Bismilləhir-rəhmanir-rəhim butun hemdsena alemlerin Rebbi olan Allaha mexsusdur! Allahin salam ve salavati agamiz ve seyyidimiz Hezret Muhemmed ve onun pak Ehlibeytine, xususile Allahin yer uzunde saxladigi shexse hezret Mehdiye olsun!




Yüklə 97.41 Kb.
tarix22.04.2016
ölçüsü97.41 Kb.
بِسمِ الله الرحمن الرَحِيمِ اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن

BISMILLƏHIR-RƏHMANIR-RƏHIM

Butun hemdsena alemlerin Rebbi olan Allaha mexsusdur! Allahin salam ve salavati agamiz ve seyyidimiz Hezret Muhemmed ve onun pak Ehlibeytine, xususile Allahin yer uzunde saxladigi shexse hezret Mehdiye olsun!
Eqaid deri (3) Allahin varliğinin dəlilləri

Dünyanın bütün qanunları səbəbnəticə qanunu əsasında qurulmuşdur.

Varlıqların arasında səbəbnəticə qanunu hökm sürür. Hər hansı bir varlıq başqasına yalnız bu şərtlə tə`sir edə bilər ki,

Allahın bu tə`sirin gerçəkləşməsinə iradəsi və izni olsun. Allahın hikmətli iradəsi bu əsasda olmuşdur ki, Öz feyzini səbəbnəticə əsasında həyata keçirsin.

Qur`anikərimdə buyurulur ki, təbii varlıqlar arasında həm səbəbnəticə qanunu hökm sürür, həm də hər hansı bir səbəbin tə`sir göstərməsi Allahın iradə və izninə bağlıdır.

Qur`anikərim birinci məsələ barəsində buyurur: “O, göydən su nazil etdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi.”

Ikinci məsələ barəsində isə belə buyurur: “Təmiz bir məmləkətin bitkiləri Rəbbinin iznilə çıxar.

Bəqərə surəsini 164cü ayəsində buyurulur:

Həqiqətən asimanların və yerin yaradılışında, gecəgündüzün birbirini əvəz etməsində, dəryalarda insanların xeyrinə olaraq hərəkət edən gəmilərdə, Allahın səmadan nazil edərək ölü yeri bir daha diriltdiyi və yer üzərində müxtəlif növ canlıları vücuda gətirdiyi yağış suyunda,



edərək ölü yeri bir daha diriltdiyi və yer üzərində müxtəlif növ canlıları vücuda gətirdiyi yağış suyunda, həmçinin küləklərin cərəyan istiqamətlərinin dəyişməsində,

yerlə göy arasında təsxir olunmuş vəziyyətdə qalan buludlarda əql və təfəkkür sahibi olan insanlar üçün Allahın haqq olmağına dair əlamət və nişanələr vardır.

Bu ayede VARLIQ ALƏMINDƏ ILAHI ZATIN CILVƏLƏRI

Qeyd olunan ayə Pərvərdigarın yeganəliyi haqda, yə`ni tövhid barəsində söhbət edərək Allahın varlığını isbat edir.

hər hansı bir yerdə qanunauyğunluq və nizamın olması həmin yerdə elm və biliyin hakim olmasına, vəhdət və yeganəliyə dəlalət edir.

Buna əsasən varlıq aləmində mövcud olan nəzmə, dəqiq və harmonik şəkildə nizamlanan qanunauyğunluğa, yenilməz və kamil olan qüdrət və elm mənbəyinə, eləcə də Allahın, məxluqatın xəlq və idarə olunmasındakı yeganəliyinə diqqət yetirdikdə bilirik ki, bütün bu e`cazkar varlıqlar Allah tərəfindəndir.

Bu ayədə varlıq aləminin hər bir üzvü böyük Yaradanın aşkar bir nişanəsini və ulu Tanrının misilsiz qüdrət nümunələrini bəyan edir.

1 Göylərin və yerin yaradılışı

Bu əzəmətli asimanda milyonlarla günəş sistemləri, milyardlarla sabit və hərəkətdə olan ulduzlar mövcuddur. Onların bə`ziləri qaranlıq gecədə sayrışaraq, sanki bizimlə söhbət edir, bə`ziləri isə adi gözlə görünməyib yalnız böyük teleskopların vasitəsi ilə müşahidə olunur.

Bunların hamısı zəncir halqaları kimi birbiri ilə bağlıdır, aralarında son dərəcə qəribə və dəqiq əlaqələr vardır. Həmçinin yerin yaradılışı, onda olan müxtəlif həyat təzahürləri, milyonlarla bitki və heyvan növlərinin hamısı O pak və müqəddəs Zatın nişanələri, Onun, elm, qüdrət və yeganəliyini əks etdirən şah əsəridir.

şər elmi inkişaf edib irəlilədikcə bu kainatın əzəmət və genişmiqyaslılığı daha da aşkar olur. Halbuki, elmitərəqqinin son inkişaf mərhələsi heç kəsə mə`lum deyildir.

Alimlərin nəzərinə görə kainatda minlərlə kəhkəşan (qalaktika) mövcuddur. Təkcə bizim kəhkəşanda yüz milyonlarla sistemlər vardır ki, yaşadığımız günəş sistemi onlardan yalnız biri hesab olunur.

Həzrət Peyğəmbər (s) və mə`sum imamlardan (ə) Qur`anikərim ayələrinə istinadən, bə`zi planetlərdə canlı varlıqların olmasını göstərən çoxlu rəvayətlər nəql olunmuşdur. Bu barədə həm islam alimləri, həm də sair elm xadimləri tərəfindən çoxlu kitablar yazılmışdır.

Onlardan bə`ziləri aşağıdakılardan ibarətdir: “Qur`an nəzərindən Yer, asimanlar və ulduzlar” (doktor Məhəmməd Sadiqi); “Qur`an və müasir elm” (Əbdül Qəni əl-Xətib); “Yaradılış aləmi” (Hüseyn Nuri); “Yer və asiman” (A. Velkof); Kəhkəşan və teleskoplar” (Vilyam Cikafi Men).

Əlbəttə, başqa planetlərdə olan həyatın, yer üzərində mövcud olan həyatdan fərqli olması ehtimalı da verilə bilər. Buna görə də bu işin tam araşdırılması üçün Yerdə mövcud olan həyat və onun xüsusiyyətlərini ümumi həyat me`yarı kimi götürmək olmaz.

Gecə-gündüzün bir-birini əvəz etməsi xüsusi nəzm və tədrici hərəkətlə baş verir. Onlardan biri müntəzəm surətdə azalır, digəri isə artır. Bu artıb-azalma ilə dörd fəsil əmələ gəlir, bitkilər və sair canlılar öz təkamül mərhələlərini keçir. Bütün bunlar Allahın gözəl sifət və Zatının nişanələrindən sayılır.

Əgər bu tədrici dəyişiklik olmasaydı, yaxud dəyişikliklər müəyyən qanunauyğunluq əsasında baş verməsəydi, həmişə gündüz və ya gecə olsaydı, həyat tamamilə məhv olub aradan gedərdi.

İnsanın Allah və məada (ölümdən sonrakı həyata) e`tiqad bəsləməməyi yalnız o zaman mümkün ola bilər ki, bütün varlıq aləminə, səbəb-nəticə silsiləsinə agah olsun və məbdə və məad barədə bir şey tapa bilməsin.

Belə bir əhatəli idrak hasil olmayınca, yaradılışın və ölümdən sonrakı həyatın olmamağını yəqin etməsi qətiyyən mümkün olan bir şey deyildir; mümkün ola biləcək şey yalnız bunların varlığını bilməməkdir.

Odur ki, ədalət və insafın tələbinə görə Allahtaalanın varlığında şəkk edən bir kəs, gərək söz və əməldə şəkkin tələbinə əməl etsin.

Mebde=Allah

Məsələn, bir kəs hər hansı bir varlığın olmasını ehtimal edərsə, əbədi səadət bu varlığın axtarılıb tapılmasına, əbədi fəlakət isə onun əldən verilməsinə bağlı olsa, əqli vəzifəsi bu varlığı nə dildə, nə də qəlbdə inkar etməməkdir.

Əməldə isə, onun barəsində bacardığı qədər araşdırma aparmağa çalışmalıdır. Əməli vəzifələr məqamında da ehtiyat etməlidir ki, Onun mövcud olduğu təqdirdə də əbədi səadətdən məhrum və əbədi fəlakətə düçar olmasın deyə, fərmanından boyun qaçırmasın.

rmanından boyun qaçırmasın. Bu, eynilə buna bənzəyir ki, bir şəxs dadlıləzzətli yeməyində ölümünə gətirib çıxaracaq zəhərin olmasını ehtimal etdiyindən ağlı ona bu yeməkdən çəkinməyə hökm edir.

Allahın varlığında şəkk edən hər kəs əqlən vacib olan ədalətin tələbinə uyğun əməl etsə, şübhəsiz, iman və mə`rifətə çatacaqdır:

Bizim yolumuzda cihad edənləri mütləq Öz yollarımıza hidayət edərik” .



Yox, əgər bu həqiqətə qarşı zülm rəva görübsə, Mütəal Allahı tanımağın hasil olması ağlasığmazdır: “(Allah) hikməti istədiyi şəxsə bəxş edər. Hər kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir”,

Allah zalımları (yaramaz əməlləri səbəbi ilə haqq yoldan) sapdırar. Allah istədiyini edər”.



İnsan özünə və idrakı hüdudlarında olan şeylərə nəzər saldıqda və onun hər bir üzv və zərrələrini mülahizə etdikdə bu qənaətə gəlir ki, bunların hər hansı birinin yoxluğu heç də qeyrimümkün deyildir: onun olması da, olmamağı da mümkündür və o, zatən nə varlığı, nə də yoxluğu zəruri olan bir mövcuddur. və o, zatən nə varlığı, nə də yoxluğu zəruri olan bir mövcuddur. Varlığı və yoxluğu mümkün olan hər bir şey (mümkünülvücud) onu vücuda gətirəcək səbəbə möhtacdır. Bu, hər iki gözü bərabər olan tərəziyə bənzəyir ki, kənardan tə`sir olmadıqda gözlərdən birinin digərindən ağır olması mümkün deyildir

Bu aləmin hər bir hissəsi, mövcud olmasında ona «vücud» bəxş edəcək bir səbəbə möhtacdır. Vücud bəxş edən də ya onun özüdür, ya da onun kimi başqa varlıqdır.

Buradan daha diqqetli olun

Özünə gəlincə, vücud onun özündə yoxdursa, onu necə bəxş edə bilər?! Özü kimisi də həmçinin; özünə vücud bəxş edə bilmirsə, digərinə necə bəxş edə bilər?!

Bu aləmin hər bir hissəsinə hakim olan bu hökm istisnasız olaraq bütün aləmlərə də hakimdir.

Eynilə zatən nura malik olmayan fəzada görünən işıq, başqasından deyil, zatən ziyası, nuru olan bir mənbənin mövcud olduğuna dəlildir.

Çünki, əks təqdirdə heç bir fəza işıqlanmazdı. Çünki zatən qaranlıq, zülmət olan bir şeyin nəinki başqalarını, heç özünü də işıqlandırması mümkün deyildir. Deməli, kainatın və vücudun həyat, elm, qüdrət və s. kimi kamilliklərinin mövcud olması elə bir həqiqətin varlığına dəlildir ki, onun həyatı, elmi, qüdrəti və s. Onun zatındandır və özündən qeyri heç bir şeyə bağlı deyildir:

أَمْ خُلِقُواْ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ الْخـٰلِقُونَ

Yoxsa onlar heç nədən yaradıldıqlarını, yaxud özlərinin xaliq olduqlarını güman edirlər?!”

Eqaid dersinin davami insaAllah sabah saat 10-dur 15 deq teneffus sonra exlaq

Sənəma , sənin cəmalın, "kəşəfəd-düca" deyilmi?

Həbiba, sənin kəmalın, "bələğəl-ula" deyilmi?

İki bərqozidə adın, sənin ey həbibi-Rəhman

Biri Əhmədi Mühəmməd, biri Müstəfa deyilmi?

O Əhəddi, sən də Əhməd, götürülsə "mim" adından,

Aradan hicab açılsa, bir adın Xuda deyilmi?

Sifəti-kəmali-məhmud, yığışıb Mühəmməd üzrə

Nə əcəb "həbib"ü-"məhbub" iki aşina deyilmi?

Nə dil ilə bu cəmalı, bu kəmalı vəsf edim mən?

Belə sərvi qəddi rə`na sən üçün səza deyilmi?

İki gözlərin qarası, fələki nücuma dair

Səqəleyni insi-cinnə ələmül-hüda deyilmi?

Üfiqi cəbini alun iki nuri həqqə mətlə`

Biri ziyayi "Vəş-şəms" biri "Vəz-züha" deyilmi

İki qaşların arası, şəbi Qədrə qabə qovsey

Baqirul_Ulum:

heseneynide qoshunda bura



İki ləblərin dəmindən axar abi-hövzi-Kövsər,

Biri nəbati şəkkər, birisi səfa deilmi?

İki şüddə dürri dəndan sədəfi dəhəndə qəltan,

Düzülüb çü dürri-rəxşan dürrü-pürbəha deyilmi?

O gül üzdə xali əsvəd, həcəri səvadi Kə`bə



Bu qara üzümü sürtüm, gözümə ziya deyilmi?

Dolanıb təvafi qılsam başuva, dəxi nə lazım

Mənə Kə`bənin təvafı məgər iftixar deyilmi?

Başımı qoyum ayağın tozuna, gəlim fədaya

Kəsiləm yolunda qurban, sənə can fəda deyilmi?

Məhi təl`əti cəmalun , üfüqi ziyayi Həqdən,

Verir aləmə "Şüai", əcəb incila deyilmi?


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə