Bərpa olunmayan ehtiyatlara daş kömür, neft, əlvan metallar və s kimi istifadə nəticəsində sərf olunan sərvətlər aiddir




Yüklə 0.76 Mb.
səhifə3/7
tarix22.02.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7

Daha çox buğda idxal edən ölkələr – Yaponiya, Braziliya, Misir, Əlcəzair, İran, İndoneziyadır. Buğda ixracında ABŞ-la yanaşı Aİ ölkələri (İlk növbədə Fransa) Hindistan, Rusiya, Kanada, Avstraliya, Argentina, Pakistan, Türkiyə və Qazaxıstan fərqlənirlər.

Aydındır ki, taxıldan əlavə dünya bazarına çörək məhsulları (çörək, makaron, vafli, süxari və s.). Unüyütmə sənaye məhsulları olan un, düyü, kraxmal, maya da daxildir.



Mal əti ixracı üzrə - Avstraliya, Braziliya, ABŞ, Aİ, Yeni Zelandiya, Argentina, Kanada, Uruqvay.

Donuz əti ixracı üzrə - Aİ, ABŞ, Kanada, Şərqi Avropa ölkələri.

Qoyun əti üzrə - Yeni Zelandiya və Avstraliya.

Quş əti üzrə - Aİ ölkələri və ABŞ fərqlənirlər.

Süd məhsullarından – Pendir, kərə yağı, quru süd ticarəti daha genişdir.

Bu məhsulların ixracında əsasən Aİ ölkələri, Yeni Zelandiya və Avstraliya fərqlənirlər.

1999-cu ildə şəkər ixracı 34730 min ton, idxalı isə təqribən 35800 min ton olmuşdur.

Şəkər ixracının təqribən 80 %-i Braziliya, Aİ, Avstraliya, Tailand, Kuba, Qvatemala və CAR ölkələrinin payına düşür.

İdxalın isə 50 %-ə qədəri Rusiya, ABŞ, Aİ, Yaponiya, Cənubi Koreya, Kanada Malayziya, Çin, İran, İndoneziya, Əlcəzair və Misirin payına düşür.

Cəmi idxalın təqribən 10 %-ə qədəri Rusiya tərəfindən həyata keçirilir.




  1. Sual




  1. Sual




  1. Sual

Dünyada ərzaq və kənd təsərrüfatı məhsulları məsələsi ilə məşğul olan ən böyük beynəlxalq təşkilat – FAO (ərzaq və kənd təsərrüfatı təşkilatı) hesab edilir. Bu təşkilat 1945-ci ildə yaradılmışdır(mərkəzi Romadadır). Bu təşkilata 174 ölkə və Aİ dövlətləri daxildir. 5 ərazi şöbəsi vardır: Afrika üzrə; Asiya və Sakit okeanı üzrə; Avropa; Latın Amerikası: Karib hövzəsi və Yaxın Şərq üzrə. Bu təşkilat əsasən öz üzvlərinin üzvlük haqqı hesabına maliyyələşdirmə həyata keçirir.

BMT-nin xüsusi təşkilatı olmaqla FAO, əhalinin təmin olunması barədə məlumat toplayır, inkişaf etməkdə olan ölkələrə ərzaq köməkliyi edilməsinin və kənd təsərrüfatının inkişafına yardım göstərilməsini həyata keçirir və müxtəlif texniki yardım layihələri hazırlayır.

Ərzaq məsələsinin işlənib hazırlanmasında başqa beynəlxalq təşkilatların da böyük rolu vardır. 1974-cü ildə Ümumdünya Ərzaq Şurası yaradılmışdır. Bu şura dünya miqyasında ərzağın vəziyyətini izləyir və ehtiyacı olan ölkələrə köməklik göstərilməsini təşkil edir. Təməli 1963-cü ildən qoyulan bu təşkilat (qərargahı Romadadır – İtaliya) Ümumdünya Ərzaq Proqramı təşkilatı kimi fəaliyyət göstərir. Fəaliyyətə başladığı vaxtdan mindən artıq inkişaf layihəsinə yardım etmiş, 1200-dən çox fövqəladə əməliyyatlarda ərzaq yardımı vasitəsilə iştirak etmişdir.

1977-ci ildən kənd təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fond (İFAD) inkişaf etməkdə olan ölkələrin ərzaq vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərir (1976-cı ildə yaradılıbdır). Bu təşkilat 1978-ci ildən kreditləşdirmə həyata keçirir. Bu fonda 160 ölkə daxildir. Bundan:

- 22 inkişaf etmiş donor ölkəsi;

- 12 inkişaf etməkdə olan donor ölkəsi (Əlcəzair, Venesuela, Qabon, İndoneziya, İraq, İran, Qatar, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı);

- 126 digər inkişafda olan ölkələr.

Bu məsələ ilə digər beynəlxalq təşkilat birliklərdə yaxından məşğul olur. Bunlardan 1960-cı ildə təşkil olunmuş iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı, yenə də 1960-cı ildə yaradılmış neft ixrac edən ölkələr təşkilatı OPEK, 1949-cu ildə yaradılmış Avropa Şurası və s. qeyd etmək olar.

Bu ərzaq köməkliyi problemində ABŞ da böyük rol oynayır. 1960-cı illərin ortalarında cəmi ərzaq köməkliyinin 96 %-i ABŞ-ın payına düşürdü. 1990-cı illərin əvvəllərində isə ABŞ-ın payı 40 %-ə enmişdir. 1960-cı illərdə ABŞ tərəfindən daha çox köməklik Tunis, Filippin, Cənubi Vyetnam, Hindistan, Pakistan və Cənubi Koreyaya göstərilmişdir. 1970-ci illərdə isə Misir və Çinə daha çox yardım verilmişdir. 1980-ci illərdə isə ərzaq köməkliyi məsələsində Qərbi Avropa dövlətlərinin rolu artmışdır.


  1. Sual

Bazarın ərzaq məhsulları ilə dolması dövlət siyasətinin sosial problemlərin həlli istiqamətinə yönəlməsinə gətirib çıxar­mışdır – kənd təsərrüfatı istehsalçılarının gəlirlərinin səviyyəsinin saxlanılması, qiymətlərin, istehsal olunan əmtəələrin həcminin tənzimlənməsi, satış bazarlarının axtarılması və s.

1998-ci ildə Aİ-nin kənd təsərrüfatı siyasəti çərçivəsində həyata keçirdiyi islahatlar büdcə xərclərinin saxlanılması (müəyyən illərdə kənd təsərrüfatı siyasətinə xərclər 70%-dək çat­mış­dır) və minimal qiymət səviyyəsinə təminat verilməsi kimi vasi­­­tələrin azaldılmasını, fermerlərə kompensasiya ödənişlərinin edil­­­məsinin və ətraf mühitin qorunması üzrə xərclərin artı­rıl­ma­sını, taxıl məhsullarının istehsalında olan maneələrin, məh­­dudiy­yətlərin götürülməsini nəzərdə tuturdu. Göstərilən təd­bir­lər istehlak qiymətlərinin azalmasına və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artırılmasına yönəldilib ki, bu da əmtələrin sub­sidi­yasız ixracını və bazarın istehlakçı tələbinə tez reaksiya verməsini şərtləndirir.

Azad bazar siyasətini dəstəkləyən bir çox Avropa ölkələri öz kənd təsərrüfatını aktiv şəkildə subsidiyalaşdırırlar. ABŞ ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının ixracı və istehsalında liderliyin təmin edilməsi məqsədilə kənd təsərrüfatının dövlət tənzimlənməsi siyasətinin daha yüksək səviyyədə təzahür etdiyi bir ölkədir.

ABŞ-da kənd təsərrüfatı üzrə proqramların əsaslı şəkildə dövlət tərəfindən maliyyələşdirilməsi kənd təsərrüfatı məhsul­la­rının istehsalının tənzimlənməsi və dəstəyin göstərilməsinə, tələb və təklif arasında uyğunluğun yaradılmasına və təkrar istehsal böhranının mümkünlüyünün aradan qaldırılmasına imkan yarat­mışdır. Bu məqsədlə, əvvəlcə, ayrı-ayrı bitki növləri üzrə əkin sahə­­lərinin kvotalaşdırılması siyasəti həyata keçirilmiş, daha sonra bu bitkilərin istehsalında iştirak edən fermerlər arasında dövlət inves­tisiyalarının ümumi həcminin bölgüsü vasitəsilə nəzarət həyata keçirilmişdir.



Yaponiyada ərzaq təhlükəsizliyi problemi 1974-cü ildə dünya iqtisadiyyatında xammal və enerjidaşıyıcılarının qiymətinin kəskin qalxması ilə əlaqədar olan böhrandan sonra aktuallıq kəsb etmişdir.

Ölkə hökuməti ölkəyə ərzaq məhsullarının daxil olduğu mənbələrin diversifikasiyası və genişləndirilməsi siyasətini həyata keçirir (2000-ci ildə idxalın strukturunda ərzaq məhsullarının payı 14,3%, ixracında isə 0,5% olmuşdur). Bu, kənd təsərrüfatının inkişafı üçün zəruri təbii resursların məhdudluğu, eləcə də təbii-iqlim şəraitilə əlaqədardır.



İEOÖ-lərdə ərzaq təhlükəsizliyi digər ölkələr tərəfindən hümanitar yardımın edilməsi hesabına təmin edilir (əsasən BMT-nin üzvü olan İEÖ-lər tərəfindən verilir) və ac əhalinin sayının azaldılması məqsədi daşıyır.


  1. Sual

Elmi-texniki tərəqqinin nailiyyətləri əsasında əldə olunan məh­­­­­­­­­sul­­ların alqı-satqı prosesi elmi-texniki məhsullar bazarını for­ma­­­­laş­dı­rır. Bu bazar növünün fəaliyyətindən danışmazdan əvvəl el­­­mi-tex­niki tə­rəqqinin (ETT) mahiyyətini bilmək zəruridir.

ETT maddi istehsalın və cəmiyyətin tələbatının genişlənməsi və mü­rəkkəbliyi ilə bilavasitə bağlıdır. Belə ki, insan cəmiyyəti iq­ti­­sadi və zehni inkişafdan, torpaq sahəsinin azlığı və insanların sa­yı­­nın art­ma­sı ilə əlaqədar daha müasir texnolo­giyaların yaradıl­­ma­sı­­na, on­lardan istifadəyə və istehsalata tətbi­qinə can atır.

Elmi-texniki məhsullar bazarının fəaliyyəti özünü aqrar ba­za­rda əhəmiyyətli şəkildə göstərir. Belə ki, aqrar bazar sis­te­minin tər­­kib his­səsi olan maddi-texniki resurslar bazarında tək­lif olunan əmtəə­lər məhz elmi-texniki nailiyyətlərin məhsu­lu­dur. Kənd tə­sər­rüfatı ba­za­­rı­nın zəruri əmtəələrlə səmərəli şəkildə təmin olun­ma­sı isə el­mi-tex­ni­ki yeniliklərdən asılı olaraq reallaşır.

Elmi-texniki məhsullar bazarını maddi-texniki resurslar baza­rından fərqləndirən əsas xüsusiyyət məhz yeni texnika və texno­lo­giyaların, material vasitələrinin, konkret olaraq əsas və dövriyyə və­sait­lərinin satışının həyata keçirilməsi ilə bağlıdır. Deməli bu ba­zar növünün fəaliyyəti daim elmi-texniki yeniliklər axtarışı ilə bağ­­lıdır. Kənd təsərrüfatı əmtəə istehsalçısı məhz bu baxımdan yük­­sək rəqabət qabiliyyətinə malik ola bi­ləcək əmtəə istehsalına nail ol­maq üçün əsasən elmi-texniki məhsullar bazarının təklifinə üz tutur. Daha doğrusu bu məh­sullara tələb daha çoxdur.

İqtisadiyyatda elmi-texniki məhsullar bazarı formalaşma xüsu­siy­­­yətinə və təklif olunan əmtəələrin xarakterinə görə makro­tex­no­lo­ji və mikrotexnoloji strukturlar baxımından fərqləndirilir. Mak­ro­tex­­no­loji məhsullar bazarında dünya bazarı səviyyəsində rəqa­bət apa­ra bi­ləcək elmi imkanların, biliklərin və əmtəələrin real­laşdı­rıl­ması nə­zərdə tutulur: təyyarələr, kompüterlər, kompüter proq­ram­ları və s. Beynəlxalq təcrübədə elmi tutumlu ixrac aşağıdakı şəkildə qiy­­­mət­ləndirilir:

- ixrac olunan texnoloji məhsullar baxımından ölkənin xüsusi çə­­kisinin müəyyənləşdirilməsi;

- konkret sahə və ya texnoloji məhsul üzrə müqayisəli qiymət­lən­­dirmə.

Makrotexnoloji məhsul istehsalı və ixracını həyata keçirən öl­kə­lər bu yolla kifayət səviyyədə maliyyə vəsaiti əldə etməyi qarşı­sı­na məqsəd qoymaqla həmin vəsaitin az bir qismini digər sahə­lə­rin in­kişafına yönəltmək imkanı qazanır. Yəni daha ucuz mikro­tex­no­loji məhsullar bazarında təklif olunan əmtəələrə ödəniləcək ma­liyyə və­saiti və güclü maliyyə imkanları ilə iqtisadi inkişafa nail olunur.

Elmi-texniki məhsullar bazarının fəaliyyəti inno­vasiya ilə bi­la­­va­­sitə bağlıdır. Belə ki, bu bazar növü elmi-texniki nailiy­yətləri və ye­­nilikləri təklif edir. Həmin məhsulların tətbiqi prosesi ilə in­­no­va­siya məşğuldur.

İnnovasiya hazırlanmış yeni texnika və texnologiyalar, digər məh­­sullar və proseslərin tətbiqinə yönəldilmiş fəaliyyət növüdür. De­­məli innovasiya ETT-nin nailiyyətləri nəticəsində istehsal olu­nan (yaradılan, ixtira olunan və s.) əmtəələrin və onların yeni nəs­li­nin is­tehsalata tətbiqini əks etdirir. Bu isə innovasiyanı texniki (ma­terial) – iq­tisadi dəyişikliklər amili kimi səciyyələndirməyə əsas verir.




  1. Sual

Texnologiyaların beynəlxalq hərəkəti elmi-texniki nailiyyətlərin kommersiya və ya ödənissiz əsasda dövlətlərarası hərəkətidir. Basqa sözlə, bu zaman subyektlər arasında elmi-texniki fəaliyyətin elmi və praktiki dəyərə malik olan nəticələrindən istifadə olunması üzrə münasibətlər qurulur. Beynəlxalq iqtisadiyyatda texnologiya dasıyıcısı kimi əmtəələr və digər istehsal amilləri çıxıs edə bilər:

· əmtəə – yüksək texnologiya əsasında istehsal edilmis əmtəələrlə beynəlxalq ticarət zamanı;

· kapital – yüksək texnologiya əsasında istehsal edilmis kapital tutumlu əmtəələrlə beynəlxalq ticarət zamanı;

· əmək – yüksək ixtisaslı elmi-texniki kadrların beynəlxalq miqrasiyası zamanı;

· torpaq – əldə edilməsi üçün ən yeni elmi-texniki nailiyyətlərdən istifadə edilmis təbii resurslarla ticarət zamanı.

Texnologiyaların beynəlxalq ötürülməsi prosesi adətən özündə asağıdakıları ehtiva edir:

· texnologiyanın seçilməsi və alınması;

· alınmıs texnologiyanın uyğunlasdırılması və mənimsənilməsi;

· milli iqtisadiyyatın ehtiyaclarından çıxıs edərək texnologiyanın təkmilləsdirilməsi üzrə yerli imkanların inkisaf etdirilməsi.

Texnologiyalarla beynəlxalq mübadilə XX əsrin əvvəllərindən etibarən məlumdur, lakin dünya texnologiyalar bazarı 1950-1960-cı illərdə formalasmısdır. Məhz bu müddətə texnologiyalarla beynəlxalq kommersiya əməmliyyatlarının həcmi milli mübadilənin masstabını üstələmisdir. Beynəlxalq istehsal və elmi-texniki əməkdaslığı sərtləndirən amilləri sərti olaraq iki qrupa bölmək olar:



  • ölkələr səviyyəsində ola amillər;

  • firma, müəssisə və təskilatlar səviyyəsində olan lokal amillər.

Beynəlxalq texnologiya mübadiləsini ölkələr səviyyəsində sərtləndirən amillər müxtəlif ölkələrin firmalarının innovasiya proseslərində olan differensasiyanın milli iqtisadiyyatların texnoloji səviyyələrinin fərqliliyini sərtləndirməsi ilə müəyyən edilir. Bununla da, dünya texnologiyalar bazarında ölkələr müxtəlif mövqelərə malikolurlar.

Ölkələrarası fərqlər kəmiyyət və keyfiyyət cəhətlərinə malikdir. Kəmiyyət fərqlərinə elmi-texniki inkisafa ayrılmıs vəsaitin həcmi və texnologiyaların idxalı aiddir. Keyfiyyət fərqlərinə isə tədqiqat istiqamətləri, elmi-texniki məhsulun ixracının və idxalının orientasiyası və s. aiddir. Beynəlxalq elmi-texniki mübadiləni müəssisə və təskilatlar səviyyəsində sərtləndirən lokal amillərə asağıdakılar aiddir:

· konkret elmi-texniki problemlərin həlli üçün zəruri olan resurs limitinin keçilməsi;

· ayrıca bir institutun, müəssisənin, labaratoriyanın maddi-texniki bazasının darlığı;

· mövcud istehsal sistemlərinin yeni texniki həllərin tətbiqinə hazır olmaması;

· əldə edilmis elmi-texniki nəticələrin müəssisənin inkisaf strategiyasına uyğun olmaması;

· beynəlxalq texnologiya mübadiləsində istirak nəticəsində əldə edilən yeni strateji imkanlar.

Texnologiyaların ötürülməsinin əsas kanalları asağıdakılardır:

a) firmadaxili – transmilli sirkətlərin xarici filiallarına;

b) firmalararası – xarici firmalarla bağlanmıs lisenziya, kooperasiya və digər sazislər üzrə;

c) xarici ticarət – masın, avadanlıq və digər sənaye məhsulların ixracı ilə birgə.

Texnologiyaların ötürülməsinin asağıdakı əsas istiqamətləri fərqləndirilir:

1) qeyri-kommersiya əsasında

2) kommersiya əsasında

Yuxarıda göstərilən iki əsas istiqamətdən basqa sənaye casusluğu və texniki piratçılıq formasında mövcud olan texnologiyaların qeyri-leqal ötürülməsi də mövcuddur. Əksər ölkələrdə yeni texnologiya bir və ya bir neçə hüquqi alətlərlə - patentlərlə, lisenziyalarla, kopiraytlarla, əmtəə nisanları ilə qorunur.

· Patent. Bu, səalhiyyətli hökumət orqanı tərəfindən ixtiraçıya verilən və onun bu ixtiradan istifadə edilməsinə inhisar hüququnu təsdiqləyən səhadətnamədir. Lisenziya. Patentlə qorunan və ya qorunmayan texnologiya sahibi (lisenziar) tərəfindən maraqlı tərəfə (lisenziata) bu texnologiyadan müəyyən müddətə və müəyyən haqqa görə istifadə üçün verilən icazədir.

· Kopirayt (təkrar istehsal hüququ). ədəbi, audio və video əsərlər müəllifinin öz isi üzrə nümayis və təkrar istehsala müstəsna hüququdur.

· əmtəə nisanı. əmtəə istehsalçısının fərdiləsdirilməsi üçün istifadə edilən və digər təskilatlar tərəfindən sahibinin rəsmi icazəsi olmadan istifadə edilə bilinməyən simvoldur.

Texnologiyaların beynəlxalq ötürülməsi asağıdakı əsas formalarda həyata keçirilə bilər:

· Patent sazisləri. Bu beynəlxalq ticarət sazisi zamanı patent sahibi özünün ixtiradan istifadə hüququnu patent alıcısına verir. .

· Lisenziya sazisləri. Bu beynəlxalq ticarət sazisləri zamanı ixtira və ya texniki biliklər mülkiyyətçisi digər tərəfə müəyyən çərçivə daxilində texnologiyadan istifadəyə icazə verir.

· “Nou-hau”. Özündə texnoloji, iqtisadi, inzibati, maliyyə xarakterli məlumatları əks etdirən texniki təcrübə və istehsal sirlərinin təqdim edilməsidir.

· Đnjinirinq. Alınmıs və ya icarəyə götürülmüs masın və avadanlıqların əldə edilməsi, montaj edilməsi və istifadə edilməsi üçün zəruri olan texnoloji biliklərin təqdim edilməsi nəzərdə tutulur.

Lisenziyalarla beynəlxalq ticarətin formalarından biri françayzinqdir. Son 30 ildə genis vüsət almıs “françayzinq” termini “franchize” (güzəst, üstünlük) fransız sözündən irəli gəlir və adətən belə bir məna kəsb edir ki, sirkətlərdən biri (“françayzer”) digərinə (“françayzi”) özünün genis tanınan firma çesidlərindən istifadə etməyə icazə verir. Françayzinqin üç növü fərqləndirilir: istehsal, ticarət (əmtəə) və lisenziya (isgüzar) françayzinqləri.

Beynəlxalq lizinq bir tərəfin (icarəyə verən) digər tərəfə (icarəyə götürən) əmlakın (masın, avadanlıq, cihaz, sex, zavod və s.) icarə müqaviləsi əsasında müəyyən mükafat qarsılığında müəyyən edilmis müddət ərzində müstəsna istifadəyə verməsini əks etdirən maliyyə-kommersiya əməliyyatıdır.

Alqı-satqıdan fərqli olaraq icarə icarəyə verənin icarəyə verilən avadanlıq üzərində mülkiyyətini hüququnu saxlayır və icarəyə götürənə yalnız həmin avadanlıqdan müəyyən müddətə istifadə etmək hüququ verilir.

Dünya praktikasında üç növ icarə fərqləndirilir:

1) lizinq (uzunmüddətli icarə), avadanlığın 3-5 il və daha artıq müddətə icarəyə verilməsini nəzərdə tutur;

2) hayrinq (ortamüddətli icarə), avadanlıq 3 il müddətinə qədər icarəyə verilir;

3) rentinq (qısamüddətli icarə), avadanlıq 1 il müddətinə qədər icarəyə verilir. Beynəlxalq injinirinq yuxarıda da qeyd edildiyi kimi, bir tərəfin (məsləhətçi) digərinə (sifarisçi) layihələndirmə, tikinti, obyektin istismara verilməsi ilə bağlı mühəhdis-texniki xidmətlər göstərməsidir. Yeni obyektin tikintisi üçün lazım olan tam kompleks xidmətlər kompleks injinirinq adlanır. Eyni zamanda, injinirinq fəaliyyətini bir neçə tərkib hissəsinə ayırmaq olar:

· məsləhət injinirinqi

· texnoloji injinirinq

· tikinti injinirinqi

· idarəetmə injinirinqi

Elmi-texniki biliklərin qanuni ötürülməsi ilə yanası qeyri-qanuni ötürmə kanalları da mövcuddur. Buna həmçinin texnologiyaların ötürülməsinin kriminal kanalları da deyilir. Onlar asağıdakılardır:

· sənaye casusluğu – dövlət və kommersiya sirri təskil edən elmi-texniki və istehsal biliklərinin xarici dövlətə və ya sirkətə ötürülməsi üçün yığılması, oğurlanması və ötürülməsi;

· texniki piratlıq – “kölgə” strukturları tərəfindən texnoloji “bənzətmələr”in kütləvi istehsalı və satısı.


  1. Sual

Dünya ölkələrinin texniki inkişaf səviyyələrindəki fərqlərlə əlaqədar olaraq beynəlxalq texnoloji mübadilə prosesi meydana çıxmışdır. Dünya təsərrüfatları milli iqtisadiyyatların inkişaf səviyyəsindən asılı olmayaraq, texniki iqtisadi kateqoriya kimi maşınlı sənayeyə əsaslandığı üçün inkişaf etməkdə olan ölkələrdə texniki biliklər inkişaf etmiş ölkələrdəki istiqamətlərdə inkişaf etmişdir. Beynəlxalq praktikada texniki cəhətdən zəif inkişaf etmiş ölkələr əsasən xaricdən mədaxil olunan texnoloji biliklər əsasında tərəqqi tapırlar. İyirminci əsrin ikinci yarısında ETT-nin yüksək inkişaf templəri son onillilərdə dünya əmtəə ticarəti dövriyyəsində xüsusi növ əmtəənin – elmi texnoloji biliklərin çəkisini sür’ətlə artırmışdır ki, hazırda dünya ölkələri arsında arasında texnoloji mübadilə prosesi gedir. Beynəlxalq texnoloji mübadilə anlayışı iki əsas mə’na daşıyır: geniş mə’nada o, ölkələr arasında istənilən elmi-texniki bilik və təcrübənin mübadiləsi kimi, dar mə’nada isə konkret texnoloji proses üçün nəzərdə tutulmuş elmi-texniki bilik və təcrübənin mübadiləsi kimi başa düşülür. Texnologiya kommersiya və ya qeyri-kommersiya yolları ilə ötürülür. Geniş mə’nada texnoloji mübadilə qeyri-kommersiya yolu ilə mübadilə olunur:

  • elmi-texniki kəşflər;

  • sərgi, yarmarka, simpoziumların keçirilməsi;

  • kadr mübadiləsi;

  • mütəxəssis miqrasiyası;

  • tələbə və aspirant hazırlıqları;

  • elm və texnika sferalarında əməkdaşlıq üçün beynəlxalq təşkilatların fəaliyyəti və s. vasitəsilə bu mübadilə prosesi yaranır.

Dar texnoloji mübadilə isə əsasən kommersiya vasitəsilə həyata keçirilir:

  • ixtiralardan istifadə hüquqlarının lisenziya razılaşmaları vasitəsilə ötürülməsi (patent, nou-hau, əmtəə nişanları, sənaye nümunələri, texniki sənədlər):

  • müxtəlif sənaye avadanlıqları ilə təjhizatı;

  • texniki kömək göstərilməsi;

  • incinirinq xidmətləri;

  • mütəxəssis xidmətləri;

  • elmi-texniki və istehsal kommersiyası və s.

Texnologiya mübadiləsi iki əsas alıcı qruplarına yönəlir:

 çoxmilli korporasiyaların xarici filial və qız müəssələri;

 müstəqil firmalar.

Çoxmilli korparasiyalar tərəfindən yeni texnologiya əsasən öz filial qız müəssələrinə ötürülür. Bunun isə konkret səbəbləri mövcüddur. (NİOKR xərcləri azalır və cizli informasiyanın TMK xaricinə çıxmasının qarşısı alınır; texnologiya üzərində monopol nəzarət maksimum mənfəət götürülməsini təjhizat’min edir və s.)

Texnologtya satışı zamanı digər ölkələrinin bazarlarına rahat daxil olma imkanı qazanılır və xaricə əmtəə və xidmət ixrac olunur.

Müstəqil firmalara texnologiya satışı isə onun üzərində monopol nəzarətin itirilməsi ilə nəticələnir. Həmçinin yeni elmi-texniki biliklərə yiyələnən alıcı perspektivdə güclü rəqibə çevrilə bilər. Eyni zamanda satıcı da səhmdar kapitalında paya malik olmağa, texnologiyanı öz avadanlıqları ilə satmağa və ondan monopol istifadə hüququnun itirilməsini kompensasiya edən maksimal gəlir əldə etməyə çalışır. Qeyd edək ki, müstəqil firmalara əsasən NİOKR xərcləri aşağı olan sahələrin texnologiyası satılır. (metallurgiya, metal e’malı, tekstil və tikiş sənayesi və s. sahələr).




  1. Sual

Texnologiya mübadiləsi iki əsas alıcı qruplarına yönəlir:

 çoxmilli korporasiyaların xarici filial və qız müəssələri;

 müstəqil firmalar.

Çoxmilli korparasiyalar tərəfindən yeni texnologiya əsasən öz filial qız müəssələrinə ötürülür. Bunun isə konkret səbəbləri mövcüddur. (NİOKR xərcləri azalır və cizli informasiyanın TMK xaricinə çıxmasının qarşısı alınır; texnologiya üzərində monopol nəzarət maksimum mənfəət götürülməsini təjhizat’min edir və s.)

TMK elmi texniki fəaliyyətə böyük əhəmiyyət verirlər.TMK dünyanın inkişaf etmiş ölkələrinin elmi-texiki potensialının əsas hissəsinə nəzarət edirlər ki,bu da onlara dünya texnologiya bazarlarında aparıcı rol oynamağa imkan verir.TMK-ın payına elmi-texniki biliklərin mübadiləsinin 80%-i düşür.TMK avtomobil, EHM, aviakosmik, əczaçılıq və müdafiə sənayesində firmalar arasında strateji alyansların geniş yayılmasına gətirib çıxarır.TMK-cəmiyyətin beynəlmiləlləşməsində ən güclü agentdir. Çox da böyük olmayan ”Filips” TMK-nı misal gətirək, Dünyanın 40 ölkəsində özünün istehsal filallarını yaratmışdır.Dünyanın 60 ölkəsində isə məhsul satışi üzrə onun firmaları vardır.


  1. Sual




  1. Sual

Texnologiyaların beynəlxalq ötürülməsi asağıdakı əsas formalarda həyata keçirilə bilər:

· Patent sazisləri. Bu beynəlxalq ticarət sazisi zamanı patent sahibi özünün ixtiradan istifadə hüququnu patent alıcısına verir. .

· Lisenziya sazisləri. Bu beynəlxalq ticarət sazisləri zamanı ixtira və ya texniki biliklər mülkiyyətçisi digər tərəfə müəyyən çərçivə daxilində texnologiyadan istifadəyə icazə verir.

· “Nou-hau”. Özündə texnoloji, iqtisadi, inzibati, maliyyə xarakterli məlumatları əks etdirən texniki təcrübə və istehsal sirlərinin təqdim edilməsidir.

· Đnjinirinq. Alınmıs və ya icarəyə götürülmüs masın və avadanlıqların əldə edilməsi, montaj edilməsi və istifadə edilməsi üçün zəruri olan texnoloji biliklərin təqdim edilməsi nəzərdə tutulur.

Hazırda xarici ticarət əməliyyatlarmda mühəndis-texniki xidmətlər ticarəti böyük əhəmiyyət kəsb edir. Mühəndis-tex-niki işlər sahəsində olan məsləhətlər, köməklikbr, xidmətlər ümumi anlayış olan injinirinq xidməti kimi ifadə edilir. Belə məsləhətlər xidməti kommersiya xarakterli kompleks xidmətlər göstərilməsini nəzərdə tutur (istehsal prosesinə hazırlıq, istehsalm və satışm təşkili, sənaye, infrastruktura, kənd təsərrüfatı və digər obyektlərin inşaası və istismarma dair xidmətlər və s.).Beynəlxalq injinirinq yuxarıda da qeyd edildiyi kimi, bir tərəfin (məsləhətçi) digərinə (sifarisçi) layihələndirmə, tikinti, obyektin istismara verilməsi ilə bağlı mühəhdis-texniki xidmətlər göstərməsidir. Yeni obyektin tikintisi üçün lazım olan tam kompleks xidmətlər kompleks injinirinq adlanır. Eyni zamanda, injinirinq fəaliyyətini bir neçə tərkib hissəsinə ayırmaq olar:

· məsləhət injinirinqi

· texnoloji injinirinq

· tikinti injinirinqi

· idarəetmə injinirinqi

İNJİPİRİNQ — müstəqil fəaliyyəti dairəsi ilə xüsuOYLƏPYMİŞ mühəndis-məsləhət xidməti, istehsalın hazırlanması və^təminatı prosesi üzrə kompleks kommersiya xidməti və malın satılmasına, tikintiyə, sənaye, kənd təsərrüfatı, infrastrukturalı və s. obyektlərə xidmət edilməsi. İnjinirinq xidmətlərinin yekunu iki qrupa bəlünür:


1. İstehsal prosesinin hazırlanması ilə əlaqədər olan xidmətlər.

2. İstehsal prosesinin normal kedişini təmin etmək xidmətləri və malın satılması.

İnjinirinq xidmətləri xüsusi mühəndis məsləhət formasında, eyni zamanda tikinti və sənaye kompaniyaları tərəfindən yerinə yetirilir. İnjinirinqə daxil olan injinirinq firmaları görülən işin müxtəlifliyinə görə müəyyən edilmiş xidmətləri yerinə yetirmək üzrə ixtisaslaşırlar.


  1. Sual

İntellektual mülkiyyətin obyektlərindən istifadə edənlərun hüquqlarının müdafiəsi müasir dünyada informasiya texnologiyasınin və hüququn inkişafında çox mühüm nailiyyətdir,beləki təsərrüfatçılıq əlaqələrinin inkişaf etdirilməsində və informasiya texnologiyasının daha da yayılmasında mühüm əsas yaradır.İntellektual mülkiyyətin obyektlərindən istifadəyə verilən lisenziyaları sahibkarlıq fəaliyyətini tənzimləmək üçün vürilən lüsenziyalarla eynilədirmək olmazLisenziya intellektual mülkiyyətin xüsusi obyektlərindən istifadə etməyə icazə hüquqi verir və elmi-texniki ,texnoloji və digər formada olan intellektual mülkiyətdən digərlərinin,yəni müqavilə ilə tənzimlənən dəyərdə ödənişlər əsasında verilir.Beləliklə həmin yenilik üzərində inhisarın aradan götürülməsini təmin edir.Lisenziya istifadəçinin göstərilən müddətdə leqal şəkildə başqalarının ixtiralarından xeyir-gəlir götürməsi hüququnu müdafiə edir.Müasir dünya iqtisadiyatında intelektual mülkiyyətin obyektlərindən kommersiya əsaslarında istifadə edərkən lüsenziyalaşmadan istifadə edilir.lisenzialaşma əsasən sənaye mülkiyyəti obyektlərinə tətbiq edilir.Digər sahələrdə isə məsələn ticarət markasından istifadə edərkən françayzinq mexanizmi tətbiq olunur.

Beynəlxalq lisenziya mübadiləsində intellektual mülkiyyətin sahibi,-lisenziya verən ölkə,lisenziar, intellektual mülkiyyətdən istifadə etməyə lisenziya alan ölkə isə lisenziat adlanır.Lisenziatın lisenziara ödəyəcəyi məbləğin miqdarı lisenziya müqaviləsində əks olunur və lüsenziarın çəkmiş olduğu xərcləri ödəməli və müfafiq gəlir əldə etməsini təmin etməlidir,və təraflər arasında razılıq əsasında müəyənləşir.

Lisenlaşma təcrübəsində elə hallar olur ki, lisenziya alinması onu alan tərəfi bu fəaliyyət sahəsində real istifadəçi kimi mövcudluğunu təmin etmir.Bəzən isə bu təminat tam və ya natamam ola bilir.Ona görə də lüsenziyalar növləri meydana gəlir:

-tam lisenziya,bu formada lisenziat patentin mövcud olduğu bütün müddət ərzində vəbütün ərazilərdə məhdudiyyətsiz olaraq bütün patent hüquqlarından istifadə etmək hüquqi alır.Əslində bü iqtisadi cəhətdən patentin satın alınması deməkdir.



-müstəsna lisenziya,ancaq lisenziatın lisenziyalaşma obyektindən göstərilən ərazidə və müəyyən olunmuş müddət ərzində istifadə etmək hüquqi vardır( patent sahibi isə lisenziya obyektindən həmin ərazidə ancaq o vaxt istifadə edə bilər ki,bu haqda lisenziya müqaviləsində qeyd olunmamış olsun;başqa ərazilərdə isə üçüncü səxs bu lisenziya obyektindən patent sahibinin icazəsi ilə istifadə edə bilər).

-sadə lisenziya, lisenziar və digərləri eyni lisenziya obyektindən həmin və ya digər ərazilərdə,eyni vaxtda onun icazəsi ilə istifadə edə bilər;

-açıq lisenziya,patent sahibinin ərizəsi əsasında patent idarəsinə bu obyektə maraq gösərənlərə ondan istifadə etməyə icazə vermək hüquqi verir;



-sublisenziya,lisenziarın razılığı əsasında lisenziatın müqavilə əsasında obyektdən istifadə etməklə əlaqədar malik olduğu hüququn hamısını və ya müəyyən hissəsini üçüncü şəxsə verə bilməsidir.

Lisenziya satışı lisenziya müqaviləsinin bağlanması ilə həyata keçirilir. Müqavilə bağlandıqdan sonra lisenziya predmetinin mülkiyyət hüququ lisenziarda qalır, lisenziat isə müəyyən şərtlər və müddət ərzində ondan istifadə etmək hüququna malik olur.

Lisenziya predmeti bir çox tələblərə cavab verməlidir: yüksək texniki səviyyə; sənaye cəhətdən asan mənimsənilmə; predmetin patentlə müdafiəsi və s.

Lisenziya müqaviləsi bağlanarkən lisenziatın düzgün seçilməsi də mühüm əhəmiyyət kəsb edir. Məsələn, ABŞ-da lisenziat seçilərkən bir çox göstəricilər analiz edilir:


Firmanın hüquqi vəziyyəti və işgüzar aləmdə reputasiyası;

 Maliyyə vəziyyəti;

 Firmanın kommersiya fəaliyyəti;

 NİOKR və istehsalat;

 satış imkanları;

 informasiya tə’minatı;

 digər məsələlər.

Potensial lisenziatın əsas keyfiyyəti onun qısa zamanda yeni texnologiyanı mənimsəməklə rentabelli istehsalatı təşkil etməsidir.

Lisenziya satışı zamanı əsas məsələlərdən biri də lisenziya qiymətlərinin müəyyən edilməsidir. Lisenziyanın əsas dəyəri isə lisenziya obyektinin istifadəsi zamanı müəyyən edilə bilər. Bu zaman bir çox amillər nəzərə alınmaqla qiymət müəyyən olunur:


  • Lisenziyadan istifadə nəticəsində lisenziatın əldə edəcəyi ehtimal olunan gəlirlər. Bu zaman lisenziatın xalis gəliri qiymət üçün əsas baza rolunu oynayır. Praktikada lisenziatın gəlirinin 25%-i lisenziarın hesabına köçürülür;

  • Texnologiyanın yaradılması xərcləri (NİOKR və istehsalın mənimsənilməsi xərcləri). Çox zaman lisenziyanın qiyməti texnologiya yaradılması xərclərinin 50%-inə bərabər olur;

  • «İtirilmiş mənfəət» (opportunity cost) – Texnologiyadan lisenziarın özünün istifadə etməməsi nəticəsində “əldən qaçırdığı” gəlirlərə görə qiymətin tə’yin edilməsi;

  • texnologiya ötürülməsi xərcləri – mütəxəssis qrupunun lisenziatın müəssəsinə e’zam edilməsi, texniki yardım göstərilməsi və s.

  • Analoji rəqib texnologiyalarının qiymətləri və s;

Bütün müqavilərlərdə olduğu kimi lisenziya müqavilələrində də tərəflərini – lisenziar və lisenziatın vəzifə və öhdəlikləri öz əksini tapır:

Lisenziarın vəzifələri ilk növbədə müqavilə predmetindən asılıdır və bütün hallarda o, lisenziatın ona verilən imkanlarından istifadə etməsini tə’min etməlidir.

Müqavilədə lisenziar tərəfindən lisenziata göstərilən bütün elmi və texniki yardımların həcmi, qayda və formaları əks olunmalıdır. Həmçinin istehsal sirrlərinin daha tez mənimsənilməsi üçün lisenziar tərəfindən qarşı tərəfin müəssəsinə mütəxəssis qrupu e’zam edilir. Bə’zən istehsalatın daha tez həyata keçirilməsi üçün lisenziar tərəfindən xammal və digər materiallar ilə tə’minat məsələsi də lisenziya müqaviləsində əks olunur.

Lisenziar müqavilə predmeti olan ixtiranın yeni olmasına mə’suliyyət daşıyır. Yə’ni müqavilə bağlanana qədər və müqavilə müddəti ərzində həmin ixtiradan istifadə hüququ olmayan tərəflər ondan istifadə edə bilməzlər.

Lisenziar ötürülən patent hüquqlarına görə mə’suliyyət daşıyır və lisenziatın da onlardan maneəsiz istifadə etməsini tə’min etməsidir. Bu şərt müqavilədə əks olunmadıqda lisenziar tərəfindən patent hüquqları ödənilməzsə bu zaman patent qüvvədən düşür. Bu isə müqavilənin pozulmasına və lisenziatın zərər çəkməsinə səbəb olur.


  • Lisenziya razılaşmaları üzrə lisenziatın vəzifələri. Lisenziatın əsas vəzifəsi lisenziya haqqının vaxtında və düzgün ödənilməsidir. Ödənilmələrin belə dəqiq tə’min edilməsi üçün lisenziat e’tirbarlı bank hesabına malik olmalıdır. E’tibarlı bank tə’minatı isə lisenziar üçün stimullaşdırıcı rola malikdir. Lisenziya haqqlarının vaxtında ödənilməməsi müqavilənin pozulmasına gətirib çıxara bilər.

Müqavilə predmetindən düzgün və səmərəli istifadə olunması da lisenziatın əsas vəzifələrindən biridir. Bunun üçün lisenziya predmetindən istifadə üzrə kommersiya əməliyyatının dəqiq başlanma vaxtı müqavilədə əks olunur. əgər müəyyən müddətə lisenziat məhsul istehsalına başlamazsa lisenziyadan istifadə hüququndan məhrum olur və lisenziar bu hüquqları istənilən üçüncü tərəfə sata bilər.

Lisenziat buraxılan məhsulun keyfiyyətinin texniki sənədlərdə, göstərilmiş standartlara uyğun olmasına görə mə’suliyyət daşıyır. Bu məsələnin lisenziar üçün böyük əhəmiyyəti vardır. Çünki, əks halda lisenziarın kommersiya reputpsiyası zərər çəkir. (Məsələn, əgər lisenziat onun əmtəə nişanından istifadə edərsə.)

Lisenziya müqaviləsi müddəti ərzində lisenziat lisenziya məhsuluna oxşar, onunla rəqabət apara biləcək ayrıca məhsul istehsalı ilə məşğul ola bilməz.

Lisenziya məhsulu üzrə reklam işləri lisenziat tərəfindən həyata keçirilir və əgər müqavilədə qeyd edilsə bütün reklam materiallarında məhsul lisenziar – firmanın adı altında təqdim edilir.

Əgər lisenziya predmetinə lisenziat tərəfindən patentablı ixtira – əlavələr edilibsə, onlardan istifadə hüququ razılaşma ilə lisenziara də verilə bilər. Ümumiyyətlə, lisenziat predmetə əlavələr etdikdə, razılaşmaya əsasən lisenziarı bu haqda xəbərdar etməlidir.

Müqavilə bağlanması və yerinə yetirilməsi ilə əlaqədar rüsum, vergi və s. xərclər, həmçinin valyuta ödəmələri və köçürmə xərcləri lisenziat tərəfindən ödənilir.



  • Lisenziyanın qüvvədə olduğu müddət. Lisenziya müqavilələri konkret müddətlərə bağlansa da, bu müddətin uzadılması və ya yenidən başlanması, həmçinin müqavilənin pozulması şərtləri də mövcuddur. Müqavilə müddəti müqavilə predmetinin tərəflərə mənfəət gətirməsini tə’min etmə müddətindən asılıdır.




  1. Sual

XX əsrin axırlarından qanunauyğıun olaraq dünya ölkələri arasındakı əlaqələr daha sürətlə genişlənir. Daha doğrusu, dünya ölkələrinin çoxunda iqtisadi artımın sürəti yüksəlir, sabit xarakter alır, insanların işgüzar fəallığı, əmək məhsuldarlığı, müəssisələrin gəlirləri və əhalinin alıcılıq qabiliyyəti artır. Bütün bunlar beynəlxalq əlaqələrə və BİM sisteminin genişlənməsinə zərurət yaradır. Bu mənada beynəlxalq əmtəə ticarəti ilə yanaşı beynəlxalq xidmət növlərinin ticarəti də sürətlə artır.

Məlum olduğu kimi, beynəlxalq ticarətin tənzimlənməsi məqsədi ilə 1947-ci ildə «Tariflər və Ticarət üzrə Baş Saziş» (QATT) təşkilatı yaradılmışdır (1948-ci ildən 1995-ci ilə-dək fəaliyyət göstərmiş, 1 yanvar 1995-ci ildən Ümumdünya Ticarət Təşkilatma (ÜTT) çevrilmişdir). Tariflər və Ticarət üzrə Baş Saziş və Ümumdünya Ticarət Təşkilatı öz fəaliyyətində bir çox hüqııqi sənədlər qəbul etmişdir. Bu sənədlərdən biri də 1986-1993-cü illərdə həmin təşkilatm «Uruqvay danışıqları»nda qəbul edilmiş beynəlxalq xidmət ticarətini tənzimləyən «Xidmət üzrə Baş Razılaşma»dır (QATS).

Bu razılaşmaya əsasən xidmət ticarətinin tənzimlənməsi beynəlxalq miqyasda həyata keçirilir. Bank işi, sığorta, nəqliyyat, telekommımikasiya, turizm, inşaat, televiziya və s. bu kimi sahələrdə hər bir ölkə öz milli mənafeləri baxımından hüquq normalarına əsaslanırdılar. Bu razılaşmaya əsasən hər cürə ayrı-seçkilik aradan qaldırılmışdır.

Həmin baş razılaşma 35 bənddən ibarət olub 6 bölməni, 4 əlavəni birləşdirir. Beləliklə, Baş Razılaşmada nəzərdə tutulan müddəa və prinsiplər həm beynəlxalq miqyasda, həm də milli çərçivədə xidmət ticarəti və xidmət göstərilməsinin əsasını təşkil edir.

Beynəlxalq xidmətlər ticarəti dünya iqtisadi əlaqələrinin xüsusi bir formasına çevrilmişdir.Beynəlxalq xidmətlər ticarəti BİM-in digər formaları arasında bağlayıcı- əlaqə yaradan bir forma kimi geniş vüsət almışdır.İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı ölkələrində son onilliklərdə ÜDM-də xidmətlərin xüsusi çəkisi 56%-dən artaraq 68% təşkil etmişdir.Hazırda bir çox xidmət növləri-xüsusi ilə nəqliyyat və turizm ayrı-ayrı dövlətlərin iqtisadi fəallığının əsas və həlledici tərəflərini təşkil edir.Beynəlxalq xidmətlər ticarətinin sürətli inkişafında əmtəə dövriyyəsi ilə investisiya əlaqələrinin genişlənməsinin,dünya bazarının qloballaşmasının,milli iqtisadiyyatların açıqlığının artmasının da böyük rolu vardır.Ərazi baxımından yanaşdıqda,xidmətlərin ixrac edilməsində Qərbi Avropa dövlətlərinin xüsusi çəkisi daha artıqdır.İnkişaf etməkdə olan ölkələrdə isə xidmət ticarəti çox aşağı səviyyədədir.



Nəqliyyat üzrə olan xidmətlər satışında inkişaf etmiş sənaye ölkələri liderlik edirlər.Xarici turizm sahəsində xidmət göstərilməsində Böyük Britaniya,Fransa,İtaliya,Kanada daha irəlidədir.İşgüzarlıq xidmətləri də(maliyyə,siğorta,reklam vəs)inkişaf etmiş sənaye ölkələrinin mədaxilində xüsusi çəkiyə malikdir.Hazırda xarici ticarət əməliyyatlarında mühəndis-texniki xidmətlər ticarəti böyük əhəmiyyət kəsb edir.

Elektron ticarəti dedikdə,əmtəə və xidmətlərin alqı-satqı əməliyyatlarının həyata keçirilməsində kompüter sistemindən istifadə edilməsi nəzərdə tutulur.Texnoloji inkişafda inqilabi dəyişikliklər edilməsi ilə bir çox dövlətlər “informasiya birliyi” və yaxud “informasiya iqtisadiyyatı”formalaşdırmağa cəhd edirlər.Bu isə”elektron ticarət”anlayışının əmələ gəlməsinə səbəb olmuşdur.Beləliklə,beynəlxalq xidmətlər ticarətinin ən yeni növlərindən biri informasiya texnologiyası hesab edilir.Müasir şəraitdə BİM-in inkişafında daha yüksək prespektivli xidmət növü olan internet sistemindən istifadə daha sürətlə yayılır.



  1. Sual

Beynəlxalq ticarətin obyekti kimi əmtəə və xidmətlərin çıxış etdiyini nəzərə alsaq onun iki formasını - əmtəələrlə beynəlxalq ticarəti və xidmətlərlə beynəlxalq ticarəti fərqləndirmək olar.

Əmtəələrlə beynəlxalq ticarət müxtəlif ölkələrin əmtəə istehsalçıları arasında beynəlxalq əmək bölgüsü əsasında meydana gələn əlaqələr formasıdır.

Xidmətlərlə beynəlxalq ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında xidmətlərlə mübadiləni əks etdirən dünya təsərrüfat əlaqələrinin xüsusi bir formasıdır.

Bununla yanaşı, xidmətlərlə ticarətin bir xüsusiyyəti kimi son illər onun artım tempinin əmtəələrlə ticarətin artım tempini müəyyən dərəcədə üstələməsini göstərmək olar. 1986-1998-ci illərdə kommersiya xidmətləri ilə dünya ticarətinin orta illik artım tempi 6.5%-ə bərabər olduğu halda, əmtəələrlə ticarət ildə orta hesabla 5.8% artıb. Lakin 1997-1998-ci illərdə baş verən dünya maliyyə böhranları xidmətlərlə ticarətin artım tempinə mənfi təsir göstərmişdir. Bununla belə, 1990-2000-ci illərdə hər iki qrup üzrə ixracın artım tempi bərabər olsa da, 2001-2002-ci illərdə xidmət ixracının artım tempi əmtəə ixracının artım tempindən çox olub.

Digər tərəfdən qeyd edilməlidir ki, xidmətlərlə beynəlxalq ticarət getdikcə əmtəələrlə ticarətə daha çox təsir göstərir. Məsələn, əmtəənin xaric göndərilməsi üçün bazarın təhlilindən tutmuş əmtəənin nəqlinə qədər bir çox xidmətlərdən istifadə edilir.

Beynəlxalq ticarətin obyekti olan xidmətlər özünün iqtisadi təbiətinə görə adı ticarət edilə bilən əmtəədən heç nə ilə fərqlənmir. Buna görə də beynəlxalq ticarətin bütün tələb və təklif nəzəriyyələrini qeyri-faktor xidmətlərlə ticarətə münasibətdə də tətbiq etmək olar.

Son 25 ildə informasiya texnologiyaları sahəsində müşahidə edilən sürətli kəmiyyət və keyfiyyət dəyişiklikləri dünya iqtisadiyyatında yeni bir dövranın başlamasına səbəb olmuşdur. Bu yeni dəyişikliklər həm ölkədaxili iqtisadiyyatda, həm də beynəlxalq ticarətdə xidmətlər sektorunun əhəmiyyətinin sürətlə artmasına gətirib çıxarmışdır. Ən ümumi qiymətləndirmələrə görə, hazırda dünya istehsalının təxminən 70%-i xidmətlərin payına düşür. Bununla belə, uzun müddət xidmətlər beynəlxalq ticarətin obyekti olmamış, onlar beynəlxalq ticarət nəzəriyyələrinin izah predmeti kimi çıxış etməmişlər.

Beləliklə, xidmətlərlə beynəlxalq ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında xidmətlər mübadiləsi üzrə dünya təsərrüfat əlaqələrinin spesifik formasına çevrilmişdir.



Əmtəələrlə və xidmətlərlə beynəlxalq ticarət arasında bir sıra əhəmiyyətli keyfiyyət fərqləri mövcuddur


  1. Sual

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT) ölkələrində son onilliklərdə ÜDM-də xidmətlərin xüsusi çəkisi 56%-dən artaraq 68% təşkil etmişdir. Hazırda bir çox xidmət növləri - xüsusi ilə nəqliyyat və turizm ayrı-ayrı dövlətlərin iqtisadi fəallığının əsas və həlledici tərəflərini təşkil edir. Son vaxtlar xidmətlər ticarətinin artım sürəti əmtəə ticarətini qabaqlamışdır. Beləki, 1986-2000-ci illərdə dünya ticarətinin orta illik artım sürəti 5,8% olduğu halda, xidmətlər ticarətində bu göstərici 6,5% təşkil etmişdir.

Hətta xidmət sahələrinin inkişafına yönəldilən birbaşa xarici investisiyanın artım sürəti də digər sahələri (hasilat və emal sənayesini də) üstələyir. 1980-2000-ci illərdə cəmi dünya ticarətində xidmətlər ticarətinin xüsusi çəkisi 17%-dən 25%-dək artmışdır. İnkişaf etmiş sənaye ölkələrində isə bu göstərici 30%-dək təşkil edir. 1980-2000-ci illərdə dünya üzrə cəmi xidmətbr ixracı 365,3 mlrd. dollardan 1339,2 mlrd. dollaradək, idxal isə 396,6 mlrd. dollardan 1334,3 mlrd. dollaradək artmışdır.

Beynəlxalq xidmətlər ticarətinin sürətli inkişafında əmtəə dövriyyəsi ilə investisiya əlaqələrinin genişlənməsinin, dünya bazarmın qloballaşmasının, milli iqtisadiyyatlarm açıqlığının artmasınm da böyük rolu vardır. Ərazi baxımından yanaşdıqda, xidmətlərin ixrac edilməsində Qərbi Avropa dövlətlərinin (xüsusilə Aİ-nin) xüsusi çəkisi daha artıqdır. Cəmi ixracın həcmi 2000-ci ildə müvafıq olaraq 630 mlrd. doll, və 565 mlrd.doll. olmuşdur. Dünya üzrə xidmətlərin ixracında həmin ölkələrin xüsusi çəkisi 1990-2000-ci illərdə 53,2%-dən 47,9%-dək azalmışdır. Bu göstəriciyə görə Şimali Amerika ikinci yerdə dayanır - 284 mlrd. dollar (2000-ci ildə 20,5%). Üçüncü yerdə Asiya ölkələri dayanır - 267 mlrd. dollar. Bunlardan təkcə Yaponiyada xidmətlər ixracı 60 mlrd. dollar olmuşdur. Latm Amerikası və Afrika ölkələrinin xüsusi çəkisi isə aşağıdır. Lakin Latm Amerikası ölkəbrində xidmətlər ticarətinin artım sürəti yüksəkdir.


  1. Sual

xidmət növləri 12 əsas bölmədən ibarətdir

  1. İşgüzarlıq xidmətləri - 46 növ;

  2. Rabitə xidmətləri - 25 növ;

  3. İnşaat və mühəndis məsləhət xidmətləri - 5 növ;

  4. Marketinqdə ticarət vasitəçiliyi xidməti - 5 növ;

  5. Ümumtəhsil xidmətləri - 5 növ;

  6. Ətraf mühitin mühafızəsi üzrə xidmətlər - 4 növ;

  7. Maliyyə, sığorta xidmətləri - 17 növ;

  8. Sağlamlığın qorunması və sosial sahədə göstərilən xidmətlər - 4 növ;

  9. Turizm və səyahət üzrə xidmətlər - 4 növ;

  10. Asudə vaxtın, mədəni-kütləvi işlərin, idmanın təşkili sahəsində olan xidmətlər - 5 növ;

  11. Nəqliyyat xidmətləri - 33 növ;

  12. Sair xidmətləri.

son vaxtlarm məlumatma görə yükdaşıma nəqliyyatı üzrə xidmətlər ixracı cəmi ixracm 11%-ni təşkil ctdiyi halda, xüsusi bölmələrə göstərilən sair xidmətlər satışı 41%, səyahət üzrə xidmətlər satışı - 29%, sair nəqliyyat xid-mətləri satışı - 14,5%, dövlət təşkilatlarma göstərilən xidmətlər satışı - 5,4% olmuşdur. Nümayiş etdirilən göstəricilərin təhlilindən aydm görü-ııür ki, məsələn beynəlxalq nəqliyyat üzrə olan xidmətbr ixracı birlikdə 25,5% olduğu halda, təkcə səyahət 29%-ə, xüsusi bölmələr üzrə olan xidmətlər satışı 40,4%-э bərabər olmuşdur. Onu da qeyd etməliyik ki, maliyyə sahəsində olan

xidmətlər də xüsusi bölmələr üzrə olan xidmətlər satışma daxildir.

son dövrlərdə ÜDM-də bütünlükdə xidmətlərin xüsusi çəkisi daha sürətlə artır. Odur ki, qanunauyğun olaraq xidmətlərin ticarətində də məhz həmin sahələr üstünlük təşkil edir. Məsələn, son vaxtlar məlumatma görə yükdaşıma nəqliyyatı üzrə xidmətlər ixracı cəmi ixracm 11%-ni təşkil ctdiyi halda, xüsusi bölmələrə göstərilən sair xidmətlər satışı 41%, səyahət üzrə xidmətlər satışı - 29%, sair nəqliyyat xid-mətləri satışı - 14,5%, dövlət təşkilatlarma göstərilən xidmətlər satışı - 5,4% olmuşdur. Nümayiş etdirilən göstəricilərin təhlilindən aydm görü-ııür ki, məsələn beynəlxalq nəqliyyat üzrə olan xidmətbr ixracı birlikdə 25,5% olduğu halda, təkcə səyahət 29%-ə, xüsusi bölmələr üzrə olan xidmətlər satışı 40,4%-э bərabər olmuşdur. Onu da qeyd etməliyik ki, maliyyə sahəsində olan

xidmətlər də xüsusi bölmələr üzrə olan xidmətlər satışma daxildir.

Nəqliyyat üzrə olan xidmətlər satışmda inkişaf etmiş sənaye ölkələri (Yaponiya, Böyük Britaniya, Almaniya və ABŞ) liderlik edirlər. Xarici turizm sahəsində xidmət göstərilməsində Böyük Britaııiya, Fransa, İtaliya, Kanada, İsveçrə, tspaniya daha irəlidədirlər. Bu ölkələrdə ixracdan olan gəlirin 40-50%-i turizmin payına düşür. İspaniyada isə ÜDM-un 11%-i turizmin inkişafı hesabma yaranır, tspaniya hər il orta hesabla 60 mln. nəfər turist qəbul edir (bu onun əhalisindən 1,5 dəfə artıqdır).

İşgüzarlıq xidmətləri(maliyyə, sığorta, məsləhətbr verilməsi, audit işi, reklam və s.) inkişaf etmiş sənaye ölkələ-rinin mədaxilində xüsusi çəkiyə malikdir.

Hazırda xarici ticarət əməliyyatlarmda mühəndis-texniki xidmətlər ticarəti böyük əhəmiyyət kəsb edir. Mühəndis-tex-niki işlər sahəsində olan məsləhətlər, köməklikbr, xidmətlər ümumi anlayış olan injinirinq xidməti kimi ifadə edilir. Belə məsləhətlər xidməti kommersiya xarakterli kompleks xidmətlər göstərilməsini nəzərdə tutur (istehsal prosesinə hazırlıq, istehsalm və satışm təşkili, sənaye, infrastruktura, kənd təsərrüfatı və digər obyektlərin inşaası və istismarma dair xidmətlər və s.). Burada:

  • məsləhət injinirinqi;

  • texnoloji injinirinq;

  • inşaat injinirinqi;
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə