Bərpa olunmayan ehtiyatlara daş kömür, neft, əlvan metallar və s kimi istifadə nəticəsində sərf olunan sərvətlər aiddir




Yüklə 0.76 Mb.
səhifə6/7
tarix22.02.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7

Sual

Beynəlxalq sərgi və yarmarkaların quruluşu və onların fəaliyyətinin tənzim olunması ilə bir tərəfdən ərazisində sərgi və yarmarkalar keçirilən ölkələrin ticarət və xarici ticarət palataları, nazirlikləri və idarələri, digər tərəfdən isə beynəlxalq təşkilatlar məşğul olurlar. Bu təşkilatlara aşağıdakıları misal göstərmək olar:

Beynəlxalq sərgilər Bürosu-İqamətgahı Parisdə yerləşir.

Beynəlxalq yarmarkalar ittifaqı İqamətgahı Parisdə yerləşir.

Beynəlxalq ticarət palatası Parisdə yerləşir.

BMT-nin Avropa İqtisadi Kommisiyası nəzdində xarici ticarətin inkişafı komitəsinin beynəlxalq yarmarkalar üzrə işçi qrupu.

Beynəlxalq sərgilər bürosu. – 11-12 noyabr 1928-ci ildə Parisdə keçirilmiş beynəlxalq sərgilər haqqında konfrans tərəfindən ticarət – sənaye xarakterli sərgilərin təkmilləşdirilməsi məsələsinə görə konvensiyasının müddəası əsasında təşkil olunmuşdur. Konvensiya 6 hissə 40 maddədən ibarətdir.

Beynəlxalq yarmarkalar ittifaqı yarmarkala-rın təşkili və daxili əməkdaşlığın saxlanması, onlarının hüquqlarının qorunması, fəaliyyət dairəsinin genişləndirilməsi və nəhayət dövlətlərarası əmtəə mübadiləsinə kömək etmək üçün 1925-ci ildə Milan yarmarkasının təşəbbüsü ilə yaradılmışdır. Beynəlxalq yarmarkalar ittifaqı tərkibində 25 ölkənin 65 beynəlxalq yarmarkası fəaliyyət göstərir.

Beynəlxalq ticarət palatası 1920-ci ildə Paris şəhərində keçirilən tə’sis konfransında yaradılıb. Onun təşəbbüskarları 1917-ci ildə «Atlantik-Siti» də keçirilən konfransın iştirakçıları olmuşlurlar. Beynəlxalq ticarət palatasının vəzifələrinə aşağıdakılar daxildir. Dövlətlərarasında iqtisadi münasibətlərin aktual problemlərini müzakirə etmək üçün müxtəlif ölkələrinin işguzar dairələrinin müntəzəm görüşlərinin hazırlanması və keçirilməsi, beynəlxalq ticarətin inkişafına kömək etməyə yönəldimiş müvafiq tövsiyyələrinin işlənib hazırlanması və s.

Ümumiyyətlə beynəlxalq miqyasda beynəlxalq sərgi və yarmarkaların fəaliyyətinin tənzimlənməsi problemi çox mürəkkəbdir və hələ də həll olunmamışdır.




  1. Sual

Azərbaycan indi dünya enerji bazarında həm güclü neft və neft məhsulları, həm də təbii qaz ixracatçısı kimi yaxşı tanınır. “Şahdəniz” yatağından, eləcə də uğurla istismar olunan digər yataqlarımızdan hasil edilən iri qaz həcmləri artıq Gürcüstana, Türkiyəyə, İrana və Rusiyaya ixrac olunur. Avropa Birliyi ölkələri də Azərbaycandan təbii qaz idxal etmək üçün böyük maraq göstərirlər. Respublikamız eyni zamanda, Mərkəzi Asiya enerji daşıyıcılarının Avropaya çıxarılması istiqamətində etibarlı tranzit dəhlizi kimi dünyanın diqqət mərkəzindədir. Bu, beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi tanıtmış Azərbaycana, ölkə rəhbərliyinin apardığı siyasətə bəslənilən dərin etimaddan irəli gəlir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bu gün ölkəmizin enerji tələbatlarını tam həcmdə ödəməklə bərabər, böyüyür, müasirləşir, dinamik surətdə inkişaf edir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Ümid” perspektiv yatağında daxili imkanlar hesabına, müstəqil olaraq axtarış-kəşfiyyat işlərinə başlanılması bunun bariz təzahürüdür. İndi ölkəmizin qaz təchizatı sistemi və neft kimyası kompleksi də Şirkətimizin fəaliyyət sferasında öz layiqli yerini tutur. Artıq beynəlxalq reytinqlərə malik olan ARDNŞ ölkə daxilində, eləcə də xaricdə - Türkiyə, Gürcüstan və Ukraynada iri maliyyə tutumlu investisiya layihələri həyata keçirir. İsveçrə və Sinqapurda treyder şirkətləri yaratmış, dünyanın 10 ölkəsində nümayəndəliklər təsis etmişik. Beləliklə, demək olar ki, ARDNŞ-nin beynəlxalq səviyyəli şirkət kimi gələcək davamlı inkişafının təməli qoyulmuşdur. Əminəm ki, bu inkişaf bizi dünya enerji şirkətləri ilə bərabərhüquqlu əməkdaşlığın yeni, daha yüksək mərhələsinə çıxaracaqdır.




  1. Sual

Müstəqillik əldə etdikdən sonra Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün təbii ki, iqtisadi cəhətdən hələ zəif olan ölkə üçün ağır idi. Bunun üçün ilk tədbir kimi xarici neft şirkətləri ilə birgə əməkdaşlıq ön plana çəkildi. Məlumat verilir ki, 1994-2003-cü illərdə ölkə iqtisadiyyatına 10 mlrd. dollara yaxın xarici sərmayə qoyulmuşdur ki, bunun da 56%-i məhz neft sənayesinə yönəldilmişdir. Neft sənayesinə investisiyaların bu cür axını Azərbaycan hökuməti tərəfindən indiyədək 14 ölkənin 33 şirkətinin iştirakı ilə imzalanmış 21 iri müqavilələrin nəticəsidir. Respubliakmızın neft ixracındakı roluna görə iri neft müqavilələrinin bir neçəsi ilə tanış olaq.

Birinci neft müqaviləsi 1194-cü ilin sentyabr ayının 20-də imzalanmışdır. Bu müqavilə o qədər nəhəng xarakter daşıyırdı ki, ona “Əsrin Müqaviləsi” adı verildi və bunun həyata keçirilməsi üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. Müqaviləyə əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsindən neftin çıxarılması ilə dünyanın 8 ölkəsi (Azərbaycan, ABŞ, İngiltərə, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı) 12 aparıcı neft şirkətləri məşğul olur.

İkinci neft müqaviləsi 1995-ci ilin noyabr ayında bağlanmış və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının işlənməsi ilə əlaqədardır. 100-150 mln. ton neft hasilatı proqnozlaşdırılan bu müqavilənin dəyəri 2.7 mlrd. dollardır. ADNŞ-nin və xarici şirkətlərin “Qarabağ” yatağındakı pay bölgüsü 17-ci cədvəldə verilmişdir.

Üçüncü neft müqaviləsi 1996-cı ilin iyun ayında Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” neft-qaz yatağının müştərək işlənməsi haqqında ADNŞ (SOCAR) ilə xarici neft şirkətləri arasında 200 mln. ton qaz-kondensat və 100 mln. tondan çox neft hasilatı barədə müqavilə imzalanmışdır. Müqavilənin həyata keçirilməsi üçün 7 ölkə 4 mlrd. dollar vəsait ayırmışdır.

Dördüncü neft müqaviləsi 1996-cı ilin dekabr ayının 14-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Əşrəfi” və “Dan Ulduzu” prespektiv neft yataqlarının birgə işlənməsi haqqında ADNŞ(20%) ilə “AMOCO”(30%), “YUNOKAL”(25.5%), “İTOCHU”(20%) və “DELTA HESS”(4.5%) şirkətləri arasında bağlanmışdır. Müqaviləyə görə 25 il ərzində bu yataqda 150 mln. ton neft hasil ediləcək. Yatağın işlənilməsi üçün 2 mlrd. dollar sərmayə qoyulmuşdur.

Respublikamız neft ixracını bu illə ərzində 6.1 dəfə artırmışdır. Əsas artım isə 2005-ci ildən sonra başlamışdır. İxrac 2005-ci ildə təxminən 58%, 2006-cı ildə 73%, 2007-ci ildə isə 52% artmışdır. Bu illər ərzində artan təkcə ixracın həcmi olmamışdır. İxracla bərabər xam neftin də qiyməti qalxmışdır. Neft ixracının bu həddə gəlib çatmasına əsas səbəb məhz qiymətlərin qalxmasıdır. Bunu daha aydın görmək üçün aşağıdakı qrafikə(№14) baxmağımız yetərlidir. Qrafikdən aydın olur ki 2006-cı ilin iyul ayından başlayaraq neftin qiyməti 18% aşağı düşmüşdür. Həmin ilin dekabr ayından etibarən isə isə neftin qiyməti serətlə artmağa doğru istiqamətlənmişdir. İl ərzində isə təxminən 48% bahalaşmışdır. 2008-ci ildə də bahalaşma davam etmişdir və neft indiyədək özünün ən böyük qiymətini 2008-ci il iyul ayının 11-də almışdır. Qeyd edək ki, bu vaxt neftin bir barrelinin qiyməti 147 dollara çatmışdır. Statistik rəqəmlərdən göründüyü kimi 1981-ci ildə bir barrel neftin qiyməti 34 dollar, 1985-ci ildə 9 dollar, 1996-cı ildə 19 dollar, 2001-ci ildə 34 dollar, 2008-ci ilin iyul ayında 145 dollar, hazırda isə 54 dollar təşkil edir.

Respublikamızın tranzit ölkə kimi həm Nabucco və həm də digər lahiyyələrdə iştirakı barədə 2008-2009-cu illərdə uğurlu addımlar atılmışdır. Belə ki, 2009-cu ilin aprel ayında Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan prezidentinin təşəbbüsü, BMT-nin himayəsi altında “Enerji daşıyıcılarının etibarlı və sabit tranziti, bunun beynəlxalq əməkdaşlıq və inkişafdakı rolu” mövzusunda Beynəlxalq konfransda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanı təmsil etmişdir.

“Nabucco gas pipeline international” layihəsinin baş katibi Reynaxard Mitşek Bolqarıstanda keçirilən “Avropa üçün qaz dəhlizi” konfransında qeyd etmişdir ki, Avropa hazırda Azərbaycandan, Türkmənistandan, İrakdan, Misirdən, İrandan qaz gözləyir. Belə ki, Nabucco layihəsinin reallaşdığı təqdirdə Azərbaycan bu kəmər vasitəsilə Avropaya 10-14 mlrd. m3, Misir 8-10 mlrd. m3, İran isə 10-20 mlrd. m3 qaz ixrac edə bilər.

Statistika göstərir ki, ölkəmizdə 3.4 mlrd. tona yaxın net ehtiyatı vardır ki, onun da 1.4 mlrd. tonu ötən illər ərzində hasil edilmişdir. Bəzi məlumatlara görə Azərbaycanın neft ehtiyatları 8 mlrd. tona yaxındır. Xəzər akvatoriyasında 2 mlrd. tondan artıq neft, 800 mlrd m3-dən çox qaz ehtiyatı mövcuddur.


  1. Sual

Ticarət əlaqələri zamanı xarici ölkələrə göndərilən və onlardan alınan məhsullar çox və müxtəlifdir. İdxal-ixracda özünə daimi yer tutan məhsullardan biri də ərzaqdır. Biz daim xaricdən ərzaq malları alırıq, eləcə də ölkədən kənara öz qida məhsullarımızı göndəririk. Hazırda Azərbaycanın ərzaq təminatının 80 faizi məhz idxal hesabına ödənilir. 2011 ci il Yanvarda Azərbaycana $94,7 milyonluq ərzaq malları gətirilib. Ərzaq idxalı ötən ilin analoji ayı ilə müqayisədə 50,7% artıb. İdxalın 16%-i ərzaq mallarının payına düşür. Ərzaq malları idxalında artım əsasən taxıl hesabına olub. Yanvarda onun idxalı $46,4 milyon təşkil edib. Bu, 2010-cu ilin yanvarındakından 22.2% çoxdur. Yağ idxalı da (5,8%) artıb. Yanvarda $11,5 milyonluq kərə və bitki yağı idxal olunub.

  1. Sual

Neft, neft məhsulları və qazı nəql etmək üçün, əsasən aşağıdakı dörd nəqliyyat növündən istifadə edilir:

  1. Boru kəməri.

  2. Dəmir yolu nəqliyyatı.

  3. Su nəqliyyatı.

  4. Avtomobil nəqliyyatı.

Müstəsna hallarda, yəni başqa nəqliyyat növlərindən istifadə etmək çətin və ya mümkün olmadıqda az miqdarda və “əlçatmaz” yerlərə neft məhsullarını çatdırmaq üçün təyyarə nəqliyyatından da istifadə edirlər. Son illərdə ABŞ-da bu məqsədlə istifadə ediləcək xüsusi təyyarələr hazırlanır. Lahiyyənin reallaşdırılması üçün 3-5 mlrd. dollar vəsait ayrılmışdır. Uzunluğu 103 metr, hündürlüyü isə 26 metrə çatacaq bu təyyarə 12 ədəd güclü mühərriklə təchiz olunmuşdur və təyyarə 1600 ton ağırlığında neft məhsullarını daşıya biləcəkdir.

Boru kəmərləri vasitəsilə neft, neft məhsulları və qazın nəqli dedikdə, onların uzaq məsafəyə nəql edilməsi başa düşülür. Başqa üsullara nisbətən boru kəməri ilə nəql olunmasının bir sıra üstünlükləri vardır ki, onlara da aşağıdakılar daxil edilir:



  1. Boru kəməri çox uzaq məsafəyə ən qısa yollar aparıla bilər;

  2. Fasiləsiz nəqlolunmanı təmin edildiyi üçün xüsusi yığım məntəqələrinə ehtiyac qalmır;

  3. Boru kəmərlərində məhsul itkisi başqa vasitələrə nisbətən az olur;

  4. Boru kəmərləri ilə nəqlolunma maksimum mexanikləşdirməyə və avtomatlaşdırmaya imkan verir.

Lakin boru kəmərləri ilə nəqlolunmada çox böyük kapital və metal sərfi tələb olunur ki, bu da onun nöqsan cəhəti hesab edilir.

Respublikamızın tranzit ölkəyə çevrilməsi əvvəllər inandırıcı hal hesab edilmirdi. Kim inanardı ki, öz müstəqilliyini yenicə əldə etmiş bir ölkə çox qısa vaxt ərzində həm neft ixracatçısına və həm də bu sahədə tranzit bir ölkəyə çevriləcək. Dövlətimiz 1994-cü ildə neft strategiyası hazırlayarkən tranzit ölkə olmaq hələ planlaşdırılmamışdı. İlk öncələr əsas məqsəd ölkədə hasil ediləcək nefti dünya bazarına çıxarmaq idi. Odur ki, dövlətimizin tranzit ölkə olmasından əvvəl onun neft ixrac etmə yollarını aydınlaşdıraq. Çünki tranzit ölkə qismində çıxış etmək üçün əvvəlcə gərək nəqliyyat yollarını aydınlaşdıraq.

Neft, neft məhsulları və qazın ölkəmizdən ixracının çox hissəsi boru kəmərlərinin payına düşür. Məlumat üçün qeyd edək ki, neftin boru kəməri vasitəsilə nəqli kimi inqilabi ideya Rokfellerə və məşhur rus kimyaçısı D.İ.Mendeleyevə məxsusdur. Bu ideyanı isə ilk dəfə Nobel və Rotşild qardaşları, həmçinin “Royal Datch Shell” şirkəti həyata keçirmişlər. Azərbaycanda ilk dəfə boru kəmərindən nəql üçün istifadə 1878-ci ilə təsadüf edir. Həmin ildə Balaxanı yatağından Bakının neft emalı zavodlarına xam neftin nəqli üçün Abşeron yarımadasında uzunluğu 12 km, diametri isə 75 mm olan iki neft kəməri istifadəyə verilmişdir.

Azərbaycan neftinin dünya bazarına nəqlini təmin etmək üçün 1996-cı il yanvar ayının 18-də Rusiyanın

hökumət evində ümummilli liderimiz Heydər Əliyev, Rusiya Federasiyasının baş naziri Viktor Çernomordin Azərbaycanın “Azəri”, “Çıraq”, “Günəşli” dəniz yataqlarından çıxarılacaq ilkin neftin Rusiya ərazisi vasitəsilə nəql edilməsi haqqında ikitərəfli saziş imzaladılar. Bunun nəticəsində Bakı-Novorossiysk Şimal ixrac boru neft kəməri tezliklə bərpa edilərək 1997-ci ilin oktyabr ayının 18-də istismara verildi. Şimal marşrutu Səngəçal terminalından Novorossiyskə qədər olan 1411 km məsafəni əhatə edir. 2003-cü ilə qədər Şimal ixrac boru kəməri sistemi vasitəsilə 17 mln. tondan çox neft Novorossiysk limanı vasitəsilə dünya bazarına çıxarılmışdır.

Neft ixrac istiqamətinin Qərb marşurutunda boru kəmərinin diametri də 508 mm, neftötürmə qabiliyyəti isə Şimal marşrutunda olduğu kimi, ildə 5 mln. tondur. Səngəçaldan Qara dənizin Supsa limanına qədər boru kəmərinin uzunluğu 837 km-dir. Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı, Azərbaycan neftinin Novorossiysk limanına əlavə olaraq, Supsa limanından da neftin dünya bazarına ixrac edilməsinə imkan verir. Bu kəmərin böyük iqtisadi əhəmiyyəti bir də ondan ibarətdir ki, müəyyən səbəblər üzündən Bakı-Novorossiysk neft kəməri işləməsə neft hasiltaı və ixracı dayanmayacaq. Onun dünya bazarına ixracı davam etdiriləcəkdir.

əsas ixrac boru kəməri sayılan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşası haqqında ilk bəyannamə 1999-cu il noyabrın 18-də İstanbulda üç tərəf arasında imzalandı. Kəmərin təməli isə 2002-ci ildə qoyulmuşdur. Kəmərin ümumi uzunluğu 1762 kilometrdir. İlkin kapital qoyuluşu 3.6 mlrd. dollar təşkil edir. Kəmər 2005-ci ildə mayın 25-də istifadəyə verilmişdir. İldə 50 mln. ton, sutkada isə orta hesabla 1 mln. barrel xam neft bu kəmər vasitəsilə ixrac edilir.

Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə sutkada "Azəri-Çıraq-Günəşli" yataqları blokundan çıxarılan 750-800 min barel neft, "Şahdəniz" yatağından çıxarılan 40-50 min barel kondensat və 40 min barel Tengiz nefti nəql olunur. Bakı-Supsa neft kəməri vasitəsilə sutkada "Azəri-Çıraq-Günəşli" yataqları blokundan çıxarılan 80-100 min barel neft nəql olunur. Azərbaycan neftinin tədarükü üçün Şimal-Şərq, həmçinin Mərkəzi və Şərqi Avropa bazarları perspektivlidir.




  1. Sual

A.B.Ş bazarlarında baş verən iqtisadi böhran bütün dünyada öz təsirini göstərdi . Vaxt irəlilədikdə böhranın dərinliyi ortaya çıxdı və yeni xüsusiyyətlər qazandı. A.B.Ş bazarlarında böhran yaranmasına baxmayaraq qısa müddət ərzində dünya bazarlarında təsir etməyə başladı. Bu vəziyyət dünya bazarlarının hansı səviyyədə bir-birilə əlaqəli olduğunu ortaya çıxardı. Beləliklə böhran yerli bir hadisədən ortaya çıxıb qlobal bir hala gəldi. Böhrandan təsirlənən ölkələr tədbirlər görməyə başladılar, lakin qısa müddət ərzində bütün dünya ölkələrinin birlikdə tədbir görmələrinin vacibliyi ortaya çıxdı. Dünya bazarlarında daralma olduğu üçün tələbin azalması yaxud azalması barədəki gözləntilər, sərmayədarları nigaran etdi. Maliyyə sahəsindəki böhranın səviyyəsi yüksək olduğundan dünya bazarlarında dərin təsir bağışladı. Qızıl qiymətlərinin çox yüksək səviyyələrə çıxması etimadsız mühitin bir göstəricisidir. Bu böhran 1929-cu ildə A.B.Ş-da başlayan böyük böhran ilə müqayisə edilir. O dövrdə A.B.Ş çox böyük zərərlərə məruz qalmış, işsizlik həddi ötmüşdür. A.B.Ş həmin dövrdə illərlə bu böhrandan təsirlənmişdir. Kreditlərin azalması sərmayə və istehlak qərarlarında bir məhdudiyyətə amil olacağından, işsizlik və durğunluq artabilər. Həmin səbəblə bu mövzuda mühüm müdaxilələr həyata keçirilir. A.B.Ş liberal iqtisadiyyatın mərkəzi kimi tanınır və bazarda dövlət müdaxiləsi ən aşağı səviyyədə qalır. Lakin iqtisadi böhran o qədər dəhşətli və təhlükəli hala gəldi ki bəzi banklar dövlətləşdirildi. Bəzi çevrelərdə isə bu vəziyyət sosialist yaxınlaşma ilə irtibatlandırılır.

Qlobal iqtisadi böhrandan əvvəl neft qiymətləri artaraq tarixində ən yüksək səviyyəyə çıxdı. İyul ayında neftin qiyməti 147 dollar/barrel oldu. Neft xirac edən ölkələr qiymət artımından məmnuniyyət duydular, lakin istehlakçılar yüksələn qiymətlərlə üzləşdilər. Bu yüksək qiymətləri daimi olaraq vəsifləndirən ölkələr büdcələrini ona görə planlamış, xərclərini də eləcə. Lakin iqtisadi böhranın başverməsilə tələbin azalacağı barədəki intizar bazarlara hakim oldu və bu vəziyyət qiymətlərin sürətlə düşməsinə gətirib çıxardı. Oktiyabr ayının ortalarında xam neft qiymətləri bir neçə ay əvvəlinə görə 50 faiz düşərək 70 dolların aşağısına endi. Neft ixrac edən ölkələr təşkilatı OPEK təcili yığıncaq keçirmə qərarına gəldi. Həmin ölkələr o qədər panika içindəydilər ki, Təşkilatın dekabrın 17-sindəki yığıncağını irəli çəkərək Oktiyabrın 24-u tarixində bir araya gəldilər. Bəzi üzv ölkələr sürətlə düşən neft qiymətlərinin qarşısını almaq üçün istehsalatın azalmasını istədilər. OPEK dünya neft ixracatının 40 faizinə yaxın bir istehsalat miqdarına sahib olduğu üçün bir başa qiymətlərin dəyişməsində təsirli olmayabilər və neft qiymətləri düşməyə davam edəbilər.

A.B.Ş-da başlayan böhran bütün dünyada təsir bağışladı. Böhrandan təsirlənən ölkələr onun zərərlərini ən aşağı səviyyədə tutmaq məqsədilə bir sıra tədbirlər gördü. A.B.Ş bəzi bankları müsadirə edərkən İrlandiya banklardakı əmanətlərə dövlət təminatı verdi. Bəzi ölkələr tədbir planlarını həyata keçirdi və çətin vəziyyətdə olan banklara sərmayə nəql etdi. Maliyyə sisteminin daraldığı dövrdə banklarda pulu olanlar bunu almağı fikirləşəbilərlər. Banklardan çıxan pullar qızıl kimi bəzi malların satın alınmasında yaxud nağ pul olaraq saxlandığı vaxt, bankların nağd pul problemi də dərinləşəbilər və adi vəziyyətdə olan bankların da müflis olmasına aparıb çıxarabilər. Həmin səbəblə bəzi ölkələr əmanətlərdəki pullara təminat verməyə yaxud təminat altında olan pulun miqdarını artırmağa üz tutdular. Digər tərəfdən iqtisadi böhrandan təsirlənib çətinliklə üzbə üz olan, lakin yeni sərmayə nəql edilməsilə xilas olabilən banklar, müflis olduqda iqtisadiyyatda etimadsızlıq mühidi yaradar və böhran daha da dərinləşəbilər. Yenə bankların müflis olması ilə işsiz qalanlar, işsizlik siğortasından istifadə edib, sosial təminat qurumlarına təsir edəbilər vəya gəliratın azalmasından asılı cəmi tələbin azalması ilə üz üzə gələbilər. Bu vəziyyət isə əslində tələbin azalmasından mənbələnən iqtisadi durğunluğu təhrik edəbilər. Beləliklə bəzi bankların dövlətləşdirilməsi yaxud onlara sərmayə verilməsi daha ucuz bir iş kimi görünəbilər. Maliyyə quruluşlarının vasitəsiz yaxud vasitəli olaraq birbirindən asılı olduğu və böhran mühitində etimad şərtlərinin təmin edilməsinin ən təsirli siyasət olduğu fikirləşildiği üçün bankların müflis olmalarının qarşısını almaq böyük əhəmiyyət daşıyır. Lakin banklara nəql edilən pullar vergi ilə maliyyələşdirildiği üçün diqqətli rəftar edilməlidir. Adi səviyyədə sərmayə verilməsilə xilas ediləbilməyən bankları yüksək miqdarda pul verərək varlıqlarını davam etdirmə cəhdləri, vergi yükünün artımı münasibətilə tələbin azalmasına amil olacaqdır ki bu da vəziyyəti daha mənfi hala gətirəbilər. Həmin səbəblə çox çətin vəziyyətdə olan bankların müflis olmasına göz yummaq çox da səhv bir siyasət kimi görünmür.

Böhranın araya çıxdığı tarixə görə panika halında qoyulan addımlar azalıb və yavaş yavaş müvazinə yaranmağa başlayıb, birjadakı fəallıq və qiymətlərin düşməsi bir qədər azalmışdır. Dolların qiyməti Avro’ya qarşı artıb, bəzi bankların zərərləri araya çıxmasına baxmayaraq artıq maliyyə bazarlarında panika yaratmır. Bəzi mütəxəssislər böhranın iki il ərzində başa çatacağına işarə edirlər. Bəzi ölkələrdə banklara sərmayə nəql edildiği üçün böhrandan sonra onların daha da güclü olacağı nəzərdə tutulur. Bəzi böyük şirkətlərin qazanclarında azalma olduğunu elan etmələri mənfi şərtlərdə olan bazarlarda daha da mənfi təsir bağışladı. Xilaskarlıq üçün hazırlanan tədbir planları əvvəl sadəcə çətin vəziyyətdə olan banklar üçün fikirləşilsə də böhran səbəbilə kredit almaq üçün çətinlik çəkən sektorları da ehatə etməyə başladı. Misal üçün Yaponiya işqollarına dayaq olmaq məqsədilə bir tədbir planını işə daxil etdi. Böhran səbəbilə dünya səviyyəsində yeni bir nizamlamaya ehtiyac duyulduğu araya çıxdı. Bir çox ölkənin dalba dal tədbir planı elan etməsilə az belə olsa bazarlarda etimad mühiti yaranmağa başladı. Beynəlxalq Pul Fondu və Dünya Bankı kimi bəzi beynəlxalq quruluşlar vasitəçi olaraq iqtisadi böhranın əhatə dairəsinin böyüməsinin qarşısını almaq üçün cəhd göstərdilər. İqtisadi böhranın baş verdiği ölkə olan A.B.Ş mərkəzi bankı bazarların intizarlarına müsbət cavab verdi və sələm miqdarını düşürdü. Elə görünür, böhran səbəbilə bir çox ölkə problemləri həll etmək üçün birgə hərəkət etməyin vacib olduğunu başa düşmüşdür.



  1. Sual

Hal-hazırda dünya neft məhsulları bazarında milyonlarla dollar dövriyyə edir. Dünya əmtəə birjalarında hər il təxminən 55 mln. dollar həcmində mübadilə prosesi baş verir. Bunun da 2/3 hissəsi neft məhsulları bazarında formalaşır. Neft qiymətinin bir barrelinin 135 dollar olduğu halda bir neft fyuçers sazişinin qiyməti 135 min dollar olur. Neft məhsulları bazarında 2.6 mln. fyuçers kontraktı imzalanmışdır. Marjenalist nəzəriyyəni əsas götürməklə bir neft fyuçersinin qiyməti 10 min dollar kimi qiymətləndirilir.

Müasir dövrdə dünya təsərrüfatını analiz edərkən təbii ehtiyatlara olan artan tələbatın əsas hissəsini məhz yanacaq ehtiyatlarının təşkil etdiyini görə bilərik. Dünya üzrə yanacaq daşıyıcılarına olan ilkin tələbat 1970-ci ildə 8.3 mlrd ton şərti yanacaq vahidi ( ş.y.v. )*, 1980-ci ildə 11 mlrd ton ş.y.v., 1990-cı ildə 13.2 mlrd ton ş.y.v., 1995-ci ildə 14 mlrd ton ş.y.v. olmuşdur. 2020-ci ildə isə bu rəqəmin 19.5 mlrd ton ş.y.v. olacağı proqnozlaşdırılır. Onu da qeyd edək ki, neftin xüsusi çəkisi 7.1 mlrd. ton ş.y.v., qazın həcmi isə 4.0 mlrd. ton ş.y.v. təşkil edəcək.

Uzunmüddətli proqnozlara görə yaxın dövrlər ərzində neftə olan tələbat durmadan artacaq və bu sahəyə yönəldilən investisiyaların həcmi indiyə qədər görünməyən həddə çatacaqdır. Beləliklə, neftə tam alternativ əvəzləyicinin tapılması ilə “ neft erasını sonu “ kəlməsinin hələ ki həqiqətə uyğun gəlməməsini müşahidə edirik. Belə ki, əgər 1993-cü ildə beynəlxalq miqyasda gündəlik ehtiyac 67 milyon barrel idisə, 2005-ci ildə 85 milyon barrel, 2015-ci ildə isə 100 milyon barrel təşkil edəcəyi gözlənilir.Ümumiyyətlə, 2020-ci ildə dünya yanacaq-energetika balansında neft istehlakının 5 milyard tona çatacağı gözlənilir. Hazırda bu göstərici 72 milyon barreldir. 2010-cu ildə dünyada ilkin enerji daşıyıcılarının, xüsusilə də neftin istehlakı 47.66 % artacaq.

Neft dünya təsərrüfatının bütün sahələrində - sənaye, kənd təsərrüfatı, nəqliyyat, tibb, hərbi sənaye, inşaat, kimya və s. sahələrində geniş istifadə olunur. Nefti boş yerə olaraq “qara qızıl” , XX əsri isə neft və qaz əsri adlandırmamışlar. Bəzi ölkələrin iqtisadiyyatı tamamilə neftdən gələn gəlirlərdən asılıdır. Neft belə qəbildən olan ölkələrin iqtisadiyyatında “tapılmış bir xəzinə” kimi çıxış edir. Hər bir ölkə bu xəzinədən layiqincə istifadə etməli və bununla da öz müqəddəratını müsbət istiqamətində həll etməlidir.




  1. Sual

Qaz. Rusiya, İran, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Qatar, Əlcəzair, Kanada, Norveç, Türkmənistan.

Kəşf edilmiş qaz ehtiyatı 144 trln kub metr (1998) təşkil edir. Ən çox qaz ehtiyatı aşağıdakı ölkələrdədir: Rusiya-39.2%, Qərbi Asiya -32,Şimali Afrika-6.9%, Latın Amerikası-5.1%, Şimali Amerika-4.9%, Qərbi Avropa-3.8%. 1998-ci ilin əvvəlinə qaz ehtiyatının həcmi Rusiyada 47600 mlrd. m3, İranda 21200, ABŞ-da 4654, Əlcəzairdə 3424, Türkmənistanda 2650, Norveçdə 3800, Qazaxıstanda 1670, Niderlandda 1668, Liviyada 1212, Böyük Britaniyada 574 mlrd. m3 təşkil edir.


Hazırda ildə 2.2 trln m3 qaz çıxarılır. Deməli təbii qaz ehtiyatı 71 ilə kifayət edə bilər.

  1. Sual

Neft biznesi yalnız kəşfiyyat və hasilatla bağlı prosesləri əhatə etmir. Burada tranzit nəql, satış, daşınma, servis, kon-saltinq, marketinq və elmi-tədqiqatları əhatə edən nəhəng neft korporasiyaları da çıxış edirlər. Əsrin sonunda baş verən neft böhranı neft nəhənglərinin birləşməsinə rəvac vermişdir. Ek-son-Mobil, BP-Amoko, Royal-Şell, Teksako, Elf-Agiten, Yunokol, Şevron, Armaka, Peteks, Lukoyl, Qazprom və sair bu kimi neft şirkətləri dünya neft-qaz biznesində böyük sambala malikdirlər. Məlumatlara görə dünyanın 20 aparıcı korporasi-yaları siyahısına 7 nəhəng neft şirkəti də daxildir. Bununla belə bu TMK-lar yeni coğrafi əraziləri fəth etməkdədirlər. Bu dünyəvi neft nəhənglərinin əksəriyyəti Azərbaycanda neft hasi-latının təmin edilməsinə cəlb olunmuşlar. şirkətləri ilə saziş imzalanmasına göstəriş verilirdi. 1994-cü ilin sentyabrın 20-də Azərbaycanla Amerikanın «AMOKO», «Yunikal», «Pennzoyl»,«Makdermon», Böyük Britaniyanın «Britiş Petroleum» və «Remko», Norveçin «Sta-toyl», Rusiyanın «LUKoyl», Türkiyənin «Türk Petrolları», Səudiyyə Ərəbistanının «Delta» şirkətlərinin yaratdığı konsor sium arasında tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft müqaviləsi imzalandı. Sonradan müqaviləyə Yaponiyanın «İqoçu», Amerikanın «Eksson» və «Amerada Hess» şirkətləri də qoşuldular.

«Əsrin müqaviləsi» nin əhatə etdiyi «Azəri», «Çıraq», «Günəşli» sahəsində ilkin neft ehtiyatları 511 milyon ton səviyyəsində qiymətləndirilirdi. Qazma nəticəsində müəyyən olundu ki, neft ehyiyatları 640 milyon ton, səmt qazı ehtiyatları 100, milyard kubmetr, sərbəst təbii qaz ehtiyatları isə 100-150 milyard kubmetrdir. Ehtimal olunan sərmayə 10 milyard dollar həcmində nəzərdə tutulurdu. «Əsrin müqaviləsi»ni həyata keçirmək üçün Azərbaycan Beynəxalq Əməliyyat Şirkəti yaradıldı. Azərbaycan parlamenti tərəfindən təsdiq edildikdən və Azərbaycan Respublikasının Prezidenti müvafiq fərman imzaladıqdan sonra müqavilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi.

«Əsrin müqaviləsi» keçmiş Sovetlər məkanında xarici beynəxalq şirkətlər tərəfindən qoyulmuş ən böyük sərmayədir. Təkcə həmin müqavilə çərçivəsində qoyulan sərmayələrin həcmi 2 milyard dollar təşkil edir. Digər müqavilələr üzrə sərmayələr də nəzərə alınmaqla, bu rəqəm 3 milyon dollara yaxındır. Adambaşına düşən xarici sərmayələrə görə Azərbaycan Sovet İqtifaqının keçmiş respublikaları arasında birinci yeri tutur və bir çox Şərqi Avropa ölkələrini ötüb keçir. İmzalanmış 20 müqavilə çərçivəsində birbaşa sərmayələrin gözlənilən həcmi 60 milyard dollar təşkil edir.

Bu vaxtadək 15 ölkəni edən 33 şirkətlə 20 beynəxalq saziş imzalanmışdır. Bunların 15-i dənizdə, 5-i isə quruda tətbiqi nəzərdə tutulan layihələrdir. Azərbaycan bonus və akr hesablı ödənişlər şəklində 372 milyon dollar əldə etmişdir. Norveçin «Statoyl» şirkəti «Şahdəniz» neft yatağı üzrə müqavilənin ən fəal iştirakçılarındandır. Bu şirkət istər qaz ixracı, istərsə də infrastruktur sahəsində böyük işlər görməyi planlaşdırmışdır.

İngiltərənin «BP/AMOKO», «Remko» şirkətləri və birneçə icracı şirkəti Azərbaycanın neft kontraklarında iştirak edir. Bunlar əsasən texniki işləri görən, mühəndis-layihə işləri aparan icracı, təchizatçı şirkətlərdir.

Türkiyəni TPAO şirkəti «Əsrin müqaviləsi» əsasında yaradılan konsorsiumda yer alan ilk4 şirkətdən biridir. Türkiyədə 1998-ci ilin oktyabrında imzalanan Ankara bəyannəməsi «Əsrin müqaviləsi»nin reallaşmasında, Bakı-Çeyhan ana ixrac neft boru xəttinin həyata keçirilməsində bölgə ölkələri rəhbərlərinin ən ciddi addımlarından sayılmalıdır. Yaponiyanın «İqoçu», Amerikanın «Eksson» və Amerada «Hsss» şirkətləri «Azəri», «Çıraq» və «Günəşli» yataqlarına dair müqavilədə iştirak edir. Rusiya Federasiyası beynəxalq konsosiumda «LUKoyl» şirkəti ilə təmsil olunmuşdur. Bu çirkətin Azərbaycanın beynəxalq layihələrinə qoyduğu sərmayələrin ümumi məblıği 300 milyon dollardan artıqdır.





  1. Sual

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2010-cu ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 27,92 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 6,6 mlrd. ABŞ dolları, ixracın həcmi isə 21,32 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 147 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 14,72 mlrd. ABŞ dolları olmuşdur. 2009-cu illə müqayisədə, 2010-cu ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 34,1%, o cümlədən ixrac 45,05%, idxal isə 7,8% artmışdır.

2010-cu ildə neft və neft məhsulları da daxil olmaqla enerji daşıyıcılarını əhatə edən 27-ci qrupun ixracın strukturundakı xüsusi çəkisi 94,1% təşkil etmişdir. Eyni zamanda, həmin dövr ərzində qeyri-neft sektoru üzrə (27-ci qrup istisna olmaqla) ixracın həcmi 2009-cu illə müqayisədə 17,8% artmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2010-cu ildə ixrac əməliyyatlarında dövlət sektorunun payı 20 184 mln. ABŞ dolları (94,65%), özəl sektorun payı 1 005,09 mln. ABŞ dolları (4,71%), fiziki şəxslərin payı 135,7 mln. ABŞ dolları (0,64%) təşkil etmişdir.

İdxal əməliyyatlarında isə, dövlət sektorunun payı 1 912,23 mln. ABŞ dolları (28,98%), özəl sektorun payı 4 348,52 mln. ABŞ dolları (65,89%), fiziki şəxslərin payı 338,6 mln. ABŞ dolları (5,13%) olmuşdur.


  1. Sual




  1. Sual

İkinci Dünya müharibəsindən sonra 1944-cü ilin iyul ayında ABŞ-ın Bretton – Vuds şəhərində BMT-nin valyuta konfransında beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində 45 ölkənin nümayəndələrinin görüşü zamanı Vasinqton Konsensusu konsepsiyası əsasında yaradılmış BVF öz fəaliyyətinə 01 mart 1947-ci il tarixindən etibarən başlamışdır.

BVF-nun əsəs məqsədi qlobal, regional və yerli kontekstdə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, beynəlxalq ticarətə yardım, tam məşğulluğun və davamlı iqtisadi artımın sürətləndirilməsi, yoxsulluğun azaldılması, dünya üzrə beynəlxalq ödəmələr sisteminin bərpa edilməsi, valyuta kurslarının tənzimlənməsi, beynəlxalq valyuta-maliyyə bazarlarında beynəlxalq əməkdaşlıqın artırılması, valyuta məhdudiyyətlərinin aradan qaldırılması və s.-dən ibarətdir. Hazırda BVF-nin 185 üzvü vardır.

Azərbaycan Beynəlxalq Valyuta Fonduna (BVF) 18 sentyabr 1992-ci il tarixində qoşulmuşdur.


  1. Sual

Dünya Bankı - dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. [1] Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə