Bərpa olunmayan ehtiyatlara daş kömür, neft, əlvan metallar və s kimi istifadə nəticəsində sərf olunan sərvətlər aiddir




Yüklə 0.76 Mb.
səhifə5/7
tarix22.02.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7

Valyuta bazarının növləri aşağıdakılardır: dünya regional və milli valyuta bazarı.

Dünya valyuta bazarları dünya maliyyə mərkəzlərində cəmləşmişdir.Bu bazarlardan daha mühümləri aşağıdakılardır:London,Nyu-York,Frankfurt-Mayn,Paris,Sürix,Tokio,Syanqan,Sinqapur,Bəhreyn.

Dünya valyuta bazarlarında dünya tədiyyə dövriyyəsində geniş istifadə olunan valyutalarla əməliyyat aparılır.

Regional və yerli valyuta bazarlarında müəyyən dönərli valyutalarla əməliyyatlar aparılır (o cümlədən,Sinqapur dolları,Səudiyyə rialı,Küveyt dinarı və s.)



Valyuta bazarının digər bazarlara nisbətən bəzi fərqli cəhətləri vardır.Bunlar aşağıdakılardır:

  1. Valyuta bazarları alıcı və satıcıların qarşılaşdıqları bazar deyil.Bu bazarda məsələn əmtəə bazarlarından fərqli olaraq alıcı və satıcılar,ümumiyyətlə,üz-üzə gəlmirlər və alıcı və satıcılar əməliyyatları bir-biri ilə deyil,vasitəçi bank və ya bank xaricindəki maliyyə qurumları ilə həyata keçirirlər.

  2. Valyuta bazarları müəyyən bir birja şəklində təşkilatlanmış bazarlar deyil.Valyuta əməliyyatları,məsələn,fond birjalarındakı kimi,müəyyən bir bina və təşkilat strukturuna malik birja binalarında həyata keçirilmir.Valyuta bazarları təşkilatlanmamış bir bazardır.Doğrusu,valyuta əməliyyatları ilə məşğul olan banklar və vasitəçi qurumlar daha çox müəyyən şəhərlərdə ola bilər.Amma əməliyyatlar müştərilərlə banklar və ya banklar aralarında bazar qaydaları əsasında həyata keçirilir.

  3. Valyuta bazarları ümumbəşəri bazarlardır və valyuta ticarəti ilə məşğul olan qurumlar daha çox böyük maliyyə mərkəzlərində və xüsusi ilə fond birjalarına yaxın yerdə məskunlaşırlar.Dünyanın harasında olursa olsun,valyuta əməliyyatları ilə məşğul olan bankların və digər maliyyə qurumlarının diler,broker və ya digər maraqlı tərəfləri faks,telefon və görüntülü kompüter şəbəkələri bir-birinə bağlanıb.Yəni,hər hansı bir milli bazarda meydana gələn prosesdən bütün digər mərkəzlərin də xəbəri olur.Proseslərin o saat yayılması və atbitraj imkanlarının varlığı çapraz məzənnələrdə meydana gələn dəyişikliklərin surətlə tənzimlənməsinə yol verir.Bu baxımdan coğrafi uzaqlığa baxmayaraq,bütün milli bazardakı məzənnəllər şəraitə və dəyişikliklərə uyğunlaşırlar.Bu xüsusiyyətinə görə valyuta bazarlarına qloballaşmış bazarlar deyə bilərik.Valyuta bazarı bağlanmayan bir bazardır.

  4. Qitələr arasındakı saat fərqlərinə görə 24 saat içində dünyadakı valyuta bazarlarından heç olmasa biri açıq olur.Məsələn,ABŞ-ın qərbindəki San-Fransiskoda iş günü başa çatanda,Uzaq Şərq bazarları (Tokio,Honkonq,Sinqapur) iş gününə yeni başlayır.Bu bazarlar isə bağlananda Yaxın Şərq bazarları 2 saat əvvəl açılır,Avropa bazarları isə iş gününə yeni başlayır.Bu zaman intervalında iki bazarda da iş həcmi aşırı hədlər çatır.Valyuta bazarının 24 saat boyunca heç bağlanmamasının əhəmiyyəti buradadır.Digər bazarlar bağlı ikən açıq olan regional bazarda meydana gələn bir dəyişiklik bütün digər bazarlara da təsir edir.Yəni,dilerlər səhər işə başlayanda axşamki qapanmış məzənnəylə qarşılaşa bilərlər.Başqa sözlə,günün 24 saatında valyuta kurslarının hər an dəyişmə ehtimalı yüksəkdir.

  5. Valyuta bazarları tam rəqabət şərtlərinə olduqca yaxın bazardır.Əgər bazarlara hökumət müdaxilələrinin minimum səviyyədə olduğunu fərz etsək,valyuta bazarları tam rəqabət şərtlərinə böyük nisbətdə uyğunluq göstərir.Məsələn,alıcı və satıcıların sayı çoxdur,bazara giriş və çıxışlar sərbəstdir.Valyuta homogen bir iqtisadi varlıqdır.Bundan başqa bütün əməliyyat iştirakçılarının hər an bazar şərtləri haqqında olduqca yaxşı məlumatı var.

  1. Sual

Təşkil olunma prinsipinə görə əmtəə birjalarının iki tipini fərqləndirirlər: ictimai hüquqlu xarakterə malik və xüsusi hüquqlu xarakterə malik birjalar.

İctimai hüquqlu xarakterə malik birjalar dövlətin nəzarəti altındadırlar və birjalar haqqındakı qanun əsasında təşkil edirlər. Belə birjalara üzv bu birjaların yerləşdiyi və ticarət reyestrinə daxil edilmiş rayonun müəyyən dövriyyəyə malik olan istənilən iş adamı ola bilər.belı birjalar fransada,belçikada,Hoolandiyada və kontinental Avropanın başqa ölkələrində geniş yayılmışlar.Bu birjalarda əmliy­yatlar aparmağa birja üzvü olmayan və əldə etdikləri birdəfəlik biletlər əsasın­da fəaliyyət göstərən şəxslər buraxıla bilərlər.

Xüsusi hüquqlu xarakterə malik birjalara dənli bitkilər,pambıq,kauçuk,əlvan metallar üzrə ingilis və amerikan birjaları aiddirlər.Bu birjalarda yalız birja korporasiyasına daxil olan şəxslər fəaliyyət göstərə bilərlər.Birja korporasiyası ictimai hesabat verən və məhdud sayda üzvü olan şirkətdir.birjanın nizam­na­mə­sin­də göstərilmiş əsas kapital birja sertifikatları adlanan müəyyən sayda paylara bölünür.Birjanın hər bir üzvü ən azı bir ədəd belə sertifikata malik olmalıdır. Sertifikata sahib olan birja daxilində sövdələşmələr aparmaq hüququ verir.

Əmtəə birjaları iki əsas funksiyanı yerinə yetirirlər-qiymətfə risqin köçürül­məsi və qiymətin müəyyən edilməsi.Birjalar bir sıra köməkçi funksiyalar da yerinə yetirirlər: qiymətlərin dəyişdirilməsi, birja əmtəələri üçün standartların müəyyənləş­dirilməsi,tipik müqavilələrin işlənib hazırlanması,ticarət ənənələrinin bərqərar edilməsi,artitraj,birja üzv­lə­ri arasında ləğvedici kassalar və ya hesabat palataları vasitəsilə hesablaşmaların aparıl­ması, informasiya vermə fəaliyyəti, öz müştərilə­rinə müxtəlif xidmətlərin göstərilməsi.

Sadalanmış köməkçi funksiyalar arasında qiymətlərin dəyişdirilməsi – birja yığın­cağında müəyyən edilmiş qiymətlərin qeyd və nəşr edilməsi daha böyük əhəmiyyət kəsb edir.Qiymətlərin dəyişdirilməsini birja üzvlərindən birinin sədrliyi ilə birja komitəsi tərəfindən seçilən xüsusi orqan–komissiya həyata keçirir.Bu komissiyanın tərkibinə veril­miş sahənin iri birjalarını və inhisarlarını təmsil edən brokerlər və maklerlərdaxildir.birja qiymətlərini dəyişdiriləsi bazarın konyuktu­rası­nın mühüm göstəricisidir.Buna görə qiymətlərin dəyişdirilməsi həm komissiya üzvləri tərəfindən ,həm də birja işçiləri tərəfindən saxtalaşdırılması obyektləri ola bilərvə əksər hallarda bu baş verir (fiktiv sövdələşmələr həyata keçirməklə).

Əmtəə birjası- müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar, kütləvi sövdələşmə şəklində həyata keçirilən top­dan­satış ticarət bazarının təşkil olunması məqsədilə hüquqi və ya fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilatdır. Əmtəə birjasının əsas prinsipləri aşağıdakılardır:



  • Birja ticarəti iştirakçılarının hüquq bərabərliyinin təmin olunması;

  • Sərbəst (bazar) qiymətlərin tətbiqi;

  • Birja ticarətinin aşkarlığı

Beynəlxalq əmtəə birjası – topdansatış bazarda daimi fəaliyyət göstərən, spesifik xüsusiyyətli əmtəələrlə alqı-satqı sazişlərini yerinə yetirən, bir neçə döv­lə­tin subyektlərini əhatə edən səhmdar cəmiyyətidir. Beynəlxalq birjalar konkret dün­ya əmtəə bazarlarına xidmət edir. Həmçinin müxtəlif ölkələrin nümayəndə­lərinin birja ticarətində iştirakına şərait yaradılır. Ümumiyyətlə beynəlxalq birjalar ticarətin inkişafının qanunauyğun nəticəsi kimi formalaşmışdır.

Beynəlxalq əmtəə birjalarının xarakterik cəhətləri aşağıdakılardır:



  • Azad şəkildə formalaşmış birja sazişlərinin qəbuluna təminat vermək;

  • Spekuliyativ sazişlərin (bu saziş yeni əmələ gəlmiş katirovka qiymətləri arasında fərqi müəyyənləşdirir) nəticəsi;

Dünyanın ən iri əmtəə birjalarından biri Amerikanın Çikaqo birjasıdır. Dün­ya­­nın əmtəə birjalarının içərisində ikinci yeri Çikaqo əmtəə birjası tutur.

Nyu-York əmtəə birjası bağlanan alqı-satqı əməliyyatlarının sayına və həc­minə görə beynəlxalq əmtəə birjalarında üçüncü yeri tutur. Həmin birjalarda alqı-satqı əməliyyat­larının predmetinə yanacaq və xam neft, benzin, platin daxil­­­dir.

London Beynəlxalq Neft birjasında dizel yanacağı, mazut, neft və benzin tica­­rə­ti üzrə əməliyyatlar aparılır. Böyük Britaniyada kiçik miqyaslı əməliyyat­lar aparan Baltik fyuçers eksçeyndj birjası da mövcuddur. Beynəlxalq əmtəə birja­ları içərisində Yaponiyanın ən iri Tokio əmtəə birjası mühüm yer tutur. Burada aparılan alqı– satqı əməliyyatlarının əsas obyekti qiymətli metallar hesab edilir. Aparılan əməliyyatların həcminə görə Sidney fyuçers birjası da kifa­yət qə­dər iri birja hesab edilir. Dünya miqyasında Fransa­nın ən iri birjası Ma­tif Paris birjası hesab edilir. Bu birjada aparılan əməliyyatlar içərisində ən çox xüsu­si çəkini dövlət istiqrazları tutur.

Əmtəə birjalarının mühüm xüsusiyyətlərindən biri orada bağlanılan birja əqdləridir. Birja əqdi– birja ticarəti iştirakçısının öz adından və ya üçüncü şəxslərin tapşırığı ilə müəyyənləşdirilmiş qaydada birja ticarətinin gedişində birja əmtəəsi üzrə qeydiyyatdan keçmiş müqaviləsidir.

Bəzi əmtəə birjaları istehlakçı insitutları kimi fəaliyyət göstərirlər. Onlar daimi və birdəfəlik olurlar. Daimi istehlakçılar birjaya giriş üçün illik, birdəfəlik istehlakçılar isə yalnız iştirakdan-iştiraka haqq ödəyirlər.

Əmtəə birjasının idarəetmə orqanı bir-birinə müvafiq şəkildə uyğun gələn 3 əsas səviyyədən ibarətdir.

Ən yüksək səviyyə kimi birja üzvləri və iştirakçıların Ümumi İclasını göstərmək olar. Bu orqan həm də qanunverici orqan kimi özünü göstərir. Növbəti səviyyə Birja Komitəsidir. Bu Komitə birjanın icraedici funksiyalarını yerinə yetirir, fəaliyyətinə hüquqi cəhətdən nəzarət edir və onun fəaliyyətinin əsas istiqamətlərini, birja ticarətinin qaydalarını işləyib hazırlayır.

Əmtəə birjalarının uğurlu fəaliyyəti birja kontorunun fəaliyyətindən birbaşa asılıdır. Birja brokerlərinin əsas gəliri alıcı və satıcılara göstərdiyi vasitəçilik xidmətindən əldə ediyi komissiyon haqqdır. Brokerlər nə qədər çox saziş bağlasalar, bir o qədər də komissiyon haqq alacaqlar.

Əmtəə birjalarının funksiyaları aşağıdakılardır:

1.Birja mexanizminin qiymətilə xammal bazarının təşkili.

Göstərilən funksiları həyata kecirmək üçün istifadəsilə birbaşa əlaqədar olmayan xammala tələbin formalaşması prossesi təmin olunur. Spesifik birja tələb və təklifini birj amüştəriləri yaradırlar. Birja ticarətinin köməyilə mövcud olan qiymət çərçivəsində əmtəə qıtlığı, yaxud artıq istehsal baş vermir. Əksər hallarda birjada əmtəənin özü deyil,ona mülkiyyət huququ və ya onun göndərilməsinə dair kontrakt dövr edir.Bu isə böyük əmtəə kütləsinin hərəkətinə olan ehtiyacı aradan qaldırır və tələb təklifin tarazlaşdırılmasına kömək edir.



2.Birja qiymətinin aşkara çıxarılması və tənzimlənməsi.

Tələb və təklifin birjada cəmlənməsi və böyük miqdarda sövdələşməlrin aparılması qeyri – bazar amillərinin qiymətə təsirini aradan qaldırır və qiymətin real tələb və təklifə maksimum surətdə uyğunlaşmasını təmin edir.Birja qiymətləri kortirovka prosesində formalaşır.Qiymət kortirovkası isə birjaların ən vacib funksiyası rolunda çıxış edir.



3.Əmtəə standartlarının işlənməsi.

Birjada satışa çıxarılan əmtəələrin istehlakçı üçün qəbul edilən bilən və unifikasiya olunmuş növlərinin müəyyənləşdirilməsi mühüm rol oynayır.Bundan başqa birja ticatərinə buraxılmış firma markaları da qeydiyyatdan keçirilir.Bu cür qeydiyyat firma tərəfindən istehsal olunmuş məhsulun keyfiyyətli olmasına təminat deməkdir.Bundan başqa birjalar bağlanılan kontraktların standartlaşdırilaraq bir tipli formaya gətirilməsi və birja ticarəti ənənələrinin formalaşması sayəsində də fəaliyyət göstərirlər.



4.Əmtəələrin yeridilməsi.

Bunun üçün birjalarda real əməliyyatlar həyata keçirilir.Real əməliyyatlar artıq birjanın anbarına təhvil verilən əmtəələrin satışı (spot), yaxud da müəyyən olunmuş müddətdə əmtəələrin faktiki surətdə göndərilməsi (forvard) yolu ilə həyata keçirilir.



5.Əmtəələrin istehsal xərclərinin sabitləşməsi.

Əsas xammal və əmtəələrə qiymətlərin sabitliyini təmin etməklə birjalar dolayı yolla digər əmtəələrin istehsalına sərf edilən xərclərin sabitləşməsinə yardım göstərirlər.



6.Pul dövriyyəsinin sabitləşdirilməsi və kreditlərin asanlaşdırılması.

Birjalar əmtəələrin dövriyyə surətinin maksimal surətdə artırılmasına xidmət etdikləri üçün pul dövriyyəsinin həcmini artırır. Bundan başqa, birjalar borc kapitalının qoyulduğu mühüm sahələrdən biri olduğu üçün həmin borcların etibarlı təminatçısı kimi cıxış edir və risklərin minimuma endirilməsinə yardım göstərirlər.



7.Tariflər arasındakı münaqişə və fikir ayrılığının tənzimlənməsi.

Birja ticarətində müxtəlif səbəblərdə iştirakçılar arasında mübayisəli məsələlər meydana çıxır ki,onların həlli əksər hallarda birja arbitrajı tərəfindən həyata keçirilir.



8.Dünya bazarın formalaşması və fəaliyyət göstərməsi.

Müasir dövrdə əmtəə birjaları əmtəə,fond və valyuta birjalrının fəaliyyətini kompleks şəkildə birləşdirdiklərinə görə dünya bazarı rolunu oynayırlar.



9. Birja sığortalaşması.

Bu prosses birja ticarəti iştirakçılarını əlverişli olmayan qiymət dəyişkənliklərindən qorumaq məqsədini daşıyır. Bunun üçün birjalarda sövdələşmələrin və onların bağlanıl­ması mexanizminin xüsusi növlərindən istifadə edilir. Bu isə birjalarda birbaşa alqı – satqı ilə məşğul olan iştirakçılarla yanaşı, müştəriləri də cəlb edir.



10. Açıq torqların keçirilməsi üçün birja yığıncaqlarının təşkili.

Bu funksiyaya aşağıdakılar daxildir:



  1. Birja torqlarının təşkili;

  2. Birja ticarəti qaydalarının işlənib hazılanması;




  1. Torqların keçirilməsi üçün lazımi maddi – texniki təminatın yaradılması;

  2. Yüksək ixtisaslı kadrlardan ibarət birja aparatının yaradılması;

11. Birja kontraktlarının işlənib hazırlanması.

Bunun üçün birja torqlarının keyfiyyət xarakteristikasına irəli sürülən tələblər standartlaşdırılır, əmtəə partiyalarının ölçüləri standart lotlara ayrılır və birja sövdələşmələri üzrə hesablaşmalar üçün vahid tələblər hazırlanır.



12. Sövdələşmələrin yerinə yetirilməsinə təminatın verilməsi.

Bunun üçün birjalarda klirinq və hesablaşmaların birja sistemi tətbiq edilir. Birja iştirakçılarının qarşılıqlı tələb və öhdəliklərinin uçotunu qeyri – nəğd hesablaşma yolu ilə apararaq,onların icrasını təşkil edir.



13. Birjanın informasiya fəaliyyəti.

Bu funksiyanı yerinə yetirmək üçün birjalar qiymətlərin toplanmasını, qeydiyyatını, ümumiləşdirilməsini və öz müştərilərinə, habelə digər maraqlı təşkilatlara çatdırılmasını təşkil edir.




  1. Sual

birjaların 3 növünü fərqləndirmək olar: Dövlət birjaları, Xüsusi birjalar, Qarışıq birjalar.

Dövlət birjaları birja qanunlarının əsasını təşkil edir və ona nəzarəti həyata keçirir. Bu cür birjalarda istənilən sahibkara mövcud sahə üzrə ticarət reyestrində qeydiyyatdan keçməyə və dövriyyəsini müəyyənləşdirməyə imkan verir. Bu birjalar öz üzvlərinə birjada daimi iştirak üçün şərait yaradır. Bu növ birjalar əsasən Avropada (Fransa, Belçika, Hollandiya) geniş yayılmışdır. Bu birjalar açıq və ictimai xarakter daşıyır.

Xüsusi birjalar ABŞ və İngiltərədə geniş yayılmışdır. Belə birjaların fəaliyyətinə dövlət birbaşa tənzimləmə tədbirləri həyata keçirilmir.

Qarışıq (universal) birjalar da həmçinin Avropaya xasdır. Belə birjalar üçün xarakterik xüsusiyyət birja səhmlərinin bir hissəsinin dövlətin əlində olmasıdır. Bu dövlət üçün birjanın fəaliyyətinə hərtərəfli şəkildə nəzarət etməyə imkan verir.


  1. Sual

Beynəlxalq yarmarkalar – ticarətlə əlaqəli mal və xidmətlərin, texnoloji yeniliklərin, informasiyaların bazar tapması və alınabilməsi üçün, ticarət münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün, müəyyən bir tarixə bağlı olaraq, müntəzəm formada, əsasən eyni məkanlarda keçirilən tədbirdir.

Ümumi götürəndə tarix boyu yarmarkalar təşkil edilib. Yəni, burada bütün ölkələrin satıcıları və alıcıları müəyyən bir vaxt və məkan ərzində görüşərk mal və xidmət mübadiləsi ediblər. Ancaq beynəlxalq yarmarkaların daha dəqiq vaxtı və yeri ilk dəfə 1851-ci ildə Londonda “The Crystal Palace in Hyde Park”-da keçirlmişdir. Aşağıda bəzi əsas beynəlxalq yarmarkalar qeyd olunmuşdur:

1855 Paris (Fransa) 1873 Viyana (Avstriya)

1876 Filadelfiya (ABŞ) 1879 Sidney (Avstraliya)

1881 Milan (İtalya) 1888 Barselona (İspanya)

1910 Brüssel (Belçika) 1964 Nyu York (ABŞ)

1967 Monreal (Kanada) 1970 Osaka (Yaponya)

1985 Tsukuba (Yaponiya) 2008 Zaraqoza (İspanya)

Yuxarıda adları qeyd olunan şəhərlərdə ənənəvi olaraq 1851-ci ildən keçirilən beynəlxalq yarmarkalar keçirilir. 2010-cu ildə Şanxayda (Çin), 2012-ci ildə Yeosuda (C.Koreya) və 2015-ci ildə Milanda (İtalya) keçirilməsi planlaşdırılır. Burada öncədən müəyyənləşdirilmiş mövzular keçirilir. Məsəl üçün, 1893-cü ildə keçirilmiş Çikaqo beynəlxalq yarmarkasında gələcəyin texnologiyası mövzusu ələ alınmışdır. 1939-cu il Nyu York beynəlxalq yarmarkasında millətlərin mədəniyyətləri sərgisi keçirilmişdir. Bundan əlavə hər il, hər sezon və hər ay olmaq üzrə digər beynəlxalq yarmarkalar keçirilir. Burada konkret əmtəə və xidmətlər ələ alınır. Tarixləri öncədən müəyyənləşdirilir. İstənilən şəxs alıcı və ya satıcı qismində qeydiyyatdan keçir və ora qatılmaq hüququ əldə edir. Ən yaxşı vasitə kimi internet vasitəsi ilə qeydiyyatdan keçirilir. Dünyanın öndə gedən mal və xidmət yarmarkaları, tarixləri, əlavə məlumatları və internet saytları aşağıdakılardır:

Bazar iqtisadiyyatında beynəlxalq və ümumdövlət miqyaslı, həmçinin regional (yerli) əhəmiyyətli topdan yarmarkalar geniş yayılmışdır. Beynəlxalq və ya ümumdövlət topdan yarmarkalarda beynəlxalq kompaniyalar (firmalar) – yaxın və ya uzaq xaricdən malgöndərənlər iştirak edirlər. Bu yarmarkaları dövlət idarəetmə orqanları, həmçinin iri kommersiya strukturları təşkil edirlər.

Yerli miqyaslı topdan yarmarkalarda, eynicinsli standart əmtəələr üzrə satış aparan daimi fəaliyyət göstərən əmtəə birjalarəndan fərqli olaraq, yerli istehsal müəssisələrinin buraxdıqları mürəkkəb çeşidli əmtəələrin alqı-satqısı üzrə sövdələşmələr həyata keçirilir. Bu cür topdan yarmarkalarda alıcılar müxtəlif istehsalçıların məhsullarının çeşidi arasından fərdi müqayisə və seçim əsasında sərbəst qiymətlərlə əmtəələrin alışını həyata keçirirlər.

Ərazi əlaməti ilə yanaşı, beynəlxalq yarmarkalar, həmçinin əmtəə və sahə əlamətlərinə görə də təsnifatlaşdırılır. Beynəlxalq yarmarkaları aşağıdakı kimi növlərə bölmək olar:



  • Universal beynəlxalq yarmarkalar: Yuxarıda da göstərdiyimiz kimi, sənaye, kənd təsərrüfatı və hər cür istehlak mallarının birlikdə və növlərilə (məsul, xammal və xidmət) sərgilənən beynəlxalq yarmarkalardır.

  • İxtisaslaşdırılmış beynəlxalq yarmarkalar: Təşkili forma etibarı ilə mal və xidmətlərin sərgilənməsinə icazə verilən və məhz həmin sektorla əlaqədar baxılan beynəlxalq yarmarkalardır.

Eyni zamanda bu beynəlxalq yarmarkalar da əhəmiyyətinə görə aşağıdakılar ayrılır:

  • Geniş ixtisaslaşdırılmış beynəlxalq yarmarkalar: Yalnızca iş adamlarına açıq olaraq, sektor və bazar dilimi bazasında həyata keçirilir. Bu beynəlxalq yarmarkalar qoşulan şirkətlərin, hem beynəlxalq yarmarkalar keçirildiyi ölkeden, hem de başqa ölkelerden çox sayda idxalatçı ilə qarşılaşma və ticarət əlaqələri qurmaq şansı vardır. Eyni zamanda bazara yeni girmək istəyində olan şirkətlər tərəfindən, agentlər və ya distribütor tapmaq məsələsində üstünlük təşkil edir.

  • Dar ixtisaslaşdırılmış beynəlxalq yarmarkalar: Bu cür ticarət beynəlxalq yarmarkalar içərisində sayı ən çox olan bu beynəlxalq yarmarkalar, ümumiyyətlə pərakəndə istiqamətli olaraq təşkil edilir və funksiyaları baxımından geniş ixtisaslaşdırılmış beynəlxalq yarmarkalar ilə oxşarlığı vardır.

İxtisaslaşdırılmış beynəlxalq yarmarkalar da istehsal və bazar bölümünə görə iki yerə ayrılır:

  • İstehsalata görə ixtisaslaşma: Bir istehsalata yönəlik təşkil edildiyi üçün, məsələ ilə əlaqəsi olmayan insanların gəlmə ehtimalı az olmaqla yanaşı, bu tərzdəki beynəlxalq yarmarkalar agent və distribütor tapmaq baxımından ən təsirli və yaxşı vasitədir.

  • Bazar bölümünə görə ixtisaslaşma: Pərakəndə yönümlüdür və bu sahədəki ticarətdə, yenilikləri tanıtdırmak üçün imkan yaradır.

  • İstehlakçı beynəlxalq yarmarkaları: Hər cür istehlakçıya açıq olan, istehlak mallarının sərgiləndiyi beynəlxalq yarmarkalardır. Ziyarətçilərinin çoxunu, beynəlxalq yarmarkaların təşkil edildiyi mərkəzdən gələnlər istehlakçılar olur. Müəyyən bir yer və ya ölkədə satış kanalları olan mallar və şirkətlər üçün, bu beynəlxalq yarmarkalar ümumi təqdimat və satışın genişləndirməyi baxımından çox yararlıdır.

  • EXPO beynəlxalq yarmarkaları: Expo sözü “beynəlxalq sərgi” mənasını verir. 3-5 il aralıqlarla və ən çox 6 ay müddətində davam edən EXPO’lar, həm keçirildiyi ölkənin həm də iştirakçıların mal və xidmətlərin sərgiləndiyi, texnoloji yeniliklərin sərgiləndiyi bir əlaqə platformadır. Bir ölkənin iqtisadi və teknoloji dəyərlərini göstərməklə yanaşı, mənəvi dəyərlərini də nümayiş edir. Eyni zamanda ölkələrin beynəlxalq səviyyədə ticarət əlaqələrini də gücləndirir.

.

Müddətlərinə və keçirilmə üsullarına görə sərgilərin aşağıdakı növlərini fərqləndirirlər: Qısamüddətli sərgilər, hərəkətli sərgilər, nümunələrin daimi sərgiləri, ticarət mərkəzləri, ticarət həftələri.



Qısamüddətli sərgilər (solo-sərgilər)

Üç həftədən çox olmayan müddətdə keçirilir. Bu sərgilərin hər hansı bir ölkənin bütün istehsal sahələrinin nailiyyətlərini nümayiş etdirərək ümumi xarakter daşıya və ya konkret sahənin nailiyyətlərini nümayiş etdirərək ixtisaslaşmış ola bilər.



Hərəkətli sərgilər müxtəlif nəqliyyat vasitələrinin köməyi ilə iştirakçı dairəsini genişləndirmək məqsədilə təşkil olunur. Son illər üzən sərgilərin təşkili vüs’ət almışdır. (Xüsusilə Yaponiya, İsveç, İngiltərə) Belə sərgilər bir neçə ölkənin liman şəhərlərinə yan alan və sərgiyə çıxarılan malların nümayişi və satışı həyata keçirilən iri gəmilərdə təşkil olunur. Gəmidə həmçinin uyğun mütəxəssislər üçün məsləhətxanalar təşkil olunur, reklam və texniki prospektlər paylanılır. Üzən sərgilər ticarət assosasiyaları ayrı-ayrı firmalar tərəfindən təşkil olunur. Belə firmalar gəmini kirayə edir və numayiş etdirəcək nümunələrlə təchiz edirlər. Malların nümayiş pərakəndə satış və kontraktların bağlanması ilə nəticələnir. Sərgi xərclərin eksponent firmalar arasında bölühdürülür. Sərginin təşkilatçısı kimi gəmiçilik firması da çıxış edə bilər. Son dövrlər avtofurqonlarda, təyyarə salonlarında təşkil olunan sərgilər daha çox yayılıb.

Nümunələrin daxili sərgisi. Bir ölkənin diplomatik konsulluğu və digər nümayəndələri tərəfindən mümkün xarici alıcılarla ixrac məhsulları üzrə kontrakt bağlamaq məqsədilə təşkil olunur.

Ticarət mərkəzləri. Son dövrlər milli firmaların xaricdə təşkil etdikləri daxili ticarət mərkəzlərinin rolu artır. Ticarət mərkəzləri yerləşdiyi ölkədə ixtisaslaşmış sərgilərin təşkilində böyük əhəmiyyət kəsb edirlər. Onlar eksponent firmalara pulsuz yer verir, öz hesablarına sərgilərin lahiyələşdirilməsini və qeydiyyatına, eksponatların montaj və demontajını həyata keçirir, yerli qeydiyyat və digər firmaların iş haqqını ödəyir, sərgi iştirakçıların bazarı vəziyyəti haqqında informasiya verir.

Ticarət Həftələri. Sərgilərin yeni növüdür. Bu növ sərgilər iri şəhərlərin universal mağazalarında istehlak mallarının satışı və nümayişi üçün təşkil olunur.

Beynəlxalq sərgi və yarmarkalarda son dövrlər müxtəlif meyllər meydana gəlib. Bunlardan aşağıdakıları göstərə bilərik:

Qloballaşma:

Qlobal sərgilər:  Dünya miqyasında konkret sahələri əhatə edən tədbirlər sistemidir. Onlar həm iştirakçı – mütəxəssislər üçün, həm də eksponentlər üçün qlobal tə’sir və cazibə gücünə malikdirlər.

Avropalaşma:  Müasir Beynəlxalq sərgi və yarmarkalar istər iştirakçı və eksponent tərkibinə, istərsə də keçirilmə yerinə görə öz meylini Avropaya doğru dəyişir.

Regionlaşma:  Yeni “Avropasayağı” ölçünün tə’siri ilə əvvəllər milli çərçivədə olan sərgi və yarmarkalar artıq regional çərçivəyə girirlər. Bu sərgilərdə eksponent və iştirakçı – mütəxəssislər çoxmillətlidirlər və onlar, əsasən, bazarın “Avropa - regional” şərtlərinə orientasiya götürəcəklər.



1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə