Bismillahir-Rəhmanir-rəhm




Yüklə 37.89 Kb.
tarix24.04.2016
ölçüsü37.89 Kb.
Bismillahir-Rəhmanir-rəhm
Əziz mömin baci və qardaşlar.Bizim bu günlərimiz Peyğəmbər (S)-ın ciyərpərəsi,cənnət qadınlarının Seyyidəsi ,imamlar anası ,iki dünya xanımlarının xanımı Fatimeyi Zəhra Salamullahi Əleyhanın şəhadəti günlərinə təsadüf edir.Fatimeyi Zəhra (S.Ə) besətin 5-ci ilində, cəmadiüs sanı ayının 20-də (amuli fildən 5 il sonra) cümə günü Məkkədə, Peyğəmbər (s) –ın və Xədiceyi Kubranın (s,ə) ailəsində dünyaya göz açıb.Allah yanında 9 ən məşhur adlarından bunları da qeyd etmək olar: Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddisə, Zəhra. Künyələri: Bətul, Xəyrün Nisa, Əzra, Bəzətin Nübüvvə, Dürrətül Beyza, Ümmül-Əimmətil-əthar,Ümmül-Həsən, Ümmül-Hüseyin, Ümmül-Möminin, Ümmül Fəzail Səyyidətü-Nisail-aləmin, Ümmül Xiyyərə, Ümmül Nicaba ,Ümmül Əshar. Peyğəmbər (s)-ın Fatimə (s.ə)-nı nə qədər sevməsi aşkardır ki, Peyğəmbər (s) səfərə gedəndə onun qapısını döyür və Xanımla xudahafizləşir, səfərdən qayıtdıqda isə görüşdüyü birinci və xəbər aldığı şəxs də qızı Fatimə (S.Ə) idi. Odur ki,Peygəmbər (S) buyurur:”Dünyanın Ən üstün qadını dörddür : “Məryam, Asiya, Xədicə və Fatimə”, ”Allah Onun sevincindən razı qalır, əziyyətindən qəzəblənir “Fatimənin sevinci Mənim sevincimdir, Onun qəmi Mənim qəmimdir.Qızım Fatiməni sevən Məni sevir.Fatiməni sevindirən Məni sevindirir, Fatiməni qəzəbləndirən Məni qəzəbləndirir.” “Fatimə Mənim cismimin bir parçasıdır.Onu narahat edən Məni narahat etmişdir.” Allah-tala Qurani Kərimdə buyurur:

Ey Peyğəmbər! Musəlmanlara de ki, əgər Allahı sevirsinizsə mənə tabe olun, o zaman Allah da sizi sevər” “Ali İmran” surəsi, ayə 31.

“Nur” surəsi, ayə 63



Həqiqətən Peyğəmbər sizin üçün gözəl bir numunədir.” “Əhzab” surəsi, ayə 21 Həşr ayə 7

Peyğəmbər (s)-ın Fatiməni (S.Ə) sevməyi tapşırmağı ,onu əziyyəti qadağan etməsi də öz nəfsindən deyil, çünki Quran buyurur:

Allahın Rəsulu hər nə dedisə, İlahi vəhydən dedi;Həvayi nəfsindən danışmadı.” “Nəcm” surəsi, ayə 3-4

Onda belə başa düşülür ki, həm o vaxtkI, həm də indiki müsəlmanlara vacib olur ki Peyğəmbərə (S) itaət edib Onun ciyərparəsi ilə vicudunun bir hissəsi olan qızını sevsin, o ki qala Ona əziyyət etmək ! Allahu Əkbər ! Bizim bacı və qardaşlarmız indiyə kimi də Peyğəmbərin (S) sevimli qızının mübarək məzarinın harada olduğunun birmirlər ! Bütün məsumların məzarları və dəfn olduqları yerlər bilinir , amma bizim ümmətimizi və ümumiyyətlə, bütün bəşəri düz yola hidayət etmək üçün məbus olan Peyğəmbərin (S) qızının məzari bilinmir!

Quran Peyğəmbərə(S) buyurur: “Ey Peyğəmbər ! De ki Risalət yolunda çəkdiyim əziyyət müqabilində Əhli Beytitmi sevməkdən başga bir şey istəmirəm”

“Şura” sürəsi, ayə 23.

Bu , Peyğəmbərin (S) butun bəşəriyyətin xılası naminə olan Hidayətin qarşısında təkcə Əhli Beytə sevgi istəyir.Peyğəmbərin (S) bizim ona təslim olacağımız halda bizi səadətə çatdırması tam yəqindir.Amma Peyğəmbərin (S) sözünə məhəl qoymayıb, Onun vəfatından sonra Onun Reyhanəsini şəhid etdilər.

Bu da onların Allah Rəsuluna və Onun dediklərinə qoyduqları hörmət!!!

Butun bunların hamısı Peyğəmbərin (S) ümumbəşər üçün etdiklərindən sonra ona və dediklərinə məhəl qoymalarıdır! Hadisələrin necə baş verməsi isə əksər kitablarda, istər sunni, istərsə də şiə mənbələrində zikr olunub.

“Xəlifə bir qrup adamla birlikdə Ömərə əmr etdi ki, hər nəyin bahasına olursa olsun, Fatimənin evinə yığışanları çölə çıxardib hamısından beyət alsın.O, Usəyd ibni Həzir, Səlimət ibni Səlamət, Sabit ibni Qeys və Məhəmmət ibni Məsləmənin olduğu bir qurpla birlikdə Fatimənin (S.Ə) evinə gəldi ki, oradakıları xəlifə ilə beyət etmək üçün dəvət etsin və əgər ona musbət cavab verməsələr, onları evdən zorla çıxarıb məsçidə gətirsinlər.Xəlifənin məmuru evin qarşısında uca səslə qışqırıb dedi ki, oradakılar tez bir zamanda xəlifə ilə beyət üçün evdən çıxsınlar. Amma evdəkilər çölə çıxmadılar. Ömər odun gətirilməsini tələb etdi. Ona dedilər: ” Peyğəmbərin (S) qızı Fatimə (S.Ə) orada olan bir halda evi necə yandırısan ?” O, soyuqqanlıqla cavab verdi: “O olsa da belə, evi yandiracağam.” Bu vaxt Fatimə (S.Ə) qapını dalına gəlib dedi: “Sizin kimi pis bir mövqedə dayanan bir cəmiyyət tanımıram.Siz Rəsullahın (S) cənazəsini bizim aramızda qoyub öz başına xilafət barəsində qərara gəldiniz.Nə üçün öz hökümətinizi zorla bizə qəbul etdirirsiniz? Bizim haqqımızda olan Xilafəti özümüzə qaytarmırsıniz?” Ömər bu sözlərdən sonra camaatın onları qınadığını görüb, Əbu Bəkrin yanına döndü. Əbu Bəkri Əli (Ə) –dan beyət almağa təhrik etdi. Əbu Bəkr bir neçə dəfə Qunfuzu Əlinin (Ə) qapısına göndərdi. Qunfuz qapının dalına gəlib Əlini (Ə) çağırdı və dedi: “Allah Rəsulunun xəlifəsinin əmrinə görə məsçidə gəlin!” İmam Əli (Ə) bu sözün cavabında dedi: “Nə tez Allah Rəsuluna iftira yaxırsan? Peyğəmbər (s) onu Özünə canişin təyin etdi ki, o Allah Rəsulunun xəlifəsi olsun?” Qunfuz çarəsiz qalıb. geri qayıdıb olanları Əbu Bəkrə xəbər verdi.Nəhayət, Ömər bir dəstə əsgərlə birlikdə Həzrəti Fatimənin (S.Ə) evinə gəlib qapını döydü.Həzrəti Fatimə (S.Ə) onların səsini eşitcək, uca səslə fəryad edib dedi:”Ata can, Ya Rəsullallah! Səndən sonra Ömər ibni Xəttab və Əbu Bəkr ibni Əbu Quhafədən nələr çəkdik?”

Hələ də atasının matəmi sovuşmayan Fatimənin (S.Ə) nalələri ürək yandıran idi ki, Ömərlə gələnlərin bir qurupu Fatimənin (S.Ə) evinə hücum etməkdən boyun qaçırıb, oradan ağlar halda qayıtdılar.Amma Ömər bir neçə əsgər ilə qaldı və onlar zorla evə soxulub qapını Fatimənin (S.Ə) böyrünə çırpdı və bu zərbə nəticəsində Fatimənin (S.Ə) Peyğəmbərin (S) Möhsin adı qoyduğu körpəsi (siqt oldu) düşdü.

Şəhristani İbrahim ibni Səyyardan nəql edir: “Ömər beyət alma günlərində gapını Fatimənin (S.Ə) böyrünə çırpdı və onun bətnində olan uşağı siqt elədi və əmr etdi ki, evi içində onlarla birlikdə yandırsınlar.Halbuki evdə Əli (Ə),Huseyn (Ə) və Həsəndən (Ə) başqa heç kim yox idi.”

Şəhristani “Miləl və Nihəl” 2 c.səh.59

Səlahəddin Xəlil ibni Əbik Sifdi “Vafi bil Vəfayət” kitabı.

İbrahim ibni Səyyar, ibni Hani Bəsridən nəql edir: ”Sonra Əli (Ə)-ı beyətə apardılar. Tez ol, Əbu Bəkrə beyət et!”-dedilər.Əli (Ə)- “Əgər beyət etməsəm nə edəcəksiniz?”-dedi. Dedilər: “Bu halda Allaha and olsun boynunu vurarıq.”Əli (Ə) buyurdu: ”Allahın qulu və Rəsullallahın qardaşını öldürəcəksiniz? ”Ömər dedi: “Sən Rəsullallahın qardaşı deyilsən!” Əbu Bəkr onun bu sözləri qarşısında sakit durub heç bir şey söyləmədi. Ömər Əbu Bəkrə tərəf dönərək dedi: “Bütün bu işləri sənin əmrinlə etmirikmi?” Əbu Bəkr dedi: “Fatimə həyatda olduğu müddətdə onu məcbur edə bilmərik.” Həzrəti Əli (Ə) Rəsullallahın qəbrinin üstünə gələrək gözü yaşlı halda Harunun qardaşı Musaya dediklərini Peyğəmbərə (S) dedi : “Qardaş! Sən dünyadan köçəndən sonra bu qövm Məni gücsüz saydı və az qalırdı ki , Məni öldürsünlər.” “Əraf” sürəsi, ayə 150

Əbu Məhəmməd ibni Müslüm ibni Quteybə ibni Əmir Bahili Deynəvəri ”Tarixi Xülafayi Raşidin və dövlətin əməvi” 1 c.səh 13

“Əl imamətül vəs siyasət” 1 c. səh 12-13. 2 c. səh 12

“Şərhü Nəhcül Bəlağə” İbni Əbil Hədid 1 c. səh 134 2 c. səh 12

İbni Əbdür Rəbbih Əndəlusi “Əqdül Fərid” 3 c. səh 63: 4 c. səh 260

“Tarixi Təbəri” 2-c. səh. 443 (Ziyad ibni Kuleyibdən nəql edir.) 3 c. səh 202 (Dairətül Maarif çapı).

İbni Şəhnə “Kamilin Haşiyəsi” 11 c. səh 112.

“Tarixi Əbül Fəda” 11 c. səh 156.

“Əlamün Nisa” 3 c. səh 1205.

İslam dinin dəyərli təlimlərindən biri də budur ki, heç bir müsəlmanın (əvvəlcə icazı almadan) başqasının evinə daxil olmağa haqqı yoxdur. Əgər ev sahibi qonaqları qəbul etmək istəməsə, onlar incimədən geri dönməlidirlər.

Ey İman gətirənlər! Başqaların evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu sizin üçün daha yaxşıdır. Bəlkə (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız. Əgər orda heç kimi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə “Geri dönün” deyilsə, geri dönün, Bu Allah yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə etdiklərinizi bilir!”Nur” sürəsi ,ayə 27-28.

Ey İman gətirənlər! Peyğəmbərin evlərinə icazəsiz daxil olmayın!”

“Əhzab” sürəsi, ayə 51.

Əbul Həsən ibni Əli ibni Hüseyn Məsudi “Murucuz-Zəhəb” adlı kitabında bu hadisələri geniş şəkildə yazaraq deyir: “Həzrəti Əliyə (ə) qarşı təcavüz etdilər, Onun evinin qapısını yandırdılar. Evdə olanları zorla çölə çıxartdılar, Xanımlar Xanımı Fatiməni (S.Ə) isə qapı ilə divar arasında sıxdılar, bu əsnada Xanımın Möhsin adlı uşağı düşdü”.

Bu deyilənləri yazmaqdan bəziləri çəkinsələr də, digər insaflı insanlar bu həqiqətləri bəyan etmişlər. Bundan sonra bir hadisəyə nəzər salmaq yerinə düşərdi ki, bu hadisənin qiymətini Peyğəmbər (S) öz zamanında vermişdir. Əhli Sünnənin görkəmli alimlərindn biri öz kitabiında yazır: “Rəsullalahın qızı Zeynəb (Ə) xalası oğlu Abul As ibni Əbdül. Əzzanın xanımı idi. Abul As Bədr döyüşündə müsəlmanlara əsir düşdü. Müşriklərin fidyə verərək onların qurtara biləcəkləri razılaşdırıldıqda, Əbul As xanımı Zeynəbə xəbər göndərərək ona bir qədər mal göndərməsini istədi. Zeynəb anası Xədicədən (S.Ə) ona yetişmiş olan Yəmən əqiqi və Rum yaqutu ilə bəzədilmiş incisini həyat yoldaşı Əbul Asın azad olunması üçün Peyğəmbərə (S) göndərdi. Rəsullalah (S) qızının göndərdiyi incini gördükdə çox pərişan oldu. Əshab Rəsullalahın (S) xatirinə, fidyə almadan qızının həyat yoldaşını azad etdilər. Rəsullalah (S) Əbul Asa “Zeynəb sənə haram olduğuna görə onu Mədinəyə göndər” – deyə buyurdu. O, da qəbul etdi. Rəsullalah (S) yaşlı olan Zeyd ibn Harisəni Zeynəbi Mədinəyə aparması üçün onula birlikdə Məkkəyə göndərdi. Müşriklər Peyğəmbərin (S) qızı Zeynəbin Mədinəyə yola düşdüklərini eşitdikdə, Əbu Süfyanla birlikdə bir qrup süvari onları təqib etməyə məmur oldu. Müşriklər “Zi Tuva” deyilən yerdə onlara çatdı. Cabbar ibni Əsvəd adlı bir şəxs nizəni Zeynəbin kəcavəsinə tulladı. Belə ki, nizənin ucu Zeynəbin kürəyinə sancildi. Qorxu və vəhşətdən bətnindəki uşağı düşdü. Mədinəyə çatıb bu hadisəni Rəsullalaha (S) nəql etdikdə, Həzrət (S) həddən artıq narahat oldu. Bundan sonra Cabbarın qanını halal qərar verib, əli ilə qolunun kəsilərək öldürülməsini əmr etdi”. İbni Əbil Hədid yazır: - Bu mətləbi ustadım Əbu Cəfərə oxudum, Cavabında dedi: -“Əgər Peyğəmbər (S) qızı Zeynəbi qorxudub onun uşağnın düşməsinə səbəb olan bir kəsin qanını halal etmişdirsə, əgər Rəsullalah (S) həyatda olsaydı, qızı Fatiməni (S.Ə) qorxudub Onun oğlu Möhsinin siqt olmasına (düşməsinə) səbəb şəxsin də qanını hökmən halal qərar verərdi”.

İbn Əbil Hədid. “Şərhü Nəchül Bəlavə” 3 c. səh. 351: 14 c. səh. 192.

Bütün bu olanlardan sonra isə Xanımın məhzərinə gedib ondan halallıq almaq istəyi də yarandı.

İbni Qüteybə yazır : “Əbu Bəkr Ömərə dedi: “Gəl gedək Fatiməgilə, çünki onu qəzəbləndirmişik”. Birlikdə Fatimənin (S.Ə) evinə gəldilər. Lakin Məzlum Fatimə (S.Ə) onlarla görüşmək istəmədi. Həzrəti Əlini (Ə) vasitəçi tutduqdan sonra Fatimə(S.Ə) Onun sözünə ehtiram göstərib səssiz durdu, onlara evə daxil olmağa izin verdi. İçəri girib salam verdilər, lakin Xanım (S.Ə) üzünü divara çevirdi. Əbu Bəkr belə dedi: “Ey Rəsullalahın qızı! Allaha and olsun ki, Peyğəmbərin qohumluğunu öz qohumluğumdan daha çox sevirəm. Səni qızım Aişədən daha çox sevirəm. Kaş ki Rəsullalahdan (S) sonra mən də öləydim. Mən Sənin dəyər, şərəf və fəzilətini hər kəsdən yaxşı bilirəm. Əgər Səni mirasdan məhrum etdimsə də, bil ki, Peyğəmbərdən (S) eşitdiyim bu hədisə əsaslandım: “Biz Peyğəmbərlər miras qoymuruq, qoyduğumuz sədəqədir”. Həzrəti Fatimə (S.Ə) Əmirəl Möminin Əliyə (Ə) belə buyurdu: “Mən onlara Rəsuli Əkrəmin bir hədisini xatırladacağam. Qoy Allah rizası üçün doğru söyəsinlər. Məgər Rəsullalahın bu hədisini eşitməyiblərmi?! “Fatimənin rizası Mənim rizamdı, qəzəbi Mənim qəzəbimdir, Fatiməni sevən Məni sevmişdir, Onu razı edən Məni razı etmişdir, Fatiməni qəzəbləndirən Məni qəzəbləndirmişdir”. Onlar:- “Bəli. Həzrəti Peyğəmbərdən (S) bu hədisi eşitmişik” dedilər. Bu əsnada Fatimə (S.Ə) belə buyurdu: “Allahı və mələkləri şahid tuturam ki, sizlər Məni qəzəbləndirdiniz, Məni razı etmədiniz. Atam Rəsullalahla görüşəndə ikinizdən də Ona şikayət edəcəyəm!” Əbu Bəkr Həzrəti Fatimənin (S.Ə) bu bəyanının qarşısında ağlaya-ağlaya belə dedi: “Sənin və Peyğəmbərin qəzəbindən Allaha sığınıram”. Fatimə (S.Ə) ağlayaraq buyurdu “Allaha and olsun ki, hər namazda sizə bəd dua edirəm”. Əbu Bəkr bu sözləri eşitdikdə ağlayaraq bayıra çıxdı. Xalq onun ətrafına toplandı və ona təsəlli verməyə çalışdı. O belə dedi: “Vay olsun sizə! Siz Həyat yoldaşlarınıza və evinizə sevinc içində dönürsünüz. Məni buraxın, mənim sizin beyətinizə ehtiyacım yoxdur, məndən yan keçin. Allaha and olsun ki, Fatimədən eşitdiklərimdən, gördüklərimdən sonra heç bir müsəlmanın boynunda beyətimin olmasını istəmirəm”.

İbni Qüteybə Deynəvəri “Tarixi Xüləfa” 1 c. səh. 14.

Buxari və Müslüm də bu hadisəni “Səhihlərində” qeyd edirlər ki: Fatimə Əbu Bəkrə qəzəbləndi və küsərək ömrünün axırınadək onunla danışmadı. Dünyadan getdiyi zaman həyat yoldaşı Əli (Ə) Xanımın (S.Ə) vəsiyyətini yerinə yetirib Ona namaz qılıb gecə ikən dəfn etdi və bu barədə Əbu Bəkrə heç nə demədi”.

Buxari 3 c. səh. 39,

4 c. səh. 96,

5 c. səh 5, 5 c. səh. 82 Fəfrzül Xums babı.

6 c. səh 196 “Qəzavət” kitabı “Xeybər Qəzvəsi” babı.

8 c. səh. 8

Müslüm 3 c. səh.1380

5 c. səh. 153.

Ey insaflı insanlar! Əbu Bəkrə xəbər verilməməsinin “Səbəbini”“Niyə”-liyini özünüz fikirləşin! ALLAH bəsirət və əql sahiblərini Peyğəmbərin (S) və Əhli Betin (Ə) yoluna – Sünnəyə hidayət etsin! AMİN, Ya Rəbbəl Aləmin!

Əli Xanım Fatimə Zəhranı (S.Ə) dəfn edərkən belə dedi: “Ey Rəsullalah! Mənim və indicə yanına gələrək Sənə qovuşan qızın tərəfindən Sənə salam olsun. Ey Peyğəmbər! Seçilmiş və pak qızının ayrılığından səbrimin kasası dolmuş və taqətim əldən getmişdir. Amma Sənün ölümün və rəhmətindən sonra Mənə hər nə müsibət üz versə də kiçikdir. Səni öz əlimlə qəbirə qoydum və vəfat zamanı başın sinəmin üstündə idi ki, ruhunu tapşırdın. İnna lillahi və inna ileyhi raciun. Qızın Sənə xəbər verəcək ki, Sənin qövmün Ona zülm etməkdə əl-ələ verdilər. Ondan israrla hər şeyi soruş. Hansı ki, Sənin əhdindən çox keçməmiş, xatirən unudulmamışdır! Hər İkinizə salam olsun! Nə qəzəbli, nə də sakit olmayanın salamı! Əgər getsəm, səbəb o deyil ki, qalmaq Məni sıxır. Əgər qalsam bu Allahın səbr edənlərə verdiyi vəddən naümid olmaqdan deyil!”

İndi isə ey insaf əhli, baxın və görün ki, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərin (S) ciyərparəsi ilə necə rəftar etdilər! Ən gözəl münsif və hakim Allahdır. Əlhəmdulillahir – rəbil – aləmin! Peyğəmbərin (S) tapşırdığı: “Fatiməyə əziiyət edən Mənə əziyyət edibdir”- sözündən sonra, Quran ayəsinə diqqət et! Ey insaf və haqq axtaran, özünə hörmət qoyub başqasının haqqını hədər etməyən İnsan!

Həqiqətən Allahı və Onun Rəsulunu incidənlərə. Allah dünyada və axirətdə abədi lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır”.

“Əhzab” sürəsi, ayə 57.

And olsun ALLAHA ki, bu sətirləri yazarkən ALLAHIN vasitəsilə olan hidayətdən başqa bir fikir yox idi! Mən Xanıma (S.Ə) verilən əziyyətləri yazmaqda acizəm və ALLAHI şahid tuturam ki, bu sətirləri yazarkın mən nə hal keçirmişəm.Ey İnsan! Məgər ANA dediyin şəxsə bir kəs əziyyət etsə, o şəxs hətta atan olsa belə qəzəbin tutur, o ki, qala əziz Peyğəmbərimizin Qızı--İki Dünya Xanımlarının Xanımı olan Xanım Fatimeyi Zəhra (S.Ə) ola!!!

Bu barədə tarix və alimlər öz sözlərini deyib. Qalan sözlər isə Qiyamət günü deyiləcək. Elə bir mövqedə - “Haqq” – tərəfində olaq ki, həmin günün müdhiş əzabında heç kimi qınamayaq ki, “Bizim bu həqiqətlərdən xəbərimiz yox idi!!!”

ALLAH Özü bunlara şahid olsun!!!

Əziz müsəlman bacı və qardaşlar! Bu hüzünlü günlərdə sizə və bütün Əhli Beyt sevərlərə dərin hüzünlə baş sağlığı verib, deyirik: “ İlahi! Səni And veririk İzzət və Cəlalına ki, bizi qiyamət və dünyada Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salma! Bizim bu kədərimizi də Ağamız və Xilaskarımıza, İmam Zamana (Ə.F) çatdır! Sənə Təvəkkül edib, Sənə sığınırıq!”


Əssalamu Əleykum Və Rəhmətullahi və Bərərkətuh.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə