Bdu-regionşünaslıq fakültəsi Nağıyev Namiq-Qrup 1370




Yüklə 35.14 Kb.
tarix29.04.2016
ölçüsü35.14 Kb.
BDU-Regionşünaslıq fakültəsi

Nağıyev Namiq-Qrup 1370

Rəşad Nuri Güntəkinin-“Qan davası” romanı əsasında yazılmış olan fərdi iş...

Romanın əsas ideyası.

Romanda əsasən qisas məqsədiyə törədilən cinayətlərin ağır fəsadlarından söhbət açılmışdır.Təsvir olunduğu dönəmin ictimai və siyasi hadisələrini mükəmməl bir şəkildə ələ alan əsər eyni zamanda “Qan davası” adı verilən bu mənasız adətin nə kimi dəhşətlərə yol aça biləcəyindən də xəbər verir.Həmçinin əsərdə qəddar insanlarının belə mərhəmət hissinə sahib olduğu,yalnız bunu üzə çıxarmaq lazım olıduğu da vurğulanır.



Qan Davası-romanının qısa məzmunu

Bozova elində son otuz ilin görülməmiş qış mövsümü hökm sürür.Havaların bu cürə sərt keçdiyi gecədə Toyqar mahalında yerləşən viran qalmış evlərdən birinin qarşısında bir qatır dayanır.Qatırın üzərində uca boylu və duruşuyla əsgəri xatırladan bir nəfər düşərək evin qapısını döyməyə başlayır.Evədn çölə çıxan yaşlı kişi ondan nə istədiyini soruşduqda,adının Ömər olduğunu bildirən qonaq

-“Mənə kənd həkimi lazımdır.Onunla vacib işim var” deyə cavab verir.

Yaşlı kişi həkimin özünün ağır yaralı olduğunu,beləliklə onun artıq heç kəsə faydasının toxuna bilməyəcəyini desə də gələn qonaq həkimlə görüşmək istəyindən əl çəkmir.Bu sırada qapının arxasından səs-küyə çıxan həkim yarasını Ömərə göstərərək onun özünə bu saat təəcili bir kömək edənin lazım olduğunu,ancaq bu ərazidə ondan başqa həkim olmadığından oturub səssizcə ölümü gözlədiyini söyləyir...

Buna qarşılıq Ömər sinəsində olan dərin yara izini həkimə göstərərək öz iradını bildirir:

-Bir zamanlar iştirak etdiyim qanlı müharibələrdən birində mən sizdən də ağır yara almışdım,ancaq yaşamaq istəyim mənim yardımçım oldu.Hər halda sizin ancaq sol qolunuz yaralıdır və siz özünüz mükəmməl bir həkimsizin.Sağ əlinizlə özünüzü sağalda bilərsiniz,cənab həkim...

Həmin gecə Ömərin də köməkliyi ilə saatlarla davam edən cərrahi əməliyyatdan sonra artıq sağalacağına əmin olan həkim,Ömərdən yanına gəlişi məqsədiylə və onun kimi birisinin bu dağ kəndinə necə düşməsiylə maraqlanır.

Romanın bundan sonrakı hissəsi (demək olar ki bütün roman) Ömərin xatirələrini həkimə danışması üzərində qurulur.

Öməri həkimin yanına gətirən səbəb müəllim işlədiyi “Yuxarı Sazan” kəndində yoluxucu xəstəliyin yayılmasıdır.Bundan sonra o,bu kəndə ilk gəlişini və burada başına gələnləri bir-bir həkimə danışır:

....Beş il öncə cəbhəyə yola salnmış qatarla bir vilayətdən keçirdik.Bizim burda ölduğumuz gün hansısa bayrama təsadüf etmişdi.Dəfələrcə müharibələrdə olduğumdan bir çox yerləri gəzmişdim.Bu vilayət də digərləri kimi yoxsulluq,səfalət,aclığın hökm sürdüyü xarabalığı xatırladırdı.Ətrafı seyr etdiyim vaxtda beş-altı yaşlı bir qız uşağı mənə su içməyi təklif etdi.Bundan sonra isə qızcığaz cibindən üç qoz ləpəsi çıxararaq mənə uzatdı...Həyatım boyunca ilk dəfə belə bir mənzərəylə qarşılaşırdım.Kim olduğunu bilmədiyim bu qızı çiymimə qaldıraraq bayramla əlaqədar açılmış səyyar piştaxtaları bir-bir gəzməyə başladıq.Kənardan bu mənzərəni seyr edənlər bizim ata-bala olduğumuza inanmışdılar deyəsən...

Həmin gün qızcığaza təzə ayaqqabı,paltar,xeyli şirniyyat aldım.Deyəsən heç adını belə bilmədiyim bu qız qısa müddətli də olsa onun atası olmağımdan məmnun idi....Yola düşəcəyimiz qatardan fit səsinin gəlməsiylə qızı yerə qoyub vağzala tərəf qaçdım.Qatar yola düşdükdən qısa müddət sonra bu qızın adını soruşmadığımı xatırlamışdım...Ancaq artıq gec idi...

...Bir müddət sonra müharibə sırasında qarşı-qarşıya gəldiyimiz qaçaqlarla döyüşdə ağır yaralanmış,hərbi hospitala yerləşdiilmişdim.Yaralanmağımın üzərindən bir neçə gün keçdikdən sonra xəstəxanada gözlərimi açmış,ətrafımdakılardan yatdığım müddət boyunca “Qzım,qızım” deyə sayıqladığımı öyrənmişdim...

Xəstəxanada qaldığım müddət boyunca öz keçmişimi xatlrlamışdım...Yoxsulluq,səfalət içərisində keçən günlərim müəllim məktəbinə yazıldıqdan sonra bir qədər geridə qalmışdı.Məktəbi bitirdikdən sonra bir çox bölgələrdə müəllimlik etsəm də içimdə məni sıxan bir şeylərin olduğunu hər zaman hiss edirdim.Xəstəxanadan çıxdıqdan sonra hara gedəcəyimi özüm də bilmirdim...Bir bilet alıb qatarla yola düşdüm.Qatar “Bozova” stansiyasından keçərkən buranın müharibədən öncə qızcığazla tanış olduğum vilayət olduğunu görüncə onu axtarmaq qərarına gəldim.Ətrafda bir çoxlarına soruşsam da qızın adını bilmədiyimdən onu tapaq mümkün olmadı...

Axtarış sırasında təsadüfən mənimlə birgə müharibədə mübarizə aparmış,indi isə Bozova vilayətində kənd təsərüfatı mühəndisi olaraq çalışan Murad bəylə qarşılaşıram.Murad bəy balaca bir qızı axtardığmı bilincə mənə kömək etmək üçün birlikdə vilayəti gəzməyə başlayır.Gəzinti sırasında yolumuz məhkəmə binasının yaxınlığından düşdü.Binanın ətrafında insanların toplaşdığını görüb onlara yaxınlaşırıq.Öyrənirik ki bu gün məhkəmədə qonşu “Yuxarı Sazan” kəndindən olan bir neçə nəfərə hökm oxunacaq.Deyilənə görə bu kənd qatil və fırıldaqçıları ilə məşhurdur...

Maraq bizə üstün gəlir.Məhkəmə salonunda yerimizi aldıqdan sonra uşaqlıqdan gələn bacarığım sayəsində günahlandırılan kəndlilərin rəsimlərini kiçik cib dəftərçəmə çəkməyə başlayıram.Başım rəsm çəkməyə qarışdığı vaxt kənd müəlliməsi mənə yaxınlaşaraq dəftərçəmdə əvvəllər də çəkmiş olduğum rəsmlərə baxmaq istədiyini bildirdi.Müəlliməylə söhbət əsnasında Yuxarı Sazan əhalisinin Aşağı Sazan kənlilərinə qarşı etdiyi pislikləri öyrənirəm.Bu iki kənd arasında illərdir davam edən “Qan davası” nəticəsində onlarala insanın öldüyünü bir çoxunun da, Bozova həbsxanasına salındığını öyrənirəm....

Məhkəmədən sonra yolumuzu Murad bəylə “Aşağı sazan” kəndindən salırıq.Kənd çayxanasında bir qədər dincəlmək qərarına gəlirik.Bu zaman kənd meydanında bir qrup insanın səs-küy sala-sala danışması diqqətimizi çəkir.Meydana tərəf irəlilədikdə “Yuxarı Sazanlıların” –Aşağı Sazan kənd avtobusunu soğduğunu öyrənirik.Soyğuna məruz qalanlar arasında Bozova bələdiyyə rəisinin də olması işləri bir qədər qarışdırır.

...Avtobusu soyanları ələ keçirmək üçün mənim rəhbərliyimdə bir neçə nəfərdən ibarət dəstə yaradırıq.Gecənin qaranlığında sıldırım qayalardan,sürətlə axan çaydan keçərək oğruların məskənlərinə çatırıq.Ancaq deyilənlərin əksinə soyğunçu dəstə Yuxarı Sazan sakinlərindən deyil,müxtəlif kəndlərdən qovulmuş, yaşları beş-on səkkiz arasında dəyişən uşaqlardan təşkil olunmuşdu.Dəstənin rəhbəri Müslüm adlı gənc,onun köməkçisi isə Çürük Əliydi.Bu dəstənin ən balaca üzvü isə beş yaşlı,yaralı “Bacak” ləqəbini verdikləri çəlimsiz bir uşaqdı...

Aşağı Sazan sakinləri,başda bələdiyyə rəisi olmaq üzərə hadisələrin bu cürə gedişatı qarşısında çaşıb qalmışdılar...Bir yandan balaca uşaqlar tərəfindən soyulmalarına pərt olan kənd sakinləri digər tərəfdən bunu yuxarı instansiyalara bidirməkdən utanmaqla vəziyyəti çıxılmaz etmişdi...

Bu vaxt ağlıma çox gözəl fikir gəldi.Mən bələdiyyə rəisinə bu uşaqları da götürüb Yuxarı Sazanda boş qalmış məktəbdə yerləşməyi təklif etdim.Əvvəl razı olmasa da sonradan başqa çıxış yolunun olmadığını görüb razılaşdı.

Yuxarı Sazan kəndinə doğru yolda bizə Murad bəy və onun kirayə qaldığı evin sahibəsinin oğlu Fərhad da yol yoldaşlığı etdilər.Fərhad ürəyi təmiz və saf bir gəncdir.Hər gördüyü qadına vurulduğundan Murad bəyin zarafatlarına tuş gəlir...

Kəndə gəlişimin ilk günlərində Yuxarı Sazan sakinləri tərəfindən isdi qarşılanmadıq.Bir yanda kim olduqları məlum olmayan on üç oğru uşağı kəndlərinə gətirməyim digər yandan da,düşman kənddən gəlişim kənd sakinlərini narazı salmışdı.

Yuxarı Sazanda bizi üzündə yanıq ləkəsi olan yaşlı Kənd Muxtarı qarşıladı.O səssizcə bizləri kənardan mükəmməl daxildənsə artıq dağılmaqda olan Leyləkoğulları adı verilən məktəb binasında yerləşdirdi.

Bir neçə gün içərisində Yuxarı Sazan kəndində Fəttah adlı keçmiş hərbiçiylə(eyni zamanda Kənd Muxtarının qardaşı oğlu),Fəttahın Marmarisli xanımıyla (bu qadın illərdir kənddə yaşasa da evini gəncliyini keçirmiş olduğuMarmaris bölgəsinə xas şəkildə bəzəmişdi), ,kənddə çayxana sahibi Hacı Rüsdəmlə (Həm fırıldaqçı,həm xəsis,həm də kənddə sözü keçən ağsaqqallardandır) tanış olmuşdum...

Yuxarı Sazanda Yüzbaşı adlı birisinin malikanəsi isə müasir Əbdülhəmid sarayını xatırladırdı.Musiqini çox sevən yüzbaşı imkan düşdükcə bizlərə kolleksiyasını topladığı köhnə musiqi alətləriylə “Hərbi marş konsertləri” verirdi.Burada olduğu qısa müddət ərzində Yüzbaşının qızna aşiq olan Fərhad sonda onunla evlənənir.

Yuxara Sazana gəldiyimiz vaxt özümüzlə gətirdiyimiz ərzaq getdikcə tükənirdi.Murad bəy Aşağı Sazana endikdən sonra bir neçə dəfə yardım göndərsə də bu yetərli deyildi...Ərzağın tam tükənməsi (bunda Yuxarı Sazanın yerli uşaqlarının da sonradan bizim məktəbə gəlməsinin də böyük payı var),ardından da sərt qışın gəlməsi tələbələrimi yenidən oğurluğa məcbur edir.Hacı Rüsdəmin anbarından iki kisə qağıdalı oğurladığına görə Müslümü cəzalandırıram.Bir neçə gün gözdən itən Müslüm sonradan digər dəstə uşaqlarının da təkidiylə səssiz-səmirsiz məktəbə geri qayıdır...

Bu kəndə olduğum müddətcə mənə ən təəccüblü gələn hadisə “Qurd adamla” bağlı idi.Bu, yaxınlarının çoxunu Aşağı Sazanla qan davasında itirmiş bir yaşlı kişi idi.Onun nə üçün hər gecə hündür bir qaya üzərinə çıxıb “Canavar kimi ulamasını” heç kəs bilmirdi...

Ankaradan aldığım bir məktubda Təhsil nazirliyi uşaqların (keçmiş oğru dəsdəsi) yaşlarının böyük olmasını nəzərə alaraq onları məktəbdən azad etməyimi,yaşları hələ kiçik olanları isə başqa gecə məktəblərinə verməyimi tələb edirdi.Uşaqları məktubda yazıldığı kimi yerbəyer etdikdən sonra kəndə,məktəbimə qayıtmışdım.Qısa müddət sonra isə bütün dəstə üzvləri (yalnız biri xəstələnərək ölmüşdü bu arada) geri qayıtmış...Təhsillərinə davam etməkdən başqa yolumuz qalmamışdı..

Yaz ayının gəlişi ilə Murad bəy Ankara və İstanbulu ayağa qaldıraraq bizlərə xeyli miqdarda yardım göndərə bilmişdi.Bunun ardınca Murad bəy bizim haqda eşidib gələn turistlər və hökumət adamlarıyla birgə kəndə gəlmişdilər.Onların kənddə olduğu vaxt Aşağı Sazan kəndini su baması xəbəri yayılmışdı.Bu xəbəri eşidən Yuxarı Sazanlıların başda Qurd adam olmaq üzərə sevinməsi bu kəndin mənəviyyatını mənim gözümdə öldürmüşdü...

Bir qrupla birgə Aşağı Sazana yardıma gedəcəyimizi öyrənən Fəttah da bizə qoşulmuşdu.Kəndə çatdığımızda mənzərənin deyilənlərdən daha dəhşətli olduğunu görürük.Murad bəy dərhal bir çarə fikirləşir.Selin qarşısını almaq üçün kəndin yuxarısında yerləşən qayalığı partlatmaq lazım gəlirdi.Bu məqsədlə yola çıxdığımız dəsdədən Fəttah,Osman (Aşağı sazan kənd sakini),Müslüm və Çürük Əli partlayış nəticəsində həyatını itirmişdi...”

Yalnız bundan sonra kəndlər arasında əsən soyuq küləklər bir qədər sakitləmiş,hər iki kənd arasında illər öncə partladılmış körpü yenidən təmir olmuşdu.Bundan əlavə Yuxarı Sazana yeni müəllim təyin olunmuş,kənd məktəbi təmir olunmuş,Ömərin bu hekayəsini eşidən həkim kəndlilər arasında yayılmış olan xəstəliyə qarşı ciddi tədbirlər aparmağa başlamışdı...



Romandakı adları çəkilən əsas süjetlər:

Ömər-Uzun boyuyla diqqət çəkən keçmiş hərbiçi və kənd müəllimi.Qarşısına qoyduğu məqsədə nail olmaq üçün hər cürə ağırlığa tab gətirməyi bacarır.Gözəl rəssamlıq qabiliyyəti də var.

Murad bəy-Kənd təsərüfatı mühəndisi və keçmiş hərbiçi.Yaxşılıq etməyi sevən, ürəyi təmiz,roman boyunca Öməri mənəvi və maddi yönümdən dəstəkləyən sərt görünüşlü birisi.Bu sərt görünüşünün altında zarafat etməyi və əylənməyi sevən bir xasiyyət gizlidir.

Fərhad-Murad bəyin kirayə qaldığı evin sahibəsinin mənəvi oğlu.Hər gördüyü qıza vurulduğu üçün Murad bəy tərəfindən ona “Aşiq” ləqəbi qoyulmuşdur.Böyük-kiçik yerini bilir.Murad bəyin bütün zarafatlarının xoş gülüşlə yola verir.

Hacı Rüsdəm-Yuxarı Sazan kəndində çayxana sahibi.Kəndin ağsaqqallarından olsa da xəsisliyi və acgözüyü ilə diqqət çəkir.

Fətdah-Hər zaman əsəbi görünüşə sahib,ancaq ailəsinə qarşı həmişə diqqətcil olan bir kəndli.İllərdir Aşağı Sazandan qisas almaq arzusunda olsa da sonda onlar üçün ölümə gedəcək qədər cəsur birisidir.

Müslüm-Çox danışmağı sevməyən,dəsdəsi tutulduğu vaxt bütün günahı boynuna götürən,qorxmaz bir xarakterə sahibdir.Sonda xasiyyət baxımından özünə oxşayan yaxın dostu Çürük Əliylə birgə Aşağı Sazanlıları qurtarmaq istəyərkən ölür...

Kitab haqqındakı şəxsi fikirlərim

Məşhur türk ədiblərindən Rəşad Nuri Güntəkinin yazmış olduğu “Qan davası” romanı sadə bir dillə yazılmış əsərlərdəndir.Bu romanda da Rəşad Nurinin dəstixətti özünü biruzə verir...

Bundan əvvəl yazarın Yarpaq Tökümü,Çalıquşu,Misginlər Təkkəsi adlı üç romanını oxumuşam.Sonuncu oxuduğum Qan Davası romanı əvvəl oxuduğum romanlardan bir qədər fərqlənir.

Ancaq Qan Davası romanında özəlliklə Çalıquşu və Misginlər təkkəsinin təsirini görmək mümkündür.Məsələn,”Qan Davası” romanında öz ideyaları uğrunda mübarizə aparan kənd müəllimi Ömər bir çox yönüylə “Çalıquşu” romanındakı Fəridəyə bənzəyir.Hər iki qəhrəman kənd məktəblərində işləməklə yanaşı əyilməyi sevməyən,mübariz bir özəlliyə sahibdir.

Qan davası romanında təsvir edilən Bacak adlı uşaq (Soyğunçu dəsdənin ən az yaşlı üzvü) “Misginlər təkkəsi” əsərində təsvir edilən “Küçük bəyə” çox bənzəyir. Ancaq əsərləri müqaisə etsək Qn Davası romanındakı uşaq daha qabarıq özəllikləriylə təsvir olunduğunu görərik.

Kənd müəllimi Ömərin Bozova stansiyasında təsvir edilən balaca qızcığaz və onun ətrafında cərəyan edən hadisələrsə “Çalıquşu” romanının Zeynilər kəndində baş verənləri və Fəridənin himayəyə götürdüyü Munisəni xatırladır.

Ümumi şəkiləd götürsək şəxsən mən bu romanı Rəşat Nuri Güntəkinin oxumuş olduğum romanları arasında ən zəif mövqeyə sahib olduğunu düşünürəm.Romanda hadisələrin daha çox təsadüflər üzərində qurulması,əsərin sonunun oxucu tərəfindən əvvəlcədən praqnozlaşdırıla bilinməsi və digər əsərlərlə bir çox oxşarlıqlarının olması onun keyfiyyətinə bir qədər xələl gətirir.

Ancaq bu romanın da özünə görə mükəmməl sayılacaq tərəfləri vardır.Buraya hadisələrin baş verdiyi zamanı mükəmməl bir şəkildə təsvir etməsini aid etmək olar...



Mənə görə əsəri on ballıq sistemlə qiymətləndirmək mümkün olsa ona yeddi bal vermək mümkün olar...

25-Dekabr/2011-ci il


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə