Bİznesin qiYMƏTLƏNDİRİLMƏSİ” FƏNNİNİn təDRİs proqram I baki – 2008




Yüklə 89.92 Kb.
tarix27.04.2016
ölçüsü89.92 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

BİZNESİN QİYMƏTLƏNDİRİLMƏSİ”



FƏNNİNİN TƏDRİS
P R O Q R A M I

BAKI – 2008

Tərtib edənlər: Azərbaycan Respublikasının Əməkdar

müəllimi, iqtisad elmləri doktoru, professor

Abbasov Alıcan Bayramalı oğlu
i.e.n., dosent Abbasova Rəna Ələsgər qızı

Redaktor: Azərbaycan Respublikasının Əməkdar

müəllimi, iqtisad elmləri doktoru, professor

Abbasov Alıcan Bayramalı oğlu

Giriş
Bazar münasibətləri inkişaf etdikcə biznesin qiymətləndirilməsinə tələbat daha da artır. Özəlləşdirilən və ləğv edilən müəssisələrin, yaxud səhmlərinin likvidliyi aşağı olan səhmdar cəmiyyətlərinin xüsusi kapitalının bazar dəyərini qiymətləndirilməsi vacibdir. Həmçinin, müəssisə və şirlətlərdə investisiyalaşdırma, kreditləşdirmə, sığortalaşdırma, vergitutma bazasının hesablanması, habelə əmlakın icarəyə verilməsi və girov qoyulması ilə əlaqədar biznesin qiymətləndirilməsi xüsusi aktuallıq kəsb edir.

Müəssisələrin restrukturizasiyasının əsaslandırılmış istiqamətinin seçilməsində biznesin qiymətləndirilməsi böyük rol oynayır. Biznesin qiymətləndirilməsi prosesində müəssisənin idarə edilməsinə alternativ yanaşmalar aşkara çıxarılır ki, onlardan müəssisənin fəaliyyətinin maksimum səmərəliliyini təmin edən yanaşmanı müəyyənləşdirmək mümkündür. Bununla müəssisənin yüksək bazar dəyərini müəyyənləşdirmək olar.

Bazar iqtisadiyyatına keçid MDB ölkələrində olduğu kimi, Azərbaycan Respublikasında da yeni peşələrin , xüsusilə ekspert-qiymətləndirici peşəsinin yaranmasına səbəb olmuşdur. Yeni xidmət növlərinə tələbatın getdikcə artması ilə əlaqədar olaraq iqtisadiyyatın yeni sahəsi – əmlakın qiymətləndirilməsinin qanunvericilik və metodik əsasları işlənib hazırlanır. MDB ölkələri arasında ilk dəfə olaraq 1998-ci ildə Azərbaycan Respublikasında “Qiymətləndirmə fəaliyyəıti haqqında” qanun qəbul edilmişdir. 2000-ci ildə qiymətləndirmə fəaliyyətini tənzimləyən standartların və normaların hazırlanmasına kömək üçün respublikanın Nazirlər Kabinetinin qərarı ilə komissiya yaradılmış, peşəkar qiymətləndiricilərin hazırlanması barədə Təhsil Nazirliyinə konkret tapşırıqlar verilmişdir.

“Biznesin qiymətləndirilməsi” fənnində müasir biznesin qiymətləndirilməsi anlayışı, məqsədi və prinsipləri, müəssisənin dəyərinin idarə edilməsi konsepsiyası, biznesin qiymətləndirilməsi üçün lazımi informasiyaların hazırlanması, gəlir, bazar və məsrəf metodları və Azərbaycan Respublikası üçün onların uyğunlaşdırılması, şirkətin maksimum bazar kapitallaşdırılmasına yönəldilən innovasiya layihələrinin və qiymətli kağızlar portfelinin idarə edilməsi, sahibkarlıq risklərinin aşağı salınması yolları, investisiya layihələrinin qiymətləndirilməsi, müəssisənin maliyyə sağlamlaşdırılması proqramının işlənib hazırlanması və digər mövzuların məntiqi ardıcıllıqla tədirsi nəzərdə tutulur. Burada həmçinin magistrlərə firma və şirkətlərin bazar dəyərinin artırılması üsulu kimi onların əmlakının, səhmdar kapitalının, aktivlərinin, debitor və kreditor borclarının restrukturizasiyası, hesabat, bank əməliyyatlarının maliyyə nəticələrinin qiymətləndirilməsi haqqında zəruri biliklər öyrədiləcəkdir.

Bu fənnin tədrisi iqtisadiyyatın müxtəlif sahələri üçün yüksək ixtisaslı qiymətləndirici kadrların, magistrlərin hazırlanmasında müstəsna rol oynayacaqdır.

Mövzu 1. Biznesin qiymətləndirilməsi anlayışı,

predmeti, məqsədi və prinsipləri
Biznesin qiymətləndirilməsi obyekti. Gəlirin alınması prosesi və gəlir gətirən mülkiyyət kimi biznesin təsviri. Biznes sferasında mülkiyyətin və kapitalın formalaşması və istifadəsi. Qiymətləndirmə obyekti kimi biznesin xüsusiyyətləri. Biznesin qiymətləndirilməsinin zəruriliyi və məqsədi. Biznesin qiymətləndirilməsində maraqlı tərəflər. Qiymətləndirmə zamanı müəyyənləşdirilən müxtəlif dəyər növləri. Qiymətləndirmənin məqsədi və qiymətləndirmə üçün istifadə olunan dəyər arasında qarşılıqlı əlaqə.

Biznesin qiymətləndirilməsi prosesi və onun həyata keçirilməsi mərhələləri. Biznesin qiymətləndirmə prosesinin müəyyən prinsiplərə və standartlara əsaslanması. Biznesin qiymətləndirilməsi prinsipləri: təqdim olunan mülkiyyətçiyə əsaslanan prinsiplər; mülkiyyətin istismarı ilə əlaqədar prinsiplər; bazar mühitinin dəyişməsilə şərtləşən prinsiplər. Biznesin qiymətləndirilməsinin əsas standartları: əsaslandırılmış bazar dəyəri standartları; əsaslandırılmış dəyər standartları; inestisiya dəyəri standartları; daxili (fundamental) dəyər standartları. Qiymətləndirmə üçün informasiyaların tam və etibarlılığını, bazar iştirakçıları üçün anlaşıqlılığı nəzərə almaqla biznesin dəyər standartlarının təsnifatı.


Mövzu 2. Biznesin dəyərinin idarə edilməsi konsepsiyası
Müəssisənin dəyərinin idarə edilməsi konsepsiyasının məzmunu. Firmanın bazar dəyərinə məhsul və proses innovasiyalarının təsiri. Müəssisənin dəyərinin idarə edilməsi konsepsiyasında menecerlər üçün nəzərdə tutulan vəzifələr. Müəssisənin idarə edilməsi konsepsiyasının praktiki reallaşdırılması variantları.

Innovasiya inhisarçılığı və perspektivdə şirkətin bazar dəyərinin artırılmasına onun təsiri. Şirlətin bazar dəyərinə müxtəlif amillərin təsirinin qiymətləndirilməsi.

Müəssisənin dəyərinin idarə edilməsi konsepsiyasının investorların maraqlarına uyğun gəlməsinin praktiki əsaslandırılması.

Biznesin qiymətləndirilməsinin praktiki tətbiqi. Qiymətləndirici xidmət sahəsinin formalaşması. Daşınmaz əmlakın, maşın və avadanlıqların, intellektual mülkiyyətin qiymətləndirilməsi, yəni əmlak kompleksinin ayrı-ayrı elementlərinin qiymətləndirilməsi üzrə xidmət sahəsinin formalaşması. Müasir dövrdə biznesin qiymətləndirilməsi sahəsinin üstün templə yaradılması. Şirkətlərin iri səhm paketinin alqı-satqısı zamanı düşünülmüş qiymətlərin əsaslandırılması. Səhmlərin alınması, yeni səhmlərin emissiyası, müflisləşən müəssisənin satışa hazırlanması, özəlləşdirilən müəssisənin satışa hazırlanması. Müflisləşən müəssisənin sanasiya variantlarının əsaslandırılması. Əmlak kompleksinin qiymətləndirilməsi kimi biznesin praktiki qiymətləndirilməsinin xüsusiyyətləri.


Mövzu 3. Biznesin qiymətləndirilməsi üçün

informasiyaların hazırlanması
Biznesin qiymətləndirilməsinə kompleks yanaşmanı reallaşdırmaq üçün böyük miqdarda informasiyaların toplanması və təhlilinin zəruriliyi. Biznesin qiymətləndirilməsi prosesində istifadə olunan informasiyaların təsnifatı.

Xarici informasiya. Müəssisənin fəaliyyət göstərməsinin xarici şəraitinə aid olan makroiqtisadi və sahə amilləri: inflyasiya, ölkənin iqtisadi inkişaf tempi, sahədəki rəqabət şəraiti və s. Makroiqtisadi riskin əsas amilləri və onların xarakteristikası. Iqtisadi inkişaf tempinin dəyişilməsilə əlaqədar risk, faiz dərəcəsinin dəyişməsilə əlaqədar risk, siyası risk və onların əsas informasiya mənbələri. Təchizat bazarı və onun əsas informasiya mənbələri. Rəqabət şəraiti və onun əsas informasiya mənbələri.

Daxili informasiya. Qiymətləndirilən müəssisənin fəaliyyətini xarakterizə edən daxili informasiyalar: müəssisənin tarixi barədə məlumatlar, müəssisənin marketinq strategiyası. Istehsal gücləri, fəhlə və idarəedici heyət, daxili maliyyə hesabatı.

Qiymətləndirmə prosesinə maliyyə sənədlərinin hazırlanması. Qiymətlən-dirmə prosesində hesabata inflyasiya ilə əlaqədar düzəlişlərin edilməsi. Qiymətləndirmə prosesində mühasibat uçotunun normallaşdırılması. Mühasibat uçotunun transformasiyası. Qiymətləndirmə prosesində nisbi göstəricilərin: maliyyə əmsalları, işgüzar aktivlik, balansın struktur əmsalı, rentabellik və s. göstəricilərin hesablanması.


Mövzu 4. Biznesin qiymətləndirilməsinə gəlir yanaşması
Biznesin qiymətləndirilməsinə gəlir yanaşmasının metodologiyası. Müəssisənin gələcək gəlirinin onların baş verməsi vaxtını nəzərə almaqla qiymətləndirilməsi. Müəssisənin proqnozlaşdırılan gəlirləri: mühasibat mənfəəti və zərərləri; pul axınları. Biznesin qalıq cari dəyəri. Yeni başlanan biznesin xalis cari dəyəri.

Pul axınlarının diskontlaşdırılması metodu. Diskontlaşdırılmış pul axınları metodu ilə biznesin dəyərinin müəyyən edilməsinin mahiyyəti. Pul axınları və onun proqnozlaşdırılması. Xüsusi kapital üçün pul axınları (tam pul axınları) və borcsuz pul axınları. Diskontlaşdırılmış pul axınları metodu ilə müəssisənin qiymətləndirilməsinin əsas mərhələləri. Pul axınları modelinin seçilməsi. Satışdan alınan ümumi gəlirin petroperspektiv təhlili və proqnozu. Məsrəflərin və investisiyanın təhlili və proqnozu. Diskont dərəcəsinin müəyyən edilməsi. Xüsusi kapital üçün pul axınları və bütün investisiyalaşmış kapital üçün pul axınları üzrə diskont dərəcəsinin müəyyənləşdirilməsinin mövcud metodları və onların məzmununun açıqlanması.

Gəlirin kapitallaşması metodu və onun iqtisadi məzmunu. Gəlirin (mənfəətin) kapitallaşması metodunun tətbiqinin əsas mərhələləri. Kapitallaşacaq mənfəətin məbləğinin seçilməsi. Kapitallaşma dərəcəsinin hesablanması. Biznesin qiymətləndirilməsinə gəlir yanaşmasında risklərin uçotunun aparılması üsulları: senarilər üsulu və diskont dərəcəsinin xüsusi yüksəldilməsi üsulu və onların məzmunu. Biznes riskini nəzərə alan diskont dərəcəsinin müəyyən edilməsi metodları. Gözlənilən gəlirin kapitallaşması metodu.
Mövzu 5. Biznesin qiymətləndirilməsinə bazar yanaşması
Biznesin qiymətləndirilməsinə bazar (müqayisəli) yanaşmasının ümumi xarakteristikası. Biznesin qiymətləndirilməsinə bazar yanaşması metodologiyası. Biznesin qiymətləndirilməsinin məqsədi, obyekti və konkret şəraitindən asılı olaraq bazar yanaşmasının reallaşdırılması metodları: kapital bazar metodu, saziş metodu, sahə əmsalları metodu.

Kapital bazar metodu. Kapital bazar metodunun alqoritmi. Analoji müəssisə üzrə qiymət multiplikatorların hesablanması. Analoji-müəssisənin bazar multiplikatoru üzrə qiymətləndirilən müəssisənin xüsusi kapitalının müəyyən edilməsi. Saziş metodu və onun məzmununun açıqlanması. Sahə əmsalları metodu və onun məzmununun açıqlanması.

Biznesin qiymətləndirilməsinə bazar yanaşmasında xarici analoqlardan istifadə edilməsi. Analoji-müəssisələrin seçilməsinin əsas prinsipləri. Qiymət multiplikatorların xarakteristikası. Biznesin qiymətləndirilməsinə bazar yanaşmasında istifadə olunan informasiyaların tipləri: bazar (qiymət) informasiyası və maliyyə informasiyası.
Mövzu 6. Biznesin qiymətləndirilməsinə məsrəf yanaşması
Biznesin qiymətləndirilməsinə məsrəf (əmlak) yanaşması sərf olunmuş xərcləri nəzərə almaqla müəssisənin dəyərini müəyyənləşdirir və aktivlərin yığılması metodu ilə reallaşdırılır. Aktivlərin yığılması metodunun modifikasiyaları və onların məzmunu. Biznesin qiymətləndirilməsinə əmlak yanaşmasında istifadə olunan anlayışlar və qarşıya qoyulan məqsədlər. Müəssisə əmlakının material və qeyri-material aktivlərə bölünməsi.

Material aktivlərinin tərkibi: real maliyyə aktivləri. Real aktivlərin bazar dəyərinin müəyyən edilməsi. Maliyyə aktivlərinin bazar dəyərinin müəyyən edilməsi xüsusiyyətləri. Qeyri-material aktivlərin bazar dəyərinin müəyyən edilməsi. Daşınmaz əmlakın (torpaq, bina və tikililər) bazar dəyərinin müəyyən

edilməsi. Maşın və avadanlığın bazar dəyərinin qiymətləndirilməsi.
Mövzu 7. Səhm paketinin dəyərinin qiymətləndirilməsi
Səhm paketinin qiymətləndirilməsinin təməl prinsipləri və alqoritmləri. Şirkətlərin konkret səhm paketinin qiymətləndirilməsi alqoritmlərinə aydınlıq gətirilməsi. Nəzarət səhm paketinin əldə edilməsinə görə mükafatlandırma qaydası. Səhm paketinə nəzarət dərəcəsindən asılı olaraq güzəştlərin müəyyən edilməsi. Səhm paketinə nəzarətin əsas ünsürləri.

Nəzarətsiz səhm paketlərinin dəyərinin qiymətləndirilməsinə əsas yanaşmalar: birinci yanaşma – “yuxarıdan – aşağıya”, ikinci yanaşma – “üfiqi” və üçüncü yanaşma – “aşağıdan – yuxarıya”. Səhmlərin likvidliyinin və onların yerləşdirilməsinin bazara təsirinin öyrənilməsi. Səhmlərin likvidliyinin kifayət qədər olmamasına görə verilən güzəştlərin həcminə təsir edən amillər. Səhmlərin likvidliyinin aşağı olmasına görə güzəştlərin müəyyənləşdirilməsi metodları.

Əldə edilən səhm paketinin ölçüsündən və onun likvidliyindən asılı olaraq müəssisə əmlakının qiymətləndirilməsi prosesində yekun dəyərini almaq üçün qiymətləndirmə metodlarının seçilməsi mərhələləri.
Mövzu 8. İnnovasiya layihələri üzrə investisiya təkliflərinin uçotu
Innovasiya istehsalda və təchizatda yeni və yaxşılaşdırılmış keyfiyyətli məhsul növlərinin yaradılması və mənimsənilməsi prosesi kimi. Innovasiya töhfəsinin qiymətləndirilməsinə təsir edən amillər. Maliyyə-böhranlı müəssisənin dəyərinin artırılmasına innovasiya töhfəsinin müəyyən edilməsi. Innovasiya nəticəsində şirkətin bazar dəyərinin artırılmasının kapital bazar metodu və aktivlərin yığılması metodu ilə proqnozlaşdırılması.

Investisiya layihələrinin maliyyə səmərəlilik göstəricilərinin: xalis cari də-yəri, daxili rentabellik norması, sadə ödəmə müddəti, diskontlaşdırılmış pul axın-ları üzrə hesablanmış ödəmə müddəti, start investisiyanın özünümaliyyələşdirmə ilə təmin edilmə dərəcəsi, uyğunlaşan xalis cari dəyəri və s. göstəricilərinin hesablanması.

Innovasiya layihələrinin biznes-planına qarşı irəli sürülən əsas tələblər. İnvestisiya və sahibkarlıq layihələrinin biznes-planları və onların məzmunu. Planlaşdırılan layihənin keyfiyyətini nəzərə almaqla innovasiyaya yatırılan investisiyanın effektivliyinin qiymətləndirilməsi. Innovasiya layihələrinin biznes-planının strukturu və məzmunu. Sahibkarlıq innovasiya layihəsinin biznes-planının strukturu və məzmununun səciyyəvi xüsusiyyətləri.
Mövzu 9. Şirkətin maksimum bazar kapitallaşması

üçün innovasiya layihələrinin idarə edilməsi
Müəssisənin bazar dəyərinə innovasiya layihələrinin verdiyi töhfənin idarəetmə modeli. Innovasiya layihəsinin mərhələləri üzrə müəssisə hərəkət etdikcə innovasiya layihəsinin qalıq cari dəyərinin və müəssisənin bazar dəyərinə onun töhfəsinin dəyişilməsi qanunauyğunluqları: innovasiya layihəsi üzrə pul axınlarının strukturunun dəyişilməsi; gözlənilən pul axınlarının qeyri-müəyyənliyin azaldılması; innovasiya layihəsi üzrə əvvəlcədən başlanılmış biznesin müəssisə üçün satılması imkanının saxlanılması, yaxud itirilməsi.

Əmlak sinergetikası innovasiya layihəsi həyata keçirən müəssisənin dəyərinin dəyişilməsini qiymətləndirmək üçün əsas kimi. Müəssisənin bazar dəyərinə innovasiya layihələrinin töhfəsinin sürətlənməsinə idarəetmənin təsiri. Innovasiya layihələrinin həyata keçirilməsi prosesində menecmentin əsaslandığı istiqamətlər.


Mövzu 10. İnvestisiya şirkətlərinin aktivlərin idarə edilməsi
İnvestisiya şirkətləri və biznesin qiymətləndirilməsi üçün onların xüsusi maraq kəsb etməsi. Innovator firmanın investisiyalaşdırılması anlayışı və meyarları. Iri səhm paketi əldə edən şirkətə həqiqətən 100 faizli nəzarətin təmin edilməsi halları: firmanın udulması, onunla birləşmə.

Müəssisələrin udulmasında əsas məqsədlər: alıcı sənaye müəssisələrinin tə-

sərrüfat fəaliyyətinin diversifikasiyası; alıcı maliyyə şirkətlərin investisiya portfelinin optimallaşdırılması; alıcı şirkətlərin öz vertikal inteqrasiya dərəcəsinin yüksəldilməsi. Udulan müəssisənin səhmlərin ayrılması haqqında mif. Səhmlərin həqiqətən ayrılması halları. Real iqtisadi həyatda şirkətlərin udulması və birləşməsi zamanı digər müəssisənin iri səhm paketini əldə edən müəssisə səhmlərinin ayrılması şərtləri.

Müəssisənin qiymətləndirilməsi üzrə işlərin ən mühüm mərhələlərindən biri hesabatın tərtib edilməsidir. Biznesin qiymətləndirilməsi barədə hesabatın əsas vəzifələri və onların həlli zamanı yerinə yetirilən tələblər. Hesabatın əsas bölmələri və onların məzmunu.


Mövzu 11. Risklərin və qiymətli kağızlar portfelinin

idarə edilməsində investisiyaların diversifikasiyası
Investisiya portfelinin sadə diversifikasiyası və onun effektivliyi barədə açıq-lanma. Risksiz aktivlərdən istifadə etməklə investisiya portfelinin diversifikasiyası. Investisiya gəlirliliyinin risksiz dərəcəsi. Portfelə risksiz investisiya aktivinin daxil edilməsində riskin minimumlaşdırmaq üçün imkanların açıqlanması.

Investisiya risklərinin xedjirləşmə metodologiyası. “Sahələr üzrə” və “ölkələr üzrə” diversifikasiya metodu ilə investisiya portfelinin xedjirləşməsi. Kapital aktivlərinin qiymətləndirilməsi modeli əsasında investisiya portfelinin optimal diversifikasiyası. Markovitsə görə investisiya portfelinin diversifikasiyası. Markovits – Tobin portfelinin məzmunu və səmərəliliyi. Investisiya portfelinin diversifikasiyasında xalis cari dəyər göstəricisindən istifadə olunması.


Mövzu 12. Risklərə konkret investorların

fərdi üstünlüyünün nəzərə alınması
Investisiya portfelinin idarə edilməsində gəlirlilik və risk arasında fərdi üstün-

lüyün nəzərə alınmasının zəruriliyi. Investisiya risklərinə fərdi üstünlüyün nəzərə alınmasında faydalıq nəzəriyyəsinin əsasları. Riskli gəlirin faydalılıq funksiyasının iqtisadi məzmununun interpretasiyası. Faydalılıq iqtisadi anlayış kimi. Faydalılığın kvadrat funksiyası. Faydalılığın loqarifmik funksiyası. Investorların üç tipi: risklərə neytral qalan, risklərə meyli olmayan və risklərə meylli investorlar.

Optsionlar nəzəriyyəsi. Investisiya alətləri portfelinin optsionlar və fyuçers vasitəsilə diversifikasiyası. Real optsionlar nəzəriyyəsi və onun effektivliyi. Investisiya layihəsinin bzines-planında real optsionun yeri. Investisiya portfellərinin xedjirləşməsində optsionlar nəzəriyyəsinin modeli. “Qarmaq modeli”. Optsionların statik və dinamik xidjirləşməsi.
Mövzu 13. Şirkətin bazar dəyərinin dəyişilməsinin

və investisiya layihələrinin monitorinqi
Innovasiya layihəsinin həyata keçirilməsilə əlaqədar müəssisənin dəyərinin artmasının monitorinqinin aparılması. Texnoloji və təşkilati innovasiyanın müəssisənin bazar dəyərinə təsirinin müəyyən edilməsi. Investisiya layihələrinin reallaşdırılmasının şirkətin bazar dəyərinin idarə edilməsinə təsirinin müəyyən edilməsi. Müəssisənin cari bazar dəyərinin iki komponentə bölünməsi qaydası. Şirkətin dəyərinin dəyişilməsi amillərinin aşkara çıxarılması. Şirkətin bazar dəyəri göstəricisinin müntəzəm qiymətləndirilməsində istifadə olunan informasiyalar və metodlar. Aparılan manitorinqin nəticələrindən müəssisənin menecmentində istifadə edilməsi istiqamətləri.
Mövzu 14. İnvestisiya layihələrinin qiymətləndirilməsi
Investisiya layihələrinin mahiyyəti, təsnifatı və səciyyəvi əlamətləri. Investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi meyarları və göstəriciləri. Investisiya layihələrinin statik və dinamik qiymətləndirmə metodları. Investisiya layihələrinin kommersiya cəlbediciliyinin maliyyə-iqtisadi əsaslandırılması. Investisiya layihələrinin investisiya bazarındakı situasiyaya, maliyyə bazarının vəziyyətinə, investorun peşəkarlıq maraqlarına və vərdişlərinə, layihənin maliyyə imkanına, geosiyasi amilə görə qiymətləndirilməsi. Vaxt amilini nəzərə almaqla pulun dəyərinin dəyişilməsi nəzəriyyəsinə əsaslanan qiymətləndirmənin sadə və mürəkkəb metodlarının təsviri. Investisiya layihələrinin qiymətləndirilməsində istifadə olunan göstəricilər sistemi. Ödəmə müddəti, gəlirlərin xalis cari dəyəri, layihənin gəlirlik dərəcəsi (rentabellik əmsalı), layihənin daxili gəlir dərəcəsi, gəlirlik dərəcəsinin modifikasiyası, maliyyə menecmentinin gəlirlik dərəcəsi və onların hesablanması üsulu.
Mövzu 15. Bankın dəyərinin qiymətləndirilməsinin xüsusiyyətləri
Maliyyə institutları arasında banklar hüquqi sistemi və biznes fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar spesifik əlamətlərinə görə fərqlənir. Bank biznesinin spesifik əlamətləri. Kredit təşkilatlarının dəyərinin qiymətləndirilməsi xüsusiyyətləri. Kommersiya bankının davamlı fəaliyyətinin mühüm əlamətləri. Banklarda aparılan əməliyyatların təsnifatı. Bank sektorunda baş verən birləşmənin və ayrılmanın təbiətini şərtləndirən amillər.

Bankdaxili dövriyyə. Bankın strukturunu təşkil edən şöbələr: depozit, xəzinədar və kredit şöbələri. Depozit şöbəsinin, xəzinədar şöbəsinin və kredit şöbəsinin yerinə yetirdikləri funksiyalar. Bankın dəyərini xarakterizə edən mütləq və nisbi göstəricilər: pul vəsaitlərinin axını, bank səhmlərinin bazar dəyəri və onların müəyyən edilməsi üsulları.



Qiymətləndirmənin məqsədi və qiymətləndirmə üçün istifadə olunan dəyər növləri arasında qarşılıqlı əlaqə. Balans dəyəri, bazar dəyəri, fəaliyyət göstərən müəssisənin dəyəri və ləğvedilmə dəyəri anlayışları və onların məzmunu. Bank biznesinin qiymətləndirilməsinin aparılması metodları: məsrəf, yaxud xalis aktivlərin qiymətləndirilməsi metodu; gəlir, yaxud gəlir göstəricilərinə və nağd pul axınlarının miqdarına əsaslanan metod; müqayisə, yaxud bazar metodu və onların mahiyyəti və məzmunu. Bank əməliyyatlarının maliyyə stabilliyinin və nəticə-lərinin qiymətləndirilməsi. Bankın kredit portfelinin, qiymətli kağızlar portfelinin və digər aktivlərinin qiymətləndirilməsi metodları. Bankın xalis aktivlərinin dəyərinin qiymətləndirilməsinin aparılması sahəsində beynəlxalq təcrübə.
Biznesin qiymətləndirilməsi” fənninin

mövzular üzrə ayrılmış tədris saatları




Mövzuların adları

Cəmi

o cümlədən

mühazirə

seminar

1

Biznesin qiymətləndirilməsi anlayışı, predmeti, məqsədi və prinsipləri

4

2

2

2

Biznesin dəyərinin idarə edilməsi konsepsiyası

4

2

2

3

Biznesin qiymətləndirilməsi üçün informasiya-ların hazırlanması

4

2

2

4

Biznesin qiymətləndirilməsinə gəlir yanaşması

4

2

2

5

Biznesin qiymətləndirilməsinə bazar yanaşması

4

2

2

6

Biznesin qiymətləndirilməsinə məsrəf yanaşması

4

2

2

7

Səhm paketinin dəyərinin qiymətləndirilməsi

4

2

2

8

İnnovasiya layihələri üzrə investisiya təkliflərinin uçotu

4

2

2

9

Şirkətin maksimum bazar kapitallaşması üçün innovasiya layihələrinin idarə edilməsi

4

2

2

10

İnvestisiya şirkətlərinin aktivlərin idarə edilməsi

4

2

2

11

Risklərin və qiymətli kağızlar portfelinin idarə edilməsində investisiyaların diversifikasiyası

4

2

2

12

Risklərə konkret investorların fərdi üstünlüyünün nəzərə alınması

4

2

2

13

Şirkətin bazar dəyərinin dəyişilməsinin və inves-tisiya layihələrinin monitorinqi

4

2

2

14

İnvestisiya layihələrinin qiymətləndirilməsi

4

2

2

15

Bankın dəyərinin qiymətləndirilməsinin xüsusiy-yətləri

4

2

2




Cəmi

60

30

30

Ədəbiyyat


  1. Бирман Г., Шмидж С. Экономический анализ инвестиционных проектов. – М.: ЮНИТИ, 1997

  2. Владайцев С.В. Оценка бизнеса и управление стоимостью предприятия. Учебное пособие для вузов – М.: ЮНИТИ-ДАНА, 2001, 720 с.

  3. Григорьев В.В. Оценка предприятий: доходный подход – М.: Федеративные издательство, 1998

  4. Григорьев В.В., Островник И.М. Оценка предприятий: имущественный подход – М.: Дело, 1998

  5. Инновационный менеджмент: Учебник для вузов. Под ред. М.Д.Ильенковой – М.: ЮНИТИ, 1997

  6. Ковалев А.П. Как оценить имущество предприятия – М.: Финансы и статистика, 1996

  7. Крушвиц Л. Финансирование и инвестирование. Учебник для вузов – СПб.: Питер, 2000

  8. Оценка бизнеса. Учебник. Под ред. А.Г. Грязновой, М.А. Федотовой – М.: Финансы и статистика, 2003, 512 с.

  9. Пратт Ш. Оценка бизнеса: Пер. с англ. – М.: Институт экономического анализа Всемирного Банка, 1996



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə