BİOlogiya nəDİR?




Yüklə 16.67 Kb.
tarix28.04.2016
ölçüsü16.67 Kb.
BİOLOGİYA NƏDİR?

Biologiya (yunanca " Biologiya təbiət elmləri arasında xüsusi rol oynayır. XX əsrin sonu biologiya əsri adlandırılır. Ümumi bios"-həyat, "loqos"-elm) canlıların həyatı və onların fəaliyyətinin qanunauyğunluqları haqqında elmdir. Bu termin 1802-ci ildə J.B.Lamark və Q.R.Treviranus tərəfindən bir-birindən xəbərsiz irəli sürülmüşdür. Həmçinin, T.Roze (1797) və K.Burduxun (1800) əsərlərində də biologiya termininin adı çəkilmişdir. biologiya canlı təbiəti,nəsli kəsilmiş və hazırda yaşayan canlı varlıqların quruluşlarını, funksiyalarını, əmələ gəlməsini, yayılmasını, çoxalması və inkişafını, orqanizmlərlə cansız təbiət arasında mövcud olan qarşılıqlı əlaqəni öyrənir. Bütün canlı orqanizmlər bir-birindən fərdi xüsusiyyətlərinə görə fərqlənir. Lakin onları birləşdirən yeganə xüssə həyatdır. Canlılar cansız təbiət cisimlərindən: su, dağ süxurları, minerallar və göy cisimlərindən əsaslı dərəcədə fərqlənir. Belə ki, canlılar qidalanır, böyüyür, çoxalır, tənəffüs və inkişaf edir, ölür. Böyümə-orqanizmlərin fərdi inkişafında hüceyrələrin bölünməsi hesabına kütlə və ölçülərinin artmasıdır. Orqanizm böyüdükcə inkişaf edir. İnkişaf-orqanizmlərin fərdi inkişafı dövründə geriyə dönməyən kəmiyyət və keyfiyyət dəyişkənliyidir. Böyümə və inkişaf canlıların bütün həyatı boyu davam edir. Həyat nədir? Bu çox mürəkkəb anlayışdır. Sadə formada həyata belə tərif vermək olar: həyat-materiyanın bioloji hərəkət formasıdır. Qədim zamanlarda alimlər "həyatın sirrini" uzun illər aça bilməmişlər. Bir çox vitalist (latınca vis vitalis "həyat qüvvəsi" deməkdir) alimlər həyatın heçdən yarandığını və xüsusi başlanğıcın (materiyanın) olmadığını iddia edirdilər.


Ümumi biologiya orqanizmlə mühitin qarşılıqlı əlaqəsi haqqında kompleks almdir. Bu elm birdən-birə yaranmamışdır. Hələ çox qədim dövrlərdə (b.e.ə. 384-322-ci illər) yunan alimi Aristotel təbiəti cansız və canlı (bitkilər, heyvanlar, insanlar) olmaqla iki yerə bölünmüşdür. İtaliya həkimi Qalen (b.e.ə. 200-131-ci illər) insan orqanizminin anatomik-fizioloji təsvirini verdi. U.Harvey (1578-1657) insanda böyük və kiçik qan dövranının olduğunu kəşf etdi. XVII əsrdə Q.Qaliley mikroskopu ixtira etdikdən sonra canlı prqanizmlərin quruluşu haqqında təsəvvürlər genişləndi. Sonra A.Levenhuk birhüceyrəli orqanizmləri (infuzor-tərliyi) müəyyənləşdirdi.
XVIII əsrdə biologiya elmində yeni nailiyyətlər qazanıldı. K.Linney bitki və heyvanların təsnifatını verdi. XIX əsrin əvvəllərində Jan Batist Lamark "Zoologiyanın fəlsəfəsi" əsərində üzvi aləmin təkamülü haqqında cəsarətli fikir söylədi. İngilis alimi Çarlz Darvin XIX əsrdə üzvi aləmin tarixi inkişaf qanunauyğunu müəyyənləşdirdi. Bundan sonra təbiət hadisələrinə səhv təsəvvürlər (idealizm) inkar olunmağa başladı. Çünki üzvi aləm, həyat dəyişməz qalmır. O, həmişə hərəkətdə və inkişafdadır. Üzvi aləmin inkişaf qanunlarını və qanunauyğunluqlarını öyrənmək ümumi biologiya elminin əsas vəzifələrindən biridir. Biologiya elmi Yer üzərində həyatın çoxşəkilliyini, onun təşkilini müxtəlif səviyyələrini: hüceyrə, toxuma, orqanizm, populyasiya, növ, biogeosenoz və biosferi öyrənir (bunları sonra öyrənəcəksiniz).
Təkamül təlimi biologiya elminin sonrakı inkişafı ilə əlaqədar özünə yeni baza tapdı. 1838-1839-cu illərdə M.Şleyden və T.Şavanın tərəfindən hüceyrə nəzəriyyəsi yaradıldı. Sonra bu nəzəriyyə R.Virxov tərəfindən bir qədər təkmilləşdirildi və sübut olundu ki, "hüceyrə yalnız hüceyrədən əmələ gəlir". Biologiya elminin inkişafı ilə əlaqədar olaraq Q.Mendel (1859) tərəfindən irsiyyətin qanunauyğunluqları kəşf olundu. Bütün bu kəşflərin hamısını Darvin ümumiləşdirdi. Darvin təkamülün əsas hərəkətverici qüvvələrini müəyyənləşdirdi. Azərbaycan alimi H.Zərdabi Darvin təliminin inkişafına və Azərbaycanda yayılmasına böyük xidmət göstərmişdir.
Biologiya elminin bir sıra yeni sahələri yaranmışdır. Məsələn, sitologiya, anatomiya, fiziologiya (hüceyrələrin quruluşu və funksiyalarını), biokimya və biofizika (orqanizmdə gedən kimyəvi və fiziki prosesləri), genetika (irsiyyət və dəyişkənliyin qanunauyğunluqları), embriologiya (orqanizmin fərdi inkişafını), təkamül təlimi, orqanizmlərin tarixi inkişafı, mühitə uyğunlaşmanın qanunauyğunluqları. Təbiətdə mövcud olan bitki, heyvan, insan, göbələk və mikroorqanizmlər hüceyrəvi quruluşa malikdir. Bunların hüceyrələri bir-birindən müəyyən qədər fərqli olmalarına baxmayaraq, onların quruluşlarında oxşarlıq var. Hüceyrə orqanizmlərin quruluş vahididir.
Orqanizmlərin həyat fəaliyyəti xarici mühitlə sıx əlaqədardır.Ümumi biologiya orqanizmlə mühit arasında gedən qarşılıqlı əlaqəni də öyrənir. Mühitlə orqanizm arasında daim maddələr və enerji mübadiləsi gedir. Lakin mühit nə qədər orqanizmə təsir etsə də, o yaşadığı müddətdə həmişə özünün kimyəvi tərkibini, quruluşunu, fiziki xassələrini saxlayır. Müxtəlif iqlim və mühit şəraitində: soyuqda, istidə, şirin və duzlu sularda yaşayan canlılar ona uyğunlaşır. Sabit bədən temperaturu olan heyvanlar şaxtada yaşayır, qeyri-sabit bədən teperaturu olan heyvanlar isə (cücülər, suda-quruda yaşayanlar, sürünənlər) qışa müddətli sükunətə gedir. Şirin sularda yaşayan birhüceyrəli heyvanlar (amöb, tərlik) sitoplazmada fiziki xassələrini, osmotik təzyiqini, kimyəvi tərkiblərini sabit saxlayır. Deməli, orqanizmlərdə öz-özünü tənzimləmə kimi uyğunlaşma vardır. Ümumi biologiya orqanizmlərin öz-özünü tənzimləmə reaksiyalarının mexanizmini də öyrənir. Orqanimzlərin fiziki, kimyəvi xassələri, həyat prosesləri (qıcıqlama, maddələr mübadiləsi, irsiyyət və s.) molekulyar səviyyədə öyrənilir. Genetika elminin son nailiyyətləri də molekulyar biologiyanın metodları əsasında həyata keçirilir. Bu elm həm nəzəri, həm də praktik əhəmiyyətə malikdir.
Seleksiya elmi də genetikanın nailiyyətlərinə əsaslanır. Seleksiya elminin yeni mədəni bitki sortları və heyvan cinslərinin alınmasında böyük perspektivləri vardır.
Azərbaycanda seleksiyanın inkişafında akademiklərindən İ.D.Mustafayev, F.Məlikov, Ə.M.Quliyevin böyük xidmətləri olmuşdur. Hazırda isə akademik C.Ə.Əliyev yeni taxıl sortları yetişdirməkdə geniş fəaliyyət göstərir. Biologiya elmi kənd təsərrüfatı və tibb elmlərinin nəzəri əsasıdır. Tibb elmləri xərçəng, qazanılmış immunitet çatışmazlığı sindromu (QİÇS) kimi xəstəliklərin öyrənilməsində biologiyanın nailiyyətlərinə əsaslanır. Genetikanın elmi nailiyyətləri əsasında isə irsi xəstəlikləri törədən səbəblər öyrənilir.
Biologiya-kimya, fizika, riyaziyyat və texnika elmləri ilə də əlaqəlidir. Hazırda riyaziyyatın biologiyaya tətbiqi ilə bağlı riyazi modelləşmədən geniş istifadə olunur. Biologiyada alınmış elmi nəticələr elektron hesablayıcı maşınlarla (EHM) hesablanır. Texnikanın biologiya elmi ilə qarşılıqlı əlaqəsi nəticəsində bionika-elmi yaranmışdır. Bu elm orqanizmin quruluşu prinsipi əsasında mühəndislik problemlərini təhlil edir.
XX əsrdə insanın kosmosu tədqiq ilə əlaqədar kosmik biologiya elmi yaranmışdır. Kosmik biologiya kosmok şəraiti, uçuşlar zamanı canlılarda gedən prosesləri, onların Yer şəraitindən fərqini, insanın qida və oksigenlə təchiz olunmasını, tullantılardan təkrar istifadə etmək kimi problemləri öyrənir. Bu elmin böyük gələcəyi var.
Biologiya elminin mühüm sahələrindən biri də ekologiya (yunanca "oikos"-ev, mənzil, sığınacaq, "loqos"-elm) elmidir. Ekologiya orqanizmlərin Yer kürəsində yayıldığı sferaya-biosfer deyilir. Bu termin ilk dəfə J.B.Lamark və E.Zyuss tərəfindən işlənilmişdir. Biosferdə sərbəst oksigen yarandıqdan sonra bitki və heyvanların yaşaması mümkün olmuşdur. Ona görə də ümumi biologiya orqanizmləri bütün sahələrindən başlayaraq, biosfer səviyyəsinədək öyrənir. Biosferdə canlı orqanizmlərin öyrənilməsi bioloji qanunauyğunluqlara əsaslanır. Süni şəraitdə, su hövzələrində balıqların çoxaldılması da təbii mühitə uyğun aparılır. Orqanizmi əhatə edən mühit pisləşərsə, onun çoxalması, böyümə və inkişafı tədricən zəifləyib, məhv olar. Mühit insanlara da eyni təsir edir.Ona görə də bəşəriyyət canlı orqaqnizmlərin qorunması probleminə böyük əhəmiyyət verir, təbiətə qayğı göstərir. Respublikamızda təbiətin mühafizəsi ümumi dövlət əhəmiyyəti kəsb edir. Çünki əhalinin rifahı, məhz təbiətin mühafizəsindən asılıdır. Təbiətin mühafizəsi dedikdə: havanın, suyun, torpağın, bitkinin, heyvan və insanın mühafizəsi nəzərdə tutulur.
Respublikamızda bitki və heyvanların qorunması üçün 12-dən çox qoruq mövcuddur. Bunlardan Zaqatala, Göy göl, Şirvan, Qızılağac və s. qoruqları göstərmək olar. Hazırda Azərbaycanın "Qırmızı kitab"ı yaradılmışdır. Bu kitabda respublikamızda qorunan balıq, quş və məməli heyvanlar, bir sıra bitkilər daxil edilmişdir. Təbiətin mühafizəsi dünyada ən aktual problem olduğu üçün Təbiətin Mühafizəsinin Beynəlxalq İttifaqı (tmbi) yaradılmışdır. Bu ittifaqa dünyanın yüzdən çox dövləti daxildir.
Təbiətin mühafizəsi problemi mühüm dövləti və bəşəri əhəmiyyətə malikdir. Təbiəti qorumaq hamının borcudur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə