BİRİNCİ FƏSİl məAD




Yüklə 478.4 Kb.
səhifə1/4
tarix30.04.2016
ölçüsü478.4 Kb.
  1   2   3   4
ƏBƏDİ HƏYAT
MÜƏLLİF: MÜRTƏZA MÜTƏHHƏRİ

BİRİNCİ FƏSİL

MƏAD


«Məad islam dünyagörüşünün bir hissəsini təşkil edir».

İslam dünyagörüşü prinsiplərinin bir hissəsində dinə [İslam dininə] olan etiaqdın əsasını təşkil edən «əbədi həyata ya axirət dünyasına» olan imandır. Axirət dünyasına iman gətirmək müsəlmançılığın əsas şərtlərindən biridir. Yəni axirət dünyasına iman gətirməyən şəxs müsəlman ümmətindən xaric olmuş hesab olunur.

İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tohidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur. Kəlam alimləri bu prinsipi dini ədəbiyyata «məad» termini kimi daxil etmişlər.

Qurani-kərimdə axirət dünyası, məhşərdə aparılan sorğu-sual, cənnət və cəhənnəm, ölülərin məhşərə necə daxil olmaları, insanların əməl dəftərləri, axirət dünyasının əbədiliyi və bu kimi digər məsələlər haqda yüzlərlə ayə ilə qarşılaşırıq. Amma on bir ayədə məhz Allaha iman gətirdikdən sonra axirət dünyasına iman gətirməyin zəruriliyinə işarə edilmişdir. Onlardan biri də «Yəvmul axir» yəni, sonuncu gündür. Qurani-kərim bu ifadə ilə bizə iki mühüm məsələni bəyan edir:

1. İnsan həyatı, başqa sözlə desək, dünyanın qət etdiyi mərhələ iki qismə bölünür və onların hər birini «gün» kimi tanımalıyıq. Onlardan biri ilk olaraq başlayır və digəri başlamazdan əvvəl sona çatır (yaşadığımız aləm). Sonrakı gün isə ikinci mərhələ olaraq başlayır, amma birincidən fərqli olaraq sona çatmayır (axirət dünyası). Qurani-kərimin bəzi ayələrində bu dünya «Ula»yəni əvvəl, axirət dünyası isə «Axirət» – yəni son kimi ifadə olunmuşdur.

2. Digəri isə bundan ibarətdir ki, biz ilk mərhələdə bu dünyanı qət edirik və hələ ki, ikinci mərhələyə (axirət dünyasına) çatmamışıq, o bizdən gizli və pünhandır. İstər bu dünyada, isətərsə də axirət dünyasında səadətimiz «axirət dünyasına» iman gətirməkdən asılıdır. Bu dünyanın səadəti ona görə axirətə olan imandan asılıdır ki, biz bu dünyada gördüyümüz bütün işlərin əksül-əməlinə diqqət yetirməli oluruq. Belə ki, insan bu dünyada gördüyü bütün işlərin hesabını axirət günü məhşərdə verməli olacaq. Demək heç bir şey məhv olub aradan getmir. İnsanın aqibəti kimi bütün işlərin də axirətdə müəyyən hesabatı olacaqdır.

Belə isə səadətə nail olmaq üçün ilk növbədə özümüzü islah etməyə və bütün xoşa gəlməz əməl və düşüncələrdən uzaq olmağa çalışmalıyıq. Daim yaxşılığa doğru getməli və xeyirxah addımlar atmalıyıq. Axirət dünyasının səadətinin axirətə olan imanla bağlılığına gəldikdə isə, bunu bilmək kifayətdir ki, insan axirətdə, bu dünyada gördüyü işlərin müqabilində cəzalandırılıb və ya mükafatlandırılacaqdır. Bütün bunları nəzərə alaraq Quran axirət dünyasına iman gətirməyi lazım və zəruri hesab etmişdir.

AXİRƏT DÜNYASINA İMANIN MƏNBƏ VƏ MƏNŞƏYİ


Axirət dünyasına olan imanın mənbə və mənşəyini hər şeydən əvvəl peyğəmbərlər tərəfindən bəşəriyyətə çatdırılan vəhydə görmək lazımdır.

Bəşər, Allahı tanıdıqdan sonra peyğəmbərlərin sədaqətinə iman gətirdi və bu həqiqəti dərk etdi ki, onlara Allah tərəfindən nazil olan vəhy məhz, həqiqətdir. Onlar Allahın vəhdaniyyətini bəyan etdikdən sonra bəşəriyyətə çatdıracağı ilk şey məhz axirət dünyası və öldükdən sonra yenidən dirilib məhşərə qayıtmaq – yəni «məad» olmuşdur. Bu səbəbdən də hər bir şəxsin axirət dünyasına iman gətirməsi (yəni, axirət dünyasına olan imanının az və ya çox olması) peyğəmbərlərə iman gətirmələri və onların sədaqəti ilə sıx əlaqəlidir. Digər tərəfdən də insanın ümumi dünyagörüşü və axirət dünyası haqda olan təsəvvürü mühüm amillərdən biri hesab olunur. Belə ki, insan axirət dünyası haqda düşünərkən bir çoxlarının düçar olduqları səhv tərz təfəkkürə və cəhalətə qatılmamalıdır.

Peyğəmbərlərin bəşəriyyətə çatdırmalı olduqları vəhy ilə yanaşı məada olan iman və etiqadın digər yolları da vardır. Belə ki, bəşəriyyətin əqli, fikri və elmi səyləri nəticəsində yaranmış ideya və məntiq peyğəmbərlərin məad haqda söylədiklərini təsdiq edir.

Və bu yollar:

1. Allahı tanımaqdan;

2. Dünyanı tanımaqdan;

3. İnsan ruh nəfsini tanımaqdan ibarətdir.

Biz hələlik fəlsəfi və elmi bəhslərlə əlaqəli olan yollar haqda söhbət açamaq istəmirik və yalnız vəhy və nübuvvət (peyğəmbərlik) ilə mətləbi açıqlamaq istəyirik. Amma Quranın bu yollarla işarə etdiyini nəzərə alıb, bir qədər sonra «Quranın axirət dünyası haqda dəlilləri» adlı bir mövzu haqda söhbət açacağıq.

Haqqında söhbət açılması zəruri olan məsələ isə, islamın əbədi həyat və ya axirət dünyası haqda olan baxışı və ona olan münasibətidir. Və bunun özü bir neçə hissədən ibarətdir:

1. ölümün mahiyyəti;

2. ölümdən sonrakı həyat;

3. Bərzəx (dünya ilə axirət arasındakı mərhələ) aləmi;

4. Böyük qiyamət;

5. Dünyəvi həyat ilə ölümdən sonrakı həyatın əlaqə rabitəsi;

6. İnsanın gördüyü işlərin təcəssümü, əbədiliyi onun təsiri;

7. Bu dünyanın, axirət dünyası ilə oxşar fərqli xüsusiyyətləri;

8. Quranın axirət dünyası haqda gətirdiyi dəlil sübutlar;

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə