BƏXTİyar tuncay saklarin diLİ VƏ ƏDƏBİyyati ön söZ




Yüklə 0.85 Mb.
səhifə2/8
tarix20.04.2016
ölçüsü0.85 Mb.
1   2   3   4   5   6   7   8

KUTİLƏRDƏN KİMMERLƏRƏ

Qədim Anadolu və Azərbaycanın ərazisində yaşamış prototürk etnoslarından biri də adı qədim mənbələrdən "kuti" kimi çəkilən tayfa olmuşdur. "Kuti" etnonimi e.ə. III-II, eləcə də I minilliklərə aid qaynaqlarda yad edilir. Kutilər bir tərəfdən turukkilərlə, digər yandan isə suvarlarla ittifaqda olmuşlar. Bu tayfanın adı eyni zamanda Diyala çayının yuxarı axarlarında yerləşən Tukriş ölkəsi ilə yanaşı çəkilir (Bu ölkənin adına bənzər Tikriş adı daşıyan bir şəhərin də olduğu məlumdur). Həmin ölkədə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur. Tədqiqatçılar Arisen adını Arslan adı ilə, Tukriş adını isə Türkeş qəbiləsinin adı ilə eyniləşdirirlər.

Tədqiqatçı B.Landeberqer kutilərin türk etnosuna mənsub olduğunu, etnonimin isə "quz" (oğuz) etnoniminin dəyişilmiş fonetik (z-d-t) forması olduğunu irəli sürmüş, Kamal Balkan isə, kuti şəxs adlarını türk dilində izah edərək, B.Landeberqerin fikrini təsdiqləmişdir (1.81-82). Eyni fikrə Firidun Ağasıoğlu da şərik çıxmışdır. O, kuti hökmdarlarından Yarlaqın adını qədim türk yazılarındakı Yarlakar Kan Atanın, İbranın adını "Kitabi-Dədə Qorquddakı İmrənin, Kurumun adını qədim bulqarların xanı Kurum xanın və Altun Orda xanı Kurum xanın, Elulameşin adını məlum Elalmış və İlalmışın adları ilə və s. tutuşduraraq kuti hökmdarlarının türk adları daşıdıqlarını ortaya qoymuşdur (7.149).

S.N. Kramer "Tarix Şumerdən başlayır" kitabının XlV fəslində 450 sətirlik "Enki və Kainat" adlı poema barədə məlumat verir. Təqribən 5000 il öncə qələmə alınmış bu poemanı bizim üçün maraqlı edən Mahan toponimidir:



"Ölkələr... Mahan və Dilmun baxaraq mənə,

Dilmun gəmiləri şalban daşıyır.

Mahan gəmiləri göyə qədər yüklənib,

Meluhhidən "mahilum" yelkənli gəmilər

Qızıl və gümüş gətirir onlar.

Hamısı daşıyırlar Nippura." (104.42-43).

Burada rast gəldiyimiz Mahan toponimini bizim üçün maraqlı edən əsas cəhət ona türk tarixi mənbələrində və folklor nümunələrində də rast gəlinməsi, bu yerlərin oğuz yurdu kimi yad edilməsidir. Belə ki, Övliya Çələbidə də eyni ölkə adını görürük. Övliya Çələbi Axlat şəhərinin təsviri zamanı bildirmişdir ki, tarixçilər bu şəhərin adını Dərmalə adlandırırlar və bu da "Oğuz şəhəri" deməkdir. O, Axlat oğuzları haqqında əfsanəni misal gətirərək yazır:



"Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah Samanqana gəlib, axlatlılardan yüz min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı toplayırlar, ancaq fikirləşirlər ki, onu göndərmək üçün at, dəvə lazımdır. Ağsaqqallar yığışıb məsləhətləşirlər. Bunu eşidən Mahan şahı öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüş yumurta nəzərdə tutmuşdum, toyuq yumurtası yox, amma onların ağır vəziyyətini nəzərə alaraq onları vergidən azad edirəm. Oğuzlar gəlib yumurtalarını geri alırlar. Amma yumurtalar nişanlanmadığından kiminə böyük, kiminə kiçik yumurta düşür. Bunu ədalətli hesab etməyən oğuzlar Allahın qəzəbini gözlməyə başladılar. Belə də oldu. Taun xəstəliyi gəldi. Bir gecədə şəhəri 12 min çadır tərk etdi. Onlar Misirə gəldilər. Abbasi xəlifəsi əl-Mustakfibillah Misirin Şərqində onlara yer ayırdı. Burada onlar özlərinə kərpicdən ev tikdilər . O vaxta qədər Misirdə heç kim özünə kərpicdən ev tikməmişdi. İndi də Qahirədən şərqə xarabalıq qalır. . Bu yeri "Axlat məhəlləsi" adlandırırlar." (85.62-63).

Görəsən, Şumer əfsanəsindəki Mahanla haqqında Övliya Çələbinin məlumat verdiyi Mahan eyni ölkədirmi, yoxsa, bu, adların təsadüfi bir bənzəyişidir, axı, iki məlumatın qeydə alındıqları dövrlər arasında təqribən 4700-5000 illik məsafə var?! Doğrudanmı, bu böyüklükdə zaman kəsiyi ərzində yer adları dəyişmədən və ya cüzi dəyişikliklə dövrümüzədək ulaşa bilmişdir? Faktlar göstərir ki, bu suallara müsbət cavab vermək lazımdır.

Yuxarıda içərisindən sitat gətirdiyimiz Şumer dastanından belə aydın olur ki, Mahan ölkəsindən gəmilər yüklə qədim Şumerin Nippur şəhərinə gələrmişlər. Bu şəhərin yerini amerikalı alimlər 1883-cü ildə müəyyənləşdirə bilmişlər. Yerli ərəblərin "Nuffar" (Nippur adının bir qədər dəyişikliyə uğramış adı) adlandırdıqları yerdə aparılan arxeoloji qazıntılar ilk nəticəsini elə həmin il versə də bədəvilərin alimlərə hücumu onları tədqiqatları yarıda kəsməyə məcbur etmişdi. 1893-1896 və 1899-1900-cu illərdə aparılan qazıntılar Fərat çayının aşağı sahilində yerləşən qədim Şumer şəhərini gün üzünə çıxardı (43.140).

Deməli, Mahan ölkəsindən gəmilər Nippura Fərat çayı vasitəsi ilə gəlirmiş. Övliya Çəlbinin Mahan ölkəsinin şəhərlərindən olduğunu söylədiyi Axlat Dəclə çayının yuxarı axarında, Bağdad yaxınlığında yerləşirdi (85.60). Bu isə o deməkdir ki, Mahan ölkəsi Dəclə və Fərat çaylarının yuxarı axarında, bu iki çayın bir-birinə çox yaxınlaşdığı yerdə imiş və həm Şumer dastanında, həm də Övliya Çələbidə söhbət eyni ölkədən gedir.

Övliya Çələbinin bu ölkə ilə bağlı söylədiklərində diqqəti ən çox çəkən məqamlardan biri də Bayandur xanın həmin ölkə ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:

"Axlatda ilk oğuz köçərilərinin yaşaması haqqında bütün tarixlər və əfsanələr danışırlar. Ancaq Övliya Çələbinin məlumatında ("Qorqud Kitabı"nda oğuzların baş hakimi) Bayandur xanın Mahandan olması çox maraq doğurur. Bu isə o deməkdir ki, "Qorqud Kitabı"ndakı Bayandur xan bir çox tədqiqatçıların fikirləşdiyi kimi (V.Bartold, V. Jirmunski və b.) etnonimin şəxsləndirilməsi deyil, tarixi şəxsiyyətdir.

Bunu qəti şəkildə təsdiqləmək üçün bizdə kifayət qədər material yoxdur. Ancaq Övliya Çələbinin məlumatlarını tarixi həqiqət kimi qəbul etsək, onda məntiqi baxımdan "Qorqud Kitabı"ndakı Bayandur xanın prototipi olması ehtimalı artır. Bunu Övliya Çələbinin versiyasında Osmanlıların əcdadı Qayı Alp bəyin qardaşı olması da gücləndirir." (85.63).

Övliya Çələbinin yazdığına görə, Mahan şahı Bayandur xanı Axlatın hakimi təyin etmişdi (85.63). Bu isə söhbətin minillər öncələrdən getdiyinə işarədir. Yəni sözügedən məlumat doğrudursa, oğuzlar Mahan ölkəsinin ən qədim sakinlərindən olmuşlar. Bu isə o deməkdir ki, Mahan ölkəsi barədə məlumata sahib olan şumerlər oğuzlar barədə də məlumata sahib olmalı idilər. Artıq qeyd edildiyi kimi, Şumer-Akkad mənbələrində adlarına "kuti"(quti) formasında rast gəlinən xalqı türk-oğuz xalqı hesab edən alimlər də var və görünür, onlar səhv etmirlər.

Görəsən, şumer mənbələrindəki Mahan ölkəsi sonrakı minilliklərdə adına Aşşur-Babil və qədim yəhudi mənbələrində "Manna (Man, Minni, Munaş) ölkəsi" kimi rast gəldiyimiz ölkə deyil ki, axı, bu ölkə bəzən mixi yazılarda Qutium, yəni "kutilər ölkəsi" də adandırılır?

Bu suala gələcək tədqiqatlar cavab verməli olacaq.

Firidun Ağasıoğlu yazır:

"Dəclə çayı ilə Urmu (Urmiya) gölü arasında ayrı-ayrı bəyliklər şəklində yaşayan çoxsaylı quti (kuti) boyları vaxtaşırı Akkad və Elam dövlətlərinin hücumlarına məruz qalır, var-dövlətləri yağmalanırdı. Həm akkad, həm də elam yazılarında göstərilir ki, qutilərin ölkəsində 70 boyla vuruşmuşlar. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı mənbələr göstərir ki, bəzi yazılarda "quti" adı o dövrdə həmin ərazidə yaşayan subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının ümumi adı kimi işlənmişdir. Miladdan öncə XXlll əsrin sonunda yadelli işğalçılara qarşı öz ətrafında 70 boyu birləşdirən quti bəyliyi az sonra güclü dövlət qura bilmişdir." (7.147).

Tarixi mənbələrdən məlumdur ki, kutilər İkiçayarasında (Messopatamiyada) baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer ikiçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Akkad hökmdarı Naran-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya hövzəsi etnosları ittifaq yaradırlar. Müttəfiqlərə qarşı göndərilən Akkad ordusu məğlubiyyətə uğradılır.

Naran-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. Kuti dəstələrinin başında Enridavazir (e.ə.2225-2205) durmuşdu. Onun şərəfinə Nippur şəhərinin mərkəzinə mixi yazılı abidə qoyulur və orada Enridavazir "qüdrətli, Kutium (kutilər ölkəsi) və dünyanın dörd səmtinin hökmdarı" adlandırılmışdı (1.69).

Naran-Suen e.ə.2201-ci ildə Enridavazirlə döyüşdə ölür və bundan sonra İkiçayarasının xeyli hissəsi kutilərin nəzarəti altına düşür. Ancaq Akkad və Şumer üzərində tam nəzarətə kutilər Elulemişin dövründə nail olurlar. Beləcə, F. Ağasıoğlunun fikrincə, kutilərin Şumer üzərində 91 il 40 gün (e.ə 2200-e.ə 2109) sürən hakimiyyəti başlayır. Bəzi alimlərə görə, bu hakimiyyət 124 və ya 132 il davam etmişdir. Quti hakimiyyətinin başlanğıc tarixi barədə də mütəxəssislər arasında yekdil fikir yoxdur. Məsələn, L.Helpen e.ə. 2622-ci ili, E.Meyer, Ş.Günaltay e.ə. 12550-2374 ci illər arasını göstərirlər. İ,Dyakonov bu hakimiyyətin son ili kimi e.ə. 2109-cu ili qəbul edir ki , F.Ağasıoğlu da bu fikrə şərik çıxır.

Həmin dövrdə Kuti imperatorluğunun mərkəzi Arrapha (indiki Kərkük) şəhəri idi. Kutilərin idarəsi altında olan torpaqlarda əmin-amanlıq və firavanlıq hökm sürürdü. Təsadüfi deyil ki, kutilərin Laqaş canişini Qudea (e.ə. 2133-2117) bu barədə belə yazmışdır:

"Şəhərin məzarlığında qəbir qazılmadı, heç bir ölü gömülmədi, qala rahibi musiqi aləti daşımadı, ondan bir nəğmə (yas havası) çıxmadı, ağıçı qadın ağı demədi." (7.148).

Sözügedən dövrdə Kuti imperatorluğunun paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur. Çünki cahiliyyə dövrü, yəni islamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiğa kimi şairlərin şeirlərində türklərdən bol-bol söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin (c) səfərlərə çıxdığı zaman türk çadırında yaşadığı barədə məlumatlar bulunmaqdadır (84.22).

Oğuzların Azərbaycanın avtoxton əhalisi olduğunu və çox-çox öncəki minil-liklərdən bu ərazidə yaşadıqlarının başqa bir dolayı sübutu da vardır. Söhbət yaranma tarixi minilliklərin dərinliklərinə qədər uzanan və təmiz oğuz türkcəsində olan bir sıra folklor nümunələrimizin məhz minillər öncə ölkəmizin ərazisində ərsayə gətirildiyinin arxeoloji qazıntıların nəticələri ilə öz təsdiqini tapmasından gedir.

Böyük rus türkoloqu Lev Qumilyov özünün məşhur “Qədim türklər”kita-bında ən qədim zamanlardan etibarən türklər arasında “yada daşı”, yəni cadu daşı adlanan magik daşların köməyi ilə quraqlıq zamanı yağış yağdırmağın mümkünlü-yünə inamın mövcud olduğunu qeyd etmiş və türklərin bu sənətlə məşğul olduqları barədə müxtəlif qaynaqlarda məlumatlar bulunduğunu yazmışdır:

Yuebanlar haqqında olan rəvayətdə soyuq hava və yağış çağırmağı bacaran

cadugərlərdən söhbət açılır.Jujanlarla döyüş zamanı yueban cadugərləri qarlı fırtına çağırıb düşmənlərin üzərinə göndərmişdilər.Bənzər rəvayəti Turlu Qriqori

də nəql etmişdir.Avarların franklarla döyüşü zamanı avar cadugərləri şimşəkli tufan yaratmış, şimşək frank düşərgəsini vurmuş və onlar bunun nəticəsində məğlub olmuşdular.Eyni cadu gücü naymanlara da aid edilmişdir.Rəşidəddin yazır ki,Çingiz xana qarşı döyüşən və başında Camuxanın durduğu soy birləşməsinin cadugərləri də tufan yaratmış,fəqət hesablamada səhvə yol verdiklərindən tufan öz başlarına çaxmışdır.”(20.94-95).

Türklərin yağış yağdırmaq gücünə sahib olan daşlardan istifadə etdikləri barədə bir çox müəlliflərin,o cümlədən Təbəri,Səəlibi,Balimi,Firdovsi,Mirxond, Sebos və başqalarıının əsərlərində,eləcə də 7-ci əsrin anonim Suriya və 10-cu əsr fars anonim mənbələrində çox sayda məlumat olduğunu söyləyən Lev Qumilyov daha sonra yazır ki,yalnız Firdovsi bu halı izah etməyə çalışmış və baş verənləri kütləvi hiptnoz kimi şərh etmişdir.Qədim türklərin bu sənəti “yada”,yəni cadu ad-

landırdıqlarını diqqətə catdıran müəllifin bildirdiyinə görə,ayrı-ayrı türk xalqların-da bu inam 20-ci əsrin əvvəllərinə qədər davam etmişdir.

Dilçi alim Firudun Ağasıoğlu yazır:

Təbərinin yazdığına görə,Həzrət Nuh peyğəmbərin oğlu,türklərin ulu babası

hesab edilən Yafəs türk xalqına yağış yağdıran yada daşı vermişdir.Başqa bir rəvayətdə isə həmin daşın türklərə Həzrət İbrahim peyğəmbərdən miras qaldığı bildirilir.”(21.73-74).

Türklərin yada daşının köməyi ilə yağış yağdırdıqları barədə məlumat verən müəlliflərdən biri də 10-cu əsrdə yaşamış məşhur alim İbn Əl-Fəqih Əl-Həməda-nidir.O,ərəb dilində qələmə aldığı “Əxbar əl-buldan”,yəni “Ölkələr haqqında xəbərlər” adlı kitabının “Türklər,onların ölkəsi və bu ölkədəki möcüzələr haqqında“ başlıqlı bölümündə mövzu ilə bağlı maraqlı fikirlər söyləmişdir:

Türklər ölkəsinin möcüzələrindən biri də onların köməyi ilə türklərin yağış,

qar,dolu yağdırdıqları və istədikləri digər bənzər təbiət hadisələrini meydana gətirə bildikləri daşlardır.Onlarda bu daşlar böyük önəmə sahibdirlər və geniş istifadə edilməkdədirlər.Bunu türklərin heç biri inkar etmir,fəqət həmin daşlar doqquzoğuzlar arasında daha çox qiymətləndirilir.”(22.49).

Müəllifi məlum olmayan,13-cü əsrdə fars dilində qələmə alındığı bilinən “Əcaib əd-dünya”,yəni “Dünyanın qəribəlikləri”adlı kitabda da maraqlı bir qeydə rast gəlmək mümkündür:

Deyirlər ki,Ərdəbildə böyük daş var,əlinlə onu vurduqda xoş səs çıxarır. Quraqlıq düşdüyü zaman bu daşı şəhərdən kənara çıxarırlar və o saat yağış yağır.

Onu yenidən şəhərə qaytaranda yağış kəsir.”(23.124).

Sibir türklərinin inanclarının mühüm tərkib hissəsi olan yada daşına və onun magik qüvvəsinə inam şamanist təsəvvürlərlə və bu təsəvvürlərin əsasında duran mifik təsəvvürlərlə birbaşa bağlıdır. Məsələn, teleutların təsəvvürünə görə, sözügedən daşın sahibi göyün 12-ci qatında yaşayan Yada Atadır (127.34-35).

Xalqımızın ilkin inam və etiqdlarının,ovçuluq,əkinçilik,maldarlıq həyatı ilə bağlı mifik təsəvvürləri bizə əsasən xalq yaradıcılığı nümumələri ilə gəlib çatmış-

dır. Bu nümunələr improvizə edilmiş formalarda,əksər halda isə türkdilli xalqların poetik yaradıcılığı üçün ənənəvi olan ibtidai ölçü qəliblərində yayılmışdır.Türk boy -larının ilkin magik təsəvvürlərinin poetikləşməsi ,şifahi bədii yaradıcılıqda əks olunması dövrünün məhsulu olan ovsunlar müəyyən mərhələdə ibtidai insanın gündəlik həyatında,həyatı dərketmə və öz bildiyi kimi idarə etmə prosesində mühüm mövqe tutmuşdur.Zaman keçdikcə,təbiətin sirləri insan üçün açıldıqca ovsun təsəvvürləri də zəifləmiş, bir janr kimi arxaikləşmişdir.

Ovsun sözün gücünə inamı əks etdirən bir janrdır.Bu janrda oxşar səslər, sözlər vasitəsilə insan psixikasına təsir göstərilir,sözün gücü,təsiri inamın təntənə-sinə çevrilir.

Xalq içərisində uzun müddət quraqlıq olarkən müəyyən “müqəddəs”ocaq-lardan götürülmüş daşları ortadan dəlib suya salardılar.Məsələn, Quba – Qonaq-kənd zonasında Baba dağdan gətirilmiş daşları suya salıb ipin başını sahildəki ağaclardan birinə bağlayardılar.İpin bağlandığı ağac adətən qarağac və ya fındıq ağacı olmalı idi.Daşlar suya salınarkən xorla oxuyardılar:



"Daş başım,

Yaş başım,

Yaş oldu

Üst-başım."

Sonra daşı suya salardılar.Bu vaxt ovsun oxunardı"

Suda daşım,

Baba daşım,

Gələr,getməz

Yağışım.

Suda daşım,

Yaş başım,

Yaş oldu

Üst-başım.”(24.12).

Folklorşünas alim Azad Nəbiyev deyir:

Məlumdur ki,hələ çox qədimlərdən arası kəsilməz yağışlar zamanı günəşi çağırış mərasimləri xalq arasında geniş yayılmışdı.İbtidai insanlar bu görüşlə bağlı ovsunlar da yaratmışlar.Onlardan biri belədir :Günəşin çıxmasını arzulayan insanlar Baba dağından gətirilmiş daşları ocaqda,küldə basdırar və ocaqda xəşil bişirərdilər. Xəşili ananın ilki çalmalı idi.Ovsunçu basdırılan daşların üstünə közləri yığa-yığa ovsun oxuyardı:

Qodu daşı,



Odu daşı,

Qodu kəssin

Yağışı.”

Sonra qızlar birlikdə oxuyurlar:

Budu daşı,



Bulutların

Kudu daşı,

Bişirmişəm

Xəmiraşı.

Qonaq gəlsin

Godu başı,

Gətirsin

Qızıl günü,

Aparsın

Yağışı.

Qodu daşı,

Odu daşı,

Qodu kəssin

Yağışı.” (24.12-13).

Qarğalar təpəsindən tapılan ocaq yeri və ocaqdan qaralmış daşlar bu qədim türk inancının köklərinin ən azı Eneolit dövrünə,yəni 6-8 min il öncələrə qədər uzandığını və bu mərasim zamanı oxunan ovsunların da 6-8 min il öncəyə aid po-etik nümunələr olduğunu sübut edir (1.32).Bu isə o deməkdir ki,Azərbaycanda türk-oğuz ağız ədəbiyyatının yaşı minilliklərlə ölçülür.

Nəsir Rzayev yazır:

Ovsunçuluq qədim mədəniyyətimizdə,folklorumuzda dərin köklər sal-dığı üçün onun ənənəvi davam edən izləri dövrümüzədək gəlib çıxmışdır.Bu izlər təsərrüfat həyatında,təbiətdə və məişətdə baş verən hadisələri ovsunlamaq məqsədi ilə,dilimizə canlı və cansız varlıqları ovsunlayan sözlər gətirmişdir.Azərbaycan ərazisində,son vaxtlara qədər ovsunlama ayinlərinin ayrı-ayrı formaları,daha doğ-rusu,fraqmentləri icra edilirmiş.Ovçuluq,maldarlıq,əkinçilik təsərrüfatlarına dair bir neçə ovsun ayini nümunəsi göstərək.Ovçu gələcək ovun müvəffəqiyyətlə keç-məsi üçün ovu nişan alaraq oxu atarkən belə deyir:



Haş getdi,

Huş getdi,

Bu ox sənə

Tuş getdi.

Maldar mal-qaranı canavardan qorumaq üçün bıçaq və ya qayçını bü-külmüş halda parçaya sarıyaraq deyir:

Qurdun ağzını bağladım.”(8.27).

Azərbaycanda geniş yayılmış ovsun folkloru nümunələrindən biri də

“Qurd ağzı bağlama” ovsunudur.Maraqlıdır ki,Gəmiqaya təsvirləri içərisində rast gəlinmiş bir təsvir bilavasitə qurd ağzı bağlama ovsunu ilə birbaşa bağlıdır. Sözü-gedən petroqlifdə qurd və qoyun,eləcə də onların arasından keçərək onları bir-birindən ayıran və ucu yumağa çevrilən ip şəkli çəkilmişdir.

Gəmiqayadan tapılmış bu petroqlifin əhəmiyyəti ondadır ki,onun ifadə etdiyi təsviri informasiyanın səsli-sözlü variantı da dövrümüzədək gəlib çatmışdır və o da “yağış çağırmaq” və “yağış kəsmək” ovsunları kimi sadə bayatı formasın-dadır.

Yağladım,

Dağladım,

Qurdun ağzın

Bağladım.

İstər bu fakt,istərsə də Qarğalı abidəsindən tapılan magik daşlar və müvafiq ovsun mətnləri folklor ədəbiyyatımızın, oğuz türkcəsində olan şerimizin ən azı 6-8 min il bundan öncə Azərbaycan ərazisində formalaşdığını sübut edir.

Oğuzların Azərbaycan ərazisində "kuti" etnoniminin Şumer-Akkad mənbələrində peyda omasından çox-çox öncələr yaşadıqları barədə çoxsayda təkzibedilməz dəlillər mövcuddur. Bu dəlillər içərisində ən maraqlılarından biri Azərbaycanın mərhum alimləri Ə.Hüseyni və C.Cəfərovun Qobustan və Gəmiqayadan üzə çıxardıqları türk soy və boylarının tamğalarıdır ki, onların da önəmli bir hissəsini oğuz tamğaları təşkil edir. Professor Cəfər Cəfərovun yazdığına görə, türk soy və boylarının ən qədim düşərgələrini, ata-baba yurdlarını,onların doğma vətənlərini,habelə mövcud olmuş ünvanlarını müəy-yənləşdirmək üçün həmin tamğaların müstəsna əhəmiyyəti vardır.Tamğa və işarələr, bir sıra başqa xalqlarda olduğu kimi,türk xalqlarının,o cümlədən Azərbaycan türklərinin də etnogenezində iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı nümunələri kimi qiymətlidir.Azərbaycanın bir sıra rayonlarından tapılmış və 10-12 min əvvələ və daha sonrakı dövrlərə aid edilən müxtəlif işarə və tamğalar haqqında Cəfər Cəfərov və Əbülfəz Hüseyni kimi tədqiqatçılar fikir söyləmiş, Əbülfəz Hüseyni Gəmiqaya təsvirləri,Cəfər Cəfərov Qobustan petroqlifləri içərisindən üzə çıxartdıqları, Firəngiz Muradova isə Şirvan zonasında tapdığı tamğalardan söhbət açmışlar.Müəlliflər bu işarələrin hansı soya mənsub olduğunu,həmin işarələrin qədim türk yazı sistemində paralellərini müəyyənləşdirə bilmişlər.

Maraqlıdır ki, həmin işarələrin paralellərinə digər qədim xalqların əlifba-larında da rast gəlinir.Məsələn,Yazıçıoğlu Əliyə görə 11-ci oğuz tayfası olan beg-

dililərin soy damğasına Gəmiqaya işarələri arasında cüzi fərqlə rast gəlinir. Qara-

noqayların as və ya az soyunun tamğası isə Sofu Novruz pirində tapılmış işarə ilə eyni olmaqla yanaşı, həmin işarəyə eramızdan əvvəl 3-cü əsrdə Hindistanda formalaşdığı ehtimal edilən brahmi əlifbasının “ça” və “ba” hecalarının qrafik təsvirində də rast gəlinir.(6.29-36).

Həmin əlifbada “tha”hecasını bildirən qrafem də ağnoqayların türkmən soyunun tamğası ilə eynidir və bu işarənin ən qədim nümunəsi gəmiqayadan tapıl-mışdır. Brahmi əlifbasındakı “dha” hecasının işarəsi isə qaranoğayların konqes və ya kəngər soyunun tamğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz pirində də rast gəlinməkdədir.

Maraqlıdır ki, Şirvan damğalarından bəziləri də sami əlifbalarındakı hərflərə uyğun gəlməkdədir.Belə ki,qaranoğayların qazan boyunun ergenekli soyunun damğası ilə eyni olan işarə eramızdan əvvəl 5-3 -əsrlərdə işlənmiş arami əlif-basının “h”hərfi ilə üst-üstə düşür. Şirvan tamğalarından bir qismi Dəməşq-səmud və Dəməşq-səfaid əlif-basının bəzi hərfləri ilə eynilik təşkil edir.

Qobustan və Gəmiqyadan tapılmış türk tamğalarının bir qisminin paralellərinə də Orxon və Yenisey əlifbalarında rast gəlinir.Beləki,bu tamğalarla sözügedən əlifbalardakı “nt” və ya “nd”, “ s” və ya “ş”, “ı” və ya “i”, “p”, “b”, “d”, “t”,“z”, “k”, “ç”səslərinin qrafik təsvirləri ilə eynidir (6.29-36).

Bütün bu faktlar Qobustan və Gəmiqaya təsvirlərini yaradan xalqın məhz əcdad türklər olduğunu təkzibedilməz şəkildə sübut etməklə yanaşı,ulu babalarımı-zın soy tamğalarının sonrakı dövrlərdə ən qədim fonetik və ideoqrafik əlifbaların qrafemlərinə çevrildiyini göstərir.Bu isə o deməkdir ki,Azərbaycan dünya yazı mə-dəniyyətinin ilk beşiyi olmuşdur. Bu taşğalardan bəzisi ağlasığmayacaq dərəcədə qədim dövrlərdən yadigar qalmışdır.

Mahmud Kaşğarlıya görə 6-cı oğuz boyu olan əfşarlara aid olan tamğaya, eləcə də Yazıçıoğlunun əfşarlara aid etdiyi , fəqət Mahmud Kaşğarlının təsvir etdiyi tamğadan fərqlənən tamğaya Gəmiqaya işarələri sırasında, eləcə də Abşeronun Duvannı qəsəbəsinin şimal-qərbində yerləşən Sofu Novruz qəbristanlığında qeydə alınmış tamğalar içərisində rast gəlinir.

Mahmud Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi bayandurların tam-

ğası isə Şamaxının Quşçu kəndində yerləşən Abdal damı mağarasında qeydə alın-mışdır. Maraqlıdır ki, bu işarənin ekvivalentinə Egey yazılarında da “şərab”mənası verən heroqlif kimi rast gəlinir.Yazıçıoğlu Əlidə 11-ci oğuz boyu kimi qeyd edlmiş begdelilərin tamğaları Gəmiqaya işaələri içərisində də qeydə alınmışdır.Eyni müəllifin 16-cı oğuz tayfası kimi göstərdiyi çepnilərin tamğası da eyni təsvirlər içərisində yer almaqdadır. Gəmiqayada rast gəlinən tamğalar içərisində Yazıçıoğlu Əlinin 19-cu oğuz boyu olduqlarını söylədiyi ulay-unduğların və Bahadır xanın 17-ci oğuz boyu kimi təsvir etdiyi samurların tamğaları da vardır (6.29-36).

Oğuzların ən azı Mezolit dövründən ölkəmizdə məskun olduqlarının başqa bir sübutu da var. Məlum olduğu kimi, Mezolit,yəni orta Daş dövrünün son mərhələsi üçün uzunluğu iki metrə çatan böyük öküz təsvirləri xarakterikdir.Bu rəsmlər konturlu xətlərlə ,əsasən realistik səpgidə işlənmişdir.Onlardan yuxarı mərəbədə yerləşmiş 42№-li daşın şərq tərəfindəki və 29№-li daşın mağara divarında cızılmış öküz təsvirlərini göstərmək olar.Bu təsvirlərdə sözügedən heyvanların güc və əzəməti ifadə edilmişdir (8.15).

Tarixçi alim İ.Avşarov yazır:

Azərbaycan ərazisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edilən heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada xüsusi yerə sa-hibdirlər.Təbii ki,bu,heyvanat aləminin ibtidai insanların həyatlarında oynadığı rolla bağlıdır.Təsadüfi deyil ki,bəzi heyvanlar qədim tayfa və qəbilələrin totemi kimi çıxış etmişlər.

Məlum olduğu kimi,oğuzlar çox qədim və zəngin mədəniyyətə sahib ol-muşlar.Tarixçi-etnoqraf Qoşqarlı özünün “Azərbaycanlıların maddi mədəniyyəti” adlı əsərində “Oğuznamə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz xanın Ayla Öküzün izdivacından döğulduğunu qeyd etmişdir.Elə bu səbəbdən də son Tunc-erkən Dəmir dövrləri abidələrindən əldə edimiş tunc kəmərlərin üzərində təsvir edilən öküz başlarının buynuzları aypara formasında təsvir edilmişdir.

Göründüyü kimi, Azərbaycanın qədim sakinlərinin inanc sistemində öküzə inam xüsusi yer tutmuşdur.Bu baxımdan Xocalı-Gədəbəy abidələrindən üzə çıxarı-lan fiqurların bir çoxu məhz öküz başı formasındadır.Belə fiqurlar Cənubi Azər-baycan və şimali Qafqaz ərazisindən də tapılmışdır.Rus alimi Avdeyevin fikrincə, öküzə inam ən qədin zamanlardan Qafqaz və Şərqdə geniş yayılmışdı.Azərbaycan ərazisində hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına da rast-lanmışdır.Məsələn,arxeoloq Resler Xocalı kurqanında apardığı qazıntılar zamanı belə bir məzara rast gəlmişdir.Burada dəfn edilmiş öküzün başına bütöv ayın rəmzi

olan dairəvi disk bərkidilmişdi.”(35.24).

Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər də oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər.Bu alimlər bu halda “Oğuznamə”də yer alan sözlərə istinad etmişlər:

Olsun dedilər.Onun anqağusu budur.”(10.124).

“ “Oğuznamə”nin uyğur versiyasının birnci səhifəsinin birinci sətrində təs-

vir edimiş göy öküz oğuzların əcdadı Oğuz xanın şəkli,daha dəqiq desək,anqağusu,

yəni ideoqrafik işarəsi kimi təqdim edilir.Bu şəkil əsərə sadəcə bir illüstrasiya ki-mi qəbul edilə bilməz.Çünki o,mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış edir və Oğuz xanın mətndəki sözlü təsviri ilə üst-üstə düşmür.Mətndə Oğuz xanın sözlü təsviri fərqlidirdir:

Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı,bir oğlu oldu .Bu oğlanın üzü göy idi.Ağzı atəş kimi qırmızı,gözləri ala,saçları,qaşları qara idi.Gözəllikdə mələkdən də gözəl idi...

...Ayağı öküz ayağına,beli qurd belinə,kürəyi samur kürəyinə,köksü ayı köksünə bənzəyirdi.” (10.124).

Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından gedir və onun xarici görünüşü bu təsvirdən əsaslı surətdə fərqlənir.Deməli,bu halda öküz təsviri

“Oğuz”kəlməsinin sadəcə ideoqrafik ifadəsidir.Elə bu səbəbdən də Əbülfəz Hü-seyni və Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər.Burada sıhbətin məhz piktoqrafik yazıdan, yəni şəkil-yazıdan getdiyini elm aləmində şərti olaraq “7gözəl”adlanan petroqlif də sübut etməkdədir.

Şərti olaraq, “7 gözəl”adlanan bu piktoqramda böyük öküz təsvirinin fonunda 8 qadın təsvir edilmişdir. Burada öküz oğuz xalqını,8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir.Nəzərə alsaq ki,ilk soybirləşmələri məhz Mezolit dövründə formalaşmışdır və bu birliklərdə birləşən soyların başında qadınlar dururdu,tam cəsarətlə deyə bilərik ki,burada söhbət 8 oğuz soyunun birləşməsini ifadə edən böyük bir qəbilədən,daha doğrusu bu qəbilənin özünü ifadəsindən gedir.

Orxon-Yenisey mətnlərində Üçok,Onok,Onuyğur,Otuztatar,Üçoğuz, Altıo-ğuz,Doqquzoğuz,Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybir-ləşməsindən də söhbət açılmaqdadır. Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir cümlə yer almaqdadır:

"Səkkizoğuz,Otuztatar qalmadı gəldi...” (11.150 ).

Doğrudur, mütəxəssislər sözügedən petroqlifdə öncə 7 qadının təsvir edildiyini, 8-cinin isə sonradan əlavə edildiyini qeyd edirlər. Elə bu üzdən də təsviri "7 gözəl adlandırmışlar. Fəqət bu hal işin mahiyyətini dəyişmir. Bu o deməkdir ki, öncə 7 oğuz qəbiləsi ittifaq bağlamış, sonra 8-ci qəbilə də bu ittifaqa qəbul edilmiş, nəticədə təsvirdə korrektə edilmişdir. Arxeoloqların fikrincə, petroqlifdəki qadınları bir-birindən fərqləndirən cizgilər onların, deməli, həm də ayrı-ayrı soyların qəbilə ittifaqındakı, yəni boydakı ictimai mövqelərinə işarə etməkdədir.

Elmdə kutilərin dilini Elam-Zaqroş(?!) və Qafqaz dillərinə bağlamaq cəhdləri də olmuşdur. Bu barədə Nizami Xudiyev yazır:

"Ön Asiyanın qədim dillərində-yazılı abidələrində bir sıra türk sözləri (güman ki, Azərbaycan ərazisində yaşayan türklərin dillərindən keçmiş) qeydə alınmışdır ki,bu, türk etnoslarının Azərbaycanda, ümumən Ön Asiyada...müəyyən rol oynadıqlarını təsdiq edir. Azərbaycan ərazisində ən qədim zamanlardan məskunlaşan kuti və lullubilər, məlum olduğu kimi, şumer və akkadlarla sıx əlaqə şəraitində yaşamış, daha doğrusu o zamana qədər mövcud olan münasibətləri yeni tarixi şəraitdə davam etdirmişlər.

Azərbaycan ərazisində mövcud olan...bu ən qədim tayfaların dil mənsubiyyəti barədə daha hansı mülahizələr mövcuddur? İlk tədqiqatçılar lullubi dilini elam dilinə qohum hesab edirdilər. Elam dilinin ilk tədqiqatçılarından Q.Hüzinq lullubi, həm də kuti dilini elam dilinə, sonuncusunu isə Qafqaz dilləri ailəsinə daxil etmişdir. Q.Kameron həmin dillərin elam dilinə aid olduğunu göstərmişdir. A.Şpayzer regionun bir sıra toponimlərinin müqayisəsinə əsaslanaraq kuti, lullubi və elam dillərini Zaqroş dil qrupunda birləşdirmişdir. Q.A.Melikaşvili elam, kassi, kuti və lullubi dillərini Zaqr-elam dil qrupuna daxil etmiş və həmin qrup dillərin Qafqaz dillərinə yaxın olduğunu göstərmişdir. E.Hersfeld elamları elamları,kassiləri, kutiləri, lullubiləri və s. eyni etnolinqvistik qrupa aid etmişdir. İ.M. Dyakonov kuti və elam dillərinə aid etmiş və eyni xamanda kutilərin dili ilə Qafqaz albanlarının dili arasındakı qohumluq ehtimalından danışmış, sonra isə lullubi etnosunun mövcudluğunu inkar edib kutilərin dilini şimal-şərqi Qafqaz qrupuna daxil etmişdir. İ.Əliyev kuti dilinin Qafqaz, lullubi dilinin isə kassi və elam dillərinə yaxınlığını qeyd etmişdir və s. və i.a." (70.15).

Maraqlıdır ki, bu gün dilçilik elminə nə "Elam-Zaqroş", nə də "Zaqr-elam" adlı dil qrupları məlum deyildir. Bu "qrupları" böyük tarixçi alim olmalarına baxmayaraq, dilçilik sahəsində tam diletant olan elm adamları uydurmuşlar və bu cür uydurmaların heç bir ciddi elmi əsası yoxdur (100.304-329). Qədim elam dilinə gəldikdə isə, onun Qafqaz dilləri ilə qohumluğu barədəki fərziyyələr özünü doğrultmamışdır və dilçi alimlər həmin dili dravid dilinə qohum sayırlar (1.86).

Mövzu ilə bağlı, şübhəsiz ki, bizim üçün ən mötəbər fikir qədim şərq dilləri və mixi yazılar üzrə görkəmli mütəxəssis Yusif Yusifovun və ömrünü bu kimi məsələlərə həsr etmiş professional dilçi alim Firidun Ağasıoğlunun fikirləridir. Xüsusən də həm böyük tarixçi, həm də böyük dilçi olmuş mərhum Yusif Yusifovun söylədikləri maraq doğurmaqdadır:

"Kutilərin dil və etnik mənsubiyyəti barədə müxtəlif fərziyyələr irəli sürülmüşdür. Q.Hüzinq və F.Borkun elam dilinə aid araşdırmalarında kuti dilinin elam dilinə qohum olması və bunların öz növbəsində Qafqaz dilləri ilə qohumluq təşkil etməsi barədə mülahizə irəli sürülmüşdür. Lakin bu qohumluğu göstərə biləcək dəlillər gətirilməmişdir. Digər ehtimala görə (Z.Yampolski), kuti adı sonralar antik qaynaqlarda Azərbaycan ilə əlaqədar yad edilən "uti" etnoniminin ilkin forması olmuşdur, yəni sonrakı dövrlərdə guya "k" səsi düşmüşdür. Lakin bu hal da müşahidə olunmur. Əksinə, mixi qaynaqlar göstərir ki, kuti və utu // itu (uti adının ilkin forması) tayfa adları müxtəlif formalarda işlənirdilər." (1.81).

Yusif Yusifov eyni zamanda bildirir ki, utu // itular turuk (türk) etnosuna mənsub idilər (1.80). Alimin fikrincə, kutilər türkdilli olmuşlar (1.82).

Elmi ədəbiyyatda, kutiləri utilərl, sonuncular isə udinlərlə eyniləşdirmək meylləri hələ də davam edir. Halbu ki, kuti, uti və udinlər tamam başaqa xalqlar olmuşlar. Yuxarda qeyd etdiyimiz kimi, e.ə.Vlll-Vll əsrlərə aid aşşur mixi mənbələrində "uti" (utu, itu) adlı etnonimə də rast gəlirik. Bu barədə Yusif Yusifov yazır:

"Eyni zamanda qaynaqlar burada turukki və lullularla əlaqədar Uta/Utem (-m şəkilçidir) ölkəsinin adı çəkilir. Şübhəsiz, ad Utu/İtu etnonimindən əmələ gəlmişdir. Məlum olduğu kimi utu/itu tayfası sonralar (e.ə. Vlll-Vll əsrlər) Assuriyada (Aşşurda) muzdlu döyüşçü sifətilə hərbi xidmətə cəlb olunurdular. Utu/itular turukki etnosuna mənsub idilər. Çox güman ki, utu/itu tayfa adı sonrakı (e.ə. V əsrdən etibarən) Azərbaycan ərazisində çox geniş təmsil olunmuş "uti" tayfa adının ilkin formasını təşkil edirdi. Etnonim hun tayfalarından olan türk mənşəli "utiqur" (uti xalqı) adını təmsil edir." (1.80).

Biz utilərin utiqurlarla eyniləşdirilməsini düzgün saymırıq və utiqurlarla bağlı fikrimizi kimmerlərdən söz açarkən ortaya qoyacağıq.

Mixi yazılara istinadən, kuti və utilərin qohum olmalarına baxmayaraq, ayrı-ayrı etnik qruplar olduğunu göstərən Yusif Yusifov (1.81) eyni mənbələrdə udinlərin də adına fərqli bir etnonim kimi (udin adamı) rast gəlindiyini göstərmişdir (1.80).

Uti və udinlərin ayrı-ayrı etnuk qruplar olduğu və Qafqaz Albaniyasının fərqli bölgələrində yaşadıqları Musa Kağankatlının "Alban tarixi" kitabından da açıq aydın sezilməkdədir. Musa Kağankatlı özünün "Alban tarixi" kitabında Yafəs soyundan olan Albaniya hökmdarı Aranın adını çəkərək bildirir ki, albanlar,utilər və qarqarlar bu hökmdarın nəslindəndirlər.Bu məlumatı əldə əsas tutan və utiləri qafqazdilli udinlərlə eyniləşdirən bəzi mütəxəssislər utilərlə birlikdə albanları və qarqarları da qafqazdilli xalq hesab etmişlər.Halbuki, utilər və udinlər ayrı-ayrı xalqlar olmuş və Albaniyanın öz adları ilə adlanan iki fərqli bölgəsində yaşamışlar.Bu bölgələrdən biri Bərdə ətrafında yerləşirdi və Uti vilayəti adlanırdı. Digəri isə Şəki ətrafında idi və Udin vilayəti adlanırdı. Musa Kağankatlı yazır:



"Müqəddəs Ruhun mərhəməti ilə üç xalqa,yəni ermənilərə,albanlara və gürcülərə əlifba düzəldən ...şəxs sonralar Qüds şəhərinə ziyarətə gedir...Qüdsdən

qayıdanda Erməniyyəni keçir və Şərq ölkəsinin Uti vilayətinə gəlir...O, xaçpərəstliyi burada yenidən canlandırıb, möhkəmləndirir və Udin vilayətində Albaniya,Lpiniya,Kaspiya,Çola keçidinə qədər uzanan torpaqlarda... İncili təbliğ edir." (66.51-52).

Gördüyümüz kimi, Uti və Udin Şərq ölkəsinin, yəni Albaniyanın fərqli vilayətləri idilər və burada fərqli xalqlar yaşayırdı. Bu məsələ mövzumuz baxımından o qədər əhəmiyyətlidir ki, onun üzərində bir qədər ətraflı durmağa ehtiyac var. Mövzu ilə bağlı Qiyasəddin Qeybullayev yazır:



"Hazırda Azərbaycanda yaşamaqda olan qafqazdilli xalqlardan biri də udinlərdir. Onlar özlərini "udi" adlandırırlar... Udi etnonimini, ilk dəfə Herodot və Strabon tərəfindən Midiya sakinləri kimi yad edilən utilərlə bağlayırlar.

Uti qəbiləsi ilə bağlı məsələ Albanşünaslıqda xüsusi yerə sahibdir, çünki bəzi mütəxəssislər, yuxarıda qeyd edildiyi kimi, udinləri alban etnosu ilə eyniləşdirirlər. Z.İ. Yampolskinin yazdığına görə, "Albaniyanın köklü əhalisi özünü uti adlandırırdı". Belə bir fikir də var ki, alban əlifbası udin dili əsasında yaradılmışdır. İ.Q. Əliyev də utiləri Albaniyanın başlıca qəbiləsi hesab edirdi. V.L.Qukasyan isə bildirmişdir ki, "uti-udinlər Qafqaz Albaniyasının tayfa ittifaqına daxil idilər və burada aparıcı rola sahib idilər." (55.143).

Bu fikirlərlə razılaşmayan və haqlı olaraq, Albaniyanın aparıcı etnosunun albanlar olduğunu və albanlarla udinlərin eyni dildə danışmadıqlarını bildirən (55. 143), alban əlifbasının da udin dili əsasında deyil, qıpçaq-qarqarların dili əsasında yaradıldığını çoxsaylı mənbələrlə isbat edən (55.77-82) Qiyasəddin Qeybullayev qeyd edir ki, Albaniyadakı utilərin mənşəyi hələlik tam müəyyənləşdirilməmişdir:



"Ən başdan qeyd edək ki, ədəbiyyatda yanlış olaraq, Strabonun "Uti"si, Ptolomeyin cənubdakı, Atropatena ərazisindəki "Otiena"sı, qədim erməni mənbələrinin Kür-Araz hövzəsində qeydə aldığı "Uti" və Ermənistanda, Sevan (Göyçə gölü) bölgəsindəki Uti vilayəti eyniləşdirilmişdir və bu üzdən də qarmaqarışıqlıq yaranmışdır." (55.143).

Udinlərin mənşəyi ilə bağlı ən düzgün fikri L.M.Meliksetbekov irəli sürmüşdür. O, udinlərin Albaniyaya qədim Urartu mənbələrində Uduri-Etiuni kimi qeyd edilən, Ağrı dağı yaxınlığında yerləşmiş Niq bölgəsindən gəldiklərini göstərmişdir (145). O, haqlı olaraq göstərmişdir ki, bu etiunlar-udinlər ilk öncə Kür çayının sağ sahilinə, Ptolomeyin "Niqa" adlandırdığı Alazan-İberiya vadisinə gəlmiş, oradan Kürün sol sahilinə keçmiş və özləri ilə birlikdə sonralar "Nic" (Qəbələ rayonu) şəkli alan "Niq" toponimini də gətirmişlər.

Meliksetbekovun bu fikri ilə razılaşan Qiyasəddin Qeybullayev Ptolomeyin Kür sahilindəki bir vilayəti "Toten vilayəti" adlandırdığını xatırladır, "Toten" toponiminin "Oten" (Udin) toponiminin bir qədər təhrifə uğramış forması olduğunu qeyd etir, utilərə gəlincə isə, Herodot və Starbona və çağdaş alimərin əsərlərinə istinadən yazır ki, onlar Albaniya ərazisinə cənubdan gəlmişdilər (55. 145).

Deməli, utilər qədim mixi yazıların qeydə aldqqları utu/itulardır ki, sonrakı dövrlərdə Musa Kağankatlı onların "Uti" adlanan vilayətdə (Bərdə və ətrafı) yerləşdiklərini yazmışdır (66.51-52). Etiun/udinlər isə qədim Urartu ərazisindən köçərək Musa Kağankatlının "Udin" adlandırdığı bölgədə (Qəbələ-Oğuz bölgəsi) məskən salmışlar və bugünə qədər həmin bölgədə yaşayırlar. Maraqlıdır ki, qafqazdilli udinlərin ilk vətənləri olmuş Urartu əhalisi də qafqazdilli idi.

Elm aləmində "Vll əsr erməni coğrafiyası" kimi tanınan əsərdə Uti vilayətinin coğrafiyası baxımından çox önəmli bir məlumat bulunmaqdadır. Sözügedən əsərdə Arsax (Qarabağ) və Kür çayı arasındakı 7 alban vilayəti içərisində Uti vilayətinin də adı çəkilməkdə, Partav (Bərdə) şəhərinin bu vilayətdə yerləşdiyi qeyd edilməkdə, bu vilayətlərdən birinin Uti ilə həmsərhəd Şakaşen (Sakasena, saklar ölkəsi) olduğu göstərilməkdədir (146.51).

Yuxarıda söylənilənlərdən çıxan və bizim üçün böyük önəm daşıyan nəticə budur:

1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə