Beynəlxalq münasiBƏTLƏr tariXİ XX əsrin əvvəllərində beynəlxalq münasibətlər




Yüklə 461.26 Kb.
səhifə4/7
tarix22.02.2016
ölçüsü461.26 Kb.
1   2   3   4   5   6   7

38. Potsdam konfransı
Terminal” şərti adı altında Stalin, Trumen və Çerçilin {konfransın gedişində Çerçili Ettli əvəz etdi} iştirakı ilə 1945-ci il iyulun 17-dən avqustun 2-dək Potsdamda konfrans keçirildi. Konfransında Avropanın sərhədlərinin müəyyən olunması, Almaniya məsələsi, müharibə cinayətkarlarının cəzalandırılması, beynəlxalq sülh və təhlükəsizlik təşkilatlarının (BMT) yaradılması və digər vacib məsələlər müzakirə olunmuşdu.

Konfransda müharibədən sonrakı Avropanın quruluşu və keçmiş düşmən dövlətlərlə sülh müqaviləsinin hazırlanması məsələsi müzakirə olundu.

Konfransda əsas yeri Almaniya məsələsi tutdu. Müttəfiq dövlətlərin rəhbərləri Almaniya ilə davranmağın prinsiplərini qəbul etdilər. Almaniyaya münasibətdə əsas prisiplər onun demilitarizasiyası, demokratikləşdirilməsidenasifikasiyası idi. Almaniya tam tərksilah olunmalı, hərbsizləşdirilməli, bütün hərbi sənayesi tamamilə ləğv edilməli, nasional-sosialist partiyası məhv edilməli, Almaniya həyatı demokratik əsasda dinc əməkdaşlıq üçün qurulmalı idi.

Konfransda Almaniyanın ödəyəcəyi təzminat məsələsi müzakirə edildi. Almaniyanın ödəyəcəyi təzminat barədə xüsusi saziş imzalandı. Bu məsələdə Krım konfransının qərarı əsas götürüldü.

Potsdam konfransının qərarına görə, Keniqsberq rayonu SSRİ-yə verildi. Konfransda müharibə canilərinin siyahısının elan edilməsi, törətdikləri cinayətə görə cavab vermələri barədə qərar qəbul edildi.

Potsdam konfransında Almaniya tərəfindən döyüşən Avropa dövlətləri ilə sülh bağlamaq və onları BMT-yə daxil etmək haqqında məsələ kəskin mübahisələr yaratdı. Məsələnin müzakirəsi nəticəsində saziş imzalandı. Sazişə görə, İtaliya, Bolqarıstan, Finlandiya, Rumıniya və Macarıstanla sülh müqavilələri bağlanmalı və onların BMT-yə üzvlüyü məsələsinə baxılmalı idi.

Potsdam konfransının böyük tarixi əhəmiyyəti var idi. O, Avropada təhlükəsizliyin başlıca şərti kimi alman militarizminin və nasizminin kökünün kəsilməsini irəli sürdü, dövlətlərarası münasibətlərin suverenlik, milli müstəqillik, bərabər hüquqluq və daxili işlərə qarışmamaq, demokratik prinsiplər əsasında qurulmasını vacib hesab etdi.

39. Almaniya və Yaponiyanın məğlub olması
Müharibənin gedişində üçüncü mərhələ (1944-cü il yanvar-1945-ci il sentyabr) Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Müharibə gedişində baş vermiş əsaslı döyüşlərdən - Stalinqrad, Kursk-Oryol və Əl-Əlameyn döyüşlərindən sonra almanlar geri çəkilməyə başladılar. 1944-cü ilin payızında sovet ərazisi tamamilə azad olundu.

1944-cü il iyunun 6-da müttəfiqlər Fransanın şimalına- Normandiyaya qoşun çıxardılar. Beləliklə, Almaniyaya qarşı çoxdan gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. 1944-cü ilin avqustunda müttəfiqlərin köməyi ilə Fransa faşistlərdən azad edildi.

1944-cü ildə Almaniya 3 müttəfiqini- Rumıniya, Bolqarıstan, Finlandiyanı, 1945-ci ildə isə Macarıstanı itirdi. Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Artıq Almaniyanın məğlubiyyəti göz qabağında idi.

1945-ci ilin əvvəlində Almaniya tamamilə təcrid olunmuş vəziyyət düşdü. Onun yeganə müttəfiqi olaraq yalnız Yaponiya qalırdı. Məğlub olacağını başa düşən alman diplomatiyası Avropa dövlətləri ilə separat sülh bağlamağa cəhdlər etdi. Lakin ingilis və amerikan hökumətləri belə danışıqların aparılmasını mümkünsüz saydılar.

1945-ci il aprelin 16-da Berlin əməliyyatı başladı. Aprelin 25-də Elba çayı üzərində müttəfiq qoşunları görüşdülər. Mayın 2-də Berlin alındı. Mayın 8-də Berlin yaxınlığında Karl-Xorst ərazisində Almaniya danışıqsız təslim aktını imzaladı.

İkinci dünya müharibəsi hələ qurtarmamışdı. Şərqdə Yaponiya ilə müharibə davam etdirilirdi. 1944-1945-ci illərdə Sakit okeanda bir sıra adalatı tutdular. 1945-ci il avqustun 6-da və 9-da ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası  atdı. Bu, həm də SSRİ-yə təsir etmək məqsədi güdürdü.

1945-ci ilin avqustun 8-də SSRİ Krım konfransının qərarını yerinə yetirərək Yaponiyaya müharibə elan etdi. Qısa bir zaman ərzində yapon ordusunu təslim olmağa məcbur etdi.

1945-ci il sentyabrın 2-də Tokio körfəzində ABŞ-ın Missuri gəmisində Yaponiya danışıqsız təslim aktını imzaladı. Beləliklə, 1939-cu il sentyabrın 1-də başlayan ikinci dünya müharibəsi 6 il sonra – 1945-ci il sentyabrın 2-də başa çatdı.



40. II Dünya müharibəsinin yekunları və nəticələri
İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdur.

İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Dünyada 2 sistem – burjua demokratik və sosializm sistemləri qalmışdı.

Müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyişikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılmış, sərhədlər yenidən qurulmuş, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələri faşizmdən azad olduqdan sonra SSRİ-nin təsiri altına düşərək sovet modelli siyasi inkişaf yolunu götürmüşdür, Asiyada, Afrikada və Latın Amerikası ölkələrində milli-azadlıq hərəkatı güclənmişdi.

Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalibməğlub dövlətlər qrupu yaranmışdı. Qalib dövlətlər arasında ABŞ və SSRİ-nin nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər. İngiltərə və Fransanın dünyada rolu zəifləmişdi. Almaniya, Vyetnam, Koreya parçalanmışdı.

İkinci dünya müharibəsindən sonra sülhə və təhlükəsizliyə xidmət edən kütləvi beynəlxalq təşkilat və qurumlar yaranmışdı. Onların arasında hələ müharibənin gedişində formalaşmış BMT müstəsna yer tuturdu.

İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri də onun dünya sivilizasiyasını məhv olmaqdan xilas etməsidir. O, dünya sivilizasiyasını yeni inkişaf yoluna yönəltdi, onun yeni mahiyyət alması üçün möhkəm zəmin yaratdı. Müharibə həm də dünyanın 2 ictimai-siyasi dünya sisteminə parçalanması üçün şərait yaratdı. Sonradan SSRİ-nin, dünya sosializm sisteminin süqutu nəticəsində bu parçalanma aradan qalxdı.



41. II Dünya müharibəsindən sonra Avropada dinc nizamasalma fəaliyyəti

46. Xarici İşlər Nazirləri Şurasının sessiyaları
İkinci dünya müharibənin başa çatması ilə dünyanın siyasi xəritəsində ciddi dəyişikliklər baş verdi. Faşizm üzərində qələbə dünyada milli-azadlıq mübarizəsini genişləndirdi, yeni-yeni müstəqil dövlətlər yarandı. Müharibədən sonra dünyada siyasi qüvvələr nisbətində də ciddi dəyişikliklər baş verdi. Beynəlxalq siyasətdə 2 əsas istiqamət yarandı:

  1. ABŞ və onun müttəfiqlərinin xətti

  2. SSRİ və onun rəhbərliyi ilə “xalq demokratiyası” adlandırılan dövlətlərin xətti

Bu iki xəttin mübarizəsi kapitalist və sosialist dövlətləri arasında mübarizəni əks etdirərək müharibədən sonrakı dövr üçün xarakterik idi.

Potsdam konfransının qərarlarına uyğun olaraq, Avropada dinc nizamasalma məsələlərini həll etmək üçün Xarici İşlər Nazirləri Şurası yaradıldı. Bütövlükdə Şuranın 6 sessiyası keçirildi. İlk 3 sessiya 1945-1946-cı illərdə keçirildi:



  1. Londonda (1945-ci il 11 sentyabr-2 oktyabr)

  2. Parisdə (1946-cı il 25 aprel-16 may, 15 iyun-12 iyul)

  3. Nyu-Yorkda (1946-cı il 4 noyabr-12 dekabr)

Bu sessiyalarda Almaniyaya aid məsələlər, İtaliya, Rumıniya, Bolqarıstan, Macarıstan və Finlandiya ilə sülh müqavilələri müzakirə olundu. 4, 5 və 6-cı sessiyalar 1947-1949-cu illərdə Moskva, London və Parisdə keçirildi. Bu sessiyalarda isə alman məsələsi və Avstriya dövlət müqaviləsi layihəsi məsələsi müzakirə edildi.

Birinci sessiyada SSRİ nümayəndə heyətinə xarici işlər naziri Molotov, ingilis nümayəndə heyətinə xarici işlər naziri Bevin, ABŞ nümayəndə heyətinə dövlət katibi Brins başçılıq edirdilər. ABŞ və İngiltərə SSRİ-nin RumıniyaBolqarıstanda yeritdiyi sovetləşdirmə siyasətinə və ordularını bu ölkələrdə saxlamaq istəyinə qarşı çıxaraq demokratik hökumət yaradılmayınca onlarla sülh müqaviləsi bağlanmasının mümkünsüzlüyünü bildirdilər. İtaliya məsələsinin müzakirəsində 2 mübahisəli məsələ: İtaliya-Yuqoslaviya sərhədi və keçmiş İtaliya müstəmləkələrinin məsələsi meydana çıxdı. Oktyabrın 2-də sessiya işini başa çatdırdı. XİNŞ-in birinci sessiyası dinc nizamasalma məsələsində 2 xəttin mövcud olduğunu göstərdi.

Xarici İşlər Nazirləri Şurasının ikinci sessiyası Parisdə keçirildi. Sessiyanın birinci hissəsində Dunayda gəmiçilik, İtaliya-Yuqoslaviya sərhədi və İtaliyanın ödəyəcəyi təzminat haqqında məsələlər kəskin mübahisələrə səbəb oldu.



Dunayda gəmiçilik məsələsində ABŞ, İngiltərə və Fransa azad gəmiçiliyi təmin edən beynəlxalq nəzarəti irəli sürdülər. Bunun əleyhinə çıxan SSRİ Yuqoslaviya və Çexoslovakiyanın mənafelərinin nəzərə alınmasını təklif etdi.

Triyest, İtaliya-Yuqoslaviya sərhədi məsələsində SSRİ sərhədlərin etnoqrafik prinsiplərə görə qurulmasını, Triyestin federal vahid kimi Yuqoslaviyanın tərkibinə daxil edilməsini, Triyestdə azad liman rejimi qurulmasını təklif etdi. ABŞ, İngiltərə, Fransa isə Triyesti İtaliyanın tərkibinə qatmağa çalışırdılar. Sessiyada uzun müzakirələr getsə də, Triyest şəhərinin hansı dövlətə mənsub olması məsələsi həll olunmadı.

İtaliya müstəmləkələri İtaliyanın ödəcəyi təzminat barədə məsələ də kəskin mübahisələrə səbəb oldu. Nəticədə İtaliya müstəmləkələri haqqında məsələ BMT Baş Məclisinin müzakirəsinə verildi. Sessiyanın işinin birinci hissəsində tam razılığa gəlinmədi.
XİNŞ-nın ikinci sessiyasının ikinci hissəsində ABŞ nümayəndəsi Brins konkret təklif irəli sürdü: əgər Şuranın bütün digər üzvləri təzminat almaqdan imtina edərlərsə, ABŞ da təzminat almaqdan imtina etməyə hazırdır.

Tərəflər uzun mübahisələrdən sonra Triyest barədə kompromisə getdilər. Burada BMT nəzarət altında 10 il müddətində beynəlxalq rejim yaradıldı. Triyestin statusu haqqında layihə qəbul olundu.

Lakin təzminat məsələsi yenə həll edilmədi. Konfransı iyulun 29-da çağırmaq barədə qərar qəbul edildi. İyulun 12-də XİNŞ sessiyası öz işini başa çatdırdı.

XİNŞ-nın üçüncü sessiyası Nyu-Yorkda keçirildi. Sessiyada Dunay məsələsinə bəzi dəyişikliklər edildi: Dunay çayında azad gəmiçilik yalnız limanlar və namiqasiya üçün məhdudlaşdırıldı.



Triyest azad ərazisi hərbisizləşdirilmiş və tərəfsiz elan olundu. Triyestdən xarici orduların çıxarılması müddəti müəyyənləşdirildi. Qəbul olunmuş müddətə görə, 1954-cü ildə ingilis-amerikan qoşunları Triyestdən çıxarıldı. Yuqoslaviya və İtaliya arasında müqaviləyə görə, Triyest bu ölkələr arasında bölüşdürüldü: “A” zonası adlandırılan Triyest şəhəri İtaliyaya, “B” zonası adlandırılan ətraf əraziləri isə Yuqoslaviyaya verildi.

42. Paris konfransı (1946)
1946-cı il iyulun 29-da Parisdə 21 dövlətin iştirak etdiyi sülh konfransı açıldı. Konfransın ilk günü iki xəttin mövcud olduğu üzə çıxdı. ABŞ və İngiltərə qərarların sadə səs çoxluğu ilə, SSRİ isə 2/3 səs çoxluğu ilə qəbul olunmasını irəli sürdü. Nəticədə kompromis variantı kimi hər iki səsvermə qaydası qəbul edildi.

Konfransda əsas yeri İtaliya-Yuqoslaviya sərhədi və Triyest məsələsi tutdu. SSRİ Yuqoslaviyanı müdafiə etdi. Triyestin statusu haqqında məsələ iki aya yaxın müzakirə edildikdən sonra ABŞ layihəsi qəbul olundu.



Dunayda gəmiçilik məsələsində SSRİ bərabər imkanlara, azad ticarətə qarşı çıxmasına baxmayaraq, səsvermə zamanı ingilis-amerikan layihəsi qəbul edildi. Dunayda naviqasiya bütün dövlətlərin gəmiləri, malları və vətəndaşları üçün tam bərabərlik əsasında azad və açıq olmalı idi.

Konfransda təzminat məsələsi kəskin mübahisələrə səbəb oldu. Avstraliya nümayəndə heyəti Rumıniya ilə sülh müqaviləsi layihəsinə iki düzəliş etdi:



  1. Təzminatın məbləğini müəyyənləşdirmək və ödənilməsinə nəzarət etmək üçün komissiya yaradılsın.

  2. Təzminat məhsulla deyil, pulla ödənilsin.

Lakin bu təkliflər qəbul olunmadı.

ABŞ, İngiltərə, Yunanıstan və Bolqarıstan İtaliyadan təzminat tələb etdi. Lakin ABŞ və İngiltərə onlara çatacaq təzminatın tam həcmdə ödənilməsindən imtina etdilər. Onlar İtaliyanın xarici banklarda olan aktivlərini almaqla kifayətlənəcəklərini bildirdilər.

1946-cı il oktyabrın 12-də Paris sülh konfransı öz işini başa çatdırdı.

43. Münhen sövdələşməsi və onun nəticələri (özünüz oxuyun)

44. II Dünya müharibəsindən sonra Almaniyada dinc nizamasalma məsələləri. Almaniyanın parçalanması

Müharibədən sonrakı illərdə beynəlxalq münasibətlərin ən mürəkkəb məsələlərindən biri Almaniya ərazisində yaranmış problemlərin dinc nizamasalma prosesi idi. Bu məsələ beynəlxalq münasibətlərdə mövcud olan iki xətt tərəfdarlarının mübarizəsi meydanına çevrildi.

Almaniyanın məğlub edilməsi haqqında bəyannaməyə müvafiq olaraq, Almaniyada ali hakimiyyəti SSRİ, ABŞ, Böyük Britaniya və Fransa öz üzərlərinə götürdülər. Almaniya işğal zonalarına bölündü. Almaniya ilə bağlı problemləri dörd baş komandanın daxil olduğu Nəzarət Şurası həll edirdi.

Müharibədən sonrakı ilk illərdə Almaniyaya dair qərarların- demilitarizasiya, denasifikasiya, demokratikləşdirmə dekartelizasiyanın həyata keçirilməsi mühüm yer tutdu. 1945-1946-cı illərdə Almaniyada demilitarizasiya ilə əlaqədar olaraq bir sıra tədbirlər görüldü. Silahlı qüvvələr tərxis edilərək buraxıldı. Hərbi sənaye kompleksi, hərbi təhsil, hərbi quruculuq və Vermaxt ləğv edildi. Potsdam konfransının digər qərarları ilə müqayisədə demilitarizasiya kifayət qədər sürətlə gedirdi.

Potsdam konfransının qərarlarına əsasən denasifikasiyanın həyata keçirilməsi nəzərdə tutulurdu. Burada məqsəd Almaniyada nasizmin kökünü kəsmək, Hitler qanunvericiliyini ləğv etmək, faşist təşkilatlarını qadağan etmək idi. Denasifikasiya həyata keçirilərkən sovet işğal zonasında 500 min nəfər vəzifədən uzaqlaşdırıldı. Nasist ideyalarının təbliği qadağan edildi.

Almaniyanın demokratikləşdirilməsi məsələsində 2 baxış mövcud idi: SovetQərb baxışı. Sovet rəhbərliyi demokratikləşməni sovetsayağı başa düşürdü. ABŞ, Böyük Britaniya və Fransa isə real demokratikləşməni irəli sürürdülər.

Müharibədən sonrakı inkişaf üçün Almaniyanın dekartelizasiyasının həyata keçirilməsinin mühüm əhəmiyyəti var idi. Potsdam sazişinə görə, alman iqtisadiyyatında mərkəzsizləşdirmə həyata keçirilməli idi. 1945-1946-cı illərdə Nəzarət Şurası alman iqtisadiyyatının dekartelizasiyası və dekonsentrasiyası üzrə dördtərəfli komissiya yaratmaq haqqında qərar verdi. Bir sıra səhmdar cəmiyyətlər ləğv edilərək əmlakı müsadirə olundu.

1947-ci ildə ABŞ yeni alman pulları hazırlayaraq Qərbi Almaniyaya gətirdi (“Big Dog” əməliyyatı). 1948-ci ildə pullar istifadəyə buraxıldı.

Uzunmüddətli fasilədən sonra 1949-cu il mayın 23-də dörd dövlətin xarici işlər nazirləri Parisdə altıncı sessiyaya toplaşdılar. Bu sessiyada sovet nümayəndə heyəti Almaniyanın bütövlüyünün qorunmasını təkid etdi. Lakin sovet təsirinin Qərbi Almaniyaya yayılmasından ehtiyat edən Qərb dövlətləri bu təklifi rədd etdilər. ABŞ, Böyük Britaniya və Fransanın Ali Müttəfiq Komissiyası Qərbi Almaniya üçün öz qərarlarını qəbul etdilər.

1949-cu il sentyabrın 12-də qərbi alman Bundestaq (federal qurultay) və Bundesratı (federal şura) yeni yaradılmış Qərbi Almaniya dövlətinə prezident və kansler seçdi. Beləliklə, Almaniya Federativ Respublikası yaradıldı. AFR-in elan edildiyi gün- 1949-cu il 23 may Respublika günü kimi qəbul edildi.

1949-cu il oktyabrın 7-də Almaniya Demokratik Respublikasının yaradılması haqqında qərar qəbul olundu. Beləliklə, vahid dövlət əvəzində əks istiqamətdə inkişaf edən iki müstəqil dövlət - AFR və ADR yaradıldı. ADR-in tərkibində Qərbi Berlin adlanan xüsusi dairə təşkil olundu. İki ayrı dövlətin və Qərbi Berlinin mövcudluğu Avropanın mərkəzində yaranmış şəraitin xüsusiyyətlərindən biri idi.

45. II Dünya müharibəsindən sonra Uzaq Şərqdə dinc nizamasalma məsələləri
Müharibədən sonra Uzaq Şərq məsələsi mürəkkəb problemlər arasında xüsusi yer tuturdu. 1945-ci il sentyabrın 23-də “İşğalın ilkin mərhələsində Yaponiyaya münasibətdə ABŞ siyasətinin əsas prinsipləri” haqqında sənəd işlənib hazırlandı. 1945-ci ildə Vaşinqtonda Yaponiyanın təslim aktını imzalayan dövlətlərdən ibarət Uzaq Şərq Məsləhətçi orqanının yaradılması elan olundu. ABŞ hökuməti müəyyən güzəştlərə getdiyinə görə XİNŞ-nın Moskva müşavirəsində SSRİ, Böyük Britaniya və ABŞ Yaponiya ilə müqaviləni hazırlaya bildilər.

Moskva müşavirəsində Koreya məsələsi özünəməxsus yer tuturdu. Müttəfiq dövlətlərin ali komandanlığının əmrinə görə, Koreyada 38-ci paraleldən şimala doğru sovet komandanlığı, cənuba doğru isə amerikan komandanlığı yapon qoşunlarını təslim etməli idi.

Moskva müşavirəsində Çində vəziyyət də müzakirə olundu. Çində rəhbərlikdə olan Çan Kay Şi ABŞ-ın köməyinə arxalanırdı. ABŞ prezident Trumen general Marşalı Çində öz şəxsi təmsilçisi təyin etdi. General daxili-siyasi vəziyyət problemləri üzrə homindan və Çin Kommunist partiyasının danışıqlarında vasitəçi rol oynamalı idi.

1946-cı il yanvarın 3-də hərbi münaqişələrin dayandırılması məsələsini müzakirə etmək üçün “Üçlər komitəsi” yaradıldı. Bu komitə Mancuriyadan başqa yaxın ərazilərdə hərbi münaqişələrin dayandırılmasına nail oldular. Lakin general Marşal ABŞ-ın dövlət katibi vəzifəsinə təyin olunduğuna görə Çində Amerikanın vasitəçiliyi dayandırıldı.

SSRİ-nin köməyinə arxalanan kommunistlər 1949-cu ildə homindan rejimini devirdilər. Oktyabrın 1-də Çin Xalq Respublikası elan olundu.

1947-ci il noyabrın 14-də BMT-nin Baş Məclisinin iclasında Koreya üzrə BMT Müvəqqəti Komissiyasının yaradılması haqqında qətnamə qəbul olundu. Komissiyanın tərkibinə 8 dövlət - Avstraliya, Fransa, Çin, Hindistan, Kanada, Salvador, Suriya və Filippin daxil idi. Onlar Koreyada seçkilər keçirmək və vahid Koreya hökumətinin yaradılması haqqında iş görməli idilər.

1948-ci ilin aprelində Pxenyanda Şimali və Cənubi Koreyanın 56 siyasi partiyasının iştirakı ilə keçirilən müşavirə BMT komissiyasının nəzarəti altında cənubda seçkilərin keçirilməsinə qarşı çıxış etdi.

Vahid demokratik xalq cəbhəsi Milli Məclisə seçkilərin Koreyanın hər iki hissəsində keçirilməsini qərara aldı. 1948-ci il avqustun 28-də keçirilən seçkilərdə Şimali Koreyadan 99.9%, Cənubi Koreyadan 77.5% seçici iştirak etdi. Lakin hadisələrin sonrakı inkişafında tərəflər arasında razılıq əldə olunmadığına görə Koreyada vətəndaş müharibəsi başlandı.



47. “Soyuq müharibə”nin başlanması və mərhələləri
İkinci dünya müharibəsi beynəlxalq münasibətlərə çox böyük təsir göstərmiş oldu. Qalib dövlətlərdən ABŞ müharibədən çox güclü çıxaraq hərbi və ideoloji cəhətdən hakim mövqeyə keçdi. Bir nömrəli super dövlət kimi onun dünya “hegemonluğu” iddiaları gücləndi. Bu iddia hələ 1945-ci ildə ABŞ prezidenti Trumenin Konqresə göndərdiyi məktubda açıqca bəyan edilmişdi. Məktubda göstərilmişdi ki, müharibədə qələbə Amerika xalqını dünyanı idarə etmək zərurəti qarşısında qoymuşdur.

Müharibədə ən çox maddi və insan itkisi verən SSRİ siyasi və ideoloji cəhətdən çox böyük nüfuz qazandı. O, dünyanın ikinci super dövlətinə çevrildi. O, dünya inqilabı, kommunizmin dünyada qələbəsi ideologiyasını həyata keçirməyə başladı.

Müharibədən sonra baş verən əsas dəyişikliklərdən biri də dövlətlərarası münasibətlər və siyasət çərçivəsinin genişlənməsi idi. Əgər 1945-ci ilə qədər dünya məsələləri ancaq Avropa qitəsində həll edilirdisə, indi Asiya, Afrika və Latın Amerikasının iri dövlətləri də bu məsələdə fəallıq göstərməyə başladılar. Habelə indi atmosfer və kosmos da dövlətlərarası münasibətlər meydanına çevrilmişdi.

Beləliklə, müharibədən sonra dünyanın inkişafına güclü təsir göstərən 2 super dövlət, 2 ictimai sistem meydana gəldi. Faşizmə qarşı birgə vuruşmuş bu müxtəlif yönümlü ölkələrin müharibədən sonra da birgə əməkdaşlıq arzuları puç oldu. Onların arasında “soyuq müharibə” başlandı. “Soyuq müharibə”nin nəzəri əsasını Dallesin “balanslaşdırma” ideyası təşkil edirdi. Soyuq müharibə ideoloji-siyasi mübarizə və təxribat, sürətlə silahlanma, iqtisadi təzyiq, pozucu kəşfiyyatlar, hərbi-iqtisadi yarış- rəqabət formasında aparılırdı. Tərəflər qlobal miqyasda “dinc” yolla bir-biri ilə ölüm-dirim müharibəsi aparırdılar.

Soyuq müharibənin başlanması üçün ilk çağırış İngiltərənin Baş naziri U.Çörçillin 1946-cı il martın 5-də Fultondakı çıxışı oldu. O, kapitalist dünyasını kommunizmə qarşı birləşməyə çağırdı. Onun fikrincə, dünyanı tiraniya hədələyir və bu tiraniyanın mərkəzi sovet kommunizm rejimidir. Faktiki halda Çörçill öz nitqində ABŞ və Böyük Britaniyanın hərbi-siyasi ittifaqını yaratmağa çalışırdı. O, kommunizm təhlükəsi önündə “dəmir pərdə” yaratmağı təklif edirdi. Fulton nitqindən sonra “dəmir pərdə” termini əslində “soyuq müharibə”nin sinoniminə çevrilmiş oldu. Bununla da “Soyuq müharibə” başlandı.

Soyuq müharibə müəyyən inkişaf mərhələlərindən keçmişdir:



  1. 1947-1953-cü illər – ilk qarşıdurma dövrü

  2. 1953-1959-cu illər – yumşalmanın başlanması

  3. 1960-1969-cu illər – “Soyuq müharibə”nin yenidən kəskinləşməsi

  4. 1969-1979-cu illər – yumşalmanın yeni dalğası

  5. 1979-1985-ci illər – axırıncı tutaşma

  6. 1985-1991-ci illər – “Soyuq müharibə”nin sona yetməsi

“Soyuq müharibə” çağırışına cavab olaraq dünyada sürətlə silahlanma, hərbi-siyasi və iqtisadi qütbləşmə prosesi başladı. Tərəflər hərbi xərcləri artırdılar. Getdikcə kütləvi qırğın silahları icad etməyə başladılar. Hələ 1945-ci ildə atom bombasını partladan ABŞ 1952-ci ildə nüvə silahını sınaqdan keçirdi. 50-ci illərin ortalarında kontinentlərarası bombardmançı donanması, sonlarında isə ilk raketdaşıyıcı sualtı qayıq yaratdı. 60-cı illərin əvvəllərində ABŞ nüvə partlayıcısı daşımağa qadir, meydançasında təyyarələr olan zərbəvurucu atom aviadaşıyıcıları yaratmağı genişləndirdi. ABŞ “Palaris” və “Micitmen” tipli raketlərlə silahlanaraq SSRİ-ni bu sahədə qabaqladı. 60-cı illərin sonlarında amerikanlar ilk dəfə özü nişan alan baş hissələrə ayrılan raketlər, 70-ci illərdə Perşinq-II raketləri, 80-ci illərin ortalarında orta və uzaq mənzilli raketlər, sonralar isə neytron döyüş vasitələri və kimyəvi silahlar yaratdılar.

Bunlara cavab olaraq, SSRİ 1949-cu ildə atom silahı, 1953-cü ildə nüvə silahı sınaqdan keçirdi. 1957-ci ildə kontinentlərarası raketlər, 1977-ci ildə SS-20 adlanan orta mənzilli raketlər yaratdı. Artıq SSRİ bir sıra silahların gücünə və sayına görə ABŞ-dan irəli çıxmışdı. “Soyuq müharibə” şəraitində hərbi xərclər də son dərəcədə artdı.



48. II Dünya müharibəsindən sonra ilk qarşıdurmalar. Hərbi bloklar
Sovet rejiminin daha da gücləndiyi 1947-1983-cü illər “soyuq müharibə”nin ən sərt dövrlərindən olmuşdur. Bu illərdə dünyanı nüfuz dairəsinə bölmək uğrunda 2 super dövlət - SSRİ və ABŞ arasında çox kəskin rəqabət gedirdi. ABŞ Avropada möhkəmlənmək, bütün dünyanı öz nüfuzu altına almaq, SSRİ isə Mərkəzi və Cənub-Şərqi Avropada, Asiyada, xüsusilə Çin, Vyetnam və Koreyada möhkəmlənmək uğrunda müharibə aparırdılar.

Bu illərdə, həmçinin Koreya müharibəsi, Yaxın Şərqdə münaqişə, Hindistan-Pakistan və Hind-Çin münaqişələri olmuşdur. Çin, Vyetnam, Koreya və Yunanıstanda vətəndaş müharibələri, Çexoslovakiya, Polşa və Şərqi Almaniyada sovetlərə qarşı itaətsizlik baş vermişdi.

“Soyuq müharibə”nin ilk real addımlarından biri Türkiyədə və Yunanıstanda öz nüfuzunu, Bosfor və Dardanel boğazlarına öz nəzarətini gücləndirməyə çalışan və SSRİ-yə qarşı 1947-ci il martın 12-də ABŞ prezidentinin irəli sürdüyü “Trumen doktrinası” oldu. Bu doktrinaya görə, ABŞ Yunanıstan və Türkiyəyə 400 milyon dollar həcmində yardım ayırdı. Bu, həmin ölkələri SSRİ nüfuz dairəsindən uzaqlaşdırmaq məqsədi güdürdü. Onlar da ABŞ xəttini müdafiə etmək öhdəliyini götürürdülər.

1947-ci ilin iyununda müharibədə zərər çəkmiş Avropa dövlətlərinə iqtisadi yardım göstərməyi nəzərdə “Marşal planı” irəli sürüldü. Bu plana görə, həmin ölkələrə yardım üçün 12.5 mlrd. dollar vəsait ayrılmışdı. Bu plan üzrə Avropanın 16 dövləti 1948-1951-ci illərdə ABŞ-dan 17 mlrd. dollar kömək aldılar. SSRİ və onun təkidi ilə Mərkəzi və Cənub-Şərqi Avropanın sovetpərəst ölkələri bu yardımdan imtina etdilər. Yardım Qərbi Avropa ölkələrinə verildi. Bunun nəticəsində Avropada paralel 2 iqtisadi bazar yaradıldı.

Bu dövrdə müxtəlif hərbi-siyasi və iqtisadi qruplar yaradılmışdı. 1948-ci ilin martında Qərb İttifaqı yaradıldı. 1955-ci ildə Qərbi Avropa İttifaqına çevrildi. 1957-ci ildə Avropa İqtisadi Birliyi yaradıldı. Bu dövrdə SSRİ, Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələri də öz birliklərini yaratmağa başladılar. 1949-cu ildə onlar Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) təşkil etdilər.

İri dövlətlər dünyanın müxtəlif regionlarında hərbi-siyasi bloklar yaratdılar. 1949-cu ildə Şimali Atlantika İttifaqı (NATO) yaradıldı. İttifaqa əvvəl 12 dövlət daxil idi. 1952-ci ildə Yunanıstan və Türkiyə, 1954-cü ildə AFR daxil oldu. İndi NATO-da birləşən ölkələrin sayı 20-yə çatmışdır.

Buna cavab olaraq SSRİ və Cənub-Şərqi Avropa ölkələri 1955-ci ildə Varşava paktını imzaladılar. Pakta SSRİ, Çexoslovakiya, Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya, ADR və Albaniya daxil idi.

1951-ci ildə ANZYUS (ABŞ, Avstraliya, Yeni Zelandiya), 1954-cü ildə SEATO (Cənub-Şərqi Asiya ölkələri ittifaqı), 1955-ci ildə Bağdad paktı yaradıldı.

ABŞ, İngiltərə və Fransanın təşkil etdikləri bu hərbi bloklara Avropanın, Yaxın Şərqin və Asiyanın 25 dövləti cəlb olunmuşdu.

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə