BƏXTİyar tuncay saklarin diLİ VƏ ƏDƏBİyyati ön söZ




Yüklə 0.85 Mb.
səhifə7/8
tarix20.04.2016
ölçüsü0.85 Mb.
1   2   3   4   5   6   7   8

SAK DİLİNİN ŞƏRQ (XOTAN) VƏ

QƏRB (PARFİYA) ŞİVƏLƏRİ

V.V.Radlovun "Qədim türk" lüğətində "Burxan" antroponimi haqqında ya-zılıb:



"Şəxs adı. Budda-buddist təlimin yaradıcısı.." (14.127).

Alim bir qədər yuxarıda "burxan" terminindən söz açaraq, bu terminin guya çin dilindən türk dilinə keçdiyini və guya həmin terminin əslinin çincə "bvyr" olduğunu yazır (14.127).

Bəri başdan deyək ki, geçəkdən də çindilli buddist mətnlərdə "burxan" əvəzinə "bvyr" yazılır. Hinddilli mətnlərdə isə nə "burxan", nə də "bvyr" kəlmələrinə rast gəlinmir. Deməli, termin ya türkcədən çincəyə keçərək bir qədər təhrif olunmuşdur, ya da əksinə. V.V.Radlov üstünlüyü çin dilinə verir. Fəqət "burxan" kəlməsinə gətirdiyi misalların əksəriyyətini buddizmə heç bir aidiyyatı olmayan türkdilli manixeist (Xuastanift) və türk-müsəlman mənbələrindən (Mahmud Kaşğarlı və Yusif Balasaqunlu) misal çəkir və bu kəlmənin dinindən asılı olmayaraq bütün türklər üçün ümumişlək söz olduğuna, eləcə də Mahnud Kaşğarlı və Yusif Balasaqunlunun həmin kəlməni büt, manixeist mətnlərin isə peyğəmbər mənalarında işlətdiklərinə göz yumur (14.127).

Maraqlıdır ki, eyni terminə türk-şaman mifoloji sistemində də rastlanır və o, Tanrı anlamında işlənir. Məsələn N.F.Katanovun yazdığına görə, tuvalılar inanmışlar ki, ən yuxarı dünyada Burxan (Tanrı) yaşayır. İnsanların sahib olduqları hər şeyi, o cümlədən övladları o verir. Burxan insanlara pislik edən şər ruhları məhv etmək üçün orta dünyaya ildırım və şimşəklər göndərməklə müdaxilə edir (208.47). Türkdilli buddist ədəbiyyatının şah əsərlərindən biri olan "Altun Yaruq"da da Burxan eyni səviyyədə tutulur və "tanrılar tanrısı" adlandırılır:



"Anta ötrü tenqri tenqrisi Burkan inça tipyarlıkadı Ananta..." (118.297)

Tərcüməsi:



"Ondan ötrü tanrılar tanrısı Burxan Ananda belə söylədi..."

Eyni zamanda buddist və manixeist mətnlərdə rast gəlinən "burxanlıq" termini də olmuşdur ki, birinci halda "Buddaya məxsus", ikinci halda isə "müqəddəs" anlamlarında işlənmişdir (14.127). Şübhəsiz ki, bu faktlar, eləcə də tərcümənin türkcədən çincəyə olduğunu sübut edən yuxarıdakı digər faktlar kəlmənin türkcədən çin dilinə keçdiyini sübut edir. Eyni termin Buddanın adı kimi türk dilindən buddizmin şimal qoluna-lamaizmə sitayiş edən xalqların, yəni tibet və monqol xalqlarının da dilinə keçmişdir və bu xalqlar da Buddaya Burxan deyirlər.

Yeri gəlmişkən, qeyd edək ki, türk və çin dillərində ortaq olan kəlmələrdən biri də "ağ" (üzə ağ olmaq mənasında) kəlməsidir ki, V.Radlov bu kəlmənin də guya çincədən türkcəyə keçdiyini iddia edir və həmin sözə nümunə kimi buddist məzmunlu, türkdilli "Kalyanamkara və Papamkara"dan misal çəkir:

"Ol ödün qanqi qan ayıq qılınclıq ağ oqlin inça tep saqıntı." (Eyni zamanda, o, pis işlər görən və üzünə ağ olan oğlu barədə düşünürdü) (14.48).

Bəlkə də bu fikirlər Radlovun öz fikirləri deyil, onun əsərini redaktə etmiş rus-sovet redaktorların əlavəsidir. Doğru cavabı gələcək tədqiqatçıların öhdəsinə buraxırıq.

Eyni kəlmə eyni mənada çin dili ilə heç vaxt təmasda olmayan Azərbaycan türkcəsində də işlənir. Ona ərəb dilində də rast gəlinmişdir. Ərəb dili də çincə ilə heç vaxt təmasda olmamışdır. Lakin bu iki dilin türk dili ilə təması olub. Bu isə o deməkdir ki, kəlmə təmiz türk terminidir və həm ərəb, həm də çin dilinə məhz bizim dildən, yəni türk dilindən keçibdir.

Yeri gəlmişkən qeyd edək ki, Budda buddizmin əsasını qoymuş şəxsin gerçək adı deyil, ona verilmiş ləqəbdir. Belə hesab edilir ki, onun əsil adı Qautana olmuşdur. (86.444). Türk mətinlərində isə onun gerçək adı Burxandır. Astanq Kalam Keysinin şerlərindən isə onun oğlunun adını öyrənirik:



"Burkan oğlu Tolpı Tüzün Uğan arşınınq

Bulunçus yiq ödqilərin üğmiş şlokda

Burk-şark kılıp on edqüsin mən-Astanq özüm

Buyan küsüş özə köşmüş taksut başladı." (118.210).

Tərcüməsi:



"Burxan oğlu Tolpı Tüzün Uğan zahidin

Ələdüşməz müqəddəs yaxşılıqlarını öyən şerdən

Burk-şark (?) edib onun on yaxşılığını mən-Astanq özüm

Savab qazanmaq üçün qoşduğum hissə başladı." (118.214).

Budda özünü peyğəmbər elan edəndə onun 29 yaşı var idi. Təbii ki, o, həmin dövrə qədər evlənməmiş və övlad sahibi olmamış ola bilməzdi, çünki o şahzadə idi və şah nəslini davam etdirməklə mükəlləf idi. Fəqət buddist ədəbiyyatda onun ailəsindən və övladlarından söz açılmır. Lakin onun gerçəkdən də Tolpı Tüzün adında oğlunun olduğunu dolayısı ilə təsdiqləyən çox maraqlı bir fakt var.

Məlum olduğu kmi, Budda (Burxan) öz dinini yaradarkən, hinduizmdən çox şeyi o cümlədən ölülərin yndırılması adətini qəbul etmişdi. Buddizmdə də hinduizmdə olduğu kimi, kişinin meyidinə od vuran onun böyük oğlu olmalı idi. Buddist əfsanələrdə Buddanı yandıran adamın adı Drona (220.98) kimi çəkilir və bizcə, bu ad "Tüzün" antroponiminin zamanla və yad dillərin təsiri ilə dövrümüzə-dək çatan təhrif edilmiş formasıdır.

Buddanın oğlunun varlığına və gerçək adına gəlincə, səhv etmiriksə, Astanq Kalam Keysinin ona həsr etdiyi iki şeri bu baxımdan istisnadır:



"...Alka üç ödki utmışlarnınq yorığları

Arış, arığ kut kolunçuğ tolun bütkərip

Ayağuluğ Tolpı Tüzün yolı özə

Adruk, uluğ tuyunmakığ tuyunayın." (118.202).

Tərcüməsi:



"Hər üç zaman qaliblərinin hərəkətlərini,

Saf, təmiz niyazı bütünlüklə yerinə yetirib

Hörmətli Tolpı Tüzün yoluyla

Müqəddəs, böyük idrakı dərk edək." (118.206).

Sözügedən şairin öyərək göylərə qaldırdığı və ilahiləşdirdiyi bu şəxsin adına digər ədəbi nümunələrdə rast gəlinmir. Bu da təbiidir. digər dinlərdə olduğu kimi, buddizmdə də peyğəmbərin övladı olmaq həmin şəxsə başqaları qarşısında heç bir üstünlük vermir. İnsanların üstünlük dərəcələri onların imanının səviyyəsi ilə ölçülür. Elə bu üzdən də Burxan oğlu Tolpı Tüzün Uğan barədə mədhiyyələr yazmağa heç bir ehtiyac olmamışdır və üstəlik də bu, Budda dininin vacibiyyətləri sırasına daxil deyildir.

Şerlərin məzmunundan göründüyü kimi, Burxanın oğlu buddizm dininin böyük din adamlarından biri kimi tanınmışdır. Fəqət hər dövrdə belələrinin sayı o qədər çox olmuşdur ki, onların hər birini yalnız öz müasirləri və ardıcılları mədh etmişlər. Hər dövrdə mədh edilən yalnız Buddanın (Burxanın) özü idi. Odur ki, Tolpı Tüzün Uğanı tərifləyərək göylərə qaldıran Atsanq Kalam Keysi, şübhəsiz ki, onun müasiri olmalıydı.

Deməli, Astanq Kalam Keysi Buddanın (Burxanın) oğlunun müasiri olmuşdur, yəni e.ə. V əsrdə yaşamışdır və onun şerləri də e.ə. V əsr sak dilinin və ədəbiyyatının nümunəsidir. Hər halda, o, şerini yazanda artıq Burxan (Budda) həyatda yox idi. (O, səksən yaşında ölmüşdür.) Bu, aşağıdakı misralardan məlum olur:



"Sarvaartasıdı tiqin ad önqdünlüq

Səkiz on yaş yaşamışın körkitmiş erür.

Sartavahı yolçu yirçi aşiça yimə

Sanı yüz minq koldınayut yıl, ay yaşayur." (118.211).

Tərcüməsi:



"Sarvarthasiddha öncədən şahzadə adı ilə

Səksən yaş yaşayacağını göstərmişdi.

Və ya sartavahı yolçusu, yolçubaşı adı ilə

Yüz min kotu nayuta ili, ayı yaşamışdır." (118.215).

Hər iki şerdən gətirdiyimiz misallardan da göründüyü kimi, bu şerlərdə misraların sonları öz aralarında qafiyələnmir. Yəni bu şerlər sonuyumlu yox, önuyumludur. Eyni halı Pratyaya Şiri və Kiki kimi digər buddist şairlərin də əsərlərində müşahidə etmək mümkündür.

Pratyaya Şiridən bir nümunə:

"Utmışlarnınqvısayı Buda Avatansana

Uluğ kölünqü sundurta uz tiripnomlamış,

Uğanlarnınğ on kut kolunç yozığı bu nomuğ

Una ani iyin kəziqçə okıdı sözlərim." (118.193).

Tərcüməsi:



"Qaliblərin vişayası Budda Avatnısaka

Böyük taşıt sutrasında yaxşıca düzülüb yorulmuş,

İlahilərin on səadət arzusunun yozumu olan bu qanuna.

Odur ki, bunun üçün sıra ilə oxuyub izah edək." (118.195).

Kikidən bir nümunə:



"Etüzlərinqə yaraşı

Erdiniliq idiq tüməkin

Enqəyü yoz yoçan yarudur

Esrinqü yaruklar önmişin..." (118.219).

Tərcüməsi:



"Vücudlarına yaraşan

Cövhərlərdən hər cür bəzəklərdə

Enqəyü (?) yüzlərcə yojana işıqlandıran

Rəngarəng işıq çıxdığını..." (118.229).

Çısuya Tutunqun şerlərinə isə yuxarıdakı şairlərdən fərqli olaraq, həm ön uyumluluq, həm də sonuyumluluq xasdır. Elə bu xüsusiyyətinə görə də Çısuya Tutunqun şerləri Atsanq Kalam Keysi, Pratyaya Şiri və Kikinin şerlərindən fərqlənir:



"Önq başlap, adkanğularka biliqlər kaçar,

Öküş kara, ayığ yolluğ uruğuğ saçar.

Öqlüq kişi istimtutçı yaşmaksız baçar,

Öşəliksiz yiq nirvanınğ kapığın açar.
Burkan kənti könqül erür, könqül ok burkan,

Bulamı mat bölsər bolur sansarta turğan,

Brdulmasar ikiqükə bulup ol nırvan,

Bu bir sözni setirək boldı bakışta sorqan." (118.187).

Tərcüməsi:



"Öncə (ondan) başlayaq (ki), biliklər xassələrə yönələr,

Bir çox qara, pis yolların oxumunu əkər,

Ağıllı insan heç zaman yanılmadan diqqət çəkər,

İstisnasız nüfuzlu nirvananın qapısını açar.
Burxanın özü ruhdur, ruh da burxan,

Bunları bu cür bölsən, samsarada durarsan,

Hər ikisinə bulaşmayanlar nirvananı tapır,

Bu sözü baxşıdan soruşan çox nadir oldu." (118.190).

Çışuya Tutunqun şerini digərlərindən fərqləndirən başqa bir cəhət isə şivə fərqidir. Məsələn, təqdim olunan nümunənin ikinci beytinin ikinci sözü "özü" mənasında işlənən "kənti" (kəndi) kəlməsidir. Halbuki, Atsanq Kalam Keysidə "özüm" termini işlənməkdədir:



"Burk-şark kılıp on edqüsin mən-Astanq özüm

Buyan küsüş özə köşmüş taksut başladı." (118.210).

Ortada açıq-aydın bir forma və çox çüzi bir şivə fərqi var. Bu isə Atsanq Kalam Keysi, Pratyaya Şiri və Kikinin şerlərini "Sak ədəbiyyatı" (e.ə.Vl-ll əsrlər) kateqoriyasına, Çışuya Tutunqun şerlərini isə bir neçə əsr sonrakı dövrün məhsulu olan "Kuşan ədəbiyyatı" (e.ə.ll-b.e.lV əsrlər) kateqoriyasına aid etməmizə imkan verir.

Daha sonrakı əsrlərin (V-X) yadigarı olan manixeist (maniçi) məzmunlu uyğur şerində də Kuşan şer formasına bənzər forma ilə, həm ön, həm də son uyumluluq halı ilə üzləşirik. Bu baxımdan Arpınçur Təkinin dövümüzədək ulaşmış bir şerini misal göstərmək olar:

"Kün Tenqri yarukun teq köküzlüqüm, bilqəm,

Kün Tenqri yarukun teq köküzlüqüm, bilqəm.

Körtlə, tüzün Tenqrim, külüqüm, küünsüm!

Körtlə tüzün Tenqrim, külüqüm, buluncsuzum! (118.159).

Qeyd etmək lazımdır ki, istər buddist, istər manixeist, istərsə də dünyəvi məzmunlu qədim türk ədəbi nümunələrinin böyük əksəriyyəti dövrümüzədək məhz uyğurların sayəsində gəlib çıxmışdır.Məhz onlar özlərindən əvvəlki türk ədəbiyyatını uyğur əlifbasına çevirərək dövrümüzədək yaşamasına imkan yaratmışlar. Əsəri sayəsində yüzlərcə qədim türk folklor və yazılı ədəbiyyat nümunələri dövrümüzədək ulaşan Kaşğarlı Mahmud da bir uyğur türkü idi.

Yeni Türk Ensiklopediyasında yazılanlara görə, kağızı kəşf edərək, onu uzun müddət öz monopoliyasında saxlayan uyğurlar ilk mətbəələri də kəşf edən və onlardan istifadə edən xalq olmuşlar (86.Xll.4482-4483). Hazırda Uyğurustan (Şərqi Türküstan) Çinin tərkibində olduğu üçün türklərin bir çox kəşfləri kimi barıt, kağız , mətbəə və kitabın kəşfi də çinlilərin adına çıxılır. Fakt isə budur ki, elmə məlum ən qədim kağız kitablar,eləcə də mətbəədə basılmış kitablar türkcədir. Uyğurustanın (Şərqi Türküstanın) xarabalıqlarından indiyə qədər yüzlərlə kitab tapılmışdır və bu gün də tapılmaqda davam edir (86.Xll.4483).

İstər buddist, istərsə də manixeist mətnlərin dili kimi uyğur dili də xaqaniyyə türkcəsidir. Bu üzdən də onlardan öncəki ədəbiyyat uyğur ədəbiyyatı nümunələri, bu nümunələrin dili də uyğur dili hesab edilir (112.269). Halbuki, uyğurlar Şərqi Türküstana V-Vl əsrlərdə gəlmişlər və burada dövlət də (Vlll-lX əsrlər) qura bimişlər (112.268). Bundan öncə onlar Şərqi Avropa və Qafqazda yaşamışlar. Odur ki, yuxarıda haqqında söz açılan ədəbiyyat uyğurlaraqədərki türk soy və boylarına: saklara, kuşanlılara və hunlara aiddir.

Konkret olaraq buddist məzmunlu və türk dilli ədəbiyyatın yaradıcıları olan saklara gəlincə, onlar uzun müddət Hindistanda yaşadıqları və hind mədəniyyətinin təsiri altında olduqları üçün dillərinə çox sayda hind mənşəli söz və ifadə keçmişdir. Elə bu üzdən də sak ədəbiyyatı hind kəlmələri ilə doludur. Mahmud Kaşğarlı həmin dili "xotən" (xotan) dili adlandırır və xotanları türklərdən (uyğurlardan) fərqləndirərək onların ayrı dili (ləhcəsi) və yazısı (brahmi?) olduğunu, dillərinin də hind dilinin təsirinə məruz qaldığını qeyd edir və daha sonra yazır:

"Xotənlər və kəncəklər sözün əvvəlindəki əlifləri "h" hərfi ilə əvəzləyirlər. Türk dilində olmayan bu hərfi dillərinə qatdıqlarına görə biz onları türk hesab etmirik. Məsələn, onlar ataya "hata", anaya "hana" deyirlər." (210.324).

Mahmud Kaşğari sadəcə dillərində "h" hərfi olması üzündən "xotən" (xotan) adlandırdığı sakları türklərə aid etməmişdir. Əlbəttə ki, bu doğru deyildir və sak dilinin şərq şivəsi olan xotan dili türk dilinin bir ləhcəsi, saklar isə türkdürlər. Buna heç bir şübhə ola bilməz. Xotan-sak dilində (sak dilinin şərq şivəsində) müşahidə edilən hala gəlincə, bu barədə tanınmış dilçi alim Firidun Ağasıoğlu yazır:



"Türk dillərində saitlə başlanan bəzi sözlərin q,k,x,h ilə başlanan variantları da var. Doğrudur, belə sözlərdə bəzi variantlar arasında qrammatik və ya semantik fərq yaranmışdır, lakin onların eyni yuvadan törəməsi şübhə doğurmur. Məsələn, im-him, in-hin, uç-uş-quş, aş-kaş-xaş(ıl), o-ho-qo, en-gen və s.

Bu tip sözlərin tuva dilində bəzən farinqal saitlə və başqa xalqların dilinə samit başlanğıcla keçməsi halları da özünü göstərir:

at-a"t (tuva), axt (sarı uyqur), hat (xalac)

ot-o"t (tuva), oxt (sarı uyqur), xot (erməni)

o-qo (sarı uyqur), ho (azər dialektləri)

aş-a"ş (tuva), kaş (kumuk), kaş, xaşıl (azər dialektləri)" (7.214).

Fikrimizcə, "xotən" (xotan) adı qərb saklarına onların Xotan ərazisində məskunlaşmalarından sonra kənardan verilmiş addır. Onlar isə özlərini "şakı" adlandırmışlar və onların dili uyğur dilindən çoxsaylı hind mənşəli sözlərə sahib olması və "a" saiti ilə başlayan sözlərin önündə "h" səsinin tələffüz edilməsi ilə fərqlənmişdir. Başqa fərq olmamışdır. Odur ki, bu dili uyğur dilinin fərqli bir variantı saymaq olar. Hər halda, brahmi əlifbası ilə türkcə yazılmış mətnlər, eləcə də digər buddist məzmunlu mətnlər türkoloqlar tərəfindən uyğur dili abidələri kimi qəbul edilir. Görkəmli türkoloq Fərhad Zeynalov yazmışdır:



"Şərqi Türküstandan qədim uyğur dilini səciyyələndirən irili-xırdalı 4000-ə qədər əlyazması, fraqmentlər, ksiloqraflar toplanmışdır...Bu abidələr içərisində buddizmlə əlaqədar olanları üstünlük təşkil edir." (112.269).

Məlumat üçün bildirək ki, xotənlərin böyük əksəriyyəti sonrakı əsrlərdə İslamı qəbul etmiş və uyğurların içində ərimişdir. Buddizmdən dönməyənlər isə qədim ləhcələrini saxlamaqda və xotən adı altında Monqolustanda yaşamaqdadır. Brukun yazdığna görə, XX əsrin 80-ci illrinin başında bu türkdilli xalqın sayı cəmi 3000 nəfər idi və hazırda monqol dilinə keçmişlər. (398-399.179).


Fərhad Zeynalovun yazdıqlarından belə anlaşılır ki, uyğurlar haqqında ilk məlumatlarda onlar "oqur", "saraoqur", "kotriqurlar", "onoqur" və s. adlarla qeyd edilmişlər (112.268). İrəlidə görəcəyimiz kimi, onları bu adlarla məhz erkən orta əsrlər Avropa tarixçiləri Qafqaz və Şərqi Avropada yaşayan hunların tərkibində yad etmişlər. Qədim Çin mənbələrində hunlardan son dərəcə çox danışılsa da və bir çox türk soy və boylarının, o cümlədən se (sak) və yuecilərin (kuşanlıların) adları yad edilsə də uyğurlar haqqında bircə kəlmə belə danışılmır. yalnız sonrakı mənbələrdə onlardan "vey-ho", "hun-ho" və vey-vu-rh" adı ilə bəhs edilir. Bu isə o deməkdir ki, uyğurlar Qərbdən Şərqə saklardan və digər türk xalqlarından daha gec köç etmişlər (11.390).

Uyğur türkləri hazırda əsasən Çinin Sintzyan-Uyğur Muxtar Vilayətində, qismən də Qazaxıstan və Özbəkistanda yaşayırlar.Rəsmi statistikaya görə,sayları 15 milyon civarındadır.Qeyri-rəsmi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 milyon arasında göstərilir.Uyğurlaın tarixdə qurduqları ilk dövlətin Vlll əsrdə qurulan Onuyğur-Doqquzoğuz xaqanlığı olduğu hesab edilir.Bu dövlətin ərazisi Monqolustan, Sibir və İndiki Uyğurustan ərazilərini əhatə etmişdir.Dövlətin qurulmasında doqquzoğuzlarla onuyğurlar fəal rol oynamışlar (112.268,269). On uyğur soyunun birləşməsi ilə ortaya çıxan onuyğurların adına Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinməkdədir:



"Su...orada qalmış xalq onuyğur,doqquzoğuz xalqlarının üzərində yüz il oturub...Orxon çayı..." ( Moyunçur abidəsi, 3-cü sətir)(11.149).

Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən "Selenqa daşı" da adlanır.Monqolustan ərazisindən, Selenqa çayı sahilləri yaxınlığından tapılmış bu abidə 744-759-cu illər arasında qoyulmuşdur (11.134-135).

Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb mənbələrində də rast gəlinməkdədir.Bu isə uyğurların, eləcə də onuyğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azərbaycan ərazisində yaşamış olduqlarından xəbər verməkdədir.İstər qədim erməni abidələrində, istər Musa Kağankatlının "Alban tarixi"ndə, istərsə də bir çox başqa mənbədə onların adı Albaniyada baş verən hadisələrlə əlaqədar çəkilir.Bu mənbələrdə onların adı "honoğur", "onoqur" kimi qeyd edilmişdir (53.139;119.41-68). Yeri gəlmişkən qeyd edək ki, Xəzər xaqanı İosifin məktubunda uyğurlar Azərbaycanın 4-cü şahı Toqarmanın 10 oğlundan biri olan Uyğurun soyu kimi təqdim edilməkdədir (7.29).

Tarixi mənbələrdən onuyğurların lll əsrin böyük Azərbaycan şairi və filosofu Maninin qurmuş olduğu maniçilik, başqa sözlə, manixeizm dininə sitayiş etdikləri və bu dini öz dövlətlərinin rəsmi dini elan etdikləri məlumdur (20.472-473).Görünür, öncələr Albaniyada yaşamış onuyğurların bu ölkəni tərk edib Şərqə köçmələrinə də elə bu din səbəb olmuşdur. Çünki V əsrdə Albaniya hökmdarı Vaçaqanın dövründə xristianlığın rəsmi dövlət dini elan edilməsindən sonra bütün qeyri din və məzhəb nümayəndələrinə qarşı, o cümlədən maniçilərə qarşı dəhşətli təqib və təzyiqlər başlamışdı (66.53-55). Bu üzdən də başqa din və təriqətlərin nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalmışdılar.

Nizami Xudiyev deyir:

"lX-Xll əsrlərdə ümumi türk dilinin inkişafında maniçi türk ədəbiyyatı müəyyən rol oynamışdır. Bu ədəbiyyatın dili qədim türk dilidir.Bununla belə, həmin dil artıq başqa mədəniyyət tipologiyasına xidmət edir.Ümumiyyətlə, lX-Xll əsrlərdə türklər qədim türk Tanrı dininin yerinə islam, buddizm, maniçilik, xristianlıq kimi dinləri qəbul edirlər və qədim türk dilinin əsas lüğət fondu, hətta ümumən leksikası dəyişmir.Eləcə də bir çox maniçi mətnlərdə yeni dinin xüsusi terminologiyasına xas elementlərə rast gəlinmir.Yəni maniçilik türk ədəbiyyaında əksər hallarda öz terminologiyası ilə təmsil olunmuşdur"(70.55).

Nizami Cəfərov isə deyir:



"Maninin təlimində qədim türk mifologiyası,xüsusilə dünyanın yaranması haqqındakı təsəvvürlərlə səsləşən məqamlar kifayət qədərdir.Tanrının qaranlığın, şərin, bədənin deyil, məhz işığın, xeyrn, ruhun yaradıcısı olması; insanın mahiyyətinin bədəndə yox, ruhda təzahürü, dünyanın xaos, mükəmməl insanın kosmos səciyyəsi daşıması qənaətinə gələn Mani, görünür, yalnız müqəddəs kitabları öyrənməklə kifayələnməmiş. öz təlimini yaradarkən qədim təsəvvürlərdən, miflərdən də istifadə etmişdir.

Maniliyin Şərqi Türküstanda yayılmasının ən intensiv dövrü l minilliyin son əsrlərinə düşdüyündən güman etmək olar ki, maniçi türk ədəbiyyatı da əsasən həmin əsrlərdə yaranıb yayılmışdır."(118.16).

Cavad Heyət yazır:



"Uyğur dili göytürkcənin davamıdır. Lakin yavaş-yavaş onda bəzi dəyişikliklər zühur edib yeni dinlərin təsirilə göytürklərdən fərqlənib və 2-3 ləhcənin yaranmasına səbəb olmuşdur. Bununla belə, göytürk və uyğur türkcəsinə əski türkcə adı verilmişdir...

... Tarım hövəsində yaşayan uyğurların ədəbiyyatı 2 qismə ayrılır:

1.Maniçi ədəbiyyat, yəni Mani dininə inanan uyğurların meydana gətirdiyi ədəbiyyat;

2.Buddaçı ədəbiyyat.

Maniçi ədəbiyyat mənzum və mənsur olaraq iki yerə ayrılır.Maniçi şerlər daha çox ilahilərdir və dördlük şəklində olub, misrabaşı qafiyəlidir.Bundan başqa ahəng ünsürü də vardır.Bəzən iç qafiyə və iç alterasyon da vardır.Misralarda heca sayı eyni deyil, 3-dən 15-ə qədər dəyişir.

Bu dövrün ən mühüm şairi Alpinçur Təkindir. Uyğur ədəbiyyatında müəllifi bəlli olan ilk şerlər onun iki şeridir:

"Bizim Tenqrimiz edqüsi redni tiyor,

Bizim Tenqrimiz edqüsi redni tiyor.

Rednidə yig mening edqü Tenqrim, adlım,

bekrəgim,

Rednidə yig meninq Tenqrim, alpım, bekrəgim.

Beleküsuz yiti vajir tiyor.

Beleküsuz yiti vajir tiyor.

Vajirdə ötüy bilikligim,tüzünüm, yarukum

Vayirdə ötüy bilikligim,bilgəm,yanqam..."

Tərcüməs:



"Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər,

Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər.

Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim,

Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim.

İtilənməmiş itidir almaz deyirlər,

İtilənməmiş itidir almaz deyirlər.

Almazdan daha kəskindir mənim hikmət sahibim,əsillim,igidim,

Almazdan daha kəskindir mənim hikmət sahibim,müdrüküm,filim." (73.87-88).

Maniçilik və ya manixeizm Onuyğur-Doqquzoğuz dövlətində və Sibir-Yenisey Xaqanlığında rəsmi din səviyyəsində tutulsa da bundan çox-çox öncələr o, Azərbaycan, İran, Orta Asiya və Avropada yayılmışdı.Təbii ki o dövrdə və o məkanda da manixey ədəbiyyatı nümunələri yaranmamış deyildi.Ən azı bu dinin əsasını qoymuş Maninin şer yazdığı və öz dini-fəlsəfi görüşlərini qələmə almış olduğu məlumdur.Lakin çox təssüflər olsun ki, məsələnin bu tərəfi tədqiqatçıları düşündürməmiş və bu üzdən də "Manici türk ədəbiyyatı " adı altında məlum olan bütün əsərlər ucdantutma Vlll əsrdən sonra Şərqdə yaradılan və ya başqa dillərdən tərcümə edilən əsərlər kimi qəbul edilmişdir.

Musa Kağankatlının verdiyi məlumatdan aydın olur ki,Qafqaz Albaniyasında, yəni Azərbaycanın Araz çayından şimalda yerləşən ərazilərində xristianlığı möhkəmləndirən Vaçaqan cadugər, sehirbaz və büpərəstlərə qarşı mübarizə aparmış, onların kitablarını yandırmış, övladları üçün isə xristian məkəbləri açmışdı.Müəllif həmin dövrdə Albaniya və Ermənistanda Nestorla bərabər Maninin də lənətləndiyni bildirməkdədir (66.53-55,79).

Madam ki, Qafqaz Albaniyasında digər din, məzhəb və təriqətlər kimi Maninin tərəfdarlarına qarşı da təqiblər başlanmışdı və onların kitabları yandırılırdı, təbii ki, bu dinin mənsubları canlarını və kitablarını xilas etmək üçün mühacirət etməyə məcbur idilər.Belələrindən biri də onuyğurlar idilər.

Albaniyada təqib və təzyiqlərə məruz qalan icmalardan biri də monofizit xristianlar, yəni nestorianlar idilər.Maraqlıdır ki,bu təzyiqlər nəticəsində Azərbaycanı tərk edərək Şərqə üz tutan uyğurların bir qismi də nestorian idilər və onlar da maniçilər, yəni manixeistlər kimi öz kitablarını da özləri ilə aparmışdılar.

Uyğurların bir qismi əski dinlərinə-Göy Tenqri dininə sitayiş edir və Orxon-Yenisey əlifbasından istifadə edirdilər. Xristianlığın nestorian qoluna mənsub olan uyğurlar soğd və onun əsasında tərtib edilmiş uyğur əlifbalarından istifadə edirdilər.

Soğd əlifbası İran mənşəli əlifbalardan biridir və bu əlifbanın yaradıcıları Orta Asiyada yaşayan irandilli söğdlar idilər.Xristian uyğurlar bir müddət bu əlifbadan istifadə etdikdən sonra onun əsasında özlərinə yeni bir əlifba yaratdılar ki, bu da elm aləmində "uyğur əlifbası" adı ilə məşhur olan əlifbadır.

Uyğur əlifbasının soğd əlifbası əsasında tərtib edildiyini yazı tarixinin gözəl bilicisi İohannes Fridrix də təsdiqləyir.O bu barədə yazır:



" Soğd yazısı...soldan sağa yazılır və o, Suriya əlifbası ilə qohumdur.Lakin bu qohumluğun xarakteri belədir ki, həm Suriya, həm soğd yazısı arami yazısının qədim və hələ məlum olmayan formasından qaynaqlanır və bir-birindən müstəqil, lakin paralel inkişaf etmişlər...

İndi uyğur yazısının soğd əlifbası əsasında yaradıldığı ehimalı daha ağlabatan görünür, belə ki, uyğurlar da digər türk xalqları kimi "p" səsini "b" səsindən və "k" səsini "q" səsindən ayırsa da, uyğur əlifbasında eynən soğd əlifbası kimi bu səslər eyni işarələrlə-"p" və "k" hərfləri ilə yazılırdı...Çünki soğd dilində "b" və "q" səsləri yox idi.Bundan başqa soğd dilində "l" səsi də olmamışdır.Odur ki, onlar xarici sözlərdəki "l" səsini ifadə emək üçün "r" hərfinin dəyişik formasından istifadə edirdilər...Uyğur yazısında da..."l" səsini ifadə etmək üçün "r" hərfinin dəyişik formasından istifadə edilmişdir." (28.167).

Maninin dinini qəbul emiş türklər isə elm aləmində "manixey əlifbası" adı ilə tanınan və Maninin özü tərəfindən tərtib edilmiş olan əlifbadan istifadə edirdilər və uyğurlar bu əlifbanı özləri ilə birlikdə Azərbaycandan gətirmişdilər. Soğd və uyğur əlifbalarından fərqli olaraq, bu əlifbada "p" və "b" səsləri, eləcə də "k" və "q" səsləri ayrı-ayrı hərflərlə ifadə olunurdu. Bu əlifbada digər türk əlifbalarında olduğu kimi, "l" səsi üçün də ayrıca işarə var idi.

İohannes Fridrixin yazır:

"Şərqi Türküstandan İran və şərqi türk dilləində , arami mənşəli ayrı-ayrı əlifbalarla yazılmış maniçi mətnlər tapılmışdır.Onlardan biri manixey əlifbası adlanır.

Ona Babilistanın Nippur şəhərində üzə çıxarılan maqik gil fincanların üzərində də rast gəlinmişdir ki, bu da onun mənşəyi məsələsi baxımından çox önəmlidir. M. Lindzbarski göstərmişdir ki, sağdan sola yazılan bu yazı arami kursiv yazısından qaynaqlanır və dekorativ Palmir yazısı ilə qohumdur...Bu yazıda bütün saitləri ifadə edən işarələr var."(28.167).

Qeyd emək lazımdır ki, bu əlifba ilə yazılmış bütün mətnlər türkcədir. Bu fakt sözügedən əlifbanın məhz türk dili materialı üçün yaradıldığını, yəni Maninin ana dilinin türk dili olduğunu sübut edir. Lakin bu, həmin fikri sübut edən yeganə fakt deyildir. Manixey əlifbasında "L" səsini ifadə edən ayrıca hərfin olması faktı da deyilənlərə ən gözəl sübutdur. Məsələ burasındadır ki, qədim soğd dilində "L" səsi olmayıb (28.167).Eyni sözləri digər İran dilləri barədə də söyləmək olar. Məsələn, fars dili üzrə tanınmış mütəxəssis V.İ.Abayevin yazdığına görə, bu dildə əskidən "L" səsi olmamış və bu səs sözügedən dilə X əsrdə daxil olmuşdur (126,14).

Nəzərə alsaq ki, Mani gəncliyini Babildə keçirmiş və orada təhsil almışdı, onun yaratdığı əlifbanın arami mənşəli olmasında təəccüblü bir şey yox- dur. Maraqlıdır ki, mənbələrdə Maninin öz əsələrini məhz bu əlifba ilə qələmə aldığı birmənalı şəkildə vurğulanır.Bu isə o deməkdir ki, o, əsərlərini türkcə qələmə almışdır. Çünki soğd və toxar dillərində yazılmış maniçi ədəbiyyat nünunələrinə də rast gəlinməsinə baxmayaraq, onlar soğd və toxar əlifbaları ilə yazılmışdır. Manixey əlifbası ilə qələmə alınmış mətnlərin isə hamısı istisnasız olaraq türkcədir.

Soğd və toxar dillərində olan mətnlərin hamısının türkcə qarşılığı var.Yəni həmin mətnlər türk dilindən tərcümədən başqa bir şey deyildir.Lakin Avropa və rus alimləri türk abidələrinin tərcümə olduğunu israr edirlər.Halbuki türk mətnlərinin bir çoxunun müəllifləri bəllidir və onlar türkdürlər.Bunlardan biri Alpınçur Təkindir və onun iki şeri dövrümüzədək yetişmişdir:



"...Barayın tisər, bac anrakım,

Baru yimə uma mən,

Bağırsakım!

Kirəyim tisər, kiçiqkiyəm,

Kirü yimə umaz mən,

Kin, yıpar yıldığım..."

Tərcüməsi:



"...Gedim desəm də,gözəl sevgilim,

Gedə bilmərəm,

Mərhəmətlim,

Gəlim desəm də, kiçiciyim,

Gələ bilmərəm,

Ənbər,müşk qoxulum..." (118.159-160).

Şübhəsiz ki, bu şerin dili Vlll-X əsrlər uyğur dili nümunəsidir.Eyni sözü müəllifi bilinən başqa manixey mətni- nəsr formasında qələmə alınan "Xuastu-anift", yəni "Maniçilərin tövbə duası" barədə də söyləmək olar:



"...Tenqrim,suyda baru bilmətin kün ay tenqrikə, iki yaruk ordu içrə oluruğma tenqrilərkə neçə yazınımız ersər, yemə kirtü erklik küçlüq tenqri tipənkirtkimədimiz ersər,neçə öküş yavlak, çulvu sav sözlədimiz ersər... yemə kün ay ölür tidimiz ersər,..kentü özümüü küntə,ayda önqi biz tidimiz ersər...bu ikinti bitmətin yazınmış yazukuq boşunu önütür biz: manastar ğırza!" (118.285).

Tərcüməsi:



"Tanrım,günah ediyimizi bilmədən gün,ay tanrılara-iki işıqlı sarayda əylə-şən tanrılara qarşı nə qədər günah işləsək də, əsl qüvvəli, qüdrətli Tanrı deyib iman gəirməsək də, nə qədər çoxlu pis, rüsvayçı sözlər söyləsək də...həmçinin gün,ay tanrılar ölür desək də...hünərsizliyindən doğub-batır, hünəri varsa doğmasın desək də...özümüzü öyüb biz gündən, aydan yüksəyik desək də...bu ikisi qarşısında etdiyimiz günahları bilmədən yalvarırıq: günahlarımızı bağışla." (118.291).

Bu nəsr əsərinin də dili Vlll-X əsrlərin uyğur dilidir və şübhəsiz ki, köçdən sonra Şərqdə ərsəyə gətirilmişdir. Onu ərsəyə gətirən Bötürmüş Tərxan əsərin sonunda adını yazmağı da unutmamışdır:



"...Suçdan, günahlardan indi azad olaraq işıq tanrılarına, din səadətinə, pak dindarlara yalvarırıq: günahlarımızı bağışla! Bötürmüş Tərxan niğosakların günahları, suçları haqqındakı duaları-xuastuanifti bitirdi."(118.296).

Əsərin müəllifi adını açıq-aydın yazsa da bəzi rus və Avropa alimləri onun tərcümə olduğunu iddia etmişlər. Bəziləri bu əsərin suryani dilindən, bəziləri isə guya soğd dilindən tərcümə edildiyini irəli sürmüşlər (20.426-427), lakin onun nə soğd dilində, nə də suryani dilində variantlarını göstərə bilməmişlər. Göstərə də bilməzdilər, çünki belə variantlar yoxdur və heç vaxt olmayıb da.Əsər orijinaldır və müəllifi onu türkcə qələmə alıb.Əgər söhbət Tenqridən gedirsə, qədim türk mifologiyasından qaynaqlanan Gün tenqri, Ay tenqri, Yer-Sub obrazlarına rast gəlinirsə, əsəri tərcümə hesab etmək və ümumiyyətlə maniçiliyin yaranmasını türk mühitindən ayrı təsəvvür etmək, əlbəttə ki, yanlışdır.

Nizami Cəfərov deyir:

"Qədim türk ədəbiyyatına hiss ediləcək qədər təsir göstərmiş gəlmə dini dünyagörüşlərdən birincisi,yəqin ki, manilikdir. lll əsrdə Şərq ölkələrində yaymağa başladığı maniliyin əsasında zərdüştilik - xeyirlə şərin, işıqla qaranlığın

mübarizəsi dayansa da, burada qədim dövrün müxtəlif dinlərindən əxz olunmuş ideyalar komolektləşdirilmişdir.Özünü "Həqiqət Tanrısının elçisi" sayan Mani dünyada mövcud olan bütün dini dünyagörüşlərini birləşdirərək universal "dünya dini" yaratmaq iddiası ilə çıxış edirdi ki, bu da "Dünya dövləti" qurmaq istəyən türklər üçün maraqlı olmaya bilməzdi."(118.15-16).

Elmi ədəbiyyatda səhvən iranlı kimi qələmə verilən Mani 215-ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində doğulmuşdur. O, məşhur Arsaklar sülaləsindən idi. Bu sülalənin əsasını qoymuş Arsak isə sakların parn (baran, baranlu) qəbiləsindən idi (216. l. 423 Arşakilər), yəni Arsaklar sak mənşəli idilər.

İlk fars-Sasani şahı Ərdəşir türk-Arsaklar sülaləsindən sonuncu Part. yəni Parfiya hökmdarı Ərdabanı məğlub etdikdən sonra Arsakların Ön Asiya, Güney Qafqaz və Mərkəzi Asiya üzərində 500 ildən artıq sürən hakimiyyətlərinə (e.ə.250-b.e.224) son qoyuldu və farslar böyük türk imperatorluğunun bütün torpaqlarının sahibinə çevrildilər. Arsakların əlində sadəcə Ermənistan (62-428) və Albaniya (l əsrin ortaları-510) qalmışdı (216. l. 423 Arşakilər).

Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı olmuş Həmədan şəhərində yaşayırdılar.Farslar onların xalqı üsyana təhrik edə bilmə ehtimallarını göz önündə tutaraq sülalənin bütün üzvlərini öz imperiyalarının paytaxtına sürgen etdilər.Sürgün edilən ailələr içərisində Maninin atası Pətiyin ailəsi də vardı.Mani- dünyagörüşü də bu şəhərdə, yəhudi, xristian və zərdüşti filosoflarının mübahisələrinin qızğın keçdiyi Mədain şəhərində formalaşdı.

Mani farsların gücünün onların dinlərində, yəni zərdüştilikdə olduğunu çox tez başa düşdü. Odur ki, bu ideoloji sistemə qarşı onu çürüdə biləcək, eləcə də

tükləri fars hakimiyyətinə qarşı mübarizəyə səfərbər edə biləcək alternativ dini-ide- oloji bir sistem qurmaq qərarına gəldi.

Maninin dininin əsil mahiyyətini başa düşməyə bizə Bötürmüş Tərxanın qələminə mənsub "Xuastuanift" əsəri kömək edir:

"Hörmüz tanrı beş tanrı ilə bütün tanrıların gücünü toplayıb şeytanlara qarşı vuruşmağa enib, gəldi.Bəd əməllər şeytanı Şimnu beş cür şeytana qarşı vuruşdu. Tanrı, şeytan işıq o vaxt bir-birinə qarışdı.Hörmüz tanrı əsgərləri, beş tanrı bizim ruhumuz günah şeytanları ilə vuruşub başlarından yaralandılar." (118.290)

"Xuastuanift" məhz bu cümlələrlə başlayır.Əsərdə zərdüştiliyin baş tanrısı Hörmüzün adı çəkilir və o, əsərin, eləcə də maniçilik fəlsəfəsinin əsas personajlarından biri kimi çıxış edir.Elə bu fakt da bir çox tədqiqatçıları maniçiliyi zərdüştiliyin bir təriqəti və bu dinin törəməsi hesab etməyə sövq etmişdir.Məsələ də elə bundadır. Yəni bütün səhf mülahizələr də elə buradan qaynaqlanmaqdadır.

Fəqət tədqiqatçıların gözdən qaçıtdıqları və ya böyük əhəmiyyət vermədik-ləri bir detala xüsusi diqqət yetirmək kifayədir ki, məsələnin tamam başqa cür olduğunu anlayasan.

Məsələ burasındadır ki, maniçilikdə "Avesta"dakı Əhrimən obrazının yerinə türk mifologiyasının ən məşhur mənfi qəhrəmanlarından biri olan, ayrı-ayrı türk əfsanə və nağıllarında bəzən Şimnu, bəzən Şimnus və ya Şulbus, bəzən də Çulbus, Kəlləgöz və ya Təpəgöz adları ilə adlandıran obraz daxil edilmişdir (118.290). Maniçilikdə bu obrazın "Şimnu" adından istifadə edilmişdir.Görəsən, Əhrimən obrazını Təpəgözlə, yəni Şimnu ilə əvəzləmək Maninin nəyinə lazım idi?

Məlumat üçün bildirək ki, "Avestada" iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki adıdır. Zərdüştilərin

müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. "Anqra Manyu" adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.

----------------------------------------------------------------------------------------------------

Qədim türkcə Yakut türkcəsində Avestada

----------------------------------------------------------------------------------------------------

Tenqri Menqu Tanqra Menqu Anqra Manyu

----------------------------------------------------------------------------------------------------

Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt "Tenqri Menqü" də deyirdilər. "Menqü" qədim türk dilində əbədi deməkdir (14.342). Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində "Tanrı","Tenqri" əvəzinə "Tanqara" forması işlədilməkdə, "Tenqri Menqü" ifadəsi də "Tanqara Menqü" kimi səslənməkdədir (127.35).

Qatı bir fars milliyətçisi olan və əsərindən də göründüyü kimi, türklərə dərin nifrət bəsləyən Zərdüşt öz saxta dinində Tanqra Menqunu "Anqra Manyu" adı altında iblis elan etmiş, ona qarşı Babil-Aşşur mifologiyasından götürdüyü Ahura Məzdanı, yəni Hörmüzü, eləcə də Arti, Anahid, Mitra, Vritraqan və sairə fars tanrılarını qoymuş, Hörmüzü və fars tanrılarını xeyrin,işığın rəmzi kim qələmə vermişdi. Avestada turanlılar, yəni türklər şərin və qaranlığın ,iranlılar, yəni farslar isə xeyrin və işığın əsgərləri kimi qələmə verilir, turanlıların Anqra Manyuya sitayiş etdikləri qeyd edilir.

Maninin öz dinində Əhrimənin, yəni Anqra Manyunun yerinə Şimnunu, yəni təpəgözü iblis elan etməsinin əsil səbəbi türk Tanrısını Zərdüştün ona biçdiyi iblis obrazından xilas etmək idi. Türk Mani bununla da yetinməmiş, Tenqrini Hörmüzdən də, digər fars tanrılarından da yuxarı qaldırmış, ikinci yerə türk mi-fologiyasından götürdüyü Gün, Ay tanrılarını və Yer-Suyu yerləşdirmiş, Hörmüzü və onun beş tanrısını, yəni fars tanrılarını isə onlardan aşağı tutmuşdur:



"...Gün, Ay tanrılara, iki işıqlı sarayda əyləşən tanrılara, bütün bürhanların müqəddəs adının, ləyaqətli ruhların, Yer-Su nurunun əsası Tanrı məkanına gedəndə ilk qapı Gün, Ay tanrısının olacaqdır.Beş tanrını qurtarmaq, işığı-zülməi ayırmaq üçün işıq göydə dolanır."(118.291).

Bənzər ierarxik sistem türk şamanizmində müşahidə edilməkdədir (127.43). Maninin təliminə görə, beş tanrı Şimnu ilə, yəni təpəgözlə və onun beş şeytanı ilə döyüşdə yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa, təmizlənməyə ehtiyacları var.Yalnız bundan sonra onlar Gün,Ay qapılarından keçib Tanrı dərgahına qalxa bilərlər.Gördüyümüz kimi, maniçilikdə Əhrimənin yerini Şimnu tutduğu kimi, Hörmüzün də yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur.O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır.

Manixey əlifbası ilə, türkcə yazılmış mətnlərin heç də hamısı sırf uyğur türkcəsində deyildir. Bəzi mətnlər var ki, onların dili oğuz türkcəsinə daha yaxındır və oğuz türkcəsi ilə uyğur türkcəsinin bir-birindən hələ tam ayrılmadığı vəziyyəti əks etdirir.Şübhəsiz ki, onlar daha arxaikdirlər:

"Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!

Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!

Turunqlar,kamağ bəglər,kadaşlar,

Tanq Tenqriq ögəlim!

Körünüqmə Kün Tenqri,siz bizi küzədinq!

Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..."

Tərcüməsi:



"Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi!

Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi!

Şəhərlər,bütün bəylər,qardaşlar,

Dan Tanrını öyəlim!

Parlaq Gün Tanrı, siz bizə nəzər salın!

Parlaq Ay Tanrı,siz bizi qurtarın!..."(70.55;73.89;118.122-123).

"Bu şerin dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tərxanın "Xuastu- anift"inin dilindən daha sadə və daha anlaşıqlıdır və şübhəsiz ki, lll-V əsrlərdə Azərbaycanda qələmə alınmışdır. Fəqət onun Maninin qələminə mənsub olub-olmadığını tam qətiyyətlə söyləmək mümkün deyildir.Lakin əldə olan və dili bu şerin dilindən fərqlənməyən daha bir şer var ki, onun Maninin qələminə məxsusluğu heç bir şübhə oyatmır:



"Tüzün bilgə kişilər, üriləlim,

Tenqrinin bitiqin biz işidəlim.

Törən iliq tenqrilərkə tapınalım,

Tört uluq emgəkdə kurtulalım.

Tört iliq tenqrilərdə tanıqmalar,

Tenqri nomun todaqmalar.

Tünerliq yeklərkə tapunuqmalar,

Tümənliq irincü kılıqmalar

Tüpüntə olunma ölməki bar,

Tünərliq tamuğa tüşməki bar.

Tümərlq yeklər gəlir tiyür,

Tumanlıq yeklər ayar tiyür."

Tərcüməsi:



" Düzülun bilikli kişilər,nəfəs dərəlim,

Tanrının kitabını biz eşidəlim.

Təntənə ilə tanrılara tapınalım,

Dörd ulu əzabdan qurtulalım.

Dörd ...tanrını tanımayanlar,

Tanrı qaydasına uymazlar.

Dörd zülm iblisinə tapınanlar,

On min günaha baş vurarlar.

Dibində olumun ölməyi də var,

Qaranlıq cəhənnəmə düşməyi də var.

Zülmət iblisləri gəlir deyir,

Duman iblisləri iş görür deyir." (118.125-127).

Bu şerdə "Tenqri bitiyini", yəni Tanrı kitabını eşitməyə dəvət olduğu üçün onun maniçiliyin müqəddəs kitabından, yəni Maninin öz qələminə məxsus kitabdan bir parça olduğuna heç bir şübhə yoxdur.Şerin leksik bazası da Şərqdə yaranan və içi soğd və soğd dili vasitəsi ilə alınan arami sösləri ilə dolu olan maniçi ədəbiyyatın dilindən fərqli olaraq, bütünlüklə türk kəlmələrindən ibarətdir. Yalnız qayda mənasını verən və maniçiliyin əsas dini kitabının adı olan "Nom" kəlməsi istisnalıq təşkil edir ki, bu söz də fars-Pəhləvi dilindən götürülmüşdür (20.424). Bu dil Sasanilər dövlətinin rəsmi dili idi və mətndə bu dildən alınan bir kəlmənin olması təbiidir. Nəzərə alsaq ki, buddizmin də əsas sutraları "Nom Bitik" (14.360) adlanırdı, Maninin bu kəlməni buddizmdən əxz etdiyini də düşünmək olar. Mətndə "Tenqri nomu" və "Tenqri bitiyi" terminlərinin işlənməsi bir daha sübut edir ki, təqdim edilən şer parçası manixeylərin dini kitabı "Nom"dan bir parçadır və Maninin öz qələminə məxsusdur.

Mətnin dilinin saflığı onun məhz Mani tərəfindən yaradıldığını təsdiq edir.Çünki uyğurlar müəyyən qədər soğd mədəniyyətinin təsiri altında idilər, əlifbalarını soğdlardan əxz etdikləri kimi, dillərinə də bu dildən çox sayda söz keçmişdi. Əlbəttə, uyğurlar yalnız şərqdə yaşamırdılar, Avropa və Qafqazda da çox sayda uyğur yaşamaqda idi.Məsələn, Prisk və Menandr onlardan "oqur" adı altında bəhs etmişlər. Bu müəlliflərin əsərlərində hazırda Şərqi Türküstanda yaşamaqda olan sarı uyğurların adına da "saroqur" formasında rast gəlinir (119.30). Manixeizmi şərqə aparanlar da məhz onlar olmuşlar. Hərçəndki, Albaniya və Sasanilər imperiyasındakı təqib və təzyiqlər dövründə Arsakların da bir qismi Şərqi Türküstana köç etmiş, uyğurların içində, özlərinin adı ilə adlanan Arsaq vilayətində yaşamışlar. Mahmud İsmayıl bu barədə yazır:

"Bu yaxınlarda professor T.Hacıyevin respublika mətbuatında ("Ədəbiyyat və incəsənət" qəzeti) Arsaq barəsində X əsrdə qələmə alınmış "Uyğur səyahətnaməsi"nə əsaslanaraq verdiyi məlumat maraq doğurmaya bilməz. Bu məlumatdan aydın olur ki, Arsaq əyaləti və onun baş şəhəri Arsaq indiki Turfanın (Tulu-fan) qərbindədir. Bu Çindəki Tyan-Şan dağlarının qərbində yerləşir. Burada türkdilli arsaqlar və uyğurlar yaşayırlar." (137.18).

Ola bilsin ki, Maninin dinini Şərqi Tüküstana məhz həmin bu arsaqlar aparmışlar. Arsaqların qonşu və qohum xalqlar, başqa sözlə Parfiya əhalisi arasında çox böyük nüfuz sahibi olduqları məlumdur. Strabonun yazdığına görə, parfiyalılar Arsaklara çox sədaqətli idilər (60.35).

Maninin dili özündən 1000 il öncə ərsəyə gəlmiş "Alp Ər Tonqaya ağı"nın dili ilə az da olsa, fərqlənir. Alp Ər Tonqa böyük türk-oğuz xaqanı idi və ona həsr edilən ağı da oğuz elitasının dilində yaranmalı idi. Mani isə 500 ildən artıq Ön və Mərkəzi Asiyada qüdrətli bir dövlət quran, dünyanı Roma imperiyası ilə öz arasında bölən sak mənşəli xaqanlar sülaləsinə mənsub idi və təbii ki, sak elitasının dilində yazmışdır.Məhz bu dil sonrakı əsrlərdə "uyğur dili", "xaqaniyyə türkcəsi" kimi adlarla tanınmış, ümumtürk ədəbi dili rolunu oynamış, türk xaqanları bu dildə fərmanlar vermiş və Kaşğarlı Mahmud da onu "Xaqaniyyə türkcəsi" adlandırmışdır.Həmin dil Göytürklərin və Qaraxanlıların rəsmi dili kimi də çıxış etmişdir. Fəqət sak dilində Azərbaycanda yaranan və Maninin qələmindən çıxan ədəbi nümunə Türküstan və Hindistanda eyni dildə yaranmış əsərlərin dilindən önəmli dərəcədə fərqlənir. Bu isə o deməkdir ki, biz bu gün uyğur dili adlandırılan qədim sak (şakı) dilinin iki fərqli şivəsi ilə-Qərb və Şərq şivələri ilə üz-üzəyik.

Parfiyanın dövlət dili olması səbəbindən "Parfiya dili" də adlandıra biləcəyimiz qərb şivəsi Alp Ər Tonqanın ölümünə ağının dili ilə, yəni Midiyanı 28 il öz hakimiyyətləri altında saxlamış işquzların (iç oğuzların, oğuzların) dili ilə Şərq saklarının şivəsi arasında, sanki, orta vəziyyətdədir. Burada istər-istəməz, Pompey Troqun aşağıdakı sözləri yada düşür:



"Parfiyalıların dili iskit və Midiya dillərinin ortasında olan bir dildir və onların ikisinin qarışığından yaranmışdır." (60.84).

Elə həmin Pompey Troq parfiyalıların mənşəyi barədə yazmışdır:



"Belə ki, bütün dünyanı romalılarla öz aralarında ikiyə bölmüş və indi Doğu üzərində hökmranlıq edən parfiyalılar iskit qaçqınlarının törəmələridir." (60.83)

Gördüyümüz kimi, əksər antik müəlliflər kimi sakları iskit adlandıran bu müəllif parfiyalıların sakların bir qolu olduğunu bilirmiş. Üstəlik də ona bu xalqın öz ata-baba yurdlarından zorla qovularaq qaçqın və köçkün həyatı yaşamağa sürüklənmiş saklar, yəni əsrlər öncə işquzlar (iç oğuzlar) tərəfindən Azərbaycandan qovulan saklar olduğu məlum imiş. Parfiyalılar ölkəmizdən qovulan sakların o hissəsi idi ki, bugünki Türkmənistan ərazisinə köç etmiş və ilk fürsətdəcə babalarının vətənlərinə qayıtmış və qədim Azərbaycan şəhəri Həmədanı (Ekbatananı) özlərinə paytaxt etmişdilər.

Yeri gəlmişkən qeyd edək ki, lll-Vll əsrlər arasında Azərbaycanda yarandığı heç bir şübhə oyatmayan daha bir şer parçası var ki, onun da dili Maninin şerlərinin dili ilə eynilik təşkil edir. Söhbət "Türk və tatın türküsü" adı altında tanınan 8 misralıq bir şerdən gedir:

"Türk

--------

Kaçan körsə anı-Türk,

Budun anqa aydası:

Munqar təgir ululuq

Mundan adri kəslinir.

Tat

--------

Kəldi manqa tat,

Aydım: emdi yat,

Kuşqa bolup ət,

Səni dilər us, böri.

Tərcüməsi:



Türk

------

Haçan görsələr onu-Türkü,

Xalq ona deyəsidir:

Ululuq buna yaraşır,

Bundan ayrısına yox.

Tat

-------

Yanıma gəldi tat,

Dedim: indi yat.

Quşa ət ol,

Səni quzğun, qurd istər." (118.121).

Bu şerin dili də Maninin dili ilə eynilik təşkil edir və sak dilinin qərb (Parfiya) şivəsinə aid edilə bilər.Onun Azərbaycanda yarandığını isə buradakı "tat" etnonimi sübut edir və məlum olduğu kimi, Azərbaycanda yerli türklər tərəfindən "tat" adlandırılan bir xalq da yaşamaqdadır. Sözügedən etnonimə "Kitabi-Dədə Qorqud"da da (saqqalu uzun tat əri banladuqda) rast gəlinməkdədir (53.136). Süleyman Əliyarovun yazdığına görə, qədim türk mənbələrində sözügedən etno-nim daha çox "iranlı" anlamında işlənmişdir (53.137).

Təqdim edilən şer parçasının tata aid ikinci hissəsinin son üç sətri söhbətin atəşpərəst farslardan (Sasanilərdən) getdiyini, deməli, bu şerin də təqribən lll-Vll əsrlərdə yarandığını sübut edir.

Tarixi mənbələrdən məlum olduğu kimi, atəşpərəstlər öz ölülərini xüsusi daxmalarda uzun müddət açıq saxlar və qurd-quşun onun sümüklərini ətdən təmizləməsini gözləyərdilər. Belə hesab edilirdi ki, ölənin ətini quzğunlar yesə, o, cənnətə, heyvanlar yesə isə, cəhənnəmə gedəcəkdir (209.127).

Şerdə tata müraciətlə "indi yat, quşa ət ol, səni quzğun, qurd istər" deyilməsi əslində, ona ölüm və atəşpərəstlərin adətincə qurda-quşa yem olması barədə qarğış edilməsi, onun və sözügedən adətin də ələ salınması anlamına gəlir.

Sakların danışdıqları dilin müəyyən edilməsi sahəsində gəldiyimiz nəticəni görkəmli dilçi alimimiz Firidun Ağasıoğlunun ölçüyəgəlməz dəyərə malik olan misilsiz bir kəşfi də bütünlüklə təsdiqləməkdədir. Söhbət Ermənistan (Armeniya) məliyi l Artaşesin (e.ə-189-160) sərhəd daşları üzərindəki yazıların oxunmasın-dan gedir. Məlum olduğu kimi, Artaşes öncə Antioxun sərkərdələrindən biri idi və sonralar Arsakların (Parfiyanın) vassalı qismində Ermənistanın məliyi (çarı) olmuşdur. Onun Araz yaxınlarında Artaşat şəhərini saldıraraq öz ərazilərinin paytaxtı etdiyi məlumdur (216.l.407Artaşes; 60.31). Korneli Tasitin yazdıqlarından belə məlum olur ki, ikiüzlü və dəyişkən ermənilər çoxsaylı qarışıq evlənmələr səbəbiylə parfiyalılara yaxındırlar və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl edirlər (7.349). Görünür, bu meyl və yaxınlığın səbəb və nəticəsidir ki, l Artaşesdən dövrümüzədək gəlib çıxan sərhəd daşlarının üzərindəki yazılar türkcə, daha dəqiq desək, sak dilinin qərb (Parfiya) şivəsindədir. Həmin daşlar (biri bütöv, biri sınıq iki daş) XlX əsrdə Qərbi Azərbaycandan, Göyçə gölü yaxınlığından tapılmışdır. Rus alimlərinin səylərinə baxmayaraq, yazının birinci iki sözündən-Artaşesin adından (Ataxşsi) və sonrakı "məlik" (mlk) sözündən başqa digər sözlərinin mənasını tapmaq mümkün olmamışdı. Yəni yazının arami (suryani) əlifbası ilə yazıldığı müəyyənləşdirilsə də və onun səslənişi dəqiqləş-dirilsə də alimlər yazının məzmununu dərk etməmiş, fəqət tam qəti bir şəkildə onun erməni dilində olmadığı qənaətinə gəlmişdilər (7.181). Hər iki daşdakı yazı eynidir və onların səslənişi belədir:

Artxşsi

mlkbryi


yritir

bundknxlt

Bütün sami əlifbalarında olduğu kimi, burada da saitlərin böyük əksəriyyəti qeyd edilməmiş, sözlər bir-birinə bitişik yazılmışdır.

Firidun Ağasıoğlunun oxumağa müvəffəq olduğu yzının mənası belədir:

Artxşsi (Artaşes) mlk (məlik) bryi (birəyi-ərazisi). Bund (bunda-burada) knxlt (konğuldu-qonuldu,qoyuldu). Yəni bu sərhəd daşı bura Artaşes məliyin ərazilərinin sərhəddini göstərmək üçün qoyulmuşdr. (7.181).

Sözügedən daşların Göyçə yaxınlarından tapılması onu göstərir ki, l Artaşesin dövründə Qərbi Azərbaycanın Araz çayından Göyçə gölünə qədər olan hissəsi işğal edilmiş və həmin dövrdə Ermənistanın (Armeniyanın) tərkibində olmuşdur. Hər halda, onun işğalçılıqla məşğul olduğunu Strabon da təsdiqləməkdədir (60.31).Artaşesin oğlu Tiqranın dövründə isə işğal edilən ərazilərin sayı özünün maksimum həddinə çatmışdı, fəqət bu, əhəmiyyətsiz dərəcədə qısa dövrü əhatə etmişdi. Artaşesin "məlik" titulu daşımış olması sübut edir ki, o da, oğlu Tiqran da, heç də eməni tarixçilərinin qələmə verdiyi kimi müstəqil çar olmamışlar. Məlik, yəni Arsaklarn vassalı olmuş və hər bir vassal kimi oğullarını parfiyalıların yanında əsir və girov qoymuşlar. Bu, sovet dövründə rus dilində dərc edilmiş "Qədim düya" tarixi kitabında yazılanlardan açıq-aydın görünməkdədir:



"Bu cür çarların gerçək hakimiyyəti Parfiyadakı ümumi əhval-ruhiyyədən asılı olurdu. Əsirlikdə olan erməni şahzadəsi Tiqran onu Ermənistan taxtına oturdacağı təqdirdə Atropaten ərazilərindən Parfiyaya "70 dərə" verəcəyini vəd edərək ll Mitridatı razı sala bildi. E.ə. 95-ci ildə Tiqran Armeniya çarı oldu." (218.406-407).

Artaşesin yazısının dili sübut edir ki, türk dili, yəni sak dilinin qərb (Parfiya) şivəsi həm Parfiya imperiyasının, həm də ondan asılı olan dövlətlərin (Albaniya, Ermənistan, Atropatenanın) rəsmi dövlət dili olmuş və bu dilin yazısı üçün arami (suryani) əlifbasından istifadə edilmişdir. Parfiya sikkələrinin üzərindəki yazılar da məhz eyni əifba ilə yzılmışdır. Sonrakı əsrlərdə Sasanilər həmin əlifbanı parfiyalılardan cüzi fərqlə əxz etmişlər (28.148-149). Təsadüfi deyil ki, Maninin yaratdığı yeni əlifba-manixey əlifbası da öz qaynağını məhz bu əlifbadan (arami) alır (28.166).

Parfiya və orta fars, yəni fars-Pəhləvi dillərini və yazı sistemlərini eyniləşdirən İ. Fridrixə etiraz edən İ.M.Dyakonov onun "Yazı tarixi" kitabına yazdığı şərhlərdə parfiyaların və farsların guya qohum olduqlarını təsdiqləsə də bildirir ki, parfiyalılara aid edilən və "pəhləvi" adlandırılan kitablar əslində farslara aiddir və onların əlifbası ilə Parfiya yazılarının əlifbasının hərfləri arasında bəzi fərqlər var (28.224).

İ.M. Dyakonovun bu təsbitinin bizim üçün böyük əhəmiyyəti var. Cünki bəzi alimlər sözügedən kitabları və Nisadan tapılan eyni yazıları pafiyalılara, yəni Arsaklara aid edərək, parfiyalıların dilinin guya fars dili olduğunu iddia etmişlər. Halbuki, Parfiya sikkələrinin əlifbası ilə sözügedən yazıların əlifbası eynimənşəli olsalar da ortada müəyyən fərq var. Ən böyük fərq isə Parfiya (Arsak) əlifbasında, orta fars əlifbasından fərqli olaraq, "L" hərfinin olmasıdır. Qeyd edək ki, Firidun Ağasıoğlu tərəfindən Artaşesin kitabəsinin oxunmasından öncə Parfiya yazılarına sadəcə Parfiya sikkələrində rast gəlinmişdi və onların dilini müəyyən etmək mümkün olmurdu.

Görünür, ermənilərin uzun müddət ərzində sak dilinin qərb (Parfiya) şivəsindən yazılı ədəbi dil kimi istifadə etmələri səbəbindəndir ki, onların dili türk dilinin güclü təsirinə məruz qalmışdır. Bu baxımdan alman alimi Mordmanın hələ 1870-ci ildə yazdığı fikirlər çox maraqlıdır:

"Məlumdur ki, ermənilər hindavropa mənşəli xalqdır, amma onların dili Turan dillərinin güclü təsirinə məruz qalıb. Bu sözlərlə mən heç də çoxəsirlik əlaqə nəticəsində Osmanlı dilindən alınmış sözləri yox, eramızın lV-Vll əsr erməni dilindəki Turan sözlərini nəzərdə tuturam. Bu o dövr idi ki, Səlcuqlular, Osmanlılar və başqa türklər barədə bir şey məlum deyildi." (219.6).

Gördüyümüz kimi Artaşesin rəsmi dil kimi istifadə etdiyi dil Parfiya (sak dilinin qərb şivəsi), yəni türk dili olmuşdur. Bu dillə bağlı Strabonun söylədikləri mövzumuz baxımından böyük önəm daşımaqdadır:



"Artaksiya (Artaşes) və Zariadriya ...birlikdə öz torpaqlarını genişləndirdilər. Onlar bunu ətraf xalqların torpaqlarını işğal etməklə gerçəkləşdirdilər. Belə ki, onlar midiyalılardan Kaspiana, favnitida, və Basorope-danı, iberlərdən Paridr dağlarının ətəklərini, Xorzena və Kür çayının o biri sahilində olan Qoqrenanı, xaliblərdən və mosineklərdən Kerenitida və Kserksenanı...,kataonlardan Akilisenanı və Antitavr ətrafındakı vilayəti..., suriyalılardan Taronitidanı zəbt etdilər. Bu üzdən də bu xalqlar indi eyni dildə danışırlar." (60.31).

Strabonun "eyni dil" dedikdə nəyin nəzədə tutulduğu yuxarıda deyilənlərdən aydındır. Söhbət sak dilinin qərb (Parfiya) şivəsindən, başqa sözlə türk dilindən gedir. Strabonun söylədiklərini bizim üçün maraqlı edən "eyni dil"də danışan xalqlar içərisində xotənlərin, yəni sak-xotan xalqının da adının qeyd edilməsidir. Qədim tarixçi onları "kataon" adlandırır. Bu isə o deməkdir ki, sak-xotanlar həmin dövrdə təkcə Çində və Hindistanda deyil, Ön Asiyada da yaşayırdılar.Əslində burada təəccüblü bir şey yoxdur. Çünki Parfiya iə Hindistan Sak (Şakya) dövlətləri həmsərhəd idilər və daim Baktriya (bugünkü Özbəkistan və Tacikistanın cənubu və Əfqanıstanın şimalı) və Hindistan (o cümlədən bugünkü Pakistan) torpaqları uğrunda bir-biri ilə çəkişirdilər.

Strabon "eyni dil"də danışan xalqlar içərisində iskitlərin bir qolu olan və dəmiri kəşf edən xalq kimi tanınan xaliblərin də adını çəkmişdir ki, bu da çox maraqlı faktdır. Ən maraqlı faktlardan biri isə qədim türk-oğuz yurdlarından biri kimi tanınan, türk əfsanə və tarixi mənbələrində önəmli yeri olan (85.57-60) Taronun adının çəkilməsidir. Yuxarıda təqdim edilən sitatda bu ölkə Taronitida kimi qeyd edilir və onun suriyalılardan zəbt edildiyi bildirilir.

l Artaşesin milli mənsubiyyətinin nə olduğu məlum deyildir. Onun etnuk erməni, yəni hay olduğunu sübut edən heç bir dəlil yoxdur. Ermənistanın ilk məliklərinə gəlincə, erməni tarixçilərinin yazdıqlarından onların sak olduqları anlaşılır. Məsələn, V əsr erməni tarixçisi M.Xorenatsinin yazdıqlarından belə məlum olur ki, ermənilər Midiya şahı Varbak (Arbak,) tərəfindən Ermənistanın hakimi təyin edilmiş sak oğlu Paruyru özlərinin ilk hökmdarları hesab etmişlər (7.347). Eyni müəllif ondan öncə isə Tork (Türk) adlı hökmdardan söz açır:



"Vağarşak Haykakın nəvəsi Paskamın soyundan ...Torku batı tərəfin hökmdarı təyin etdi...Əgər istəsən sənə onun haqqında ağlasığmaz hekayətlər danışaram. Farslar Saqcik Rüstəmdə 120 fil gücü olduğunu söylədikləri kimi, onun haqqında da elə igidlik və qoçaqlıqlardan söz açılır ki, bunları nə samson, nə Herkules, nə də Saqcik haqqında demək olmur" (7.346).

Erməni tarixçi həmin şəxsin igidlik və qoçaqlıqlardan söhbət açaraq Təpəgöz barədə "Kitabi-Dədə Qorquddakı hadisəni danışır.

Tarixi faktlar,qədim yazılı mənbələr, arxeoloji tapıntılar Azərbaycanın və ətraf ərazilərin ən qədim türk yurdu olduğunu, ayrı-ayrı türk ləhcə və şivələrinin məhz ölkəmizin ərazisində kök dildən ayrıldığını söyləməyə əsas verir.

Dilçi alim Elbrus Əzizov deyir:



"Dilçilik tariximizdən bəllidir ki,yaxın areallarda yerləşmiş qohum dillərin uyğun xüsusiyyələri daha çox olur.Lakin bir-birilədən uzaq areallarda yerləşmiş qohum dillərdə elə uyğun əlamələrə təsadüf edilir ki,bunları heç də həmişə dillərin müasir vəziyyəti və daxili inkişaf qanunauyğunluqları ilə izah etmək mümkün

olmur.Bəzən də elə olur ki, eyni dil xüsusiyyəti müxtəlif areallarda təkrar olunur.Belə rəngarəng mənzərə türk dillərində çox aydın müşahidə edilir və bu hal sinxronik yox,daha çox diaxronik baxımdan şərh olunmalıdır.Müxtəlif türk dillərinin və dialektlərinin izoqlos təşkil edən bəzi xüsusiyyətləri həmin dillərin formalaşmasında iştirak etmiş eynicinsli tayfa dilləri ilə bağlı olaraq meydana çıxır.Bu bir tərəfdən müxtəlif qəbilə və tayfaların uzun sürən qaynayıb qarışması ilə,miqrasiyalar ilə bağlıdırsa,digər tərəfdən müxtəlif dialektlərin eyni bir kökdən nəşət etməsi ilə, tarixən onların yaxın areallarda yerləşməsi ilə əlaqədardır." (114.118).

Bu baxımdan görkəmli ədəbiyyatşünas alim Zeynallının 1926-cı ildə dərc etdirdiyi bir məqalədə söylədiyi fikirlər çox maraqlıdır:



"Bugünkü dilçilərimizin, demək olar ki, hamısı Azərbaycanı cənub türklər qrupundan sayırlar.Lakin bir az dərin araşdırılsa,bunun bir yanlışlıq nəticəsi olduğu görünəcəkdir.Azərbaycandakı ləhcə və şivələrin son dərəcə müxtəlif olması, bir şəhərin özündə bir yerdə "əv". o biri yerdə "ev", üçüncü bir yerdə isə "öv" və yaxud "öy" deyildiyinə diqqət olunsa,bu surətlə Azərbaycanın hansı dil qrupundan olduğu məsələsi də gələcəyin ən pırtlaşıq və ilişik işi olacaqdır.O zaman bəlkə də Azərbaycan ləhcəsini bütün türk ləhcələrinin ortası sayacaqlar ki, bu da yeni mövzu olacaqdır." (115.114).

A. Samoyloviç yazmışdır:



"...İranın və Azərbaycanın türk şivələri özünün əsas əlamətlərinə görə türk dillərinin cənub-qərb qrupuna daxil olsa da son vaxtlar aydınlaşır ki,Azərbaycanda son dərəcə qarışıq mənşəli türk ləhcələrinin qalıqları öz əlamətlərini saxlamışdır. Bunlar hazırda şimal-şərq və uyğur da daxil olmaqla tamamilə başqa qruplarda mövcuddur."(116.7).

Türk ləhcə və şivələrinin kök türkcədən ayrılma tarixi və məkanı barədə alimlər arasında fikir birliyi yoxdur.Məsələn, Nizami Cəfərovun fikrincə, bu, l mi-nilliyin sonu, ll minilliyin əvvəllərində baş vermişdir.

Nizami Cəfərov bildirir:

"Qədim ümumtük dilinin bölünməsi prosesi l minilliyin sonu, ll minilliyin əvvəllərində əsasən üç türk dilinin formalaşması ilə başa çatmışdır:oğuz dili, qıpçaq dili, karluq dili. Lakin həmin dillər bir-birinə o qədər yaxın və əlaqələri o qədər sıx, intensiv olmuşdur ki, ümumi bir dilin - ümumtürkcənin dialektləri təsəvvürünü yaradırlar." (69.112).

Nizami Xudiyev isə bir qədər fərqli düşünür.Onun fikrincə, bu proses ən geci eradan əvvəl l minilliyin ortalarında baş vermişdir:



"Ümumi türk dili tarixinə həsr olunmuş tədqiqatlar, xüsusilə professor Əhməd Cəfəroğlunun tədqiqatları göstərir ki, müxtəıif türk etnik-mədəni regionlarında meydana çıxan türk ədəbi dillərinin tarixi ümumi türk dili tarixi anlayışını istisna etmir, əksinə, tamamlayır və belə qənaəti möhkəmləndirir ki, müstəqil türk ədəbi dilləri ümumi bir türk ədəbi dil mühitinin məhsulu olub, məhz həmin mühitin əks olunduğu coğrafi arealda formalaşır, etnik-mədəni ehtiyacı ödəyir, sonra isə məhv olub gedir, dəyişikliyə uğrayır, yerinə yeni ədəbi forma gəlir.Lakin hər bir yeni forma mütləq özündən əvvəlki normativ formanın təcrübəsinə və ümumi tük ədəbi dili ünsürlərinin inkişafına əsaslanır.

Qədim türk dili ən qədim zamanlardan eramızdan əvvəl V əsrə qədərki dövrü əhatə edir.Təqribən eradan əvvəl l minilliyin ortalarından geç olmayaraq bu dilin differensasiyası başlamışdır." (70.9-10).

Elbrus Əzizov deyir:



"Fuad Köprülüzadə 1926-cı ildə Bakıda çap olunmuş "Azərbaycan ədəbiy-yatına dair tədqiqlər" adlı kitabçasında Azərbaycan dilinin təmiz oğuz dili olduğunu gösərmişdir.Sonralar Çobanzadə və onun ardınca Dəmirçizadə Azərbaycan dilinin oğuz- qıpçaq dili olduğunu təsdiq etdilər.Əhməd Cəfər isə dilimizin oğuz-qıpçaq mənşəli dil olmasını təsdiq eməklə yanaşı, bidirmişdir ki, ancaq bu dilin uyğur dili ilə kiçicik müqayisəsi bizi Azərbaycan dilinin əmələ gəlməsində uyğur dili qatının çox işləməsi barədə düşünməyə məcbur edir."

(114.119).

Əhnəd Cəfər isə yazmışdır:



"Dialektlərin faktlarına əsasən mən bu qənaətdəyəm ki, Azərbaycan dili əsas əlamətlərinə görə, türk dillərinin Qərb qrupuna aid olsa da, bu dil müəyyən dərəcədə türk dillərinin Qərb və Şərq qruplarını bağlayan halqadır."(117.225).

Bu fikirlər də Elbrus Əzizova məxsusdur:



"Müasir Azərbaycan dilində uyğur elementlərinin olduğunu Nəcib də göstərməkdədir. Azərbaycan və uyğur dillərinin ötəri müqayisəsi daha çox bu iki dil üçün əlamətdar olan izoqloslar aşkara çıxarmağa imkam verir.Məsələn, "a-e" səsdəyişməsini gözdən keçirək.Uyğur dili üçün xarakerik olan bu hal özünü Azərbaycanın cənub, şərq və şimal şivələrində də göstərməkdədir.Eyni hala Anadolu şivələrində də rast gəlinir.Bundan başqa Azərbaycanın ayrı-ayrı şivələrində uyğur dili üçün xarakterik olan "a-ə", "a-o", "o-a", "e-ə", "e-ö", "d-ç", "k-ç" və sairə əvəzlənmələr də müşahidə edilməkdədir."(114.119).

Beləliklə, müəyyən etdik ki, sakların dili xaqaniyyə türkcəsinin və ya bugünkü adla desək, uyğur dilinin bir şivəsi olmuşdur. Qeyd edək ki, Azərbaycan alimlərindən Fərhad Zeynalov və Elburus Əzizov bu dilin bəzi fonetik, leksik, qrammatik xüsusiyyətləri barədə dəyərli fikirlər söyləmişlər (112.268-296; 114.118-125). Ramiz Əsgər isə sözügedən dildə yaranmış abidələrin dilinin tədqiqinə dair çox sayda sanballı məqalə və monoqrafiya həsr etmiş və bu sahədə, sözün əsl mənasında, nəhəng iş görmüşdür (210;211;212;213;214;215). Odur ki, gələcəkdə sak ədəbi abidələrinin dilinin tədqiqi ilə məşğul olacaq tədqiqatçılar işə boş yerdə başlamalı olmayacaqlar.


1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə