BƏXTİyar tuncay saklarin diLİ VƏ ƏDƏBİyyati ön söZ




Yüklə 0.85 Mb.
səhifə3/8
tarix20.04.2016
ölçüsü0.85 Mb.
1   2   3   4   5   6   7   8
Udin və Uti qədim Albaniyanın fərqli bölgələri, udinlər və utilər isə fərqli etnosları olmuşlar. Utilər Uti vilayətinndə saklarla (Sakasena ilə) qonşuluqda yaşamışlar və Bərdə şəhəri (Partav) bu vilayətdə yerləşirdi. Bu vəziyyət Vll əsrdə qeydə alınmışdır. Həmin dövrdə albanlar aparıcı mövqedə idilər və bu üzdən də həm saklar, həm də utilər Albaniyanın digər soy və boyları kimi öz xüsusi adları ilə yanaşı, ümumiləşdirici "alban" adı ilə də tanınırdılar. Herodotun yazdıqlarından isə belə məlum olur ki, 1200 il öncə, yəni e.ə. V əsrdə də utilər eyni bölgədə yaşamışlar. Tarixin atası onların Araz çayı yaxınlarında yaşadıqlarını yazmışdır (55.143).

Adların oxşarlığı üzündən həm əski, həm də çağdaş müəlliflər çox vaxt utilərlə udinləri qarışıq salmışlar. Gerçək isə budur ki, qafqazdilli udinlər adlarını bu günə qədər qoruyub saxladıqları kimi, türkdilli utilər də bu yaxın zamanlara qədər öz adları ilə (udulu) Şahsevən tayfalarının bir qolu kimi yaşamaqda davam etmiş və öz adlarını Şamaxı və Dəvəci rayonlarında mövcud olan və əhalisi Azərbaycan türkcəsində danışan Udulu kəndlərinin adında həkk etdirmişlər. Eyni türk xalqının adına "uduit" (udu+"it" cəm şəkilçisi, yəni udular) Fəzlullah Rəşidəddində də rast gəlinməkdədir (55.150).

Gördüyümüz kimi, utilərlə udinlər, eləcə də kutilr ayrı-ayrı xalqlar olmuşlar və bu üzdən də kutilərin udinlərl eyniləşdirilməsi heç bir mntiqə sığmır.

Kutilərin türklüyünə zərrə qədər də şübhə etməyən və şumer-türk paralellərini kutilərin İkiçayarası üzərindəki 1 əsrə yaxın hakimiyyəti dövrünün yadigarı sayan Firidun Ağasıoğlu haqlı olaraq yazır:

"Eyni sözləri türk-şumer paralelləri haqqında da demək olar. Belə ki, bu dillərdə ayrı-ayrı qrammatik və leksik paralellərin ortaya çıxmasını m.ö. lV-ll minilliklərdə şumerlərlə kontaktda olmuş subar, kəngər, quti və turuk boylarının dili ilə izah etmək mümkündür..."şumer-türk əlaqəsini də "dil ittifaqı" hesab etmək olar.

Türk dillərinin başqa sistemli dillərlə müqayisəsi göstərir ki, türk etnosu ilk çağlarda şumer, dravid, hat dilləri, sonra sami, hind-avropa və qafqazdilli xalqların əhatəsində olmuşdur. Doğu və quzey-doğu istiqamətlərəmiqrasiya edən türk boyları da çin, monqol və ural dilləri ilə kontaktda olmuşlar. Türkologiya elminin çıxılmaz dalana girməsi məhz yanlış bilgi üzərində qurulan qondarma "Altay nəzəriyyəsi" ilə bağlıdır. nəzərə almaq lazımdır ki, Türk etnosu Ön Asiyada yaranmışdır, m.ö. lV və ll minillərin ortalarında iki böyük köçlə türklər doğu və quzey yönlərə miqrasiya etmişlər.Bunu antropoloji, arxeoloji, mifoloji və dil faktoru da təsdiq edir. Protoazər türkləri (Azərbaycan protürkləri) isə ilkin Ata-yurdda qalmışlar." (7.211).

Şumerlər kimdir?

Tədqiqatçılar ilk dəfə “şumer”ifadəsinə Aşşur hökmdarı Aşşurbanipal dövrünə aid mixi yazıları araşdırakən rast gəlmişlər.Əslində bu kəlmə “sumer”şəklində qeyd edilmişdir.Lakin termin rus elmi ədəbiyyatına nədənsə “şumer” şəklində daxil olmuş,azərbaycan elmi ədəbiyyatına da beləcə daxil olmuş-dur.Aşşur hökmdarının mirzəsi “gizli şumer sənədləri haqqında məlumat vermiş, sonralar Fərat çayının aşağı axarında aparılmış qazıntılar nəticəsində üzə çıxan və Aşşur-Babil mədəniyyətindən də qədim olan mədəniyyətə “şumer mədəniyyəti”adı verilmişdir.Alimlərin şumer adlandırdıqları xalq isə özünü “kenqir” və ya “kəngər”adlandırmış, qonşuları isə onlara “qarabaşlar” və ya “qarapapaqlar” demişlər.

Tarix elmləri doktoru,mərhum Yusif Yusifov şumerlərin daşıdığı və qonşuları tərəfindən onlara şamil edilmiş bütün adlara sonrakı minilliklərdə də türk soy və boyları içərisində rast gəlindiyini xüsusi qeyd etmişdir.

Şumerlər Messopatamiyanın,yəni İkiçayarasının adı elmə məlum ən qədim xalqı idi.Onlar bu əraziyə kənardan gəlmişdilər.Belə hesab edilir ki,eramızdan əvvəl 4-cü minilliyə aid edilən əl-Übeyd,eradan əvvəl 3000-2800-ci illərə təsadüf edən Uruk və eradan əvvəl 2800-2600-ci illəri əhatə edən Cömdət-Nəsr mədəniyyətləri bu xalq tərəfindən yaradılmışdır.

Ayrı-ayrı alimlər şumerlərin Messopatamiyaya,başqa sözlə, İkiçayarasına Anadoludan,Şərqi Qafqazdan,yəni şimali Azərbaycandan,Cənubi Azərbaycandakı

Urmiya gölü sahillərindən,eləcə də Cənubi Türkmənistandan köçüb gəldikləri baraədə fikirlər irəli sürmüşlər.Bu da təbiidir.Cünki alimlər həm Anadolu,həm Azərbaycan, həm də Cənubi Türkmənistan ərazilərində şumer mədəniyyəti ilə üst-üstə düşən mədəniyyətin izlərinə rast gəlmişlər.

Şumer mədəniyyətiniən görkəmli tədqiqatçılarından biri,tanınmış arxeolq samuel Kramer özünün “Tarix Şumerdən başlayır” adlı kitabında şumerlərin İkiçayarasına Cənubi Azərbaycanda yerləşən Urmiya gölü sahillərindən köçdüyünü,bunun eradan əvvəl 4 –cü minillikdə baş verdiyini yazmaqdadır.

Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi təs-virlərini tədqiq etdikdən sonra şumerlərin Messopatamiyaya buradan köçüb getdiklərini bildirmişdir. Nəsir Rzayev yazır:

Qədim mədəniyyət və incəsənətimizdə şumer izlərinə həm Cənubi,həm də Şimali Azərbaycanda rast gəlinir.Bu izlər qədim azərbaycanlıların şumerlərlə qaynayıb qarışmasının,etnik yaxınlığının bir əlaməti kimi də çox maraqlıdır.Bu etnik yaxınlığın digər bir göstəricicsi Aydın Məmmədov və digər dilçilərimizin dilimizdə üzə çıxardıqları şumer dili paralelləridir.Bu dil qohumluğu həm qədim,həm də uzun tarixi bir prosesin nəticəsidir.



Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından,qan qohumluğundan xəbər verən bir çox maddi mədəniyyət,incəsənət abidələri içərisində Qobustanın günəş gəmiləri xüsusi yer tutur.

1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal və onu müşayiət edən SSRİ Elmlər Akademiyasının Etnoqrafiya institutunun baş elmi işçisi Henrix Anoxin Qobustan petroqliflərinə baxmış,eramızdan əvvəl 3-cü minilliyə aid günəş gəmilərinin təsvirlərində qədim şumer mədəniyyətinin izini görmüşlər.”(8.67).

Qədim şumer yazılı abidələrindən belə məlum olur ki,Messopatamiyaya köçən və burada öz dövlətlərini quran şumerlərin ilk hakim sülaləsi Kiş sülaləsi,ilk şəhərləri də Kiş şəhəri olmuşdur.Buradakı “Kiş”adının Şəki rayonu ərazisindəki Kiş çayı və Kiş kəndinin adı ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir.Görünür,qədim şumerlər Azərbaycandan İkiçayarasına köçərkən əski yurdlarının adlarını da özləri ilə aparmışlar.Məlumat üçün bildirək ki,eyni adlı çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.

Allah –Təalanın Həzrət Musa əleyhissəlama və onun vasitəsilə İsrail oğullarına endirdiyi müqəddəs “Tövrat”da Nuh tufanından,Həzrət Nuh əleyhis-səlamın oğulları və onların soyları barədə məlumat verildikdən sonra tufandan sağ çıxmış insanların soylarından yaranan xalqın Şumer ölkəsinə köçməsindən də bəhs edilir. Köçənlərin Şərq ölkəsindən köçdükləri bildirilir:

Yer üzndə bir dil və bir ləhcə var idi.Nuh övladları Şərqdən hərəkətə keçərək Şumer ölkəsində düzənlik bir yer tapdılar.”(65. l.X.l).

Gördüyümüz kimi, Tövratda şumerlrin Şumer ölkəsinə Şərq ölkəsindən gəldiyi bildirilir.Qədim və orta əsrlər yəhudi və xristian abidələrində,o cümlədən Musa Kağankatlının “Alban tarixi”kitabında “Şərq ölkəsi” deyilərkən şimali Azərbaycan ərazisi nəzərdə tutulur.

Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq ölkəsində olduğunu qeyd edərək yazır:



"Müqəddəs patrik Kişə gəlir,burada kilsə tikir və qansız qurban verir.Bu yer Şərqin bütün kilsə və şəhərlərinin başlanğıcıdır..." (66.18).

Musa Kağankatlının qədim yəhudi və xristian mənbələrinə istinadən verdiyi bir məlumat da çox maraqlıdır.Onun yazdığından belə aydın olur ki,qədim Çol,yəni Dərbənd şəhəri də Şərq ölkəsinə daxil olmuşdur.Deməli,şumerlər İkicayarasına,başqa sözlə Messopatamiyaya Şərq ölkəsindəki,yəni Azərbaycandakı Kiş çayı hövzəsindən köçmüşdülər.

Əski şumer mənbələrinin yazdığına görə, Kiş sülaləsinin və Şumer dövlətinin ilk hökmdarı Etana olmuşdur.Bu adın bir türk adı olduğu,Anadolunun bir parçasında bir müddət bəylik etmiş türk sülalələrdən birinin Eretana oğulları

adlandığı məlumdur.Qədim şumerlr Etana ilə bağlı bir dastan da qoşmuşdular və bu dastanın süjeti Azərbaycanda çox məşhur olan Məlikməmməd nağılının süjeti ilə ağlasığmaz dərəcədə üst-üstə düşür.Dastanda əbədi həyat çiçəyini tapmaq qərarına gələn Etana şah tanrıların məsləhəti ilə yola çıxır və bir quyuya düşür.O orada balaları qartal tərəfindən yeyilmiş ilanın həmin qartalla döyüşünün şahidi olur və ilanı öldürür. Etana qartalın belinə minib göyə qalxır.Göyə qalxanda Etana ilə qartal arasında dialoq baş verir. Quş qəhrəmana yerə baxmağı və onun nəyə oxşadığını təsvir etməyi təklif edir.Etana yeri öncə xəlbirlə,sonra çörəklə müqayisə edir.

Dastanın yazıldığı gil lövhə qırıldığından onun ardı məlum deyil.Lakin elə bu qədər də söhbətin “Məlikməmmədin” şumer variantından,daha dəqiq desək,prototipindən getdiyinə heç bir şübhə oyatmır.Beləki,bizim qəhrəman da əbədi həyat çiçəyi axtaran Etana kimi,cavanlaşdırıcı almanın dalınca gedir.O da quyuya düşür.O da əjdaha ilə zümrüd quşunun konfliktinin şahidi olur.O da əjdahanı öldürür və quşun belində uçur.Ona da quş yerə baxmağı və nə gördüyünü söyləməyi təklif edir.Məlikməmməd də eynən Etananın verdiyi cavabı verir.

“Bibliya təpələri” kitabının müəllifi,qədim Şərq tarixinin böyük bilicisi Erix Tseren vaxtilə yazmışdır:

Alimlərin çoxu şumer dilini türk dili saymış və bu gün də saymaqda davam edirlər.”(43.193).

Şumer və türk dillərinin qohumluğu müddəasını ilk dəfə irəli sürənlər görkəmli dilçi alimlər Hommel və Qroznı olmuşlar.Sonralar bu fikir Əhməd Ca-vad, Naili Boratav və başqaları tərəfindən daha da inkişaf etdirilmişdir.Bu iş sonrakı dövrlərdə də davam edirilmişdir və bu sahədə görkəmli Azərbaycan dilçisi Aydın Məmmədov və tanınmış qazax alimi Amanjolov, məşhur qazax şairi Oljas Süleymenov, araçay-balkar alimi Miziyev,türkiyəli tədqiqatçı Osman Nədim Tuna və başqalarının əməyini xüsusi qeyd etmək lazımdır.

Hommel və Qroznı bu dillərin genetik qohumluğu müddəasını ilk növbədə həmin dillərin hər ikisinin aqqlünativliyinə əsaslanaraq irəli sürmüşlər.Amanjolov

da bu yolla gedərək, 20-dən artıq şumer sözünün türk sözləri ilə eyniliyini fonetik qanunauyğunluqlar əsasında açıb göstərmişdir.

Əhməd Cavad,Naili Boratav və Miziyev də Hommel kimi bir çox şumer-türk sözlərinin qarşılıqlı müqayisəsini vermiş və bu dillərin genetik qohum olduqları versiyasını müdafiə etmişlər.Osman Nədim Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə həsr etdiy əsərində 170-ə qədər şumer kəlməsini türk kəlməsi ilə tutuşdurmuş və linqvistik qanunauyğunluqlar əsasında şumer-türk leksik uyğunluqlarını müəyyən etmişdir.Alim fonetik səs əvəzlənməsi prinsipinə istinad edərək belə nəticəyə gəlmişdir ki,şumer dilində həm qərbi,həm də şərqi türk ləhcə və şivələrinin ünsürlərinə rast gəlinir. Əhməd Cavad yazmışdır:

"Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir.Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vulli şumerlərin morfoloji cəhətdən əski türkcəyə bənzər bir dildə danışdığını qəbul edir: Şumerlərin türk olduğu məsələsinin çoxlu sübutu var.Bizi bu qənaətə gətirən ən güclü sübut ikidir: 1)Dil sübutu; 2)Geoloji və arxeoloji sübut." (44.58-59).

Dmitri Rederin sözlərinə görə, Şumerlərin dili ayrıca bir dildir. Bizə məlum olan dillərlə onu bağlamaq hələlik əsaslı və mübahisəsiz nəticələr verməmişdir. Yalnız onu qəti demək olar ki, o,iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər.(45.15).

Qulo Vinkler isə bildirmişdir:

"Bizə gəlib çatmış şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də,dünyada ən qədim mədəni dil olan şumer dilinin ümumi xarakteri barədə kifayət qədər bizdə təsəvvür yaranıb.Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və sami dillərinin quruluşundan tamamilə fərqlənir." (46.6-7).

Filoloq alim Elməddin Əlibəyzadə deyir:

Məşhur Amerika şumerşünası Samuel Kramer şumerlərə həsr etdiyi kitabını belə adlandırıb: “Tarix Şumerdən başlayır.” Kitabın ayrı-ayrı fəsil və bölmələri bu məntiqi davam edir: “İlk məktəblər”,İlk ikipalatalı Parlament”, “İlk

tarixçi”, “Heyvanlar haqqında ilk təmsillər”, “İlk ədəbi mübahisələr”, “Bəşəriyyətin ilk qəhrəmanlıq əsəri”, “İlk matəm nəğmələri”, “İlk ədəbi əxzetmə”, “İlk məhəbbət nəğməsi”, “İlk kitabxana kataloqu” və sairə.Hər şeyin ilki,hər şeyin çıxış nöqtəsi,yəni tarixin başlanğıcı.

Kitabda zəngin mətnlər , yazılar əsasında təsdiq edilir və göstərilir ki,miladdan öncə ən azı 3 min il əvvəlki qədim Şumerdə güclü mədəniy-yət,elm,ədəbi ənənə olmuşdur.Şumerdə məktəblər,sistemli oxu mətnləri,sabit dərsliklər,müəllimlər,mirzələr,xəttatlar var idi. Şumerdə zəngin kitabxana və orada gil lövhələrdən ibarət kitablar,yüzlərcə müxtəlif növ kitablar,elmi əsəsrlər vardı.Rəsm və şumer dili müəllimləri fəaliyyət göstərirdi,yaxşı işlənmiş qrammatika kitablarından istifadə edilirdi.Elmin ayrı-ayrı sahələrinə aid dərs vəsaitləri,proqramlar yaradılmışdı və sairə.” (47.61-62).

Tanınmış qazax ədibi və tədqiqatçısı Oljas Süleymenov belə hesab edir ki,qədim mixi yazılarda qeyri-dəqiq ifadə olunmuş şumer vokal sisteminin bərpası məsələsində müasir türk dili materialı ilə müqayisənin böyük əhəmiyyəti vardır. Onun fikrincə,bu halda U-Ü və A-Ə qarşıdurması nəzəri cəlb edir.

Oljas Süleymenov şumer cingiltili samitlərinin bir qayda olaraq türk kar sa-mitlərinə uyğun gəldiyini söyləyir və fikrini aşağıdakı nümunələrlə əsaslandırır:

Şumercə Türkcə

-----------------------------------------------

DİNGİR TENQRİ (TANRI)

UD UT (OD)

UDUN UTUN (ODUN)

ADA ATA

DİRİQ TERİK (DƏRİN)

TAQ TAK (TƏK)

-------------------------------------------------
Məsələn,şumerlər Tanrıya “Dinqir” dedikləri halda əski türk dilində bu kəlmə “Tenqri” formasında qeydə alınmışdır. Əski türk mənbələrində “od” kəlməsi “ut”şəklində yazıldığı halda, şumer mətnlərində eyni kəlmə “ud”kimi yazılmışdır. Şumercədəki “D” cingiltili səsinə əski türkcədəki “T” kar samitinin uyğun gəlməsini dərin mənasında olan “diriq-terik”qarşıdurmasında da müşahidə edə bilərik. Bu halda “Q-K” qarşıdurması da diqqəti çəkir.Eyni hal “taq-tak” münasibətlərində də özünü göstərir.”(48.207-208).

Şumer dilinin morfologiyasından söhbət açan Oljas Süleymenov həmin dilin morfologiyasına istinadən “məsdər +k =isim”türk sözdüzəldici sxeminin qədimliyi haqqında fikir söyləyərək maraqlı nəticələrə gəlmişdir:



Şumercə Türkcə

---------------------------------------------------

URU QURmaq,QURUluş

URUQ QURĞU,tikili,şəhər

YÜZÜ ÜZmək

YÜZÜK ÜZGÜ,ÜZən,su quşu

EŞTİ EŞİTmək

QEŞTUQ qulaq

TURU DİRİ olmaq

TURUQ DİRİLİK,həyat (48.207-208).

----------------------------------------------------
Şumercə “uru” türkcədəki “qur” feli ilə üst-üstə düşür. Şumer dilində bu felə “q” sözdüzəldici şəkilçisi artırmaqla feldən isim düzəldilmişdir.Nəticədə yeni “uruq”kəlməsi yaranmışdır ki,bu kəlmə dilimizdəki “qurğu” kəlməsinə uyğundur və tikili,şəhər mənalarını da ifadə edir.Eyni yolla,yəni “k” və ya “q” sözdüzəldici

şəkilçisinin artırılması ilə üz, üzmək mənasında olan “yüzü” felindən üzgü, üzgüçü vəya da su quşu mənalarını verən “yüzük” kəlməsi törəmişdir.

Bu sözlərdən göründüyü kimi ortada.5 min illik bir fasilə olsa da şumer dilinin sözləri ilə bugünkü dilimizin sözləri arasında fərq o qədər də böyük deyildir.Feldən isim düzəldilməsi mexanizmi də,bu zaman işlədilən sözdüzəldici şəkilçilər də eynidir.

Elməddin Əlibəyzadə yazır:

Artıq 19-cu əsridən dünya tarixində yeni bir elm sahəsi-Şumeşünaslıq yaranıb və inkişaf etməkdədir.Dünyanın bi çox görkəmli şumerşünas alimləri yetişib və fəaliyyət gösərir. Bu sahədə qarşıya çıxan ilk problem şumerlərin kimliyi,hansı müasir xalqların əcdadları olması problemidir. Problem ətrafında çoxlu mübahisəli fikir və mülahizələr də söylənib və söylənilir.Bu,təbiidir;lakin bir həqiqət gün kimi aydındır ki,əsas şumerşünasların fikir və rəyləri üst-üstə düşür, bir-birindən xəbərsiz gəldikləri nəticələr bir nöqtədə birləşir:Şumerlər dünyanın ilk sivilizasiyalı xalqıdır;şumerlər müasir türk xalqlarının əcdadlarıdır.” (47.61).

Oljas Süleymenovun araşdırmalarından belə məlum olmuşdur ki, şumer dilində türk dilinə xas olan nümunəvi “imperativ + en və ya an şəkilçisi =keçmiş zaman feli sifəti “ sxemi də mövcud olmuşdur.Bu isə ümümi sintaktik quruluşdan xəbər verməkdədir.Ümumi cəhətlərdən biri də şumer dilində rastlanan “ra” yönlük hal şəkilçisinin Orxon-Yenisey kitabələrində hələ məhsuldar şəkilçi kimi çıxış et-məsidir.Eyni şəkilçi bu gün də dilimizdə işlənir.Məsələn,ora,bura...

Oljas Süleymenov 60 şumer sözünü türk sözləri ilə müqayisə edərək, hər iki dilin leksikonunun eyni bazaya malik olduğunu göstərmişdir.Özü də bu halda həmin 60 söz Dyakonovun nümunə kimi göstərdiyi 100-dən bir qədər artıq şumer sözü içərisindən seçilmişdir.Bu isə o deməkdir ki, 5 min öncəki türk dilində,yəni şümer dilində mövcud olmuş sözlərin ən azı 60 faizi bu gün də öz yaşarlılığını sürdürməkdədir.Məsələn:

Şumercə Türkcə

---------------------------------------------------

AB,EB EV,OBA

EŞ EŞİK

ED GET

ZAQQİN YAXIN

QULŞE GÜLÜŞ

ME MƏN

QAŞ QUŞ

DEŞ DEŞİK

UŞ ÜÇ

HAME NƏ,NƏMƏNƏ

EN ƏN (48.195-203).

-------------------------------------------------------
Elməddin Əlibəyzadənin sözlərinə görə,Hazırda elmi ədəbiyyatda çox-çox qədim və Şumerdən əzəli olan Kür-Araz mədəniyyətindən söz açılır.Kür-Araz mədəniyyəti,onun daha qədimliyi, inkişafı.əhatə dairəsi barədə tədqiqatlar aparılır,fikir və mülahizələr söylənilir. Azərbaycanın Kürlə Araz qoynuna sığınmış Qarabağında,bu ana torpağın dağlı - düzənli yerlərində miladdan öncə çox qədim mədəniyyətin nişanələri olan çoxsaylı kurqanlar məhz bu mədəniyyətin canlı yadigarları deyilmi? Bunlar bizim şumer-türk əcdadlarımızın məskəni, ocaqlarıdır.

Görkəmli dilçi alimimiz Aydın Məmmədov yazmışdır:

...Şumer dili ilə türk dillərinin tarixi əlaqəsinin mahiyyətini daha aydın duymaq üçün ilk növbədə bu dilləri müqayisə etmək və onları yaxınlaşdıran fonetik,leksik, və qrammatik eyniyyətlər bir tərəfdən Şumer dilinin genetik mənşəyini daha obyektiv şəkildə öyrənməyə şərait yaradırsa,digər tərəfdən də türk dillərinə məxsus sözləin tərkibində daşlaşmış bəzi köklərin arxetiplərini bərpa etməyə tutarlı əsas verir." (49.5).

Aydın Məmmədov özünün “Şumer-Türk leksik paralelləri” adlı məqaləsində dillərin yaxınlıq səviyyəsini müəyyənləşdirməkdə leksik qatın əvəzsiz rol oynadığını nəzərə alaraq, şumer dili ilə türk dillərinin genetik bağlılığını sübut edən 120 leksik paraleli misal gətirmişdir.Məsələn:



Şumercə Türkcə

--------------------------------------------

UZU OZAN

UD ÖD (zaman)

UŞ US, HUŞ (ağıl)

UŞ UŞAQ

İZİ İSTİ

ARA ARA (orta)

KAŞ QAÇ(maq)

AŞTAR AÇAR

E DE

UMA UMMAQ

DURU DURU

BAR BARDAQ

PA BAĞIR(maq)

PA BAĞ(lamaq)

SA SÖZ

DE DEMƏK

BE BƏY

BADARA BAYRAQ

SA SAĞ

SAA SAP (kəndir)

QUM QUM

SU SU

Mİ MƏMƏŞ (49.5-6).

---------------------------------------------------
Maraqlıdırki,Aydın Məmmədovun müqayisəyə çəkdiyi sözlərin, bir neçəsi istisna olmaqla, heç biri Oljas Süleymenovun 60 sözü ilə üst-üstə düşmür.Yəni bu halda tamam başqa sözlər müqayisəyə çəkilmişdir.Bu deyilənlərlə kifayətlənməyən alim “Türk dillərində ilkin köklərin bərpasının nəzəri məsələləri” adlı digər məqaləsində müqayisələrdə daha da dərinə getmiş,bu dəfə ayrı-ayrı türk ləhcə və şivələrində rast gəlinən sözləri deyil,ümumtürk mahiyyəti daşıyan sözləri bütün semantik yuvalarına görə müqayisə etmiş və hər iki dilin genetik qohumluğunu təkzibolunmaz bir şəkildə ortaya qoymuşdur. Daha sonra prototürklərin,yəni əcdad türklərin Ön Asiyada təşəkkül tapdığı və oradan Avrasiyanın geniş ərazilərinə yayıldığı fikrini ifadə edən alim Azərbaycanın da həmin təşəkkül zonası ilə bağlı olduğunu qeyd etmişdir.

Şumer-türk paralellərinin və bu paralellər əsasında genetik qohumluq əlaqələrinin üzə çıxarılması sahəsində professor Tofiq Hacıyevin əməyi də yüksək qiymətləndirilməlidir.İstər fonetika,istər leksika,istər morfologiya və istərsə də sintaktik quruluş baxımından böyük maraq doğuran paralelləri üzə çıxaran alim müqayisə edilən dil materiallarının fonetik qanunauyğunluqları barədə deyir:

Şumercədə bəzi mütəxəssislər 4,bəziləri 6 sait qəbul edirlər.18 samit qeydə alınmışdır.Bunlar müasir türk dilinin sait-samit sisteminə uyğun deyildir,ancaq həmin səslərin hamısı türk dilində var.Əlbəttə,bu, tipoloji uyğunluqdur və kök sözlərdə,iki heca həcmində yalnız eyni sait çıxış edir.Bu,ahəng qanununun ardıcıl

izlənməsi deməkdir.Bu prinsip yalnız alınma sözlərdə pozulur.Samitlərin inkişafında,əvəzlənməsində də uyğunluq nəzərə çarpır. Köhnə və yeni şumercədəki

p-b, t-d-z, s-z, s-ş və sairə səs uyğunluqları türk dillərində də mövcuddur.Hətta müvafiq səs uyğunluqlarını tutuşdurmaqla bir çox şumer və türk sözləri arasında etimoloji əlaqə alınır.Məsələn,şumercə də Tuş və suş,yəni düşmək,oturmaq,türkcə-də tüş və düş.Burada əlaqə birbaşa görünür.Şumer dilində sipa,yəni çoban kəlməsini götürək.Həm şumercədə,həm də türkcədə s-ç və p-b samit uyğunluqlarını qəbul etdikdə sipa- çoban əlaqəsi təbiiləşir.

Bu dillər arasında bir sıra maraqlı fonetik-morfoloji uyğunluqlar da müşahidə edilir.Şumer dilindəki “tibira”,yəni misgər sözü türk dillərindəki “təmir”,“dəmir” sözü ilə bir kökdəndir.Buradakı “t” səsi qeyri-sabitdir.Eyni hal səma ,göy mənasını verən “an” kəlməsində də görünür.Bu sözə “t” səsini artır-maqla göy anlamına gələn “tan” sözü alınır.” (50.22-23).

Mütəxəssislərin bir çoxunun qeyd etdiyi kimi,eləcə də Qobustandakı şumer gəmi təsvirlərinin və Ağstafa rayonu ərazisindəki arxeoloji tapıntıların da sübut etdiyi kimi,qədim şumerlər bugünkü İraq ərazisinə məhz Azərbaycandan köçmüşdülər.Bunu Gəmiqayadakı araba təsvirləri də sübut edir.

Alimlər təkəri və arabanı şumerlərin kəşf etdiklərini bildirməkdə-dirlər.Gəmiqayadan tapılan bu rəsm sözügedən kəşfin Azərbaycan ərazisində edildiyini,şümerlərin də bu sahədə bilikləri İkiçayarasına Azərbaycandan apardıqlarını söyləməyə əsas verir.

“Oğuznamə”nin verdiyi bir məlumatdan belə aydın olur ki,arabnın kəşfi məhz türk-oğuz mühitində baş vermişdir:

Vuruşdan sonra Oğuz Kağanın ordusuna,əsgərlərinə,el-gününə o qədər çox qənimət düşdü ki,yükləyib daşımağa at,qatır,öküz azlıq etdi.Oğuz Kağanın ordusunda təcrübəli,usta bir kişi vardı.Onun adı Barmaqluq Cosun Bilik idi.Bu usta bir araba qayırdı.Arabanın üstünə cansız qənimətləri qoydu,canlı qənimətləri arabaya qoşdu.Dartdılar,getdilər.Əsgərlər,el-gün bunu görüb mat qaldı.Arabalar düzəltdilər.Kanğa,kanğa deməklə kanğa sözü belə yarandı.Bunun üçün də onlara kanğa adını qoydular.” (10.133-134).

Maraqlıdır ki qədim mixi yazılarda şumerlər özlərini kəngər və kanq adlandırırlar.(7.155).Bu fakt da şumerlərin türk-oğuz mühitindən qopduqlarını və Azərbaycandan köçüb getdiklərini sübut etməkdədir.Elə bu üzdən də şumer dili və ədəbiyyatının öyrənilməsi bizim üçün böyük önəm daşıyır.Çünki bu yolla 5 min il öncəki dil və ədəbiyyatımız barədə müəyyən təsəvvür əldə etmiş oluruq.Eyni zamanda bu gün də yaşamaqda olan bəzi adət və ənənələrimizin kökləri barədə dolğun məlumat almış oluruq.

Bu gün Azərbaycanda,eləcə də digər türk ölkələrində bir kəsi yola salarkən arxasınca su atmaq adəti yaşamaqdadır.Belə hesab olunur ki,yolçunun arxasınca su atmaq yolun uğurlu olmasına kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan “Bilqamıs”dastanında eyni adət və inancın izlərinə rast gəlinmişdir.Bu isə o deməkdir ki,yola çıxan adamın ardınca su atmaq adətinin ən azı 5 min il yaşı var:

Sabunlu köklər ilə bədənini yudu o.



Öz qamətinə layiq gözəl paltar geydi o.

Sinəsinə yaraşan boyunbağı da asdı

Belinə qurşaq vurub,başına tac qoydu o.

İgidlərin ardınca bir cam təmiz su atdı.

Pillələrlə çıxıb o evin damına qalxdı.” (51.32)

Məlum olduğu kimi, qədim türk dilində “uçmaq”feli “ölmək” felinin si-nonimi kimi işlənmişdir. Orxon-Yenisey abidələrində bir sıra hallarda “ölmək” yerinə “uçmaq” yazılıb.Məsələn, Kül Təkin abidəsinin şərq tərəfində,16-cı sətirdə deyilir: Kanım kağan uçdukta özüm səkiz yaşta kaldım,yəni xaqan atam öləndə səkkiz yaşımda idim. 24-cü sətirdə isə deyilir:Ecüm kağan uca bardı,yəni xaqan əmim öldü. (11.73).

Bənzər halla eyni abidənin şərq tərəfinin 30-cu sətrində,şimal tərəfinin 1-ci sətrində,eləcə də Bilgə Xaqan abidəsinin cənub tərəfinin 10-cu (11.103),qərb tərəfinin 2-ci (11.104), Moyunçur abidəsinin 12-ci (11.146) sətirlərində və sairə üzləşirik. Qeyd etmək lazımdır ki,qədim türk dilində “uçmaq” kəlməsinin bir mənası da cənnət,behişt olmuşdur.Bu kəlməyə Azərbaycan klassik ədəbiyyatında,o cümlədən Məhəmməd Füzuli və Şah İsmayıl Xətainin şerlərində sıx-sıx rast gəlinməkdədir.

İstər Orxon-Yenisey mətnlərində, istərsə də klassik Azərbaycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən "uçmaq" termini təktan-rıçılıqdan əvvəlki mifik təsəvvürlərlə bağlıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır.

Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış "Bilqamıs" dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusunda görən Enkidunun yuxusunu Bilqamısa danışdığı səhnə deyilənlərə ən gözəl misaldır:

"Gecə öz yatağına tənha uzanan zaman,

Enkidunun içinə bir ağrı doldu yaman.

O, dərdini açaraq öz dostuna söylədi,

"Gecə yuxu görmüşəm,əziz dost,eşit,-dedi,-

Göylər haray salırdı,nida qalxırdı yerdən,

Onların arasında dayanmışdım təkcə mən.

Bir də bir adam vardı,tutqun idi üz-gözü,

Mən fırtına quşuna bənzətdim onu,düzü.

İti caynağı vardı, qartal kimi qanadı,

Saçımdan yapışaraq göz açmağa qoymadı.

Onu vurdum,tullanıb tez sıçradı kənara,

Sonra o məni vurdu, o dəm sağaldı yara.

Sonra vəhşi öküz kimi yeriyib məni yıxdı.

Ağır məngənə kimi başımı bərk sıxdı.

Dedim "Məni xilas et!" Sən xilas edəmmədin,

Onunla vuruşmağa, qorxdun, gedə bilmədin.

O mənə toxunaraq, məni quşa çevirdi,

Qanad taxtı çiynimə,adəti quş qanadı.

Üzümə baxdı,baxdı, sonra məni apardı,

İrkallanın evinə-zülmət evinə vardı." (51.60-61).

Folklorşünas alim B.Abdullayev yazır:



"Qədim zamanlarda ölənin yaxın adamları saçlarını yolub onun üstünə qoyarmışlar. Saçın insanın həyatını,ömrünü təmin edən,hətta öləndən sonra onu dirildən vasitələrdən olması barədə miflər var." (81.112).

Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:



"Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur. Həmin günü camaat bir yerə toplaşardı.Bu toplaşmaya "yuq" deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi,xüsusi dəvət olunmuş yuğçular isə ikisimli qopuz çalıb,oynayardılar.Yuğçu əvvəlcə qəhrəmanın igidliyindən danışıb,onu tərifləyirdi.Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi.Toplaşanlar da hönkür-hönkür ağlayardı...Ölünü ağlamaq,cənazəsi üstündə saç yolmaq adət halını almışdı."(82.392).

Maraqlıdır ki,qəhrəmanın cənazəsi üstündə ağlayaraq saç yolmaq adətinin də ən azı 5 min il yaşı olduğunu söyləmək üçün əldə təkzibedilməz fakt mövcud-dur. Əlbəttə ki,söhbət "Bilqamıs dastanı"nda söylənilənlərdən gedir:



" O kəslər ağlayar ki,qədim adamlar kimi

səninlə öyünərdi,

O kəslər ağlayar ki,sənə öz süfrəsində

bir vaxt çörək verərdi.

Ayağına ətir-yağ çəkən kəniz ağlayar,

Sənə şərab içirən qulun göz yaşı axar,

Canına zeytun sürtən yava qadın ağlayar,

Sənin məsləhətinlə özünə arvad tapıb,

Nigah otağına ilk qədəm basan ağlayar,

Qardaşların ağlayar,bacı kimi hay salar,

Yaslara batar tamam,nalə çəkib saç yolar!" (51.64).

Nəsir Rzayevin yazdığına görə,Tunc və dəmir dövrü üçün xarakterik olan abidələrdən söz açarkən, dolmenlərdən də söhbət etmək lazımdaır.Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış.hər tərəfi bağlı düzbucaq qəbirlərdir.Onların üstü sal daşla örtülür.Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir.Bu qəbirlər tək,ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur.Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur.Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır:



"Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır.Buna misal olaraq Şamaxıdakı “Dədə Günəş”pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar.Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.

Bu pirin adı təsadüfi olaraq “Dədə Günəş” adlandırılmamışdır.Günəş Azərbaycanın ən qədim kultlarındandır.Bu kult Tunc dövründə çox böyük tərəqqi tapmışdı.” (63.13).

Günəş kultundan söhbət düşmüşkən Qobustandakı gəmi təsvirlərini də unutmamaq lazımdır. Şumer gəmilərinin prototipi olan bu gəmilərin uclarındakı günəş təsvirləri diqqəti çəkməkdədir.Şumer mifologiyasında bu qayıqlar günəş tanrısı Utu ilə əlaqəli təsəvvür edilmişdir.Şumerlər inanıdılar ki,ölən insanlar ölülər dünyasına belə qayıqlarda yollanırdılar.Bunun üçün onlar Kur çayını keçməli idilər.Sonradan bu mifiloji təsəvvür qədim sami və yunan mifologiyalarına da keçmişdir.Onun izlərinə hətta Amerika hindularının əfsanələrində də rast gəlin-

məkdədir.Maraqlıdır ki,qədim yunan tarixçisi Herodot iskit xaqanlarını Kür çayının yuxarı axrında kurqanlarda basdırmaq adətindən söz açmışdır.

Görünür,şumelərin bu dünya ilə o biri dünyanı bir-birindən ayıran Kur,yə-ni Kür çayı barədə,eləcə də ölüləin bu çayı günəş qayıqlarında keçməsi barədə təsəvvürləri əski vətənlərindəki real hadisənin yeni vətəndə əfsanələşdirilməsi ilə meydana gəlmişdir.Hər halda belə düşünməyə ciddi əsaslar vardır.Əvvəla,Qobus-tanın gəmi təsvirləri və Herodotun iskit xaqanlarının dəfni ilə bağlı verdiyi məlumat,eləcə də Kür çayının yuxarı axarında son Eneolit dövrünə aid Soyuqbulaq kurqanlarının aşkar edilməsi bu versiyanın ciddi bir versiya olduğunu göstərir.Deyilənlərə kurqanlaın “şüa sistemi”nə uyğun yerləşdiyini də əlavə etmək lazımdır.

Tunc dövründə insanların dünyagörüşündə baş verən köklü dəyişikliklər Qobustanın həmin dövrə aid qayaüstü təsvirlərindən çox aydın hiss edilir.Əvvəlki dövrlərdən fərqli olaraq,bu dövrdə artıq öküz təsvirlərinə rast gəlinmir.Bu isə o deməkdir ki,onlar artıq sitayiş obyekti olmaqdan çıxmışdılar.Bunu o fakt da təsdiq edir ki,əgər Mezolit və Neolit dövrü insanlarının rasionun nümayiş etdirən heyvan sümükləri arasında öküz sümüklərinə rast gəlinmirdisə, Eneolit və ilk Tunc dövrünə aid məskənlərdən tapılan sümük qalıqları içərisində iribuynuzlu malqaraya aid sümüklərə də rast gəlinir. Bu isə o deməkdir ki,həmin dövrlərdən etibarən öküzləri yeməyə başlamışlar.Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər.Bir sözlə,öküz kultu yerini tədricən günəş kultuna vermişdir.

Tunc dövründə günəş kultunun öküz kultunu üstələməyə başlamasını və hətta həmin dövrdə öküzün kəsilərək günəşə qurban verildiyini yazılı mənbələr də təsdiq etməkdədir.Bu baxımdan şumer ədəbiyyatının şah əsəri hesab edilən “Bilqamıs dastanı”nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur:

“ “Dostum,mən də görürəm buğada çılğınlığı,

Bizi qorxuda bilməz onun bu azğınlığı.

O buğanı ikimiz bir yerdə öldürərik,

Mən onun ürəyini çıxardaram yerindən,Utuya apararam.

Buynuzuna zeytun yağı doldurub ,Luqalbandaya çatdıraram.

Sən onun quyruğunun yapış yoğun yerindən,

Alnına,peysəinə xəncər vuracağam mən.”

Enkidu hərləyərək onun dalınca qaçdı,

Quyruğunun lap yoğun yerindən o yapışdı.

Bilqamıs öz dostunun igidliyini gördü,

Buğanın alnına,peysərinə xəncər vurdu.

Gətirdilər qoydular Utunun qarşısına,

Bir az kənarda durub,səcdə etdilər ona.”(51.51).

Nəsir Rzayevin sözlərinə görə, Tunc dövrü abidələrindən danışarkən Azərbaycanda “Çoban daşı” adı ilə məşhur olan menhirlərdən də söz açmaq lazımdır.Dağ və dağətəyi zonalarda rast gəlinən,hündürlüyü təqribən 1metr və daha çox olan və şaquli şəkildə yerə basdırı-lan bu abidələrə ancaq qəbiristanlıqlarda təsadüf edilir.Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər Tunc dövründən sonra öz əhəmiyyətinin itimişdir.Qədim qəbiristanlıqlarda cərgələrlə düzülmüş bu şaquli,yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur.Belə güman edilir ki,hər daş ölən adamı təmsil edərək onu bu dünyada əbədi yaşadacaqmış. Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə səciyyəvi abidələrdir.Maraqlıdır ki,tədqiqatçılar belə daşlar arasında, ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəlmişlər. (63.12).

Üzərində baş heykəlləri olan daşlar ilk baş daşlarıdır və dilimizdəki “başdaşı” ifadəsi həmin daşlarla bağlıdır.Bu daşların ölülərin qəbri üzərində ucaldığını “Bilqamıs dastanı” da təsdiq etməkdədir:

Ürəyini dinlədi,ürəyi vurmur daha,



O,dostunun üzünü örtdü gəlin tək.

Özü fırlanıb qartal kimi gəşt edirdi

Elə bil ki,balası tələyə düşən şirdi,

Qəzəblə var-gəl edib,ora-bura gedirdi.

Kətan kimi dartırdı,saçlarını yolurdu,

Paltarını didib,cırıq cındır olurdu.

Üfüqə səda düşüb ağaranda dan yeri

Bilqamıs ölkəsini çağırdı adbaad.

Misgərlər,dəmirçilər,daşyonanlar gəlirdi,

Heykəltaraşlar gəlir,daş qoyanlar gəlirdi.

-Dostum,sənə mən elə başdaşı düzəldəcəm,

Beləsini heç kəs dostuna düzəltməyib.

Saçı lacivərd,altı daşdan hörüləcək,

Üzü əhəngdən,özü altundan yonulacaq.” (51.65).

Nəsir Rzayev bildirir::

Menhirlərin Azərbaycanda dəmir dövründə yaradılmış insan heykəlləri ilə müəyyən yaxınlığı vardır.

Belə heykəllər döyüşçülərin qəbri üstünə qoyularmış.Menhirlərdə olduğu kimi,bu heykəllər də ölmüş döyüşçünün özünü təmsil edirdi. Göründüyü kimi,menhirlər ilə qədim türk heykəllərinin ideoloji əsası eynidir.Hər ikisi animistik təsəvvürə-ölümdən sonrakı əbədi həyat fəlsəfəsinə əsaslanır.” (63.12).

Sənətşünas alim Rasim Əfəndi deyir:

Azəraycanın daş plastika sənəti nümunələri içərisində daş insan fiqurları önəmli yer tutur.Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış bu monumental plastik sənət nümunələri alimlərin böyük marağına səbəb olmuşdur. Şamaxının Dərə Xınıslı və Dağ Kolanlı yaxınlığından tapılmı heykəllər üslub etibariylə bir-birinə bənzəsə də,ayrı-ayrı vəziyyətdə və ölçüdə düzəldilmiş müxtəlif tipli kişi fiqurlarını təsvir edir.Şamaxıdan tapılmış fiqurların ən böyüyünün hündürlüyü 2,23 metr,ən kiçiyinin isə 1,35 metrdir.

1946-cı ildə Dərə Xınıslı kəndində tapılmış daş heykəl xüsusilə maraqlıdır.Yerli əhəng daşından yonulub düzəldilmiş bu heykəl ucaboylu, naməlum bir şəxsi təsvir edir.Həmin fiqur bu ərazidə aşkar edilmiş bir neçə başqa heykəl kimi başsızdır.Baş yerinin formasından məlum olur ki,fiqurun başı sonralar hansısa səbəbdən sındırılmışdır.Fiqurun əllərinin vəziyyəti də bu ərazidə tapılan əksər heykəllərdə olduğu kimidir.Onların əksəriyyətində sol əl ürək, sağ əl isə bel tərəfdə təsvir edilmişdir.

Fiqurun bədənində geyim olduğunu bildirən xətlərin izləri görünür.Kürə-yin yuxarı hissəsində bu ərazidən tapılan digər heykəllərdə olduğu kim dalğavari xətlər vardır ki.bu da təsvir olunan şəxsin uzun saç saxladığını göstərir.

Tarixi mənbələrdən belə aydın olur ki.türk xalqları islamdan öncə hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyardılar.İlk orta əsrlərə aid “Veyşu”adlı Çin mənbəsindən,eləcə də Əl-Bələzuri və Əl Xarəzmi kimi müsəlman tarixçilərin əsərlərindən göründüyü kimi,bu tipli heykəllər müqəddəs sayılır və onlara sitayiş edilirdi.

Musa Kağankatlı özünün “Alban tarixi”kitabında Azərbaycan ərazisində yaşayan soy və boyların daşdan heykəllər yonub, ona sitayiş etdiyini,onların şərə-finə hətta at,qoç,sığır qurbanları verdiklərini xüsusi qeyd edir.Musa Kağankatlının yazdığına görə, bu boylar uzun saç saxlayıb mahir ox atan idilər.”(64.10-12).

Qeyd etdiyimiz kimi,şumerlər özlərinini “kəngər” və “kanq” alandır-mışlar.Qonşuları isə onlara “qarabaş” və ya “qarapapaq” demişlər.Maraqlıdır ki,bu gün də Azərbaycanın qərb hissəsində,Qazax-Qarabağ-Naxçıvan-Maku xətti üzrə onlarca “Kəngərli”, “Kəngər” adlanan kəndlərimiz var.Görkəmli coğrafiyaşünas və etnoqraf alim Vəliyev-Baharlının yazdığına görə, qarabörklü (qarapapaq) tayfaları da kəngərlilərdən olmuşlar. (52.36).

Tanınmış şərqşünas alim Süleyman Əliyarov “kanqlı” və “kəngər” etnonimlərinin sinonim olduğunu bildirmişdir.Görünür,elə bu səbəbdən də şumer mixi yazılarında “kəngər”adı əvəzinə bəzən “kanq” adı işlənmişdir.Bu etnonim sonuncu dəfə mixi yazılarda eramızdan əvvəl 2-ci minillikdə yad edilmiş,bundan sonra mixi yazılarda kəngərlər barədə heç bir məlumata rast gəlinməmişdir.Lakin eradan əvvəl 5-ci əsrdə qələmə alındığı məlum olan “Avesta”da “kanqlı etnonimi ilə yenidən üzləşirik ki,həmin kitabda bu etnonim turanlıların,yəni türklərin sinonimi kimi işlənir. (53.141).

Eramızdan əvvəl 3-2-ci minilliklərə aid mənbələr kəngərlərlə suvar-ların qonşuluqda yaşadıqlarını bildirməkdədir.Həmin qaynaqlardan belə bəlli olur ki,kəngərlər İkiçayarasının cənubunda,suvarlar isə şimalında yaşamışlar (7.150). Maraqlıdır ki,1-2-ci əsrlərə aid mənbələr də bu iki türk boyunun qonşuluqda,fəqət əvvəlki yurdlarından bir xeyli aralıda, Xəzər dənizi sahillərində yaşadıqlarını qeyd etməkdədir.Söhbət Ptolomeyin qeydlərindən gedir.O bu iki xalqın Xəzər sahilində, Qafqaz dağlarından Dərbəndə kimi uzanan geniş sahədə yaşadıqlarını yazmışdır. (53.141)

Orta əsr mənbələri kəngərləri oğuzlarla birlikdə yad etməkdədir.Mə-sələn,10-cu əsr salnaməçisi Konstantin Baqryanorodnıy oğuz tayfalarından olan beçeneklərin bir hissəsinin Kanqar,yəni kəngər adlandığını bidirməkdədir.(54.159). Qiyasəddin Qeybullayevin yazdığına görə, kanqlı tayfasının oğuz-Səlcuq birləşmələrində yer aldığını qeyd edilmişdir (55.103). Moravçikin də fikrincə, oğuz-beçenek tayfasının bir qismi kanqlı adlanmışdır (56.145).

Tarixi mənbələr kəngərlilərin adını Azərbaycanla bağlamaq ənənəsi ba-xımından çox genişdir.Məsələn,orta əsrlərə aid erməni tarixçilərinin verdiyi məlumatlardan belə məlum olur ki,kəngərlər Qərbi Azərbaycandakı Kəngər dağlarında,eləcə də Albaniya ,yəni Şimalı Azərbaycan ərazisindəkə kəngərlər ölkəsində yaşamışlar (55.102). Erməni mənbələrinin birində deyilir ki,482–ci ildə erməni və iber ordusu Kəngərlər ölkəsində fars ordusu ilə müharibəyə girişmişdilər. “7-ci əsr erməni coğrafiyası”ndan belə məlum olur ki,Göyçə gölündən şimala yrləşən torpaqlar Kəngərlər ölkəsi adlanmışdır (57.304).

Tarixi mənbələr 18-ci əsrdə kəngərlilərin bir hissəsinin Gürcüstan ərazisindən Qarabağa köçdüyünü qeyd edir.Naxçıvan ərazisindəki kəngərlilərdən 6-cı əsrə aid bir anonim Suriya mənbəyi sönbət açmaqdadır (55.102).

Rəşid Göyüşov deyir:

Eneolit dövrünün dini dünyagörüşünü öyrənmək baxımından Əliköməktə-pədə tapılan dairəvi otağın böyük əhəmiyyəti var. Otağın divarları gillə suvanmış,

üstündən isə ağ gillə şirələnmişdir.Hamar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir.Bu bina çox güman ki,ovsun mərasimlərinin keçirilməsi üçün istifadə edilmişdir.. Daşdan və gildən düzəldilən insan fiqurları Eneolit dövrünün ən maraqlı abidələridir.” (4.31).

Eneolit dövrünə aid ən maraqlı mərasimlərdən biri də müxtəlif insan fiqur-ları ilə bağlı olmuşdur. Bilqamıs dastanının məzmunundan belə görünür ki, Eneolit dövrü sakinləri, eləcə də sonrakı dövrdə şumerlər bu gil heykəlləri günəş tanrısı Utuya (akkad variantında Şamaşa) qurban vermişlər:

Bilqamıs özü gildən bir heykəlcik düzəltdi.

Sonra taxtadan böyük bir masa da çıxartdı.

Əqiqdən qayrılmış qabı balla doldurdu.

Lacivərddən düzəlmiş qabı yağla doldurdu.

Masanı bəzəyərək Utu üçün apardı." (51.66).

Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın zamanlara qədər “Qodu” şəklində yaşamışdır. Bilqamıs Utuya bal,yağ kimi yeməli şeylər apardığı kimi,Azərbaycanda da Qodu üçün xəmiraşı bişirilməliymyş.Qeydə alın-mış “Qodu-Qodu”nəğmələri içərisində bal və yağın xatırlanması xüsusi maraq do-

ğurmaqdadır:

Qoduya qaymaq gərək,



Qablara yaymaq gərək,

Qodu gün çıxarmasa,

Gözlərin oymaq gərək.

Yağ verin yağlamağa,

Bal verin ballamağa,

Qodu gülmək istəyir,

Qoymayın ağlamağa.” (24.47).

5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı verən Bilqamıs bu mərasim zamanı gildən heykəl düzəltdiyi kimi,Azərbaycan türkləri də 20ci əsrin

ortalarınadək “Bal verin ballamağa,yağ verin yağlamağa”- deyərək “Qodu-Qodu” mərasimi keçirərkən, müqəvva düzəldərmişlər.

Tanınmış rəssam və tədqiqatçı Elçin Aslan yazır:

Azərbaycanda vaxtsız və uzun müddət yağan leysan yağışına son qoy-maq, günəşi çağırmaq məqsədi ilə icra olunan kütləvi xalq tamaşası “Qodu-Qodu” günəş tanrısına həsr olunurdu.Vaxtilə yaşlılar tərəfindən göstərilən bu əsatiri tamaşa,get-gedə ilkin önəmini itirmiş və 20-ci yüzilin əvvəllərində subay gənclər və uşaqlar tərəfindən oynalınan hərəkətli,sözlü-nəğməli bir oyuna çevrilmişdir. Oyun iştirakçıları müqəvva Qodunu qapı-qapı gəzdirib,onun şəninə təriflər deyir, məzəli səhnələrdə kuklanı çomaqla vurub “öldürür”,sonra yenidən “dirildirdilər.” (58.55).

Nəsir Rzayev isə deyir:

Tunc dövründə,eramızdan əvvəl 3-2-ci minilliklərdə Azərbaycanda gü-nəş kultu çox geniş yayılmışdı.O vaxt günəş tanrısının bir sıra simvolları məişət-də,ictimai həyatda tətbiq edilərək bədii yaradıcılığa daxil olmuşdur.Tunc dövrünün sonunda əmək məhsuldarlığının artması,istehsalın,maldarlığın inkişafı varlanmaq-da olan qəbilə və ailə başçılarının,əcdadların hüququnu genişləndirir,yeni dini eti-qadların yaradılmasına səbəb olurdu.Odur ki,günəş tanrısının “funksiyasında” yeni elementlər ortaya çıxırdı.Onlardan biri günəş tanrısının əcdadlara və bununla əlaqədar olaraq ölülərə himayəkarlıq göstərməsi idi.Bunun nəticəsində cəmiyyətdə “atalar kultu” və “ölülər kultu” kimi yeni ideoloji tendensiya yaranırdı.Bununla əlaqədar olaraq qəbir daşları günəş rəngli oxra ilə boyadılırdı ki,qəbir isti,işıqlı olsun, axirət evinə dirilik bəxş edilsin və ölüləri kurqanlarda dəfn etməyə başlayırdı-lar.Kurqan qəbirlərinin yerləşdirilməsində vahid bir sistemə, “şüa sistemi”nə riayət edilirdi.Kurqanların daxilində də kromlexlər tikilirdi.

Görkəmli arxeoloq Hummel Xanlar rayonunun kurqanlarını tədqiq edərkən, onların səpələnmiş halda deyil,müəyyən ərazidə toplanmasına diqqət

yetirmişdir. O, qərara gəlmişdir ki,bütün qəbirlər bir nöqə ətrafında- günəş şüasının çevrə boyu yayılması istiqamətində tikilmişdir.Onun kəşf etdiyi bu qanunauyğunluq “şüa sistemi” adlanır.Alimlər bu sistemin Orta Asiya kurqanlarına da aid olduğu fikrini irəli sürmüşlər.

Təsərrüfatda günəşə ehtiyac olanda,onu buludlar arxasından çıxarmaq la-zım gələndə,günəşə təsir etmək üçün ovsun ayini keçirilir və “Qodu-Qodu”nəğmə-si oxunurdu.

Qodu palçığa batmışdı,

Qarmaladım çıxartdım.

Qızıl qaya dibindən

Qırmızı gün çıxartdım.

Yağ verin yağlamağa,

Bal verin ballamağa.

Qodu gülmək istəyir,

Qoymayın ağlamağa.” (29.98-100).

Tofiq Hacıyev yazır:

Türk dillərindəki bir sıra köməkçi sözləin əslini şumer dilində tapmaq mümkündür.Məsələn ,türk dillərindəki çoxaltma mənasında işlənən “ən” ədatının şumercədə “yüksək”, “qam”, “kahin”mənalarında “an” kəlməsi müstəqil leksik vahid kimi çıxış edir. “Kimi”, “gibi” qoşmalarının məqamında da

şumercədə müqayisə bildirmək üçün “qi-qim-qimi” variantlarında çıxış edən ünsürün işləndiyi də məlumdur. Şumer dilində yerlik hal üçün işlənən “ra”şəkilçisi “ra” və “ru” formasında türk dillərində, o cümlədə, Azərbaycan dilində eyni mənada fəaliyyət göstərmişdir. Məsələn,sonra,yuxarı və sairə.Şümer dilinin çıxışlıq halındakı “ta”,yerlik halındakı “a” yenə maraq doğurur.Azərbaycan dilində yerlik və çıxışlıq,yönlük və yerlik hallarının sistem şəklində bir-birini əvəz etməsinin şahidi oluruq.Deməli,bu qrammatik hadisənin kökü onunla bağlıdır ki,vaxtilə “ta” ,“da” şəkilçisi çıxışlıq məzmunu bildirmiş,sonralar çıxışlıq halı kim “tan”, “dan” müəyyənləşərkən,o , “ta”, “da” yerlik halı vəzifəsinə keçdiyi zaman xeyli müddətdə bu göstəricilər birbirinin mənasını əvəz etmişdir.Yəni yeni mənasını bildirməklə,köhnə-ilkin mənasında da qeyri-fəal şəkildə xidmət göstərmişdir.

Yönlük və yerlik hallarının Azərbaycan dili tarixində müəyyən dövrlərdə qeyri-sabitliyi də anoloji prosesin nəticəsidir.,yəni “a”morfemi yerlik vəzifəsindən yönlük funksiyasına keçdiyi zaman əzəllər ikimənalı olmuşdur.Hətta bu qeyri-differensiallıq,görünür,o qədər çəkmişdir ki,şumercədə xüsusi yerlik-yönlük hal yaranmışdır.Çıxışlıq halı şəkilçisinin yerlik,yerlik halı şəkilçisinin yönlük məzmuna keçməsi bu halların arasında üçbucaqlı məna əlaqəsi yaranmasına səbəb olmuşdur.Bunun nəticəsidir ki,Azərbaycan dili tarixinin təşəkkülü dövründə,ümu-miyyətlə,məkani halların hər biri o birilərinin mənasını ifadə etmişdir.Məsələn “Kitabi Dədə Qorqud”da oxuyuruq: “...Günlüyü yer yüzünə tikdirmişdi.” Burada “yüzündə” əvəzinə “yüzünə”işlənmişdir.Eyni mənbədə belə bir ifadəyə rast gəlirik: “Topuğunda sarmaşanda qara saçlum.”burada isə “topuğuna” əvəzinə “topuğunda”işləndiyinin şahidi oluruq.Şah İsmayıl Xətaidə də “muna”,yəni buna əvəzinə “munda”,yəni bunda ifadəsi ilə rastlaşırıq: “Munda əqilli kimsa gülməz.”Bənzər halı Nəsimi yaradıcılığında da müşahidə etmək olar: “Sorma,ey dilbər,mana...” Əslində belə olmalıdır: “Sorma,ey dilbər,məndən””(50.22-24).

Bir çox Şərq xalqlarının, ilk növbədə də türk xalqlarının hər il mart ayında sevə-sevə keçirdikləri Novruz bayramının təşəkkülü və tarixi ilə bağlı bir çox mülahizələr irəli sürülmüşdür.Bəziləri onu zərdüştiliklə,bəziləri isə İslamla,daha dəqiq demsək,Həzrət Əlinin doğum günü ilə bağlamağa çalışmışlar.Həqiqət isə budur ki,sözügedən bayram barədə ilk yazılı mənbələr 5 min il öncəyə aid şumer mətnləridir ki,bu mətnlərdən eyni bayramı martın 21–də şumerlərin qeyd eməkdə olduqları və bu bayramın məhsuldarlıq və cobanlar tanrısı Dumuzu şərəfinə keçiildiyi məlum olur.Şumerlər həmin bayramı eyni tanrının adı ilə Dumuzu bay-ramı adlandırırdılar.Bununla bağlı ayrıca bir mifik süjrt də var idi və həmin süjet barədə Lipin və Belov birgə qələmə aldıqları “Gil kitabələr”adlı kitablarında məlumat verməkdədirlər.Süjetin qısa məzmunu belədir: Yeraltı ölülər dünyasının hakimi Ereşkiqal məhsuldarlıq və çobanlar tanrısı Dumuzunu öz qaranlıq dünyasında əsir edir.Bu səbəbdən də yer üzündə bütün çiçəklər solur,ağacların yarpaqları tökülür. Sevgi tanrısı İninni Dumuzunu xilas etmək üçün yeraltı dünya-ya enir,7qapı keçir və uzun sərgüzəştlərdən sonra Dumuzunu əsirlikdən xilas edir. Bu martın 21-də baş verir.Həmin gün ağaclar yenidən çiçək açır,təbiət oyanır.

Elməddin Əlibəyzadə yazır:

Təsəvvür edin ki,arada 6500 illik zaman məsafəsi var.Amma tellər,bağlar qırılmayıb.Müasir dilimizin qayda-qanunlarının çox dərin kökləri üzə çıxır.Ayrı-ayrı ifadə şəkilləri,şairin özünə poetik müraciətləri və sairə də ulu şumer dili ilə müasir Azərbaycan – türk və ümumən türk dilləri arasında əbədi tellər,bağlar olduğunu təsdiq edir.” (47.68).

Şumerlər öz ölülərini kurqanlarda basdırırdılar və kurqana “kur”, yəni gor deyirdilər.Onlar kurqan mədəniyyətini də özləri ilə Azərbaycandan aparmış-dılar.Təsadüfi deyil ki,Azərbaycanın Ağstafa rayonu ərazisindən tapılan kurqanlar şumer kurqanlarından daha qədimdir və son Eneolit dövrünə aiddir.Şumer kurqanları isə Tunc dövrünün məhsuludur.

İslama qədərki türklərin,o cümlədən iskitlərin və sakların ayrılmaz atri-butlarından biri də kurqanlardır.Bütün qədim müəlliflər iskitlərin və ümumiyyətlə türklərin öz ölülərinin məzarlarının üzərində qum və ya daş kurqanlar ucalt-dıqlarını söyləmişlər.Eyni hal qədim şumer mədəniyyətinə də xasdır.Maraqlıdır ki,yer üzündə ən qədim kurqan qəbirlərinin izlərinə məhz Azərbaycan ərazisində rast gəlinmişdir.Söhbət son Eneolit dövründən və Ağstafa rayonu ərazisindən gedir.

Tarixçi alim Nəcəf Müseyibli deyir:

20-ci əsrin 80-ci illərində Azərbaycanda,Ağdam rayonu ərazisində,aran Qarabağda son Eneolit dövrünə aid Leylatəpə məskəni tədqiq edilərkən,buradan digər yerlərdən tapılan və eyni dövrə aid olan maddi mədəniyyət nümunələrindən keyfiyyət baxımından fərqlənən saxsı qablara rast gəlinmişdi.Buradan tapılan,dulus çarxında hazırlanmış yüksək keyfiyyəli qablar Messopatamiyadan tapılmış Əl-Übeyd mədəniyyəti ilə eynilik təşkil etməkdə idi.Sonralar eyni bölgədə bənzər mədəniyyətin izləri Çinartəpə,Şomutəpə və Abdal Əziztəpə abidələrdən də üzə çıxarıldı.



Leylatəpə və digər analoji abidələrin tədqiqi nəticəsində Güney Qafqaz üçün yeni mərhələ olan və son Eneolit dövrünə uyğun gələn mədəniyyət ortaya çıxmış oldu.20-ci əsrin 80-ci illərində analoji mədəniyyətin izlərinə Gürcüstan ərazisindəki Beri Kldeebi abidəsində də rast gəlindi.

2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin keçdiyi marşrut boyunca aparılan arxeoloji qazınılar zamanı Ağstafa

rayonu ərazisində daha bir neçə Leylatəpə tipli abidə aşkar edilərək tədqiq edildi.Bu,sözügedən marşrutun 409-kilometrindəki Poylu 1 və Poylu 2,eləcə də 438-ci kilometrindəki Böyükkəsik 1və Böyükkəsik 2 qədim məskənləri idi.

Bu dövrə qədər bütün Güney Qafqaz,o cümlədən Azərbaycan ərazisində Eneolit dövrünə aid xüsusi məzar yerlərinə rast gəlinməmişdi.Tapılmış bütün məzarlar yaşayış yerlərinin döşəmələrinin altında və ya evlərin həyətində idi.Yəni Eneolit dövrü insanları ölüləri bilavasitə öz evlərində basdırardılar.” (40.135).

Rəşid Göyüşov bildirir ki, Eneolit dövründə hətta dəfn adətlərindən də danışmaq olar.Məsələn,Kür çayının orta axarında yaşayan əhali öz ölülərini yaşayış yerlərindən xeyli kənarda,Azərbaycanın cənub rayonlarında yaşayan əhali isə bilavasitə yaşayış yerlərinin özündə-evlərin arasında,döşəmənin altında və yaxud da həyətdə dəfn etmişdir.Çox vaxt ölü tək və bükülü vəziyyətdə basdırılmışdır,ancaq az da olsa kollektiv dəfn adətinə rast gəlmək mümkündür.1-ci Kültəpədə olduğu kimi,Babadərviş və Əliköməktəpə abidələrində də qəbirlərdən oxra tapılmışdır.” (4.30).

Nəcəf Müseyiblinin bildirdiyinə görə,son Eneolit dövrünə aid olan kurqan qəbirlər böyük maraq kəsb etməkdədir.Biz bu kurqanları 2004 –cü ildə,neft və qaz kəmərlərinin 432-ci kilometrində,Ağstafa rayonu ərazisində,Soyuqbulaqdan bir kilometr aralıda təsbit etdik.Bir vaxt çox sayda kurqanın bulunduğu böyük bir sahədə onların yalnız bir hissəsi qorunmuşdur.Onların sayı otuza qədərdir:

Elmi ədəbiyyata Soyuqbulaq kurqanları kimi düşən bu kurqanlar təkcə Qafqazda deyil,eyni zamanda bütün dünyada məlum olan ən qədim kurqanlardır. Onların tarix səhnəsinə çıxışı yerli əhalinin dini dünyagörüşündə baş verən dəyişikliklər ilə bağlı olmuşdur.” (40,135).

Tarixçi alim Q.Qoşqarlı deyir:

2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin marşrutu boyunca aparılan arxeoloji qazıntılar zamanı son Eneolitdən orta əsrlərə qədərki geniş bir dövrü əhatə edən otuzdan artıq qədim yaşayış və məzar yeri tədqiq edilmişdir.2002-2003-cü illərdən fərqli olaraq qazıntılar daha çox ən qədim maldarlıq və əkinçilik mədəniyyətlərinin izlərinə sahib Kür boyu ərazilərdə aparılırdı.Sözügedən marşrut üzrə aparılan qazıntılar zamanı tapılan xro-noloji baxımdan ən qədim məskənlər Eneolit dövrünə aid məskənlər olmuşdur ki, onlar Böyük Kəsik 1,Böyük Kəsik 2, Poylu 1,Poylu 2 və Ağılı Dərədən üzə çıxmışdır.Bunların içərisində daha geniş tədqiqatlar Böyük Kəsik 1 ərazisində aparılmışdır.Bu bölgənin Şomutəpə və Leylatəpə mədəniyyətləri ilə eynilik təşkil edən mədəni qata sahib olduğu məlum idi.Fəqət yeni qazıntılar buradakı Əl-Übüeyd və erkən Uruk mədəniyyəti ilə eyni olan mədəni təbəqələr barədəki biliklərimizi daha da artırmış oldu.” (41.74).

Tarixçi alim F.Quliyev isə yazır:

Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsində 1,5 kilometr aralıda 60-70 metr radiusunda çox sayda saxsı qab qalığı tapılmışdır.Bu qalıntılar yer səthindən 80 santimetr aşağıda yerləşən mədəni təbəqədən aşkar edilmişdir.Tapılan keramika nümunələri bir neçə tipə bölünür.Onlar küp,nimçə,su qabı və müxtəlif qablardır.Buradakı keramika ilə Uruk keramikası arasındakı eynilik etnik birlikdən xəbər verməkdədir.”(42.82).

Məlumat üçün bildirək ki, “Əl-Übeyd mədəniyyəti” adı ilə məşhur olan mədəniyyət qədim Messopatamiyanın,yəni bugünkü İraq ərazisində, Dəclə və Fərat cayları arasında Nuh tufanından öncə yaşamış insanların yaratdıqları və tufan zamanı onu yaradanlarla birlikdə məhv olmuş mədəniyyətin adıdır. “Erkən Uruk mədəniyyəti” kimi tanınan mədəniyyət isə tufandan sonra Messopatamiyaya köçərək orada böyük bir sivilizasiyanın əsasını qoymuş xalqın-şumerlərin yaratmış olduqları zəngin mədəniyyətin adıdır.Tədqiqatçılar Əl-Übeyd mədəniyyətinin şumer,yəni erkən Uruk mədəniyyətinin sələfi olduğunu,ikincinin birincisinin üzərində ucaldığını söyləyirlər.Fəqət Messopatamiya ərazisində bu iki mədəniyyəti bir-birindən Nuh tufanının nəticəsi olan qədim və qəlın lil qatı ayırır.Azərbaycanda isə bu iki mədəniyyət iç-içədir və onlar arasında qırılma müşahidə edilmir.Bu isə şumer mədəniyyətinin Azərbaycanda formalaşdığını və qədim şumerlərin Azərbaycan ərazisindən Messopatamiyaya köçdüyünü sübut edir. Görünür, elə bu səbəbdən də şümerlər istilaçı akkadlardan qoruna bilmək üçün məhz Azərbaycanın ən qədim sakinlərindən olan kutilərə müraciət etmişdilər.

Şumerlərdən dövrümüzədək ulaşan ən maraqlı sənədlərdən biri İkiçayarasında tufandan öncə və sonra hakimiyyətdə olmuş sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət illərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının da adları və hakimiyyət illəri qeyd olunmuşdur. Kutilərin yerli şumer əhalisi tərəfindən özünkülər kimi qəbul edildiyinin anlaşıldığı bu sənəddə diqqəti çəkən ən önəmli məqam kuti hökmdarlarının hakimiyyət müddətlərinin öncəki sülalələrin hakimiyyət müddətlərindən fərqli olaraq, müəyyən nizama tabe olması və bir sistem təşkil etməsidir (7.151).

Firidun Ağası oğlu bu halı tam haqlı olaraq, qədim türk-oğuz El (dövlət) sistemi ilə izah edərək yazmışdır:

"Quti dövlətinin El quruluşu çağdaş tarixçilərin bilgi meyarına uyğun gəlmir, qəbul olunmuş ölçüyə sığmır. Ona görə də İ.M.Dyakonov qutilərin ibtidai icma quruluşunda yaşadığını deyir. Azərbaycan tarixçiləri isə quti elbəylərini (çarları-nı) icma şurası tərəfindən seçilən tayfa birliyi adlandırır və qutilərin guya dövlət qurmaq astanasına gəldiyini, lakin İkiçayarasında idarəetmə işlərinə qoşulub alış-madıqları üçün böyük dövlətçilik təcrübəsi qazana bilmədiklərini yazırlar. Halbuki, Quti elinin 1 əsr boyu tabeliyində olan dövlət və ölkələri göz önünə gətirəndə və Quti Elinin bütün hüdudlarını nəzərə alanda dünyada ilk imperiyalardan biri sayıla biləcək qədər onun böyük dövlət qurumu olduğunu görürük. İbtidai icma quruluşunda yaşayan bir uruq (qəbilə) belə nəhəng dövlət qura bilərdimi? Əlbəttə, qutilərə belə münasibət qədim türk gələnəklərini nəzərə almamaqdan irəli gəlir.

Şumer, Elam və Akkaddan fərqli olaraq, Quti elbəyi allik (hərbi demokratiya) dövründən qalan gələnəklə, quti törəsinə uyğun müəyyən müddətə seçilirdi, vaxtı tamam olanda toyda (qurultayda) seçilən yeni elbəyi hakimiyyətə keçirdi. Elbəyin hakimiyyət müddəti barədə (2,3,6,7 il) toyda qərar qəbul olunurdu. Quti sülaləsinin 21 elbəyindən 5-i onlara ayrılmş hakimiyyət müddətini yarımçıq başa vurmuşlar. bunlardan sonuncu-Tirikan devrilmiş, digər 4-ü isə, görünür, ya vəzifə-də ikən ölmüş, ya da növbəti toyda quti bəyləri tərəfindən vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmışlar..." (7.150-151).

Alimin aşağıdakı sözləri ilə razılaşmamaq mümkün deyildir:



"Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə - "El" sözü ilə ifadə olunmasıda türk etnosunun demokratik ruhundan yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır, vətəndaşların haqq və hüquq bərabərliyi təmin edilir. Azərbaycanda və ümumiyyətlə, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti (1918-1920) hesab olunur, lakin Qədim Dünya tarixindən öyrənirik ki,Azərbaycanda 4 min 200 il (!) əvvəl demokratik dövlət qurulmuşdur." (7.147-148).

Əslində, bütün mütəxəssislərin diqqətini çəkən, fəqət nədənsə kutilərin "pri-mitivliyi" kimi dəyərləndirilən bu möhtəşəm fakt bir yandan ölkəmizin gerçəkdən də demokratik dövlətçilik və idarəçilik ənənələrinin təməlinin qoyulduğu məkan olduğunu sübut etməkdə, digər tərəfdən isə kutilərin qədim oğuzlar olduğunu söy-ləyən elm adamlarının haqlı olduğunu göstərməkdədir. Məsələ burasındadır ki, seçkili idarəçilik sistemi islamım qəbuluna qədər oğuz çəmiyyətinin əsasını təşkil etmişdir. Bu baxımdan İbn Fədlanın söylədiklərini xatırlatmaq yetərlidir:



"Onları (oğuzları) aralarındakı şura idarə edir. Ancaq bir şey haqqında qərara gəlmək istəyəndə onların ən kasıbları, ən yazıqları gəlib razılaşdırılmış işi pozur." (85.9).

Başqa mədəniyyətin yetirməsi olan İbn Fədlan kasıb və yazıqların qərarı pozması faktını, təbii ki, anlaya və düzgün yoza bilməzdi. Fakt isə budur ki, türk-oğuz cəmiyyətində ictimai mövqeyindən asılı olmayaraq hər kəs eyni haqq və hüquqlara sahib idilər və bu bərabərlik dövlət səviyyəli qərarların alınmasında da özünü göstərirdi. Tarixi mənbələrdən belə məlum olur ki, oğuz qəhrəmanlarına ad vermək yetgisi də ağsaqqallar şurasının səlahiyyətində olmuşdur (10.19).

Füzuli Bayat mövzu ilə bağlı yazır:

"Bir çox qəhrəmanlıq dastanlarıı kimi "Oğuz kağan" da ulu toyla qurtarır. dastanda belə toy bir neçə dəfə təkrar olunur və heç biri də evlənmə aktı ilə müşahidə olunmur. Oğuznamə dastanlarındakı toy semantik cəhətdən başqa dastanlardakı toydan fərqlənir. Bu toy bu gün bizim başa düşdüyümüz evlənmə mərasimi deyil, oğuz cəmiyyətinin vacib siyasi, iqtisadi, hərbi-inzibati məsələlərini həll etmək üçün çağırılan qurultaydır və ya qurultay səciyyəli toydur. Oğuznamədən göündüyü kimi qurultay xarakterli bu toyda oğuz cəmiyyətinin strukturu, hakimiyyət məsələsi, vərəsəlik prinsipi , tayfaların yerləri, damğaları müəyyənləşdirilir. Bu toy Dədə Qorqud oğuznamələrində Bayındır xanın ildə bir dəfə toy verib oğuz bəylərini bir yerə yığıb, şənlikdə vacib olan məsələləri həll etməsinə uyğundur." (10.310).

Süleyman Əliyarov izlərinə "Dədə Qorud"da rast gəlinə demokratiya və Parlament sistemi barədə deyir:



"Kitabdakı "qocalar" anlayışı Rəşidəddin və Əbülqazi kitablarındakı "kəngəş bəyləri"nə tam uyğundur; Rəşidəddinin "kəngəş yapın,bəylərin istədiyi nə olsa, elə hökm verin" yazısı bunu göstərir. Beləliklə, hərbi demokratiya dövründə daimi hakimiyyət orqanı olan hərbi şura (ağsaqqallar şurası)oğuz tarixində doqquz "qocadan"-kəngəş bəylərindən ibarət olmuşdur." (53.151).

Qədim dilimizdə cümhuriyyət, respublika anlamlarına gələn "El" termininin işlənməsi, demokratik düşüncənin ifadəçisi kimi çıxış edən "toy" və "qurultay" terminləri ilə yanaşı "kengəş" (şura, parlament) (14.299) kəlməsinin də olması və Avropa dillərindəki "konqres" (qurultay, parlament) termininin məhz həmin kəlmədən törəmiş olması demokratik idarəçilik prinsiplərinin və demokratik düşüncə tərzinin, eləcə də insanlar arsında, o cümlədən qadınla kişi arasında hüquq bərabərliyi ideyalarının qədim türklərdən digər xalqlara keçdiyini sübut etməkdədir.

Şübhəsiz ki, bütün bunlar kuti-oğuz birliyinin, eyniliyinin əlavə sübutları hesab edilə bilər. Eyni fikri sübut edən başqa fakt da var. Yuxarıda qeyd edildiyi kimi, yazılı mənbələrdə İkiçayarasıda möhkəmlənən kutilər barədə ilk məlumatlar e.ə. lll minilliyə, yəni 4,5-5 min öncəyə aiddir. Maraqlıdır ki, bu tarix "Oğuznamə"lərdə söylənilənlərlə üst-üstə düşür. "Hunların, türklərin, moğolların və daha sair qərbi tatarların ümumi tarixi" adlı çox maraqlı monoqrafiyanın müəllifi J.Dögin (1721-1800) yazır:

" Sonra (Oğuz xan) İraqı (İkiçayarasını)... fəth edərək Şam, yaxud Suriyaya qədər irəlilədi və orada uzun müddət oturdu...Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il keçdiyi hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 il yaşamış olacaqdır." (71.63).

Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən türkiyəli alim Besim Atalay onun təxminən 4590 il öncə yaşadığını bildirməkdədir. Ədalət Tahirzadə bununla əlaqədər yazır ki, Besim Atalayın bu sözləri 1920-ci ildə yazdığını nəzərə alsaq, Oğuz xanın tarixi e.ə. 2670-ci ilə düşür:



"Bu tarix J.Döginin göstərdiyindən cəmi 130 il azdır və Döginin yazdıqlarının gerçəkliyinə inamı bir daha artırır." (71.64).

Xatırladaq ki, L.Halpen kutilərin İkiçayarasındakı hakimiyyətlərinin başlanğı-cını e.ə. 2622-ci, E.Meyer və Ş.Günaltay e.ə. 2550-2374-ci illərə aid etmişlər.

Maraqlıdır ki, Fəzlullah Rəşidəddin oğuzların İkiçayarasına hakim olmamışdan öncə Oğuz xanın Azərbaycandakı Aladağda iqamət etdiyini bildirir (39.22-24). Burada Aladağ toponimi diqqəti çəkməyə bilmir. Məsələ burasındadır ki, sözügedən dövrlərə aid şumer-akkad mənbələrində Azərbaycan ərazisində möv-cud olmuş Aratta dövlətindən söz açılmaqdadır.

Yusif Yusifovun yazdığına görə,mixi yazılarda Aratta dövlətinin adına era-dan əvvəl 3-ci minilliyin birinci yarısından başlayaraq 1-ci minilliyə qədər vaxtaşırı məlumat verilmişdir.Bu da həmin dövlərtin ən azı 2 min il davam etdiyini sübut etməkdədir. “Aratta” kəlməsinin mənası dağ deməkdir.Eradan əvvəl 8-ci əsrə aid şumer-akkad lüğətlərində həmin kəlmənin “arrattu” və “aratu”formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir.

Alim qeyd edir ki, qədim dillərin heç birində dağ mənası verən belə söz olmayıb:

Bu sözlərə oxşar oronimlər dağ,dağ silsiləsi mənalarında ancaq türk dillərində işlənmişdir.Məsələn; Alatta, Alatuu, Alatoo kimi dağ bildirən türk mən-



şəli adları göstərmək olar.Bu formalar Orta Asiyanını türk xalqlarının dilində işlədilir.

Bundan başqa, türk dillərində Altay, Alatey, Aladağ, Alatau və sairə formalar da vardır.Çox güman ki,Aratta,eləcə də arattu,aratu sözləri erkən prototürk forması olmuş,sonralar r-l fonetik əvəzlənməsinə məruz qalmış,yəni Alataa,Alatuu, şəklinə düşmüşdü.Belə fonetik dəyişmənin keçid mərhələsi Alatey yer adında özünü təzahür etmişdi.Eradan əvvəl 8-ci əsrdə Urartu qaynaqları keçmiş Aratta ərazisini Alatey adlandırmışdı və ona dağ mənasını vermişdi.Alatey türk dillərində işlənən Alatay,Altay, Alatey və Alatau dağ,dağ silsiləsi bildirən sözlərin erkən forması kimi qəbul edilə bilər.Bu sözlərin prototürk dilinə nənsub olması heç bir şübhə yaratmır.”(78.55;79.22 прим. 15).

Fikrimizcə, Rəşidəddin "Oğuznamə"sində Oğuz xanın Azərbaycandakı yurd yerinin Aladağ olması faktı təsadüfən qeyd ediməyib. Sözügedən "Oğuznamə"də oxuyuruq:



"Yay aylarında onlar (oğuzlar) bu vilayətlərinbütün yaylaqlarınıSəbalan, Ala-taq və Ağdiberiyə qədərbütün dağlıq yerlərini ələ keçirdilər.Deyilənə görə Alataq adını və Səbalan adını da onlar vermişlər. Türk dilində "meydana gələn", "dikə-lən" bir şeyə səbalan deyilir." (39.22).

Kutilərin Ön Asiyanın geniş əraziləri üzərindəki uzunmüddətli hakimiyyəti ilə bağlı Mahmud İsmayıl yazır:



"Azərbaycan torpaqlarında məskunlaşmış soylardan kuti soybirləşməsini də qeyd etmək lazımdır. Onların bu ərazidə olmaları hələ lll minilliyə aiddir. Bilicilərin fikrincə onlar ll minillikdə xeyli zəifləmiş, l minillikdə isə bu ərazidə məskun olan digər soylarla qaynayıb-qarışaraq tarix səhnəsindən çıxmışlar." (137.5).

Kutilərin tarix səhnəsindən çəkilməsinə paralel ayrı-ayrı dövrlərdə subarların (suvarların), kumenləin (kumanların), turukların (türklərin) və digər türk soy və boyların üstün vəziyyətə yüksəlməsi müşahidə edilmiş və ən nəhayət, e.ə. Vlll əsr-dən etibarən isə kimmerlər Azərbaycan və Ön Asiya ərazisində aparıcı siyasi qüv-və rolunda çıxış etməyə başlamışdılar.

Azərbaycanın mixi yazılarda adına rast gəlinən boylarından biri də subarlar olmuşlar. Yusif Yusifov yazır:

"E.ə. III-II minilliklərdə su tayfaları Zaqroş dağlarında və Urmiya gölünün cənubunda yaşayırdılar. Bu etnonimin ilkin forması suv // sub olmuşdur. Bir sıra tədqiqatçılar su etnonimini İkiçayarasının şimalında geniş bir ərazidə yaşayan Subir (Subar) və Urmiya gölü Hövzəsində yerləşmiş subvi (sumbi) tayfa adlarının qısaldılmış (şəkilçisiz) forması hesab edərək Subir (Subar) adlarını sonrakı türk mənşəli sabir // suvar tayfalarının adı ilə eyniləşdirmişlər. Qədim və erkən orta əsr qaynaqlarında rast gəlinən bu etnonimlər Türk dilləri baxımından yanaşılsa, etnonimlərə -ir, -ar sözlərinin əlavə edildiyini görmək olar. Qədim Türk dillərində ir (ar) eynimənalı söz kimi "ər", kişi" mənası daşıyır. Etnonimin kök sözü sub (suv) qədim Türk dillərində "su - çay" mənasını daşıyırdı." (1.80).

Firidun Ağasıoğlu isə bildirir:



"Subarlar haqqında məlumatlar 5 min il arası kəsilmədən davam edir...Subar etnonimi qədim türk dilində "çay adamı" anlamında işlənmişdir...İ.M. Dyakonovun Subar ölkəsini "Su səhrası" kimi izah etməsi toponim yaradıcılığına uyğun gəlmir.

Ən qədim subarlar haqqındakı məlumatlara görə, onlar e.ə. lV-ll minillikdə İkiçayarası adlanan ərazilərdə, Fəratla Dəclə arasında yaşayırmış...İkiçayarasının indiki Bağdaddan aşağı hissəsinə bəzi mənbələrdə Kienqir (Kəngər), yuxarı hissəsinə isə Subartu (Subar) deyirdilər." (7.154-155).

Eramızdan əvvəl 3-2-ci minilliklərə aid mənbələr kəngərlərlə suvarların qonşuluqda yaşadıqlarını bildirməkdədir.Həmin qaynaqlardan belə bəlli olur ki, kəngərlər İkiçayarasının cənubunda, suvarlar isə şimalında yaşamışlar (7.150). Maraqlıdır ki,1-2-ci əsrlərə aid mənbələr də bu iki türk boyunun qonşuluqda,fəqət əvvəlki yurdlarından bir xeyli aralıda, Xəzər dənizi sahillərində yaşadıqlarını qeyd etməkdədir.Söhbət Ptolomeyin qeydlərindən gedir.O bu iki xalqın Xəzər sahilində, Qafqaz dağlarından Dərbəndə kimi uzanan geniş sahədə yaşadıqlarını yazmışdır. (53.141)

Sonrakı dövrlərə aid mənbələrə gəlincə, bu türk etnik qrupunun adına ilk dəfə "saspir" formasında Herodotda (137.6),"savar" formasında Ptolomeydə, Şimali Qafqazın və Azərbaycan ərazisindəki Şabran şəhərinin sakinləri kimi söz açılır (55.127,128).

Subarlardan "saspir" (sabir) kimi söz açan Herodot onları Midiya ilə Kolxida arasında, yəni bugünkü Quzey Azərbaycan və Ermənistan (Qərbi Azərbaycan) ərazilərində yerləşdirir:



"(Kolxida və Midiya arasında) saspir xalqı yaşayır" (60.13).

Bartold bu xalqı bulqarların bir hissəsi hesab etmişdir (110.l.209). Həmin dövrdə suvarların Xəzər dənizinin şimal-qərbində, hunlarla iç-içə yaşadıqları məlumdur (140). Mənbələrdə suvarlar bəzən hun adlandırılır. Ölkəmizin ərazisindəki Biləsuvar və bir vaxtlar Quba ərazisində olmuş Qaleyi-Suvar toponimləri suvarların adı ilə bağlıdır.

Mövzu ilə bağlı Mahmud İsmayıl yazır:

"Qədim şumerlərin müasiri...Araz çayı sahilində,onun sağ sahilində məskun olmuş saspirlər barəsində verilən məlumat diqqətəlayiqdir. Bilicilərin böyük əksəriyyəti onları qeyri-sami qrupuna daxil edirlər. Onların adı akkad kitabələrində subarium, şubaru-subarei, şumer kitabələrində isə subir kimi qeyd olunmuşdur. Herodot onları saspirlər adlandırır və Araz sahilində, Midiyanın şimalında yerləşdirir. Bəzi tədqiqatçılar belə hesab edir ki, həmin saspirlər Azərbaycanın şimalında yaşamış savirlərdir." (137.6).

E.ə.ll minillikdən etibarən mixi yazılarda bilavasitə "türk" etnik adını daşıyan qrupdan da söhbət açılır. Onlar həmin mənbələrdə "turuk" adı ilə yad edilməkdədirlər. Akkad və aşşur mənbələrindən belə məlum olur ki, bu xalq Cənubi Azərbaycan və Şərqi Anadolu ərazisində yaşayırdı və Arattada məskun idi. Turukkular Aratta ilə Aşşur arasında qalan ərazilərə sahib olmaq uğrunda aşşurlarla mübarizə aparırdılar (1.73).

Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəl akkad və aşşur mixi yazılarında "turukku" kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Zelik Yampolski olmuşdur. O,türklərin mənşəyi və ilk ana yurdu barədə o vaxta qədər rus-sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki,akkad mənbələri "türk" etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir (71.62-64). Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da eyni xalqın adı,eyni ərazinin sakinləri kimi qeyd edilmişdir.Urartu mənbələrində həmin xalqın adı "turuxi" kimi çəkilr.

Firidun Ağasıoğlunun fikrincə, Aşşur mənbəlrində rast gəlinən "turukku"etnonimi "türk"etnik adının aşşur dilindəki səsləniş və yazılış formasıdır (7.39). İlk dəfə Zelik Yampolski tərəfindən söylənilən bu fikrə sonralar Əbülfəz Hüseyni, Cəfər Cəfərov, Məhəmməd Hatəmi Tantəkin, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Tofik Hacıyev, Mahmud İsmayıl, Kamil Əliyev, Firidun Ağasıoğlu, Nizami Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik çıxmışlar.Yusif Yusifovun yazdığına görə, "türk"adına erkən orta əsrlərə aid hind qaynaqlarında turukka", Xotan mətnlərində "ttrruki",Tibet mənbələrində "druq" və "druqu" formasında rast gəlmək mümkündür. (1.78).

Turuklar barəsində ilk məlumatlara e.ə. XlV yüzilliyə aid aşşur mənbələrində rast gəlindiyini, daha sonra isə "turux" (və ya turuxi) adı ilə urartu mənbələrində məlumat verildiyini vurğulayan Mahmud İsmayıl da onların alimlər tərəfindən türklərlə eyniləşdirildiyini söyləməkdədir (137.7).

Mərhum alimimiz Yusif Yusifovun yazdığına görə,eramızdan əvvəl 2-ci minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siyasətə qoşulması başlayır.Onlar Zaqroş dağlarını aşaraq İkiçayarasına daxil olurdular.Türklər Aşağı Zab çayının yuxarı axarında yerləşən Raniyə düzənliyinə çıxır və burada yaşayan hürrilərlə ünsiyyətə girirdilər.Ümumiyyətlə,onlar bu ərazi uğrunda mübarizə aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar.

Aşşur mixi yazılarından belə məlum olur ki,aşşur hökmdarı 1-ci Şamşi-Adad türklərə qarşı hərbi yürüş təşkil edir,lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir.Türklər aşşurların nəzarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər.Aşşur hökmdarı 1-ci İşme-Daqan baş verənləri cöx maraqlı təsvir etmişdir:

"O ki qaldı Şuşarra olkəsinə,siz mənə yazırsınız ki,bu ölkə həyacan içindədir və biz onu saxlaya bilmirik.Qoy qasid sizə vəziyyəti izah etsin.Turukkulu Lidaya və bu ölkədə onunla birlikdə olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqəsini dağıtmışdılar.Mən oraya əlavə qoşun gətirdim,onlar dağlara çəkildilər.Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə alına bilməz." (1.73,74).

Təbii ki, mixi yazılardaki "turukku", "turuxi", "turuk" adlarını "türk" enonimi ilə eyniləşdirən alimlərimiz haqlıdırlar.Lakin bu fikrin əleyhinə çıxanların, yəni bu halda söhbətin sadəcə adların təsadüfi bənzəyişindən gedə biləcəyini, türk xalqının Altayda formalaşdığını və çox-çox sonralar Ön Asiya və Qafqaza gəldiklərini iddia edənlər də təəssüf ki, az deyillər və hətta daha çoxdurlar. Odur ki, biz mövqeyimizi təkzibedilməz şəkildə sübut etməliyik. Hərçənd ki, Aşşur mənbələrində turuklarla (türklərlə) yanaşı, kumen (kuman), qaşqay, tirqiş (türkeş), sak, kanqar, subar, kimmer və s. türk soy və boylarının adının çəkilməsi artıq təkzibedilməz sübutdur. Lakin, görünür, oponentlərimizi susdurmaq üçün bu faktlar da yetərli deyil.

Biz də bu fikirdəyik ki,adlarına ilk dəfə eradan əvvəl 3-cü minilliyə aid akkad və aşşur mixi yazılarında "turuku" kimi və eradan əvvəl 1-ci minilliyə aid Urartu mənbələrində "truxi" kimi rast gəlinən və haqlarında Azərbaycan və Şərqi Anadolu ərazisinin sakinləri kimi söz açılan bu xalq sonrakı dövrlərdə, 6-8 ci əsrlərdə böyük xaqanlıq qurmuş və bu xaqanlığın mərkəzi indiki Monqolustan ərazisi olmuşdur.

Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yaratmış türk xalqının mənşəyi barədə türklərin öz dilindən bəzi əfsanələr qeydə alınmışdır və onlarından biri bu xalqın Qərbdən-Xəzər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir.(73.72).

Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mənşəyi ilə bağlı qədim Çin mənbələrində iki rəvayət qeydə alınmışdır.Birinci rəvayətdə deyilir ki. hunlarla eyni soydan olan göytürklər hun yurdunun şimalındakı Su (So) ölkəsindən çıxmışlar. Başbuğlarının,yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı vardı. Bunlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.(73,72;20.26-27).

Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, Bu fəla-kətdən yalnız bu gənc qurtuldu.Bu gəncin iki arvadı vardı.Biri yaz tanrısının,digəri qış tanrısının qızı idi.Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə xaqan seçdi.O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvadlardan türk xalqı törədi.

İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dənizinin,yəni Xəzər dənizinin qərb sahillərində yaşayırdı.Bunun xalqı hunların bir bölümü idi və Asina adlanırdı.Bu xalq qonşu xalqlardan biri tərəfindən məhv edilir.Bunlardan yalnız bir oğlan uşağı sağ qalır.Bir dişi qurd həmin uşağı tapıb ona qulluq edir,onu böyüdür və onunla evlənir.Oğlandan hamilə qalan qurd onu götürüb dənizin şərq tərəfinə keçirir və Altaya aparır.Orada dişi qurd 10 oğul doğur. Bu oğullardan türk xalqı törəyir

Çin mənbələrində türk xalqının mənşəyi ilə bağlı qeydə alınmış bu iki rəvayətdə dörd məqam diqqəti cəlb edir. 1-ci məqam türklərin ulu babalarının Xəzərin qərbində, yəni Azərbaycanda yaşamış olması faktıdır ki, bu faktı eradan əvvəl 3-2-ci minilliklərə aid akkad və aşşur mənbələri, eləcə də eradan əvvəl 1-ci minilliyə aid Urartu mənbələri təsdiqləyir.

Diqqəti çəkən ikinci önəmli məqam türklərin 10 qardaşdan törəmiş olması faktıdır ki, bu məlumat da Xəzər xaqanı İosifin yazdıqları ilə üst-üstə düşür. Xatırladaq ki, İosifin sözlərinə görə, türklər Həzrət Nuhun nəvəsi Toqarmanın 10 oğlundan törəmişlər. Onu da xatırladaq ki, Musa Kağankatlının yazdığına görə, Toqarma Azərbaycanın 4- cü şahı olmuşdur.

Üçüncü maraqlı və son dərəcə önəmli məqam türklərin Su adlı bir ölkədən çıxmış olması faktıdır. Mövzumuz baxımından bu fakt o qədər böyük əhəmiyyət daşıyır ki, onun üzərində bir qədər ətraflı durmaq lazımdır.

Su ölkəsi harada yerləşmişdir?

Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ burasındadır ki, eradan əvvəlki 3-2-ci minlliklərə aid mixi yazılarda Azərbaycan ərazisində yaşa- mış kuti, lulu, subar, kuman və turuk, yəni türk xalqları ilə yanaşı su xalqından da söz açılmaqda və Su ölkəsinin adı çəkilməkdədir.

Mixi yazıların gözəl bilicicisi, mərhum alimimiz Yusif Yusifovun yazdığına görə, qədim qaynaqlarda "Su ölkəsinə mənsub lullu" ifadəsi işlənməkdədir:

"Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işarələri ilə göstərilmiş-dir.Deməli,Aratta... və Su ölkəsi Urmiya gölü hövzəsində mövcud olmuş geniş bir ərazinin müxtəlif adları olmuşdur.Sular da turukku və lullu tayfa birləşməsinə daxil idilər." (1.81).

Mixi yazılardan göründüyü kimi, göytürklərin öz əski vətənləri saydıqları, qədim Çin mənbələrində haqqında söz açılan və Xəzər dənizindən qərbdə yerləşdiyi vurğulanan Su ölkəsi Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlətin-Aratta dövlətinin başqa bir adıdır.

Mövzu ilə bağlı Lev Qumilyov yazır:

"İkinci əfsanə türklərin mənşəyini yerli So (Su) nəsli və yenə də dişi qurdla bağlayır. So (Su) qəbiləsinin bütün üzvləri öz axmaqlıqları üzündən...məhv olurlar.Yalnız dişi qurdun dörd nəvəsi sağ qalır. Onlardan birincisi qu quşuna çevrilib Güney Altayda Abu və Qyan çayları hövzəsində.., üçüncü və dördüncüsü isə Güney Altaydakı Çus çayınnda məskunlaşdılar.Bu əfsanəni şərh edən N.A.Aristov əfsanədəki "So"nu Altayın quzeyindəki Biye çayı sahillərində yaşayan kumandinlərin (kumanların) So nəsli ilə tutuşduraraq, birinci nəvəni lebedinlərlə-ku kijilərlə (ku kişiləri, ku adamları)...eyniləşdirmişdir." (20.26-27).

Maraqlıdır ki, "Su" (So) adına ilk dəfə mixi yazılarda rast gəlindiyi kimi, "ku" və "kuman" etnonimlərinə və "Altay" toponiminə də (Urartu mənbələrində Arattanın adı Alateye kimi çəkilir(1.80)) ilk dəfə eyni mənbələrdə rastlanmış və onların hamısından Azərbaycan və Ön Asiya etnonim və toponimləri kimi söz açılmışdır.

Qədim mixi yazılarda (e.ə.Xlll-Xll) "ku" və "kumen" (kuman) etnonimlərinin də adı çəkilməkdədir (1.83). "Ku" etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır (20.26-27). İ.Dron qeyd edir ki, qu quşu (qaz) kultu qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını qoymuşdur. Həmin türk qəbiləsi "ku" adlanmışdır. Məsələn, Tuva türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının yazdığına görə, Sayan-Altay ərazisində yaşayan bir çox türk xalqlarında - tuvalılarda, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır.

Türkoloqların bir qismi kuman etnoniminin də adının "qu" (ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V.Q.Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq "ku" və "kuman" etnonimlərini eyniləşdirir. İ.Dorn və O.Süleymenov da eyni fikri dəstəkləmişlər (48.94-96).

Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə "kumen" kimi çəkilməkdədir. Y.Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:

"Bu etnonim də Türk dillərində etnik ad düzəldən "-man" (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla "sarımtıl, ağımtıl" mənasını daşıyırdı." (1.83).

Sözügedən etnonimlə l Tiqlapalsarın (e.ə. 1115-1077) kitabəsində də rastlaşırıq:



"(V,73)Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı... (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər...(Vl.22)...Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaqlarımı qucaqladı..." (38.№10).

Aşşur şahı ll Adadnerari (e.ə.911-890) də öz kitabəsində kumanları yad etmişdir (38.№21).

Qeyd edək ki, bu gün də eyni adı daşıyan türk etnosları vardır. Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü günümüzəcən kumanların davamı hesab edən qaraçay və balkarlıları (112.232) misal gətirmək olar. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu türk tayfası orta əsrlərdə də Ön Asiya və Şərqi Avropanın siyasi tarixində xüsusi rol oynamış, Avropanın etnolinqvistik coğrafiyasının formalaşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o qədər böyük olmuşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi ehtiyac yaranmış və təqribən eyni dövrdə həm xristian Avropada, həm də İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər tərtib edilmişdir (112.167-168). Anadolunun Səlcuqlular tərəfindən tutulmasında və bu ərazinin yenidən Türk Yurdu halına gəlməsində kumanların ölçüyəsığmaz xidməti olmuşdur.

Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarnı Musa Kağankatlının "Alban tarixi"ndən öyrənmiş oluruq (66.l kitab, Vl fəsil). Sözügedən kitabda yazılanlardan öyrənirik ki, Qafqaz Albaniyasında kumanlarla bağlı olan "Qomenk" adlı toponim olmuşdur. Həmin toponimin qomen (kuman) etnonimindən və qədim erməni dilindəki "k" yer, məkan bildirən şəkilçidən yarndığını ("Alban tarixi" kitabı dövrümüzədək erməni dilində çatmışdır) söyləyən Qiyasəddin Qeybullaye-vin fikrincə, bu yer ya Arsax (Qarabağ), ya da Sünik (Zəngəzur) ərazisində olmuş-dur. O, 1727-ci ilə aid bir arxiv sənədinə istinadən göstərir ki, həmin dövrdə, yəni XVlll əsrdə Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan Koman kəndi mövcud imiş (55.117). Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi, onlardan "koman iskitləri" kimi söz açılması hallarıda müşahidə edilmişdir. R.Q.Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır:



"Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur." (137.15).

Su ölkəsi ilə bağlı türk genoloji əfsanəsində deyildiyi kimi, türklərin başbuğu Kapan Punun 16 qardaşı var idi. Yəni onlar 17 qardaş idilər. Mixi yazılarda bu məlumatla ağlasığmaz dərəcədə üst-üstə düşən bir məlumat var və həmin məlumata əsasən, Quti sülaləsinin hakimiyyətdə olduğu çağda ( e.ə.XXlll əsrdə ) akkad qoşununun quzeydə vuruşduğu 17 tayfadan biri də tourki və ya turki şəklində xatırlanan boy olmuşdur. (7.39).

Əgər gerçəkdən də mixi yazılardakı "turuk"larla Göytürk Xaqanlığını qurmuş türklər eyni xalqdırsa, bu xalq gerçəkdən də öncə Xəzərin qərbində yaşamışsa və sönralar dənizin şərqinə, oradan da Çin, Monqolustan və Altay istiqamətində hərəkət etmişsə, ola bilməzdi ki, bu köç barədə heç bir yazılı mənbə qalmamış olsun. Əgər belə bir mənbə olarsa,oponentlərimizə elə bir öldürücü zərbə vurmuş olarıq ki, ağ bayraq qaldırmaqdan başqa heç bir çarələri qalmaz.

Xoşbəxtlikdən belə bir mənbə var və həmin mənbə təkcə türk xalqının deyil, eləcə də albanların Xəzərin qərbindən şərqinə, oradan da Çin tərəfə yayıldıqlarını təsdiq edir. Söhbət Vl əsr müəllifi İordanın özünün çox məşhur "Qotların mənşəyi və əməlləri haqqında" adlı əsərində yazdıqlarından gedir:



"İskitlər ölkəsi göbələyə oxşayır. Başlanğıcda o, dardır, sonra isə geniş və dairəvidir və hunların, albanların və sereslərin yayıldıqları uzaq ərazilərə qədər uzanır." (74).

Müəllif bir qədər sonra isə deyir:



"İskitlər ölkəsi genişdir və çox uzaqlara qədər uzanaraq şərqdə sereslər ölkəsi- nə çatır. Sereslər öz tarixlərinin əvvəlində Xəzər dənizi sahilində yaşayırdılar." (74).

İordandan öncə haqlarında Strabon, Dionisiy Perieqet, Appolodor və s. müəlliflərin əsərlərində də söz açılan bu xalq barədə mütəxəssislər müxtəlif fərziyyələr irəli sürsələr də bir fikirdə yekdil olmuşlar ki, İordanın dövründə bu xalq Çin sərhədində yaşayırdı, əsil adları da "ser" və ya "sir" idi. Yəni "seres" formasındakı sonuncu iki hərfin əmələ gətirdiyi "es" qədim yunan dilində isimlərə artırılan adlıq hal şəkilçisidir, sözün kökü isə "ser" və ya "sir"dir.(75.112-113).

Eramızın l əsrində ser (sir) xalqı və onu yerləşdiyi coğrafiya haqqında ən ilk məlumat verənlərdən biri Pomponiy Mela (l əsr) olmuşdur. O, Asiya qitəsindən söz açarkən, bu xalqı iskitlər və hindlilərlə birlikdə, qonşu xalqlar kimi qeyd etmişdir. Eyni əsrdə yaşamış Dionisiy Perieqet isə serləri sak, toxar və frunlarla birlikdə yad etməkdədir.

ll əsr müəllifi Klavdi Ptolomey yazır:



"İmay dağının o biri tərəfində yerləşən İskitlər ölkəsininin (Skifiyanın) sərhədlərini qərb tərəfdən dağın bu tərəfində yerləşən İskitlər ölkəsi (Skifiya), şimal tərəfdən həmin dağın şimalında yaşayan Saklar ölkəsi, şərqdən isə serlər ölkəsi (Serika) təşkil edir."

Klavdi Ptolomey Serika, yəni Serlər (sirlər) ölkəsi haqqında bunları bildirir:



"Serikanın böyük ərazisi ilə əsasən iki çay axır. Mənbəyininin birini, artıq qeyd etdiyimiz kimi, Avzakiya dağı yaxınlarında olan Oyxard çayının digər mənbəyi isə Asmireya dağları yaxınlığında, 174 dərəcə-47 dərəcə 30 dəqiqədə yerləşir..."

Digər qolların və çayın da koordinatlarını dəqiq göstərən böyük coğrafiya-şünas alim bu ölkənin şəhərlərinin-Damna, Piada, Asmireya və Froananın da coğrafi koordinatlarını göstərmiş, ölkədə və qonşuluqda yaşayan xalqları da qeyd etmişdir (141, 7-10).

İordanın yazdıqlarından isə ser (sir) xalqının öncə Xəzər sahillərində yaşadıqla-rı və sonradan Orta Asiya, Çin və Monqolustan tərəflərə köç etdikləri aydınlaşır

Sir və ya ser xalqının kim olduğunu isə biz Orxon-Yenisey abidələrindən öyrənirik. Belə ki, uzun müddət Göytürk xaqanlarının vəziri olmuş Tonyuquq ucaltdırdığı abidədə özünün mənsub olduğu xalqı "türk sir xalqı" adlandırır. Sözügedən abidənin 3 və 4-cü sətirlərində oxuyuruq:



" Türk sir bodun yerintə bod kalmadı"(Türk sir xalqının yerində boy qalmadı). (11.117).

Eyni abidənin 11-ci sətrində isə deyilir:



"Türk sir bodun yerintə idi yorımazun"(Türk sir xalqının yerində yiyə yürüməsin).(11.118).

Tonyuquq abidəsinin 60,61 və 62-ci sətirlərində də eyni etnonim ilə rastlaşırıq:



"Kapağan kağan türk sir bodun yerintə bod yəmə, bodun yəmə, kisi yəmə idi yok ertəçi erti. İltəris kağan, Tonyukuk kazğantuk üçün Kapağan kağan, türk sir bodun yorıduku... Türk Bilgə kağan türk sir bodunığ igidü olurur" (Kapağan xaqanın türk sir xalqını yürində bir nəfər də, xalq da, adam da sahib olmayacaqdı. İltəris xaqan, müdrik Tonyuquq qazandığı üçün Kapağan xaqanın türk sir xalqı yaşamaqdadır. Türk müdrik xaqanı türk sir xalqını, oğuz xalqını yüksəldərək (taxtda) oturur).(11.121).

Maraqlıdır ki, sözügedən abidədə Tonyuquq türk sir xalqını ardına alıb Ötüge-nə, yəni Türk Xaqanlığının mərkəzi olan və bugünkü Monqolustan ərazisində yer- ləşən əraziyə gətirdiyindən söz açmaqda və keçdiyi yerlər sırasında Dəmir Qapı-nın, yəni Dərbəndin də adını çəkməkdədir:



"Kəlürtüm ög türk bodunığ Ötükən yerkə ben özüm bilgə Tonyukuk." ( Doğma türk xalqını Ötügen yürinə mən - müdrik Tonyuquq özüm gətirdim. 17 - ci sətir) (11.118).

"Təmir Kapığa təgi irtimiz, anta yanturtımız... Ol küntə təgdi türk bodun Təmir Kapığka." (Dəmir qapıya təki çatdıq, oradan qaytardıq... Həmin gün türk xalqı Dəmir qapıya çatdı. 45 - 46 - cı sətirlər)(11.120).

Bütün bu deyilənlərə qədim Çin mənbələrində Xəzərin qərbindən gəldikləri bildiriən türklərin Çin qaynaqlarında adı "Kapan Pu" kimi çəkilən ilk xaqanlarının addının "Tonyuquq" abidəsindəki Qapağan xaqanın adı ilə səsləşməsini də əlavə etmək laımdır.

Firidun Ağasıoğlu yazır:

"Pratürk mərhələsindən sonrakı dövrdə türkdilli etnoslar iki əsas qola ayrılmış ,bunlardan biri Ön Asiyanın müxtəlif yerlərinə səpələnmiş, digər qolu isə şərq istiqamətində hərəkət edərək oradakı pramonqol,pratunqus-mancur,prakoreya və sairə etnoslarla uzun müddət kontaktda olmuşlar ki, həmin kontakt nəticəsində ortaya çıxan paralelləri Altay nəzəriyyəsi qohumluq kimi təqdim edir.Doğrudur,həmin paralellərin toplanması və şərhi türkologiya elminin inkişafına təkan vermişdir,lakin bu nəzəriyyə türk dillərinin daha qədim dövrünə enməyə imkan vermir.Altayşünaslıqda qəbul edilmiş "dil qohumluğu" ifadəsi əvəzinə "dil paralelləri" ifadəsinin işlənməsi daha doğru olar.Bu halda gerçəklik ortaya çıxmış olar.Eyni sözləri qədim Ön Asiya dilləri barədə də deməliyik.Turk dillərinin şərq qolları şərq dilləri ilə kontaktda olduğu kimi,qərb qolları da ondan çox-çox qədim zamanlardan Ön Asiya dilləri ilə kontaktda olmuşdur."(76.132).

Nizami Xudiyev bildirir:



"Ön Asiyanın qədim dillərində - bir sıra yerli abidələrdə türk sözləri qeydə alınmışdır ki,bu, türk etnosunun Azərbaycanda,ümumən Ön Asiyada müəyyən rol oynadığını və həmin rolun ardıcıl olduğunu təsdiq edir." (70.15).

Yusif Yusifovun fikrincə, türk dillərinin kök dildən ayrılıb parçalanmasını eradan əvvəl lV və lll minilliyin əvvəllərinə aid etmək mümkündür. Bu dövr pratük dilinin mövcud olduğu çağdır(77).



"Elam və türk dilləri arasında aparılmış müqayisələr bu dillərin nə vaxtsa yaxın kontaktda olmuş olduğunu sübut edir.Daha doğrusu həmin kontaktın eradan əvvəl 3-2-ci minilliklərdə İran ərazisində baş verdiyini söyləmək üçün əlimizdə kifayət qədər əsas vardır."(1.86).

Dilçi alim İ.Məlikov deyir:



"Ön Asiyanın qədim dillərindən olan xatt dilində tərtib edilən və eradan əvvəl 3-2-ci minilliklərdə qələmə alınan mətnlər ilk dəfə Qroznı və Forrer tərəfindən öyrənilmiş, daha sonra isə ,bu işi İohannes Fridrix, Laroş, Kemmenhuber, Dyakonov, Dunayevskaya və başqaları davam etdirmişlər. Sözügedən dilin leksik fondunda türkcə ilə ortaq olan bir sıra sözlərə təsadüf

olunur ki, bu da həmin etnosların hələ Tunc dövründə Kiçik Asiya ərazisində cox yaxın ictimai-siyasi,mədəni və iqtisadi əlaqədə olduqlarını göstərir:

"Xatt dilində Türk dilində

------------------------------------------

kud qut (can,ruh)

takkıl taxıl

tek tik (tikmək)

aşaq acıq

kuru gör (görmək)

kuba qanmaq (anlamaq)

-------------------------------------------------------

Kud. Xatt dilində bu söz əksər hallarda "li-kud" və "li-kuddu" formasında işlədilib ki, mənası onun canı, onun ruhu deməkdir.Türk dilindəki can, həyat gücü,ruh mənalarını verən "qut" kəlməsi ilə üst-üstə düşür.

Takkıl. Tədqiqatçı Dunayevskaya bu sözün kökünün tullamaq,səpmək mənasını verən "kıl" kəlməsi olduğunu,"tak" hissəciyinin isə sözönü olduğunu ehtimal etmişdir.Kammenhuber isə haqlı olaraq göstərmişdir ki,bu sadə sözdür və "səpmək", "dağıtmaq" mənalarında işlənmişdir. Bu söz türk dilində dağılmaq, dağıtmaq və dənli bitki mənalarında işlənən "taxıl" sözü ilə paralellik təşkil edir.

Başqa bir paralel isə ana dilimizdəki "tik" sözünün verdiyi mənanı verən "tek" kəlməsidir.Acıq mənasını verən "aşaq" və görmək mənasında olan "kuru" sözləri də bu qəbildəndir.

Yeri gəlmişkən qeyd edək ki,eyni kəlməyə "kar" və "kur" formalarında şu- mer dilində də rast gəlinir.

Qanmaq mənasında olan "kuba" kəlməsi şumer dilində "ka" şəklində qeydə alınmışdır." (12).

İ.Məlikov davam edir:



"Xatt dili ilə türk dilinin əlaqəsi təsadüfi ola bilməzdi və bu,böyük ictimai-siyasi nüfua malik iki dilin uzunmüddətli əlaqəsinin bəhrəsindən başqa bir şey deyildir.

Bənzər hal türk dili ilə Ön Asiyanın başqa bir dili olmuş hett dili arasında da müşahidə edilir.Eradan əvvəl 2--ci minilliyə aid hett mixi yazı mətnlərində də bir çox türk sözünə rast gəlmək mümkündür.

"Hett dili Türk dili

---------------------------------------------------

te de (demək,danışmaq)

tür dürmələmək

atta ata

anna ana"

-----------------------------------------------
Te. Bu kəlmə hett dilində danışmaq,söyləmək, demək anlamlarında işlənmiş, Urartu kitabələrində "ti" formasında qeydə alınmışdır.

Tür. Sözün hett dilindəki mənası bağlamaq,bükmək,sarımaq,üzləməkdir. Ana dilimizdəki "dürmələmək" sözü ilə üst-üstə düşür." (12).

Bütün bu deyilənləri, yəni türklərin Azərbaycanın ən qədim sakinləri olması faktını ərəb mənbələri də təsdiqləməkdədir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin "Xəbərlər" əsərində (Vll əsr) əsrində yazılır ki, xəlifə l Müaviyə 661-680) Azərbaycanın işğalı çağında ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da "Azərbaycan ən qədimdən türklərin ölkəsidir və orada türklər yaşayır"-deyə cavab vermişdir (142.5; 143.183). Eyni fikir 1126-cı ildə qələmə alınmış, müəllifi bilinməyən başqa bir tarixi əsərdə də təkrarlanır:



"Azərbaycan ən qədimdən türklərin əlində olan bir ölkədir" (142.183).

Mövzumuz baxımından professor Helmoltun ümumi rəhbərliyi altında 120 alimin kollektiv əməyinin nəticəsi olan "Bəşəriyyətin ümumi tarixi" kitabının "At-ropatena" bölümündə yazılanlar da böyük önəm daşımaqdadır:



"...Tarixin göstərə bilmədiyi məchul bir zamandan bəri bu yerlərdə başdan-başa türklər yaşamaqdadır (71.62).

Kuti, turuk, subar və kumanlardan sonra qədim Azərbaycanın mixi yazılarda adına rast gəldiyimiz növbəti türk soyu kimmerlər olmuşdur ki, mixi yazılar onlardan e.ə. Vlll əsrdən etibarən söz açmağa başlamışdır.



1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə