Bərpa olunmayan ehtiyatlara daş kömür, neft, əlvan metallar və s kimi istifadə nəticəsində sərf olunan sərvətlər aiddir




Yüklə 0.76 Mb.
səhifə2/7
tarix22.02.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7

Şm.Amerika – maşınqayırma məhsullarının demək olar ki, bütün nomenklaturası üzrə istehsal müəssisələrinə malikdir.

  • Q.Avropa – əsas etibarilə kütləvi maşınqayırma məhsulları istehsal olunur. Bununla belə, bəzi ən yeni maşınqayırma sahələri də yüksək inkişaf edib.

  • C-Ş.Asiya – bu regionda kütləvi maşınqayırma məhsullarını ən yüksək texnologiyalı məmulatlarla uyğunlaşdıra bilən Yaponiya liderlik edir.

  • MDB ölkələri – kifayət qədər məhsuldar qüvvəlrə malikdir, lakin elmtutumlu sahələrin zəif inkişafı ilə xarakterizə olunur.

    Dünya ölkələrində sənaye sahələrinin coğrafi yeri bir çox faktorların, əsasən də əmək faktorunun təsirilə formalaşır. Hazırki tendensiya da onu göstərir ki, sənaye mərkəzləri ucuz işçi qüvvəsi olan yerlərə köçürülür. II Dünya müharibəsindən sonra maşınqayırma Yaponiya, İtaliya, C.Koreya, Tayvan, Honq-Konq, həmçinin bir neçə yeni sənaye ölkələrində inkişaf etmişdir.

    Maşınqayırmam müəssisələrinin yerləşməsinə təsir göstərən ikinci faktor elmi-texniki tərəqqidir. ETT maşınqayırmada struktur irəliləyişləri müəyyən edir. Elmi-texniki inqilabdan doğan ümumiqtisadi meyllər məhsulun dəyərində əməyin payınıın aartmasına səbəb oldu. Bunula da ucuz əmək qüvvəsinə malik ölkələr təbii ehtiyatlara malik ölkələrə nisbətən daha sərfəli oldu.

    Üçüncü, onu qeyd etmək lazımdır ki, maşınqayırma istehsalında sistematik mürəkkəbləşmə prosesi gedir və bu da ölkələrin kütləvi məhsul istehsalçıları və yüksək ixtisaslı elmtutumlu məhsul istehsalçılarına ayrılmasını, həmçinin, kütləvi, lakin ixtisaslı əmək xərcləri tələb etməyən istehsalatın “yeni” ölkələrə “ötürülməsi” və yüksək ixtaslı istehsalatın köhnə, elmi-texniki inkişafın “monopolistlərində” saxlanması tendensiyasını müəyyən edir.

    Sadalanan proseslərə dünya maşınqayırma kompleksində ixtisaslaşma və kooperasiyalaşmanın güclənməsi meylini də əlavə etmək olar. Bu tendensiya hər şeydən öncə istehsal həcminin artmasının sərfəli olması ilə şərtlənir.

    Bəzi ədəbiyyatlarda isə maşınqayırma kompleksini coğrafi yerləşmə prinsipinə görə aşağıdakı tip ölkə qrupları üzrə sıralayırlar:


    1. Maşınqayırma kompleksinin tam nomenklatursına malik ölkələr: ABŞ, Almaniya, Yaponiya, Rusiya

    2. Maşınqayırmanın bəzi struktur bölmələrindən yoxsul ölkələr: İngiltərə

    3. Maşınqayırmanın xeyli sayda struktur bölmələrindən yoxsul ölkələr: İtaliya

    4. Maşınqayırma kompleksi məhsullarının əksəriyytini idxal edən ölkələr

    5. Maşınqayırmanın sahəvi strukturunun qeyri-bərabər inkişafı ilə xarakterizə olunn ölkələr: Kanada, Braziliya.

    Son onillikdə ayrı-ayrı ölkə və regionların sosial-iqtisadi inkişafında maşınqayırmanın yeri və rolu əhəmiyyətli dərəcədə dəyişilmişdir. Eyni zamanda onun coğrafiyasında da müəyyən dəyişikliklər baş vermişdir. Maşınqayırmanın ÜMM-da, milli gəlirdə və xüsusən xalq təsərrüfatı üzrə məşğulluğun payı azalır. 170-ci ildən bu günə qədər bu sahədə iş yerlərinin azalması İngiltərədə 50%, Fransada 18%, Almaniyada 17%, ABŞ-da 8% təşkil etmişdir. Hər şeydən əvvəl azalma aşağı səviyyəli texnika və texnologiyaya malik sahələrdə özünü biruzə vermişdir. Az əmək haqqı və ağır əmək məsrəfləri ilə fəaliyyət göstərən sahələrin İEOÖ-ə köçürülməsi nəticəsində bu sahələrdə məşğulluğun sayının azalması müşahidə olunur.

    Dünya sənayesində maşınqayırma sahələrinin daxilində daima struktur dəyişiklikləri baş verir. Bu da istehsalın coğrafi yerdəyişməsində özünü göstərir. Bir qayda olaraq, inkişaf etmiş kapitalist ölkələrində elmi-texniki inkişafda həlledici rol oynayan sahələrin (radioelektronika, cihazqayırma və digər elmtutumlu sahələr) payı artır, eyni zamanda ənənəvi sahələrin (metallurgiya, yüngül sənaye və s.) payı azalır.

    Ayrı-ayrı kompleks sahələri arasında az-çox uyğunluğa nail olduqda hər birində daxili struktur çərçivəsində irəliləyişlər qaçılmaz olur. Bu, həmçinin maşınqayırmanın ərazi-istehsal strukturunda dəyişikliklərlə nəticələnir.

    İnkişaf etmiş kapitalist ölkələrinin maşınqayırma sahəsinin coğrafiyasında əsas xüsusiyyətlərindən biri müxtəlif səviyyələrdə (rayon, ölkə, region) sənayenin inkişafı dərəcələrinin getdikcə bir-birinə yaxınlaşması oldu. Maşınqayırmanın müasir coğrafi yerləşməsinin xarakterik cəhəti onun müəssisələrinin iri şəhər aqlomerasiyalarından kənarda tikilməsi oldu.

    Sənayecə İEÖ-də ilk növbədə, ərazi-istehsal strukturu artıq formalaşmış ərazicə böyük olmayan yerlərdə istehsalın artımının demək olar ki, hamısı əmək məhsuldarlığının yüksəldilməsi hesabına nail olmuşdur. Ərazicə böyük İEÖ sənaye sahələrinin yerləşdirilməsində ərazi yerdəyişməsi daha çox baş verir. İlk növbədə bu, yeni, çətinliklə gedilə bilən ərazilərin sənaye məqsədilə aktiv surətdə mənimsənildiyi yerlərdə (ABŞ-da Alyaska, Kanadada şimal və qərb rayonları, Avstraliyada qərb və mərkəzi rayonlar və s.) gözə çarpır.

    Yeni nəqliyyat növlərinin (boru-kəmər və s.) inkişafı nəticəsində xammal asılılığının zəifləməsi və bununla da nəqliyyat xərclərinin aşağı düşməsi maşınqayırmanın yanacaq-xammal bazalarından uzaqlaşmasına gətirib çıxardı. Bunun da nəticəsində, yanacaq-xammal ehtiyatlarından kasıb olan ölkələr (Yaponiya, İtaliya və b.) iri müasir maşınqayırma sənayesi yarada bildilər, çünki artıq resurslarla təchizat problemi öz əhəmiyyətini itirmişdi.

    Eyni zamanda nəqliyyatın coğrafi əhəmiyyəti artdı. Bu da maşınqayırmanın “dənizə tərəf” inkişaf etməsinə səbəb oldu.

    Son 30 ildə dünya gəmiqayırma sənayesi öz coğrafiyasını gözə çarpacaq dərəcədə dəyişib. Bu dəyişiklik həm istehsalın təmərküzləşməsi, həm də kommersiya xarakterli gəmiqayırmanın Avropa və ABŞ-dan Uzaq Şərqə ümumi yedəyişməsi ilə əlaqədardır. 1940-cı illərə qədər Q.Avropa gəmiqayırma sənayesində 77% paya malik idi, B.Britaniyanın payı 30%-ə çatmışdı. Sonradan yuxarıda qeyd etdiyimiz səbəblərdən liderlik Uzaq Şərq ölkələrinin əlinə keçdi. Hal-hazırda şəksiz lider Yaponiya və C.Koreya olaraq qalır, dünya gəmi bazarının 60%-dən çoxu bu 2 ölkəyə məxsusdur

    Qiymətlərin yüksəldiyi bir zamanda inkişaf etmiş gəmiqayırma ölkələri (işçi qüvvəsinin yüksək xərcliliyi ilə xarakterizə olunur) istehsal xərclərini azaltmaq üçün daha zəif sənayecə İEÖ və İEOÖ-lə əməkdaşlıq etməyə məcbur olurlar. Bu tip əməkdaşlığın formaları müxtəlifdir: birgə müəssisələrin yaradılmasına qədər komponentlərin daimi təchizatı, yaxud şirkət səhmlərinin satın alınması. Texniki informasiyanın ötürülməsi gəmiqayırma bazarında rəqabətin güclənməsinə səbəb olur. Nisbətən zəif inkişaf etmiş sənaye ölkələrində və İEOÖ-də əmək məhsuldarlığının artırılması gəmiqayırma şirkətlərinə istehsal həcmin artırmağa və xarici iqtisadi fəaliyyət sahəsinin genişləndirilməsinə şərait yaradır.

    Aviasiya və kosmik-raket sənayesi elmi baza və yüksək ixtisaslı kadrlara meylli olub, sənayecə inkişaf etmiş ölkələrdə inkişaf etməyə başlamışdır. Ən iri istehsalçılar arasında: ABŞ (istehsal mərkəzləri - Hyuston, Sietl, Atlanta, Nyu-York), Rusiya (Moskva, Moskva vilayəti, Voronej, Ulyanovsk, Novosibirsk), Almaniya (Ştutqart, Münhen), B.Britaniya (London), İtaliya (Turin) liderlik edirlər.

    XX əsrin 90-cı illərində dünya aviaistehsalında inteqrasiya prosesləri sürətlənməyə başladı. Bu hər şeydən əvvəl onunla əlaqədardır ki, aviasiya texnikasının mürəkkəbləşdiyi zamanda intelektual və maliyyə resurslarının təmərküzləşməsinə ehtiyac yaranır. Bu prosesin məntiqi nəticəsi kimi dünyada ən iri iki aviasiya istehsalçısı – Avropa aerokosmik konserni olan “EADS” və amerikan şirkəti “Boinq” yarandı.

    Aviakosmik məhsulların ən iri istehsalçıları arasında həmçinin, Kanadanın “Bombardier Aerospace”, B.Britaniyanın “BAE Systems” və “Rolls-Royce”, Fransanın “hales” və s şirkətləri qeyd etmək olar. İşgüzar aviasiya bazarında “Airbus İndustry”, “Boeing”, “CargoLifter”, “Eurocopter”, “İsrael Aircraft İndustries”, “Lufthansa Technik”, “EADS” liderlik edirlər. 2003-cü ildə sərnişin avialaynerlərinin satışına görə Avropa korporasiyası “Airbus” (308 ədəd) v amerikan korporasiyası “Boeing”(281 maşın) öndə gedirdilər. Ondan əlavə, “Boeing” şirkəti Rusiya və digər MDB ölkələrində sərnişin təyyarələri bazarında 79% paya malikdir. Belə ki, 2003-cü ildə MDB ölkələrinə gətirilən 110 xarici təyyarədən 87-si “Boeing”, 23-ü isə “Airbus” şirkətnə aid idi.




    1. Sual Maşın və avadanlıqlar istehsalında və ticarətində TMK-ın rolu

    Samsung Electronics – şirkət yarımkeçiricilər, telekommunikasiya avadanlıqları və rəqəmli konvergensiya istehsalı üzrə dünya lideri olmaqla, eyni zamanda, yaddaş çipləri, mobil telefon və monitor istehsalı üzrə də aparıcı mövqeyə malikdir. 56 ölkənin ərazisində yerləşən 124 ofisdə 138000 insan işləyir.

    Şirkətin əsas fəaliyyət istiqamətləri:



    • Device Solution Networks (yarımkeçiricilər və maye-kristal displey)

    • Digital Media Networks (rəqəmli mediatexnologiya)

    • Digital Appliance Networks (məişət texnikası)

    • Telecommunication Networks (informasiya texnologiyaları və telekommunikasiya)

    Samsung Electronics 2006-cı ildə rekord maliyyə göstəricilərinə imza atmış oldu – satış 63,4 mlrd.dollara çatarkən, xalis gəlir 8,5 mlrd dollar təşkil etdi. Şirkət bu maliyyə uğurunu məhsullarının rəqabətqabiliyyətliliyinin artması, gəlir strukturunun diversifikasiyası, brendin qiymətinin sürətlə qalxması əmək məhsuldarlığının artması və daha çox gəlir gətirən məhsullara xüsusi diqqət yetirilməsi ilə izah edir. Belə bir inkişaf tendensiyası şirkətin mövqeyinin dünya reytinq cədvəllərində də müsbət istiqamətdə dəyişməsinə səbəb oldu. Belə ki, məşhur Fortune “dünyanın 500 ən iri TMK-sı” reytinq cədvəlində Samsung Electronics 39-cu yerdə qərar tutb. “Elektron və elektroavadanlıq” kateqoriyası üzrə isə 4-cü yerdədir. Heç şübhəsiz, belə yüksək göstəricilərə malik şirkət C.Koreya TMK-ları arasında 1-ci yerdədir.

    2005-ci ilin avqustunda “İnterbrand” beynəlxalq konsaltinq şirkətinin araşdırmalarına görə Samsung Electronics şirkəti 100 dünya brendi reytinqi üzrə 20-ci yeri tutmuşdur. Bir neçə il ərzində şirkət dünyada ən sürətlə inkişaf edən brendlər arasındadır – Samsung ticarət nişanının dəyəri son 5 ildə 3 dəfə artmışdır.

    Rəqəmli texnologiyalar sayəsində Samsung Electronics digr məişət texnikası, proqram və aparat vasitləri istehsalçıları ilə strateji alyanslar yaratmaq imkanına malik oldu. Belə əməkdaşlıq şirkətə daha da keyfiyyətli məhsullar istehsal etməyə imkan verir.

    General Electric – bu şirkət bazar kapitallaşmasına görə (369.44 mlrd.$) dünyada ikinci yerdədi (2007-ci il, aprel ). İşçilərin ümumi sayı 315 min nəfərdir. 2006-cı ildə şirkətin satış həcmi 163,4 mlrd.$, xalis gəlir isə 20,8 mlrd.$ təşkil etmişdir. 2007-ci ilin aprel ayı üçün bazar kapitallaşması 369,4 mlrd. Dollar təşkil edir.

    GE Money şirkətin maliyyə şöbəsidir. Eyni zamanda amerikan şirkəti NBC də General Electric-ə məxsusdur.



    General Motors – 32 ölkədə avtomobil istehsal edən bu şirkət 192 ölkədə satış həyata keçirir. Şirkət zavodlarında 325000 insan çalışır. 1931-ci ildən etibarən dünyanın ən iri avtomobil istehsalçıları sırasında yer alır. Əsas avtomobil markaları - Cadillac, Chevrolet, Hummer, Opel, Pontiac, Saab. General Motors-un sıx əməkdaşlıq etdiyi, strateji alyanslar yaratdığı avtozavodlar arasında Fiat, Lancia, Ferrari, Maserati, Subaru, İsuzu Motors, Suzuki kimi avtomobil nəhəngləri var. Eyni zamanda, şirkət C.Koreyanın Deawoo Auto&Technology Co. Kompaniyasının ən iri səhmdarıdır.

    2005-ci ildə şirkət 9,17 mln. minik və yük avtomobilləri satmışdır. Ümumi satıç həcmi 192,6 mlrd.$, xalsi gəlir isə 0,52 mlrd.$ təşkil etmişdir.

    Son illər Rusiya bazarında xüsusi aktivlik göstərən şirkət 2007-ci ilin martında bəyan etdi ki, Peterburqda 300 mln. $-a başa gələn yeni zavod ildə 70 000 avtomobil istehsal etməyə imkan verəcək.

    . Sony Company – dünya üzrə işçilərinin sayı 150 000 nəfərdən çoxdur. Əsas bina Tokio şəhərində yerləşir. Bu şirkət üçün iri miqyaslı hədəflər və ciddi elmi-texniki nailiyyətlər xarakterik sayıla bilər. Bunun arxasında yaranmasının ilk günlərindən etibarən rəhbərliyin dahiyanə intuisiyası, bazarın xüsusi diqqətlə analizi və onun inkişaf meyllərinin elmi proqnozlaşdırılması dayanır. Şirkətin ən mühüm dəyərləri rəhbərliyini heyəti vahid anlayış çərçivəsində mobilizasiyasını və qarşıya qoyulmuş məqsədin nizamlı şəkildə reallaşdırılmasını təşkil etmək bacarığı olmuşdur. Qərar qəbulundan seriyalı istehsala qədər olan proses son çəklini almış və hər dəfə şirkətin bazar payının artırılması üçün öz strategiyalarında kəskin dönüşlər etmək məqsədilə istifadə olunur.

    Hədisə 1. Bazarda hər ksə məlum olan məhsul yoxdur (tranzistorlu radioqəbuledici, daşınan televizor, məişət videomaqnitofonu)

    Hadisə 2. Mütəxəssislər iddia edirlər ki, belə bir məhsul heç kimə lazım deyil. Əgər böyük radioqəbuledicinn səsi daha yaxşıdırsa, kiçiyi əyə lazımdır? Böyük amerikan evləri üçün kiçik televizor nəyə lazımdır? Televiziya kanallarında çoxsaylı və maraqlı verilişlər olduğu halda, videomaqnitofon kimə lazım olacaq?

    Hadisə 3. Şirkət rəhbəri yeniliyin “fəlsəfəsini” dəqiq izah edir: tranzistorlu radioqəbuledici onun sahibi tərəfindən istənilən yerə aparıla bilir; “Uokman” böyük şəhərin səs-küyünü sizin tərəfinizdən seçilən musiqi aləminə dəyişəcək, videomaqnitafon televiziya şirkətlərinin ağalığına (hər kəsi verilişlərə öz müəyyən etdikləri vaxt baxmağa məcbur edirlər) son qoyacaq.

    Hadisə 4. “Sony” mühəndisləri çətin işin öhdəsindən gəlirlər, istehsalçılar mükəmməl keyfiyyəti təmin edirlər, satış şöbələri isə yeni məhsulun bazarda uğur qazanmağına şərait yaradırlar. Şirkətin 50 illik tarixində onun yüksəlməsində 10-larla belə məhsul rol oynayıb.

    Korporasiyanın uğurlu inkişaf illəri ona digər yapon şirkətlərindən fərqləndirən ən vacib dəyərlərini: bazarın real tələbatını nəzərə alaraq planların çevik şəkildə dəyişdirilmə bacarığı, yeni ideyalara daim açıq qapılar, bacarıqlı və çox həvəsli kadrların daim artması – qazandırmış oldu.

    Hal-hazırda şirkətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:



    • Məişət və peşəkar elektronika, informasiya və telekommunikasiya sahəsində məhsul istehsalı;

    • əyləncə sahəsi, o cümlədən kinofilm (Columbia Pictures, TrisStars Pictures), musiqi proqramları (Sony BMG) və kompyuter oyunları istehsalı;

    • maliyyə-investisiya fəaliyyəti;

    • internet-layihələrin həyata keçirilməsi.

    1983-cü ildə şirkət “Filips” şirkəti ilə birgə bazara ilk kompakt-diskləri (CD) çıxardı. 1990-cı ildə şirkət 500, yəni təxminən günə 2 yeni məhul istehsal etmişdir.

    Bu gün “Sony” kompaniyasının ən tanınmış ticarət markaları PlayStation, Sony Ericsson, Walkman-dir.



    Toyota Motor Corporation - əsası 1933-cü ildə qoyulan kompaniya Toyota Group holdinqin əsas hissəsii təşkil edir. Sərnişin, yük avtomobilləri və avtobuslarını Toyota, Lexus, Scion, Daihatsu, Hino brendləri ilə buraxır. 2006-cı ildə şirkət 9,018 mln avtomobil satışını həyata keçirmişdir.

    2007-ci ilin ilk kvartalında ilk dəfə satış həcmi General Motors şirkətini üstələmişdir. Onu da qeyd etmək lazımdır ki, artıq 76 il idi ki, General Motors şirkəti “dünyanın ən iri avtomobil istehsalçısı” ünvanını özündə saxlayırdı. Lakin son illər digər amerikan avtoistehsalçıları kimi General Motors da böhran keçirir və istehsalı azaltmaq məcburiyyətində qalır. Bu zaman isə onun yerini rəqiblər, ilk növbədə isə Toyota şirkəti tutur. 24 aprel tarixdə kompaniya ilin ilk kvartalı ərzində 2,37 mln. avtomobil istehsal etdiyini və 2,35 mln. avtomobil satdığını bəyan etdi. Bunula da ilk dəfə olaraq General Motorsun hemin kvartala olan 2,34 və 2,26 mln-luq istehsal və satış göstəricilərini qabaqladı.

    Toyota şirkətinin istehsal sistemini əsasını aşağıdakı prinsiplər təşkil edir:


    • “dəqiq vaxtında” istehsal sistemi

    • ehtiyatların minimal həcmi və effektiv istifadəsi

    • quraşdırma-montaj xətlərinin coğrafi təmərküzləşməsi

    • kommuniksaya üçün yaxşı imkanların yaradılması, tikilərin minimumlaşdırılması

    • əmək məhsuldarlığının tarazlaşdırılması: avadanlığın sürətli qurulması

    • avadanlıqdan bacarıqsız istifadə zamanı dəyə bilən ziyana qarşı avtomatik vasitələrin istifadəsi, işçilərə müxtəlif əməliyyatların həyata keçirilməsinin öyrədilməsi

    • istehsal prosesinin təkmilləşdirilməsi, əməyin standartlaşdırılması

    • subpodrat münasibətləriin geniş surətdə tətbiqi

    • təkmilləşdirmə proseslərinin arasıkəsilmədən aparılasmı

    • qrup şəklində işin təşkili

    Hər şeydən öncə şirkət dünyaya Toyota Production System texnoloji sistemini tanıtdı. Bu sistemin ən vacib elementi isə “Dünyanı dəyişən avtomobil” kitabında qeyd olunduğu kimi “dəqiq vaxtında” prinsipidir. TPS-in əsas prinsipi daimi təkmilləşmənin köməyi ilə resursların qeyri-effektiv istifadəsinin ləğvindən ibarətdir. TPS sistemi sonradan dünya sənaye sahələrində geniş tətbiq olunmağa başladı.

    Son 30 ildə amerikan və avropa avtomobillərinin də keyfiyyəti yüksəlmiş, ancaq qiymətlər real olaraq az miqdarda aşağı düşmüşdür ki, bunu hətta elektron malların qiymətinin düşməsi ilə də müqayisə etmək olmaz. Amerikan və avropa avtokompaniyaları öz modellərini

    təkmilləşdirərkən, alıcılar tez bir zamanda yapon avtomobillərinin üstünlüyünü dərk etdilər. Buna cavab olaraq Avropa və Amerika yapon avtomobillərinə ticarət baryerlərini tətbiq etdikdə, yapon şirkətləri zavodlarını avropa və amerika ərazisində yerləşdirdilər. İlk əvvəl Toyoya dünya bazarında “Nissan” və “Honda”ya nisbətən yavaş sürətlə genişlənirdisə, istehsalın idarəolunmasının daha təkmil metoduna malik olması qlobal bazara çıxış zamanı ona əhəmiyyətli dərəcədə üstünlüklər verdi.

    Beləliklə, Toyota şirkətinin uğurunun əsası istehsalın təkmil idarə olunması və istehlakçılara hər iki ildən bir yeni modellər təqdim etməyə imkan verən keyfiyyətli iş prinsipləridir. Şirkət Yaponiya daxilində 60 baza model, xarici bazarlar üçün isə bir çox variantda yeni modellər istehsal edir. Bununla bərabər, şirkət yeni modellərdə əvvəlki modellərin cizgi və texniki özəlliklərindən uğurla istifadə edir.

    90-cı illərin əvvəlləri Toyota şirkəti üçün heç də asan keçmədi. İenanın kursunun birdən-birə qalxması şirkəti qiymət rəqabətqabiliyyətliliyini qaldırmağa sövq etdi. 90-cı illərin əvvəllərində xərclərin azaldılması proqramı həyata keçirildi ki, bu da 1 dollar = 95 iena kursu ilə məhsulun rəqabətqabiliyyətliyinə nail olunmasına imkan verdi. Sonradan ienanın kursunun aşağı düşməsi nəticəsində şirkət ikiqat gəlir əldə etdi. Ancaq daxili bazarın həcmi illik 6 mln. avtomobildən 4 mln. avtmobilə düşü və şirkət Nissan və Hondanın güclənmiş rəqabəti ilə üz-üzə qaldı. Xərclərin növbəti dəfə azaldılması proqramınn köməyi ilə şirkət daxili bazar payını 38%-dən 2004-cü ildə 44,6%-ə qaldırdı. Volkswagen, BMW, Mercedes kimi avropa markalarının ölkəyə idxalının artması (hər şeydən öncə bunlar bahalı modellərdir) və bazarda 7% pay almasına qarşılıq olaraq, şirkət daxili bazara Lexus markası ilə çıxdı.

    Şirkətin əsas vasitələrində biri də müstəqil avtomobil dilerləri şəbəkəsidir ki, bunlar son zamanlara qədər 5 rəqib alt şəbəkədən ibarət idi və hər biri müəyyən modellər üzrə ixtisaslaşmışdı. 2003-cü ilin fevralında şəbəkədə islahatlar aparıldı və alt şəbəkələrin sayı 4-ə endirildi, onlardan biri məqsədli auditoriyaya – gənc alıcılara istiqamətləndi.

    Ancaq hər halda daxili bazarın tutilması xarici bazara nisbətən xeyli asan prosesdir. Məqsəd kimi xarici bazarda daha çox avtomobil istehsal etmək qarşıya qoyuldu və bu məqsədin reallaşdırılması üçün Şimali Amerikada 3, Avropada isə 2 yeni zavod tikildi. 1993-2003-cü illər ərzində xaricdə avtombil istehsal 2 dəfədən çox artaraq 2 mln-a çatdı. Yaponiyada isə bu rəqəm 3,5-dən 3 mln-a düşdü (sonradan isə ixrac tələbi sayəsində - daxili istehsalın 50%-i ixrac olunur - əvvəlki istehsal həcmi bərpa olundu). Bu gün artıq faktiki olaraq şirkət dünya avtomobil bazarında bir nömrəli istehsalçıdır.

    Ford Motor Company - əsas binası Miçiqan ştatında yerləşən şirkət dünyada ilk dəfə olaraq klassik avtoquraşdırma konveyerini tətbiq etmişdir.

    “Ford”, “Linkoln”, “Merkuri” markaları altında minik və kommersiya avtomobilləri istehsal edir, eyni zamanda şirkətin nəzarəti altında Volvo Cars, Land Rover, Aston Martin, Jaguar, Daimler kimi avtomobil istehsalçıları var.

    Əsas müəssisələri ABŞ, Kanada, Meksika, Almaniya, Braziliya, Argentina, İspaniya və Çində yerləşir. Dünya üzrə şirkət işçilərinin sayı 327,5 min nəfərə çatıb.

    “Ford” şirkəti istehsal həcminə görə General Motors və Toyota şirkətlərindən sonra 3-cü yeri tutur. 2005-ci ildə satış həcmi 178,1 mlrd.$, xalis gəlir isə 1,6 mlrd. $ təşkil etmişdir.




    1. Sual

    Evvelki suallara bax

    1. Sual

    Sual 21

    1. Sual

    Metallurgiya sənayesi 2 sahədən – qara və əlvan metallurgiyadan ibarətdir. Burada əsas rol qara metallurgiyaya məxsusdur. Bu sahə də material tutumlu olduğundan xammal və yanacaq mənbələri yaxınlığında yerləşdirilir. Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir. Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqun → polad→ prokatın alınması. Qara metallurgiyanın əsas xammalı kokslaşan kömür və dəmir filizi; əsas məhsulları isə çuqun, polad və prokatdır. Çin, Braziliya, Avstraliya, Ukrayna, Hindistan, ABŞ, Rusiya, Kanada və CAR zəngin dəmir filizi yataqlarına malikdirlər. Dəmir filizinin başlıca ixracatçıları — Braziliya, Avstraliya, Hindistan, Kanada, Rusiya; başlıca idxalçıları isə Yaponiya, ABŞ, Avropa ölkələridir.

    Qara metallurgiya müəssissələrini kömür və ya dəmir filizi yataqlarına yaxın və ya onların arasında yerləşdirirlər. Rusiya, Çin, Ukrayna və Hindistanda qara metallurgiya yerli yanacaq və xammal hesabına fəaliyyət göstərir.

    Metalın əsas hissəsi metallurgiya kombinatlarında istehsal olunur. Metallurgiya kombinatları əmək məhsuldarlığını artırır, məhsulun maya dəyərini aşağı salır və vəsaitə qənaət etməyə imkan verir.

    Əsas polad istehsal edən ölkələri ölkələr — Yaponiya (1-ci yer) ABŞ, Çin, Rusiya, AFR və Ukraynadadır. Yerli xammal olmadığından Yaponiya, AFR, Fransa və Italiyada polad gətirilmə xammalı əsasında əridilir. ETI dövründə IEÖ-lərdə qara metallurgiya gətirmə xammala əsaslaqndığından əsasən dəniz limanlarında və nəqliyyat qovşaqlarında yerləşdirilir. Son zamanlar iri metallurgiya kombinatlarının əvəzinə tələbat rayonlarında kiçik metal əritmə sexləri fəaliyyət göstərir. Son illərdə IEÖ-lərdə az metaltutumlu sahələrin daha çox inkişaf etməsi və plastik kütlənin metallı əvəz etməsi nəticəsində qara metallurgiya sənayesinin inkişafının sürətinin xeyli azalmasına səbəb olub. Nəticədə ucuz işçi qüvvəsinin və bol xammal bazasının olması «çirkli» sənaye sahələrinin IOÖ-lərə köçürülməsi siyasətinin aparılması nəticəsində IOÖ-lərdə bu sahə daha sürətlə inkişaf edir.

    IOÖ-lərdən alınan, daha ucuz başa gələn dəmir filizindən istifadə edilməsi nəticəsində Qərbi Avropadakı bəzi yataqlarda dəmir filizi hasilatı dayandırılmışdır.

    Əlvan metallurgiya — əlvan metal və ərintilərin hasilatını, saflaşdırılmasını və əridəlməsini birləşdirir. Əlvan metallar aşağıdakı qruplara ayrılır:

    1. Ağır metal — mis, qalay, qurğuşun, sink, nikel və s.

    2. Yüngül metal — alüminium, maqnezium, titan və s.

    3. Çətin əriyən – volfram, molibden və s.

    4. nadir metallar — uran, germanium və s.

    5. Qiymətli metal — qızıl, gümüş, platin. CAR, Rusiya və ABŞ- ən çox qızıl ehtiyatlarına malik ölkədir. Ağır metal filizlərinin (məs. mis və sink) tərkibində metalın miqdarı az olduğundan xammal bazalarına meyl edir.

    Mis ən çox Mərkəzi Afrika və And dağlarında çıxarılır. Misin ilkin emalı- onun hasilatı, saflaşdırılması və qara misin alınması – Çili, Peru, Zair, Zambiya, Konqo, Filippin və s. mis filiz yataqları ilə zəngin olan IOÖ-lərdə yerləşir. Misin alınmasının son mərhələsi isə IEÖ-lərdə cəmləşib. Misin emalı ekoloji cəhətdən «çirkli» olduğundan son zamanlar IOÖ-lərdə mis emalının bütün mərhələləri inkişaf edir. Mis idxal edən ölkələri – ABŞ, Fransa, AFR, Italiya, Yaponiya və s. IEÖ-lərdir.

    Kanada, Rusiya, Çili və Konqoda mis sənayesi yerli xammal əsasında formalaşır.

    Misdən həm hazır, həm də qalayla (bürünc), nikellə (melxior), alüminiumla (düraliminium) və sink ilə (latın) ərinti halında maşınqayırma və elektrotexnikada istifadə edirlər.

    Qurğuşun hasilatı – Rusiya, Avstraliya, Kanada, Peru, ABŞ və Meksikada, qurğuşun istehsalı isə ABŞ, Rusiya və Qərbi Avropa ölkələrində (yalnız IEÖ-də)

    Qalay hasilatı — Boliviya və Cənub –Şərqi Asiyada yerləşmiş qalay qurşağındadır. (Malayziya və İndoneziya)

    Son illərdə atom energetikasının inkişafı ilə əlaqədar uran hasilatı artırılmışdır.

    Alüminium – yer qabığında ən geniş yayılmış metal olub, təyyarə və gəmiqayırmada geniş istifadə olunur. Alımım filizinin tərkibində 49-60 % alımınam olur. Alüminim –metallurgiya sənayesinin ən çox elektrik enerjisi tələb edən sahəsi olduğundan alüminium zavodlarını iri elektrik stansiyalarının yaxınlığında tikilər. Alüminiumun xammalı — boksit, nefelin və alunitdir. Avstriya, Rusiya, Braziliya, Macarıstan, Yamaya, Surinam, Çin, Hindistan, Qvineya və Qayana boksit yataqları ilə zəngindir. Boksitin tərkibində alüminium çox olduğundan, onu iri elektrik stansiyası olan istehlak rayonlarına göndərirlər.

    Çin və Azərbaycan alunit yataqları ilə zəngindir. Alüminium istehsal edən başlıca ölkələr – ABŞ, Yaponiya, AFR, Rusiya, Kanada və Norveçdir.

    Yaponiya, Kanada, Norveç Islandiya, İsveçrə, Avstriya, BƏƏ və Bəhreyn ölkələrində alüminium xammalı olmasa da ucuz elektrik enerjisi hesabına gətirilmə xammal əsasında onu əridir və ixrac edirlər.

    Alüminium istehsalı 2 mərhələdən keçir. I mərhələdə alüminium oksidi, II mərhələdə isə alüminium alınır.

    Beləliklə ağır metallurgiya sahələri xammal bazalarına, yüngül metallurgiya sahələri isə enerji mənbələrinə meyl edir. Son vaxtlar metallurgiyanın yeni sahəsi olan elektrometallürgiya güclü inkişaf edir.


    1. Sual

    Sual 21

    1. Sual

    Sual 21

    1. Sual

    Dünya təsərrüfatının qloballaşması və beynəlxalq əmək bölgüsünün dərinləşməsi ümumilikdə beynəlxalq ticarətin inkişafını artırır. Lakin etiraf etməliyik ki, kənd təsərrüfatı xammalının və ərzaq məhsullarının beynəlxalq ticarətinin artım sürəti hazır sənaye məhsullarına nisbətən geri qalır. Ona görə də dünya ticarət dövriyyəsində aqrar sahədən olan məhsulların xüsusi çəkisi azalaraq cəmi ixracın 12 %-ni təşkil etmişdir. Bu vəziyyət aqrar sahədən olan ixracın zəif artdığını göstərir. Real gerçəklikdə idxal və ixrac istər fiziki və istərsə də dəyər baxımından ardıcıl olaraq artır. Bütövlükdə kənd təsərrüfatı istehsalının həcminə və eləcə də ərzaqla təmin olunma dərəcəsinə görə ayrı-ayrı ərazi və ölkələr bir-birindən kəskin fərqlənirlər. Lakin beynəlxalq ticarətin inkişafı nəticəsində dünya miqyasında bir ölkədə olan qıtlıq digər ölkələrdə olan artıq məhsullarla əvəz edilə bilir. Beləliklə, dövlətlər arasında ərzaq məhsullarının satışı həyata keçirilir.

    Ərzaq məhsullarının beynəlxalq ticarəti dedikdə bitkiçilik, heyvandarlıq, meşə təsərrüfatı, balıqçılıq məhsulları, onların emalı nəticəsində alınan yarımfabrikat və hazır məhsulların satışı nəzərdə tutulur.

    Ərzaq məhsulları üzrə dünya bazarında taxıl və onun emalı, zeytun yağı, bitki yağları, piylər, şirə (cecə), tərəvəz və meyvə, ət və ət məhsulları, süd məhsulları, qəhvə, kakao, çay, şəkər, balıq, dəniz məhsulları və s. daha çox xüsusi çəkiyə malikdirlər. Balıq, çay, tərəvəz, meyvə və bəzi digər məhsullar hərracla (auksionlar) yolu ilə satılır (hərraclarda dünya qiymətləri müəyyənləşdirilir). Bəzi ərzaq məhsullarının dünya qiymətləri əsas idxal və ixrac ölkələrinin qiymətləri ilə müəyyənləşdirilir. Məsələn, qoz, quru meyvə, bal üzrə qiymətlər London bazarında, tərəvəz və meyvələrin qiymətləri Paris topdansatış bazar qiymətləri və yaxud Almaniyanın idxal qiymətləri ilə müəyyənləşdirilir. Hava şəraiti, tələb və təklifin mövsümi xüsusiyyəti, müxtəlif növ məhsulların, ticarət mərkəzlərinin çoxluğu, birja əməliyyatlarında bəzi alverçilik imkanları və s. kimi amillərin təsiri altında bəzi ərzaq məhsullarının qiymətləri o qədər də sabit olmur.

    Qiymətlərə daha çox təsir edən amillərdən biri də süni və sintetik əvəzedici məhsullarla olan rəqabətdir (bu daha çox kənd təsərrüfatı xammallarına aiddir).

    Bu rəqabət nəticəsində təbii məhsullarla sintetik məhsulların qiymətlərində yaxınlaşma baş verir. Hətta bəzən sintetik məhsulların qiymətləri təbii məhsullar üçün müəyyənedici olurlar. Əlbəttə, tarif və qeyri tarif tənzimləmələri, maliyyə subsidiyaları kimi xarici ticarət siyasəti qiymətlərə təsir edir.

    Başqa məhsullarda olduğu kimi ərzaq məhsullarının qiymətlərində yaranan bu kimi qeyri sabitliyin aradan qaldırılması üçün Beynəlxalq əmtəə razılaşmaları, idxal-ixrac kvotaları, bufer ehtiyatları və digər mexanizmlər vasitəsilə (qəhvə, kakao, şəkər, buğda və s. üzrə) təsir göstərirlər. Onu da qeyd etməliyik ki, bu ölkələr (Yaponiya, Braziliya, Meksika, Avstraliya və Rusiyadan başqa) Eyni zamanda ərzaq məhsullarının həm ixrac və həm də idxalı üzrə qabaqcıldırlar. Bu da onu göstərir ki, həmin ölkələrdə ərzaq növləri istehlakı daha genişdir (bu inkişaf etmiş ölkələrə xas olan əsas cəhətlərdən biridir).


    1. Sual

    Sual 24

    1. Sual

    Sual 24

    1. Sual

    Ərzaq məhsulları içərisində taxıl (buğda, arpa, vələmir, qarğıdalı və s.) ən kütləvi ərzaq hesab edilir. 2002-ci ilin məlumatına görə cəmi taxıl ixracı 279.6 mln. ton (38.6 mlrd. dollar) idxalı isə 276.9 mln. ton (40.7 mlrd. dollar) olmuşdur.

    Bütövlükdə taxılın 55 %-i ərzaq kimi, 45 %-i isə müəyyən fondlara və mal-qaranın, quşların yemlənməsinə sərf edilir. Hər bir ölkənin inkişaf səviyyəsindən asılı olaraq onlarda taxılın istehlakı həcmi də fərqlənir.

    Beləki, inkişaf etmiş sənaye ölkələrində cəmi taxılın 25 %-i ərzağa ayrıldığı halda (başqa ərzaq məhsulları çoxdur), inkişaf etməkdə olan ölkələrdə bu göstərici 90 %-ə qədərdir.

    Onu da göstərməliyik ki, taxıl üzrə dünya qiymətləri əsasən ABŞ bazarında formalaşır (ABŞ daha çox taxıl ixrac etməklə birja ticarətinin mərkəzi sayılır).

    Çin daha çox buğda ixrac etməklə yanaşı, həm də idxal ölkəsi kimi fərqlənir.

  • 1   2   3   4   5   6   7


    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
    rəhbərliyinə müraciət

        Ana səhifə