artması,asidoz su-duz mübadiləsinin ağır pozğunluğu anemiya və sair əlamətləri aşkar etməyə imkan verir. Xəstələrin vəziyyəti aktiv, passiv və bəzən məcburi ola bilər.Passiv vəziyyət uremik koma zamanı təsadüf edilir. Məcburi vəziyyət isə paranefritdə,ürək çatışmazlığı ilə ağırlaşan böyrək çatışmazlığında müşahidə oluna bilər.

Ödem - böyrək xəstəlikləri üçün çox xarakterik əlamətdir. Belə ki kəskin və xroniki qlomerulonefrit, nefrotik sindrom, böyrək amiloidozu, kəskin və xroniki böyrək çatışmazlığı zamanı çox vaxt ödem müşahidə olunur. Bu zaman ödem, əsasən, üzdən başlanır və başqa xəstəliklərdə olan ödemdən fərqli olaraq həmin nahiyədə dərialtı boş birləşdirici toxumanın çox olması ilə əlaqədardır. Xəstənin sifəti avazımış, şişkin, göz qapaqları xüsusilə də göpzün alt qapağı nahiyəsində ödem nəzərə çarpır, göz yarığı daralmış olur. Buna nefrotik sifət (facies nefrotica) deyilir. Sonralar xəstəliyin şiddətlənməsi nəticəsində ödem aşağı və yuxarı ətraflarda, gövdədə müşahidə olunur, boşluqlara maye yığılır və anasarka baş verir.

Xəstənin dərisinin rəngi dəri arteriyalarının spazmı nəticəsində avazımış olur. Anemiya avazımanı bir daha nəzərə çarpdırır. Ürək mənşəli ödemdə, əsasən, sianozun nəzərə çarpması ödemin aşağı ətraflardan başlanması onun börək mənşəli ödemdən fərqləndirməyə imkan verir. Bəzi böyrək xəstəliklərində (məsələn, nefrotik sindromda, amiloidozda) mumabənzər avazıma müşahidə olunur.

Böyrək xəstəliklərinin son mərhələsi olan böyrək büzüşməsi baş verdikdə uremiya meydana çıxır. Bu zaman xəstəni müayinə etdikdə dəridə qaşınma nəticəsində dırnaq cızıntıları aşkar edilir, dil quru və ərplə örtülmüş olur, ağızdan və dildən ammonyak iyi gəlir.

Qarnı və bel nahiyəsini gözlə müayinə etmək böyrək xətəlikləri üçün lazimi əhəmiyyət vermir. Lakin paranefrit zamanı bel nahiyıəsinin şişkinləşməsi aşkar edilə bilir. Böyrək şişi və polikistozu zamanı xəstə tərəfdə qarnın ön divarının qabarması qeyd olunur. Bəzən sidik ifrazının çətinləşməsi ilə əlaqədar olaraq arıq adamlarda qasıqüstü nahiyədə dolmuş sidik kisəsi nəzərə çarpa bilər.

Sol böyrəyin şişi zamanı sol toxum ciyəsi venalarının (palpasiya) genəlməsi müşahidə olunur. Böyrəklərin əllənməsi onun xəstəlikıəri haqda çox mühüm məlumat verir. Böyrəklər xəstənin üfüqi (uzanmış) və şaquli (ayaqüstü) vəziyyətlərində əllənilməlidir.

Sağlam şəxslərdə börəklər qarının arxa divarına yaxın yerləşdiyinə və öndən qabırğa qövsləri maneçilik göstərdiyinə görə onların əllənməsi xeyli çətinləşir. Qarın presinin zəifləməsi və arıqlama nəticəsində böyrəklər bir qədər sallandığı üçün onları hətta sağlam adamlarda da əlləmək mümkün olur. Lakin böyrəklər əsasən böyüdükdə (şiş, hidronefroz, pionefroz, polikistoz), sallandıqda, distoniya zamanı əllənir. Onlar öz yataqlarında hərəkətsiz vəziyyətdə yerləşir. Fizioloji halda böyrək tənəffüs zamanı və bədən vəziyyətinin dəyişməsi ilə əlaqədar olaraq 2-3 sm həddində öz yerlərini dəyişir. Ona görə də nəfəsalma fazasında və ayaqüstə böyrəklərin əllənməsi ehtimalı artmış olur. Uzanmış vəziyyətdə qarın presinin gərginliyi azaldığı üçün böyrəklərin əllənməsi mümkün olur. Lakin hərəki böyrək (azmış böyrək) ayaqüstə yaxşı əllənir.



Uzanmış vəziyyətdə böyrəklərin əllənməsi. Xəstə arxası üstə uzanır, başı alçaq yastıqda, əlləri döşü üstündə, qarın presi boşalmış vəziyyətdə olur. Həkim xəstənin sağ tərəfində oturur, sol əlini sağ bel nahiyəsinə (qabırğa-onurğa sütunu küncündə) XII qabırğadan bir qədər aşağı elə qoyur ki, barmaqlar onurğa sütünundan bir qədər aralı olsun. Sol böyrəyi əllədikdə sol əl onurğa sütununun sol tərəfinə keçirilir və bel nahiyəsinin sol tərəfinə qoyulur. Sağ əl qarın üzərinə, qabırğa qövsündən aşağı, ona perpendikulyar vəziyyətdə qarnın düz əzlələlərindən bir qədər kənarda qoyulur. Sonra xəsətəyə qarın əzələlərinin tam boşaldılması, dərin və həmahəng nəfəs almaq təklif olunur. Həkim sağ əlini xəstənin nəfəsvermə aktında qarın boşluğuna o vaxta qədər yeridir ki, barmaqlar arxa divarına toxunsun.

Sol əl isə bel nahiyəsinə təxzyiq edərək onu sağ ələ tərəf yaxınlaşdırır. Əlləri yaxınlaşdırdıqdan sonra xəstəyə qarnı ilə dərindən və tələsmədən nəfəs almaq təklif olunur(qarın presini gərginləşdirməmək şərtilə). Bu zaman böyrəyin aşağı qütbü tam aşağı düşür və əgər o böyümüşsə, yaxud sallanmışsa, sağ əlin barmaqları altına keçir və əllənir. Böyrəyi hiss edən həkim, sağ əlin barmaqları ilə onu bir qədər qarın boşluğunun arxa divarına doğru sıxır, barmaqlarını böyrəyin ön kənarı üzərində sürüşdürür və onun aşağı hissəsinə keçirir. Böyrəklərin çox sallanması zamanı onların hər iki qütbü, ön səthi əllənir. Bu zaman böyrəyin forması, böyüklüyü, səthinin vəziyyəti (hamar, kələ-kötür), ağrılılığı, hərəkətliliyi, konsistensiyası haqda məlumat əldə edilir. Bimanual əllənməni xəstənin böyrü üstə uzandığı vəziyyətdə də aparmaq olar. Yuxarıda təsvir elədiyimiz palpasiya üsulu Obraztsov-Strajesko metodikasının tətbiqi ilə aparılır.



Başqa orqanlardan fərqli olaraq böyümüş və yaxud sallanmış böyrək ballotasiya edilir. Bu üsul Qyuyon tərəfindən təklif olunmuşdur. Bu vaxt sağ əllə böyrək əlləndikdə sol əlin barmaqları ilə bel nahiyəsinə (qabırğa qövsü ilə uzun bel əzələsi arasında) qısa, cəld, təkanlı zərbələr edilir. Bu zaman sağ əlin barmaqları böyrəklərin özünəməxsus hərəkətini hiss edir. Böyrək ləyəni həddən artıq irin, sidiklə dolduqda onun böyük gərginləşməsi nəticəsində möhtəviyyatının fluktuasiyası da hiss oluna bilər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə