Bərpa olunmayan ehtiyatlara daş kömür, neft, əlvan metallar və s kimi istifadə nəticəsində sərf olunan sərvətlər aiddir




Yüklə 0.76 Mb.
səhifə4/7
tarix22.02.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7

- idarəçilik injinirinqi və digər çoxcəhətli xidmətləri də fərqləndirmək olar.

Xidmətlərin alınıb-satılması əməliyyatlarmda icarə müna-sibətləri də böyük rol oynayır. Beynəlxalq icarə dedikdə, maşın və avadanlıqlarm muzdla (müəyyən tərəddüdlə) xarici səxsə verilməsi nəzərdə tutulur.

Elektron ticarəti dedikdə, əmtəə və xidmətlərin alqı-satqı əməliyyatlarının həyata keçirilməsində kompüter sisteminin istifadə edilməsi nəzərdə tutulur. Texnoloji inkişafda inqilabi dəyişikliklər edilməsi ilə, bir çox dövlətlər «informasiya birliyi» və yaxud «informasiya iqtisadiyyatı» formalaşdırma-ğa cəhd edirlər. Bu isə «elektron ticarəti» anlayışının əmələ gəlməsinə səbəb olmuşdur (Bununla yanaşı virtual ticarət, internet ticarət. Onlayn ticarət və bu kimi anlayışlar da mövcuddur). Firmalararası və firmadaxili münasibətlər də bu anlayışlarla əks olunur. Burada marketinq, istehsal, maliyyə, satış, elektron poçtu vasitəsi ilə danışıqlar aparılması, şəbəkə vasitəsi ilə telefon əlaqələrinin, faks əlaqələrinin və digər işlərin yerinə yetirilməsində müasir kompüterləşmə iınkanlarından istifadə edilməsi nəzərdə tutulur.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ATEC) Katibliyinin hesablamalarma görə elektron ticarə-tinin nailiyyətlərindən istifadə edilməsi ilə həmin ölkələr üzrə 45 mlrd. dollar əlavə gəlir əldə etmək olar.

Hazırda dünya üzrə Internet şəbəkəsinin (onu ümumdünya hörümçək toru adlandırırlar) nailiyyətlərindən geniş istifadə edə bilmək baxımdan şərti olaraq dünya ölkələri dörd qrupa bölünür:

Birinci qrupa - ABŞ, Kanada, Şimali Avropa ölkələri -Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveç daxildir. Bu ölkələrdə hələ 80-ci illərdən universitetbrdə və hökumət idarələrində internetdən geniş istifadə edilir.

İkinci qrupa - AI ölkələrinin əksəriyyəti (aydındır ki, Şimali Avropa ölkələrindən başqa) və Avstraliya, Yeni Zellandiya, Yaponiya, Koreya Respublikası, Tayvan, Sinqapur, Syanqan (Honqonq) daxildir. Bu ölkələr 90-cı illərin əvvəllərindən internetin imkanlarından geniş istifadə edirlər.

Üçüncü qrupa - bəzi inkişaf etməkdə olan ölkələr daxildirlər. Bunlardan Cənubi-şərqi Asiya ölkələri (İndoneziya, Malayziya, Filippin, Tailand, Vyetnam), Çin, Braziliya, Argentina, CAR, Misir, Rusiya və s. göstərmək olar.

Dördüncü qrupa - inkişaf etməkdə olan və daha az inkişaf etmiş ölkələr daxildirlər. Bu ölkələrdə investisiya şəraiti də qeyri-qənaətbəxşdir. Hətta bəzi ölkələrdə Internet sistemindən siyasi və sosial məqsədlər üçün istifadə edilməsinə qadağalar qoyulması cəhdləri də mövcuddur.

Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatınm (İƏİT) hesablamalarına görə dünya üzrə elektron ticarətinin ümumi həcmi ÜDM-un 1993-cü ildə 1,3%-nə, 2001-ci ildə 3,3%-nə bərabər olmuşdur.Müxtəlif hesablamalara görə 2001-ci ildə elektron ticarətinin həcmi dəyər ifadəsində 600 mlrd. dollara bərabər olmuşdur. 2003-cü ildə isə (müxtəlif hesablamalara görə) bu göstərici 1244-4600 mlrd. dollar təşkil etmişdir. Ayrı-ayrı təşkilat və agentliklərin hesablamalarma görə bu sahənin illik artım sürəti 46-125 faizədəkdir. Elektron ticarətində də ABŞ liderlik edir. Bu sahədə Internet şəbəkəsindən istifadənin və virtual (sürətli) ticarətin xüsusi çəkisi daha artıqdır.


  1. Sual

BMT-nin təsnifatına əsasən 160-dan çox xidmət növü mövcuddur. Bu xidmət növləri 12 əsas bölmədən ibarətdir (BVF-nin göstərişlərinə əsasən tədiyyə balansında ümumiləşdirilmiş şəkildə 11 növ xidmət əks olunur).

  1. İşgüzarlıq xidmətləri - 46 növ;

  2. Rabitə xidmətləri - 25 növ;

  3. İnşaat və mühəndis məsləhət xidmətləri - 5 növ;

  4. Marketinqdə ticarət vasitəçiliyi xidməti - 5 növ;

  5. Ümumtəhsil xidmətləri - 5 növ;

  6. Ətraf mühitin mühafızəsi üzrə xidmətlər - 4 növ;

  7. Maliyyə, sığorta xidmətləri - 17 növ;

  8. Sağlamlığın qorunması və sosial sahədə göstərilən xidmətlər - 4 növ;

  9. Turizm və səyahət üzrə xidmətlər - 4 növ;

  10. Asudə vaxtın, mədəni-kütləvi işlərin, idmanın təşkili sahəsində olan xidmətlər - 5 növ;

  11. Nəqliyyat xidmətləri - 33 növ;

  12. Sair xidmətləri.

Bəzi hallarda xidmət növlərinin təsnifatı başqa səpgidə də araşdırılır. Məsələn:

- istehsal amillərinin (ilk növbədə kapitalın və işçi qüvvəsinin) hərəkəti sahəsində göstərilən xidmətlər;

- istehsal amilləri üzrə olmayan digər növ xidmətlər.

Eləcə də istehlakçılara xidmət göstərilməsi səpgisində aşağıdakı kimi təsnifatdan da istifadə edilir:

- investisiya ilə bağlı olan xidmətlər: maliyyə xidmətləri; turist xidmətləri; ticarət ilə əlaqədar olan xidmətlər; inves­tisiya və ticarətlə əlaqədar olan xidmətlər.

BVF-dən fərqli olaraq Dünya Bankı xidmətləri onların BİM-in digər formaları ilə qarşılıqlı təsiri prinsipinə əsasən iki böyük qrupa bölür:



  1. ��faktor xidmətləri – kapitalın, iş qüvvəsinin və texnologiyalarının beynəlxalq hərəkəti ilə əlaqədar ortaya çıxan ödəmələr (investisiya üzrə gəlirlər, royalti və lisenziya ödəmələri, əmək haqları);

  2. ��qeyri-faktor xidmətlər – yerdə qalan bütün növ xidmətlər (nəqliyyat, turizm və bütün digər qeyri-maliyyə xidmətləri).

Ümumdünya Ticarət Təşkilatı isə xidmətlərin 600-dən artıq müxtəlif növünü fərqləndirir və xidmətlərlə beynəlxalq ticarətin liberallaşdırılması üzrə danışıqlar məhz bu təsnifat əsasında həyata keçirilir.

Məlumdur ki, əksər hallarda xidmətlərin göstərilməsi əmtəə ticarəti və ya sərmayə qoyuluşları ilə əlaqədardır ki, bu baxımdam yamaşsaq xidmətləri aşağıdakı qruplara bölmək olar:

��sərmayələrlə əlaqədar olan xidmətlər – bank, mehmanxana və peşəkar xidmətlər;

��ticarətlə əlaqədar olan xidmətlər – nəqliyyat, sığorta;

��eyni zamanda həm sərmayə, həm də ticarətlə əlaqədar olan xidmətlər – rabitə, tikinti, kompüter və informasiya xidmətləri, şəxsi, mədəni və rekrasion xidmətlər.


  1. Sual

Tədiyə balansı ölkənin xarici dünya ilə qarşılıqlı əlaqələrini xarakterizə edən ümumiləşdirici göstəriciləri əks etdirir. Tarixən tədiyə balansı ticarət balansı formasında hələ orta əsrlərdə meydana gəlmişdir. “Tədiyə balansı” isə bir termin kimi dövriyyəyə ingilis iqtisadçısı Con Stüart-Mill tərəfindən daxil edilmişdir. Həmin vaxtlarda balans ilk növbədə fiskal rolu yerinə yetirirdi. Özünün müasir formasında isə tədiyə balansı əsas makroiqtisadi siyasət elementlərinin hazırlanması zamanı vacib orientir rolunda çıxış edir.

Tədiyə balansının tərtib edilməsində nümunə kimi BVF tərəfindən dərc edilmiş sxemdən istifadə edilir. Tədiyə balansının tərtibinin tam sxemi 112 maddəni əhatə edir. Ümumiləşdirilmiş sxem bu maddələri 7 blok üzrə məcmulaşdırır

Ümumiləşdirilmiş sxemin bloklarını üç qrupda birləşdirmək olar:


  1. 1. Cari əməliyyatlar (A bloku). Bu əməliyyatlar üzrə əmtəə, xidmət, kapital və pul köçürmələri hərəkətindən gəlirin olub-olmamasını göstərən balans hesablanır.

  2. 2. Kapital hərəkəti (B+C blokları). Bu zaman da balans hesablanır. 3. Balanslaşdırıcı əməliyyatlar (E+F+G blokları). Tədiyə balansının tarazlaşdırılması istiqamətində dövlət orqanlarının həyata keçirdiyi əməliyyatlar əks olunur.

Xidmətlərlə ticarət “Digər əmtəə, xidmət və gəlirlər” maddəsində əks onunmuşdur:

a) xidmət idxal-ixracından fərqləndirilməsi çətin olan əmtəə idxal-ixracı;

b) ən müxtəlif xidmətlər: yük, sərnişin və digər daşımalar; beynəlxalq turizm; telekommunikasiya xidmətləri; maliyyə, təhsil, işgüzar, texniki və s. xidmətlər;

Xidmətlərin təsnifləşdirilməsinin şərtiliyinə baxmayaraq onların bir çoxu son 20 il ərzində beynəlxalq ticarətin predmeti kimi çıxış edir, onlarla ticarət tədiyyə balansının cari əməliyyatlar hesabında öz əksini tapır. Beynəlxalq Valyuta Fondunun tədiyyə balansının tərtib olunması üzrə buraxdığı və demək olar ki bütün dünya

ölkələrinin istifadə etdiyi rəhbərliyə uyğun olaraq ticarət edilə bilən xidmətlərin tərkibinə çoxsaylı xidmətlər daxildir.


  1. Sual

Nəqliyyat əlaqələri beynəlxalq iqtisadi münasibətlərin həyata keçirilməsinin vacib və fasiləsiz tərkib hissəsidir. Nəqliyyat vasitələri beynəlxalq bazarlarda əmtəə və xidmətlərin tədarükçüdən (mal göndərəndən) istehlakçıya qədərki hərəkətini təmin edir. Funksional olaraq nəqliyyat, tədavül prosesi ilə tamamilə qovuşaraq biləvasitə ona xidmət edir. Əmtəə və xidmətlərin tədavülü prosesini nəqliyyatdan kənar təsəvvür etmək çox çətindir.

Əmtəə və xidmətlərin daşınması bir növ istehsal prosesini davam etdirir.Yaradılmış məhsula çəkilmiş daşınma məsrəfləri həmin əmtəənin ümumi xərclərinə əlavə edilir və maya dəyəri və qiymətə daxil olunur. Onlar əlavə tədavül xərclərini təşkil edir və qiymətin vacib komponentlərindən birinə çevrilir. Burada qiymətdə nəqliyyat(daşınma) xərcləri kifayət qədər yüksək paya malik ola bilər (məhsulun maya dəyərinin 30%-nə qədər). Ona görə də xarici ticarət kontraktlarının uğurlu alınması və onun iqtisadi səmərəliliyi bu və ya digər yükün necə daşınmasından, yükdaşıma üçün ən qənaətli və sürətli nəqliyyat vasitəsindən necə istifadə olunmasından xeyli dərəcədə asılıdır. Nəqliyyat faktoru dünya ticarətinin itensifikasiyasında vacib ilkin şərait kimi həmişə nəzərdən keçirilmişdir.

Beynəlxalq ticarətin genişlənməsi və dərinləşməsi hesabına beynəlxalq nəqliyyat əlaqələri də inkişaf edir. Onların mütəmadi artımının və keyfiyyətcə təkmilləşdirilməsinin vacib faktorları aşağıdakılardır:

1. Xarici iqtisadi fəaliyyətin həcmi və tempi;

2. Nəqliyyat vasitələrinin keyfiyyətinə biləvasitə təsir göstərən elmi-texniki-tərəqqinin nəaliyyətlərindən istifadə olunması.

Dünya iqtisadiyyatında nəqliyyat xidməti iki istiqamətdə həyata keçirilir:



1. Əmtəə yüklərinin daşınması;

2. Sərnişinlərin daşınması.



Son 20-25 ildə daşınan yüklərin həcminin ixtisar olunması (azalması)tendensiyası müşahidə olunmuşdur. 70-ci illərin əvvəllərində beynəlxalq daşımaların yekun həcmi 4,5-4,6 mlrd. dəyərində qiymətləndirilmişdir. 1996-cı ildə daşımalar 3.8 mlrd. qədər azalmışdır. Bu fakt beynəlxalq ticarət tempinin aşağı düşməsinə deyil, əksinə əmtəə mübadiləsinin strukturunda keyfiyyət dəyişikliklərin olmasına dəlalət edir.Daha çox «nəqliyyat tutumlu» yanacaq-xammal məmulatların payı azalmışdır. Beynəlxalq ticarətdə ən geniş yayılmış nəqliyyat növü dəniz nəqliyyatıdır. Nəqliyyatın bu növü beynəlxalq yükdaşımalarının təxminən 65%-ni təmin edir.Daşımaların əsas növünü maye(duru) və qabsız yüklər, daha doğrusu dəniz daşımalarının həcminin təxminən 40%-ni təşkil edən yanacaq-xammal məhsulları təşkil edir.Yerdə qalan 60% isə əsas yüklərin (hazır sənaye malları, istehlak təminatlı əmtəələr, ərzaq) payına düşür. Beynəlxalq daşımaların ümumi həcminin təxminən 15-17% dəmiryolu nəqliyyatının üzərinə düşür. O, bir qayda olaraq qurudaxili daşımalar üçün istifadə olunur. Son 30-40 ildə dəniz nəqliyyatına ciddi rəqib kimi hava nəqliyyatı meydana çıxmışdır. Yerdəyişmələrdə olan sürətə görə avia nəqliyyatın üstünlüyünü nəzərə alsaq, o, beynəlxalq sərnişin daşımalarında liderdir.Sürətli geniş gövdəli təyyarələrin tətbiqi ilə daşıma qabiliyyəti kifayət qədər yüksəlmişdir. Yalnız 1985-2005-ci illərdə beynəlxalq hava əlaqələrinə daşımaların həcmi ikidəfədən çox artmışdır. Eyni zamanda maya dəyərinə görə nəqliyyatın bu növü ən bahalılardan biridir.Ona görə də ümumdünya yükdaşımalarının ümumi həcmindəki payı 6%-i güclə ötür. Xarici ticarət və iqtisadi əlaqələrdə avtomobil və çay nəqliyyatı ən az əhəmiyyət kəsb edən nəqliyyat növləridir. Xarici ticarət yükdaşımaların ümumi həcminin 5%-ə qədəri bütövlükdə onların payına düşür.Nəqliyyatın bu növləri özlərinin texniki mahiyyətinə görə daha lokal xarakterlidirlər. Əgər dəmiryolları qitədaxili daşımalara xidmət edirsə,avtomobil və çay nəqliyyatı yüklərin yenidən daşınmasını qonşu ölkələr arasında təmin edir. Boru kəmər nəqliyyatı haqqında bir neçə kəlmə qeyd etmək lazım gəlir. O,neft məhsulları və təbii qazın fasiləsiz və sistematik çatdırilması məqsədilə inşa edilir.Nəqliyyatın bu növünün spesifikası boru-kəmərlərin istifadəyə verilməsinin yüksək dəyəri və istismarın aşağı maya dəyəri olması ilə izah olunur. Beynəlxalq yükdaşımalarında nəqliyyatın bu növünün ümumi payı 7-8%-dən ibarətdir.


  1. Sual

Turizm - turistlərin, turist göndərənlərin, yeri orqanların və yerli əhalinin turist fəaliyyəti prosesində yaranan hadisə və qarşılıqlı münasibətlərin məcmusunu əks etdirir.

Turizm hər bir dövlətdə mehmanxana təsərrüfatının, restoranların, tamaşa tədbirlərinin, nəqliyyat sisteminin və s. işini canlandırmaqla məşğulluğun artmasına və xarici valyuta daxil olmasma zəmin yaradır. Bütün bunlarla yanaşı ölkə daxilində olan turizm ilə, dövlətlərarası, ayrı-ayrı ərazilər üzrə olan turizm də fərqləndirilir. Bu artıq beynəlxalq turizm adlanır.

Beynəlxalq turizm xidmətin xüsusi bir sahəsi olmaqla, insanların beynəlxalq hərəkəti və yaxud səyahəti ilə bağlıdır. İnsaların bu fəaliyyət növü beynəlxalq ticarətə xas olan spesifık bir iqtisadi kateqoriyadır.

Dünya turizm bazarmda hər şeydən əvvəl daha çox turist göndərən və turist qəbul edən ölkələr fərqbndirilir. Burada daha çox turist göndərən ölkələrdən ABŞ, Almaniya, İngiltərə və Belçika, daha çox turist qəbul edən ölkələrdən isə Fransa, İspaniya, ABŞ və İtaliya fərqlənirlər.

son illərin məlumatlarma görə cəmi qəbul edilən turistlərin 60%-ə qədəri, turizmdən daxil olan gəlirin isə 50%-ə qədəri Avropa ərazisinin payına düşür.

İkinci yerdə Asiya Sakit Okean regionu dayanır. Bu regionu çox vaxt «turist istiqamətinin gələcəyi» adlandırırlar. Bu region dünya turizm bazarının 18%-ni təşkil edir.

Dünya turizm xidməti bazarında' Amerika regionu 3-cü yeri tutur - 17%. Aydındır ki, beynəlxalq iqtisadi münasi-bətlər sistemində bu regionda əsas mərkəz ABŞ, Kanada və Meksika birliyidir. Həmin regionda turizmdən olan gəlirin 75%-i bu üçlüyün payma düşür.

Ümumdünya turizm təşkilatınm məlumatma görə hazır-da 15 ölkə turizm xidməti üzrə ixtisaslaşmışdır. Bu ölkələrdə turizmdən olan gəlir əmtəə ixracından olan gəlirdən daha çoxdur. Burada kiçik ada dövlətləri (Barbados, Seyşel ada-ları və s.) daha çox fərqlənirlər. 45 dövlətdə turizmdən olan gəlirlər cəmi ixracın 25%-dən artıqdır (bunlar əsasən inkişaf etməkdə olan ölkələrə aiddir).

Beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilmişdir. Belə ki, ÜDM-in 12-13%-i, cəmi kapital qoyuluşunun 8%-i, dünya üzrə cəmi istehlak xərclərinin 12%-i, cəmi vergi daxilolmalarmm 5-7%-i beynəlxalq turizmin payma düşür.

Turizmin inkişafına elə belə səyahətə çıxanlarm sayının artması kimi baxmaq olmaz. Turizm xidmət sahəsində ən böyük bölmələrdən birini təşkil edir. Turizmin inkişafı dedikdə, ilk növbədə turizm sənayesinin inkişafı nəzərdə tutulur. Burada hər cürə nəqliyyat növlərinin, mehmanxana təsərrüfatının, ictimai iaşə obyektlərinin, müəyyən gəzinti, əyləncə təyinatlı obyektlərin, idman komplekslərinin, ekskursiya xidmətləri göstərən təşkilatlar və sairənin məcmusu nəzərdə tutulur.

Turizm sənayesində və yaxud beynəlxalq turizm sistemində mehmanxana təsərrüfatı əsas yerlərdən birini tutur. Mübaliğəsiz qeyd etmək olar ki, bir çox hallarda turist axınının qədəri məhz turizm sənaysinin bu bölməsinin həcmindən asılıdır.

Bütün bunlarla yanaşı turizmə xidmət edən ictimai iaşə sistemi, nəqliyyat sistemi və nəqliyyat vasitələrinin artırılması da turizm sənayesində mühüm rola malikdir.

Ümumdünya Turizm Təşkilatı (ÜTT) ilk dəfə 1925-ci ildə«Turizmin təbliği üzrə rəsmi təşkilat» adı ilə yaradılmış dövlətlərarası qurumdur. 1947-ci ildə «Rəsmi Turist Təşkilatlarının Beynəlxalq İtti-faqı» (UCOTO) adlandırılmışdır. 1975-ci ildə bu qeyri-hökumət beynəlxalq ittifaqı əsa-smda hökumətlərarası beynəlxalq təşkilat yaradılmışdır. ÜTT-nin nizamnaməsi 27 sentyabr 1975-ci ildə qəbul olunmuşdur. İqamətgahı Madriddədir (tspaniya). 1980-ci ildən bu tarix ümumdünya turizm günü kimi qeyd edilir.


  1. Sual

Regional baxımdan xidmətlərin əsas ixracatçıları Qərbi Avropa ölkələri, o cümlədən Avropa Birliyi ölkələridir. Onlar 2002-ci ildə müvafiq olaraq 763 milyard dollar (48.6%) və 686 milyard dollar (43.4%) xidmət ixrac etmişlər. Bununla yanaşı, Qərbi Avropa ölkələrinin dünya ixracında payı 1990-cı ildəki 53.3%-dən 48.6%-ə düşmüşdür. İkinci yeri Asiya ölkələri tutsa da (2002-ci ildə onların 322 milyard dollar təşkil edib ki, bu da ümumi ixracın 20.5%-i deməkdir), onların bu mövqelərini o qədər də sabit saymaq olmaz. Belə ki, Şimali Amerika ölkələri (309 milyard dollarlıq xidmət ixracı – 19.7%) onlardan o qədər də uzaqda deyil. Bununla belə, qeyd edilməlidir ki, 1990-cı illə müqayisədə 2002-ci ildə Şimali Amerikanın ümumi ixracda xüsusi çəkisi əhəmiyyətli surətdə dəişməsə də (müvafiq olaraq 19.3% və 19.7%), Asiya ölkələrinin payı əhəmiyyətli dərəcədə artıb (müvafiq olaraq 16.8% və 20.5%). 2002-ci ildə ölkə baxımından dünya ixracının əsas liderləri ABŞ (2002-ci ildə 273 milyard dollar və ya 17.4%), Böyük Britaniya (123 milyard dollar və ya 7.8%), Almaniya (100 milyard dollar və ya 6.3%), Fransa (86 milyard dollar və ya 5.5%) və Yaponiya (65 milyard dollar və ya 4.1%) olub.

İdxal üzrə ilk beşliyə isə aşağıdakı ölkələr daxildir: ABŞ (13.3% və ya 205.6 milyard dollar), Almaniya (9.6% və ya 149.1 milyon dollar), Yaponiya (6.9% və ya 106.6 milyard dollar), Böyük Britaniya (6.6% və ya 101.4 milyard dollar) və Fransa (4.4% və ya 68.2 milyard dollar).

Xidmətlərlə dünya ticarətinin ölkələr qrupu üzrə bölgüsündə sənayecə inkişaf etmiş ölkələr üstünlük təşkil edirlər. Dünya xidmət ixracının təxminən 3/4-ü onların payına düşür.


  1. Sual

"Birja" sözü ların dilində pul kisəsi deməkdir. Hər bir birja satıcı və alıcıların görüşdüyü və onların arasında əksər hallarda vasitəçilərin - maklerlərin vasitəsilə yekcins məhsulun irihəcmli alqı-satqısı üzrə əqdlərin bağlandığı bazardır. Bunlar ilk növbədə əmtəə birjalarıdır. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi. "Bursa" sözündən "birja" sözü yaranmış və bu söz tezliklə Antverpendə (1460), Lionda (1462), Amsterdamda (1530), Londonda (1556), Hamburqda (1564) və d. şəhərlərdə yaranmış topdansatış əmtəə bazarlarına şamil edildi.

Beynəlxalq əmtəə birjaları daim fəaliyyətdə olan bazarın xüsusi bir növüdür, burada soy əlamətləri olan, keyfiyyətcə həmcins və qarşılıqlı əvəzlənən kütləvi xammal və ərzaq məh­sullarının alqı-satqısı üzrə sövdələşmələr keçirilir. Adə­tən bir­jada əmtəənin özü olmur. Əmtəə təqdim olunmadan və ona baxış keçiril­­mə­dən müəyyən olunmuş standartlar və nü­mu­nələr əsasında satılır və alınır. Sazişlərin bağlan­­ması çatdırılmanın keyfiyyətini və müs­sə­­nini sərt qaydada nizamlayan standart birja müqavilələri əsasında həyata keçirilir. Birjada müəyyən bir partiya əmtəə deyil, birja tərəfindən təyin olunan miqdarda müəyyən sort,tip,marka tərkibli birja müqavilələri satılır və alınırşsatıcı birjada alıcıya mal vermir, mal üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd verir. Bu sənəd satıcının malı birja anbarı­na təhvil verdiyini təsdiqləyən anbar şəhadətnaməsidir. Bu sənəd əsasında alıcı malı birja anbarından götürə bilər.

Beynəlxalq əmtəə birjalarının bütün növ əməliyyatlar üzrə illik dövriyyəsi 3.5 - 4.0 trilyon dollar təşkil edir. İndiki zamanda təqribən 70 adda mal birja tcarəti­nin obyektidir, bu mallar beynəlxalq ticari dövriyyənin təxminən 30% -ni əhatə edir.

Beynəlxalq birja dövriyyəsində mallar adətən iki qrupa bölünür: kənd təsərrüfatı və meşə malları; sənaye xammalı və yarımfabrikatlar.

Kənd təsərrüfatı və meşə malları qrupuna bunlar daxildir:


  • Yağlı bitkilər (yağlı toxumlar və onların emalından alınan məhsullar)-kətan və pambıq toxumları, soya paxlaları, soya yağı,cecə;

  • Taxıl məhsulları-buğda, qarğıdalı, yulaf, çovdar, arpa, düyü;

  • Heyvandarlıq məhsulları-iri buynuzlu diri mal,ət,çiy donuz budları;

  • Ərzaq malları-şəkər, kofe, kakao paxlaları, bitki yağı, yumurta, istiot, kartof, portağal şirəsi konsentratı,yerfındığı;

  • toxuculuq malları-pambıq, cut, təbii və süni ipək, yuyulmuş yun və iplik;

  • meşə malları-taxta-şalban və faner;

  • təbii kauçuk

Sənaye xammalı və yarınfabrikatlar qrupuna bunlar daxildir:

  • yanacaq malları-xam neft, dizel yanacağı, mazut, benzin, propan qazı;

  • sənaye metalı-mis, aliminium, sink, qalay, nikel, qurğuşun;

  • qiymətli metallar-qızıl, gümüş, platin, palladium.

Yuxarıda sadalanan malların hamısı maddi-material formada olub material əmtəə adlanır (və ya fiziki əmtəə). Bunlarla bərabər müasir birja ticarətində 70-ci illərdən başlayaraq “duyulmayan əmtəə” və ya qeyri-əmtəə dəyərli yeni bir qrup da yaranıb. Onu iki yarımqrupa bölmək olar:

  • valyuta və valyuta fyuçersləri və indeksləri:

  • maliyyə vasitələri-əmtəə fyuçersləri, bank faizlərinə istinadlar, aksiyaların fond indeksləri, aktivlərin idarəedilməsi vasitələri, həmçinin kirələmə və dövlət qiymətli kağızları müqavilələri.

Maliyyə vasitələrinin fyuçerslərilə ticarətə uzun müddətli xəzinə öhdəlikləri və xəzinə biletləri, bələdiyyənin aksiya və istiqrazlarının fyuçersləri, xarici valyu­ta­nın sonradan satın almaq məqsədilə milli valyutaya dəyişdirilməsinin fyuçersləri (svop fyuçersləri) aiddir.

Maliyyə vasitələrilə birja ticarətinin sürətli artımı ona gətirdi ki, 90-cı illərdə dünya əmtəə birjalarında yüksək qiymətləndirilən müqavilələrin üçdə ikisi duyul­mayan əmtəəyə görə bağlanmış müqavilələr, yəni əmtəə fyuçersləri daxil olmaqla maliyyə tipli müqavilələr oldu. Belə dəyişikliklər nəticəsində “ beynəlxalq əmtəə birjası” anlayışının mahiyyəti dəyişdi. YUNEKTAD ekspertlərinin 1993-cü ildə etdikləri rəsmi məruzə əsasında müəyyən olunubki,” müasir əmtəə birjası elə bir maliyyə bazarıdır ki, onun iştirakçılarının müxtəlif qrupları (xedjerlər və möh­tərik­lər) qiymət risqindən qaçmaq və onu bazarın digər iştirakçılarına ötürmək, ya­xud da əksinə qazanc əldə etmək üçün bu risqi öz üzərinə götürmək məqsədilə xammalın və ya “qeyri-əmtəə dəyərinin” qiymətinə bağlanan müqavilələrlə alver edirlər.

Beləliklə, beynəlxalq əmtəə birjaları ənənənvi olaraq dünya əmtəə bazarının bir növü kimi müəyyənləşirlər, belə ki, birja malları üzrə sövdələşmələr birja qiy­mət­ləri əsasında həyata keçirilir. Əmtəə birjalarının maliyyə bazarları kateqo­riya­sına aid edilməsi əmtəə fyuçersləri və başqa maliyyə vasitələri ilə ticarətdə onların əhəmiyyətini nümayiş etdirir.

İndiki zamanda fyuçers əmtəə birjası maliyyə institutuna çevrilib və özündə ka­pi­tal qoyuluşu sahəsini əks etdirir. Dünya fyuçers bazarı dünya maliyyə bazarı­nın tamdəyərli hissəsi olub qiymətli kağızlar bazarı və faizə əsaslanan bazar ilə sıx qar­şılıqlı əlaqədədir. Baxmayaraq ki,müasir beynəlxalq fyuçers birjalarının adların­da ənənəvi “əmtəə” termini saxlanılıb,onların funksiyaları əhəmiyyətli dərə­cə­də də­yi­şilib və ilk növbədə dünya bazarı tərəfindən birja mallarının qiymətlərinin müəy­­­yən edilməsinə, birja ticarəti işritakçıları arasında qiymət risqinin bölüş­dü­rül­­məsinə, əmtəə bazarlarının təşkilinin, likvidliyinin və effektivliyinin yüksəl­dil­məsinə yönəldilib.




  1. Sual

Birjada iki əsas növ üzrə sövdələşmələr olur: real əmtəə üzrə sövdələşmələr və fyuçers (müddətli) sövdələşmələr.

Mövcud əmtəə ilə real əməliyyatlar əmtəələrin birja ərazisində, birjaya məxsus anbarlara təhvil verilməklə alqı-satqısını nəzərdə tutur. Əmtəə birjalarında həyata keçirilən real əməliyyatların təşkili xüsusiyyətləri, real sazişlər aşağıdakıları əhatə edir:



  • Tez çatdırmaqla real ticarət sazişləri (SPOT);

  • Təxirə salınmaqla əmtəələrin göndərilməsi üzrə sazişlər (FORVARD). Bu da öz növbəsində girov qoymaqla, mükafatlı, sadə, mürəkkəb, bölünən, ikili mükafatlı forvard sazişlərinə ayrılır;

  • Real əmtəələr üzrə barter sazişləri;

  • Real əmtəələr üzrə şərtli sazişlər;

Tez çatdırmaqla real ticarət sazişləri (SPOT) – Əmtəələrin təcili göndərməklə bağlanması sazişlərinin əsas məqsədi əmtəələrin fiziki cəhətdən satıcılardan alıcılara təqdim edilməsidir. Spot müqavilələri bağlayan satıcılar 2 həftə ərzində əmtəələri birja anbarına təhvil verir və bunun müqabilində satıcıya birja anbarında xüsusi şəhadətnamə-varrant təqdim olunur. Real malın satıcısı həmin malı müqavilədə müəyyən edilmiş vaxt ərzində Birja Komitəsi tərəfindən təsdiq olunmuş anbarların birinə göndərir.

Varrant birjanın Hesablaşma Palatasına təqdim etmək üçün verilir və özündə satılmış əmtəənin dəyərini əks etdirir. O varrantı öz bankında saxlayır və malgöndərmə vaxtı gəldikdə onu, yəni varrantı anbarda saxlanılan malın dəyərini və onun sığorta dəyərini ödəmək şərtilə alıcıya verir. Alıcı varrantı alanda əvəzində satıcıya malın dəyərini göstərən çek təqdim edir. Həmçinin varrantda birjaya təqdim edilmiş əmtəənin standart keyfiyyət xarakteristikası da əks öz əksini tapır.

Malın dəyəri əmtəə təqdim edildiyi zaman və ya müqavilə əsasında sonradan ödənilə bilər. Müqavilənin şərtləri bağlandığı anda yerinə yetirilir. Bu da birjada qiymətlərin dinamikası ilə oynamağa imkan vermir. Real əmtəə alıcıları alınmış əmtəələrin və müqavilələrin dəyərinin ödənildiyi, əmtəələrin keyfiyyət xarakteristikasının əks edildiyi, sənədlərin təqdim edildiyi Hesablaşma Palatasına göndərilir. Bundan sonra alıcı aldığı əmtəə şəhadətnaməsini, yəni varrantı təqdim etməklə əmtəəni birja anbarından təhvil alır.

Bu cür sazişlər alqı-satqı əməliyyatları üçün daha münasib sayılır. Təcili göndərməklə bağlanılan müqavilələrin (spot) şərtlərinə uyğun olaraq əmtəələr 1-5 gün ərzində alıcıya çatdırılmalıdır.



Təxirə salınmaqla əmtəələrin göndərilməsi üzrə sazişlər (FORVARD) – Bu cür sazişlərdə qaşılıqlı surətdə real əmtəələrin təxirə salınmaqla göndərilməsi üzrə öhdəliklər yerinə yetirilir. Forvard müqavilələri əmtəələrin göndərilməsi təxirə salındığı dövrdə birjada baş verən qiymət dəyişiklikləri zamanı münasib qiymətlə bağlanılır. Yəni, forvard müqaviləsi bağlanan zaman mövcud qiymət əsas götürülür və həmin qiymətlə reallaşdırılır.

Bu müqaviləni fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, əmtəənin göndərilməsi müqavilə bağlandığı anda yerinə yetirilməsidir. Bu cür müqavilələrin əsas obyekti nominal, müəyyən müddət üçün hazırlanmış əmtəələrdir.

Forvard sazişləri müxtəlif formalarda olur. Bunlar aşağıdakılardan ibarətdir:


  1. Girov qoymaqla forvard sazişi – Bu müqavilə kontragentlərdən birinin digərinə müəyyən məbləğ ödəməsidir. Ödənilən bu məbləğ kontragentlər arasında zəmanət rolunu oynayır. Bu alıcı və satıcıların maraqlarını və məqsədlərini əks etdirir. Burada girov məbləğini ödəyən tərəf kimi alıcılar çıxış edir. Bu satıcıların maraqlarını tam əks etdirir. Girov məbləğinin həcmi əmtəənin dəyərinin 1-100%-i arasındadır.

  2. Mükafatlı forvard sazişləri – Bu müqavilədə kontragentlərdən biri xüsusi bildirişlə digərindən həyata keçirdiyi əməliyyat üçün müəyyən məbləğ mükafat tələb edir. Bəzən belə tələb yerinə yetirilmədikdə müqavilə imzalamaqdan imtina edilir.

  3. Sadə mükafatlı forvard sazişləri – Bu müqavilənin tərəfləri yerinə yetirdikləri xidmətlər üçün müəyyən məbləğ almaq hüququna malikdirlər. Bu alıcı və satıcı mükafatlarına bölünür.

  4. İkili mükafatlı forvard sazişləri – Bu cür müqavilədə müəyyən məbləğ ödəyənlər alıcı və satıcıların mövqeyindən çıxış etmək hüququ əldə edir. Əgər kontragentlər arasında razılıq varsa, saziş imzalamaqdan bəzən imtina edilir. Belə müqavilələrin bağlanmasında tərəflərin fəaliyyəti genişlənirsə, onda ödənilən məbləğin həcmi ikiqat artırılır. Bu mükafatlar ya müqvilə məbləğindən ayrı, ya da müqavilə ilə birlikdə nəzərə alınır.

  5. Mürəkkəb mükafatlı forvard sazişləri – Bu müqavilələr özünü ikitərəfli sazişlərdə göstərir. Bu sazişlər tək və ya broker firmasıyla, və yaxud hər ikisi birlikdə hər hansı birja iştirakçısı ilə bağlayırlar.

  6. Bölünən mükafatlı sazişlər – Belə müqavilələrdə təqdim edilən mükafat məbləği tərəflərdən birinin öz mənfəətini artırmağa kifayət qədər imkan verir. Bu da öz nüvbəsində mahiyyət etibarilə alıcı seçimi ilə sazişlər və satıcı seçimi ilə sazişlərə bölünür.

Forvard sazişləri özündə digər növləri də əks etdirir:

Kreditli sazişlərBu müqavilələr broker və müştərilər arasında bağlanılır. Müştərinin maraqlarından çıxış edən, onun təkliflərini yerinə yetirən, ticarətin həcmini müəyyən edən brokerlər müqavilə şərtlərinin yerinə yetirilməsində banklarla razılığa gəlirlər. Daha doğrusu kreditlərin ayrılmasında ümumi razılığa gəlinir. Burada əsas məqsəd ticarətin defisitliyini aradan qaldırmaqdır.

Bundan sonra broker əmtəənin satışından əldə olunmuş gəlirdən müəyyən məbləği banka kredit faizi olaraq ödəyir.



Şərtli sazişlər – Bu müqavilənin bağlanması müştərinin verdiyi sifarişlər əsasında yerinə yetirilir. Brokeri qoyulmuş şərtlər qane etməzsə müqavilə bağlamaqdan imtina edilir.

Barter sazişləri – Bu sazişlər birja əməliyyatlarında əmtəələrin hər hansı bir məbləğ ödəmədən əldə etməsindən ibarətdir. Yəni alınmalı olan əmtəə hər hansı bir digər əmtəə ilə dəyişdirilir. Bu özünü dövlətlərarası müqavilələrdə daha çox göstərir.

  • Real əmtəə üzrə sövdələşmələr malın satıcıdan alıcıya həqiqi mənada veril­məsi ilə, yəni birja anbarından birində real malın təhvil-təslimi ilə yekunlaşır.Bu o deməkdir ki,birjada mal satan satıcının həmin malı mövcud olmalıdır və faktiki olaraq satıcı onu müqavilədə göstərilən müddətdə çatdırmalıdır.

Real malın satıcısı birja komitəsinin təsdiq etdiyi anbarlardan birinə müqavilədə göstərilən müddətdə malı yerləşdirməlidir. Bu zaman birja və ya onun səlahiyyət verdiyi ekspeditor şirkəti satıcıya anbar şəhadətnaməsi yaxud əmanət şəhadətnaməsi (varrant) verir, bu sərəncamhüquqlu sənəd vasitəsilə birjada sövdə­ləş­mələr keçirilir və hesablaşmalar aparılır. Satıcı varrantı öz bankında saxla­yır və malın çatdırılması vaxtı çatanda malın anbarında saxlanılması və onun sığortalan­ması haqqını ödəyərək varrantı alıcıya təqdim etməlidir. Alıcı satıcıya ödəmə çeki təqdim etməklə varrantı ondan alır.

Real əmtəə üzrə sövdələşmələr çatdırılma müddətindən asılı olaraq təcili təchiz etmə sövdələşməsinə və gələcəkdə təchiz etmə sövdələşməsinə bölünürlər.

Təcili təchiz etmə sövdələşmələri adətən mövcud mal üzrə sövdələşmələr (“kəş” yaxud “spot”-cash, spot) adlanır. Birjada satılan mövcud mal birjanın anbar­larından birində olmalıdır və sövdələşmə baş tutandan sonra dərhal alıcıya veril­məlidir (dərhal-termini altından birjanın qaydalarından asılı olaraq bir gündən on beş günə qədər olan müddət nəzərdə tutulur). Belə sövdələşmələr şərtləşdirilən mövcud malın təxirəsalınmadan çatdırılmasını nəzərdə tutan ikitərəfli sazişdən ibarət olan spot müqavilələr (spot contracts) əsasında həyata keçirilir.

Gələcəkdə əmtəə ilə təchiz etmə sövdələşmələri adətən müddətli yaxud “forvard” (forward transactions,forwards,shipment) adlanır. Bu sövdələşmələrdə müqavilə bağlanan anda təyin olunan qiymətə və müqavilədə şərtləşdirilən müddət ərzində satıcı tərəfindən real malın çatdırılması nəzərdə tutulur. Bu müddətin uzunluğu birja tərəfindən müəyyən edilir. Gələcəkdə təchiz etmə sövdələşmələrinə həmçinin yolda olan və sonradan gəlib çatmalı olan mallar üçün bağlanan sazişlər də aid edilir (10,20,30,yaxud 60 hündən sontra - to arrive conrtacts). Adətən sonradan gəlib çatmalı olan hər bir partiya mal üzrə müqavilələr sonuncu təchiz etməyə qədər dəfələrlə alınıb satılırlar.

Gələcəkdə əmtəə ilə təchiz etmə sövdələşmələri müəyyən miqdarda razılaş­dırılmış keyfiyyətə malik olan malın təyin olunmuş yerə gələcək üçün şərtləş­dirilmiş müddətdə çatdırılmasını nəzərdə tutan ikitərəfli sazişin bağlanmasına aid edilən forvard müqavilələri (forward contracts) əsasında həyata keçirilir. Forvard müqaviləsi qeyri-standart ola blər və bu zaman tərəflər onun bütün şərtlərini öz aralarında razılaşdırırlar. Müqavilənin ləğv edilməsi yalnız kontragentin razılığı ilə mümkündür, belə ki, müqavilə üzrə öhdəliklər başqa şəxslərə həvalə oluna bilməz.

Fyuçers (müddətli) sövdələşmələri (terminal transaction, future transaction, pasper transaction) real əmtəə sövdələşmələrindən fərqli olaraq tərəflərin real mal çatdırma yaxud qəbul etmək öhdəliklərini nəzərdə tutmurlar (müqavilədə şərtləş­dirilən müddətdə) əmtəə üzərində alqı və satqı hüququnu ehtimal edirlər (kağız üzərində sövdələşmələr). Müddətli sövdələşmələr zamanı alıcı aldığı sərvətləri əldə etməyi, satıcı isə satdığı sərvətləri verməyi nəzərdə tutmur. Belə sövdələşmələrin nəticəsi real malın ötürülməsi deyil,müqavilənin bağlanması günü və onun icra edilməsi günü qiymətlər arasındakı fərqin ödənilməsi və alınması olur.

Hər bir fyuçers müqaviləsi birja qaydaları ilə təyin olunan miqdarda malı özün­də əks etdirir, bu müqavilə vahidi adlanır (contract unit).

Fyuçers müqavilələri yalnız birjanın təyin etdiyi standart mal üzrə bağlanı­lır.Bunu bazis sortu adlandırırlar.

Bəzi hallarda birja bazis sortundan başqa onu əvəz edə biləcək daha bir neçə sort da təyin edilir.

Real əmtəə müqavilələrindən fərqli olaraq bütün fyuçers müqavilələri təxirə­salınmadan mütləq qaydada hər bir birjada olan hesablama palatasında (clearing House yaxud Settlement House) qeydiyyatdan keçməlidirlər. Fyuçers müqaviləsi qeydiyyatdan keçəndən sonra birja üzvləri olan satıcı və alıcı daha bir-biri ilə müqavilə bağlayan tərəflər kimi münasibətdə olmurlar. Onların işi yalnız birjanın hesablama palatası ilə olur. Hər bir tərəf birtərəfli qaydada istənilən an fyuçers müqaviləsinin eyni miqdarda mal üçün ofset sazişi mağlamaqla ləğv edə bilər. Bu o demekdir ki, satıcı(qısa mövqenin sahibi) fyuçers müqaviləsinin alınması barədə brokerə əmr verir, alıcı isə (cari mövqenin sahibi) belə müqavilənin satılması barədə, yəni əks sazişin icrasına əmr verir (by offset).

Fyuçers müqaviləsinin ləğvi müqavilə bağlanan anda və onun ləğvi anında qiymətlər arasındakı fərqi hesablama palatasına ödəməyi, yaxud ondan almağı nəzərdə tutur.




  1. Sual

Birja bazarı dedikdə istənilən iqtisadçının ağlina ilk növbədə yəqin ki, fond birjası gəlir. Fond birjası ən yüksək keyfiyyərtli fond qiymətli kağızların tədavül etdiyi və əməliyyatların qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən aparıldğı təsisat şəklində qurulmuş xüsusi bazardır. Fond birjalarının təsisçiləri yalnız qiymətli kağızlar ba­zarının peşəkar iştirakçıları ola bilərlər. Fond birjaları isə ilk əvvəl əmtəə birjalarının fond hökümətləri kimi mövcud idilər. Burada pul vəsaitləri və pul öhdəlikləri (istiqraz, veksel, etibarnamələr) alınıb-satılırdı. Belə kağızların tədavül həcmi genişləndikcə, fond bölmələri təcrid oldular və qiymətli kağızlar bazarı fond birjası adlandırılmağa başladı. İlk müstəqil fond birjası 1611-ci ildə yaradılmış Amsterdam birjası hesab edilir.

AR-nın «Qiymətli kağizlar haqqında» Qanununda(maddə 26)göstərilir ki, fond birjasının müstəsna olaraq fəaliyyət predmeti qiymətli kağızların normal tədavülü üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi (qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən qiymət), həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirmək üçün

şərait yaradılması olan təşkilatdır.

Fond birjası, müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilatdır. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir.

Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digərfəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir.


  1. Sual

Xarici ölkələrin pullarına valyuta deyilir. Valyuta birjaları (bazarları) da xarici pulların alınıb satıldığı məkana deyilir.Valyuta bazarı xarici valyutanın və müxtəlif valyuta dəyərlilərinin alqı-satqısı üzrə əməliyyatlar nəticəsində yaranmış sabit iqtisadi və təşkilati münasibətlər sistemidir.Valyuta bazarlarında xarici pullar ümumiyyətlə,ölkənin öz milli pulu qarşılığında dəyişdirilir.Ancaq,təbii ki,bir ölkənin valyuta bazarında iki xarici pulun da dolayı və ya dolayısız yoldan bir-birinə çevirilmə imkanı vardır.Bu açıqlamalara görə,əgər dünyada tək bir pul vahidi istifadə edilsəydi (məsələn:qızıl standartları kimi) valyuta bazarı da lazım olmazdı.Halbuki,hər ölkə siyasi suverenliyi nəticəsində fərqli bir pul vahidinə malikdir.Günümüzdə,məsələn,qızıl standartı pratikasında olduğu dövrlərdəki kimi,milli pulların bir-birinə çevrilməsində istifadə ediləcək orta bir məxrəc yoxdur.Bütün bunlar milli pulların bir-birinə çevrilməsi üçün ayrı bir mexanizmin formalaşmasını zəruri etmişdir ki,bu da valyuta bazarıdır

Valyuta bazarı əməliyyatlarında ən yüksək həcmə nağd pulların alqı-satqısı deyil,nağdsız valyuta üzərində olan əməliyyatlar təşkil edir.

Adətən nağd valyutadan istifadə edənlər,gəzmək məqsədi ilə xaricə getmək,kiçik yığımlarını inflyasiyadan qorumaq və ya valyutadakı dəyər artımlarından spekulyativ mənfəət əldə etmək istəyənlərdir.Ancaq ixracat və idxalat qiymətlərinin ödənilməsi,xaricə sərmayə göndərilməsi kimi böyük həcmli əməliyyatlar nağdsız ödəmə formasında yerinə yetirilir.Bu cür ödənişlərdə bank köçürmələrindən geniş istifadə edilir.

Valyuta bazarının əsas subyektləri kimi transmilli banklar, kommersiya bankları, ticarət-sənaye və maliyyə şirkətləri, mərkəzi banklar, birjalar, beynəlxalq və regional təşkilatlar, fiziki şəxslər və digərləri çıxış edirlər.

Valyuta bazarının əsas vəzifəsi beynəlxalq iqtisadi münasibətlərə xidmət göstərməkdir.

Valyuta bazarları rəsmi mərkəzlər olub,tələb və təklif əsasında müəyyənləşən kurs üzrə xarici valyutaların dəyişdirildiyi yerdir.

Müasir valyuta bazarının aşağıdakı xüsusiyyətləri var:


  • valyuta bazarının beynəlmilləşməsi,elektron rabitə vasitələrinin geniş tətbiqi ;

  • əməliyyatların sutka ərzində aparılması;

  • valyuta əməliyyatı texnikasının unifikasiya edilməsi,hesablaşmaların bankların müxbir hesablaşmaları üzrə aparılması

  • valyuta və kredit risklərinin siğortalanması məqsədi ilə valyuta əməliyyatlarının genişləndirilməsi

  • möhtəkirlik və arbitraj əməliyyatlarının valyuta əməliyyatlarını üstələməsi

  • valyuta kurslarının qeyri-sabitliyi

Funksional nöqteyi nəzərdən valyuta bazarları aşağıdakıları yerinə yetirir:

  • beynəlxalq hesablaşmaların vaxtında həyata keçirilməsi

  • valyuta və kredit risklərinin siğortalanması

  • dünya valyuta,kredit və maliyyə əməliyyatlarının əlaqələndirilməsi

  • bankların,müəssisələrin,dövlətlərin valyuta ehtiyatlarının həyata gətirilməsi

  • valyuta məzənnələrinin fərqləri şəklində möhtəkir mənfəəti əldə etməsi

  • iqtisadiyyatın dövlət tənzimlənməsinə yönəlmiş valyuta siyasətinin həyata keçirilməsi.

İnstitutsional (təşkilati) nöqteyi nəzərdən valyuta bazarı bankların,broker firmalarının,şirkətlərin (xüsusilə trans milli şirkətlərin) məcmusudur.

Müasir valyuta bazarlarının xüsusiyyəti valyuta əməliyyatlarının qeyri mərkəzləşdirilmiş şəkildə aparılmasıdır.Banklar arasında sazişlərin böyük əksəriyyəti elektron texnikasının köməyi ilə aprılır.


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə