Beynəlxalq münasiBƏTLƏr tariXİ XX əsrin əvvəllərində beynəlxalq münasibətlər




Yüklə 461.26 Kb.
səhifə5/7
tarix22.02.2016
ölçüsü461.26 Kb.
1   2   3   4   5   6   7

49. Trumen doktrinası
ABŞ prezidenti Trumenin müşayiəti ilə Çerçil 1946-cl il martın 5-də Fulton şəhərində Vestminster kollecində nitq söylədi. O, dünya dövlətlərini yeni dünya müharibəsi təhlükəsi gözlədiyini və bu təhlükənin əsas səbəbkarının SSRİ olduğunu bəyan etdi. Çerçil SSRİ-yə qarşı ən qəddar siyasətin yeridilməsinə çağırdı, SSRİ-yə qarşı böyük dövlətlərindən ibarət ittifaqın yaradılmasını təklif etdi.

Çerçilin Fultondakı nitqinin nəticələri dərin idi. 1946-cı ilin ikinci yarısından ingilis-amerikan danışıqları başladı. Bu danışıqlar, əsasən, Yunanıstan və Türkiyənin taleyi məsələlərinin müzakirəsinə yönəldi. Trumen 1946-cı il martın 12-də Yunanıstan və Türkiyəyə yardım edilməsi müraciəti ilə çıxış etdi. Trumenin müraciətində Yunanıstan və Türkiyə kommunist təhlükəsi altında olan dövlətlər hesab edildi. Bunu aradan qaldırmaq üçün 400 mln. dollar həcmində amerikan yardımı ayrıldı. Bu vəsait Yunanıstan və Türkiyənin ABŞ-ın müttəfiqinə çevrilməsi məqsədini güdürdü.

Konqres prezidentin təklifini qəbul etdi. Türkiyə və Yunanıstana ABŞ-ın hərbi ehtiyatlarından göndərildi. SSRİ-nin Türkiyəyə böhtanlar atması və ərazi iddiaları irəli sürməsi Türkiyəni ABŞ-la daha da yaxınlaşdırdı. Amerikan hərbçiləri Yunanıstan və Türkiyədə hərbi bazalar yaratdı. Bu bazalar Yaxın və Orta Şərqdə kommunist təhlükəsinin yayılmasının qarşısını alaraq bu regiondakı dövlətlərin təhlükəsizliyini qorudu. Trumen doktrinası Qafqaza qədərki ərazini də əhatə edirdi. Bu doktrina regionda ABŞ maraqlarını qorudu.

Trumen doktrinası diplomatiya və beynəlxalq münasibətlər tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu mərhələ tezliklə - “soyuq müharibə” adlandırıldı.



50. Marşal planı
Amerika diplomatiyası digər ölkələri itaət altına almağa yönələn SSRİ siyasətinə qarşı öz iqtisadi qüdrətindən istifadə etməyin mümkünlüyünə əmin idi. Bu siyasət müharibədən sonrakı dünyada ABŞ-ın təsirini gücləndirmək və möhkəmləndirmək məqsədləri güdən Marşal planında öz əksini tapdı.

Marşal planının ideyası heç də yeniliklə fərqlənmirdi. Bu plan birinci dünya müharibəsindən zərər çəkmiş Avropa ölkələrinə yardım göstərməyə, amerikan mövqelərinin güclənməsinə və sovet təsirinə qarşı mübarizə siyasətinin həyata keçirilməsinə xidmət edirdi.

1945-ci ildə ABŞ hərbi naziri Stimson prezident Trumenə memorandum göndərdi. Burada o, “Avropanın bərpası” planını işləyib hazırlamağı təklif etdi. Bu planda Avropa dövlətlərini müharibədən sonrakı çətinliklərdən çıxartmaq üçün ABŞ-ın bu dövlətlərin təsərrüfatının bərpasına kömək göstərməsi nəzərdə tutulurdu.

Bu planın güclü tərəfdarı dövlət katibi Marşal oldu. Marşalın rəhbərliyi altında bütün hazırlıq işləri görüldü. 1947-ci ildə Marşal Kembricdə nitq söyləyərək yeni plan haqqında məlumat verdi. Bu nitq amerikan diplomatiyasının ənənəvi üslubunda söylənildi. Əsasən ümumi ifadələrlə çıxış edən və konkretləşmədən qaçan Marşal müharibədən zərər çəkmiş Avropanı bərpa etmək üçün amerikan yardımının göstərilməsinin zəruriliyini bəyan etdi.

İngiltərə və Fransa nümayəndə heyətləri Parisdə görüşərək amerikan planını həyata keçirmək üçün ən zəruri tədbirlər haqqında danışdılar və müşavirədə iştirak etmək üçün SSRİ-yə müraciət etdilər. Bu müraciətin öz diplomatik yönümü var idi. Onlar Avropanın iqtisadi bərpasında SSRİ-nin iştirak etməsini istəyirdilər. Əsas vəzifə SSRİ üçün qapıların açılması idi. SSRİ bu dəvəti qəbul etdi. Lakin az sonra SSRİ Parisdə keçirilən bu müşavirədə iştirak etməkdən imtina etdi. Avropa ölkələri də SSRİ-nin təzyiqi ilə Marşal planda iştirak etməkdən imtina etdilər.

Marşal planı təsdiq üçün ABŞ konqresinə təqdim olundu. 1948-ci aprelin 3-də “Xarici dövlətlərə kömək haqqında 1948-ci il qanunu” ABŞ konqresi tərəfindən qəbul edildi. Qanun prezident tərəfindən imzalandı. Bu qanun Avropa ölkələrinin iqtisadiyyat və siyasətini ABŞ-la sıx bağladı.

Marşal planının həyata keçməsinin ilk ilində Qərbi Almaniya, İngiltərə, Fransa, İtaliya yardım aldılar. Marşal planı Avropa dövlətlərinin müharibədə dağıdılmış iqtisadiyyatının bərpasına, onların inteqrasiyasına və ABŞ-la əməkdaşlığının genişləndirilməsinə kömək etdi.


51. Qərbi Avropa Birliyinin yaranması
“Soyuq müharibə” siyasətinin yeridilməsi, Marşal planının elan edilməsi və onun həyata keçirilməsi hərbi blokların yaradılmasına təkan verdi.

Hərbi blokların yaradılmasına hazırlıq dövründə İngiltərə bu prosesdə aparıcı rol oynamağa cəhd göstərdi. Almaniyanın iştirakı ilə antisovet blokun yaradılması ideyası Çörçillin 1946-cı il Fulton nitqində irəli sürülmüşdü. Çörçill bu blokda rəhbər rolu İngiltərənin rəsmi dairələrinə verirdi. Bu, onun 1946-1948-ci illərdə söylədiyi nitqlərində özünü büruzə verdi. Bu nitqlərdə Çörçill SSRİ və onun təsiri altında olan ölkələrə qarşı “Birləşmiş Avropanın” yaradılmasına çağırdı.

Hərbi blokun yaradılması yolunda İngiltərə diplomatiyasının ilk addımı 1947-ci martın 4-də Dünkerkdə İngiltərə və Fransa arasında ittifaq və qarşılıqlı yardım haqqında müqavilənin bağlanması oldu.

Avropa ölkələrinin birləşməsi yolunda növbəti addım 1948-ci il martın 17-də Brüsseldə 50 il müddətinə İngiltərə, Fransa, Belçika, Niderland və Lüksemburq arasında Qərb İttifaqını yaradan müqavilənin imzalanması oldu. Bu müqavilə onun iştirakçılarını hərbi və iqtisadi qarşılıqlı yardım göstərməyi, hər hansı bir təhlükənin yarandığı ən hərbi əməliyyatlarda və iqtisadi sabitliyi pozmaq təhlükəsinin qarşısının alınmasında kollektiv iştirak etməyi nəzərdə tuturdu.

Brüssel sazişi Qərb İttifaqının daimi fəaliyyət göstərən orqanlarının- məsləhət şurası, hərbi komitə və hərbi qərargahın yaradılmasını nəzərdə tuturdu. Fransada yerləşdirilmiş hərbi qərargaha ingilis feldmarşalı Montqomeri rəhbərlik edirdi.

Müqavilədə Almaniya tərəfindən təcavüzün təkrarlanmasına qarşı yönəlmiş maddələr var idi. Qərbi Avropa ölkələri bu təhlükəni aradan qaldırmaq üçün Qərbi Almaniyaya iqtisadi yardımlar göstərilməsinə yönəlmiş kursun həyata keçirilməsini irəli sürdülər.



52. NATO-nun yaranması və genişlənməsi
Marşal planının qüvvəyə minməsindən dərhal sonra amerikan diplomatiyası ABŞ-ın rəhbərliyi altında hərbi blok yaratmaq üçün Qərbi Avropa dövlətləri ilə danışıqlara başladı.

Hərbi blokun yaradılması haqqında ilkin danışıqlar ABŞ hökuməti ilə Marşal planında iştirak edən bəzi dövlətlər – Avstriya, İrlandiya, İsveçrə və İsveç hərbi ittifaqda iştirak etmək istəmədiklərini bildirdilər. Türkiyə və Yunanıstanın hərbi bloka qəbulu məsələsi isə təxirə salındı. Beləliklə, ilkin mərhələdə blok iştirakçılarının sayı 12 dövlət müəyyən olundu: 10 Avropa dövləti, ABŞ və Kanada. Blok belə adlandırıldı: Şimali Atlantika İttifaqı- NATO (“North Atlantic Treaty Organization”).

1949-cu il aprelin 4-də Vaşinqtonda Şimali Atlantika paktını imzaladılar. Müqavilə 20 il müddətinə nəzərdə tutulurdu.

Şimali Atlantika müqaviləsinin birinci maddəsində bəyan edildi ki, məqsəd ümumi sülhün, kollektiv təhlükəsizliyin və BMT nizamnaməsinin qorunmasıdır.



İkinci maddədə üzv ölkələrdə mövcud ictimai quruluşun birgə müdafiəsi məqsədilə onun üzvlərinin sıx əməkdaşlığı göstərildi.

Üçüncü maddədə deyilirdi ki, pakt iştirakçıları hərbi qüdrətin güclənməsində birgə iştirak etməlidirlər.

Dördüncü maddədə mövcud qayda və onun təhlükəsizliyinə qarşı istənilən təcavüzə qarşı birgə əməliyyatlar aparılmasını nəzərdə tuturdu.

Beşinci maddə tərəflər arasında hərbi qüvvələrin tətbiqi məsələlərində qarşılıqlı yardımın vəzifələrini müəyyənləşdirirlər.

Altıncı və yeddinci maddələr hərbi təcavüzə qarşı pakt iştirakçılarının gəmi və ya təyyarə ilə müdaxilə etməsi imkanını nəzərdə tuturdu.

Səkkizinci maddəyə görə, NATO iştirakçıları bloka daxil olmayan dövlətlərlə beynəlxalq müqavilələr bağlaya bilərdilər.

Doqquzuncu maddə blokun daimi hərbi orqanlarının yaradılmasını nəzərdə tuturdu. Bu maddə NATO-nun iri və işlək hərbi-siyasi maşına çevrilməsinə yönəlmişdi.

Aprelin 5-də NATO-nun üzvü olan Avropa dövlətləri onlara vəd edilmiş hərbi və maliyyə köməyini almaq məqsədi ilə ABŞ-a müraciət etdilər. Buna müvafiq olaraq ABŞ hökuməti proqram layihəsi hazırladı. “Xarici dövlətlərə hərbi yardım haqqında” qanun layihəsi konqres tərəfindən bəyənildi və qüvvəyə mindi.

NATO-ya əvvəl 12 dövlət daxil idi. 1952-ci ildə Yunanıstan və Türkiyə, 1954-cü ildə AFR daxil oldu. Hazırda NATO-ya daxil olan ölkələrin sayı 20-yə çatmışdır.

53. Varşava Müqaviləsi Təşkilatı
1955-ci il mayın 11-14-də Varşavada 8 sosialist ölkəsinin Avropada sülh və təhlükəsizliyin təmin edilməsinə dair müşavirəsi keçirildi. Müşavirə iştirakçıları Avropada kollektiv təhlükəsizlik sisteminin yaradılması uğrunda çıxış etdilər. Albaniya, Bolqarıstan, Macarıstan, ADR, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiya nümayəndələri sonralar Varşava adını alan dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni müzakirə edərək imzaladılar.

Müqavilənin preambulasında ictimai quruluşundan asılı olmayaraq bütün Avropa dövlətlərinin iştirakı ilə qitədə kollektiv təhlükəsizlik sisteminin yaradılmasına iştirakçıların cəhdi təsdiq olunurdu.

Sazişin birinci maddəsində deyilirdi ki, müqaviləni imzalayan bütün dövlətlər beynəlxalq mübahisələri dinc yolla həll etməli və güc tətbiq etməkdən çəkinməlidirlər.

İkinci maddədə müqavilə iştirakçıları beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məqsədi daşıyan bütün beynəlxalq tədbirlərdə hazır olduqlarını bildirir və əməkdaşlıq etmək istəyən digər dövlətlərlə ümumi razılıq əsasında nüvə və adi silahların kütləvi ləğvinə xidmət edən səmərəli tədbirlərin qəbul edilməsinə nail olmağa çalışacaqlarını qeyd edirdilər.

Üçüncü maddədə deyilirdi ki, tərəflər öz aralarında onların ümumi maraqlarına toxunan bütün vacib beynəlxalq məsələləri həll etmək və müqavilə iştirakçılarının bir və yaxud bir neçə üzvünə qarşı yarana biləcək hərbi təhlükə zamanı təcili məsləhətləşməlidirlər.

Dördüncü maddəyə görə, Avropada müqavilə iştirakçılarına bir və ya bir neçə dövlətin hərbi müdaxiləsi zamanı müqavilə iştirakçısı olan hər bir dövlət hücuma məruz qalmış dövlətə və yaxud dövlətlərə tək və müqavilə iştirakçıları olan digər dövlətlərin razılığı ilə bütün vasitələrlə lazımi təxirəsalınmaz kömək göstərməlidirlər.

Beşinci maddədə Varşava müqaviləsi iştirakçıları olan dövlətlərin hərbi qüvvələrinin birləşmiş komandanlığını yaratmaq nəzərdə tutulurdu.

Altıncı maddədə iştirakçı dövlətlər arasında müqavilədə nəzərdə tutulan məsələlərin həyata keçirilməsi məqsədi və müqavilənin reallaşması ilə bağlı yaranmış məsələlərə baxılmaq üçün Siyasi Məsləhət Komitəsinin yaradılması haqqında qərar da var idi.

Yeddinci maddə ilə tərəflərin müqavilənin məqsədlərinə zidd olan saziş bağlamaq və istənilən koalisiya və ittifaqlarda iştirak etmək hüququ yox idi.

Səkkizinci maddədə müqavilə iştirakçıları bir-birlərinin müstəqilliyinə və suverenliyinə hörmət prinsiplərinə əsaslanaraq gələcək iqtisadi və mədəni əlaqələrin inkişafı və güclənməsi məqsədi ilə dostluq və əməkdaşlıq ruhunda hərəkət etməli idilər.

Doqquzuncu maddədə göstərilirdi ki, sülhsevər dövlətlərin birləşməsinə zəmin olan müqavilədə sülh və təhlükəsizliyi təmin etmək məqsədləri ilə iştiraka hazırlığını bildirən və ictimai dövlət quruluşundan asılı olmayaraq hər bir dövlət bu müqaviləyə qoşula bilər.

Onuncu maddəyə müvafiq olaraq müavilə 1955-ci il iyunun 4-də qüvvəyə mindi.

Müqavilə 20 il müddətinə qüvvədə idi. Bu müddətin bitməsinə bir il qalmış müqavilənin etibarsız olması haqqında bəyanat verməyən müqavilə iştirakçıları üçün o, növbəti 10 il ərzində qüvvədə olmalı idi.



54. II Dünya müharibəsinin sonunda Cənubi Azərbaycan beynəlxalq münasibətlərdə (bax: “Beynəlxalq münasibətlər tarixi” (Mahir Abdullayev) kitabında səh. 233-239)

55. Koreya müharibəsi beynəlxalq münasibətlərdə
1948-ci il avqustun 24-də ABŞ ilə Cənubi Koreya arasında bağlanmış hərbi müqavilə nəticəsində Cənubi Koreyada ordu yaradılması işinə başlandı. 1949-cu ildə ABŞ öz qoşunlarını Cənubi Koreyadan çıxaracağını elan etdi. Elə həmin dövrdə Cənubi Koreyanın siyasi partiyalarının yaratdığı Vahid Demokratik Vətən Cəbhəsi ümumkoreya seçkilərinin keçirilməsi və ölkələrin birləşdirilməsi təklifini etdi.

1950-ci ilin yanvarında Cənubi Koreyaya Amerika təlimatçıları və hərbi sursatları gətirilməsi barədə ABŞ və Cənubi Koreya arasında müqavilə imzalandı. Lakin Koreyada vəziyyət mürəkkəbləşərək vətəndaş müharibəsi həddinə çatdı.

İyunun 27-də ABŞ prezidenti Harri Trumen orduya Şimali Koreyaya hərbi müdaxiləyə başlamaq və Çinin Tayvan adasını mühasirəyə almaq əmrini verdi. Bütün bu tədbirlər BMT-nin razılığı ilə həyata keçirilirdi.

Bu dövrdə Amerikanın dövlət departamentinin məsləhətçisi Con Foster Dalles Cənubi Koreyaya gələrək onun Milli Məclisində ABŞ-ın Cənubi Koreyaya kommunizmə qarşı mübarizədə həm maddi, həm də mənəvi yardım göstərəcəyini bildirdi.

SSRİ BMT-nin Şimali Koreyaya aid qətnaməsini qəbul etmədi. Ona görə də Trumen Cənubi Koreyadakı Amerika qoşunlarının komandanı Makartura KXDR-i mühasirəyə almaq əmri verdi.

Oktyabrın 1-də BMT orduları 38-ci paraleli keçdilər. ABŞ və onun müttəfiqləri tələb etdilər ki, Koreyanın birləşməsi haqqında 8 dövlətin (İngiltərə, Avstraliya, Braziliya, Kuba, Niderland, Pakistan, Filippin və Norveç) qətnaməsi qəbul edilsin. Lakin bu layihəyə qarşı SSRİ, Ukrayna SSR, Belorusiya SSR, Polşa və Çexoslovakiya hərbi əməliyyatların dərhal dayandırılması və Koreyadan bütün xarici qoşunların çıxarılması tələbini irəli sürdülər. Onlar qeyd edirdilər ki, xarici qoşunlar çıxarılandan sonra BMT komissiyası tərəfindən seçkilərin keçirilməsinə nəzarət edilsin.

Səkkizlərin layihəsinin əleyhinə 5 sosialist dövləti və Hindistan səs verdi, 7 dövlət isə bitərəf qaldı. Lakin layihə oktyabrın 7-də səs çoxluğu ilə təsdiq edildi. Buna baxmayaraq, SSRİ-nin köməyinə arxalanan Şimali Koreya BMT qətnaməsinə tabe olmaqdan imtina etdi.

Dekabrın 12-də Hindistan nümayəndəsi Asiya və Afrika ölkələri adından 2 yeni qətnamə irəli sürdü. “13-lər qətnaməsi” Baş Məclis tərəfindən qəbul edilən barışığın əsasını təşkil etmək üçün “üçlər qrupu”nu təsis etmək təklifini irəli sürdü. “12-lər qətnaməsi”ndə tövsiyə olunurdu ki, SSRİ, Çin, ABŞ, İngiltərə, Fransa, Hindistan və Misir bu böhranlı vəziyyəti aradan qaldırmaq üçün bir araya gəlsinlər.

ABŞ Koreya müharibəsində Çin könüllülərinin iştirakına görə, Çini təcavüzkar elan etməyi tələb etdi. “12-lər qətnaməsi”nin müəllifləri Koreya və digər Uzaq Şərq problemlərinin sülh yolu ilə həll edilməsi məqsədilə dərhal müşavirə çağırılmasını təklif etdilər. Fevralın 1-də müşavirədə Amerika qətnaməsi səs çoxluğu ilə qəbul olundu.

Cənubi Koreyaya yardım haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsini 53 dövlət müdafiə etdi. Belə bir vaxtda ABŞ-da müharibəyə qarşı müqavimət hərəkatı gücləndi. 1951-ci ildə Makartur istefa verdi. Seçkiqabağı kompaniyada Koreya müharibəsini dayandırmağı vəd verən Eyzenhauer 1952-ci ildə prezident seçkilərində qalib gəldi.

1953-cü il iyulun 27-də barışıq sazişi imzalandı. Bu saziş 18 nüsxədən ibarət idi. Preambulada göstərilirdi ki, sazişin məqsədi Koreya münaqişəsinin dayandırılması və vəziyyətin tam nizamlanmasına qədər hərbi əməliyyatların aparılmamasıdır.

Koreya məsələsi Cenevrə müşavirəsinin gündəliyinə salındı. Burada KXDR 6 ay müddətində bütün qoşunların Koreyadan çıxarılmasını tələb etdi. ABŞ isə BMT ordularının Koreyada qalmasını və Şimali Koreyada BMT nəzarəti altında seçkilərin keçirilməsini təklif etdi. Son mərhələdə onlar heç bir razılığa gələ bilmədilər, sadəcə olaraq, BMT sosialist ölkələrini etinasızlıqda suçladı.



56. Yaponiya ilə sülh müqaviləsi. San-Fransisko konfransı
1947-ci ilin əvvəlində ABŞ Sakit okeanda əvvəllər yapon nəzarəti altında olan adaların (Karolin, Marian, Marşall) ona verilməsini xahiş etdi. Lakin BMT Təhlükəsizlik Şurası bu ərazilərin özünüidarəetmə istiqamətində inkişafı haqqında düzəlişləri qəbul etdi.

1947-ci il iyulun 11-də Uzaq Şərq Komissiyası Yaponiya ilə sülh müqaviləsini tərtib etmək üçün 11 dövlətdən ibarət müşavirənin çağırılması təklifini irəli sürdülər. 1949-cu ildə Kanberra görüşündə bu tələb təsdiq olundu.

1951-ci ilin yanvarında Dalles Tokioya gələrək Yaponiya hökuməti ilə danışıqlara başladı. Mart ayında hazırlanmış Amerika-Yaponiya birgə layihəsi regionda ABŞ-İngiltərə əməkdaşlığını nəzərə alırdı.

İyulun 20-də İngiltərə və ABŞ Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün San-Fransiskoda müşavirə keçirilməsini təklif etdilər. 1951-ci ilin sentyabrında keçirilən bu müşavirədə 52 dövlət iştirak etdi. Müqavilənin imzalanması mərasimində SSRİ, Polşa və Çexoslovakiya iştirak etmədilər. Müqaviləyə görə:



  • Yapon xalqının Yaponiya üzərində tam suverenliyini tanıyan iştirakçılar ilə bu ölkə arasında müharibə dayandırıldı.

  • Yaponiya Kuril, Cənubi Saxalin, Tayvan, Penxuledao, Spratli, Paraselsk adalarına olan iddialarından imtina etdi.

  • Bonin, Ryukyu, Rozario, Volkano, Pares, Vela Markus və Dayto kimi yapon adaları ABŞ-ın idarəsinə verildi.

  • Amerika qoşunları Yaponiyada qeyri-müəyyən vaxta qədər qalmalı idi.

Bu müqavilənin imzalanmasından 5 saat sonra Amerika və Yaponiya təhlükəsizliyə dair müqavilə imzaladılar. Bu müqaviləyə görə, ABŞ-ın Yaponiyada öz qüvvələrini yerləşdirmək səlahiyyəti təsdiq olunurdu.

1956-ci ilin oktyabrında SSRİ ilə Yaponiya arasında da müqavilə imzalandı. Onun qətnaməsinə görə, bu iki dövlət arasında müharibə dayanmalı və diplomatik münasibətlər bərpa olunmalı idi. SSRİ əsir düşmüş yapon əsgərlərini azad etmək və Yaponiyanın BMT-yə daxil olmasını dəstəkləmək vədini verdi.



57. Milli azadlıq hərəkatının güclənməsi. Müstəmləkə sisteminin süqutu
Müharibədən sonra müstəmləkə problemi ən aktual problemlərdən biri idi. 1945-ci ildə İngiltərə, ABŞ və SSRİ hökumət başçılarının razılığı ilə San-Fransisko konfransının gündəliyinə müstəmləkə problemi barədə xüsusi məsələ salınmışdı. Konfransın təsis etdiyi BMT-nin nizamnaməsinə müstəmləkə xalqlarının “özünüidarə və müstəqillik” əldə etməsi ideyası daxil edilmişdi.

Demokratik qüvvələrin müharibədə qələbəsi və müstəmləkə probleminin ən vacib beynəlxalq məsələyə çevrilməsi asılı ölkələrdə milli-azadlıq hərəkatına yeni vüsət verdi. 1946-cı ildə fransız qoşunları SuriyadanLivandan çıxarıldı. İordaniya, Misir, İraq və Fələstində ingilislərə qarşı milli-azadlıq hərəkatı başlandı. 1946-cı ilin mayında İngiltərə Transiordaniyaya (1950-ci ildən İordaniya adlanır) müstəqillik verdi. 1947-ci ilin noyabrında BMT-nin Baş Məclisi Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılması və Qüdsün beynəlmiləlləşdirilməsi (BMT-nin nəzarəti altına verilməsi) haqqında qərar qəbul etdi. 1948-ci ilin mayında paytaxtı Təl-Əviv olmaqla İsrail dövləti yaradıldı. Lakin fələstinlilərin müstəqil dövlət yaratmalarına imkan verilmədi. O vaxtdan etibarən Yaxın Şərq yəhudilərlə ərəblər arasında mübarizə meydanına çevrilmişdir. 1949-cu ildə İsrail və Fələstin (ərəblər) arasında sülh sazişi imzalansa da, bu problem hələ də qalmaqdır. Ərəblərin vahid cəbhədə birləşə bilməməsi və iri dövlətlərin bu regionda qarşıdurma siyasəti üzündən problemin həlli hələ də uzanmaqdadır.

İkinci dünya müharibəsindən sonra Şərqdə “Kəşmir məsələsi” üzrə Hindistan-Pakistan, “Fələstin” problemi ilə bağlı Ərəb-İsrail münaqişələri meydana çıxdı. Beynəlxalq münasibətlərdə müsəlmanlara qarşı ikili standartlara yol verilməsi bu problemlərin hələ də çözülməməsinə səbəb olmuşdur.

Müharibədən sonra Misirdə ingilislərə qarşı azadlıq hərəkatı başladı. Əvvəlcə hərəkatın başında “VƏFD” partiyası dururdu. 1952-ci ildən azadlıq hərəkatına Kamal Əbdül Nasirin başçılıq etdiyi “Azad zabitlər” təşkilatı rəhbərlik etməyə başladı. 1952-ci ilin iyulunda Misirdə kral hakimiyyəti devrildi. 1953-cü ildə Misir respublika elan edildi. 1956-ci ildə Nasir prezident seçildi.



Cənub-şərqi Asiyada və Okeaniyada da milli-azadlıq hərəkatı yüksəlmişdi. 1945-ci ildə İndoneziya müstəqillik qazandı. Həmin ildə Vyetnamda müstəqil demokratik respublika yaradıldı. 1947-ci ildə İngiltərə Hindistana, Pakistana, 1948-ci ildə Seylona (indi Şri-Lanka) əvvəlcə dominion, sonra isə müstəqillik verməyə məcbur oldu. 1948-ci ildə Birma müstəqillik əldə etdi. 1949-cu ildə Çində, 1950-ci ildə Koreyada xalq inqilabları baş verdi. 1957-ci ildə Malayziya, Laos, Kamboca müstəqillik əldə etdilər. Beləliklə, müharibədən keçən 10 il ərzində 1,2 milyard əhali müstəmləkəçilikdən azad oldu. Dünya xəritəsində 15 suveren dövlət meydana gəldi. Bu, müharibədən sonra müstəmləkə sisteminin süqutunun ilk mərhələsi idi.

1950-ci ilin ortalarından etibarən müstəmləkə sisteminin dağılmasının yeni mərhələsi başlandı. Bu mərhələdə metropoliyalardan bilavasitə asılı olan ərazilər müstəqilliyə qədəm qoymağa başladılar. Onların əksəriyyəti Afrikada yerləşirdi. 1950-ci illərin sonu, 60-cı illərin əvvəllərində Afrikada milli-azadlıq hərəkatı başladı. 1957-ci ildə ingilis müstəmləkəsi Qızıl Sahil (Qana), 1958-ci ildə isə Qvineya Fransadan ayrılaraq müstəqilliklərini elan etdilər.

BMT-nin keçmiş müstəmləkələrə müstəqillik vermək haqqında 1960-cı ildə qəbul etdiyi bəyannamədən sonra Afrikada müstəmləkəçiliyə qarşı mübarizə genişləndi. 1960-cı il tarixə “Afrika ili” kimi daxil oldu. Həmin ildə Afrikanın mərkəz və qərb hissəsində 17 ölkə müstəqillik qazandı.

1962-ci ildə Əlcəzair, 1973-cü ildə KonqoEfiopiya tam müstəqillik əldə etdi. 1974-cü ildə Qvineya-Bisau, 1975-ci ildə MozambikAnqola müstəqillik əldə etdilər.


Latın Amerikası dövlətləri də azadlıq mübarizəsinə çıxmışdılar. Karib hövzəsində 14 ölkə müstəmləkəçilikdən azad oldu. 1991-ci ildə SSRİ-nin süqutundan sonra imperiyaya tabe olan respublikalar da azadlıq əldə etmiş oldular. Onlar da müstəqil, suvereb dövlət oldular.

58. “Üçüncü dünya” dövlətlərinin yaranması və beynəlxalq aləmdə yeri

Müstəmləkəçilikdən azad olmuş ölkələr XX əsr tarixinə İEOÖ kimi daxil olmuşdular. Onlar inkişaf səviyyəsinə görə 3 qrupa bölünürdülər:



Ən az inkişaf etmiş ölkələr. Bu qrupa Tropik Afrikanın Efiopiya, Çad, Toqo, Tanzaniya, Somali və s., Asiyanın Kamboca, Laos, Latın Amerikasının Haiti, Qvatemala, Qviana, Honduras və s. ölkələri daxil idi. Onların təsərrüfatının 90%-ni aqrar bölmələr təşkil edirdi. Tropik Afrikanın 36 ölkəsindən 26-sı bu qrupa daxildir. Zəif inkişaf etmiş bu dövlətlərdə quraqlıq zamanı aclıqdan milyonlarla insan məhv olur.

Orta inkişaf etmiş ölkələr. İEOÖ-in əksəriyyəti bu qrupa daxil idilər. Onlara Misir, Suriya, Tunis, Əlcəzair, Filippin, Peru, İndoneziya, Kolumbiya və s. ölkələr aid idilər. Bu ölkələrdə iqtisadiyyatda sənaye üstünlük təşkil edirdi. Bu ölkələr siyasi cəhətdən müstəqillik qazansalar da, iqtisadi cəhətən hələ iri İEÖ-dən asılı idilər. Buna tarixdə “yeni müstəmləkəçilik” (“neokoloniyalizm”) deyilirdi. Bu qrupa aid olan ölkələrin bir qrupunu neft çıxaran ölkələr: Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və s. təşkil edirdi. Həmin ölkələrdə iqtisadiyyat birtərəfli inkişaf etmişdi.

Yeni sənaye ölkələri. Bu ölkələrə Cənubi Koreya, Sinqapur, Honkonq, Tayvan, Meksika, Braziliya, Argentina, Çili, Hindistan və digər ölkələr daxildir. Bu ölkələr üçün səciyyəvi cəhət sənayenin intensiv inkişafıdır. Onların istehsal etdikləri sənaye məhsulları dünya standartları səviyyəsi tələblərinə cavab verir. Bu ölkələrdə təhsilin, elmin inkişafına böyük diqqət yetirilir.

Müstəmləkəçilikdən azad olmuş inkişaf etməkdə olan ölkələr öz istiqamətlərinə görə 2 yerə bölünürlər:



  • ABŞ və Qərbi Avropa ölkələrinin nüfuz dairəsində olan ölkələr. Bu ölkələrin əksəriyyəti bazar iqtisadiyyatı, burjua-demokratik istiqamətdə inkişaf edirdi.

  • SSRİ-nin təsiri altında olan və sosializm inkişaf istiqamətini götürən ölkələr. Bu ölkələr sosializm cəmiyyəti qurduqlarını elan etmişdilər. Vyetnam, Çin, Şimali Koreya, Monqolustan və Kuba bu qəbildən idilər.

Müstəmləkə sistemi dağıdıldıqdan sonra dünya meydanına yeni dövlətlər qrupu – “Üçüncü dünya” dövlətləri çıxdı. Onlar bitərəflik siyasəti yürüdən, bloklara qoşulmamaq mövqeyində duran dövlətlər idi. Hərəkatın iştirakçıları heç bir hərbi-siyasi bloka qoşulmur, sülh, beynəlxalq təhlükəsizlik uğrunda, müstəmləkəçiliyə və yeni müstəmləkəçiliyə qarşı mübarizə aparırdılar.

1955-ci ildə keçirilən Bandunq konfransı bu hərəkatın formalaşmasında atılan ilk addım olmuşdu. 1961-ci ildə Qahirədə 17 ölkə nümayəndələrinin iştirakı ilə keçirilən konfransda bloklara qoşulmamaq hərəkatı rəsmiləşdirildi və hərəkatın yığıncaqlarını mütəmadi keçirmək haqqında qərar qəbul olundu. 1961-ci ildə 25 dövlətin başçılarının iştirakı ilə Belqradda keçirilən konfransda bloklara qoşulmamaq hərəkatının prinsiplərini müəyyən edən bəyannamə qəbul olundu. Konfransda üç ildən bir hökumət başçılarının konfranslarını keçirmək qərara alınmışdı. Həmin qərara əsasən, 1964-cü ildə Qahirədə, 1970-ci ildə Lusakada (Zambiya), 1973-cü ildə Əlcəzairdə, 1976-cı ildə Kolomboda, 1979-cu ildə Havanada, 1983-cü ildə Dehlidə və 1986-cı ildə Hararedə konfranslar olmuşdur.

“Üçüncü dünya” dövlətləri BMT, ASEAN (Cənub-Şərqi Asiya ölkələrinin assosiasiyası), Afrika Birliyi Təşkilatı (ABT), Amerika Dövlətləri Təşkilatı (ADT), İslam Konfransı Təşkilatı (İKT) və s. beynəlxalq təşkilatlarda fəal iştirak edirdilər. Elə bir beynəlxalq problem yoxdur ki, onun həlli “Üçüncü dünya dövlətləri”nin iştirakı olmadan həll olunsun. Məhz bu dövlətlərin səyi nəticəsində BMT-nin 3 sessiyası (1978, 1982, 1988) tərksilah məsələlərinə həsr olunmuşdu. 1966-cı ildə BMT-nin Baş katibi vəzifəsinə ilk dəfə afrikalı Kofi Annan (Qana) seçilmişdi.

“Üçüncü dünya” dövlətləri arasında əməkdaşlığın genişləndirilməsində 1964-cü ildə yaradılmış “77”-lər qrupunun çox mühüm rolu olmuşdur. “Üçüncü dünya” dövlətləri “Şimal-Cənub” dialoqunda da fəal iştirak edirdilər. Bu qəbildən olan 44 dövlətin nümayəndələrinin 1983-cü ildə Dehlidə keçirilən konfransında bu dialoqun aktuallığı vurğulanmışdı.


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə