BİNNƏt eloğlu elin dəRDİ, HƏSRƏTİ (şeirlər və poemalar)




Yüklə 2.06 Mb.
səhifə14/20
tarix22.02.2016
ölçüsü2.06 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

VƏTƏN BAYATILARI

Yarpaq budaqda yanar, Şamama tağda yandı,

Həsrət dodaqda yanar, Qurudu tağ da yandı.

Dərdimi dağa desəm Həsrətindən ah çəkdim

Alışar dağ da yanar. Dərə də, dağ da yandı.
Ah çəkdim qar dayandı, Od tutdum külüm yandı,

Ahımdan qar da yandı. Etdilər zülm,-yandı.

Mən yara yetişmədim, Bülbültək fəğan etdim,

Həsrətdən yar da yandı. Ahımdan gülüm yandı.


Dərə keçdi,dağ basdı, Həsrət qaldım Ağdama,

Yağı mənə dağ basdı. Ağ otağa, ağ dama.

Öldüm yurd həsrətiylə, Yurduma xor baxanın,

Sevgilim qaldı yasdı. Gözlərinə ağ dama!


Yağı sinəmi dağlar, Bağbanam, gülüm yoxdur,

Çəkirəm qəmi,dağlar. Güləm,bülbülüm yoxdur,

On ildi qəm çəkirəm, Dərman baha,dərdim çox.

Çəkim yenəmi, dağlar? Bir asan ölüm yoxdur.


Nə yada salanım var, Simim yoxdu sazımda,

Nə könlüm alanım var, Gülüm açmır yazımda.

Nə oduna yananım, Dərbənd,Dərbənd deməkdən,

Nə qeydə qalanım var. Dilim yandı ağzımda.


Yaram yurd yarasıdır, Ahıma naşı yandı,

Çətin qurtarasıdır. Çayların daşı yandı,

Həsrətdən kül olacam, Yurd həsrəti çəkməkdən,

Hələ bu harasıdır?! Sinəmin başı yandı.


Dağda qara həsrətəm, Torum qayada qaldı,

Bağda bara həsrətəm, Ovum səyyada qaldı.

Qürbətdə-elə həsrət, Köçkün, didərgin oldum,

Eldə vara həsrətəm. Torpağım yada qaldı.
Qar yağar dağ başına, Eldən olan dərd çəkər,

Qayasına,daşına, El dərdini mərd çəkər.

Bulaqlar həsəd çəkir, Elinə vurulana

Çağlayan göz yaşıma. Aşiqlər həsəd çəkər.


Yasa batmış aya bax, Gözüm o taya baxdı,

Qana dönmüş çaya bax. Qəlbimi hicran yaxdı.

Bəy ölüb,gəlin ağlar, Həsrət bir yara vurdu,

Vaya dönmüş toya bax. Yüz yerdən qanım axdı.


Sinəsi dağlıyan mən, Xəstəyəm çarə gəlsin,

Yolları bağlıyan mən, Yalvarın yara,gəlsin,

Əlim əlinə çatmaz, Bizi həsrət qoyanın,

Qolları bağlıyam mən. Bayramı qara gəlsin.


Gözüm o taya baxdı, Bir çiçəyəm,dər məni,

Gözümdən qan-yaş axdı, Kölgə yerə sər məni,

Məni od yandırmazdı, Bir ölkəni dalayar,

Həsrət yandırdı-yaxdı. Qudursa bir erməni.


Şilləni tərs hərləyin, Quşlar göydə süzərlər.

Ermənini tirləyin, Qazlar göldə üzərlər,

Ermənilər qudurub, Qaçqınlar, didərginlər,

Birləşin zəncirləyin. Canından əl üzərlər.

Yol açılsa Təbrizə, Mən çəkəni kim çəkir,

Gedərəm süzə-süzə, Mən tikirəm yad sökür,

Görüşünə gələrəm Dilim bayatı deyir,

Yola gül düzə-düzə. Gözlərim qan-yaş tökür.

Bu yaza qurban olum, Qaçdım Araz boyunca,

Bu saza qurban olum, Arazı quca-quca,

İki sahili öpən, Yolum Təbrizə düşə,

Araza qurban olum. Gəzəm, baxam doyunca.


Yaylağım yayda qaldı, Yağı şeytandı, cindi,

Balığım çayda qaldı, Döydü, söydü, deyindi,

Özüm bu tayda qaldım, Qırdı «Vətən» deyəni,

Yarım o tayda qaldı. Vətən qara geyindi.


Çox çəkmişəm mən ahı, Ordumuz zəfər çala,

Hanı elin pənahı? Yağıdan qisas ala,

Aranı yadlar kəsib, Araza körpü olam,

Arazın nə günahı? El üstümdən yol sala.


Yolum düşə Dərbəndə! Yaylaqda dağım ahlı,

Dərdsiz olmaz hər bəndə, Aranda bağım ahlı,

Mən burda dara düşdüm, Həm yurdumdan qovuldum,

Orda düşdü yar bəndə. Həm sayıldım günahlı.


El yolunda ölən var, Bizi az soymadılar,

El qədrini bilən var, Yedilər, doymadılar.

Hicran xəstəsi canım, Yadlar məni Təbrizə,

Qalx, Təbrizdən gələn var! Getməyə qoymadılar.


Yad hakimdi, vəkildi, Arazın o üzündə,

Yerim tankla əkildi, Güllər açıb düzündə,

Dostlarım şəhid oldu, Qorxuram ki, dərməyəm,

Sinəmə dağ çəkildi. Arzum qala gözümdə.


Gəmim dəryada qaldı, Nə qış kefim saz oldu,

Xınam qayada qaldı. Nə də yazım, yaz oldu,

Elim, yurdum, yaylağım, Təbrizə həsrət qaldım,

Yağıya-yada qaldı. Göz yaşım Araz oldu.


Gülləri solan da mən, Qapımda cəftə qaldı,

Saçını yolan da mən, Kitabım rəfədə qaldı,

Evimi yağı yıxıb, Özüm bu taya düşdüm,

Günahkar olan da mən. Yar o tərəfdə qaldı.


Arazla canım axır, Gedirəm, dağlar qalsın,

Şöhrətim-şanım axır, Saldığım bağlar qalsı,

Hicran bir yara vurub, Məni yurddan qovanın,

Yüz yerdən qanım axır. Anası ağlar qalsın.


Çap olunmaz bayatım, Araz, Araz, xan Araz,

Yazmayım, necə yatım? Ay suyu yaş-qan, Araz,

Təbrizin həsrətiylə, Məni yağı yandırıb,

Sona çatır həyatım. Demərəm, sən yan, Araz.

Arazın suyu daşdı, Yolum düşə Təbrizə,

Daşdı, məcradan aşdı, Qonaq olam, dost, sizə,

Şırıltısı-inilti, Illərlə həsrətliyik,

Lilli suyu-qan, yaşdı. Hicran dağ çəkdi bizə.


Qar yağsa dizə kimi, Dərə- mənim, düz- mənim.

Gəlləm Təbrizə kimi, Cığır-mənim,iz- mənim,

Hicran dərdi tuşlanıb, Bakı, Gəncə gözlərim,

Sinəmə nizə kimi. Canımdır Təbriz mənim.

Dözərəm dözüm olsa, Araz, Araz olaydı,

Yazaram sözüm olsa. Kədərim az olaydı!.

Təbrizə sarı baxar, Təbrizi bir yol görəm

Dostlar, yüz gözüm olsa. Kədərim azalaydı


Yadlar bölübdü eli, Həsrətli yanar oda,

Axır gözümün seli. Düşmüşəm yanar oda.

Araza qurban olum, Araza ahım düşsə,

Öpür iki sahili. Qorxuram, yanar o da.


Gülüm, deyim yaz, saxla, Oda düşsün yağını,

Ölsəm, yasım az saxla, Görsün sinə dağını,

Elə fəda olmasam, Laçın didərgin olub,

Nə ağla, nə yas saxla. Sar alıb oylağını.


Yalqızam, yerim- ada, Karvanda nər qalmadı,

Salan yox məni yada, Tərlanda pər qalmadı,

Hicran məni yandırır, Namərdlər eli tutdu-

Bir kimsə çatmır dada. Mərdlərə yer qalmadı.


Barlı bağda bara bax, Dağ çəkdin, barı, asma,

Qarlı dağda qara bax, Dağı dağ üstə basma.

Mən salamat qalmayım, Yarın sözünü eşit,

Yada qalsa Qarabağ. Yadlara qulaq asma.


Cuvarı qabaqladım, Kəklik qayada qaldı,

Suyu arxa bağladım, Maral talada qaldı,

Vətənimə vuruldum, El köçdü, oba köçdü,

Elə arxa bağladım. Yaylağım yada qaldı.


Yaxşı gün yaz günüdür, Min dərdim var sinədə,

Keflərin saz günüdü, Ahım çatmaz sənə də,

Eldən ayrı keçən gün, Sən o tayda qəm çəkdin,

Qəribin yas günüdür. Əzab oldu mənə də.


Hakim haqq divanında, Bülbül gül gəzər ağlar,

Pul aldı ,batdı qan da. Sona göl gəzər ağlar,

Qovulan da mən oldum, Nə gül gəzər, nə də göl,

Günahkar sayılan da. Binnət el gəzər, ağlar.


Əsgərəm, nə atım var, Qəm yükü əyər nəri,

Nə döyüş sursatım var, Yıxar hünərvərləri,

Əyilmərəm düşmənə, Həsrət qəribi edər,

Mənim polad qatım var. Dərd çəkməkdən sərsəri.


Təbriz soraqlıyam mən, Vətəndə vətənsizəm,

Sinəsi dağlıyam mən, Ölmüşəm, kəfənsizəm,

Göz yaşım Araz olub, Qarabağım desəm də,

Yolları bağlıyam mən. Qarabağım, sənsizəm!

Gün çıxdı, düzə düşdü, Dəryada gəmim qalıb,

Tər axdı, üzə düşdü. Sinəmdə qəmim qalıb.

Vüsal bəxtəvərlərə, Yağıya bağım, bağçam,

Ayrılıq bizə düşdü. Bostanım, zəmim qalıb.


Yad yaylağıma çıxıb, Bülbül çəkər gül dərdi,

Vurub köşkümü yıxıb. Gül çəkər bülbül dərdi.

Çəkdiyim yurd dərdidir, Məcnun yar dərdi çəkdi,

Köşküm yadımdan çıxıb. Binnət çəkdi el dərdi.


Bağa, bara gəlmişəm, Yada yaddı yad dərdi,

Dağa, qara gəlmişəm. Mənə verdi yad dərdi.

Bağ, dağ yağıya qalıb, Cəfa çəkdim, gül əkdim,

Dərddən zara gəlmişəm. Yağı dərdi ,yad dərdi.


Haqq üzümə kəm baxıb, Susuz qaldı hovuzum,

Məni yandırıb yaxıb, Yatmadım, yuxu yozum,

Çəkdiyim el dərdidir, Mərdləri şəhid oldu,

Öz dərdim yaddan çıxıb. Yas saxladı Tovuzum.


Sürüm yaylaqda qaldı, Yanmışam, tökülmüşəm,

Bülbülüm bağda qaldı, Uçmuşam, sökülmüşəm,

Qartallar köçkün oldu, Həsrətin girdabında,

Quzğunlar dağda qaldı. Yumaqtək bükülmüşəm.


Yaşım ümmana dönüb, Bağban çəkər bar dərdi,

Ahım dumana dönüb. Alma, heyva, nar dərd,

Qəm atlı, mən piyada, Cəfa çəkdim, bağ saldım,

Arzum gümana dönüb. Barını yadlar dərdi.



Müxtəlif illərdə yazdığım bayatıların yarısı

POEMALAR
Belədir halımız, ay baba, indi
(Q.B.Zakirə xitab və nəzirə)
Əvvəlkitək deyil, ay baba, indi

Iblislər məskəni olub Qarabağ.

Ilan yuvasına dönüb Xankəndi,

Daha mümkün deyil burada qalmaq.

Azıb bu diyarda yolunu millət,

Öz başından yekə eleyir qələt.

Yoxdur gediş-dəliş, tükənib ülfət,

Aqanbekyan salıb ortaya nifaq.

Işlər tərsinədir idarələrdə,

Dostluğun üzünə çəkilir pərdə.

Iki qonşu xalqı salıbdır dərdə

“Millət dərdi çəkən on – beş sarsaq”.

Dayanıb, qatarlar, boşalmır yüklər,

Dostluğu unudur üzü dönüklər.

Başını itirib başıböyüklər,

Milləti azdırıb Vazgen qurumsaq,

Işləmir nəqliyyat, bağlanıb məktəb,

Nə böyük sayılır, nə ərkan - ədəb.

Torpaq davasıdır hər şeyə səbəb

Bizdən torpaq umur bir sürü axmaq.

Çoxdandır fəhlələr çıxmayır işə,

Mitinqi, piketi ediblər peşə

Yaraşır biz, palan, noxta keşişə,

Moskvada medal aldı bu paraq.

Gevorkovun azar düşsün canına,

Poqosyanın qolu düşsün yanına!

Boyandı erməni – kafir qanına

Sumqayıt Əsgəran, Qafan, Zvarçnaq.

Açılmır dükanlar, bağlanıb bazar,

Yeməyə nə alsın dəyyus Vartazar?

Haykanuş mətbəxdə ağlayır zar-zar

Yerevana heç nə aparmır Qazax.

Çaxnaşma yaradır xallı şarlatan

Ermənilərə kömək edir əlaltdan.

Yenə işə düşüb xançal, beşatan,

Gah orda, gah burda dağılır tifaq

Saqqalılar ara vermir savaşa,

Zori Balayan çəkirlər başa.

Derlər: “Bizim olsun Kəlbəcər, Şuşa”,

Bədzat dəyyuslarda iştaha bir bax.

O gündən Bakıda mitinqlər artdı,

Qeyrətlilər Xalq cəbhəsi yaratdı,

Haqlı tələbimiz dünyaya çatdı,

Meydanda göründü üç rəngli bayraq.

Əlimizdə Musavatın bayrağı,

Axışdıq meydana qazi sayağı.

Dedik ki, vermərik nə Qarabağı,

Nə də yurdumuzdan bir qarış torpaq.

Başlandı azadlıq mübarizəmiz,

Günbəgün çoxaldı mübarizlərimiz.

Cavadxan, Səttərxan ovladıyıq biz,

Yoxdur azramızda bir nəfər qorxaq.

Ayılara arxalanır tülkülər,

Bu iblis xislətli tülkütəkilər –

Yeravandakılar, Xankənddəkilər

Hər gün meydanlarda salırlar yığnaq.

Günü qara olsun eli satanın –

Torpaq satıb, vara, mülkə çatanın!

Xalqı dərdə salıb, ara qatanın.

Özünün başında çatlasın çanaq...

Topxanada baltalanır palıdlar,

Nə dünyada belə qızıl palıd var,

Nə ermənilərtək yaramaz idbar,

Nə də daşnaqlartək alçaqdan – alçaq.

Gözümüzə xallı dazbaş kül atır,

Daşnaqlara gizli raket, tank satır.

Xankənddə günbəgün silahlar artır,

Hər düdəmə dığa gəzdirir yaraq.

Yağı silahlanır,qoşun yaradır,

Bizsə köçkünlərə qururuq çadır.

Çaşmışıq – bilmirik hara – haradır

Nə qoşunumuz var, nə tüfəng, daraq.

Bədxahlarımız bizi “avam”sayırlar,

Güya bizim qeydimizə qalırlar,

Kimdə silah, sursat varsa alırlar,

Deyirlər: “Yasaqdır silah saxlamaq”.

Bitmir daşnaqların yer qalmaqalı.

Gümrüyə qatarlar silahla dolu

Gəlir, ermənilər kəsirlər yolu,

Bu kənddən o kəndə olmur addamaq.

Dığalar hər yerdə pusqu qurular,

Azəriləri güllə ilə vururlar,

Yandırırlar, tamaşaya dururlar,

Yananı vermirlər, məzara qoyaq.

Qonşuluğa, dostluğa göz yumurlar,

Utanmırlar, bizdən torpaq umurlar.

Qudurublar, ustumuzə cumurlar,

Əllərində balta, dəhrə, çapacaq.

Xankənddə güzaran pisləşir hər an;

Nə xəstəxanada tapılmır dərman,

Nə də xəstələr lazım olan qan.

Xəstəyə gələni oğurlayır sağ.

Pozulub əvvəlki nizam, yaraşıq,

Gah qaz güclü gəlir, gah su, gah işıq,

Məktəb, xəstəxana qalır yarımçıq,

Orda nəyə baxsan, pozulur damaq.

Orda bədəsillər su bulandırır,

Qurunun oduna yaşı yandırır.

Zəhmətkeşlər güclə baş dalandırır,

Daşnaq yağ – bal yeyir, hörtdədir konyak.

Yaltaq yaltaqlanır yallanmaq üçün

Arşaq “Ağdam”tapmır hallanmaq üçün

Müəllim, mühəndis dolanmaq üçün

Küçələrdə satır iynə, sap, sancaq.

Işləri düz gedir işi əyənin,

Qarını önə süzüb haram yeyənin.

Ağzını yumurlar doğru deyənin,

Düzgörən gözlərə uzanır barmaq.

Orda pencər yığır arvad da, ər də,

Yığılıb, qalmayıb çöldə pencər də.

Hər gün arvad – uşaq irəmələrdə

Gəzir quşəppəyi, çaşır,murcalaq.

Rüşvətə dadanıb orda hər bədzat,

Banklar müflis olur, xəzinə qarət.

Dükanda, bazarda yoxdur nəzarət,

Hamı bir – birinə gəlir badalaq.

Bunu meşəbəyi polis də bilir

Meşənin içində çətənə əkilir.

Əkənin başına sığal çəkilir,

Çəkənin başına qapaz –şapalaq.

Orda fabrik, zavod işləmir daha,

Sevinir salamat çıxan sabaha.

Ət, yağ, pendir – baha, çay- çörək-baha,

Yağ – bal qiymətinə satılır qaymaq.

Sədrlər əl altdan satır məhsulu,

Deyirlər: “Məhv edib çəyirtkə, dolu”,

“Krunq” başçısına veriblər pulu,

Aradan çıxıblar, olmayır tutmaq.

Xankənd fərəsinə daşnaq ley olur,

Dərə xəlvət olub, tülkü bəy olur.

Haqsızlıqdan çoxu dəli, səy olur

Hakim müttəhimlə içir rom, araq.

Orda toxun aca yazığı gəlmir,

Rüşvət verməyənin işi düzəlmir.

Birləşib bir koma düzəldə bilmir

Qardaş, qayın, yeznə, üç – dörd bacanaq.

Rəislər haqq alır hər pinəçidən,

Polislər haqq alır hər dilənçidən,

Müdür rüşvət alır süpürgəçidən,

Dığalar rüşvətə olub dadanaq.

Baba, kim güclüsə haqlıdır orda,

Hamı kələk gəlir bu vurhavurda,

Hər kim nə etsə də, qoyunlar qurda,

Toyuqlar tülküyə inanmayacaq.

Işləmirlər, aralığı qatırlar,

Borc içində boğazacan batırlar,

Ərzaq üçün evdə nə var satırlar,

Nə yorğan – döşək var, nə də qab – qacaq.

Suçludur vurulan, suçsuzdur vuran.

Bizə diş qıcayır, azğın – qudurğan.

Bizdən torpaq umur yerindən duran.

Ağlı, huşu- dayaz, başı – balqabaq.

Bizə qul idilər dünənə qədər

Yüz cinsdən törənən bu düdəmələr.

Bu bədnam dığalar, bədcins gədələr

Bağlayırlar xallı dazla ittifaq...

Yerimə yurduma susayır yağı,

Vurur sinəmizə dağ üstdən dağı.

Suyumuz – göz yaşı, çörəyimiz –ağı,

Qazancımız olur qəm qucaq – qucaq...

Çox həsrət qalmışıq bir – birimizə,

Ayrılıq həmişə dərd olub bizə,

Bir yol oturmadıq, barı üz- üzə

Dərdimizi birgə deyib, ağlayaq.

Xainlər, satqınlar xalqı aldadır,

Yalan vədlər verib, mənsəbə çatır.

Xeyrini güdənlər yurdunu satır,

Kimə arxalanaq, kimə inanaq?

Əyrilər, oğrular, olurlar “Hacı”,

Başdan – başa keçir şahlığın tacı.

Yada salan yoxdur yoxsulu, acı

Kimdən kömək umaq, kimə əl açaq?

Yumurtanın yüz manatdır ədədi,

Yoxsa qiyamətdi – axır vədədi?

Varlının oğulu Türküyədədi,

Kasıbın oğlundan yoxdu səs – soraq.

Nə xış var, nə kotan, nə xırman nə vəl,

Ək, becər, yığışdır, a kəndçi, di gəl.

Şair məddah olub, alım bədəməl,

Heç kəsdə qalmayıb abır, qanacaq.

Hərə məhləsində bir firqə qurub,

Şöhrət, mənsəb hissi başına vurub.

Çoxu çalıb - çapıb, yeyib – qudurub,

Cəbhədən uzaqda gəzir kefi çağ.

Toyuq – cücə artmır, ley çoxalıbdır,

Ağlı azan artıb, səy çoxalıbdır.

Məzlum, muzdur artıb, “bəy”çoxalıbıdır,

Kimə muzdur olaq, çörək qazanaq?

Yurdumun üstündən getmir duman, çən.

Nə tədbir tökən var, nə plan çəkən.

Hamı alver edir, yox əkən, biçən,

Paslanır bel, kətmən, kərənti, oraq.

Belə zülm heç bir yerdə olmayıb,

Sussaq da ayıbdır, desək də ayıb.

Qarbağda fabrik, zavod qalmayıb,

Söküb Yeravana daşıyıb daşnaq.

Göyçəlilər yana- yana qalırlar;

Onların hər şeyini zorla alırlar,

Sonra döyə - döyə yola salırlar,

Hamısını ayaqyalın, başıaçıq.

Azərilərə orda zülm eləyirlər,

“Bizim ölkəmizdən çıxın”,- deyirlər.

“Çıxmıram”,- deyəni güllələyirlər

Evinin içində taraqqataraq.

Laçın yuvasını quzğunlar alır,

Laçınlar yurdundan didərgin olur.

Qaçhaqaçda qarlı yallarda donur

Yüzlərlə xəstə, şil, ixtiyar, uşaq.

BMT köçünün yanmır halına,

Işğalçının zəhər qatmır yalına.

Arsıza, xudbinə, gönüqalına

Təsir eləməyir məzəmmət, qınaq.

Azəri evləri zornan boşalır;

O evləri Sərkis, Siranuş alır.

El köçür, yuvası – yurdu boş qalır,

Tərlan yuvasına tutur yapalaq.

Ayrılırıq Bazarçaydan, Tərsçaydan,

Göyçə gölümüzdən, Karvansayadan.

Sanki ayrılırıq Günəşdən, Aydan

Yada qalır Ətrik, Talin, Spitak.

Çıxır son köçümüz Ermənistandan;

Qəmərlidən, Üçkilsədən, Dilicandan.

Ele bil ayılır ruhumuz candan

Yaşımız sel olur, gözümüz bulaq.

Çıxır əlimizdən Əstərək, Kəvər,

Abavan, Qızıl qoç, Soyulan, Ellər,

Düzkənd, Sərdərabad – safalı yerlər,

Yüz – yüz aynabəndli evlər, bağça – bağ.

Köçkünlər der: “Malımızı aldılar,

Gəvəmizi, xalımızı aldılar,

Pətəyimizi, balımızı aldılar,

Buna necə dözək, necə dayanaq”?

Hələ orda yüz- yüz kəndimiz qalır;

Zəngibasarımız, Gümrümüz qalır,

Basarkeçərimiz Vedimiz qalır

Bir də yüz – yüz bulaq, yurd, sərin yaylaq.

Yüzlərlə boşalmış kəndimiz təki

Çox qəsəbə, sovxoz, tütün fabriki

Qalır, kafirlərə sahibsiz təki,

Heyif, nankor dığalara qalacaq!

Biz - silahsız, silahlıdır yağılar,

Biz - günahsız, günahlıdır yağılar

Biz - pənahsız, pənahlıdır yağıar,

Daha ümidimiz Haqqadır ancaq.

Dada yetsin tanrı, köçkün oluruq!

Qovurlar, yuvasız – yurdsuz qalırıq

Dərbədər, didərgin, qaçqın oluruq,

Qaçağandan, Lökdən haraya qaçır?

Qırılsın düdəmə - “mul” ermənilər.

Bədzat, qorxaq, murdar, qul ermənilər!

Yanmağa layıqdır bu ölməlilər,

Qalsalar çox yerə sahib çixacaq.

Baba, yada qalır bağça – bağımız

Cantəpə yaylağmır, Murğuz dağımız

Bilirsən ki, yoxdur rahatlığımız

Ayı tülkü ilə olalı ortaq.

Bir vaxt zəbt edənlər İrəvanmızı

Axtadan, Aqindən qovur hammızı,

Alır Gorusmuzu, Baranamızı,

Kəsir dilimizi dinsək, danışsaq.

Quduzlaşıb, qudurğanlıq edirlər,

Pozğunlaşıb, bəd pozğunluq edirlər.

Azğınlaşıb, çox azğınlıq edirlər,

Tayqulaq Andronik, Şaumyan sayaq.

Ay baba, bu sitəm görünüb harda,

Gəlmə yerliləri yurddan çıxarda?

Amasya, Keşişkənd qalıbdı darda

Sevandan, Qafandan düşmüşük qaçaq.

Aşağı Qaranlıq, zülmətdə qalır,

Allahverdi, Meğri qürbətdə qalır.

Vorantsovka dərddə, möhnətdə qalır,

Düşmən həkim olsa,sağalmaz naçaq.

Qolunu bağlayıb oğlanlarının,

Yolublar saçını qoca qarının.

Itkinlərin ana – bacılarının

Sifəti qançırdır, sinəsi dağ –dağ.

Xankənddən də çıxır qaçqınlar köçü,

Nədir xalqımızın günahı, suçu?

Şəhərdə şəhərli, kəndə də kəndçi

Tapa bilmir rahat bir sığınacaq.

Bağlanır Xocavənd – Əsgəran yolu,

Şuşa,- Kərkicahan - , Mincivan yolu.

Dığalar kəsirlər hər yandan yolu,

Məcbur eləyirlər evimizdən çıxaq.

Deməklə, yazamaqla qurtarmaz, baba,

Köçkün, qaçqın olub qədim el – oba.

Göydən dolu kimi yağanda bomda,

Evdən qaçan qaçıb başıaçıq, çılpaq.

Hələ xata, təhlükədir xallı daz,

Bizi köçkün, qaçqın edır yaramaz.

Dərdimiz dastana, kitaba sığmaz,

Nə qədər danışsaq, nə qədər yazsaq.

Türkdən başqa yoxdu bir həmdəmimiz.

Zornan ayırdılar, ayrı düşdük biz.

Hamı yazar olsa, bitməz dərdimiz,

Otlar qələm olsa, yarpaqlar varaq.

Belədir halımız, ay baba, indi,

Qara günə qalıb el – oba indi,

Düçarıq möhnətə, əzaba indi,

Xilaskar yetişə, dərddən qurtulaq.

Baba, qara günün ömrü çox olmaz.

Qisas qiyamətə, qan yerdə qalmaz.

Əgər qiyamətə qalsa bu qisas,

Cənnətdə də olsam, ruhum yanacaq

Əgər el, yurd qayğısına qalmasam,

Elə, yurda yaxşı oğul olmasam,

Fürsət tapıb, yağıdan öc almasam,

Məhv olum, eybimi örtsün toz- torpaq.

Heç vaxt Pənah xanın, İbrahım xanın

Yurdu ola bilməz nökər Vartanın.

Xankəndi, Qarabağ Ermənistanın

Heç zaman nə olub, nə olmayacaq



23.30.XI. 1988

Müqəddəsim

(Müxəmməs)

(M.Füzulinin heykəli önündə düşüncələr)
A müqəddəs Kərbəlada baqı olan müqəddəsim,

Salam. Sənə layiq ola, ustadım, bu müxəmməsim.

Həsrətindən gah yanıram, gah əsirəm əsim-əsim,

Nə yanına gələ billəm, nə də çatmaz sənə səsim,

İmkanım-yox, üzüm-qara, İraq-uzaq, ömür-yarı.

Şəbi-hicran yandı canın, həsrət səni çəkdi dara,

Niyə olur şairlərin taleyi kəm, bəxti qara?

Niyə eldən uzaqdasan, de sən hara, İraq hara?

De kim saldı səni, baba, vətənindən uzaqlara?

A xalqımın həm şöhrəti, həm fəxri, həm iftixarı.

Odlar görüb yad ellərdə qəriblərin ağlar gözü,

Şair, mənə də gülmədi bəd zamanın dönük üzü.

Dövran məni gah dondurub, gah sinəmə yığıb közü.

Mənim də cardı dilimdə Vətən,Millət, həsrət sözü.

Gözü yaşlı, qəlbi ahlı baxıram Təbrizə sarı.

Heykəlinin önündəyəm, nələr keçmiş de başından.

Niyə kədər, qüssə yağır üz-gözündən, baxışından?

Vətənindən uzaq düşdün niyə, baba, ilk yaşından?

Niyə çaylar ağlar axır, yoxsa sənin göz yaşından

Yaranıbdır yer üzünün dərdi axan Arazları?

Qayıtmazmı yuvasına, baba, quşlar perikəndə?

Hansı tufan səni qovub, yol azmısan yoxsa çəndə?

Vətənindən qaçqın, köçkün, didərginsən yoxsa sən də?

Bəlkə səni də qovublar eldən-elə, kənddən-kəndə,

Ayaqyalın, başıaçıq, qarlı qışda, gecə yarı?

Danışmırsan, ulu ustad, icazə ver mən danışım,

Sanki, dünyada yalqızam, nə dostum var, nə tanışım.

Mənim də daş dəlir ahım, mənim də car olur yaşım.

Düz deyəndə, haqq gəzəndə daşdan-daşa dəyir başım,

Mənə əxlaq dərsi verir zinakarın -zinakarı.

Bölük-bölük, parça-parça, kəsik-kəsik, dilim-dilim,

Niyə yüz yol parçalanıb, paralanıb, şair, elim?

Bu möhnətə necə dözüm, dosta-yara çatmır əlim?

Gah farslaşıb, ərəbləşib, gah ruslaşıb ana dilim.

Öz dilində hökm eləyib kimin düşüb bəd güzarı.

Neçə şair görməsə də söz dərsini səndən alıb,

Natavanlar, Vidadilər, ustad, sənə həsrət qalıb,

Həsrət ilə, hörmət ilə onlar səni yada salıb.

Məhəbbətlə salam deyir, məzarına səcdə qılıb,

Yurdumdan İraqa gələn Azərbaycan zəvvarları.

Niyə halın pərişandır, aç qəlbini, danış barı?

Nə durmusan boynu bükük, ürəyində el qubarı?

Gəl dolaşaq dağım-dağım dağıdılmış obaları-

Bir-birinə həsrət qalmış o diyarı, bu diyarı,

Dinləyək tarixi bilən dünya görmüş babaları.

Dava gedir, baş qarışıb, hər bir işdə dolaşıq var;

Gözdən uzaq obalarda nə qaz, nə su, nə işıq var,

Məclislərdə nə çal-çağır, nə xanəndə, nə aşıq var.

Hara getsən qəbristanın bir yanında yaraşıq var,

Qatarlaşıb cərgə-cərgə şəhidlərin məzarları.

Cibdə pul yox, evdə çörək, hər yan alış - veriş - bazar,

Dərman, ərzaq saxta, baha, artıb ölən, xəstə, azar,

Əlbir olub, xalqı soyur quldur, dəllal, mərdimazar,

Qapı-qapı iş axtarır həkim, artist, rəssam, yazar.

Nə fəhlənin maaşı artır, nə alimin qonararı.

Qatar-qatar qovaq, çinar baltalanıb yollar boyu,

Soyğunçunun, dələduzun, kələkbazın artıb sayı.

Unudublar mərhəməti, görən yoxdu soyhasoyu,

Ərşə çıxır köçkünlərin, qaçqınların ahı-vayı,

Sayan yoxdu qapı-qapı iş axtaran muzdurları.

Hər yan çərçi bazarıdır, bilinməyir alan, satan.

Bir-birindən seçilməyir mömin, quldur, oğru, atan.

Öz xeyrini güdür ancaq vəzifəyə əli çatan.

Iblistək aranı qatıb xallı dazbaş-araqatan,

Özü qaçıb, iki xalqı bir-birindən salıb ayrı.

Küçə,meydan,hər yann bazar,satanlar çox,alanlar yox,

“Xalqım, elim,” deyənlər çox, el qeydinə qalanlar yox,

Gözdən üzaq obaları anıb, yada salanlar yox,

Əlil, işsiz, didərgin çox, vədlər hədsiz,yalanlar çox,

Məktəblərə həsrət qalıb kasıbların balaları.

Qardaşlığa, qonşuluğa qələm çəkdi vicdansızlar,

Unutdular insanlığı riyakarlar, həyasızlar.

Tank, BTR altda qaldı cavan-cavan günahsızlar,

Qara geydi, ağı dedi, analar, gəlinlər, qızlar,

Fələkləri kar elədi xalqımızın fəryadları.

Ayağı yer tutan qaçır məmləkətdən uzaqlara,

Doğma yurddan, doğma eldən, doğma kənddən uzaqlara.

Baxan yoxdur kimsəsizə; qocalara, uşaqlara,

Qayğı, ərzaq azalıbdır əsgərlərə, dustaqlara,

Göz tikmişik yad ellərdən bizə gələn yardımlara.

Kolxozları dağıtdılar, var yoxunu taladılar,

Meşələri baltalayıb, ocaqlarda qaladılar.

Rüşvət, hədiyyə umanlar məmur deyil, bəladılar,

Bu gün muzdurluq edənlər hər dərdə mübtəladılar.

Bu gün əl açır dilənir xəstə, əlil, qoca, qarı.

Yataqxana, salxaq vaqon qaçqın, köçkün evi olur,

Vaqonlarda qaçqınların ruhu ölür, rəngi solur,

Qəm üstünə qəm tökülür, dərd üstünə dərd qoyulur.

Mən görmüşəm bir otaqda yeddi nəfər qaçqın qalır,

Gün qızdırır, qar soyudur yayda-qışda vaqonları.

Çoxalıbdır möhtəkirlər- dəni gizli saxlayanlar.

Indi nə inək sağan var, nə də nehrə çalxayanlar.

Azalıbdır əkən-biçən, kilim, gəbə toxuyanlar.

Artır şadlıq sarayları, bir də çalıb-oxuyanlar,

Məclislərdən sıxışdırıb yad musiqi sazı,tarı.

Dükanlarda, bazarlarda aldadır satan alanı,

Böhtançılar efirlərdən xalqa sırıyır yalanı.

Rəislər başa çəkirlər ön cərgədə əl çalanı-

Müavin, müdir olmaq üçün yaltaqlanıb alçalanı,

Mənsəb, rüşvət xar eləyib ədaləti, qanunları.

Danışmırsan, bilirsən ki, sözə qiymət verilməyir,

Elin dərdinə ağlayan gözə qiymət verilməyir.

Bədxahların bazarında düzə qiymət verilməyir,

Orda astar baha gedir, üzə qiymət verilməyir,

Düyü, buğda alınmayır, tez satılır arpa, darı.

Varlı olsan, salamını alardılar, yazıq baba!

Yaltaq olsan, məddah olsan geyərdin zərxara əba,

Şairlərə hörmət etməz gönü qalın, qəlbi qaba.

Seirin gəzir yer üzünü oymaq-oymaq ,oba-oba,

Şimşək kimi yarıb keçir sərhədləri, hüdudları.

Yandı canın həsrət ilə, vəsli-ruyi yar istədin;

Qalmış idin nalan qəfəs qeydində, gülzar istədin,

Nə şan-şöhrət, nə zər-sərvət, nə dövlət, nə var istədin,

Mətahını satmaq üçün bir özgə bazar istədin,

Nə gəzdiyin yarı tapdın ,nə gülzarı,nə bazarı.

Dedin:-”Ya Rəbb, bəlayi-eşq ilə qıl aşına məni”,

Bəlayi-eşq bəlalara eylədi mübtəla səni.

Bəlalardan qurtarmadı müqəddəs Kərbəla səni,

Sən bəlanı istəyirdin,istədi həm bəla səni.

Əsdi xəzan, vaxtsız soldu öz ömrünün çəmənzarı.

Həsrət ilə çox baxmısan Vətənindən Vətəninə,

Böyük ülvi məhəbbətlə heykəl qoydu Vətən sənə.

Sənin Leylin Vətən idi, vurulmuşdun Vətəninə,

Vətəni sevməyinin özü nədir, Vətəni nə?

Vətənini sevməyəni nə el sevdi, nə də yarı.

Fələklər yandı ahımdan, oyatdı xalqı əfqanın,

Günəş kimi yer üzünə yayılsa da, adın-sanın

Üzdü səni şəbi-hicran, həsrət ilə yandı canın.

Üzünə nə bəxtin güldü, nə dövranın, nə cananın,

Səni çeşmi-giryan etdi, bəd zamanın sərt rüzgarı.

Hələ mənəm-mənəm deyir, baba, xudbin “bəng və badə”,

Bir partiya yaradıbdır hərəsi bir məhəllədə.

Partiyalar gün ağlayıb hansı xalqa, nə vaxt, dədə?

Şah olmaqçün Vətənini yağılara satan gədə,

Taxta çıxsa, olacaqdır hansı elin tacidarı?

Indi də var mələk donlu iblis-əhdi, sözü yalan,

Indi də var sözə qiymət verməyən-küt, cahil, nadan,

Dilənçidən, pinəçidən, xidmətçidən rüşvət alan,

Özgəsini bəyənməyən-əməlindən razı qalan,

Vəziryanlar başa çəkdi bu riyakar yaltaqları.

Sənintək söz gözəlinə heç kəs bəzək verə bilməz,

“Söhbətül-əsmər”inə yox ,nə bənzəyən, nə də əvəz.

Yeddi cam dirilik suyu içsə də səhhəti-mərəz,

Sağalmasın xaindirsə, ülfətində varsa qərəz,

Sel aparsın, heç olmasın nə baş daşı, nə məzarı.

Imkan ola, barı bir yol türbənə baş əyə biləm!

Sənə layiq beş-on misra şəninə söz deyə biləm!
Yazdıqlarımla fəxr edəm, bir özümü öyə biləm!

Millətimə kəc baxanı əzə biləm, döyə biləm!

Torpağımdan qova biləm qara, sarı quduzları!

Indi də var ara qatan-mələk donlu xain, iblis,

Qəlbi-qara, zatı-qırıq, niyyəti-bəd, paxıl, xəbis,

Min-dil, min-üz, ələbaxan, qarınqulu, acgöz, xəsis,

Əhrimana qulluq edən-şər işlərdə mütəxəssis,

Parazitlər, tif yayanlar- yoluxduran hər azarı.

Haqqını ala bilmədin, yedi onu haramxorlar -

Səni hey get-gələ salan birokratlar, müftəxorlar,

Indi də var haqqı danan, qulağı kar, gözü korlar.

Cib güdənlər, acgödənlər, tamahkarlar, rüşvətxorlar,

Vəzifəyçün alçalanlar-rütbə, mənsəb dəllalları.

Bilirsənmi, əsir düşüb xələflərin Vaqif, Zakir?

Məzarları təhqir olub, pak ruhları əzab çəkir.

Hesabını qanmayanlar yenə bizlə hesab çəkir,

Kəlbəcəri yağı alıb, qorxudadır Tovuz, Şəmkir,

Xankəndində xanlıq edir Yerevanın “dığa”ları.

Çadırlarda qızdırmadan yüz-yüz öldü yazıq dağlı,

Leyliləri apardılar zülfləriylə qolubağlı,

Məcnunların əli yalın,silahı yox,yolu bağlı.

Anaların, ataların gözü yaşlı, qəlbi dağlı,

Döyə-döyə ayırdılar eldən -eli, yardan-yarı

İndi, ustad, xalqa ağzın sirrini söz qandırmayır,

Başçıların sözü indi çoxunu inandırmayır.

Utanmazı ,sözqanmazı söysən də söz yandırmayır.

Elə gönü qalınlar var gönünü köz yandırmayır.

Qəlbi daşa təsir etmir yayın günü, qışın qarı.

Pələngləri tora salır qudurmuş arxalı köpək

Ayıya tulalıq edir torpaq iddialı köpək,

Topxanada palıdları doğrayır baltalı köpək.

Işğalçıya “qardaş” dedi qeyrətsiz, bambılı köpək,

Istəyirdi hamam tiksin, qoz əksin, gözləsin barı.

Böyük ustad, hüzurunda uzunçuluq etdim bir az,

Istədim ki, halımızdan səni halı edəm bir az.

Bilirəm ki, Vətənimdə qışın ömrü uzun olmaz.

Xilaskarmız gələr, burdan ayağını çəkər ayaz.

Deyə-gülə, toy-bayramla qarşılarıq ilk baharı...

Sənin dərdin nədi, baba, çəkilməzdir mənim dərdim,

Ömrüm boyu dırnağımla sevinc əkdim, kədər dərdim.

Araz boyda göz yaşım var, mənim Dərbənd boyda dərdim.

Bir soruşan yoxdur, Binnət, nə ah-vaydı, nədi dərdin?

Bir dinləyən yoxdur məni, danışam dərdimi,barı.

12-19.04.1992



1   ...   10   11   12   13   14   15   16   17   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə