Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur




Yüklə 1.4 Mb.
səhifə1/15
tarix27.04.2016
ölçüsü1.4 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15
Anesteziologiya-reanimatologiya ixtisası üzrə test nümunələri

Bölmə 1. Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi

1) Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s. məsələləri əks etdirən əsas qanunudur:
A) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu

B) Tibb müəssisənin müdiriyyətinin əmrləri

C) Cenevrə Bəyannaməsi

D) BMT-nin İnsan Hüquqları Deklarasiyası

E) Tibbi Etikanın Bəynəlxalq Kodeksi
Ədəbiyyat: Səhiyyə sahəsində Azərbaycan Respublikasının Qanunlar Toplusu. Bakı, 2000.
2) Anesteziya, intensiv terapiya və ya reanimasiyaya məruz qalan pasiyentin hüquqlarına daxil deyildir:
A) Diaqnostik-müalicə prosedurlarının və medikamentlərin təyin edilməsi

B) Tibbi müdaxilədən imtina etməsi

C) Tibbi sənədlərlə tanış olması

D) Şikayətlə tibb müəssisənin rəhbərinə müraciət etməsi

E) Tibbi müdaxiləyə razılıq verməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
3) Anestezioloq-reanimatoloqun vəzifə borcu deyildir:
A) Anestezioloji-reanimatoloji bölmələrdə işləyən orta tibb personalının işinə nəzarət etmək

B) Qrafik üzrə gecə növbəsində işləmək

C) Anesteziya, intensiv terapiya və reanimasiya aparılan xəstələrin vəziyyətlərinin qiymətləndirilməsi

D) Anesteziya metodunun seçimi

E) Cərrahların işinin qiymətləndirilməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
4) Anestezioloq-reanimatoloqun əsas hüquqi sənədidir:
A) Reanimasiya və intensiv terapiya kartası

B) Təyinat vərəqi

C) Xəstənin əməliyyatönü baxışı kartası

D) Anesteziya kartası

E) Xəstəlik tarixi (Stasionar xəstənin tibbi kartası)
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
5) Anestezioloq-reanimatoloq bilavasitə tabeliyindədir:
A) Daha təcrübəli anestezioloq-reanimatoloqun

B) Cərrahiyyə şöbəsinin müdirinin

C) Baş həkimin

D) Anesteziologiya və reanimasiya şöbəsinin müdirinin

E) Baş həkimin müalicə işləri üzrə müavininin
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
6) Anestezist tibb bacısının vəzifə borcu deyildir:
A) Anesteziyadan əvvəl anestezioloji avadanlığın işə hazırlamaq

B) Anesteziya kartasında lazımi qeydlər aparmaq

C) Anesteziya metodunu seçmək

D) Xəstənin əməliyyat masasına yerləşdirilməsinə kömək etmək

E) Anesteziyadan əvvəl lazım olam medikamentləri hazırlamaq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
7) Aşağıda göstərilənlərdən hansı anestezist tibb bacısının vəzifə borcu deyildir:
A) İnhalyasion anestetiklərin konsentrasiyanı tənzimləmək

B) Spontan yaxud süni tənəffüsün adekvatlığına nəzarət etmək

C) Anesteziya kartasında qeydlər aparmaq

D) Anestezioloqun nəzarəti altında infuzion-transfuzion terapiya aparmaq

E) Xəstənin vəziyyətinə nəzarət etmək
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
8) “Anesteziologiya” elminin əsas məsələlərə aid deyildir:
A) Orqanizmin həyati vacib funksiyalarının idarə olunması

B) Ölmə zamanı orqanizmdə baş verən proseslərin öyrənilməsi

C) Əməliyyata hazırlıq

D) Əməliyyat zamanı və əməliyyatdan sonra ağrısızlaşdırma

E) Orqanizmin əməliyyatın zərərli təsirlərindən qorunması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
9) Tibb işçiləri tərəfindən ən çox rastlaşan professional cinayətin xarakteri:
A) Həkim borcunu yerinə yetirməkdən imtina etməsi nəticəsində xəstənin səhhətinə zərər vurmaq

B) Səhlənkarlıqla bağlı ehtiyyatsızlıqdan xəstənin səhhətinə zərər vurmaq

C) Bilavasitə niyyətlə xəstənin səhhətinə zərər vurmaq

D) Qəsdən xəstənin səhhətinə zərər vurmaq

E) Düşüncəsizliklə bağlı ehtiyyatsızlıqdan xəstənin səhhətinə zərər vurmaq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.

Bölmə 2. Kliniki anatomiya, kliniki fiziologiya, xəstənin anesteziyaya hazırlanması.

10) Yuxarı tənəffüs yolları hansılardan ibarətdir?
A) Burun boşluğu, ağız boşlu

B) Burun boşluğu, ağız boşluğu, udlaq və qırtlaq

C) Udlaq, qırtlaq və traxeya

D) Traxeya və bronxlar

E) Burun boşluğu, ağız boşluğu, traxeya və bronxlar
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
11) Nazotraxeal intubasiya yaxud nazoqastral zondun yerləşdirilməsi zamanı nədən istifadə edilməlidir?
A) Yuxarı burun yolundan

B) Ağız boşluğundan

C) Yalnız sağ burun yolundan

D) Sağ, yaxud sol orta burun yolundan

E) Sağ yaxud sol aşağı burun yolundan
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
12) Qırtlağın ən dar hissəsi hansıdır?
A) Səs yarığı və qırtlaq dəhlizidir

B) Qırtlaq dəhlizidir

C) Qırtlağın bütün hissələri eyni genişlikdədir

D) Qırtlağın səsaltı boşluğudur

E) Səs yarığıdır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
13) Səs yarığı hansı formadadır?
A) Oval formasındadır

B) Piramidaya bənzər formadadır: ön hissəsi dar, arxa hissəsi genişdir

C) Piramidaya bənzər formadadır: ön hissəsi geniş, arxa hissəsi dardır

D) Kvadrata bənzər formadadır

E) Uşaqlarda oval, boyüklərdə isə piramidaya bənzər formadadır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
14) Böyüklərlə müqayisədə yenidoğulmuşlarda:
A) Qırtlaq nisbətən qısadır, 3 fəqərə aşağıda yerləşir

B) Qırtlaq nisbətən uzundur, qıf formasındadır, 3 fəqərə yuxarıda yerləşir

C) Qırtlağın bütün hissələr eyni genişlikdədir

D) Qırtlağın yuxarı hissəsi dar, aşağı hissəsi genişdir

E) Qırtlaq nisbətən qısadır, qıf formasındadır, 3 fəqərə yuxarıda yerləşir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
15) Krikotireoid membranı harada yerləşir?
A) Traxeyanın və üzüyəbənzər qığırdağın arasında yerləşir

B) Traxeyanın 2-ci və 3-cü halqaları arasında yerləşir

C) Traxeyanın 1-ci və 2-ci halqaları arasında yerləşir

D) Qalxanabənzər və üzüyəbənzər qığırdaqların arasında yerləşir

E) Qırtlaq qapağı ilə səs bağların arasında yerləşir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
16) Anesteziologiya və reanimatologiyada dərman maddələrinin yeridilməsi üçün ən optimal və universal üsul?
A) Əzələdaxili

B) İnhalyasion yolla

C) Aplikasion yolla

D) Venadaxili

E) Dərialtı
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
17) Anesteziologiya və reanimatologiyada dərmanların venadaxili yeridilməsi üçün daha çox hansı venadan istifadə olunur?
A) Yuxarı ətrafların səthi venaları

B) Bud venası

C) Xarici vidaci vena

D) Daxili vidaci vena

E) Aşağı ətrafların səthi venaları
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
18) Bud venasının punksiyası və kateterizasiyası ilə əlaqədar baş verən ağırlaşmalara nə daxil deyildir?
A) Plevra günbəzinin zədələnməsi

B) Tromboflebit

C) Bud venasının trombozu

D) Ağ ciyər arteriyasının tromboemboliyası

E) Qalça venasının trombozu
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
19) Körpücükaltı venanın kateterizasiyası zamanı xəstənin stolda veziyyəti?
A) Stolun ayaq tərəfi 15-20° yuxarı qaldırılır

B) Xəstənin başının altına yastıq qoyulur

C) Xəstə sol böyrü üstə uzanır

D) Stolun baş tərəfi 15-20° yuxarı qaldırılır

E) Xəstə sağ böyrü üstə uzanır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
20) Döş limfa axarı tökülür?
A) Sağ xarici vidaci venaya

B) Yuxarı boş venaya

C) Sol xarici vidaci venaya

D) Sağ tərəfdən daxili vidaci vena ilə körpücükaltı venanın birləşdiyi bucağa

E) Sol tərəfdən daxili vidaci vena lə körpücükaltı venanın birləşdiyi bucağa
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
21) Nəyə görə sağ körpücükaltı venanın punksiyası sol körpücükaltı venanın punksiyası ilə müqayisədə nisbətən təhlükəsiz sayılır?
A) Sol tərəfdən aortanın zədələnməsi mümkündür

B) Sol tərəfdən döş limfa axarının zədələnməsi mümkündür

C) Sol tərəfdən ümumi yuxu arteriyasının zədələnməsi mümkündür

D) Sol tərəfdən plevra günbəzinin zədələnməsi mümkündür

E) Sol tərəfdən azan sinirinin zədələnməsi mümkündür
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
22) Onurğa beyninə sıx bitişikdir?
A) Beynin sərt qişası

B) Hörümçək torunabənzər qişa

C) Beynin yumşaq qişası

D) Tinüstü bağ

E) Sarı bağ
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
23) Spinal punksiya zamanı iynə hansı ardıcıllıqla beyin qişalarını keçir?
A) Beynin yumşaq qişası, hörümçək torunabənzər qişa

B) Hörümçək torunabənzər qişa, beynin sərt qişası

C) Beynin yumşaq qişası, beynin sərt qişası

D) Beynin sərt qişası, hörümçək torunabənzər qişa

E) Hörümçək torunabənzər qişa, yumşaq beyin qişası
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
24) Uşaqlarda neyronların differensasiya prosesi əsasən neçə yaşa qədər davam edir?
A) 1

B) 5


C) 7

D) 3


E) 15
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
25) Böyüklərdə onurğa beyin hansı səviyyəyə çatır?
A) Th12 – L1

B) S4


C) S1-2

D) L5 – S1

E) L1-2
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
26) Fəqərə sütunu aşağıdaki hansı şöbələrdən ibarətdir?
A) 7 boyun, 12 döş, 6 bel və 5 oma fəqərələrindən və büzdümdən

B) 8 boyun, 12 döş, 5 bel və 4 oma fəqərələrindən və büzdümdən

C) 7 boyun, 12 döş, 5 bel və 5 oma fəqərələrindən və büzdümdən

D) 7 boyun, 15 döş, 5 bel və 5 oma fəqərələrindən və büzdümdən

E) 7 boyun, 12 döş, 7 bel və 3 oma fəqərələrindən və büzdümdən
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
27) Epidural punksiya zamanı iynə bağları hansı ardıcıllıqla keçir?
A) Tinarası bağ, tinüstü bağ, sarı bağ

B) Tinüstü bağ, tinarası bağ, sarı bağ

C) Sarı bağ, tinarası bağ, tinüstü bağ

D) Sarı bağ, tinüstü bağ, tinarası bağ

E) Tinüstü bağ, sarı bağ, tinarası bağ
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
28) Fəqərə sütununun sagital müstəvidə olan fizioloji əyrilikləri hansılardır?
A) Bel və oma lordozu, boyun və döş kifozu

B) Döş və boyun lordozu, bel və oma kifozu

C) Boyun və bel kifozu, döş və oma lordozu

D) Boyun, bel və oma lordozu, döş kifozu

E) Boyun və bel lordozu, döş və oma kifozu
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
29) Epidural sahənin uzunluğu aşağıda gəstərilən kimidir:
A) C1 -dən L1-ə kimi

B) C1-dən oma dəliyinə kimi

C) Th1-dən S5-ə kimi

D) Th1-dən L5-ə kimi

E) L1-dən oma dəliyinə kimi
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
30) Nazotraxeal intubasiya zamanı istifadə edilən boruların ölçüləri:
A) Orotraxeal intubasiya üçün istifadə edilən borulardan istifadə olunmalıdır

B) Boruların daxili diametri 4 mm-dən az olmalıdır

C) Orotraxeal intubasiya üçün istifadə edilən borulardan 1 nömrə böyük olmalıdır

D) Orotraxeal intubasiya üçün istifadə edilən borulardan 1 nömrə kiçik olmalıdır

E) Xəstənin bədən çəkisinə uyğun olaraq hesablanmalıdır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
31) Böyüklərdə sağ baş bronxun uzunluğu neçə santimetrdir?
A) 8

B) 2,5


C) 1

D) 12


E) 5
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
32) Böyüklərdə sol baş bronxun uzunluğu neçə santimetrdir?
A) 5

B) 1


C) 10

D) 15


E) 2,5
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
33) Böyüklərdə krikotireoid membranın ölçüləri?
A) 0,5 sm × 0,5 sm təşkil edir

B) 1,5 sm × 1,5 sm təşkil edir

C) 0,5 sm × 5,0 sm təşkil edir

D) 0,9 sm × 3,0 sm təşkil edir

E) 3,0 sm × 5,0 sm təşkil edir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
34) Sеrеbral damarları ən güclü gеnişləndirir?
A) Barbituratlar

B) PCO2-nin artması

C) PO2-nin azalması

D) Efir


E) Halоtan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
35) Krikotireoidotomiya yaxud krikotireoid membranın punksiyası üçün göstərişdir?
A) Traxeyanın aşağı səviyyəsində obstruksiya ilə əlaqədar olan asfiksiya

B) Arterial qanda oksigenin parsial təzyiqinin kritik səviyyəyə qədər düşməsi ilə müşahidə olunan bütün hallar

C) Səs yarığı yaxud ondan yuxarı səviyyədə obstruksiya ilə əlaqədar olan asfiksiya, əgər traxeyanın intubasiyası mümkün deyilsə

D) Arterial qanda karbon qazının parsial təzyiqinin 2 dəfə yüksəlməsi ilə müşahidə olunan bütün hallar

E) Səs yarığı yaxud ondan yuxarı səviyyədə obstruksiyası ilə əlaqədar olan asfiksiya, əgər traxeyanın intubasiyası mümkündirsə
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
36) Krikotireoidotomiya metodu icra olunanda?
A) Dəri qövsvarı kəsiklə, krikotireoid membran uzununa kəsilir

B) Dəri və krikotireoid membran xaçvari kəsilir

C) Dəri və krikotireoid membran köndələn istiqamətdə kəsilir

D) Dəri köndələn istiqamətdə, krikotireoid membran uzununa kəsilir

E) Dəri və krikotireoid membran uzununa kəsilir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
37) Krikotireoidotomiya metodu icra olunanda xəstənin spontan tənəffüsü üçün kifayət olan borunun minimal daxili diametri?
A) 15-16 mm olmalıdır

B) 2 sm olmalıdır

C) 2 mm olmalıdır

D) 4-5 mm olmalıdır

E) 1 sm olmalıdır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
38) Larinqospazm üçün nə xarakterikdir?
A) Səs yarığının normada geniş olan arxa hissəsinin daralması

B) Səs yarığının normada geniş olan ön hissəsinin daralması

C) Qırtlağın üzüyəbənzər qığırdaq səviyyədə daralması

D) Qırtlaq qapağı ilə qırtlaq girişinin bağlanması

E) Bronxiolların daralması
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
39) Yenidoğulmuşlarda traxeyanın uzunluğu?
A) 1 sm-dır

B) 7 sm-dır

C) 2 sm-dır

D) 4 sm-dır

E) 10 sm-dır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
40) Böyüklərdə traxeyanın uzunluğu?
A) 5 sm-dır

B) 3 – 5 sm arasındadır

C) 5 – 9 sm arasındadır

D) 9 – 15 sm arasındadır

E) 20 sm-dır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
41) Böyüklərdə traxeyanın uzunluğunun ortası yerləşir?
A) Xəncərəbənzər çıxıntı səviyyəsində

B) Vidaci çuxuru səviyyəsində

C) Döş sümüyünün yuxarı 1/3 səviyyəsində

D) Döş sümüyünün ortası səviyyəsində

E) Döş sümüyünün aşağı 1/3 səviyyəsində
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
42) Sorucu kateteri endoraxeal borudan keçirməklə tənəffüs yollarını bəlğəmdən təmizlədikdə?
A) Minimal diametrli sorucu kateterdən istifadə edilməlidir

B) Sorucu kateter endotraxeal borunun dəliyini tam tutmalıdır

C) Sorucu kateterin və endotraxeal borunun ölçüləri eyni olmalıdır

D) Sorucu kateterin diametri endotraxeal borunun diametrindən 2 dəfə kiçik olmalıdır

E) Sorucu kateter endotraxeal borudan tam sərbəst keçməlidir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
43) Arxası üstə uzanan xəstənın bəlğəmi adətən yığılır?
A) Retrofaringeal sahədə

B) Aşağı burun keçəcəyində

C) Yuxarı burun keçəcəyində

D) Dilin altında

E) Ağız boşluğunda
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
44) Anеstеziya zamanı anafilaktik rеaksiyanı aradan qaldırmaq üçün aşağıda göstərilən tədbir düzgündür?
A) Yüksək dоzada furоsеmidin vеnadaхili yeridilməsi

B) Adrеnalinin vеnadaхili vurulması (50-100 mkq)

C) Vеnadaхili infuziyaların dayandırılması

D) Natrium bikarbоnatın vеnadaхili yeridilməsi

E) Anеstеziyanın dərinləşməsi üçün nəfəs alınan qarışıqda anеstеtikin kоnsеntrasiyasının yüksəlməsi
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
45) Anafilaksiya zamanı ilk növbədə nə etmək lazımdır?
A) Antihistamin prеparatlarının yeridilməsi

B) Traхеyanın intubasiyası

C) Kоrtikоstеrоidlərin yeridilməsi

D) Adrеnalin hidrохlоridin vеnadaхili yeridilməsi

E) Mayе infuziyası
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
46) Kişilərdə kəsici dişlərdən traxeyanın bifurkasiyasına qədər olan məsafə :
A) 18 sm

B) 26 sm


C) 23 sm

D) 29 sm


E) 20 sm
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
47) Əgər kişilərdə intubasion borunun kəsici dişlərin səviyyəsində olan nişanı 28 sm göstərirsə, onda borunun distal ucu harada yerləşir?
A) Qırtlaqda

B) Sol baş bronxda

C) Sağ baş bronxda

D) Traxeyanın bifurkasiyadan yuxarı olan nahiyədə

E) Traxeyanın bifurkasiyasında
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
48) Kişilərdə kəsici dişlərdən səs bağlarına kimi olan məsafə təxminən neçə sm-ə bərabərdir?
A) 13

B) 23


C) 17

D) 20


E) 10
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
49) Böyüklərdə onurğa beyin mayesinin miqdarı :
A) 400-500 ml

B) 130-150 ml

C) 30-40 ml

D) 5-10 ml

E) 800-1000 ml
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
50) Sarı bağ fəqərələrin hansı hissələrini birləşdirir?
A) Fəqərə qövslərini

B) Fəqərələrin tin çıxıntılarını

C) Fəqərə cisimlərini arxa tərəfdən

D) Fəqərə cisimlərini və tin çıxıntılarını

E) Fəqərə cisimlərini ön tərəfdən
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
51) Hansı fəqərələrin tin çıxıntıları üfüqi xəttdə yerləşir?
A) Orta və aşağı döş fəqərələrinin

B) Boyun, iki yuxarı döş və aşağı bel fəqərələrinin

C) Bel, beş oma və büzdüm fəqərələrinin

D) Boyun və döş fəqərələrinin

E) Aşağı döş, bel, oma fəqərələrinin
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
52) Yenidoğulmuşlarda onurğa beyni neçənci fəqərəyə kimi çatır?
A) S2

B) L3


C) L1

D) S4


E) L5
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
53) Beyin kötüyünə daxil deyildir?
A) Orta beyin

B) Uzunsov beyin

C) Baş beyin körpüsü

D) Beyincik

E) Ara beyin
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
54) Yuxarı ətrafın medial dərialtı venası?
A) Qoltuqaltı nahiyədə yerləşir və yuxarı ətrafın səthi və dərin venalarının əsas kollektorudur

B) Əlin arxasının medial nahiyəsindən başlayır, bazunun yuxarı hissəsinin ortasına çatanda bu venadan qoltuqaltı vena başlayır

C) Əlin arxasının lateral nahiyəsindən başlayır, körpücükaltı-döş fassiyasını deşir və qoltuqaltı venaya daxil olur

D) Qoltuqaltı venanın davamıdır

E) Yuxarı ətrafın lateral dərialtı venasından başlayır, dirsək çuxurunu çəpinə keçərək, medial dərialtı venaya daxil olur
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
55) Körpücükaltı vena üçün xarakterik deyildirdir?
A) Punksiya zamanı hava emboliyasının baş vermə ehtimalı

B) Sklerotik dəyişikliklərin olmaması

C) Nəfəsalma zamanı yığılmaması

D) Qapaqlarn olması

E) Böyüklərdə bu venanın diametrinin 15 – 25 mm olması
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
56) Anestezioloji-reanimatoloji praktikada punksiya üçün ən təhlükəsiz sayılan hansı arteriyadır ?
A) Körpücükaltı arteriyadır

B) Mil arteriyasıdır

C) Dirsək arteriyasıdır

D) Bud arteriyasıdır

E) Ümumi yuxu arteriyasıdır
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.

  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə