Bərpa olunmayan ehtiyatlara daş kömür, neft, əlvan metallar və s kimi istifadə nəticəsində sərf olunan sərvətlər aiddir




Yüklə 0.76 Mb.
səhifə7/7
tarix22.02.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7

DB-nin strukturları:

IBRD; IFC (International Finance Corporation);

IDA (International Development Agency );

MIGA (Multinational Investment Guarantee Agency);

ICSID (International Center for Settlement of Investment Disputes).

Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir.

Bank yaradılarkən ilkin məqsədi II Dünya Müharibəsində dağıntılara məruz qalmış ölkələrdə yenidənqurma işlərinin həyata keçirilməsi və maliyyələşdirilməsi olmuşdur. Bu bankı digər banklardan fərqləndirən bir çox xüsusiyyətlər var. Bu bankda heç bir kəs hesab aça bilməz.Bu bankın müştəriləri yalnız dövlətlərdir.Dünya Bankı dünya iqtisadiyyatının və bir çox digər sosial-mədəni sahələrin inkişaf etdirilməsində əvəzsiz rola malikdir. Adından məlum olduğu kimi Dünya Bankı dünyanın əsas mərkəzi bankıdır. Belə ki, Dünya Bankı dünya ölkərinin bank sektorunu tənzimləyir, yəni o bankları vaxtaşırı məlumatlarla və öz məsləhətləri ilə təmin edir. Dünya Bankı fəaliyyətinin əsas istiqaməti iqtisadi keçid dövründə olan inkişaf etməkdə olan ölkələrə və yoxsul ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq, həmçinin üzv dövlətlərin inkişafını təmin etməkdir.


  1. Sual




  1. Sual

Dünya iqtisadiyyatının qlobal inkişafında müəyyən şəraitdə prioritet xarakter kəsb edən problemlər mövcuddur. Yer kürəsi əhalisinin artımı ilə əlaqədar hazırda əsas problem aclıq problemi, daha doğrusu, ərzaq məhsulları istehsalı və onların istehlakı problemidir. Ərzaq təhlükəsizliyinə ölkənin iqtisadi sisteminin vacib keyfiyyət xarakteristikası kimi baxılmalıdır. “Ərzaq təhlükəsizliyi” termini beynəlxalq təcrübəyə 1972-1973-cü illərin taxıl böhra­nın­dan sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən daxil edilmişdir.

Dünya üzrə ərzaq problemi cəmiyyətin bir çox sosial-iqtisadi problemləri ilə bağlıdır. Burada istehsalın hərəkəti, gəlirlərin dinamikası və bölgüsü, sənayeləşmə və şəhərləşmə prosesi, şəhərin real tələbindən artıq kəndlərdən olan axın və digər amilləri qeyd etmək olar.

Dünya ərzaq probleminin təkamülündə təbii ehtiyatların mövcudluğu, iqtisadi inkişaf səviyyəsi, yığımın artım sürəti, kənd təsərrüfatının texniki silahlanma səviyyəsi, qabaqcıl istehsal metodlarından istifadə edilməsi, əhalinin məşğulluq və təhsil səviyyəsi, iqtisadiyyatda dövlətin rolu, siyasi dairələrin inkişaf səviyyəsi, demokratik idarəçilik formalarının mövcudluğu və s. kimi amillər həlledici rola malikdirlər.

Hər bir ərazi və ölkənin iqlim şəraitindən, peşəkarlıq ənənələrindən, hansı qurşaqda yerləşməsi və s. dən asılı olaraq insanların normal yaşaması üçün hansı məhsullardan nə qədər qəbul etməsi normallaşdırılır. Bu normalar əsasından insanlar hər gün müəyyən qədər zülallar, yağ və piy, karbohidratlar şəklində enerji qəbul etməlidirlər. Bu göstərici gündəlik enerji – k.kalori adlanır. Bu göstəriciyə görə ayrı-ayrı ölkələr və ərazilər arasında kəskin fərq vardır. Beləki, 1990-1992-ci illərdə dünya üzrə hər nəfər orta hesabla, 2710 kkalori istehlak etdiyi halda, bu göstərici inkişaf etmiş sənaye ölkələrində 3330 kkalori, inkişaf etməkdə olan ölkələrdə isə 2520 kkalori olmuşdur (1960-cı illərdə bu fərq daha artıq idi). İnkişaf etməkdə olan ölkələrin bir çoxu aclıq içində yaşayır. Beləki, Braziliya əhalisinin 25 %-ə qədərinin, Nigeriya əhalisinin 30-33 %-nin Hindistan əhalisinin 50 %-nin istehlak etdiyi əmtəə və xidmətlərin gündəlik həcmi 1 dollardan azdır (Belə ölkələrin sayı çoxdur). Bu cür ölkələrdə savadsızların sayı daha çoxdur.

Kənd təsərrüfatının quruluşunda və eləcə də insanların qida məhsulları ilə təmin olunma dərəcələrində müəyyən dəyişiklik yarandıqda həmin məhsulların nisbəti də dəyişir. Məsələn, Insanların tələbatının ödənilməsinin 1995-ci ildə 56%-i taxıl; 7%-i kökümeyvəlilər; 10%-i meyvə və tərəvəz; 7%-i şəkər; 9%-i piy və yağ; 11%-i heyvandarlıq məhsulları hesabına həyata keçirilmişdir. 2003-cü ilin məlumatına görə bu nisbət ayrı cür olmuşdur: taxıl – 48 % (Azərbaycanda – 66%); ət və balıq – 9 %; piy və yağ – 10 % ; tərəvəz və meyvə - 8 % ; şəkər – 9 % ; kökümeyvəlilər – 5 % ; süd – 4 % təşkil etmişdir.

Ümumiyyətlə əhalinin ərzaq məhsulları ilə təmin olunmasının 84%-i bitkiçilik, 16%-i isə heyvandarlıq məhsulları hesabına formalaşır. Ərzaq məhsulları ilə təmin olunmada taxıl daha həlledici rola malikdir.



  1. Sual




  1. Sual

Işçilərin sayına və istehsal etdiyi məhsulun maya dəyərinə görə maşınqayırma sənaye sahələri arasında 1-ci yeri tutur. Maşınqayırmanın əsas xammalını metallurgiya sənayesi verir. Lakin ETI dövründə maşınqayırmada metala olan tələbat kəskin azalmış, süni materiallara və ixtisaslı kadrlara tələbat artmışdır. Maşınqayırmanın əmək və elm tutumlu sahələrinə tələbat artdığından, maşınqayırma müəssisələri iri şəhərlərə və elm mərkəzlərinə meyl edir.

Dünya maşınqayırmasının 3 iri mərkəzi var:



  • ABŞ,

  • Yaponiya,

  • Qərbi Avropa

ABŞ, Yaponiya, AFR, Fransa, B. Britaniya, Italiya, Çin, Kanada, Braziliya və Rusiyada maşınqayırmanın bütün sahələri inkişaf edib.

Maşınqayırma üçün avtomatlaşdırma, ixtisaslaşdırma və koopretivləşdirmə xarakterikdir. Bu sahə –metal, ixtisaslı kadr, çoxlu işçi qüvvəsi və enerji tələb edir. Maşınqayırma –metallurgiya, kimya, meşə, yüngül sənaye sahələri ilə əlaqəyə girib onlardan metal plastik kütlə, boya, lak, rezin parça taxta və s. alır və az məhsullarını bütün təsərrüfat sahələrinə göndərir.

Dağ-mədən avadanlığı, traktor və dəzgahqayırma kimi ağır maşınqayırma sahələri metal tutumlu olduğundan bu sahələr metallurgiya bazaları yaxınlığında yerləşdirilir.

Cihazqayırma, elektrotexnika, robot və EHM istehsalı, aviasiya, nəqliyyat maşınqayırması isə çoxlu işçi qüvvəsi və ixtisaslı kadrlar tələb etdiyindən iri şəhərlərdə və elm mərkəzlərində yerləşdirilir.

Müxtəlif maşınların hazırlanmasına görə aşağıdakı dövlətlər fərqlənir.

1. Avtomobil – Yaponiya, ABŞ, AFR, Fransa, Italiya, B. Britaniya, Rusiya. Ispaniya, Kanada, Braziliya.

2. Aviasiya (təyyarə) ABŞ, Rusiya, Fransa, B. Britaniya, Kanada

3. Gəmiqayırma – iri dəniz limanlarında – Marsel, Hamburq və Yokohamada inkişaf edib. Gəmi istehsalına görə əsasən Yaponiya və Cənubi Koreya. Qismən İsveç, Fransa və AFR fərqlənir.

4. Elektron (robot) Yaponiya, ABŞ və AFR

5. Vaqon — ABŞ, Fransa, AFR, B. Britaniya, Yaponiya

Televizor – Çin, ABŞ, C. Koreya, Yaponiya, Rusiya

Dəzgah — ABŞ. Rusiya, AFR, Yaponiya, Çin

Traktor — Rusiya, Yaponiya, ABŞ, Hindistan, Italiya. Bu sahə metallurgiya bazalarına və tələbat rayonlarına (k/t rayonlarına) meyl edir.


  1. Sual

Metallurgiya sənayesi 2 sahədən – qara və əlvan metallurgiyadan ibarətdir. Burada əsas rol qara metallurgiyaya məxsusdur. Bu sahə də material tutumlu olduğundan xammal və yanacaq mənbələri yaxınlığında yerləşdirilir. Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir. Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqun → polad→ prokatın alınması. Qara metallurgiyanın əsas xammalı kokslaşan kömür və dəmir filizi; əsas məhsulları isə çuqun, polad və prokatdır. Çin, Braziliya, Avstraliya, Ukrayna, Hindistan, ABŞ, Rusiya, Kanada və CAR zəngin dəmir filizi yataqlarına malikdirlər. Dəmir filizinin başlıca ixracatçıları — Braziliya, Avstraliya, Hindistan, Kanada, Rusiya; başlıca idxalçıları isə Yaponiya, ABŞ, Avropa ölkələridir.

Qara metallurgiya müəssissələrini kömür və ya dəmir filizi yataqlarına yaxın və ya onların arasında yerləşdirirlər. Rusiya, Çin, Ukrayna və Hindistanda qara metallurgiya yerli yanacaq və xammal hesabına fəaliyyət göstərir.

Metalın əsas hissəsi metallurgiya kombinatlarında istehsal olunur. Metallurgiya kombinatları əmək məhsuldarlığını artırır, məhsulun maya dəyərini aşağı salır və vəsaitə qənaət etməyə imkan verir.

Əsas polad istehsal edən ölkələri ölkələr — Yaponiya (1-ci yer) ABŞ, Çin, Rusiya, AFR və Ukraynadadır. Yerli xammal olmadığından Yaponiya, AFR, Fransa və Italiyada polad gətirilmə xammalı əsasında əridilir. ETI dövründə IEÖ-lərdə qara metallurgiya gətirmə xammala əsaslaqndığından əsasən dəniz limanlarında və nəqliyyat qovşaqlarında yerləşdirilir. Son zamanlar iri metallurgiya kombinatlarının əvəzinə tələbat rayonlarında kiçik metal əritmə sexləri fəaliyyət göstərir. Son illərdə IEÖ-lərdə az metaltutumlu sahələrin daha çox inkişaf etməsi və plastik kütlənin metallı əvəz etməsi nəticəsində qara metallurgiya sənayesinin inkişafının sürətinin xeyli azalmasına səbəb olub. Nəticədə ucuz işçi qüvvəsinin və bol xammal bazasının olması «çirkli» sənaye sahələrinin IOÖ-lərə köçürülməsi siyasətinin aparılması nəticəsində IOÖ-lərdə bu sahə daha sürətlə inkişaf edir.

IOÖ-lərdən alınan, daha ucuz başa gələn dəmir filizindən istifadə edilməsi nəticəsində Qərbi Avropadakı bəzi yataqlarda dəmir filizi hasilatı dayandırılmışdır.

Əlvan metallurgiya — əlvan metal və ərintilərin hasilatını, saflaşdırılmasını və əridəlməsini birləşdirir. Əlvan metallar aşağıdakı qruplara ayrılır:

1. Ağır metal — mis, qalay, qurğuşun, sink, nikel və s.

2. Yüngül metal — alüminium, maqnezium, titan və s.

3. Çətin əriyən – volfram, molibden və s.

4. nadir metallar — uran, germanium və s.

5. Qiymətli metal — qızıl, gümüş, platin. CAR, Rusiya və ABŞ- ən çox qızıl ehtiyatlarına malik ölkədir. Ağır metal filizlərinin (məs. mis və sink) tərkibində metalın miqdarı az olduğundan xammal bazalarına meyl edir.

Mis ən çox Mərkəzi Afrika və And dağlarında çıxarılır. Misin ilkin emalı- onun hasilatı, saflaşdırılması və qara misin alınması – Çili, Peru, Zair, Zambiya, Konqo, Filippin və s. mis filiz yataqları ilə zəngin olan IOÖ-lərdə yerləşir. Misin alınmasının son mərhələsi isə IEÖ-lərdə cəmləşib. Misin emalı ekoloji cəhətdən «çirkli» olduğundan son zamanlar IOÖ-lərdə mis emalının bütün mərhələləri inkişaf edir. Mis idxal edən ölkələri – ABŞ, Fransa, AFR, Italiya, Yaponiya və s. IEÖ-lərdir.

Kanada, Rusiya, Çili və Konqoda mis sənayesi yerli xammal əsasında formalaşır.

Misdən həm hazır, həm də qalayla (bürünc), nikellə (melxior), alüminiumla (düraliminium) və sink ilə (latın) ərinti halında maşınqayırma və elektrotexnikada istifadə edirlər.

Qurğuşun hasilatı – Rusiya, Avstraliya, Kanada, Peru, ABŞ və Meksikada, qurğuşun istehsalı isə ABŞ, Rusiya və Qərbi Avropa ölkələrində (yalnız IEÖ-də)

Qalay hasilatı — Boliviya və Cənub –Şərqi Asiyada yerləşmiş qalay qurşağındadır. (Malayziya və İndoneziya)

Son illərdə atom energetikasının inkişafı ilə əlaqədar uran hasilatı artırılmışdır.

Alüminium – yer qabığında ən geniş yayılmış metal olub, təyyarə və gəmiqayırmada geniş istifadə olunur. Alımım filizinin tərkibində 49-60 % alımınam olur. Alüminim –metallurgiya sənayesinin ən çox elektrik enerjisi tələb edən sahəsi olduğundan alüminium zavodlarını iri elektrik stansiyalarının yaxınlığında tikilər. Alüminiumun xammalı — boksit, nefelin və alunitdir. Avstriya, Rusiya, Braziliya, Macarıstan, Yamaya, Surinam, Çin, Hindistan, Qvineya və Qayana boksit yataqları ilə zəngindir. Boksitin tərkibində alüminium çox olduğundan, onu iri elektrik stansiyası olan istehlak rayonlarına göndərirlər.

Çin və Azərbaycan alunit yataqları ilə zəngindir. Alüminium istehsal edən başlıca ölkələr – ABŞ, Yaponiya, AFR, Rusiya, Kanada və Norveçdir.

Yaponiya, Kanada, Norveç Islandiya, İsveçrə, Avstriya, BƏƏ və Bəhreyn ölkələrində alüminium xammalı olmasa da ucuz elektrik enerjisi hesabına gətirilmə xammal əsasında onu əridir və ixrac edirlər.

Alüminium istehsalı 2 mərhələdən keçir. I mərhələdə alüminium oksidi, II mərhələdə isə alüminium alınır.

Beləliklə ağır metallurgiya sahələri xammal bazalarına, yüngül metallurgiya sahələri isə enerji mənbələrinə meyl edir. Son vaxtlar metallurgiyanın yeni sahəsi olan elektrometallürgiya güclü inkişaf edir.


  1. Sual

Dünya təsərrüfatının qloballaşması və beynəlxalq əmək bölgüsünün dərinləşməsi ümumilikdə beynəlxalq ticarətin inkişafını artırır. Lakin etiraf etməliyik ki, kənd təsərrüfatı xammalının və ərzaq məhsullarının beynəlxalq ticarətinin artım sürəti hazır sənaye məhsullarına nisbətən geri qalır. Ona görə də dünya ticarət dövriyyəsində aqrar sahədən olan məhsulların xüsusi çəkisi azalaraq cəmi ixracın 12 %-ni təşkil etmişdir. Bu vəziyyət aqrar sahədən olan ixracın zəif artdığını göstərir. Real gerçəklikdə idxal və ixrac istər fiziki və istərsə də dəyər baxımından ardıcıl olaraq artır.

Bütövlükdə kənd təsərrüfatı istehsalının həcminə və eləcə də ərzaqla təmin olunma dərəcəsinə görə ayrı-ayrı ərazi və ölkələr bir-birindən kəskin fərqlənirlər. Lakin beynəlxalq ticarətin inkişafı nəticəsində dünya miqyasında bir ölkədə olan qıtlıq digər ölkələrdə olan artıq məhsullarla əvəz edilə bilir. Beləliklə, dövlətlər arasında ərzaq məhsullarının satışı həyata keçirilir.



Ərzaq məhsullarının beynəlxalq ticarəti dedikdə bitkiçilik, heyvandarlıq, meşə təsərrüfatı, balıqçılıq məhsulları, onların emalı nəticəsində alınan yarımfabrikat və hazır məhsulların satışı nəzərdə tutulur.

Ərzaq məhsulları üzrə dünya bazarında taxıl və onun emalı, zeytun yağı, bitki yağları, piylər, şirə (cecə), tərəvəz və meyvə, ət və ət məhsulları, süd məhsulları, qəhvə, kakao, çay, şəkər, balıq, dəniz məhsulları və s. daha çox xüsusi çəkiyə malikdirlər. Balıq, çay, tərəvəz, meyvə və bəzi digər məhsullar hərracla (auksionlar) yolu ilə satılır (hərraclarda dünya qiymətləri müəyyənləşdirilir ). Bəzi ərzaq məhsullarının dünya qiymətləri əsas idxal və ixrac ölkələrinin qiymətləri ilə müəyyənləşdirilir. Məsələn, qoz, quru meyvə, bal üzrə qiymətlər London bazarında, tərəvəz və meyvələrin qiymətləri Paris topdansatış bazar qiymətləri və yaxud Almaniyanın idxal qiymətləri ilə müəyyənləşdirilir.

Hava şəraiti, tələb və təklifin mövsümi xüsusiyyəti, müxtəlif növ məhsulların, ticarət mərkəzlərinin çoxluğu, birja əməliyyatlarında bəzi alverçilik imkanları və s. kimi amillərin təsiri altında bəzi ərzaq məhsullarının qiymətləri o qədər də sabit olmur.

Qiymətlərə daha çox təsir edən amillərdən biri də süni və sintetik əvəzedici məhsullarla olan rəqabətdir (bu daha çox kənd təsərrüfatı xammallarına aiddir).

Bu rəqabət nəticəsində təbii məhsullarla sintetik məhsulların qiymətlərində yaxınlaşma baş verir. Hətta bəzən sintetik məhsulların qiymətləri təbii məhsullar üçün müəyyənedici olurlar. Əlbəttə, tarif və qeyri tarif tənzimləmələri, maliyyə subsidiyaları kimi xarici ticarət siyasəti qiymətlərə təsir edir.

Başqa məhsullarda olduğu kimi ərzaq məhsullarının qiymətlərində yaranan bu kimi qeyri sabitliyin aradan qaldırılması üçün Beynəlxalq əmtəə razılaşmaları, idxal-ixrac kvotaları, bufer ehtiyatları və digər mexanizmlər vasitəsilə (qəhvə, kakao, şəkər, buğda və s. üzrə) təsir göstərirlər.

Onu da qeyd etməliyik ki, bu ölkələr (Yaponiya, Braziliya, Meksika, Avstraliya və Rusiyadan başqa) Eyni zamanda ərzaq məhsullarının həm ixrac və həm də idxalı üzrə qabaqcıldırlar.

Mal əti ixracı üzrə - Avstraliya, Braziliya, ABŞ, Aİ, Yeni Zelandiya, Argentina, Kanada, Uruqvay.

Donuz əti ixracı üzrə - Aİ, ABŞ, Kanada, Şərqi Avropa ölkələri.

Qoyun əti üzrə - Yeni Zelandiya və Avstraliya.

Quş əti üzrə - Aİ ölkələri və ABŞ fərqlənirlər.

Süd məhsullarından – Pendir, kərə yağı, quru süd ticarəti daha genişdir. Bu məhsulların ixracında əsasən Aİ ölkələri, Yeni Zelandiya və Avstraliya fərqlənirlər.



  1. Sual




  1. Sual

A.B.Ş bazarlarında baş verən iqtisadi böhran bütün dünyada öz təsirini göstərdi . Vaxt irəlilədikdə böhranın dərinliyi ortaya çıxdı və yeni xüsusiyyətlər qazandı. A.B.Ş bazarlarında böhran yaranmasına baxmayaraq qısa müddət ərzində dünya bazarlarında təsir etməyə başladı. Bu vəziyyət dünya bazarlarının hansı səviyyədə bir-birilə əlaqəli olduğunu ortaya çıxardı. Beləliklə böhran yerli bir hadisədən ortaya çıxıb qlobal bir hala gəldi. Böhrandan təsirlənən ölkələr tədbirlər görməyə başladılar, lakin qısa müddət ərzində bütün dünya ölkələrinin birlikdə tədbir görmələrinin vacibliyi ortaya çıxdı

Qlobal iqtisadi böhrandan əvvəl neft qiymətləri artaraq tarixində ən yüksək səviyyəyə çıxdı. İyul ayında neftin qiyməti 147 dollar/barrel oldu. Neft xirac edən ölkələr qiymət artımından məmnuniyyət duydular, lakin istehlakçılar yüksələn qiymətlərlə üzləşdilər. Bu yüksək qiymətləri daimi olaraq vəsifləndirən ölkələr büdcələrini ona görə planlamış, xərclərini də eləcə. Lakin iqtisadi böhranın başverməsilə tələbin azalacağı barədəki intizar bazarlara hakim oldu və bu vəziyyət qiymətlərin sürətlə düşməsinə gətirib çıxardı. Oktiyabr ayının ortalarında xam neft qiymətləri bir neçə ay əvvəlinə görə 50 faiz düşərək 70 dolların aşağısına endi. Neft ixrac edən ölkələr təşkilatı OPEK təcili yığıncaq keçirmə qərarına gəldi. Həmin ölkələr o qədər panika içindəydilər ki, Təşkilatın dekabrın 17-sindəki yığıncağını irəli çəkərək Oktiyabrın 24-u tarixində bir araya gəldilər. Bəzi üzv ölkələr sürətlə düşən neft qiymətlərinin qarşısını almaq üçün istehsalatın azalmasını istədilər. OPEK dünya neft ixracatının 40 faizinə yaxın bir istehsalat miqdarına sahib olduğu üçün bir başa qiymətlərin dəyişməsində təsirli olmayabilər və neft qiymətləri düşməyə davam edəbilər.



Aytac Ələsgərova


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə