BƏ­DƏ­Nİ­MİZ­DƏ­Kİ MÖ­CÜ­ZƏ­LƏR




Yüklə 272.34 Kb.
səhifə1/4
tarix03.04.2016
ölçüsü272.34 Kb.
  1   2   3   4
BƏ­DƏ­Nİ­MİZ­DƏ­Kİ

MÖ­CÜ­ZƏ­LƏR

Ey in­san! Sə­ni kə­rim olan Rəb­bi­nə qar­şı



al­da­dan nə­dir? O Rəb­bin ki, sə­ni

yox­dan ya­rat­dı, dü­zəl­dib qay­da­ya sal­dı. Sə­nə is­tə­di­yi su­rə­ti ver­di”.

(İn­fi­tar su­rə­si, 6-8)

HARUN YƏHYA

http://www.harunyahya.az/
İÇİN­DƏ­Kİ­LƏR

Gi­riş
Göz­lə gö­rün­mə­yən nə­həng mü­əs­si­sə: hü­cey­rə


Vücudumuzu əha­tə edən nə­həng sistem
Ye­di­yi­miz qi­da­la­rin or­qa­nizm­də dövr et­mə­si
Qanın damarlardakı dövranı
Sü­mük­lər­dən təş­kil olun­muş ske­le­ti­miz
Bə­də­ni­mi­zin mik­ros­ko­pik mü­hər­rik­lə­ri olan əzə­lə­lə­ri­miz
Or­qa­niz­mi­miz­də fa­si­lə­siz iş­lə­yən kon­din­sio­ner
Nə­ti­cə

Oxucuya
Bu kitabda və digər kitablarımızda təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısı ilə Allahın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.
Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allahın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.
Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəslə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.
Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.
Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.
Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.
Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.

Yazıçı və əsərləri haqqında
Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.
Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.
Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v.) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq "son söz"ü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.
Yazıçıın bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.
Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.
Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.
Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.
Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.
Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.
Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda çox gec ola bilər.
Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

Gi­riş
Əziz uşaq­lar, ha­zır olun. Bir az­dan çox böyük və mö­cü­zə­li bir dün­ya­ya qə­dəm qoyacaq­sı­nız. Bu dün­ya si­zin marağınıza səbəb olacaq əhə­miy­yət­li xü­su­siy­yət­lə­rə malikdir. Siz in­di­yə qə­dər bu­nu hiss et­mə­yə bi­lər­si­niz, la­kin bu iz­di­ham­lı dün­ya­nın trilyonlar­la iş­çi­si si­zin üçün fasiləsiz olaraq işləyir. Tə­əc­cüb­lən­di­niz, elə de­yil­mi?
Bu qey­ri-adi dün­ya öz or­qa­niz­mi­niz, si­zin üçün iş­lə­yən iş­çi­lər də hü­cey­rə­lə­ri­niz­dir. Or­qa­niz­mi­ni­zin hər bir nöq­tə­si hü­cey­rə­lər­dən iba­rət­dir. Hal-ha­zır­da or­qa­niz­mi­niz­də si­zə xid­mət edən tril­yon­lar­la hü­cey­rə­niz var. Hət­ta siz bu ya­zı­nı oxu­du­ğu­nuz za­man da on­lar fəa­liy­yət­də­dir. Mə­sə­lən, bu ki­ta­bı oxu­ma­ğı­nız üçün göz hü­cey­rə­lə­ri­niz fa­si­lə­siz ola­raq çalışır, həm­çi­nin əl­lə­ri­niz­də­ki əzə­lə hü­cey­rə­lə­ri­niz ki­ta­bı tut­maq üçün çalışır. Siz nə­fəs alarkən əv­vəl­cə nə­fəs bo­ru­nuz­da­kı hü­cey­rə­lər, son­ra da ağciyərlərinizdə­ki hü­cey­rə­lər işlə­yir. Ey­ni an­da mə­də­niz­də­ki hü­cey­rə­lər də bir ne­çə sa­at əv­vəl ye­di­yi­niz qi­da­nı həzm et­mə­yə ça­lı­şır.
Bu da­nış­dıq­la­rı­mız or­qa­niz­mi­niz­də bir an belə da­yan­ma­dan re­al­la­şan pro­ses­lər­dən yal­nız bir ne­çə­si­dir. Bu pro­ses­lə­rin ço­xu­nu siz hiss et­mir­si­niz. Bəs tril­yon­lar­la hü­cey­rə ne­cə bir­lə­şir, bun­lar nə edə­cək­lə­ri­ni ne­cə bi­lir və ey­ni an­da bu funk­si­ya­la­rı ne­cə ye­ri­nə ye­ti­rir­lər? Həm də heç bir prob­lem ya­ran­madan. Heç bir hü­cey­rə­niz baş­qa bir hü­cey­rə­nin funk­si­ya­sı­nı ye­ri­nə ye­tir­mək id­dia­sın­da de­yil və ya “mən bu işi ye­ri­nə ye­tir­mək istəmirəm” de­mir. Bun­lardan əlavə, or­qa­niz­mi­niz­də­ki bü­tün pro­ses­lər qey­ri-adi bir sü­rət­lə baş verir.
Növbəti səhifələrdə or­qa­niz­mi­miz­də baş ve­rən gün­də­lik proseslərin - qi­da­la­rın həzm edilməsi, nə­fəs almaq, gör­mək, his­s etmənin nə qə­dər mö­cü­zə­li ol­du­ğu­nu bir­lik­də nəzər­dən ke­çi­rə­cə­yik. Bu funk­si­ya­la­rı ye­ri­nə ye­ti­rər­kən hü­cey­rə­lə­ri­mi­zin bə­zən bir kimyaçı ki­mi mad­də­lər is­teh­sal et­mə­si­nin, bə­zən bir mü­hən­dis ki­mi he­sab­la­ma­lar aparma­sı­nın, bə­zən də baş­qa hü­cey­rələrin eh­ti­yac­la­rı­nı ödə­mə­yə ça­lış­ma­sı­nın şa­hi­di olaca­ğıq.
Bü­tün bu funk­si­ya­la­rı gö­zü­müz­lə gö­rə bil­mə­di­yi­miz ki­çik hü­cey­rə­lə­rin yerinə yetirməsi çox hey­rə­ta­miz bir hal­dır. Həm də hü­cey­rə­lər bu əhə­miy­yət­li iş­lə­ri heç bir kömək ol­ma­dan ye­ri­nə ye­ti­rir­lər. Hü­cey­rə­lə­ri­miz bi­zim ki­mi in­san de­yil. On­lar bir-bi­ri­ni nə gö­rə, eşi­də bilir, nə də “ağıl­lı bir iş gö­rək” - de­yə dü­şü­nüb qə­ra­r ala bi­lir­lər. Nə göz­lə­ri, nə qu­laq­la­rı, nə də be­yin­lə­ri var. Qarşıda mü­fəs­səl şə­kil­də qeyd edə­cə­yi­miz ki­mi, on­lar kimyə­vi for­mul­la­rı bi­lir, bu for­mul­la­ra gö­rə mad­də­lər is­teh­sal edir­lər, la­kin on­lar kim­ya oxumayıblar. Fi­zi­ka qa­nun­la­rı­nı bi­lir­lər, işı­ğı ni­zam­la­yıb gör­mə­­mi­zi tə­min edir­lər, la­kin fizi­kanı da bilmirər. Elə isə on­lar bü­tün bun­la­rı ne­cə ba­ca­rır­lar?

Əl­bət­tə ki, hü­cey­rə­lə­ri­miz bü­tün bu iş­lə­ri öz ağıl­la­rı sa­yə­sin­də et­mir­lər. Yə­qin ki, onla­rın bu iş­lə­ri mü­əy­yən bir za­man için­də öyrənmədi­yi­ni də ar­tıq dərk et­mi­si­niz.


Am­ma biz öz hə­ya­tı­mı­zı göz­lə gö­rül­mə­yə­cək də­rə­cə­də ki­çik olan bu var­lıq­la­rın şüur­lu hə­rə­kə­ti sa­yə­sin­də da­vam et­di­rə bi­li­rik. Bü­tün bun­lar bi­zim çox mü­hüm bir həqiqəti an­la­ma­ğı­mız üçün­dür. Hü­cey­rə­lə­ri­mi­zə bu iş­lə­ri gördürən, on­la­ra nə edəcəklərini öy­rə­dən çox yük­sək bir ağıl sa­hi­bi var­dır. Bu son­suz ağıl sa­hi­bi bi­zi çox sevən, bi­zim hər cür nöq­san və eh­ti­yac­la­rı­mı­zı bi­lən, hər şe­yi ya­ra­dan Al­lah­dır.
Or­qa­niz­mi­miz­dəki tril­yon­lar­la hü­cey­rə­nin hər bi­ri Al­la­hın qü­sur­suz pla­nı əsa­sın­da çə­tin funk­si­ya­la­rı­nı tam şəkildə ye­ri­nə ye­ti­rir­lər. Bu­na görə biz də heç bir axsaqlıq olmadan hə­ya­tı­mı­zı da­vam et­di­ri­rik. Si­zin hər sə­hər mək­tə­bə get­mək üçün oyan­ma­ğı­nız, ye­di­yi­niz ba­lın şi­rin da­dı­nı hiss et­mə­yi­niz, heç bir çə­tin­lik çək­mə­dən nə­fəs al­ma­ğı­nız, son­ra mək­tə­bin hə­yə­tin­də qa­çıb dost­la­rı­nız­la oyun oy­na­ya bil­mə­niz və et­di­yi­niz baş­qa bir çox hə­rə­kət­lər Al­la­hın si­zə olan mər­hə­mət və şəf­qə­ti­nin nə­ti­cə­si­dir.
Al­lah dün­ya­da­kı hər şey ki­mi si­zi də qü­sur­suz ya­rat­mış və eh­ti­ya­cı­nız olan hər şe­yi ver­miş­dir. Buna görə də bi­zə dün­ya­da­kı ən gö­zəl hə­diy­yə­lə­rin hər bi­rin­dən çox də­yər­li olan ne­mət­lə­ri ve­rən Rəb­bi­mi­zə şükr et­mə­li­yik.
Və Al­la­hın bi­zə verdiyi nemətlər üzərində yax­şı­ dü­şün­mə­li­yik. Al­lah bi­zə yolgöstərici ola­raq gön­dər­di­yi mü­qəd­dəs ki­ta­bı­mız Qu­ran­da­kı ayə­lər­də in­san­la­rın düşünmə­si üçün bə­zi möv­zu­lar­dan ör­nək­lər ver­miş­dir. Bir ayə­də Al­lah bi­zə be­lə bu­yu­rur:
Hə­qi­qə­tən göy­lə­rin və ye­rin ya­ra­dıl­ma­sın­da, ge­cə ilə gün­dü­zün bir-bi­ri­ni əvəz et­mə­sin­də, içə­ri­sin­də in­san­lar üçün mən­fə­ət­li şey­lər olan gə­mi­lə­rin dənizlərdə üz­mə­sin­də, qu­ru­yan yer üzü­nü Al­la­hın göy­dən yağ­mur yağ­dı­ra­raq yenidən di­rilt­mə­sin­də, cins-cins hey­van­la­rı onun hər tə­rə­fi­nə yay­ma­sın­da, kü­lə­yin bir səmt­dən baş­qa bir səm­tə əs­mə­sin­də, göy­lə yer ara­sın­da (Al­la­hın əm­ri­nə) ta­be bu­lud­la­rın hə­rə­kə­tin­də ağıl və dü­şün­cə sa­hi­bi olan in­san­lar üçün əla­mət­lər var­dır” (Bəqərə su­rə­si, 164).
Be­lə­lik­lə, bu ki­tab­da or­qa­niz­mi­miz haq­qın­da ve­ri­lə­cək mə­lu­mat­lar üzə­rin­də bir­lik­də dü­şü­nə­cə­yik. Al­la­hın ne­cə in­cə və ide­al bir bə­dən qu­ru­lu­şu ya­rat­dı­ğı­nı öyrənəcəyik. Kitabı oxu­yub bi­tir­dik­dən son­ra isə Al­la­hı da­ha çox se­və­cək və Ona da­ha çox şükr edəcək­si­niz. Ət­ra­fı­nız­da­kı düşünməyən in­san­la­ra tə­əc­cüblənəcək və bil­dik­lə­ri­ni­zi on­la­ra da öy­rə­də­rək on­la­rın da dü­şün­mə­si­ni istəyəcəksiniz.
Göz­lə gö­rün­mə­yən nə­həng mü­əs­si­sə: hü­ceyrə
Ki­ta­bın gi­riş his­sə­sin­də or­qa­niz­mi­ni­zin tril­yon­lar­la hü­cey­rə­nin bir­ləş­mə­sin­dən əmə­lə gəl­di­yi­ni qeyd et­miş­dik. La­kin bu, kiçik bir rə­qəm de­yil. Trilyon sa­yı çox bö­yük bir miqdardır. Hər bir yet­kin in­sa­nın or­qa­niz­min­də cə­mi 100 trilyona ya­xın hü­cey­rə var. Lakin bu hü­cey­rə­lər çox ki­çik ol­duq­la­rın­dan bi­zim orqanizmimiz­ nə­həng öl­çü­də de­yil. İn­di ve­rə­cə­yi­miz ör­nək­lə­ri oxu­du­ğu­nuz za­man hüceyrə­lə­rin nə qə­dər ki­çik ol­du­ğu­nu biləcəksi­niz. Or­qa­niz­mi­miz­də­ bir mil­yon hücey­rə bir­lə­şən­də yal­nız iy­nə ucu qə­dər yer tutur. Bu qə­dər ki­çik ol­ma­sı­na bax­ma­ya­raq, hücey­rə­nin han­sı qu­ru­lu­şa ma­lik ol­ma­sı hə­lə tam mə­lum de­yil. Alim­lər hü­cey­rə­nin içindəki sis­tem­lə­ri hə­lə də araş­dı­rır.
Si­zin or­qa­niz­mi­ni­zi təş­kil edən ilk hü­cey­rə ata və ana­nı­zdan gə­lən bir ədəd hüceyrə­nin ana­nı­zın or­qa­niz­min­də bir­ləş­mə­si ilə əmə­lə gə­lir. Bu hü­cey­rə fa­si­lə­siz ola­raq bö­lü­nür və bir müd­dət son­ra əv­vəl­cə ki­çik bir ət par­ça­sı şəkli­nə düşür. Son­ra bu ət parça­sı­nı təş­kil edən hü­cey­rə­lər də bö­lün­mək­də da­vam edir və or­qa­niz­mi­niz təd­ri­cən forma­laş­ma­ğa baş­la­yır.
Əmə­lə gə­lən hər ye­ni hü­cey­rə­niz baş­qa bir for­ma alır. Bi­ri qan hü­cey­rə­si, di­gə­ri sümük hü­cey­rə­si, baş­qa bi­ri isə si­nir hü­cey­rə­si funk­si­ya­sı­nı da­şı­yır. Or­qa­niz­mi­miz­də bir-bi­rin­dən fərq­li şə­kil­də 200 növ hü­cey­rə var. Əs­lin­də, bu hü­cey­rə­lə­rin ha­mı­sı ey­ni hissə­lər­dən təş­kil olu­nur, la­kin müx­tə­lif funk­si­ya­la­rı ye­ri­nə ye­ti­rir­lər. Mə­sə­lən, şə­kil­də də gör­dü­yü­nüz ki­mi, ayaq­la­rı­nız­da­kı əzə­lə hü­cey­rə­lə­ri si­zin hə­rə­kət edə bil­mə­yi­niz və qa­ça bil­mə­yi­niz üçün hörülmüş kəndir formasındadır. Bu qu­ru­luş­la­rı sa­yə­sin­də siz­ top­la oynayar­kən aya­ğı­nız­da­kı və ya qo­lu­nuz­da­kı əzə­lə­lər həd­dən ar­tıq dar­tıl­dı­ğı za­man qırılmır. Qan hücey­rə­lə­ri­niz isə kürəcik for­ma­sın­da­dır. Bu hü­cey­rə­nin və­zi­fə­si bə­dən üçün lazım­lı olan ok­si­ge­ni da­mar­lar va­si­tə­si­lə da­şı­maq­dır. Bu for­ma­sı sa­yə­sin­də oksigen­lə birlik­də qan da­mar­la­rı ilə asan­lıq­la axıb ge­dir­lər. Də­ri hü­cey­rə­lə­ri­niz də sıx şəkildə bir sı­ra­da düzü­lmüş­lər. Be­lə­lik­lə, də­ri­miz mik­rob­la­rı və su­yu ke­çir­mir.
Bu hü­cey­rə­lər ki­mi, di­gər bü­tün hü­cey­rə­lər də ta­ma­mi­lə funk­si­ya­la­rı­na uy­ğun forma­ya ma­lik­dir. La­kin tə­bii ki, on­la­rın bu for­ma­da ol­ma­la­rı tə­sa­dü­fi de­yil. Kom­pyu­ter­lə­ri, avto­mo­bil­lə­ri və ya təy­ya­rə­lə­ri xa­tır­la­yın. Bu apa­rat və mü­hər­rik­lə­rin for­ma­sı­nı, on­la­rın işlə­mə­si üçün la­zım olan sis­tem­lə­rin la­yi­hə­si­ni hazırlayan bir in­san var. Bü­tün de­tal­la­rı bu apa­rat­la­rı is­teh­sal edən fir­ma­nın tex­ni­ki iş­çi­lə­ri fi­kir­lə­şir və plan­laş­dı­rır­lar. Av­to­mo­bil­lər sər­ni­şin­lə­rin ən ra­hat və təh­lü­kə­siz şə­kil­də hə­rə­kət edə­cə­yi, te­le­vi­zor­lar isə görüntünü və sə­si ən key­fiy­yət­li şəkildə ta­ma­şa­çı­ya çat­dı­ra­caq şə­kil­də is­teh­sal edi­lir. Bun­la­rı yal­nız tex­ni­ki alət­lə­rə de­yil, həm­çi­nin bü­tün əş­ya­la­ra aid et­mək olar. Ma­sa, stul, ya­şa­dı­ğı­nız bina, is­ti­fa­də et­di­yi­niz qə­ləm, ye­mək ye­di­yi­niz qa­şıq­lar, çən­gəl­lər... Bü­tün bun­lar müəyyən la­yi­hə­nin məh­su­lu­dur. Hər bi­ri­nin de­tal­la­rı in­cə­li­yi­nə qə­dər he­sab­la­nıb, heç bi­ri tə­sa­dü­fən or­ta­ya çıx­ma­yıb. Bil­di­yi­niz ki­mi, pla­nın və nə­ti­cə­də də məh­su­lun or­ta­ya çıxması üçün ağıl ol­ma­lı­dır.
İn­di hə­min ör­nə­yi or­qa­niz­mi­miz­də olan hü­cey­rə­lər haq­qın­da dü­şü­nək. Hüceyrələrimiz te­le­vi­zor­dan və ya baş­qa bir tex­no­lo­ji alət­dən da­ha ide­al pla­na və iş rejimi­nə ma­lik­dir. Bun­dan əla­və, qey­ri-adi xü­su­siy­yət­lə­ri olan bu hü­cey­rə­lə­ri­miz həm də can­lı­dır. Bir qə­dər əv­vəl də qeyd et­di­yi­miz ki­mi, alim­lər bu ki­çik var­lıq­la­rın için­də olan mö­cü­zə­vi sis­te­mi hə­lə də tam kəşf edə bil­mə­yib­lər.
Yə­qin ki, ki­çik bir sa­hə­də in­san ağ­lı­nın dərk et­mə­di­yi be­lə pla­nın ne­cə müm­kün oldu­ğu­nu dü­şün­mü­sü­nüz, elə de­yil­mi?
Bü­tün bun­lar hü­cey­rə­lə­ri­mi­zi çox üs­tün bir ağıl sa­hi­bi­nin plan­laş­dı­rıb ya­rat­dı­ğı­nı bizə bir da­ha sü­but edir. Bu üs­tün ağıl sa­hi­bi bi­zi bü­tün or­qa­niz­mi­miz­lə qü­sur­suz şə­kil­də ya­ra­dan Al­lah­dır.
Vücudumuzu əha­tə edən nə­həng sistem
Heç əv­vəl­lər bu su­al­la­rı özü­nü­zə ver­miş­di­niz­mi:
İn­di nə­fəs al­ma­lı­yam­mı?
Ürə­yi­min təz­yiq­lə vur­du­ğu qan ki­fa­yət edir­mi?
Han­sı hü­cey­rə­lə­ri­min, han­sı or­qan­la­rı­mın nə qə­dər ener­ji­yə eh­ti­ya­cı var?
Mə­dəm ye­di­yim ye­mək­lə­ri nə za­man həzm et­mə­yə baş­la­ma­lı­dır?
Gö­zü­mə düş­mə­li olan işı­ğın miq­da­rı ki­fa­yət qə­dər­dir­mi?
Qo­lu­mu hə­rə­kət et­dir­mək üçün han­sı əzə­lə­lə­ri­mi iş­lə­dim?
Bu su­al­lar in­sa­na qə­ri­bə gə­lir, elə de­yil­mi? Çün­ki biz heç vaxt bu su­al­la­rı özü­mü­zə ver­mi­rik, hət­ta ço­xu­mu­zun bu pro­ses­lə­rin fasiləsiz olaraq get­di­yin­dən belə xə­bə­ri yox­dur. Or­qa­niz­mi­miz bü­tün bu iş­lə­ri av­to­ma­tik ola­raq edir. O, bu­nu bi­zi hər tə­rəf­dən əha­tə edən si­nir sistemi va­si­tə­si­lə edir. Si­nir sistemi tril­yon­lar­la si­nir hücey­rə­si­nin bir-bi­ri ilə birləşməsin­dən əmə­lə gə­lir. Or­qa­niz­mi­mi­zi əhatə edən si­nir sistemini aşa­ğı­da­kı şə­kil­də gör­dü­yü­nüz av­to­mo­bil yol­la­rı­na bən­zə­də bi­lə­rik. Bu sistem sa­yə­sin­də or­qa­niz­mi­miz­də­ki hü­cey­rə­lər­lə ayaq­la­rı­mız­da­kı əzə­lə hü­cey­rə­lə­ri ara­sın­da əla­qə ya­ra­nır və vü­cu­dun bü­tün hü­cey­rə­lə­ri bir-bi­ri ilə əla­qə­də olur. La­kin si­nir sis­te­mi­miz ki­lo­metr­lər­lə uzun­luqda, çoxqov­şaq­lı, iki­mər­tə­bə­li yol­la­rı olan, ge­diş-gə­li­şin ay­rı yol­lar­dan tə­min edil­di­yi av­to­mo­bil yo­lun­dan da­ha əha­tə­li sis­te­mə ma­lik­dir. Av­to­mo­bil yol­la­rın­da av­to­mo­bil­lə­rin bir bölgədən baş­qa bir böl­gə­yə get­mə­si ki­mi, or­qa­niz­mi­miz­də­ki si­nir sistemi üzə­rin­də də hərə­kət edən qıcıqlar var. Bu qıcıqlar bir nahiyədən baş­qa bir nahiyə­yə mə­lu­mat ötürürlər.
Or­qa­nizm­də olan bu qıcıqlar tə­səv­vür edə bil­mə­yə­cə­yi­niz qə­dər sü­rət­li hə­rə­kət edir. Mə­sə­lən, siz qo­lu­nu­zu qat­la­maq is­tə­di­yi­niz za­man bey­ni­niz­dən bir elekt­rik siq­na­lı çı­xır. Bu qa­rı­şıq sə­fər əs­na­sın­da siq­nal əsa­sən onur­ğa be­yi­nə ge­dir. Ora­dan da xə­bər çat­dı­rıl­ma­sı la­zım olan or­qa­na doğ­ru sü­rət­lə hə­rə­kət edir. Qol əzə­lə­niz tamamilə qatlanır və qo­lu­nuz dir­sək­dən bü­kü­lür. Bü­tün bu pro­ses­lər sa­ni­yə­nin min­də bi­ri qə­dər qısa zaman ər­zin­də baş ve­rir. Gö­zü­nü­zü açıb-yu­man­da ke­çən müd­də­tin təx­mi­nən 1 sani­yə ol­du­ğu­nu nə­zə­rə al­saq, sa­ni­yə­nin min­də bi­ri­nin nə qə­dər qı­sa za­man olduğu­nu təsəv­vür edə bi­lə­rik. Be­lə­lik­lə, bu mi­sal­da ol­du­ğu ki­mi or­qa­niz­min hər ye­ri­nə çat­dı­rı­lan qıcıqlar sinir­lər va­si­tə­si­lə be­yi­nə gön­də­ri­lir. Həd­siz də­rə­cə­də bö­yük bir sü­rət­lə or­qa­niz­mi­mi­zin hər bir his­sə­sin­dən be­yi­nə fa­si­lə­siz ola­raq xə­bər ve­ri­lir. Bu­nun sa­yə­sin­də siz da­nı­şır, gü­lür, don­dur­ma­nın da­dı­nı bi­lir və ya iti­niz­lə oy­na­yır­sı­nız. Bu iş­lə­ri gö­rər­kən ara­da heç bir fa­si­lə ol­mur, dü­şün­dü­yü­nü­zü hə­min an­da edə bi­lir­si­niz. Bax­dı­ğı­nız an­da gö­rür, da­nı­şı­ğı eşi­dir, bir cis­mə to­xun­du­ğu­nuz an­da onun is­ti və ya so­yuq ol­du­ğu­nu dərhal hiss edir­si­niz. Beləlik­lə, bü­tün bun­lar si­nir sis­te­mi­ni­zin və bey­ni­ni­zin ide­al ahən­gi sa­yə­sin­də müm­kün olur.
Hal-ha­zır­da da si­nir ref­leks­lə­ri­niz yük­sək bir sü­rət­lə iş­lə­yir. Bar­maq­la­rı­nı­zın ucundakı si­nir­lər əli­niz­də tut­du­ğu­nuz bu ki­ta­bın ağır­lı­ğı haq­qın­da bey­ni­ni­zə mə­lu­mat gön­də­rir və bu ağır­lı­ğa uy­ğun bir qüv­və ilə siz bu ki­ta­bı qal­dı­rır­sı­nız. Bun­dan əla­və gözlə­ri­niz­dən, bur­nu­nuz­dan, qu­laq­la­rı­nız­dan, ayaq­la­rı­nız­dan və or­qa­niz­mi­ni­zin baş­qa bir çox yer­lə­rin­dən bey­ni­ni­zə siq­nal­lar gə­lir.
Be­lə­lik­lə, bey­ni­niz gə­lən bu siq­nal­la­rı qə­bul edir və hər ye­rə la­zı­mi mə­lu­mat­la­rı gön­də­rir. Or­qa­niz­mi­niz də bu mə­lu­mat­la­ra gö­rə hə­rə­kət edir. İn­di bü­tün bun­la­rı yenidən dü­şü­nək. Or­qa­niz­mi­niz­də ey­ni an­da müx­tə­lif pro­ses­lər baş ve­rir. Ey­ni vaxt­da ki­tab oxuyur­su­nuz, ət­raf­dan gə­lən səs­lə­ri eşi­dir­si­niz, aya­ğı­nı­za sür­tü­nə­rək ke­çən pi­şi­yi­ni­zin tük­lə­ri­ni hiss edir­si­niz, mey­və şi­rə­si­nin da­dı­nı bi­lir­si­niz, ürə­yi­niz dö­yü­nür və orqanizminizdə bir çox baş­qa pro­ses­lər baş ve­rir.
Bəs bü­tün bun­lar yal­nız bir-iki sa­ni­yə­lik si­zin nə­za­rə­ti­ni­zə ve­ril­səy­di, nə baş ve­rə bilər­di? Əl­bət­tə ki, bun­la­rın ha­mı­sı­nı ey­ni vaxt­da ida­rə et­mə­yi­miz müm­kün de­yil. La­kin Al­la­hın bi­zi qü­sur­suz ya­rat­ma­sı sa­yə­sin­də be­yin və or­qa­niz­mi­mi­zin di­gər his­sə­lə­ri bü­tün bun­la­rı bir-bi­ri ilə əla­qə­li şə­kil­də, bi­zim mü­da­xi­lə­miz ol­ma­dan edir­. Or­qa­nizm­dən bü­tün mə­lu­mat­lar siq­nal şək­lin­də be­yi­nə gə­lir və bu siq­nal­la­rın mə­na­sı açıq­la­nıb təh­lil edi­lir. Yal­nız bu­nun sa­yə­sin­də siz iti­ni­zin tük­lə­ri­nin yum­şaq­lı­ğı­nı, kü­lə­yin sə­rin­li­yi­ni, iç­di­yi­niz şaf­ta­lı şi­rə­si­nin ləz­zə­ti­ni, kar­tof qı­zart­ma­sı­nın qo­xu­su­nu hiss edir­si­niz. Bəs siz­cə, çə­ki­si 1,5 ki­loq­ram­dan çox ol­ma­yan və ət par­ça­sı olan bey­ni­ni­zin bü­tün bun­la­rı öz-özü­nə etməsi müm­kün­dür­mü? Əl­bət­tə ki, bu qey­ri-müm­kün­dür. Yal­nız Al­la­hın si­zi ide­al şə­kil­də ya­rat­ma­sı nə­ti­cə­sin­də bey­ni­niz bu iş­lə­rin ha­mı­sı­nı ey­ni an­da görə bi­lir.
Dos­tu­nuz sakitcə yanınıza gəlib əl­lə­ri­ni bir-bi­ri­nə çırpsa göz­lə­ri­ni­zi qır­pa­caq­sı­nız. Be­lə də ol­ma­lı­dır, çün­ki ref­leks hə­rə­kə­ti­dir. Ref­leks si­zin bədəninizin qıcıqlara qarşı verdiyi cəld cavablara deyilir. Bu qə­dər cəld ol­ma­la­rı­nın sə­bə­bi ref­leks anın­da siq­nal­la­rın be­yi­nə qə­dər çat­ma­yıb la­zım olan ca­va­bı onur­ğa bey­nin­dən al­ma­la­rı­dır. Bu, Al­la­hın bizim üçün ya­rat­dı­ğı çox bö­yük ne­mət­dir, çün­ki bu­nun sa­yə­sin­də bir çox təh­lü­kə­dən qoru­nu­ruq. Mə­sə­lən, əli­mi­zi is­ti bir stə­ka­na to­xun­dur­du­ğu­muz za­man dər­hal sü­rət­lə ge­ri çə­ki­rik. Ref­leks or­qa­niz­min qo­run­ma­sı üçün Al­la­hın ya­rat­dı­ğı təh­lü­kə­siz­lik mexanizmidir. Al­la­hın ver­di­yi il­ham­la si­nir ref­leks­lə­ri or­qa­niz­mi­niz­də sa­ni­yə­də 9 ki­lo­metr sü­rət­lə hə­rə­kət edir və biz təh­lü­kə­dən xi­las olu­ruq.
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə