Bir ulduz kimi yalqız deyləm




Yüklə 0.56 Mb.
səhifə1/2
tarix26.04.2016
ölçüsü0.56 Mb.
  1   2


 




VALİ GÖZƏTƏN

2. Basım

1

 Mən



bir ulduz kimi

yalqız deyləm

ay deyləm

mən


yalqız

ulduz


ay

gecə,


gecəylə görüşürük.

Mən


bir ulduz kimi

gecəylə görüşür.

Mən

bir mən kimi



ay deyil.

Mən


onlar kimi yalqız deyil.

Mən


bir mən kimi,

bir mən


yalqızdır

2

 Nə sən



nə mən

bir sən əkəcəyəm

sənlik biçəcəyəm

mənlik biçəcəyəm

gecə əkməyəcəyəm

    günəş-münəş

ay-may

dağ mağ


dəniz-məniz

qarış-qırış

baxış-maxış

söz-möz

pis-mis

yaş-maş


əkməyəcəyəm.

Nə sən


nə mən

əkməyəcəyəm

bir sən

səpəcəyəm              

bir sən                                 

əkəcəyəm


bir mən                               

biçəcəyəm

3

Gecə


             ayla

                                                   gündüz

                                                      günəşlə

                                                        mən

                                                               sənlə

                                               ... sənim!

   hardasan?

  

4



Sən

 küsdün məndən

                             deyilmi?

 avıcındakı göyərən ulduzu

                                                gördüm mən

 mən əkmişdim

                          deyilmi?

 

küsmədim səndən



                                deyilmi?

 avıçımda əkdiyin ulduzu

                                           gizlətmədim

 deyilmi 

 

5

  aya bir şer qoşmadım



küsəcəkdir əllərimin qoşmasından

öləcəkdir düşlərində

məni unudaraq

səssiz yazıq batışında

  6

Çağırdım sizi mən



qarğılmış daşlarla

yalqız ağaclarla

  çənli səsimlə

  çanladım sizə mən

7

Ah...


            sordum

                        sevgi nədir?

sordum                    

            da...

                        boğdum

                                   sevgini

                                               mən.

sevmədim,

heç sevmədim

sordum


            nədir sevgi?

                                   boğdum.

boğdum       

                        da

                                   boğuldum

bir ölü doğdum

doğdum                                          

8

Bir qucaq sevgisən



qucaqlamam səni

çürüyərsən qucaqlasam səni

qucaqla məni körpəm

                              qucaqla məni

9

 Bir qucaq yalqızlığam



qucaqlama məni

çürüyər yalqızlığım

                        qucaqlasan məni

                                                           körpəm

10

 Səni sevirəm



ölümtək sevirəm səni

torpağa bax sevgilim

kövrək tozanağıyla

                        məni öpür

 

11

 Sevdim səni mən



sevirəm səni mən

anmalar yox

ölüm də səni mənimtək

                        sevməyəcək

 

12

Sən



dumansan

dumanlı gözlərinin yuxusunda

oynaram körpəm

  

13



Dəliyəm mən

buludlu çiçəyi sevərəm mən

sağlam peyğəmbərlərin tanrısıyam mən

pisliyin günəşi.

hə!

buludlu işığam



  

14

  ‘Gəl!’ dedin



gələ bilmərm

səni gözləyirəm.

 

15

Bu sözsüzlüyə dolaşan



biçimsiz duyğuları

            mənə bir söyləsən

sənə bağışlaram

sözsüzlüyün arxasında dirçələn

            bu indini

16 


Budur tanrı

bu mənim


            kipriklərimin günəşi

budur tanrı

            bu mənim   

                        əllərimin titrər çürüyüşü

ah... kimin?

titrər könlümün köpüyündə

                        kimin baxışı titrəyəcəkdir

  

17



Kəpənəyin uçuşuna baxın

gündüzlər

uyqudan da,

             kövrəkrək uçar 

18

Kəpənəyin uyqusuna baxın



uçuşu

kövrək qanadlarını

                                   çaşdırar yüksəklikdə

 

19



Bu qayğıları

dağa söyləmə

daşa söyləmə

darısqallıq həsrətinə söyləmə

yalnız

könlünün bir ah. . . söylənişinə



                                               söylə

 20


Axarlığı

sağlam bir baxışın danmasında tapmasan

harda tapacaqsan

söylə mənə

harda tapacaqsan

söylə mənə

harda tapacaqsan

21

Boğazımın



yanmış bağırtısına

köksündə bir yer tapmasan

harda tapacaqsan

söylə mənə

harda tapacaqsan

22 


Səsimin yarasını

könlünün duzlu duruşuyla

tutuşdurmasan

nəylə tutuşduracaqsan

             nəylə

                                                                       nəylə

                                                                                  nəylə

 23 


Günəşin utanmaz baxışında

qaranlığımı əkirəm

gecə

səssiz-səmirsiz



                        əkirəm

son göyərmiş ağlayışları

                                   ayla

                                               biçirəm

 

24 


Göyərəntilər

yorğunluqdan çürüyər

anamın məmələri

                                   körpəsizlikdən çürüyər

ah . . .

                        bir də körpəliyimtək

                        əmsəydim məmələrini

                                                           anamın 

25

Baxın bu körpələrə



necə ölümə tələsirlər

baxın necə yerdə iməkləyirlər

siz

körpəliyi unudanlar



hara sürülürsünüz belə tələsik

 

 26



Gözlərimə inansan

baxışlarımı sənə bağışlayacağam

söyləyişimə inansan

səni söyləyəcəyəm

mənə inansan

səninlə sevişəcəyəm

mənim özümə inansan

qaçacağam

necə tanrı bizim əllərimizdən qaçmış

eləsinə qaçacağam

 

27 


Başqa bir yerdən gəlirəm

bir qucaq işıq

bir qucaq ölüm

                                   biçmişəm

işığı sizə

ölümü özümə

                                   gətirmişəm 

28 


Qarğalar düş görəndə

mən diskinmirəm

günəşin doğmasını

                                   diləməyirəm

ayılmaq istəməyirəm

uzaq düşlərdə gecələmə

                                               istəyirəm 

29

İlbizlərlə



çəkirtgələrin düşünü bölüşdük

siz yoxdunuz

siz olmayacaqsınız

                                          siz . . .

 

30 


Yandım

            qaranlıq kökündə köztək

                                                 yanıram

ışığam


            bir bax zolaqlarıma!

mən yox


mən yanlış bir yalanam

gözlərimə bir bax!

tələsik yaradılışam

 

31 



Burada mən

orada mən

bütün mən olan yerlərdə mən

mən olmağa çalışdım

mən

mən olmaqla öldüm



bir ölümtək

yaşamağa çalışdım

siz yalnız

məni görürsünüz

siz

məni də görmürsünüz



siz

            sizi də görmürsünüz

 

 32


 Ulduzlar güləndə

buludlar


                        işıq yağar

                                   günəşin ətəyinə

Avıc-avıc ulduzlar

                                               parlar

                                                           sözcüyün kökündə

ağır-ağır buludlar

                                               yağar

                                                           ağılarımın sözündə.

 

33 


 Qurbağalar sevişəndə

su

körpəliyini dalğa-dalğa oxşar 



34

Qayıq


                        suyu əmir

biz əmsək boğarıq

                                               boğularıq

quşlar


                        zamanı əmir

biz əmsək

zamanı öldürərik

bax!


zamanı əmməyə başladım

35

Acı



gülüşün incinməsidir

acılar acısı

gülüşün

                        mənim dodaqlarımla toxunmasıdır 

36

Ah,


gülüşün çaşqınlığıdır

anlarsa


                        ağlar

danarsa


                        gülər 

37

Yap-yalqızlığını



daha yalnız

tusbağalar ötüşüylə

                                               bölüşəcək.

 

38



 Qaçıram

ölümə doğru qaçıram

baxın

yaşgünlərimi saymayıram



nəisə

            qaçıram

39 

Qələm əlimdə



yatıram

oyansam


                        ölərəm

aman aman aman

məni oyadın da

bir daha


yatım

  

40 



Yatağımı sərirəm

o

gəlir



o da

obiri də


sən də

ağılarımız başlanır

avıcımın içi qanayır

41 


Dəliliyin də körpəliyi var

mən qapının önundə onunla

                                                           dik durarıq

gecənlər bizi görməzlər

biz

gediş-dönüş bir bilət alarıq



yeddini gedib

on dördüncü gün geri dönərik

yenə qapının önündə

                                               dik durarıq

geçənlər bizi görməzlər 

42

Ölülərimiz



günorta günəşini görmədən

qayğılarını bağırmadan

                                                           ölürlər

ölülərimiz

söylənməmiş bir dilək kimi odlanırlar

baxılmamış bir güzgü kimi qırılırlar 

 

43 


Mənimlə onun önündə

bir uçurum göy var

tələsməzik ölümə biz

ölüm bizə tələssə də

biz

            diriliyimizi yazarıq



 44

Səni sevəcəyəm

ölümdən sonra da

səni sevəcəyəm

tanrılar da utanacaqlar

                                               gizlicəsinə

45 

Dağ da


maraltək məni sevər

sənin qadın əllərin ah...

sevsə məni dağda

                                   qarda

                                                           qanda

                                                                       canda

sevərəm ah...

sərin səsini sevərəm

sevməsən də  məni

səni mən sevərəm

46

Dağa gedirəm



ceyranlarım yox olubdur

sarı baxışımtək

ölübdür

 

47  



İlğımdır

gözlərimin çürümüş gecəsi

çürümüş günəşinə baxıram

tusbağalar da belə baxmayır

gecə köksündən çürüyüşə

 

48 



Sən

            bir qucaq öpüş

titrək-kövrək bir damla

mən


            bir dağ tanrı

bir buz tanrı

damla-damla qucaqlanıram

                                                           bir qucaq öpüşdə

  

49

Suyun yuxusunu mən



uzaq anmalarında anımsayram

gözümün yaşlarına bax

yanaqlarım islanıbdır

                                   baxışımın çatında ah...

bir davşan yuva bağlayıbdır ah...

necə mən öləcəyəm?

söylə mənə

necə mən ölümlə

qırcana biləcəyəm

söylə mənə!

50

Sən


bir ilansan

sevirəm səni mən

sevməktək sevirəm səni mən!

ölüm də istəməsə

                        səni sevəcəyəm mən

51 (Bir yol  mən öldüm) 

Ölüm

ayağıma düşüb yalvarar



yalvara yalvara alar

                                               canımı alar

yalvarmazam                     

yalvara yalvara

geri verər. 

52

Uçsan da səni sevəcəyəm



qonsan da

çürürsənsə

yazığım gələcək yalnız  sənə

                                               körpəm.

 

53

Sən



ölüsən

nəfəsimi istəyirsən

sən

ölü ölümsən



nəfəsimi almağa gəlmişsən

nəfəsimi alıb diriləcəksən

yenə dirənəcəksən

 

54



 Varlıq göyərərkən

əllərim çürüdü

dabanım qurudu

dodağım titrədi

bağrım çatladı

gözlərim qaraldı

varlığı

            sonsuzluğacan daşıyacağımı duydum



minlər kərə öləcəyimi

minlər kərə diriləcəyimi

                                               qandım

55

Kim gələcək



kim gedəcək

kim öləcək

kim məni oxşayacaq

kim sözlərin ipliyiylə

                                                           boşluğa çıxacaq

...


            sən

                        sən

                                   sən!

                                               hardasan?

56

Yarasalar



                        mənim kimi doğarlar

gecədə


                        yalqızlıqda

                                               qaranlıqda

 

57

Adamoğluna baxanda



ürəyim titrər

boğazım quruyar

damarım donar

ağzım ağıdan dolar

                                   qan ağlamağım gələr

  

58



Ölümü saqqız tək çeynəyirəm

ölüm ancaq

                                   udacaq məni bir gün

                                                                       bilirəm

 

59

Anamın saçlarını



kipriklərimə düyünləmişəm

qoysalar,

                        sonsuzluğa

                                                           belə qalacaq 

60 

Bizim ölücə qatarlar



daha tezraq gedir

tanrıların gümüş daşqalarından

avcı uçaqlar... daha demə

61

Üşüyürəm



sözcüklərim də üşüyür

qucaqla bu körpəciklərimi

qucaqla məni

                                               sən!

səsinə səs ver

 

səssizliyinin gözyaşlarını



            duy

                        düşünmə

                                               sus

                                                           sil

                                                                       köksünü aç

qaç


            qaç

                        qaç

üşümədən qucaqla bu körpəciklərimi

qucaqla məni

                                               sən!

sənə bir zolağın gülüşünü göyərtəcəyəm

səni bir zolağın ağlayışına səpəcəyəm

əkəcəyəm


biçəcəyəm

sən biçəcəyəm

  62

Mən


kökümü göstərirəm sizə

siz mənim götümə baxırsınız

mən

düşlərimi ağlayıram sizə



siz mənim dişlərimi sayırsınız

közdür torpağım gözlərimdə

gözlərimdən püskürürəm

63

Kəpənək ağlayanda



kipriklərim kürək çəkər

sən ağlayanda ah...

bütün güzgülərdə ah çəkər.

Mən


kəpənəyəm

torpaq bitən yerdə

                                   də,

                                   yersizliyim bitməz.

Mən ağlayanda ah...

bütün kəpənəklər

ötüşsüz düşlərində

                                   ötüşər

                                               ağılaşar

64

Məni buraxma bu işığın



pis

            iti

                        qırışlı

                                   dırnaqlarının titrər

                                            pisliyində

bu ölümdür

                                   ölüm

bu pislik tanrıçasıdır

                                    pislik tanrıçası

65

 Gecələrin yarısında



                                   darıxaram

yazdığım sözlərin çürüməsinə

                                               darıxaram

düşlərimdə doğulacaq sözlərə

                        darıxaram

sənə


            səsinə

                        səsinin düşlərinə

                                   uşaqlığının gülüşlü gözyaşlarına                                             

darıxaram

gecə gözlərimdə yarılanda

                                   darıxaram

darıxanda qorxmaram kimsədən

öz qaraltımdan da qorxmaram

qorxmağa darıxaram

darıxmağa darıxaram

  

66

Gecədir indi gülüm



sən uyxudasan indi gülüm

yuxuda yuxu görürsənmi bilməyirəm

çox uzaqlarda bir şer yazıram

yuxumu düşmü şermi bilməyirəm

uyuya bilsəydim sənin kimi mən

qarğımazdım tanrıların əllərini.

 

gecədir indi gülüm



gecəni yazmaq istəyirəm

gözbəbəklərinin üstünə

                                   gecəni yazmaq istəyirəm

yaza-yaza

bitirmək istəyirəm düşlərimdə gecəni

gecədir indi gülüm

günəş doğacaq

sən oyanıb məni anımsamadan

suyun sərinliyini duyacaqsan

mən onda uyuyacağam

səni unudmadan dalacaam

günorta oyanıb

gördüyüm yuxunu anımsayaraq

yazdığım şeri oxuyacağam

oxuyub da yenə

gecəni gözləyəcəyəm

yenə sənin yuxuya dalmağını

yuxu görməyini.

 

inan məni gülüm inan



gecədir indi gülüm

sən uyuyubsan indi gülüm

                        mən oyaq

düşlərini gözləyirəm

məni anımsamağını

inan məni gülüm

mənə inan

yalan da olsa

                        inan

67

Yuxuda



yara dırnaqlarımın düşləriylə yazsam

yenə mənə inanmazsan

Xəzərin duruşundan

göy üzünə səpsəm qumların anımsalarını

yenə də mənə inanmazsan

ölüb xortlayıb

ölülərin düşünü sənə

                                   çiçək tək gətirib uzatsam

yenə mənə inanmazsan

zırlama dəlilərin yuxusunu

sənin əllərinin gələcəksizliyinə söyləsəm

yenə mənə inanmazsan

səni tanrı tək

dənizin duyğusunda 

əkib    göyərdib                                                     

biçsəm də

yenə mənə inanmazsan

sən təkcə

mənim ölümümə inanacaqsan

68

Saç-daraq



qayğı-çörək

sən-güzgü

                                   körpəm!

paslanır qayğılar

                                               saçlarımın qıvrılışında

                                                                                              körpəm!

güzgüyə düşünmə

                                                           körpəm!

düzgün güzgüyə bax

                                                           körpəm!

 

69

Acıdır gözüm



                        gülüşüm

                                   gözləyişim

                                               əllərim

                                                           yuxum

                                                                       düşüm

                                                           bütün uzaqlarla bağlılığım

                                                                                  acıdır

görməyirsən necə acılarla oyuna qalxıram

çöpü çəkirəm

haraylanıram

sənin qara gözlərinin gələcəyini

              bağırıram

sezməyirsən necə acı gülüşlərimi

ölkəmin ballı acıları tək

                                               içimdə gizlədirəm

70

Qoşmalarıma baxıram.



oxuyuram.

buludsuzluğu

                                   ürəyimi sıxır.

ala gözləri

qara gözlərimi ağladır.

doğulandan bəri

                                               ağlamamış deyəsən.

doğulandan bəri

                                               bulud görməmiş deyəsən.

ala gözlərində

pambıq buludlar doğuzduracağam.

 

qoşmalarıma baxıram.



oxuyuram

buludsuzluğu

                                   könlümü sıxır.

buludlu qara gözlərimi

ala gözlərindən

                                               doğuzdururam.

baxıram.

oxuyuram.

            qan-tər içrə bağırır.

ala gözləri

daha ağlamayacaq

                                               məni unudmadan.            

daha ağlamayacaq

                                               buludlu gözlərimi anımsamadan.

qoşmalarıma baxıram

oxuyuram.

bütün göylərin buludları

sağır qara buludsuz gözlərimə

şənlik yağır

                        qan-tər içrə oynayıram.

71

O yıxılmış saraya bax



qaraltılar

get-gəldədilər daha

‘Birəmcək’ ananın kölgəsi

                                çığırır daha

                                                                        buyruq verir daha

sarayın alt qatından

altın kərpiclərin altından

başqa bir səs gəlir

Şamana bənzər biri

daz başıyla oturub

sınıq qopuzu əlində

çalaraq


bağırır bağırından

72

Burada



yağış gecələr

yuxulu gözlərlə yağar

gündüzlər

ayıq parlaq gözlərlə

nədənini bilməz

bilmək də istəməz

necə qərənfil əpriməyin nədənini bilmədən

                                            əpriyər

necə günəş batmağın nədənini bilmədən

                                                           batar

necə qurd yaşamağın nədənini anlamadan                                                               yaşar

necə körpə doğumun nədənini anlamadan

                                            doğular

burada yağış

            eləsinə yağar

burada biz

            eləsinə yaşayarırıq

                                   eləsinə sevərik

                                                           eləsinə ölərik

73

günəş



qorxusuz bağışlar

                                               almalığa işığını

gəcə də qaranlığını

ay da yalqızlığını

yağışçəkirtgələri də damlaların çalğısını...

almalıq hardadır?

ulduzdan

                        fərikdən

                                   qarınçağadan

                                               qurddan...

                                                                     soruşun

adamoğlundan aman

                                               soruşmayın 

74

Sovxamı götürüb gedərəm



burasızlığa gedərəm

çağsızlığa

            laqsızlığa

                        yurdsuz

                                   yersiz

                                               yuvasızlığa gedərəm

tanrı anamla

ulu dədəmlə

anasızlığa

                        dədəsiliyə gedərəm

tanrıların komacından üstün

sözlərin bacasından yüksək

sonsuzluqdan arı

                                   yerdən

                                               göydən

                                                           günəşdən

                                   yaradılışdan da arıya gedərəm

gedərəm  

geçərəm

sovxasızlığa



iç-eşiksizliyə ərərəm

 

75



Dağda quzu

suda balıq

göydə quş

sayılmaz qarışqalar da

                                               küsübdür

                                                           məndən

76

Ağaclar kökü titrəyəndə



qarışqalar yenidən doğar

                                               yenidən ölər

 

77

Köpəklər hürüşəndə



qoyunların əmcəyi şişər

quzuların körpəliyi

qurdların sarışın baxışında                    

                                   unudular

78

İlbizlərin toyunda



buludlar inci saçar

            şimşəklər baxışında

            hökür-hökür ağlayaraq

 

79



İlbizlər ağısında

çaylar da

            inci dona geyinər

günəş qayğısında

güb-güzgü olaraq

  

80



Qaraltılar köçəndə

bizim ilbizlər

təkcə bizim güzgülərdə                          

hökür-hökür ağlar

 81

Boşluğun günorta günəşi



tərləmiş gövdəsiylə

uzaq arxların yalqızlığında yuyunanda

göyçək qızların uzun saçları

hövuşnə ilə ah çəkib

uzaq arxlara darıxar

 

82



Uzaq arxların kölgəsi

ilk düşdən yaradıldı

yalqızlığı

            ilk qarabasmadan 

83

Doğulmamış



                        unuduldum

kölgəm də

            özüm də

                        yalqızlığım da

                                   uşaqlığım da

 

84



Boşluğun günorta günəşi də

uzax arxlarda yuyunanda

yaradılış gününü

                        dəyişdirə bilmədi

85

Burada biz pambıq əkərik



sevgi biçəndə

                                   çiçəklərlə ağlarıq.

burada biz günəş əkərik

gecənin kökünü biçəndə

                                               ayla sevişərik.

sevişməyin boyasını tanırmısınız?

əkməyin

            biçməyin



                        ağlamağın

                                   boyasını tanırmısınız?

 

 86


Hörümçəklər də

daşlar kimi düş görürlər

ölkəmizə bax

daşların ağlayışında

yasaq düşlərimi hörürlər hörümçəklər

  

87



Sənə demişdim

bir gecənin ilğımında öləcəyəm

sənə oxşamışdım

didərgin qoşmalarımda

zaman nəfəsinin ölməyini

                                               söyləyəcəyəm

  

88

Gedib yatıram



səni unudmadan uyuyuram

səni yağış tək göylərdən ürəyimə yağdıraraq

            uyxulayıram

89

Aşdım sözlərin zirvəsini çiçəyim



darıxıram indi çiçəyim

düşlərinin ağ kağızına darıxıram çiçəyim

qarabasmalarının qara davatına darıxıram çiçəyim

yazaraq tanrıların ağlayışına darıxıram

            qadın çiçəyim

  

90



Gözlərimi yumuram

qaranlıq köksümdə yatıbdır. 

günəş doğuşunda

            boy söyləyəcəyəm

                                   ölmüş qaranlığıma

91

Anam yatıbdır



anam oturubdur

anam durubdur

anam gedibdir

anam yoxdur

anam hardadır...

  

92



Damarlarımın çanı çalınanda

yarpaqlar diskintisini sevərəm

dəyişigəm

dəyişik ölüş-doğuşları sevərəm 

93 

Gecədir indi



saat iki

eşigdə yağış yağır

islaq sözlərim

öluşlə döğüş arasında aslaq

                                               məni ağlayır

94 


Mən

istəyimin başlanğıcında durmuşam

sonu oynayışdır onun

elə burada

axarlığın gizlinliyində

bax!


oynayıram

mən sonun istəyiyəm 

95

Kölgəmə ayaq basar



kölgəsinə ayaq basaram

geçər


geçməzəm

geçməyəcəyəm

  

96

O balaca otaqda



qayğımı çizə bilmədim

nə ay vardı orada

            nə günəş

nə pəncərə

adamlar vardı orada

            adamlar var

orada

 97


Təpəgöz deyləm

Dəlidumrul deyləm

Dədəm Qorqud söyləmədi məni

Koroğlu dəlisi deyləm

çalmadı məni ‚ənlibelin gizlintisi

mən


mənəm

Təpəgözəm

            Dəlidumrulam

            Dədəm Qorqudam

            Çənlibelin gizlintisiyəm

Qıratın bilində çalınan sazam

hey. . .

dəlilərim

sizin yaralı yalqız səsinizəm

98

Gecə köksündə



bir yarasa üçür

ölümə sarı üçür

doğuşundan bəri uçur

gözlərimin şənliyində öləcəkdir

 99

Mən də güləcəyəm gülməyi unudmadan



mən də dincələcəyəm dincəlişi unudmadan

necə qaranlıq köksümə girərək gülər

necə qadın doğuşun çığırtısından sonra dincələr

eləsinə güləcəyəm, eləsinə dincələcəyəm

  

100


Bu yaz gecəsi

darıxmalar könlünü şənliyə çağırır

                                               bu mənim dəli yazıq ürəyim

yaz yağışının altında islanaraq

                                                                       ağlayır... ah

 

101



Qış gecəsidir

sözlərim donubdur ölkəmin ağısında

donmuş dilimlə çağırıram sənin adını

eşidəcəksən səsimi

                        bir yay gecəsində

                                   telli durnaların uçuşunda

102

Bu kəsilmiş dilimlə  tapınıram



öpürəm bu yanıq torpağını

qarğılmış çiçəkləriylə

qucaqla mənim darıxmamı çiçəyim

 

103



Əlini əllərimə ver çiçəyim!

ulduzların batışında ölərək

səni sevirəm

dəli qırmızı ölkəm kimi

                                               səni sevirəm

104


Yorğunam

bir xəstə qoca qoz ağacıtək yorğunam

əllərimin isitməsindən

                                   ay da dözümsüz ürkür

                                   qaranlıq da odlanıb göyə qalxır

  

105



Bu arxlara nə olur çiçəyim

kipriklərim dop-dolqundur

bu arxların yuxusunda

güzgülər sındırmışam çiçəyim

106

Göyərçinlərə nə olur çiçəyim



uçuşlarıyla səssiz-səmirsiz 

çürüdürlər sözlərimin addımını

                        bütün buludları oyadarkən

107 


Gündüzlər

                        yatarlar bu yatağan sözlərimin uçuşu

gecələr

məni unudaraq

əllərimin kölgəsindən

                                               gecə könlündə

                                                           uçuşarlar çürümədən

108


Mənim də

                        elim obam ölkəm var çiçəyim

əllərimin ölkəsiz kölgəsinə baxma çiçəyim

mən də


                        yaradılış düşünə girib çıxmışam çiçəyim

 

109



Ucadan söyləyirəm

qaçışında  bir qorxu var

yaradılış günündən bəri qaçır

                        hara qaçır belə qaçqın  

110

 Son şiirim son nəfəsimdir



şiirlərimin ağısında basdırın məni

                        basdırın məni şiirlərimin ağısında

111

Ölümə düşünürəm qorxmadan



yuxumu, yox olmamı, ölüşmü,?

                                       soruşuram

nə olur olsun filesof deyləm

qarğılmış bir kölgənin addımıyam

inanmaram günəşinizə

 

112



Mən də öləcəyəm

siz də öləcəksiniz

mən mənim kimi öləcəyəm

siz sizin kimi öləcəksiniz

soruşun necə öləcəksiniz

113


Göylə torpağın sonsuzluğunda

bir balaca davşan səni gözləyir ‘Rəfik!’

yaşıllıklara baxmayaraq

Qara dəniz də gözəldir

sənin ayaqlarının səsini gözləyir

114


Yağan yağış

kölgəmdən diskinərək

bayılan duyğuları

qaralan baxışları

düşünmədən isladar

 

115



Kəpənəklər uçanda

göllərin yuxusu titrər

suyarpızları diskinər

Quzey yellərinin başı əyilib

                                   onlarla öpüşər

 

116



Adamoğlu ağlayanda

                                   buludlar da qanmaz

mənim ulduzlar da

yanmış ölkələrin ağısını

                                      saçmaz

  

117



Qabarcıqlar

                                   saysız

biz də öləcəyik

böcəklərin bayramı yaxınlaşır  

118

Bütün göylərin buludları



otağımın yalqızlığına yağılar

sərin dodaqları

                                   yazıq yalqızlığımı isladar

sərin öpüşlərlə

                                   buludlu gözlərini

                                               öpmək istəyirəm çiçəyim

 119 

Kəndimizdə bir xoruz banlar



unudulmuş bir ağackörpünün altında

                                   səsimlə

                                               sənə darıxaram

                                                           qurd baxış çiçəyim

 

120


Ala-qara körpələrim!

buludlu baxışlarınızı

mənim əllərimin gecəsinə yağdırın

sağır ölkəmin sözlərini

siz doğacaqsınız

                                   didərgin körpələrim!

 121 

Ah! Dəyişik baxış



gecə bacasında ay

ah! Dəyişik yaşayış

yaşayışda

                        ay bacası

 

                                   ah! Dəyişik gecə



 

122


Əllərimin kölgəsi

                                   min arşındır

quşlar da avıcında yuva bağlar

qurdlar da

            ilanlar da

                        tülkülər də

                                   davşanlar da

                                               şeytan da qutlu məbədiylə

                                                          tanrı da günəşsiz bozqırıyla

siz ancaq təkcə

əyiş-üyüş qorxunc qaraltınızla

 

123



Əprimiş qara sağır əllərin qırpımı

kölgəsiz gözlərin düşünü daşıyaraq

                                                           buludlu könüllə

çürümüş zamanın tozunu

savırır göy gözünə

baxın!


nə bir ulduz qabarır

nə bir böcək ürkməyi unudur

nə də bir yalqız ozan

                                   diskinməyə bir mahnı qoşur

124

Göy


            torpağın köküdür gülüm

sənin ilk baxışından yaradılmışdır

harda göy bitsə gülüm

mən orada göyərərəm

ilk gün də mən orda göyərmiş idim

torpağın sonu gülüm

göyün başlayışıdır

sənin son baxışın

                                   sonlayacaqdır göyərişi gülüm

  

125



Bizim bu dalğaların üstündə

            şeytanla tanrı

birgə dalğalansalar,

gəmilərimiz

                        bizimlə batmaz

  

126



Anacıl mən

mən anacılam

anam

tanrı anam



anam tanrı

mən tək yox

anam

anamtək tanrı



127

Ağlarsam


sözcüklərim ölər

sözcüklərimi doğarsam

                        tanrılar mənə qısqanıb

            qarğıyarlar əllərimin yaradılışını

mənim tanrıça yardımcım hardadır?

  

128



Qaranlıqla mən

gizlicəsinə

                        gecə görüşünə

                                               sürüləndə

            başlanqıc

                        susuz anımsamalarını

                                               bizim körpəliyimizə bağışlar

biz


körpəliyimizi də

                                   ayaz tək

                                               bölüşərik

129  


Dənizin yuxusunu

qucaqlamaq istəyirəm

ah . . .

sizin səsiniz

sizin səsinizdən

                                               ah . . .

 

130  


Buludlarla

gizlicəsinə

bir ah çəkmək istəyirəm

ah . . .


sizin qulağınız

sıçan qancıqlığıdır  

                        ah . . .

131


Qaranlığın göyərişi

mənlə başlanar

məndən başlanar

ah . . .


sizlə nə başlanar

sizdən nə başlanar

132

Səpərəm səsimi



gecə göyərən yerdə

                                               əkərəm səsimi

ah . . .

siz uyanmadan

gecə çürüyən yerdə

                                               biçərəm səsimi

 

133


Qaranlığın cücərməsi

önümdə bağdaş bağlayanda

                                   ay tək

                                               yalqızlığımda göyərərəm   

134

Almalıqdan



            göyəriş dərmişəm

mən çürümədən

                                   çürüyüşü siz dərəcəksiniz

dərin çürüyüşü çürümədən

hey...

            dərin



                        çürümədən göyərişi

135 


Dağı mən

                        dağla bölüşdüm

məni mən

                        mənlə bölüşdüm

yeri göydən

göyü yerdən

                                   qoşalaşdım

ağır əfsanələri

qoşa-qoşa qaçdım

ölümü qovdu qovuldum

qovuram

                        avdı gözəldi

dədəmin al papağı

                                                yaxşı papaqdı

məni

                        məndən



                                               qorumaqdır

səni


                        səndən

                                               arımaqdır

(136)  Adsız Qoşma

Uzaqlarda

                        bir təpə görünür

Təpədə


                        bir daş

daşda bir damcı yaş.

 

Siz daşın ağlamağını gördünüzmü



təpənin saçlarını

                        qorxmuş bir ceyran könlündə düydünüzmü

sərilmiş istəklərlə

                                   bozqırda günəşə

tapındınızmı?

 

Təpəgözdən danışmayıram



Köroğlu qopuzunu çalmayıram

Füzuli hicalarını saymayıram

Hop-hopla ağlamayıram

Dədə Qorqud sıxıntısını

                                               damarlarımda gəzməyirəm

Kaşğərli sözlüyündə

                                   kül olmuş günəşi oxşamayıram

 

mənim ceyranımı uzaqlarda gördünüzmü



Qoşabulaqda Qıratın kölgəsini qamçıladınızmı

varlıq bozqırında bağırdınızmı

kəfərmiş gözlərimin parlağını

                                   üzüyanıq ayın ürəyində yaladınızmı

                                   -köpək tək-

                                   -köpək tək-

                                               yaladınızmı?

çox uzaqlarda

                                   bir kölgə görünür

kölgədə od

                                   göyə yüksəlir

odda mənim anam

                                               ayaq döyür

ayaq döyür

                       ayaq döyür

mənim anamı gördünüzmü

yanmış kül olmuş diləklərini duydunuzmu

hörükləriylə mənə bir darağacı kəndiri

                                            hördünüzmü...?

 

(137) Çaxır dənizi



Bizim Araz bu gecə aslan südü içmiş

hövkürür

                                   bağırır

                                                           çağırır

                        çaxır dənizə sarı qatlanıb sürülür

harda çaxır dənizi

harda çaxır dənizi   

qip-qızğın hayxırır

kəfərmiş dalğalarını üzümə səpir sorur:

harda çaxır dənizim

harda çaxır dənizim

ucsuz-bucaqsız

dibsiz-dərin bir çaxır dənizdir mənim anam

başım üstündə qışqıran ulduzlar

                          buludlar

                                 şimşəklər

                                          bu yaşıl göy

anamın dalğalarından yaradılmış

önümdəki bu boz dağlar

                                             qayalar

təpələr

                                  sıldırımlar



anamın istəyindən yüksəlmiş

o Ölgən tanrını

mənim Ağana tanrım

                                               çaxır dənizində çimdirmiş

o boşluqda gəzən Ölgən tanrı

çaxır dənizinin dalğalarından içdirmiş

qıp-qızğın hayxırır

kəfərmiş dalğalarını üzümə səpir sorur:

 harda çaxır dənizim

harda Qırat anası dərinliyində gəzən anam

harda Ölgəndən Ölgən tanrı qılan anam

harda Köroğluya Qoşabulağı göstərən anam

ona sarp bağırtı verən

bayatı qaynağını ürəyində qazan

yaşıl-sonsuz yaşayış verən

 

qıp-qızğın hayxırır



kəfərmiş dalğalarını üzümə səpir sorur:

harda çaxır dənizim

harda çaxır dənizim

138


Səsi səsdən assa

səsdən səsə assa

məndən mənə gəlsə

asmış zamanı

səslə

            gözəllə



            səpələnmiş sözü

            ovcumda becərtsə.

zamanı

                        assa səsə



səsi aslaq sözə qoşsa

hamısın düzsə, közətsə

közü səsdən

səsi közdən düşə soxsa

səpələnmiş düşünü yığsa da

                                                                       yazsa

yenə bir qurbağa qandan çığırar:

 

‘Yenə sən



                                   güzgüdə səs əkdin, əkildin?’

biçərəm


kökdə kötükdə o olan səslərimi

qoşaram düşdə olan səslərimə

yazaram qanda olan qandaşıma

o sanar qardaşıma

(139) Paris

Qarımış-dişsiz

                                   önümdə uzanıb

çürümüş əmcəkləri

iki sıçan tək

quyruğundan asılaraq

                                                           çığırır.

xırıstiyan olmuş qaralar

ayaqüstə

                                   arpasuyu içərək

ağarmış saçına

                                               ovurduna

                                                           ağzına

                                                                  işəyib

                                        hayxırıb

                                                       tüpürürlər

qas-qas gülərək

gözyaşlarıyla

                                   Afriğanı yırlayırlar:

ah sən!


qara yurdum

qara gözüm

qara diləyim

qayğım


bağrım

saçım


xinovum

barmağım


damarım

alqışım


qarğışım... 

Ah sən!


qara yurdum

gül


ucadan gül

qopuzunu sarp-sarp çalaraq

yoğun yastı qara dodaqlarını

                       bir-birindən aç

qoy ağ-apbaq düzmə incə dişlərin

mənim qaralmış içimdə

                                   döşümdə

                                           düşümdə

                                                        parlasın

məni götürsün

məni bu qarı-dişsiz

                                               qısır

                                               əmcəyi çürümüş Parisdən

                   yaşılbudaq

                                                                       qəhvəliklərə götürsün

Ah sən!


qara yurdum

bilirəm


diri-diri

qara dərini soyurlar

amma gül

amma ucadan gül

amma ürəkdən gül

mənim də burada

qara dərimi soyarkən

gülürəm


ucadan gülürəm

ürəkdən gülürəm

gözyaşlarıma bax!

səni yırlayır

səni

            qara yurdum!



140

Dəliyəmmi mən?

Qorxuram!

Nədən qorxurammı mən?

Özümdənmi qorxuram mən?

Ah... burada kim var? Qorxumdan susadım. Orada kim var? Su su su su su su su varmı? Bir könüldaş... ah... qorxuram! Bax! Qorxu doğuldu. Başlanqıcla doğuldu qorxu. Ah sən! Gəl gəl gəl! Yaxınlaşma mənə, dur! Sən, mən! Mən, sən, kim, kim? Özüm, özün, ah... qus qus qus qus! Qorxu qus, dedim. bax, bax, bax, bax! Özümü qusdum, o hay hay hay hay haydar, hə... qopuz, Şaman. Şaman-qopuz... Dəliyəmmi mən? Get, get, getmə, getmə! Dur! Qal, qal, qal! Yaxınlaşma mənə, qorxuram! Qorxuram bu qorxudan. Ah... anam anam anam! Sən, sən, sən, sənin qarnına girmək istəyirəm. Anam, anam, anam! Gizlət məni, gizlət məni! Gizlət! Sən, mən, dur, qal, qus qus qus! Xortlanmaq istəmirəm... anam, qorxuram! Bax, bax, bax, unutdur, unutdur, unutdur mənə, kim? Kim? Kim var orada? Ah... dənizlə ölməliyəm, qorxuyla yox. Qus qus qus qus! Qus qorxunu, qorxu mənəm, qorx qorx qorx, qorx bu qorxudan. Bax!

 

Göyün üzündə        ulduz                         ay                   günəş



Qus! Gözlərinin işığını qus da, doğru-düzgün bax!

Göyün üzündə        ulduz             ay                   günəş

Yerin üzündə          dəniz             dağ                 sən

                                               ölmə              sən...   anam...

 

141


Bakıdan Təbrizə

bir qarış yol var

                        qarışladım mən

bir avıc torpaq var

                                   avıcladım mən

səs səs səs səs səs səs səs

                                               səslər var

                                                           səslədim mən

sil sil sil sil sil sil sil

                                   tərlərim var

qan qan qan qan qan qan qan

                                                           qanadım mən

                                                           acıdım mən

ağı ağı ağı ağı ağı ağı ağı

                                   ağı ağladım mən

                                                           ağladım mən

                                                           ağladım mən

 142


Damarlarda

bir səs fırçalanır

səsimdə bir

            səs boyalanır

gözlərim fırçalanır

qaçağan səslər köpürür

boyaları partlayır

ölüm,


            nə demək

                        səs qaçışında?

nə demək

            ölüm,

                        aslaq səslərdə?

budu burada uzanıbdır

partlanmış

            səssiz səslərdə

 

143


Adını sənin unutdum

                                   da

                                               yalnız özünü söylədim

divara asdım

                        görsün

                                    bütün dünyü

                                                           sənin özünü

 

144



Üçü,

            üç yanına qoysan

                                                           otuz üç olar

məni


            sən yanına qoysan

                                neçə olar?

 

145


Eşşək

bir yük düşünər

yüklənənəcən                                

 

146



Köpük

su olmağa

                        partlayışı gözlər

su

özündən qurtulmağa



sıxıntısında köpürər

 147


Peyğəmbərlər

                                   ayə

                                               siz

                                                           Şeytandırlar

mənlər

            yaramaz



                                   yuxusuzdurlar

                                                ayə

                                                              siz

                                                                   ölərlər

148 

Otağda bir



                        boşqab

boşqabda bir damla

damla-damla

            damlanar o  yuxumda

damla-damla damlanaram

                                               yuxunda.

149

Anam yemək pişirər



bacım tikiş tikər

biz


yeyəndə

                        də

geyəndə

                        də



gözləri işıq gülər

  

150



Dədəm çayı içəndə

yorğunluğu

dırnaq çəkər təriylə

                                   güzgülərdə

 

151


Qapının önündə

                                               ayaqqabılarım

anamın gözləri

                                               ayaqsız ayaqqabılarda

152

Bacım


əlcəyimi hörəndə

əllərim oxşanar

hörük-hörük düşlərinə hörünər

 

153



Mən

məndən başlananda

səs

başlanar


məndə partlanar

 

154



Diş

            dişlər düşlərimi

                                               alma tək yetişəndə

                                     dallarımda 

155

Yuvarlaq bir isitmə



uşudur içimi titrər-titrər ah...

bir daha

            yuvarlaqlar içrə sığarsam

                                               yazmağı unudaram

                                                                                  işıq sevincində

156


Birini

            sevsən

                                   sevgini sevərsən

ayı dolğun da sevərsən

məni sən

                        səndə sevərsən 

157

Yer


            göy olmağa çalışanda

                                   şimşək çaxar

göylə

            yoldaş olmağa çalışanda



                                               yağış yağar

sən


göyqurşağını

                        küçə qayğısında

                                               yaxaladın

158


Gözyaşlarım

            yanaqlarını qoruyarsa

dodaqlarım

            dodaqlarının gülüşünü

                                                           gülər

yanaqlarımı

                                   gözyaşların qoruyar

 

159



Kölgəmi

                        qucaqladım

                                                           indi burada

kölgəni qucaqla qorxma

                                               çürüməz

çürüyərsənsə

                                   kölgən də

                                                           çürüyər

160 

yata bilməzsən



düşlərindən

                                   küsmüşəm mən

necə ulduzlar yurdsuzluğumdan

                                                           küsmüşdülər

düşsüzlüyündən sənin

                                                           küsmüşəm mən

161

Küsdüm günəşdən



gəl bölüşək pisliyi

yaman sızlayır yaralarım

bu günəş

düzlü boyasızlığını da

mənə borc

                        vermiş

 

162 


İki ağacın arasındakı boşluq

bir ulduzun yatağı olursa

mən

            mənlə mənim arasındakı boşluqda



                                                           bir yatağı olar

(163) Dul qoşma 

Bu əllərin bir gün

            ciqqili barmaqları varmış

                                               kövrək dırnaqları...

bala-bala,

                        balacalığını unudmuş 

(164) Sənə

Biz qatarda,

            sən qatara mindin.

Mən beşinci kupənin sol bucağında

sən qapını çəkib, içəri girdin.

Mənlə sən,

            bir kupənin içində

                                   nəfəs aldıq

                                               nəfəs verdik

                                   nəfəs çəkdik.

Qatar,


            130 sürülürdü.

Sənlə mən,

            eşikdəki nəsnələrlə

                                   baxışlarımızı

qatar camında gizlədirdik

(165) Sizlərə 

Bacımın qızı

-Şərini deyirəm-

Behci, türkmənlərə oxşar

Şəri mənim ‘Dəyirman Kölgəsi’mə bənzər.

Bacımın oğlu Günəş,

anasının ‘Tunqac’ına

Aylar da,

                        qarma-qarışıq bir zad!

Mən ancaq,

                        onların hamısına bənzərəm

adlarının hamısını gecələr,

            pəncərəmdəki

                                   güzgü kimi buzların üstünə yazaram.

Ertəsi gün,

                        adlarının əriməyinə

                                               damla-damla damlanmasına

                                                                                             baxaram

 

(166) Ulu baxışlar



Gözlüyümü qırdım

axmaqlığa bax!

Ata-analarım dağda,

                        gözlüyü heç tanımazdılar. Deyə,

                                                                       gözlüyümü qırdım.

İndi,


pəncərəmin önündəki ürək biçimində bu                                                    

yarpaqların

                  hamısını yuvarlaq                                                                                    görürəm.

Dəyişikliyə bax!

Ata-analarım dağda,

bütün yarpaqları,

                        ürək biçimində

                                                           görərdilər

(167) Mənlə Nəsnə, Tanrı...

Bir Alma, bir limon

ikisi də masamın üstündə.

Masam onları yeyə bilməz

yoxsa onları mən,

                                   masamın üstünə qoymazdım

yoxsa masa,

                        masa olmazdı

evlərdə,

            evdaşlıq kimliyi ala bilməzdi

necə mən tanrıdan,

                                               göydaşlıq kimliyi ala bilməzəm,

                                                                       o da ala bilməzdi.

Mənlə masama,

yalnız yer

                        torpaqdaşlıq kimliyi verər.

 

Mən, limon, alma, masa



qarındaş da olmasaq,

torpaqdaş olacağımız

sözsüzdür
Q.Q. Biçimlər


VALİ GÖZƏTƏN





26.04. 2006- 09.05.2006




  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə