Bərpa olunmayan ehtiyatlara daş kömür, neft, əlvan metallar və s kimi istifadə nəticəsində sərf olunan sərvətlər aiddir




Yüklə 0.76 Mb.
səhifə1/7
tarix22.02.2016
ölçüsü0.76 Mb.
  1   2   3   4   5   6   7

  1. Sual

İnsanın istifadə etdiyi təbii cisimlər (torpaq, su, hava, faydalı qazıntılar, enerji ehtiyatları, bitki, heyvan növləri və s.) təbii ehtiyatlar və ya sərvətlər adlanır. Təbii sərvətlər insan cəmiyyətindən əvvəl yaranmış və insansız da mövcud olmuşdur. Müasir elmi baxımdan təbii ehtiyatları real və potensial, elementar (sadə) və kompleks (mürəkkəb) kimi qruplara bölünür.

Real ehtiyatlar cəmiyyətin müəyyən inkişaf mərhələsində insanı əmək və is­tehsal proseslərinə cəlb edən sərvətlərdir. Məsələn, qaz, kömür, neft, elektrik ener­jisi, balıq və başqa heyvanların ovu, atom enerjisindən, kosmosdan istifadə və s.

Potensial sərvətlər hazırda istifadə olunmayan və ya cüzi miqdarda istifadə olunan sərvətlərdir. Məsələn, günəş enerjisi, ay və başqa planetlərin sərvətləri, dəniz dalğalarının enerjisi. Hazırda günəş enerjisindən istifadə etməyə başlamışlar. İnsan təbiətə təsir edərkən onun sərvətlərindən istifadə edir. Buna görə də təbii ehtiyatları tükənən və tükənməz sərvətlərə bölürlər. Tükənən ehtiyatlar öz növ­bəsində bərpa olunmayan və bərpa olunanlara ayrılır.

Bərpa olunmayan ehtiyatlara daş kömür, neft, əlvan metallar və s. kimi istifadə nəticəsində sərf olunan sərvətlər aiddir.

Bərpa olunan sərvətlərə isə hazırda yaşamaqda olan heyvan və bitki növləri aid edilir. Bərpa olunan ehtiyatlara bioloji (meşə, təbii otlaqlar, fauna) və torpaq (münbitlik) ehtiyatları aiddir.

Mineral xammal ehtiyatı kimi qiymətləndirilən faydalı qazıntılar əsasən üç qrupa bölünür: metallar, qeyri-metallar və yanacaq. Metallar da öz növbəsində qara və əlvan metallara bölünür. Yanacaq xammal qrupuna aid olan neft, təbii qaz, torf, kömür, yanar şistlər isə məişətimizin bütün sahələrində istifadə olunur.

Elm və texnikanın yüksək inkişafına baxmayaraq cəmiyyətin tələbatını tam ödəyə bilən yer təkinin ehtiyatları hələ ətraflı öyrənilməmişdir.


  1. Sual

Xammal və enerji daşıyıcıları bazarı özündə yanacaq sənayesi, elektroenergetika və enerjinin daşınması sferasını özündə əks etdirir. Neft haqqında bəşəriyyətə çoxdan məlum olmasına baxmayaraq, yalnız XIX əsrin sonlarında başlıca enerji mənbəsi kimi iqtisadiyyatda geniş rol oynamağa başladı. Eyni zamanda kimya sənayesi üçün xammal rolunda neft məhsullarının da istifadəsi artır. Neftin geoloci ehtiyatları haqqında müxtəlif fərqli fikirlər mövcuddur. İHS Enerji proqnozuna görə bu ehtiyatlar 1100 mlrd.barrel, OPEK görə 1078 mlrd. bar, Beynəlxalq Enerji Agentliyinə görə isə 1051 mlrd.bar təşkil edir. Müasir dövrdə çıxarılan neftin 40% avtomobillər üçün mühərrik yanacağına işlədilir. Ağır neft məhsulları (bitum, mazut və s.) elektrik enerjisinin alınmasında istifadə edilir.

Dünya neft bazarında çıxarılan ümumi neftin 50-50% reallaşdırılır. Əsas neft istehlakçıları və neft çıxarılan mərkəzlər coğrafi cəhətdən üst-üstə düşmür. Belə ki, Böyük Britaniya və Norveçdən başqa əsas neft istehlakçıları olan inkişaf etmiş ölkələr demək olar ki, neft ehtiyatlarına malik deyillər. Hal-hazırda xam neftin əsas ixracatçıları Yaxın və Orta Şərq ölkələridir. 2002-ci ildə dünya üzrə neft ticarəti 413 mlrd. dollar olmuşdur ki, bu da ümumi mal dövriyyəsinin təxminən 3,8% deməkdir.

Başlıca neft tədarük edən ölkələrin ixracının böyük bir hissəsi məhz neft təşkil edir. Belə ki, 2002-ci ildə Nigeriyada bu göstərici təxminən 96%, Anqolada – 91%, İran və Omanda – 90%, Səudiyyə Ərəbistanında – 73%, Liviyada – 77%, Meksikada – 33%, İndoneziyada 24% təşkil etmişdir. 118 artıq ölkə neft alır, bunlardan 70 ölkə il ərzində 1 mln.tondan artıq nefti idxal edir. Ən iri neft alıcıları siyahısına ABŞ (dünya neft idxalının 21,6%) və Yaponiya (13,8%) başçılıq edir. Belə hesab edilir ki, getdikcə neftə tələbin artması Asiya ölkələri (xüsusi Çin və Hindistan), hasilat artımı isə Afrika ölkələri (Əlcəzair, Nigeriya) və Rusiya tərəfindən gözlənilir. Son illərdə Yaxın Şərqin geosiyasi şərtlərindən asılı olaraq hasil olunan neftin böyük bir hissəsinin Asiyaya daşınacağı, faktiki olaraq bu proses artıq başlamışdır. 2001-ci il 11 sentyabr hadisələri də bu prosesin səbəblərindən biridir. Artıq 2002-ci ilin sonlarından başlayaraq ABŞ Yaxın Şərq regionundan asılılığı azaltmaq üçün müxtəlif ölkələrdən neftin idxalını həyata keçirir. XX əsrin böyük bir hissəsi dünya bazarında real neftlə bağlı sövdələşmələr üstünlük təşkil edirdi, sonralar isə müddətli, «kağız» nefti deyilən sövdələşmələrdən istifadə edilməyə başladı. Nəticədə 80-ji illərin sonlarında 3 iri neft birjası formalaşdı: Nyu-York-NYMEX, London-İPE, Sinqapur-SİMEX. Bu birjalar bütün sutka boyu işləyirlər.

XX əsrin son onilliyində neft sənayesinin strukturunda dəyişikliklər baş verdi və bu aşağıdakı amillərlə bağlıdır:

1) Cari neft hasilatının yerini doldurmaq üçün yeni ehtiyatların aşkarlanmasında meydana çıxan çətinliklər;

2) Əsas neft ehtiyatlarının ayrı-ayrı ölkələrə məxsus neft şirkətlərinin əlində cəmlənməsi;

3) Inkişaf etməkdə olan ölkələrdə yeni texnologiyanın genişlənməsi

Müasir dövrdə dünya neft ehtiyatının 87%-nə 20 böyük dövlət neft şirkəti nəzarət edir. Dünya neft ehtiyatının ancaq bir hissəsi ənənəvi neft TMK-larına məxsusdur. Bu da əsasən onunla bağlıdır ki, neft hasil edən ölkələr resursların işlənməsi nəzarətini xarici şirkətlərə vermək əvəzinə müasir texnologiyanın və təcrübənin mənimsənilməsinə üstünlük verir.

Təbii qaz enerji istehlakında ən sürətlə artan enerji daşıyıcısıdır, baxmayaraq ki, balansda neft və kömürdən həcmcə aşağıda durur. Qaz həmçinin ekoloji cəhətdən ən təmiz enerji növüdür.

Qazın getdikcə artan istehlakı bu amillərlə bağlıdır:

A) Qazla işləyən elektrik stansiyalarının sayının artması

B) Yaşayış sektorunda qazdan istifadənin genişlənməsi

J) Son onillikdə nüvə enerjisinə marağın aşağı düşməsi

Cədvəldən də göründüyü kimi qaz ehtiyatlarına görə 1-ci yerdə Rusiya (30,5%), 2-ci yerdə isə İran (14,8%) durur. 2003-cü ilin əvvəllərində Qərbi Avropanın sübut olunması qaz ehtiyatları 5,55 trln.m3 təşkil etmişdir ki, bu da dünya qaz ehtiyatının 3,5% deməkdir. Qərbi Avropanın əksər ölkələrində (Almaniya, Fransa, Avstriya) əvəz, ya da demək olar ki, heç qaz ehtiyatı yoxdur (Finlandiya, İsveçrə, Belçika və s.). Bu regionda çıxarılan qazın 86% Böyük Britaniya, Niderland, Norveç və İtaliyanın payına düşür. Qərbi Avropanın qaz ehtiyatlarının 70% Şimal və Norveç dənizlərində yerləşir ki, bu da onun çıxarılmasını kifayət qədər baha edir.

Qax çıxarılmasına görə dünyada birinci yeri yenə də Rusiya tutur (22%), sonra isə ABŞ, lakin qaz ehtiyatlarının tükənməsi ilə əlaqədar olaraq bu ölkədə kəşfiyyat getdikcə azalır. Böyük Britaniya, İran, Norveç və Əlcəzairdə qaz ehtiyatlarının çıxarılması əhəmiyyətli dərəcədədir, lakin dünya üzrə payı 5% keçmir. Təbii qazın əsas istehlakçıları inkişaf etmiş ölkələrdir. Qazın ekoloji cəhətdən təhlükəsiz olmasına baxmayaraq bahalı infrastrukturunun yaradılmasını tələb edir.

Qazın əsas daşınma istiqaməti Şimali Afrika, Rusiya, Türkmənistan və Qazaxıstandan Qərbi Avropaya, Kanadadan ABŞ-dır. Son onilliklərdə maye qazın daşınma həcmində artım müşahidə olunur, bu gün beynəlxalq qaz ticarətinin 20% məhz onun payına düşür. Təbii qaz bazarı digər əmtəə bazarlarından əsaslı şəkildə fərqlənir. Bu da onun təbiətindən irəli gəlir. Qazın çıxarıldığı ərazidən istehlak yerlərinə daşınması bir çox hallarda inhisarlar vasitəsilə baş verir.

Bu gün hal-hazırda elmi-texniki inkişafın nailiyyətini alternativ enerji daşıyıcıları hesabına qazın daşınması uğurlu şəkildə həyata keçirilir. Şimali Amerikanın regional qaz bazarı digərlərindən əvvəl formalaşıb. İlk olaraq burda Kanadadan ABŞ qazın ixracı oldu. Latın Amerikası təbii qazın xarici ticarətindən bir qədər kənarda qalır, lakin son illərdə burda da bir canlarına müşahidə edilir. Yaxın və Orta Şərq gələcəkdə bu regionun əsas qaz ixracatçılarına çevrilə bilər. Yaxın və Orta Şərq regionundan fərqli olaraq Afrika artıq aktiv qaz daşıyıcısına çevrilib. Məs.: Əlcəzairin ixrac potensialı artıb, Nigeriya və Liviya əhəmiyyətli qaz ehtiyatlarına malikdir və yaxın gələcəkdə dünya bazarına çıxa biləcək. Liviya artıq maye qaz texnologiyasını mənimsəyir və Əlcəzair-İtaliya qaz kəmərinə qoşulub. Asiya – Sakit okean regionunda əsas maye, qaz alıcıları Yaponiya və Cənubi Koreya, əsas daşıyıcılar isə – İndoneziya, Malayziya, Avstraliya və Bruneydir. Dünya qaz bazarının aktiv iştirakçılarından biri də Qərbi Avropa ölkələri və Rusiyadır. Rusiya bu xammalın ən böyük ixracatçısıdır. Qərbi Avropa daxili və regionlararası bazarda aktiv iştirak edir, həmçinin dünyada ən böyük qaz idxalatçısı hesab olunur. Son illərdə dünya qaz bazarında beynəlxalq hesablaşma formaları dəyişib. Müasir dövrdə uzunmüddətli müqavilələri qısamüddətli sövdələşmələr əvəz edir. Son illərdə kompaniyaların çox az hissəsi 3 ildən artıq müqavilələr bağlayırlar. Lakin burda istisna olaraq elektrik stansiyalarını göstərmək olar. Qaza həmişə ehtiyac olduğu üçün onların bağladığı müqavilələr 5 ildən 10 ilə qədər müddətdə olur.

Son illərdə neft və qaz sənayesinin sürətli inkişafı ilə əlaqədar öz əhəmiyyətini bir qədər itirməsinə baxmayaraq kömür sənayesi dünya təsərrüfatının vacib sahələrindən biri olaraq qalır. Dünya enerji istehlakında kömürün həcmi getdikcə azalır. Bu da onun ekoloji cəhətdən aşağı olması ilə əlaqədardır, kömürdən daha çox istilik elektrik stansiyalarında və metallurgiyada xammal kimi istifadə olunur.

İstənilən dövlətin iqtisadiyyatının inkişaf əsasını energetika təşkil edir. Məhz bu sahə sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, kommunal təsərrüfatın və s. fasiləsiz işini təmin edir.

Energetika özündə istilik elektrik stansiyası, su elektrik stansiyası, atom elektrik stansiyası sahələrini birləşdirir.

İstehsalın 63% IES, 20% SES, 17% AES payına düşür. Bu göstərijilər dünya ölkələri üzrə fərqlənir. Məs: ABŞ, Rusiya və əksər Avropa ölkələrində elektrik enercisi istehsalı IES, Norveçdə SES-in, Fransada isə istehsalın 70% məhz AES-in payına düşür. IES əsas yanajaq kimi kömürdən (60%-dən çox), təbii qaz (28%) və neftdən (12%) istifadə edilir. SES-lər daha ujuz enerci istehsal edir, lakin onların tikintisi böyük ilkin kapital tələb edir. İEOÖ hidroenergetikanın inkişafı üçün daha böyük imkanlar var, lakin onlardan hələ ki, zəif istifadə edilir (Afrikada – 5%, Jənubi Amerikada – 10% az). Hidroenercidən istifadəyə görə ABŞ və Rusiya liderdir, lakin adambaşına istehsala görə 1-ji yerdə Norveç durur. SES çatışmamazlığı onun mövsümü xarakter daşımasıdır, çaylarda suyun səviyyəsinin dəyişməsi ilə əlaqədar olaraq, AES elektrik stansiyalarının ən müasir növüdür. Onlar praktiki olaraq hər yerdə yerləşdirilə bilərlər, bir xammal mənbəsindən asılılıq tələb etmir. Lakin mümkün fors-macor vəziyyətlər zamanı (zəlzələ, tufan, daşqın və s.) AES təhlükəli ola bilər. 1986-jı il 26 May Çernobıl qəzasından sonra AES bağlı proyektlər sona qədər reallaşmadı. ABŞ, Fransa və digər başqa ölkələrdə,

Elektroenergetikanın mühüm özəlliklərindən biri bu sahədə dövlət nəzarətinin və idarəetməsinin saxlanılmasıdır. Bu aşağıdakı vəziyyətlərlə əlaqədardır.

1) Əhalinin və ölkə iqtisadiyyatının bütövlükdə etibarlı enerci ilə təjhiz edilməsinin vajibliyi

2) Mövjud obyektlər tikintisinin kifayət qədər yüksək kapital tutumluluğu bu sahədə təbii inhisarın olmasını zəruri edir.

3) Əhali və ətraf mühit üçün bu obyektlərin yüksək dərəjədə təhlükəli olması, xüsusilə AES-də baş verən qəzalar.

Alternativ enerci mənbələrindən hələlik geniş miqyasda istifadə edilmir, lakin gələjəkdə günəş, külək və s. enercisi ilə işləyən stansiyaların tikilişi nəzərdə tutulur. Elektrik enercisinin tijarəti indiyə qədər regional sərhəd xarakteri daşıyır. Çünki onun daşınması müvafiq elektrikötürüjü xəttlər vasitəsilə həyata keçir. Əsas elektrik enerci daşımaları Qərbi Avropada, ABŞ və Kanada arasında, Rusiyadan MDB ölkələrinə və Finlandiya istiqamətindədir.




  1. Sual

Yuxari sualara bax

  1. Sual

Xammal resursları üzrə qiymət formalaşmasının mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu proses daxili xərjlərin böyük olmasından deyil, başqa amillərdən asılıdır. Bunlardan ən əsası aşağıdakılardır:

1)Xammal məhsulları bazarında tələb və təklifin qarşılıqlı əlaqəsi

2) Əsas istehsalçıların – ixrajatçıarın və birca kotirovkalarının qiymətlərinin dünya qiyməti kimi uyğunlaşdırılması

3) Müxtəlif valyutaların istifadəsi, tələb və təklifin tarazlığının pozulması təsiri altında dünya pulları rolunu oynayan əsas istehsalçıların qiymət çoxluğu

4) Müvafiq əmtəələrin aparıjı ixrajatçıları, idxalatçılarının dünya qiymətinin formalaşmasında xüsusi rolu də neft üzrə dünya qiymətlərinin formalaşmasında əsas rol oynayır.

70-ji illərdə dünya qiymətləri gərgin bir dövr yaşadı. Bu dövrdə xammal üzrə qiymət artımı miqyasına görə 1918-20, 1950-51-ji illərdəki oxşar hadisələri geridə qoyurdu. 1970-1980-jı illərdə xammalların qiyməti 7 dəfə artmışdı. Bunun da əsas iqtisadi səbəbi əksər xammal məhsullarının təklifində meydana çıxan defisit ilə bağlı idi. Bir çox məhsullar üzrə dövri və spekulyativ səbəblərlə şərtləşdirilmiş qısamüddətdi defisit yarandı. Xammal qiymətinin yüksək olmasının başqa bir səbəbi valyuta sferasında böhran, inflyasiyanın yüksək olması idi. 60-jı illərin II yarısında Qərbin inkişaf etmiş sənaye ölkələrində daxili qiymətlərin yüksəlməsi emalediji sənaye məhsullarının ixraj qiymətinin artımına gətirib çıxardı. Bu da xammal ixraj edən inkişaf etməkdə olan ölkələri öz iqtisadi maraqlarını qorumağa sövq etdi. 70-ji illərdə qiymətlərin qarşılıqlı əlaqəsi xammal məhsullarının xeyrinə dəyişdi. Mineral xammalların qiymətinin kəskin dəyişməsi dünya təsərrüfatında istehsal şərtlərinin dəyişməsinə gətirib çıxardı. Daxili iqtisadi planda xammal siyasəti xammala qənaətin güjlənməsinə, istehsalın enerci və material tutumluluğunun aşağı salınmasına istiqamətlənmişdi. Bir çox ölkələr ikinji dərəjəli xammallardan istifadəni genişləndirdi. Bütün tətbiq olunan bu tədbirlər istehsalın material və enerci tutumluluğunun azalmasına gətirb çıxardı. Nətijədə 80-ji illərin ortalarında xammal məhsullarının qiyməti aşağı düşdü. Qiymətdə olan bu azalma 90-jı illərdə özünü göstərirdi. Bunun əsas səbəbləri aşağıdakılar idi:

1) Geoloci kəşfiyyat işlərinin effektivliyinin yüksəlməsi, yeni kəşfiyyat üsullarından istifadə edilməsi;

2) Kənd təsərrüfatında əmək məhsuldarlığının artırılması və nətijə olaraq təklifin artması və istehsal xərjlərinin azalması.

3) SSSR süqutu, postsovet ölkələrində böhranın yaranması, bununla əlaqədar olaraq şəxsi istehsal üçün xammal istehlakının azalması və onun dünya bazarına aşağı qiymətlərlə daşınmasının genişlənməsi

Xammal məhsulları üzrə dünya qiymətlərinin formalaşma mexanizmi onu göstərir ki, eynijinsli məhsulların dünya və daxili qiymətləri çox vaxt üst-üstə düşmür:

A) Daxili qiymətlərin dünya səviyyəsindən üstün olması üstünlük təşkil edir.

B) Nisbətən yüksək daxili qiymətlərin formalaşması ölkənin iqtisadi inkişaf səviyyəsindən asılı deyil.

J) İri neft və digər xammal resursları ixraj edən əksər ölkələrdə dünya ilə müqayisədə nisbətən aşağı daxili qiymətlər müşahidə edilir.

XX əsrin II yarısından başlayaraq dünya neft bazarında qiymət formalaşmasını 4 mərhələyə bölmək olar:

I mərhələ (1973-jü ilə qədər) – bu dövrdə əsas aparıjı mövqe beynəlxalq neft şirkətlərinə məxsus idi.

II mərhələ (1973-1986) – dünya neft bazarına OPEK surətli artım təsiri

III mərhələ (1986-2001) – başqa müstəqil ixrajatçıların meydana çıxması ilə əlaqədar olaraq OPEK təsirinin və birca tijarətinin ümumi artım miqyasının zəifləməsi;

IV mərhələ (2001-ji ildən – müasir dövrə kimi) – dünya neft bazarın liberallaşdırılması, dünya bazarında stabilliyin artırılması məqsədilə neft istehsal və istehlak edən ölkələrin diversifikasiyası, neft tijarətində ??? və başqa təjili sövdələşmələrin üstünlük təşkil etməsi bu mərhələnin xarakterik xüsusiyyətləridir.

Birinji iki mərhələ qiymət formalaşmasının kartel prinsipinə əsaslanır, baxmayaraq ki, bu mərhələlər arasında prinsipial fərqlər mövjud idi. 1973-ju ilin II yarısına qədər qiyməti formalaşdıran kartel 7 böyük beynəlxalq neft şirkətindən ibarət idi: ABŞ-ın «Ekson», «Mobil», «Qalf», «Teksako», «Standard oil of Jalifornia», İngiltərənin «Britiş Petrolium», ingilis-holland şirkəti «Royal-Datç/Şell». Bu şirkətlər neft istehlak edən inkişaf etmiş ölkələrin maraqları naminə qiymətləri stabil səviyyədə $1,5-3 səviyyəsində saxlayırdılar.

I mərhələdə 3 növ qiymətdən istifadə edilirdi:

1) Transfert qiymətlər – şaquli şəkildə inteqrasiya olunmuş beynəlxalq neft şirkətləri tərəfindən neft çıxarılan ərazidə öz vergi tutumlarını azaltmaq üçün istifadə edilir.

2) Məlumat qiymətləri – beynəlxalq neft şirkətlərinin konsessiyaçı olduğu inkişaf etməkdə olan ölkələrin büdjəsində vergi tutulmalarının hesablanması üçün tətbiq edilirdi

3) Bazar qiymətləri – həqiqi müstəqil subyektlərin işlədiyi məhdud bazar seqmentində tətbiq edilirdi.

Neftin dünya qiymətinin dinamikası

Dünya neft hasilatının 3/4 hissəsini verən, iri neft ixrajatçıları olan inkişaf etməkdə olan ölkələr neftin reallaşdırılmasından əldə edilən gəlirin bölgüsündən razı deyildilər. Nətijədə 13 inkişaf etməkdə olan ölkə öz maraqlarının qorunması məqsədilə 1960-jı ildə OPEK təşkilatında birləşdilər və 1973-jü ildə öz ərazilərində neft çıxarılmasını milliləşdirdilər. Bu hadisə güjlü neft böhranına gətirib çıxardı və son 2 ildə qiymətlər 5 dəfədən artıq artdı. 80-ji illərdə artıq neftin bareli $35 idi, halbuki, bu göstəriji 1973-jü ildə $3 idi hər barelə.

II mərhələdə də neftin dünya qiyməti yüksək səviyyədə idi, getdikjə artan yüksək tələb OPEK üzvü olmayan digər ölkələr də neft hasilatını və ixrajını artırmaq imkanı verdi. Bu mərhələdə qiyməti formalaşdıran əsasən OPEK üzvü olan 13 ölkə (Səudiyyə Ərəbistanı, Küveyt, İran, İrak, BƏƏ, Qafar, Əljəzair, Liviya, Nigeriya, Qabon, Venesuela, Ekvador, İndoneziya) idi. I mərhələdə mövjud olan qiymətlər eyni olaraq qalırdı, sadəjə onların ardıjıllığı dəyişmişdi. Birinji yerdə bazar qiymətləri, daha sonra isə məlumat qiymətləri və transfert daxiliinhisar qiymətləri dururdu.

1986-jı ildən başlayaraq, yəni III mərhələdə kartel qiymət formalaşması bazar-birca prinsipinə keçdi. Qiymət bazarda çoxsaylı iştirakçıların rəqabəti əsasında formalaşmağa başladı və hər bir an üçün dünya neft bazarında tələb və təklifin jari balansını əks etdirirdi. Məlumat qiymətləri mexanizmi praktiki olaraq fəaliyyət göstərmirdi. Yalnız bazar qiymətləri və çox məhdud istifadə ilə transfert qiymətlər saxlanılmışdı. 70-ji illərdə baş vermiş güjlü neft böhranından sonra maye yanajağın aparıjı idxalçıları olan inkişaf etmiş ölkələr neftin dünya qiymətinin qəfil artımına düzgün javab axtarırdılar.

Bu dövrdə inkişaf etmiş dövlətlərin enerciresursları istehlakı bu istiqamətdə həyata keçirilirdi:



  • neftin Yaxın Şərqdən deyil, digər mənbələrdən idxalı;

  • inkişaf etmiş sənaye ölkələrində neftin hasilatının genişlənməsi;

  • yanajaq və kimyəvi xammal qismində digər karbohidrogenlərdən, əsasən də qazdan istifadənin artırılması;

  • alternativ enerci resurslarının istehlakının artımı;

  • enerciyə qənaət edən texnologiyanın aktiv şəkildə tətbiq edilməsi.

Nətijədə 80-ji illərin ortalarından başlayaraq bütövlükdə iqtisadiyyatın artım srətilə müqayisədə maye yanajağa olan dünya tələbinin aşağı artım tendensiyası müşahidə edilməyə başladı.

Dünya neft bazarı inkişafının 4-jü mərhələsi 2001-ji ildən neft tijarətinin liberallaşdırılması ilə başlayır. Qeyd etmək lazımdır ki, 2001-ji 11 sentyabr hadisələri dünya neft bazarında jiddi dəyişikliklərə gətirib çıxardı. Bu mərhələ üçün 2 mühüm vəziyyət xarakterdir: a) iri neft idxalatçıları tərəfindən neft daşınmasının diversifikasiyası ilə əlaqədar olaraq neft axınının istiqamətinin dəyişilməsi; b) birca tijarətinin rolunun artması. Bu gün müasir dünya neft bazarında qiymətin formalaşmasında OPEK mühüm rol oynayır. Hələ 60-jı illərdə dünya neft bazarında transformasiya, köhnə klassik inhisar strukturundan müasir azad sistemə keçid, başladı. Bu keçid böhranlarla müşahidə edilirdi. Belə ki, 1985-ji ildə neftin dünya qiyməti $28, yarım il sonra 1986-jı ilin ortalarında $8 təşkil edirdi hər barelə, 1986-jı ilin sentyabrından OPEK öz üzvlərinə kvota qoymaqla neft hasilatını məhdudlaşdırmaq praktikasından istifadə etməyə başladı. Lakin praktika da göstərmişdi ki, ölkələr bu kvotalara heç də həmişə əməl etmirlər. 2000-ji ilin martında Vyana konfransında OPEK yenidən qiymət dəhlizinə qayıtdı, hər boreli $22-28 arasında müəyyən etdi. Bu gün hesab edilir ki, dünya neft istehsalçıları və istehlakçıları üçün münasib qiymət $20-25. Bir tərəfdən bu istehsalın stimullaşdırılması, yeni neft mənbələrinin axtarışı, kəşfiyyatı üçün kifayətdir. Digər tərəfdən qiymətlər bazara yeni istehsalçıları – rəqibləri gətirəjək və dünya bazarında neftin təklifi artırajaq dərəjədə yüksək deyil.

Tarixən dünya qaz bazarı regional bazarlardan formalaşıb. Qaz daşıma vasitələrinin inkişafı regionlararası daşımanı artırdı. Məsələn, Əljəzairdən ilk əvvəl maye, sonra isə adi qazın ixrajı Qərbi Avropa regionunda onun rolunu güjləndirir. Maye qaz həmçinin bu ölkədən Şimali Amerikaya da daşınır. Buna görə belə nətijə çıxarmaq olar: regional qaz bazarları vahid dünya qaz bazarının tərkib hissəsidir və daxili regional qaz tijarəti dünya bazarının konyukturuna əsasən həyata keçirilir. Belə sektorlara bölünmə bu məhsula bir neçə qiymət səviyyəsinin təyin olunmasına gətirib çıxarır.

Kömürün dünya qiyməti ilk növbədə ABŞ-ın resursu ixraj qiymətinə əsaslanır. Bu da qanunauyğundur, çünki daş kömürün təbii ehtiyatlarının böyük hissəsi, dünya kömür hasilatının 20%, istehlakın 22-24% ixrajın isə 6% məhz ABŞ-ın payına düşür.

Təbii ki, bu qiymətlər Yaponiya və Qərbi Avropa regionunun kömür istehlak edən əsas ölkələrinin jiddi təsiri altındadır


  1. Sual

Mineral xammal ehtiyatı kimi qiymətləndirilən faydalı qazıntılar əsasən üç qrupa bölünür: metallar, qeyri-metallar və yanacaq. Metallar da öz növbəsində qara və əlvan metallara bölünür. Yanacaq xammal qrupuna aid olan neft, təbii qaz, torf, kömür, yanar şistlər isə məişətimizin bütün sahələrində istifadə olunur.

Elm və texnikanın yüksək inkişafına baxmayaraq cəmiyyətin tələbatını tam ödəyə bilən yer təkinin ehtiyatları hələ ətraflı öyrənilməmişdir.

Neft ixrac edən ölkələrin “OPEK” təşkilatının verdiyi məlumata görə ha­zırda dünyada neft ehtiyatı 103,2 milyard ton hesab edilir. Dünya neft ehtiyatının 50...55 %-i Ərəbistan yarımadasındadır. Neft və başqa yanacaq ehtiyatlarının (resurslarının) miqdarı hələlik sabit deyildir, çünki yeni-yeni ehtiyat mənbələri tapılır. Məsələn, yeni neft yataqları, ABŞ-da, Afrikada, MDB ölkələrində və s. dövlətlərdə tapılmışdır. Lakin bununla belə kəşf olunmuş yeni neft yataqları 50...60 il insan cəmiyyətini təmin edə bilər.

Proqnoza görə dünyada qaz ehtiyatı 110 trilyon m3-dir. Bunun da əsas hissəsi MDB-də, ABŞ-da və İrandadır.

ABŞ-ın daş kömür ehtiyatı onu 650 il təmin edə bilər. MDB-də isə kömür ehtiyatı 1000 il, qaz 95...100 il, torf 160 il, yanar şistlər isə 500 il ölkəni təmin edə bilər.

Dünyada daş kömür və qonur kömür, həmçinin torf ehtiyatı birlikdə 7900 milyard tona bərabərdir. Kömür və torf yataqlarında olan bu ehtiyat Yer kürəsinin tərkibindəki karbonun 0,2 %-nə bərabərdir. Kömür ehtiyatları dünya əhalisinin sayına görə bölüşdürüldükdə hər nəfərə 2400 ton kömür düşür. Deməli, kömür ehtiyatları çox azdır.

Yerin səthindəki təbii sərvətlər azaldığından yerin dərin qatları istifadə edilir. Buna Bakının bir sıra neft mədənlərinin istismarını və burada neft ehti­yatlarının azalmasını misal göstərmək olar. Beləliklə, görünür ki, neft, qaz və kömür ehtiyatları haqqında olan məlumatlar təxminidir. Avropa dövlətlərinin ərazisində daş kömür, təbii qaz, barıt, civə, dəmir, qurğuşun, sink yataqları olduğu halda neft, manqan, xrom, fosfat yataqları azlıq təşkil edir.

Hazırda və gələcəkdə cəmiyyətin iqtisadi inkişafı cəmiyyətimizin mineral sərvətlərlə təmin olunması, yerin ehtiyat sərvətlərinin araşdırılması, təbii ehtiyat­ların azaldılmasının qarşısını alan tədbirlərin görülməsi, dünyanın enerjiyə olan tələbatının ödənilməsi, bir çox üzvü və mineral maddələrin yanacaq kimi istifadə edilməsi, təbii ehtiyatların səmərəli və qənaətlə istifadə olunması qarşıda duran ən başlıca problemdir.

Hazırda uran və plutonium qarışığından istilik-nüvə reaksiyası yolu ilə enerjinin əldə edilməsi, enerjini daimi saxlayan, itkisiz, səssiz işləyən və mühiti çirkləşdirməyən ifrat keçirici elektrik stansiyalarının yaradılması, günəş enerji­sindən istifadə günün mühüm problemlərinə çevrilmişdir.

Hazırda belə faydalı resursların (ehtiyatların) çox olmasına baxmayaraq, onlardan qənaətlə istifadə olunur və onların əvəz ediciləri axtarılır. Məsələn, poladı və çuqunu plastik kütlə ilə, neft və daş kömürü su elektrik və atom enerjisi ilə kömür və qazı maye yanacağa çevirməklə əvəz edirlər.

Amerika alimləri kömürdən neft, Almaniya alimləri isə maye qaz almağa nail olmuşlar. Bir çox tullantılardan, südlənən bitkisinin bəzi növlərindən, yosun­lardan, qamışdan (qarğı) və digər bitkilərdən yeni yanacaq növləri hazırlanır. Bir hektar südlənən olan sahədə 4...20 litr yanacaq şirəsi əldə edilir. Bir hektarlıq qamışdan isə 10 ton quru yanacaq alınır ki, bunun da dəyəri həmin miqdar neftə bərabərdir.


  1. Sual

Yanacaq – energetika sənayesi(YES) tərkibinə yanacaq (neft, qaz, kömür) və elektroenergetika sahələri daxildir.

Məlumdur ki, bütün yanacaq növlərinin istilikvermə qabiliyyəti eyni deyil. Müxtəlif yanacaq növlərini müqayisə etmək üçün şərti yanacaq vahidindən istifadə olunur. Şərti yanacaq vahidi kimi istilikvermə qabiliyyəti 7-min kkal olan 1 kq Daş kömür qəbul olunmuşdur. Istilikvermə qabiliyyətinə görə yanacaq növləri aşağıdakı ardıcıllıqla gəlir:



1. Neft

2. Təbii qaz

3. Daş kömür

4. Qonur kömür

5. Yanar şist

6. Torf


7. Quru ağac odunu.

Az kalorili yanacan növləri olan – torf, yanar şisti, qonur kömürü daşımaq sərfəli olmadığından ancaq çıxarıldığı yerlərdə istifadə olunur. Ən sərfəli yanacaq növü neft və təbii qazdır. Çünki, onların hasilatı və boru kəmərləri ilə nəql edilməsi daha ucuz başa gəlir.

Müxtəlif yanacaq növlərinin hasilatı və istehsal olunan enerji (mədaxilə) ilə təsərrüfatda onlardan istifadə edilməsi (məxaric) arasında olan nisbətə yanacaq – energetika balansı deyilir. XX əsrin ortalarında yanacaq energetika balansında Daş kömürün əhəmiyyəti azalmış, ərazisində daha ucuz neft və qazın payı artmışdır. Son vaxtlar həm də atom enerjisinin payı artmaqdadır. Gələcəkdə yanacaq-energetika balansında tükənməyən yanacaq növlərindən istifadənin payı artacaq.


Neft sənayesi. Xam neft istifadə olunmur, onu emal edərək müxtəlif yanacaq növləri (benzin, mazut və s) və kimya məhsulları alınır. Neft hasilatının ən ucuz üsulu-fontan üsuludur. Fontan üsulunda neft yataqdakı qazların köməyi ilə özü quyudan qalxır. Hasilatın nasos üsulu da geniş yayılıb. Neft hasilatına görə ilk 3 yeri- Səudiyyə Ərəbistanı, ABŞ və Rusiya tutur. Sonrakı yerləri Iran, Meksika, Çin, Venesuela, BƏƏ, Norveç, Kanada, Böyük Britaniya, Nigeriya tutur. Ümumiyyətlə əsas neft ehtiyatları IOÖ-lərdədir. Xəzər, Şimal və Karib dənizləri, Meksika və Iran körfəzləri ən iri neft-qaz yataqlarına malik su körfəzləridir. Bu su hövzələrindən nefti Meksika. Venesuela, Norveç, Böyük Britaniya, Azərbaycan və Ərəb ölkələri çıxarırlar. ABŞ, Çin və bəzi Qərbi Avropa ölkələri zəngin neft ehtiyatlarına malik olsalar da bu onların təlabatını ödəmədiyindən əsasən Iran körfəzi ölkələrindən neft alırlar. Bundan başqa ABŞ-Meksika və Kanadadan; Yaponiya — Cənub-Şərqi Asiya ölkələrindən; Avropa isə Qərbi və Şimali Afrika ölkələrində də çoxlu neft alırlar. Neft hasil edilən rayonlarla onu emal edən rayonlar arasında çox böyük məsafə fərqi var. Neft əsasən tanker və boru kəmərləri vasitəsi ilə daşınır. Neftin əsas daşınma istiqaməti Cənub-Qərbi Asiyadan — Qərbi Avropa və Yaponiyayadır.

Nefti əsasən IOÖ-lər (xüsusilə ərəb ölkələri) ixrac edir. IEÖ-lər isə (Qərbi Avropa, Yaponiya və ABŞ) idxal edir Gətirmə xammala əsaslandığı üçün əksər IEÖ-lərdə — məs. Fransa, Italiya, AFR, Yaponiyada — neft və qaz emal edən müəssisələr liman şəhərlərində yerləşdirilir. IOÖ-lərdə zəngin neft yataqları və ucuz işçi qüvvəsi olduğundan dünyanın iri neft şirkətləri bu ölkələrdə neft hasilatını artırmağa çalışır.

Dünya bazarında neftin qiymətinin sabit saxlanılması üçün OPEK təşkilatı yaradılıb.

Qaz sənayesi. Qaz ən ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. Ən iri qaz ehtiyatlarına malik olan – Rusiya (1-ci yer), ABŞ, Iran, Türkmənistan, Niderland, Norveç, B.Britaniya, Kanada, Meksika, Əlcəzair, Indoneziya – ən iri qaz ixracatçılarıdır. (ABŞ-dan başqa) Qaz boru kəməri və ya mayeləşdirilərək tankerlər vasitəsi ilə ABŞ, Qərbi Avropa və Yaponiyaya daşınır.

Kömür sənayesi. Kömürü açıq və yeraltı (şaxta) üsulu ilə çıxarırlar. Açıq üsul daha ucuzdur. Ən iri kömür hövzələri Çin, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan, AFR, Hindistan, Avstraliya, CAR və Polşadadır. ABŞ, Avstraliya və CAR-da kömür acıq üsulla çıxarılır. Daş kömür hasilatına görə Çin, qonur kömür hasilatına görə AFR 1-ci yer tutur. Neft və qaz hasilatından fərqli olaraq kömür hasilatı IEÖ-lərdə cəmləşib. Metallurgiyada istifadə olunan kokslaşan kömürün əsas idxalçıları Yaponiya və Qərbi Avropadır. Idxal olunan kömürün ucuz başa gəlməsi Qərbi Avropada daş kömür istehsalının azalmasına səbəb olmuşdur.

Daş kömürün başlıca ixracatçıları – ABŞ, Avstraliya, SAR, Rusiya, Kanada və Polşadır.

Elektroenergetika təsərrüfatı elektrik enerjisi və buxarla təmin edir. Elektrik enerjisinin ən iri istehsalçıları ABŞ (1-ci yer) Rusiya, Yaponiya, Çin, AFR, Kanada, Fransa, Italiya, Braziliya; adambaşına istehsalına görə isə Norveç (1-ci yer), Kanada (2-ci yer), İsveç (3-cü yer) və ABŞ (4-cü yer) fərqlənir.

Elektrik enerjisinin istehsalına görə IES-lər 1-ci yer tutur (63%). Bu stansiyalar nisbətən tez və daha ucuz, lakin qiymətli yanacaqdan istifadə edir və ekoloji vəziyyəti korlayır. Təbii şəraitdən asılı olmadığı üçün IES-lər- həm xammal və həm də istehlak rayonlarında yerləşdirmək olar. IES-lər 2 qrupa – ancaq elektrik enerjisi istehsal edən DRES-lərə və enerji ilə yanaşı istilik enerjisi (yəni buxar) istehsal edən IEM-lərə ayrılır. IEM-lər əsasən istehlak rayonlarında, yəni iri sənaye şəhərlərində tikilir. Ən iri IES-lər ABŞ, Rusiya, Çin, CAR, Meksika, Avstraliya və Avropa ölkələrindədir.

Enerji istehsalına görə 2-ci yerdə SES-lər gəlir. Burada enerji tükənən, lakin bərpa olunan su axını əsasında istehsal olunur. SES-ləri əsasən dağ rayonlarında, su məsrəfi çox, axma meyilliyi və düşməsi böyük olan çayların üzərində tikmək məsləhətdir. Tikilməsi baha başa gəlsə də istehsal etdiyi elektrik enerjisinin maya dəyəri aşağıdır və ekoloji cəhətdən təmizdir. IES-lər üzərində yaradılan su anbarlarından həm də suvarmada, gəmiçilikdə və balıqçılıqda istifadə olunur. Lakin SES-lər üzərində su anbarlarının həm də münbit torpaqların su altında qalmasına, qrunt sularının səviyyəsinin qalxmasına, torpaqların bataqlıqlaşmasına gətirib çıxarır. SES-lər Latın Amerikası, Kanada, Norveç, İsveç, Albaniya, Avstriya və Yeni Zelandiyada üstünlük təşkil edir.

Enerji istehsalında 3-cü yerdə AES-lər gəlir. Ilk AES Rusiyanın Obninsk vilayətində tikilib. AES-ləri yanacaq-energetika ehtiyatları olmayan, lakin çox enerji tələb edən istehlak rayonlarında tikilir. AES-lərin müsbət cəhəti onların istifadə etdiyi xammalın — torium və uran yataqlarının zəngin olması, istehsal olunan enerjinin ucuz başa gəlməsidir. Mənfi cəhəti isə tikilməsinin baha başa gəlməsi, su hövzələrinin istilik tullantıları ilə çirkləndirilməsi və tam təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar çətinliklərdir. Ən iri AES-lər ABŞ, Fransa, Yaponiya, Rusiya, Belçika, AFR, İsveçrə kimi IEÖ-lərdədir. Hindistan, Pakistan, Braziliya, Argentina kimi IOÖ-lərdə də AES-lər tikilmişdir. 1986-cı ildə Çernobıl AES-ində baş verən qəzadan sonra AES-lərin sayı xeyli azalıb.

XXI əsrdə ənənəvi olmayan günəş, külək, geotermal, qabarma enerji mənbələri, həm də kömür, yanar şist və torfdan elektrik enerjisinin alınmasında geniş istifadə olunması gözlənilir. Hazırda geotermal elektrik stansiyaları – ABŞ, Meksika, Italiya, Yaponiya, Yeni Zelandiya və Rusiyada, qabarma elektrik stansiyaları Fransa, ABŞ, Kanada, Rusiya və Cində fəaliyyət göstərir.

Təbii şəraitdən asılı olmayan elektrik stansiyaları AES və IES-lər, daha çox asılı olanlar isə SES, geotermal və qabarma elektrik stansiyalarıdır.

Yanacaq energetika stansiyasının gələcək inkişafı tükənməyən yanacaq növlərinin istifadəsinə əsaslanır.

Yükəskvoltlu elektrik əlverişli xətləri ilə birləşən və bir mərkəzdən idarə olunan müxtəlif tipli elektrik stansiyaları qrupu vahid energetika sistemini yaradır. Bu sistem geniş əraziləri enerji ilə təmin edir, istehlakçıya fasiləsiz enerji verir və təlabatdan asılı olaraq enerjini tənzimləyir.




  1. Sual

Yuxari suallara bax

  1. Sual

Dünya enerji resursları bazarının inkişafı bütün dünya ölkələri üçün böyük praktiki maraq kəsb edir, XXI əsrin əvvəllərində demək olar ki, elə bir ölkə yoxdur ki, bu sahəyə cəlb olunmamış olsun. Təsadüfi deyil ki, bununla əlaqədar olaraq bu gün bir çox təşkilatlar bu bazarın inkişafı ilə bağlı müntəzəm olaraq qısa, orta və uzunmüddətli proqnozlar verirlər. Məhz dünya neft bazarının vəziyyətindən, dinamikasından və qiymətlərin səviyyəsindən asılı olaraq digər enerji daşıyıcılarının qiymətləri formalaşır, həmçinin digər xammal məhsullarının. Bu da öz növbəsində dünyada ümumtəsərrüfat konyukturasını formalaşmasında, dünya iqtisadiyyatının orta və uzunmüddətli inkişaf tendensiyasında vacib amildir. Ölkə qrupları üzrə əhalinin enerji istehlakı bir-birindən fərqlənir. Dünya əhalisinin 20%, əsasən də inkişaf etmiş ölkələrdə, istehsal olunan ilkin enerjinin 60%-ni, yerdə qalan təxminən 5 mlrd. insan və 40% istehlak edir. Bununla yanaşı əgər kasıb ölkələrdə 2 mlrd.insan adambaşına illik olaraq 0,2t yanacaq istifadə edirsə, inkişaf etmiş ölkələrdə 1 mlrd.insan ilə – 5 t yanacaq istehlak edir. Dünya enerji istehlakı 1996-cı ildən 2003 ilə kimi 12 mlrddan 15,2 mlrd. çatıb, yəni 26,7% artıb. Amma qeyd etmək lazımdır ki, enerji istehlakının artım tempi azalmışdır: 1970-1980-ji illərdə 29,4%, 1980-1990-cı illərdə 26,4%, 1990-2003-cü illərdə isə 24% təşkil etmişdir. 1980-ci ildən bəri enerji istehlakının orta illik artım sürəti 1,7% təşkil etmişdir, ən yüksək artım surəti Yeni Sənayeləşmiş ölkələrdə (Tailand-8,6%, Malayziya – 8,4%, Çin – 4,1%), ən az isə Avropanın inkişaf etmiş ölkələrində və keçid iqtisadiyyatlı ölkələrdə qeydə alınmışdır. Lakin artıq iki onillikdən sonra dünya enerji istehlakı artımının təxminən 2/3 hissəsi məhz inkişaf etməkdə olan ölkələrin payına düşəcək, birinci növbədə KXR və Hindistan. Bu gün bu ölkələr artıq dünyada əsas kömür istehlakçılarıdırlar.

Elmi-texniki inqilab əsas enerji növlərinin istehsal və istehlakında köklü dəyişikliklərə gətirib çıxardı. XIX əsrin əvvəllərinə qədər planetin əsas enerji resursu oduncaq ehtiyatları hesab edilirdi. Daha sonra kömürün geniş istifadəsinə başlandı. XX əsrdə kömürə əlavə olaraq neft, qaz, nüvə enerjisindən də istifadəyə başlandı. 1900-2000-ci illər arasında kömürün istehlakının 661 mln-dan 3670 mln. qədər artmasına baxmayaraq ilkin enerji resursları strukturunda kömürün həcmi 94,4% 29,6%-ə düşdü.




  1. Sual

keçən yüzilliyin 20 ilində bu tendensiya dəyişdi. 1980-2000-ci illərdə kömürün istehsal və istehlak həcmi artdı. Xüsusilə ABŞ və Çin iqtisadiyyatında kömürün rolu böyükdür. Neft və neft məhsulları istehlakının artımı ilk növbədə avtomobil və hava nəqliyyatının surətli inkişafı, dəmiryol və su nəqliyyatının duru yanacaqdan istifadə keçidi ilə bağlıdır. 1970-ci ilin əvvəli və 1980-ci ildə neftin qiymətinin yüksəlməsi nəticəsində enerji böhranı baş verdi. Böhranın qarşısını almaq üçün aparıcı kapitalist ölkələrində istehsalın enerji tutumluluğunun azalması, yanacaq-energetika balansında neftin həcminin azalması, enerji idxalından asılılığın azalması istiqamətində milli proqramlar hazırlanmağa başladı. Nəticədə dünya təsərrüfatında enerjinin ümumi istehlakı azaldı. Lakin bütün bu siyasi təşəbbüslərə, atom energetikasının surətli inkişafına, qeyri-ənənəvi enerji mənbələrindən istifadəyə cəhd edilməsinə baxmayaraq neft, qaz və kömürün həcmi 1970-ci ildən müasir dövrə qədər yalnız 84,8%-dən 82% qədər aşağı düşdü.

Gördüyümüz kimi getdikcə atom enerjisinin su enerjisi, alternativ enerji mənbələrinin, həmçinin təbii qazın həcmi getdikcə artır.

Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən təbii qaz gələcəkdə enerjidaşıyıcıları arasında 1-ci yerdə ola bilər, əgər o tam hüquqlu avtomobil yanacağı olarsa. Güman edilir ki, enerjidaşıyıcılarının həcmi 2020-ci ildə 76%,2050-ci ildə 69%-ə qədər aşağı düşəcək.


  1. Sual

Yaxın Şərq və Şimali Afrika regionlarının neft sərvətlərinə qəyyumluq etmək, həm də bu ölkələrin Milli maraqlarını qorumaq məqsədilə 1960-jı ildə neft ixraj edən ölkələrin təşkilatı (OPEK) yaradıldı.

OPEK-in yaradılmasının ən mühüm səbəblərindən biri də 50-ji illərin sonunda neftin qiymətinin tədrijən aşağı düşməsi təşkil edir. Təşkilatın qarşısında duran ilk məqsəd, üzv ölkələrin birgə səyi nətijəsində neftin qiymətinin aşağı düşməsinin önünə keçmək və bununla da öz neft gəlirlərini heç olmasa dəyişməz səviyyədə saxlamaq idi. Bu məqsəd isə öz həllini tezliklə tapmışdı.

OPEK ölkələrinin öz neft resursları üzərində suverenliyin qorunub saxlanmasında 1963-jü ildə qəbul olunmuş təşkilatın üzv ölkələrinin neft siyasəti deklarasiyası əsas rol oynadı, hansı ki, digər məqsədləri də özündə birləşdirirdi.

- OPEK-ə daxil olan üzv ölkələr öz ərazilərində olan neft və qaz ehtiyatlarının çıxarılması və hazırlanması ilə razılaşmalı idilər.

- Ölkələrin yerli sahibkar firmaları xariji kompaniyalarla qarşılıqlı əməkdaşlıq hüququ əldə edirdi.

- Neft idxal edən ölkələrin valyuta kursuna müntəzəm nəzarət edilməli idi.

Bu vəziyyət 1973-jü ilə qədər davam etdi, bundan sonra neftin qiyməti yenə də aşağı düşməyə başladı.

OPEK neft kompaniyalarından neftin qiymətinin 70% qaldırılmasını tələb etsə də, kompaniyalar 20%-lə razılaşdılar. Buna javab olaraq, 1973-jü il 16 oktyabrda Küveytdə OPEK ölkələrinin nazirlərinin iştirakı ilə konfrans keçirildi və neftin qiymətinin 70% qaldırılması qərarı qəbul olundu. Etalon sayılan ərəb neftinin 1 barelinin qiyməti 3,01 dollardan 5,12 dollara qalxdı. Neftin qiymətinin artması 7 oktyabr 1973-jü ildə başlayan Ərəb – İzrail müharibəsinin kəskin xarakter almasına səbəb oldu.

Ərəb – İzrail müharibəsinin 10-ju günündə 17 oktyabr OAPEK-in üzvü olan 10 Ərəb ölkəsi konfrans keçirdi və belə qərar alındı ki, hər ay neftin çıxarılmasına 5% məhdudiyyət qoyulsun, bu hal Fələstin xalqının hüquqları bərpa olunana qədər davam etsin. Eyni zamanda OPEK-in konfransında təşkilatın neft kompaniyalarının tezliklə milliləşdirilməsini və İzrailə fəal dəstək verən ABŞ Hollandiyanın neft təjhizatına son qoyulmasını tələb etdilər.

İraq ilk ölkə idi ki, Amerika və Hollandiya kompaniyalarını milliləşdirdi və ABŞ Hollandiyanın neftlə təjhiz olunmasına embarqo qoydu. İraqdan sonra Əbu-Dabi Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri İzrailin 1 başa müttəfiqlərinə qarşı neft baykotuna qoşuldular.

Ərəb ölkələrinin «neft müharibəsi» neft idxal edən ölkələrdə jiddi enerci qıtlığı yaratmaqla vəziyyəti kəskinləşdirdi və neftin dünya qiymətlərinin kəskin artmasının əsasını qoydu.

«Neft müharibəsinin» nətijəsi olaraq, ərəb ölkələri neft monopoliyalarının 1 başa nəzarəti həm istehsalçı, həm bölüşdürüjü, həm də qiymət sistemini tənzimləyiji kimi öz əllərinə aldılar. Milliləşdirmə prosesidaha sonra İndoneziya, Venesuela, Ekvador və digər neft istehsal edən ölkələrə keçdi. Bu inkişaf etmiş ölkələrin öz təbii resursları üzərində suverenliyin təmin olunmasında 1 üsul idi. 1978-ji ildə OPEK ölkələrinin nazirliklərinin Venada yarımillik konfransında neft qiymətlərinə yenidən ənənəvi baxış keçirildi.




  1. Sual .Xammal enerci daşıyıjıları bazarında beynəlxalq inhisarların rolu mövqeyi.

Sual 10

  1. Sual

Bu gün maşınqayırma kompleksi istənilən sənayecə inkişaf etmiş ölkələrin nəinki emal sənayesinin, eyni zamanda bütün ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Məhz onun inkişafı əməyin məhsuldarlığını və təsərrüfatın bütün sahələrinin iqtisadi səmərəliliyini şərtləndirir, dünyanın istənilən ölkəsinin elmi-texniki potensialının səviyyəsini və müdafiə qabiliyyətliliyini əks etdirir. Bu sahənin müəssisələri bir-biriləri ilə, həmçinin təsərrüfatın digər sahələrinin istehsal qüvvələri iə çox sıx bağlıdırlar.

Maşınqayırma kompleksi çox geniş sahə olmaqla, özündə maşın və avadanlıqlar, aparat və cihazlar, məişət, istehsal və hərbi təyinatlı müxtəlif mexanizmlərin istehsalını birləşdirir. Bir sahə kimi maşınqayırma XIX əsrin I yarısında İngiltərədə meydana gəlmişdir. Əsas xarakterik cəhətləri istehsalın ixtisaslaşmasının dərinləşməsi və həmçinin fasiləsiz olaraq genişlənməsindən ibarətdir.

Müasir maşınqayırma kompleksi çoxprofilli olmaqla, özündə 100-lərlə altsahələri birləşdirir, eyni zamanda, sənayenin ən mürəkkəb və təbəqələşmiş sahəsi hesab olunur. İstehsalın texniki-iqtisadi xüsusiyyətlərinə görə metaltutumlu, əməktutumlu və elmtutumlu maşınqayırma, istifadə olunan texnologiyaya görə isə az kapital tutumlu və yüksək kapital tutumlu (orta və yüksək texnologiyalı) maşınqayırma sahələri ayrılır.

İstehsal olunan məhsulun çeşidinə, texnoloji proseslər və istehsalın yerləşdirilmə xüsusiyyətlərinə görə maşınqayırma kompleksini müxtəlif sahələrə ayırırlar. Bununla belə, xarici ədəbiyyatlarda maşınqayırma adı altında dar mənada təsərrüfatın bilavasitə bu və ya digər sahələri üçün istehsal avadanlığı buraxılışı üzrə ixtisaslaşan ümumi maşınqayırma başa düşülür. Bu kompleksin bölgüsünə dair müxtəlif fikirlər irəli sürülüb.

dünya maşınqayırma kompleksi 5 böyük qrupa ayrılır:


    • Metal memulatlarin istehsali ve metal emali

    • Umumi masinqayirma

    • Neqliyyat masinqayirmasi

    • Cihaz qayirma

    • Elektronika ve elektrotexnika

Ümumi maşınqayırmanın aparıcı sahəsi dəzgahqayırma hesab olunur. Dəzgahqayırma müasir dünyada elmi-texniki inkişafı müəyyən edir, yüksək ixtisaslı əmək ehtiyatlarının istifadəsini tələb edir, ona görə də əsasən sənayecə İEÖ-in ərazisində yerləşdirilir. Təsadüfi deyildir ki, dünya dəzgah istehsalının 75%-i ABŞ, yaponiya, Almaniya, İtaliya, İsveçrə və Fransanın payına düşür. 2002-ci ildə dünya dəzgahqayırma bazarında dövriyyəyə görə liderliyi Almaniya (6,73 mlrd.dol.), Yaponiya (6,37 mlrd.dol.), İtaliya (3,77 mlrd.dol.), Koreya (3,02 mlrd.dol.) və ABŞ (1,91 mlrd.dol.) paylaşırdılar. Dəzgahqayırma məhsullarının aparıcı ixracatçıları Almaniya, Yaponiya, İtaliya və İsveçrədir. Bu ölkələrdə istehsal olunan dəzgahların yarıdan çoxu ixrac olunur.

Dəzgahqayırma sənaye müəssisələrinin istehsal vasitələri ilə təmin olunmasında həlledici rol oynayır. Dünya bazarında isə Avropa dəzgahqayırma sənayesi lider mövqe tutmaqdadır və bu yeri qorumaq üçün fasiləsiz olaraq yeni elmi-texniki nailiyyətlərdən istifadə edərək rəqabətqabiliyyətliliyi saxlamalıdır.

Dəzgahqayırma sənayesi klassik tsiklik inkişaf tempilə - kəskin qalxma və enmələrlə fərqənir: iqtisadi eniş başlayan kimi dəzgahlara olan tələbat kəskin şəkildə aşağı düşür. 2002-ci ildə dünya dəzgah istehsalı 14% (36,1 mlrd-dan 31 mlrd.-a) o cümlədən, ABŞ-da 33%, Yaponiyada 30%, Almaniyada 12% aşağı düşmüşdür.

2005-ci ildə metalemaledici avadanlıq istehsalı 51,8 mlrd. dollara çatmışdır ki, bu da 2004-cü ilə nisbətən (45 mlrd. dollar) 14% çoxdur. Həmin ildə liderlik Yaponiya və Almaniyaya məxsusdur ki, onların öpayına dünya istehsalının 45%-i düşür. Üçüncü yerdə 5 mlrd. dollarlıq istehsalla İtaliyanı qabaqlayan Çin durur.

Beynəlxalq maşınqayırma biznesinin əsasını təşkil edən kooperasiya və ixtisaslaşma dəzgahqayırma sahəsində xüsusən inkişaf etmişdir. Bu sahə çox geniş məhsul çeşidi ilə fərqlənir. Dünyada 35 əsas dəzgahqayırma ölkəsinin 100-dən çox müəssisəsində minlərlə çeşiddə, modeldə dəzgah və dəmirçi-press avadanlıqları istehsal olunur. Eyni zamanda İEÖ-in əksəriyyəti metal emal edən avadanlıqlara olan tələbatını idxal hesabına ödəyirlər.

Dünya kənd təsərrüfatı maşınqayırması bazarı maşınqayırma kompleksinin strukturunda əhəmiyyətli pay sahibi deyil. Bunun isbatı olaraq, ən iri istehsalçı olan ABŞ-nin “John Deere” kompaniyasının illik dövriyyəsi 6,4 mlrd. avro (avtomobil nəhənglərinin illik dövriyyəsindən 100 dəfə az) olduğunu göstərmək olar. Kənd təsərrüfatı maşınqayırması istehlak yerlərinə meylli olduğu üçün əsasən, dünyanın əsas kənd təsərrüfatı regionlarında mərkəzləşmişdir. XX əsrin sonu-XXI əsrin əvvəlində kənd təsərrüfatı texnikası istehsalını azaldaraq daha çox keyfiyyət göstəricilərinin yüksəldilməsinə diqqət yetirməyə başladılar. Bununla belə, kənd təsərrüfatı üçün maşın istehsalında lider mövqe AbŞ, İtaliya və Fransaya məxsusdur. İlk altılıqda ABŞ-ın “John Deere”, “Agco”, ABŞ-İtaliya birgə şirkəti “CNH”, Almaniya-Fransa birgə şirkəti “Claas+Renault Agriculture”, həmçinin İtaiyanın “Argo” və “Same-DeutzFahr” kompaniyaları yer alırlar.

Dünya üzrə ağır maşınqayırma istehsalçılarının sırası məhduddur. Ağır maşınqayırmanın bütün nomenklaturasını istehsal edən ölkələrə ABŞ, Yaponiya, Almaniya, B.Britaniya daxildir. Bəzi ölkələr (Çin, Rusiya) nisbətən az çeşiddə məhsul istehsal edirlər. Digər ölkələr isə ayrı-ayrı sahələr üzrə ixtisaslaşıb. Məsələn, İsveç və Finlandiya kağız sənayesi üçün avadanlıq, Avstriya metallurgiya zavodları üçün avadanlıq istehsal edirlər.

Nəqliyyat maşınqayırması üzrə liderlik avtmobilqayırma sahəsinə məxsusdur. Müasir beynəlxalq ticarətdə tutumluluğu və əhəmiyyətli dərəcədə vacibliyi ilə seçilir. Avtomobil insanların sürətli hərəkətini təmin etməklə ictimai əməyin effektivliyini artırır və bir çox sahələrdə əhaliin həyat tərzinə təsir göstərir. Hal-hazırda avtomobil müasir sivilizasiyanın texnoloji və sosial simvoluna çevrilib.

Sahənin genişliyi onunla xarakterizə olunur ki, dünya avtomobilqayırmasında son məhsulun ümumi dəyəri təxminən 1,5 trln.$ təşkil edir, o cümlədən: ABŞ -288 mln., Yaponiya – 342 mln., Almaniya – 172 mln. Avtomobilqayırmanın sosial-iqtisadi əhəmiyyətini artıran göstəricilərdən biri də məşğulluğun həcmidir. Bu sahə üzrə təkcə ABŞ-da 1 mln.-dan artıq, Almaniyada 775 min insan işləyir. Dolayı yolla avtomobilqayırma sahəsi ilə əlaqəsi olan insanların sayı isə göstərilən rəqəmlərdən dəfələrlə çoxdur.

Dünya avtomobil sənayesi dünya sənayesinin ən çox inhisarlaşmış sahəsidir. Təkcə 5 ölkənin 10 iri şirkəti dünya avtomobil istehsalının 80%-ni təmin edir. Ölkə sərhədlərin ən çox aşan şirkətlər də məhz avtomobilqayırma sənayesinin təmsilçiləridir.

Son illər dünya gəmiqayırmasında da məhsuldar qüvvələrin canlanması müşahidə olunur. Texnoloji zəncirlərin sürətli modernləşdirilməsi, həmçinin yeni dok və tərsanələrin tikilməsi nəticəsində dünya üzrə istehsal gəmi sahiblərinin real gözlənilən sifarişlərini qabaqlayır. . Əsas gəmiqayırma ölkələrinə Yaponiya, C.Koreya, bir sıra Aİ ölkələri (Fransa, Almaniya, İtaliya, Danimarka, Finlandiya, İspaniya, Niderland, Polşa), həmçinin Çin aiddir.

XXI əsrin əvvəllərindən etibarən lider ölkələr gəmiqayırmanın inkişafını stimullaşdıran tədbirlərdən geniş istifadə etməyə başlayıblar. Məsələn, Danimarka hökuməti sifarişçiyə müqavilə də göstərilən məbləğin 80% həcminə qədər 2%-lik güzəştli kredit təklif edir. C.Koreya hökuməti sifarişçiyə kreditin ödənilməsinə 2 il möhlət verir. ABŞ-da isə gömi lizinqinə kömək məqsədilə xüsusi fondlar yaradılır ki (dövlət iştirakı - ⅔), sifarişilər kommersiya bankları tərəfindən kreditləşdirildiyi halda 20 ilə qədər zəmanət verirlər.

Son on ildə elektron və elektrotexnika sənayesi xüsusi əhəmiyyət kəsb edirlər. Bu sahələrin əhəmiyyəti ilk növbədə onların ETT-nin maddi əsasının inkişafına böyük tövhələri ilə müəyyən olunur.

Elektronika və elektrotexnika sahəsi istehsal alət və vasitələrinin təkmilləşdirilməsinə birbaşa təsir göstərərək iqtisadiyyatın ən müxtəlif sahələrində əməyin məhsuldarlığının yüksəldilməsinə aktiv surətdə kömək edir, elmi-texniki inkişafın artım tempini nəzərə çarpacaq dərəcədə sürətləndirir.

Elektron və elektrotexniki maşınqayırma sahələri yüksək texniki inkişafa və yüksək ixtisaslı kadrlara, texniki cəhətdən yaxşı təchiz olunmuş təcrübə bazalarına, elmi-tədqiqat mərkəzlərinə, institut və laboratoriyalarına malik rayonlarda yerləşdirilir. Elektron maşınqayırma sahəsində 100.000 adda məhsul istehsal edir. Elektron və elektrotexniki məhsulların istehsalı üçün geniş çeşiddə texniki vasitələr, həmçinin sənayenin digər sahələrində istehsal olunan materiallar tələb olunur.

Elektron və elektrotexniki maşınqayırmanın müasir maşınqayıma kompleksində payı 30-32% təşkil edir, ümumi (35-37%) və nəqliyyat (33-35%) maşınqayırmasından sonra üçüncü yeri tutur. Proqram idarəetmə və hesablama texnikasından istifadə sürətlə genişlənir. 80-ci illərdən başlayaraq bu sahə inkişaf tempinə görə maşınqayırmanın digər sahələri arasında ilk yeri tutur.

Bir sıra ölkələrin iqtisadiyyatınının hərbiləşdirilməsi də elektron sənayenin inkişafının sürətlənməsinə təsir göstərir. Ayrı-ayrı hərbi müəssisələrin tələbatı hərbi təyinatlı ən yeni müxtəlif elektron avadanlıqların istehsalının sürətlə artımını şərtləndirir. Dünya bazarında müxtəlif ölkələrin elektron sənaye korporasiyaları arasında rəqabət getdikcə kəskinləşir. EHM və məişət elektronikası cihazları bazarında rəqabətin ən vüsət aldığı bazarlardır.

Dünya kompyuter bazarı ən böyük və sürətlə inkişaf edən sahələrdəndir. Dünya elektron avadanlıq istehsalının təxminən ¼-i EHM sahəsinin payına düşür.

Elektron sənaye maşınqayırmanın ən dinamik inkişaf edən sahələrindəndir. Ənənəvi sənaye elektrotexnikası, avtomobil elektron avadanlıqları, rabitə vasitələri istehsalı üzrə Almaniyanın mövqeyi digər sənayecə İEÖ-ə nisbətən daha güclüdür. Sənayecə inkişaf etmiş kiçik ölkələr üçün maşınqayırmada dar ixtisaslaşma xarakterikdir. Məsələn, Danimarka portativ radio-telefon aparaturası, gəmi mühərriklərinin idarəedilməsi üçün elektron sistem, səs aparatları, Finlandiya – rabitə vasitələri istehsalı üzrə ixtisaslaşıb.

Son 10 illikdə Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələri ənənvi elektronika və elektron sənaye üzrə ən vacib regionlardan birinə çevrilməkdədirlər. Xüsusilə, Yaponiya, Koreya, Kir regionu (Honq-Konq), Syanqan, Malayziya, Sinqapur və Tayvan seçilir. Bu regionda ucuz əmək qüvvəsinə əsaslanan məişət elektronikası istehsalı intensiv inkişaf edir.

Yeni sənayeləşmiş ölkələrin əksəriyyətində (Malayziya, Cənubi Koreya, Tayvan) elektronika və elektron sənaye TMK-ın birbaşa investisiyaları əsasında inkişaf edir və onların çoxprofilli istehsal proqramları əsasında məhsul ixrac edir. Cənub-Şərqi Asiyada istehsal olunan elektron məhsulların 80-90%-i ixrac olunur ki, bu da daxili korporativ dövriyyə əsasında həyata keçirilir. Kompyuter texnikası istehsalında ABŞ şəksiz liderdir.



  1. Sual




  1. Sual Dünya maşınqayırma kompleksinin iqtisadi vəziyyəti və xüsusiyyətləri

İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə maşınqayırma istehsalının sənayedə payı 30-50% arasında dəyişir. Bu göstərici Almaniyada 53.6%, Yaponiyada 51,5 %, İngiltərədə 39,6 %, İtaliyada 36,4%, Çində 35,2 % təşkil edir. Bu, bütün sənayenin hər 8-10 ildən bir texniki cəhətdən yenidən “silahlanmasını” təmin edir. Bunula belə, ÜDM-də maşınqayırma istehsalının payı Avropa Birliyi ölkələrində 36-45%, ABŞ-da 10%, Rusiyada 18% təşkil edir.

İEÖ-in (ABŞ, Almaniya, Yaponiya, İngiltərə) maşınqayırma istehsalının strukturunda bütün sahələr təmsil olunur və xüsusilə də elektrotexnikanın payı yüksəkdir. Yüksək keyfiyyət və rəqabətqabiliyyətlilik sayəsində ixracın ümumi çəkisində də maşınqayırma məhsulları böyük çəkiyə (Yaponiya – 64%, ABŞ, Almaniya – 48%, Kanada 42%, İsveç – 44%) malikdir.

Maşınqayırma inkişaf etmiş ölkələrin daimi innovasiya təşəbbüsü mənbəyidir. ABŞ-da maşınqayırma sahəsində elmi tədqiqatlara hər il ÜDM-in orta hesabla 2-2,5% , Avropa Birliyi ölkələrində təxminən 3%-i həcmində vəsait xərclənir.

Müasir postsənaye dünyasının əsası – yeni nəsil elmtutumlu texniki sistem, yüksək effektili, asanlıqla yenidən təçkil oluna bilən, çoxkoordinatlı maşın və robotlardır. Ona görə də, innovasiya – yeni materiallar, mikroelektronika texnologiyası bazasında olan komponentlər, radio- və optoelektronika, lazer və informasiya texnologiyası ilk əvvəl baza texnologiyaya yönəldilir. Bu sahələrin məhsulları isə əsasən İEÖ-in öndə gedən maşınqayırma şirkətlərində istehsal olunur və XXI əsrdə onların sürətlə inkişafı gözlənilir.

Müasir texnologiyaların mürəkkəbliyi və bu texnologiyaların bazasında müasir elmtutumlu məhsulun istehsalı maliyyə və intellektual kapitalın təmərküzləşməsini tələb edir. Bir ölkə daxilində bütün texnoloji istehsal zəncirini yaratmaq qeyri-mümkündür. Ona görə də müasir elmtutumlu məhsulların işlənməsi və istehsalı milli sərhədləri keçmiş və iri transmilli korporasyaların yaranmasına səbəb olmuşdur.

Bu gün dünya elmtutumlu məhsul istehsalının (aviakosmik sistem, avtomobil, elektron cihazlar, gəmiayırma və s.) yarıdan çoxu 5 TMK-nın payına düşür. Üç TMK dünya telekommunikasiya sisteminə nəzarət edir.

Artıq bazar və bazar rəqabəti anlayışları kökündən dəyişib. Müasir dövrdə rəqabətqabiliyyətlilik anlayışı hər şeydən əvvəl, transmilli təkrar istehsal zəncirində yer tuta bilmək və onun bütün modifikasiyalarında yerini qoruyub saxlaya bilmək deməkdir. Milli rəqabətqabiliyyətliliyin real şərti beynəlxalq istehsal əlaqələrinin dəyişən konfiqurasiyasına operativ reaksiya göstərə bilən milli elmi-texniki istehsal strukturlarının birgə fəaliyyəti (elm-texnologiya-istehsal) hesab olunur. “Daxili” bazar anlayışı artıq məzmunun itirib. Hal-hazırda elmtutumlu məhsul və iqtisadi dünya milli-dövlət iqtisadi məkanı və transmilli iqtisadi strukturların şəbəkəsini təşkil edir. Qloballaşma daxili və xarici fəaliyyət sahələri arasında sərhədləri yox edir.

Güclü rəqabət, zəif tələbat və həddən artıq qlobal istehsal şəraitində xərclərin aqressiv şəkildə azaldılması dünya avtomobil istehsalçıları üçün həyat strategiyasına çevrilmişdir. Bu gün xərclərin əsas azaldılma üsulları vahid platforma bazasında müxtəlif modellərin hazırlanması və avtokomponentlərin istehsalının autsorsinqi, injinirinq və İEOÖ-də ETTKT tətbiqidir. 1990-cı illərdə İEÖ-in avtomobil sənayesi inkişaf etmiş avtomobil nəhənglərinin ucuz resurslara tələbatının artımına cavab vermək məcburiyyəti ilə üzləşdi.

İEOÖ dünya ölkələrinin 4/5-nə sahib olmaqla, dünya əhalisinin 80%-ni özündə cəmləşdirir. Son 15 ildə avtomobilə olan aktiv tələbat artımı məhz bu ölkələrdə müşahidə olunur. Əgər 1998-ci ildə dünyada illik avtonəqliyyat istehsalı 56 milyon ədəd idisə (minik, bütün növ yük və avtobus daxil olmaqla), bunun 8,6 milyonu İEOÖ-də istehsal olunub. 2002-ci ildə isə istehsal olunan 58,4 milyon avtonəqliyyatın 11.4 milyonu İEOÖ-də istehsal olunmuşdur. Beləliklə, 1999-2002-ci illər ərzində İEOÖ-də istehsal olunan avtomobillər dünya avtonəqliyyat istehsalında payı 15%-dən 20%-ə qalxmışdır.

Dünyanın 15 aparıcı avtonəqliyyat istehsalçısının payına qlobal istehsalın 94%-i düşür. 2003-cü ildə 15 ən iri avtomobil istehsalçıları sırasında 5 İEOÖ yer alır ki, bunlar da ümumi buraxılışın 18%-nə sahibdirlər. Maraqlıdır ki, bu 5 ölkədən 4-ü bir çox İEÖ-ə nisbətən daha yüksək artım tempi göstəricisinə sahib olmuşlar. İEOÖ arasında avtomobil istehsalçıları Braziliya, Hindistan, Çin, Meksika, Rusiya, Tailand, Çexiya və c.Afrikadır.

İEOÖ-in əsas rəqabət üstünlüyü ucuz resurslardır. Məsələn, Hindistanda istehsal olunan və Yaponiyaya çatdırılan avtomobilin satış qiyməti Yaponmiyada istehsal olunan avtomobilin qiymətinin 77-78%0nə bərabər olacaq (Mənbə: McKinseyQuarterly).

1990-cı illərdə dünya avtomobilqayırma sisteminə təsir edən faktorlar bu ölkələrdə avtomobil sahələrinin inkişafına səbəb oldu. Son 10-15 ildə bu inkişafın əsas xüsusiyyətləri aşağıdakılardan ibarət olmuşdur:


  • İEOÖ-in avtomobil sahələrinə birbaşa investisiyaların artımı;

  • İEOÖ-in yeni “qlobal təchizat zəncirləri”nə inteqrasiyası;

  • İEOÖ-in hökumətlərinin avtosənaye klasterlərinin yaradılması üçün cəhdləri;

  • İEOÖ-in avtomobil sahələrinin idarəedilməsiin liberallaşdırılması;

İEOÖ-in milli avtomobil brendlərinin uzunmüddətli perspektiv inkişafı üçün dünya avtomobil istehsalçıları ilə alyanslar yaratmaq məqsədəuyğundur.

Avropa regionu dünya avtomobilqayırma sistemində ilk yerlərdən birini tutur. Ümumilikdə Q.Avropa regionu 2003-cü ildə 19,1 mln. avtomobil istesal etmiş və dünyada ilk yeri tutmuşdur, Şimali Amerika isə 15,8 mln. avtomobil istehsalı ilə ikinci yerdə qərar tutçuşdur. Üçüncü yer Asiya regionuna məxsusdur. Yaponiya və C.Koreya ölkələrin ümumi istehsalı təxminən 12,3 mln. avtomobil həcmində olmuşdur. Sonrakı yerləri C.Amerika – Braziliya və Argentina (1.7 mln. avtomobil), Rusiya (1,1 mln. avtomobil) və Çin (2,8 mln. avtomobil) tutur.

Qeyd etmək lazımdır ki, Avropada avtomoil sənayesi getidkcə mərkəzi ərazilərə və dəniz limanlarına meyl edir ki, bu da ixracın artması ilə əlaqədardır. Xüsusən, Almaniya avtomobil sənayesinin coğrafi xüsusuiyyəti ondan ibarətdir ki, daxili rayonlar ənənəvi olaraq istehsalın böyük hissəsini təmin edirlər. Bunula əlaqədar, orada maşınqayırma mərkəzləri Ştutqart, Münhen, Braunşveyqə qədim klassik meyl mövcuddur. Hər halda Almaniyanın bütün ərazisi təkcə daxili portlarla yox, eyni zamanda Belçika və Hollandiyanın portları ilə də əlaqədardır. Ondan əlavə, xüsusi olaraq ixrac üçün Emdendə fəaliyyət göstərən “Volkswagen Werk” zavodu da var. Beynəlxalq biznes nöqteyi-nəzərindən Almaniya avtomobil sənayesi əsasən ixrac yönümlüdür, bu da onunla əlaqədardır ki, daxili avtomobil bazarı həddən artıq doydurulmuşdur.

Yaponiyada avtomobil sənayesinin limanlara meylliliyi daha çox nəzərə çarpır. Avtomobil zavodlarının böyük əksəriyyəti Tokio və Naqoya arasında yerləşib və əsas avtomobil ixracı axını bu limanlardan keçir. Son 10 il ərzində Almaniyada olduğu kimi Yaponiya avtomobil sənayesinin də ixrac yönümlülüyü artır.

Digər ölkələrdən fərqli olaraq, ABŞ avtomobil sənayesi daxili bazara istiqamətlənmişdir. Ölkə üçün avtoquraşdırma müəssisələrinin əsas iqtisadi rayonların mərkəzlərində müntəzəmə şəkildə yerləşməsi xarakterik sayıla bilər, lakin avtomobil istehsalı mərkəzləri əvvəlk kimi Detroyt və Los-Anceles olaraq qalır.

XXI əsrin əvvəllərində dünya avtomobil sənayesi iki əsas təmayüllə xarakterizə olunur:



  1. Rəqabətin güclənməsi

  2. Qloballaşmanın təsirinin genişlənməsi

Kəskinləşən rəqabət avtomobil istehsalçılarını buraxılan məhsulların keyfiyyətlərini yüksəltməyə və texnologiyaları təkmilləşdirməyə, istehsl xərclərini azaltmağa və dünya bazarına daha aktiv şəkildə qoşulmağa məcbur edir. Beləliklə, rəqabət getdikcə beynəlxalq səviyyəyə qaldırılır. Avtomobil şirkətlərinin xarici ölkələrdə nümayəndəliklərinin açılmasının əsas hərəketverici qüvvəsi və səbəbi: perspektiv satış bazarlarının əldə edilməsi, istehsalın beynəlxalq ixtisaslaşmasının və kooperasiyalaşmasının inkişafı, xarici ölkələrdə daha ucuz işçi qüvvələrinin olması, şirkətlərarası birgə layihələrin genişlənməsi və s. olmuşdur.

Dünya iqtisadiyyatında qloballşma proseslərinin inkişafı ən yeni texnologiyalardan istifadə etməklə təbii resurslar və informasiya məkanı üzərində nəzarət üçün rəqabətli mübarizənin kəskinləşməsi iə sıx əlaqəlidir. Bu, həmçinin avtomobilqayırma sənayesinə də aiddir. Hal-hazırda avtomobil şirkətlərinin əsas fəaliyyəti konsernlərdə, strateji alyanslarda birləşməklə həyata keçirilir.

Qloballaşmanın təsiri gəmiqayırma sənayesindən də yan ötməyib. Hal-hazırda Yaponiya dünya gəmiqayırma məhsulları istehsalına görə ilk yerdə qərarlaşıb. Yaponiya gəmiqayırması artıq 30 ildir ki öz liderliyini qoruyub saxlayır. Buna səbəb istehsalın daimi təkmilləşdirilməsidir. Bu ölkədə gəmiqayırma məhsullarının 44%-i 5 aparıcı şirkətə məxsusdur. Bu şirkətlər digər gəmiqayırma şirkətləri, daşıyıcıları və sifarişçiləri ilə sıx üfüqi və şaquli tərsanə kooperasiyalarına malik çoxprofilli strukturların tərkibinə daxildirlər. Yaponiya gəmiqayırma sənayesinin istehsal gücü avropa səviyyəsindən 20-30% yüksəkdir.

C.Koreya gəmiqayırma Assosiasiyasına daxil olan 10 tərsanə ölkənin 95% gəmiqayırma məhsulunu istehsal edirlər. Eynilə Yaponiyadakı kimi bu şirkətlər də digər gəmiqayırma şirkətləri, daşıyıcıları və sifarişçiləri ilə sıx üfüqi və şaquli tərsanə kooperasiyalarına malik çoxprofilli strukturların tərkibinə daxildirlər. XX əsrin 90-cı illərinin ortalarında koreya gəmiqayırma şirkətləri yüksək əlavə dəyərli gəmiqayırma sahəsində (MDB ölkələri üçün qaz daşıyan tankerlər və sürətli sərnişin gəmiləri) imkanların genişləndiirlməsi üçün birləşdilər.

Yaponiya və C.Koreyadan sonra dünya gəmiqayırma sənayesində üçüncü yeri Çin tutur. Bu sənaye sahəsi dövlət tərəfindən idarə olunur və tərkibində tərsanələr, zavodlar, elmi-texniki laboratoriyalar, kadr hazırlığı sistemini birlə.dirən Çin dövlət gəmiqayırma korporasiyası kimi təşkil olunub. Çin gəmiqayırmasının istehsalat proqramında tankerlər, qalaqvuran gəmilər, konteynerdaşıyıcıları və refrijeratorlar (buzxanalı paraxod) üstünlük təşkil edir. İxrac sifarişləri ümumi Çin tərsanələrinə olan sifarişlərin 84%-dən aşağı olmur.

Aİ ölkələrinin dünya gəmiqayırma bazarında 20% paya (tonnaj üzrə) malikdir. Avropa regionu xüsusən mürəkkəb gəmiqayırmada liderdir. Bu sahədə Q.Avropa tərsanələri 65% paya malikdir. Regionda dünya üzrə dördüncü olan Almaniya liderlik edir. Almaniya gəmiqayırma şirkətləri hərbi və müxtəlif sinif kommesriya gəmilərinin layihələşdirilməsi və tikintisi ilə məşğul olan və 90-dan çox şirkəti əhatə edən Gəmiqayırma və dəniz texnikası Birliyi çərçivəsində birləşiblər.




  1. Sual




  1. Sual

İstehsalın və kapitalın beynəlmiləlləşməsi bütün əmtəə istehsalının formasını dəyişir: bu proses milli sərhədləri aşmış geniş kooperasiyalı texnoloji zəncirlərin bazasında həyata keçirilir. Transmilli texnoloji zəncirdə son elmtutumlu məhsulun isthsalını idarə edən ölkə daha çox gəli götürür.

Maşınqayırma istehsalının müasir inkişaf tendensiyası aşağıdakı proseslərlə xarakterizə olunur:



Maşınqayıırma kompleksində istehsal prosesinin mürəkkəbləşməsi. Nəticədə ölkələr 2 qrupa: kütləvi məhsul istehsalçıları və yüksəkixtisaslı elmtutumlu məhsul istehsalçılarına ayrılır. Bununla belə kütləvi, lakin ixtisaslı əmək məsrəfləri tələb etməyən istehsalat kompleksləri “yeni” ölkələrə köçürülür, elmi-texniki inkişafın “monopolist” ölkələrində isə maşınqayıma məhsullarının yeni rəqabətqabəliyyətli və elmtutumlu növlərinin işlənib hazırlanmasına istiqamətlənmiş yüksəkixtisaslı əmək resursları tələb edən istehsal kompleksləri qalır;

Məhsul istehsalına çəkilən xərclərin azaldılması üzrə işlərin aktivləşməsi. İstehsalın əhəmiyyətli miqdarda təbii, enerji resursları tələb edən kapitaltutumlu növləri ucuz resurs və işçi qüvvəsinə malik, minimal vergi və nəqliyyat xərcləri tələb olunan İEOÖ-ə köçürülür. Məsələn, yaxın 5 ildə Almaniyanın 90% maşınqayırma müəssisələri istehsalın (eyni zamanda, mürəkkəb və yüksəktexnologiyalı məhsul istehsal) ölkədən kənarda təşkil olunmasını planlaşdırırlar. Almaniyanın Birləşmiş Sənaye-Ticarət Palatasının verdiyi məlumata görə, 2004-cü ildə 43% Almaniya müəssisəsi milli iqtisadiyyata yox, digər ölkələrin iqtisadiyyatlarına investisiya qoymaq fikrində olduqlarını bildiriblər. Bir sıra firmalar təkcə istehsalı deyil, eyni zamanda kompaniyanın idarəetmə və maliyyə şöbələrini də ölkədən kənara aparır. 1990-2004-cü illər ərzində digər ölkədə filialları olan alman firmalarının sayı 27%-dən 39%-ə yüksəlmişdir. Almaniyanın ən iri şirkətlərindən olan “Siemens” istehsalın 80%-ni milli sərhədlərdən kənarda təşkil edir. Hall-hazırda 430.000 işçinin yalnız 38%-i Almaniyada işləyir;

Maşınqayırma istehsalatında ixtisaslaşma və koopesiyalaşma proseslərinin güclənməsi.

Bu, istehsalın miqyasının artmasından əldə olunan xeyirlə şərtlənir;



İnteqrasiya proseslərinin ativləşməsi və texnoloji və kooperasiya əlaqəli sənaye təsərrüfat subyektləri əsasında yaradılmış iri inteqrasiyalaşmış kompaniyaların rolunun artması ilə;

İstehsalın təşkilinin qarışıq tipinə keçilməsi ilə. Dəyişən təklif, məhsul çeşidinin genişləndirilməsinə ehtiyac, məhsulun həyat tsiklinin azalması şəraitində kütləvi istehsal müəssisənin çevikliyini, təklifin dəyişilməsinə uyğunlaşma bacarığını əhəmiyyətli dərəcədə azaldır. Bununla belə uğur əldə olunmasında vacib amil kimi istehlakçının cəlb olunması və qorunub saxlanması çıxış edir. Müəssisə müştərilərin sifarişlərinə əsaslanaraq, bir tərəfdən onların invidual tələbatlarını uçota alınma imkanlarını genişləndirir, digər tərəfdən isə kütləvi şəkildə istehsal olunması mümkün olan əsas hissə və detalların unifikasiyasının yüksək səviyyəsini əldə edirlər. Bu şərtlər daxilində istehsalın təşkilinin qarışıq tipi daha məqsədəuyğundur ki, burada tədarük bölümü – kütləvi və çoxseriyalı, emal – seriyalı, quraşdırma (montaj) – kiçikseriyalı və fərdi olur. Bunula da xərclər və zaman arasında balans yaranmış olur.


  1. Sual

Maşınqayırma müəssisələrinin ərazi üzrə yerləşməsinə bir çox faktorlar, o cümlədən tələbin xüsusiyyəti və satış bazarlarının həcmi, istehsalın ictimai təşkilinin bütün formalarının inkişaf səviyyəsi, əmək resursları, həmçinin infrastrukturun inkişaf səviyyəsi və s. Təsir edir. Müasir maşınqayırma üçün geniş kooperasiyalaşmış əlaqələr xarakterikdir. Son məhsul buraxan müəssisələr hər hansı ölkənin daxilində və xaricdə çox sayda bir-birilə əlaqəli zavodlara malikdirlər.

Maşınqayırma kompleksinin bir çox sahələrinin ixtisaslaşma və beynəlxalq əmək bölgüsü proseslərinin dərinləşməsi şəraitində istehsal məhsullarının kütləvi buraxılışı sənayedə komplektləşdirici detallar, aqreqat təchizatçılarının quraşdırma məssisləri qovşağı ilə aralarındakı qarşılıqlı asılılığı həm ölkə, həm regional, həm də qlobal səviyyədə artmasını şərtləndirir. Bu tendensiya son illər istehsalın təşkili üsulunun dəyişilməsi (postfordizm, “çevik” istehsal) “dəqiq vaxt” təchizat sisteminn tətbiqi hesabına, xüsusilə avtomobilqayırma, məişət elektronikası istehsalı sahəsində qlobal səviyyədə artır.

İxtisaslaşmanın bu, və ya digər növü (predmet, texnoloji, detal üzrə) buraxılan məhsulun xarakteri ilə təyin olunur. Maşınqayırma müəssisələrinin ərazi əmək bölgüsü üzrə ixtisaslaşması dar ixtisaslaşmış sənaye mərkəzlərinin və hətta rayonlarının yaranmasına səbəb olur. Bu prosesə öz istehsal qüvvələrini bütün dünya üzrə paylaşdıran TMK-ın bütün strukturlarının fəaliyyəti əhəmiyyətli dərəcədə kömək edir.

Maşınqayırmanın bir çox sahələrində istehsalın yüksək əməktutumluluğu nəzərə çarpır, bəzilərində isə (məsələn, cihazqayırma, elektronika, aviasiya və aerokosmik sahələrdə) işçi qüvvəsinə yüksək ixtisas dərəcəsi tələbi irəli sürülür. Bununla əlaqədar olaraq, son ilər ucuz işçi qüvvəsinə sahib olan ölkələr maşınqayırmanın əməktutumlu sahələrini inkişaf etdirmək üçün xammal resurslarına malik ölkələrdən daha səmərəli şəraitə malikdirlər. Lakin elmin ən son nailiyyətlərinə əsaslanan elmtutumlu sahələrin inkişafı, həmçinin tətbiq olunan texnikanın mürəkkəbləşməsi istehsalın ixtisaslı kadrlara, elmi tədqiqat və konstruktor işləri mərkəzlərinə, inkişaf etmiş informasiya və nəqliyyat infrastrukturuna malik ölkələrdə cəmləşməsinə stimul yaradır.

Belə istehsalat əsasən Q.Avropa, Şm,Amerikanın İEÖ-də və Yaponiyada mərkəzləşmişdir. Asiya, C.Amerika və qismən Afrikanın (uşaq və qadın əməyindən geniş istifadə olunan ucuz işçi qüvvəsinə malik ölkələrdə) İEOĞ-də adətən, quraşdırıcı zavodlar yerləşdirilir ki, bunlar da komplektləşdirici detalları dünyanın müxtəlif ölkələrindən alırlar.

Bütün dövrlərdə maşınqayırmanın inkişafına elm və texnikanın inkişafı çox böyük təsir göstərmişdir. Bu tendensiya XX əsrin II yarısında da davam etmişdir. İstehsalın çeşidi artır, maşınqayırma istehsalı təkmilləşdirilir və mürəkkəbləşir, yeni sahələr yaranır. Bununla bərabər, ölkəlr kütləvi məhsul istehsalçılarına və mürəkkəb elmtutumlu məhsul techizatçılarına ayrılaraq ixtisaslaşma və ölkələrarası kooperasiyanı inkişaf etdirirlər.

ETT-nin qızğın inkişaf çağında maşınqayırma 10-larla yeni ölkədə sürətlə inkişaf etməyə başladı və ona görə də sənayenin heç bir digər sahəsi əhatə dərəcəsinə görə onunla müqayisə oluna bilmir. Bunula belə, ayrı-ayrı ölələrdə maşınqayırmanın inkişafı tam fərqli istiqamətlərdə və müxtəlif sürətlədə inkişaf edib. Hal-hazırda maşınqayırma məhsullarının 90%-dən çoxu sənayecə İEÖ-də istehsal olunur.

Müasir dünya təsərrüfatında 4 regional maşınqayırma mərkəzi ayrılır:


  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə