Beynəlxalq münasiBƏTLƏr tariXİ XX əsrin əvvəllərində beynəlxalq münasibətlər




Yüklə 461.26 Kb.
səhifə7/7
tarix22.02.2016
ölçüsü461.26 Kb.
1   2   3   4   5   6   7

70. Müstəqil Azərbaycan dünya birliyi tərkibində
1991-ci il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olundu. Müstəqilliyin bərpası ölkəmizin beynəlxalq münasibətlərdə iştirakı üçün əlverişli şərait yaratdı.

Azərbaycan dövlətinin dünya birliyi tərkibində özünü tanıtması üçün ilk növbədə xarici dövlətlərlə beynəlxalq münasibətləri qurmaq məsələsi dururdu. Onun üçün də Azərbaycanın beynəlxalq fəaliyyətində Avropa ölkələri ilə münasibətlərin qurulması mühüm vəzifələrdən sayılırdı.

Müstəqillik elan edildikdən sonra 1993-cü ilin avqustunadək Avropanın 18 ölkəsi Azərbaycanın dövlət müstəqilliyini tanıdı və onların bəziləri Azərbaycan ilə diplomatik münasibətlər qurdu. 1991-ci ilin dekabrın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Almaniya 1993-cü ilin fevralın 2-də Azərbaycan ilə diplomatik münasibətlər yaratdı. Azərbaycan dövləti Avropada ilk dəfə olaraq Almaniyada səfirlik açmışdı.

1992-ci ilin yanvarın 3-də Azərbaycanın müstəqilliyini qəbul edən Fransa fevralın 21-də diplomatik münasibətlər qurdu. Fransa xarici işlər nazirinin müavini Kuşner Azərbaycana səfər etdi.

Avropanın nüfuzlu dövlətlərindən olan Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 31-də tanıdı. 1992-ci ilin martında isə diplomatik münasibətlər yaratdı. Böyük Britaniya ilə Azərbaycan arasında dövlət rəhbərlərinin diplomatik səfərləri bu beynəlxalq əlaqələri daha da möhkəmlətmiş oldu.

İspaniya 1991-ci ilin dekabrın 31-də, İtaliya isə 1992-ci ilin yanvarın 1-də Azərbaycanın müstəqilliyini tanımış oldu.

Bu dövrdə Azərbaycan Asiya və Afrika ölkələri ilə də öz diplomatik münasibətlərini yüksək səviyyədə qurmuş oldu.



Türkiyə Azərbaycanın dövlət müstəqilliyini 1991-ci ilin noyabrın 9-da tanıyan ilk dövlət oldu. 1992-ci yanvarın 14-də isə onlar arasında diplomatik münasibətlər yaradıldı.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Pakistan İslam Respublikası olmuşdur (1991-ci il 12 dekabr).

Azərbaycan MDB dövlətləri ilə də öz münasibətlərini inkişaf etdirməyə çalışırdı. 1992-ci ilin aprelin 4-də Rusiya Federasiyası Azərbaycanla diplomatik münasibətlərin qurulması barədə protokol imzaladı. 1995-ci ilin mart, 1996-cı il yanvar, 1997-ci il mart və iyul aylarında olan diplomatik səfərlər Rusiya ilə münasibətlərin inkişaf etdirilməsində böyük rol oynamış oldu. Azərbaycan MDB dövlətlərinin digər üzvləri ilə də öz diplomatik münasibətlərini yaratdı və inkişaf etdirdi.

Azərbaycan 1992-ci ilin martın 2-BMT-yə daxil oldu. Azərbaycan BMT-nin İqtisadi və Sosial şurasına, Elm və Texnika komissiyasına üzv seçildi.

Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətində ATƏT xüsusi yer tutur. Azərbaycan 1992-ci il yanvarın 20-dən əvvəl ATƏM-in, sonra isə ATƏT-in üzvü seçildi.

Avropa Şurası ilə əlaqə yaradan Azərbaycan 1996-cu ilin iyulunda bu təşkilatda xüsusi dəvət olunmuş qonaq statusu almış oldu.
71. Azərbaycan-ABŞ münasibətləri
Müstəqil Azərbaycan Respublikasının xarici siyasət strategiyasının prioritet istiqamətləri sırasında ABŞ-la ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi mühüm yer tutur. 1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konstitusiya aktı qəbul edildikdən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri də ABŞ oldu. ABŞ 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı. 1992-ci il martın 17-də ABŞ Bakıda öz səfirliyini açmış, martın 18-də isə iki dövlət arasında rəsmi diplomatik münasibətlər yaradılmışdır. 1992-ci ilin noyabrında Azərbaycan Vaşinqtonda öz səfirliyini açdı.

1994-cü ildə ABŞ dövlət katibinin xüsusi müşaviri C.Kollinz, konqresmen F.Volf və başqaları Azərbaycana səfərə gəldilər. ABŞ tərəfi Ermənistan-Azərbaycan münaqişəsinin dinc siyasi vasitələrlə həllinin zəruriliyini bəyan etdi.

1994-cü ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Qahirədə ABŞ-ın vitse-prezidenti Albert Qor ilə, Nyu-Yorkda prezident Bill Klintonla görüşləri iki ölkə arasındakı münasibətlərin inkişafı və əlaqələrin güclənməsində çox böyük əhəmiyyət kəsb etmişdir.

Bunun ardınca 1994-cü ilin sentyabrın 20-də bağlanan “Əsrin müqaviləsi” adlanan neft kontraktlarına ABŞ-ın “Amoko”, “Pennzoyl”, “Yunokal”, “Eksson” kimi iri neft şirkətləri də cəlb edilmişdir. “Əsrin müqaviləsi”ndə investisiya payının 47%-i ABŞ şirkətlərinin payına düşür.

1997-ci ildə prezident Heydər Əliyev ABŞ-da rəsmi səfərdə olmuşdur. Vaşinqtonda ABŞ-Azərbaycan münasibətləri haqqında birgə bəyanat verilmişdir.

2003-cü il fevralın 23-də ABŞ prezidenti Corc Buşun dəvəti ilə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev bu ölkəyə səfər etdi. Həmin səfər zamanı iki ölkə arasında iqtisadi əlaqələr, Cənubi Qafqazda reallaşan transmilli layihələrin vəziyyəti müzakirə edildi.

2005-ci ilin yanvarında ABŞ Dövlət Departamenti “ABŞ və Dağlıq Qarabağ” başlıqlı bəyanat verdi. Həmin bəyanatda göstərilirdi ki, ABŞ Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

2006-cı ilin aprelində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilk dəfə ABŞ-a rəsmi dövlət səfəri etmişdir.



72. “Dağlıq Qarabağ” münaqişəsi. Böyük dövlətlərin mövqeləri
Artıq 1980-ci ilin ortalarında Sovet ölkəsinin ictimai, siyasi, iqtisadi və mədəni həyatında böhran yaranmışdı. SSRİ-də yenidənqurma prosesini mərkəzdən qaçan qüvvələr fəallaşdırdığı vaxt xarici ölkələr erməni amilindən istifadə etdilər.

1986-cı ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni seperatçı təbliğatı açıq və geniş xarakter almışdı. 1987-ci ilin oktyabrından Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması ermənilərin öz məqsədlərini reallaşdırmaq ümidlərini artırdı. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə akademik Aqambekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini qeyri-rəsmi olsa da, bütün dünyaya bəyan etdi. Bu məsələ 1987-ci il mayın 18-də Humanite qəzetində nəşr olundu. 1988-ci ildə Ermənistan ərazisindən öz yurdundan 185 kənd və başqa məntəqədən 230 min, azərbaycanlı qovuldu, 214 nəfər vəhşicəsinə öldürüldü, 1154 nəfər yaralandı.

Hal-hazırda mövcud olan Dağlıq Qarabağ münaqişəsinin hərbi məsələsi Azərbaycan Respublikasının xarici siyasətində əsas yer tutur. Erməni qəsbkarlarının Azərbaycana təcavüzü nəticəsində ölkə ərazisinin 20%-i, yəni 17 min km2 torpaq sahəsi işğa olunmuşdur. Elan olunmamış müharibə nəticəsində Azərbaycandan 20 min adam həlak olmuş və 100 minə yaxın insan yaralanmışdır.

Azərbaycanın müraciəti ilə BMT Təhlükəsizlik Şurası 822 (Kəlbəcərin işğalı ilə bağlı), 853 (Ağdamın işğalı ilə bağlı), 874, 884 (Zəngilanın işğalı ilə bağlı) saylı qətnamələr qəbul olunmuşdur. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsini saya salmadı.

Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra milli ordumuzun formalaşması, onun döyüş qabiliyyətinin yüksəldilməsi və müdafiə üçün müəyyən tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yarandı.

1994-cü il mayın 12-də atəşkəs haqqında razılaşma əldə olundu. Respublikanın rəhbərliyi bu problemi həll etmək üçün hərtərəfli, düşünülmüş yekun bir proqramla çıxış etdi:



  • problemi beynəlxalq səviyyəyə qaldırmaq;

  • onun səbəblərini, tarixi köklərini, mahiyyətini dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və aydınlaşdırmaq;

  • digər tərəfdən də dövlətlərin və beynəlxalq təşkilatların timsalında ölkəmizə tərəfdaşlar tapmaq.

1993-2000-ci illərdə Azərbaycan Respublikasının prezidenti ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 68 ölkənin dövlət başçısı ilə 485 görüş keçirmişdir və onların hamısında Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunmuşdur.

ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı ildə Lissabonİstanbul sammitlərində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə Lissabon sammitində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, 53 dövlət tərəfindən qəbul olundu. Bu sammitdən sonra ATƏT-in Minsk qrupu yeni formatda yaradıldı. Onun həmsədrləri 3 böyük dövlət- ABŞ, Rusiya və Fransa oldu. Onlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair indiyə qədər bir neçə təklif irəli sürmüşdülər. 1997-ci ilin iyununda təqdim olunan ilk təklif münaqişənin paket həllidir. 1997-ci ilin oktyabrında ikinci təklif münaqişənin mərhələli həllidir. 1998-ci ilin noyabrında isə verilən təklif “ümumi dövlət” formasında nəzərdə tutulmuşdur. Son dövrdə isə verilən dördüncü təklif birinci və ikinci təkliflər əsasında yaradılmışdır.



73. Azərbaycan Republikasının xarici siyasəti
Azərbaycan müstəqilliyi bərpa etdikdən sonra dövrün reallıqlarını və xalqın milli mənafelərini nəzərə alıb fəal xarici siyasət yeritməyə başladı. Azərbaycan Respublikası beynəlxalq aləmdə öz xarici siyasəti vasitəsilə müəyyən məqsəd və vəzifələri reallaşdırmağa çalışırdı: Müstəqilliyini saxlamaq və möhkəmləndirmək.

Azərbaycan Respublikasının prezidenti 68 ölkənin hökumət başçıları ilə görüşlər keçirmişdir. Bu görüşlər Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutması üçün çox mühüm əhəmiyyət kəsb etmişdir.

Azərbaycan 1993-cü ilin sentyabrın 24-də MDB-yə daxil oldu.

1996-1997-ci illərdə Azərbaycan Gürcüstan və Ukrayna ilə strateji əməkdaşlıq haqqında sazişlər bağladı. 1997-ci ilin noyabrın 25-də Bakıda “GUAM” blokunun təşkilini bəyan edən protokol imzalandı. 1997-ci ildə Özbəkistan da bura daxil oldu. Lakin sonradan yenə bu bloku tərk etdi.

XX əsrin əvvəllərində Azərbaycan artıq dünyanın 137 ölkəsi ilə diplomatik əlaqələr yaratmışdı. 1996-cı ilin aprelində Azərbaycan ilə Avropa Şurası və onun üzvü olan dövlətlər arasında əməkdaşlıq haqqında saziş imzalandı. 2001-ci ilin yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul olundu.

2002-ci ildə Avropa İttifaqı ilə “tərəfdaşlıq və əməkdaşlıq sazişi”nin yerinə yetirilməsi barəsində milli proqram hazırlanmışdı. 2002-ci ilin oktyabrın 2-də Azərbaycan Respublikası BMT-nin İqtisadi və sosial Şurasının üzvü seçildi.

1997-ci ilin avqustun 1-də Azərbaycan ilə ABŞ arasında münasibətlərin əsas prinsip və istiqamətlərini müəyyən edən sənəd “Amerika-Azərbaycan münasibətləri haqqında” prezidentlərin birgə bəyanatı imzalandı.

Azərbaycan Respublikasının xarici siyasətində həll olunası mühüm məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan Respublikası prezidenti Heydər Əliyev bu münaqişəni dinc yolla həll etmək yolunu götürdü. Ümummilli lider H.Əliyev bu məsələni həll etmək üçün ABŞ rəhbərliyi ilə 18, Fransa rəhbərliyi ilə 16, Rusiya rəhbərliyi ilə 28, Türkiyə rəhbərliyi ilə 78 nəfərlə görüşərək müzakirə etmiş və öz mövqelərini araşdırmışlar.



74. “Əsrin müqaviləsi” ətrafında diplomatik mübarizə
Azərbaycanın iqtisadi tarazlaşdırılmış inkişafına nail olmaq və mövcud sosial-iqtisadi problemləri həll etmək üçün neft sektorunun dirçəldilməsi zəruri idi. 1994-cü ildən ictimai həyatda yaranan sabitlik bu məsələnin həlli üçün şərait yaratdı. Azərbaycan dövləti neft yataqlarının kəşfi, istismarı və hasilatına dair dünyanın iri neft şirkətləri ilə bir sıra neft müqavilələri bağladı. Azərbaycan Dövlət Neft Şirkətinin xarici şirkətlərlə ilk müqaviləsi 1994-cü il sentyabrın 20-də imzalandı.

Azərbaycan Neft Şirkəti 6 ölkənin 11 neft şirkəti ilə Xəzər dənizində 3 böyük neft yatağının – “Günəşli”, “Çıraq” və “Azəri” yataqlarının işlənməsinə dair tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olmuş hasilatın pay bölgüsü haqqında birinci saziş imzaladılar. Bu müqavilə Milli Məclis tərəfindən 1994-cü ildən təsdiq olundu.



İkinci müqavilə 25 il müddətinə Azərbaycan Neft Şirkəti ilə 4 xarici neft şirkəti arasında noyabrın 1995-ci il noyabrın 10-da imzalandı. Bu müqavilə “Qarabağ yatağı”na aid idi.

Üçüncü müqavilə 30 il müddətinə 1996-cı il iyulun 1-də imzalandı.

Dördüncü müqavilə “Dan ulduzu”, “Əşrəfi” yataqlarını əhatə edir. Bu müqavilə 1996-ci ildə imzalanıb.

Beşinci müqavilə 1997-ci il yanvarın 13-də Fransada imzalandı. İmzalanan müqavilə “Lənkəran-Talış” dəniz yataqlarına aid idi.

Ümumiyyətlə, Azərbaycan Respublikası dünyanın 14 ölkəsinin 33 neft şirkəti ilə 21 müqavilə imzalamışdı. Onun 15-i dəniz, 6-sı isə qırıcı sahələri əhatə edir. 21 müqavilə çərçivəsində birbaşa sərmayələrin həcmi 60 mlrd. dollar təşkil edir.



75. Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra BMT-yə və dünya dövlətlərinə müraciət etdi. 1992-ci ilin martın 2-BMT-yə daxil oldu. Azərbaycan BMT-nin İqtisadi və Sosial şurasına üzv qəbul edildi, Elm və Texnika komissiyasına üzv seçildi. BMT-də Azərbaycanın iştirakının əhəmiyyətli hadisəsi 1992-ci ilin sentyabrında Baş Məclisin 47-ci sessiyasında Azərbaycan Respublikası nümayəndə heyətinin iştirakı və görüşləri oldu.

1992-ci ilin oktyabrında Cenevredə BMT-nin qaçqınlar problemi üzrə Ali Komisarlığının iclasında Azərbaycan nümayəndələrinin iştirakı Azərbaycanda qaçqınlar probleminin dünyaya yaymaq prosesinə çox kömək etmiş oldu. Ermənistanın təcavüzünün genişlənməsilə əlaqədar Azərbaycan BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasına müraciətlər etdi. Onların nümayəndələri dəfələrlə Azərbaycan və Ermənistanda olaraq görüşlər keçirmiş və bu vəziyyətin aradan qaldırılması üçün dinc yolun seçilməsini qəbul etmişlər.

Lakin erməni silahlı qüvvələri 1992-ci ilin mart-aprelində Kəlbəcəri işğal etdilər. Azərbaycanın müraciəti ilə 30 aprel BMT Təhlükəsizlik Şurasının iclasında 822 saylı qətnamə qəbul edildi. İyulun 23-də Ağdam işğal olundu. İyulun 29-da BMT Təhlükəsizlik Şurası bu məsələ ilə əlaqədar olaraq 853 saylı qətnamə qəbul etdi. Ermənistanın təcavüzünün genişləndiyi bir şəraitdə 1993-cü il oktyabrın 14-də BMT Təhlkükəsizlik Şurası 874 saylı qətnamə qəbul etdi və son olaraq Zəngilanın işğalı ilə noyabrın 11-də 884 saylı qətnamə qəbul olundu. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsini saya salmadı və Azərbaycanın 20% torpağını işğal etdi.

Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətində ATƏT xüsusi yer tutur. Azərbaycan 1992-ci il yanvarın 20-dən əvvəl ATƏM-in, sonra isə ATƏT-in üzvü seçildi. İyulun 10-da onun 1975-ci ildə qəbul edilmiş yekun aktı imzaladı. ATƏT-in keçirdiyi zirvə toplantılarında Azərbaycan Respublikası prezidenti H.Əliyev hər dəfə iştirak edərək çıxış etmişdi.

Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də Avropa Birliyidir. Avropa Birliyi 1993-cü ilin fevralın 22-də Azərbaycanla beynəlxalq münasibətlər yaratdı. Azərbaycan prezidenti 1995-ci ilin yanvarında Avropa Birliyinə səfər etdi. 1996-cı ilin aprelində Avropa Birliyinin proqramına qoşuldu. 1999-cu ilin iyulunda Azərbaycan prezidenti Avropa Birliyi ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilə imzaladı.

Avropa Şurası ilə əlaqə yaradan Azərbaycan 1996-cu ilin iyulunda bu təşkilatda xüsusi dəvət olunmuş qonaq statusu almış oldu. 2000-ci ilin noyabrında təşkilatın rəhbərliyi Azərbaycanın Avropa Şurasına qəbul edilməsi haqqında qərar qəbul etdi.

Azərbaycan Respublikası NATO ilə əlaqələr yaratdı. Bu diplomatik əlaqələrin ən yüksək zirvəsi prezident H.Əliyevin 1994-cü ilin mayında Brüsselə səfəri zamanı oldu. Bu səfər zamanı prezident “sülh naminə tərəfdaşlıq proqramı”nı imzaladı. 1991-ci ildə Azərbaycan İslam Konfransı Təşkilatının üzvü oldu. 1994-cü ildə bu təşkilatın baş katibi Hamid Əl Davi Azərbaycana səfər etdi və səfər zamanı ölkəmizin bu təşkilatda tutduğu yer geniş müzakirə olundu.

Azərbaycan dövləti Qara Dəniz İqtisadi Əməkdaşlığının yaradıcılarından biri olmuşdu. Bu təşkilatı 11 dövlət 1992-ci ilin iyununda İstanbulda bəyənnamə imzalayaraq yaratdılar.

Azərbaycan dövlətinin üzv olduğu beynəlxalq təşkilatlardan biri də Parlamentlərarası İttifaqdır. 1993-cü ilin aprelində Azərbaycan Hindistanın Dehli şəhərində bu ittifaqın 89-cu konfransında təşkilatın üzvü seçildi.

Üzvü olduğu təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. İqtisadi Əməkdaşlıq Təşkilatı öz iclaslarında siyasi problemləri də müzakirə edirdilər.

1 992-ci ilin iyunundan Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatı olan YUNESKO-ya daxil oldu və YUNESKO-nun ümumdünya mədəni və təbii irsin qorunması haqqında 1972-ci il konvensiyasına qoşuldu.

Azərbaycan Respublikası beynəlxalq mədəni əməkdaşlıq təşkilatı olan TÜRKSOYun yaradıcılarından biri oldu. 1993-cü ilin iyulunda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Kipr, Türkiyə, Türkmənistan və Özbəkistan “Türksoyun strukturu və prinsipləri haqqında müqavilə” imzaladılar.
İstifadə olunan ədəbiyyatlar: “Beynəlxalq münasibətlər tarixi” (Mahir Abdullayev)

“Siyasi tarix” (Çingiz Məmmədov)

“Beynəlxalq münasibətlər tarixi” (Asya Hacıyeva)

117-ci qrup

Hazırladı: Xumar Şahbazova



Kömək etdilər: Ramil Qasımov

Elmin Həsənli

Alidə Şahbazova

Tural Əliyev

Tərlan Səfərov

Cəlil İmanov

Ayaz Kamallı

Samir Rüstəmli





1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə