Baloğlanov Əhməd Bilal oğlu hüquq fakültəsi 3 kurs, əyani 14 mart 2008-ci il




Yüklə 26.43 Kb.
tarix10.03.2016
ölçüsü26.43 Kb.
Müasir dövrdə terrorçuluğa nəzəri baxış


Baloğlanov Əhməd Bilal oğlu

hüquq fakültəsi 3 kurs, əyani

14 mart 2008-ci il

İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərin ən təhlükəlisindən biri də terrorçuluqdur.



Terrorçuluq ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan,həmçinin psixi təsir göstərmək məqsədiylə törədilən geniş miqyaslı,bir qayda olaraq,insanların kütləvi şəkildə öldürülməsi şikəst edilməsiylə,maddi və mənəvi dəyərlərin iri miqyasda məhv edilməsiylə,ictimai həyatın adi axarının uzun müddətə pozulması ilə,hakimiyyət və idarə orqanlarının normal işini pozmaq, vətəndaşların həyat və sağlamlığına qəsd edən,vətəndaşların ictimai faydalı fəaliyyətini iflic edən, təşkilati idarəçilik qərarları qəbul etməkdə səlahiyyətli olan konkret vəzifəli şəxslərə və ya hakimiyyət orqanlarına yönələn, müxtəlif millətlər,dövlətlər,hətta eyni bir cəmiyyətin ayrı-ayrı sosial təbəqələri arasında düşmənçiliyin yaranmasıyla müşaiyət olunan ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan,cinayətkar qəsdlərin ən təhlükəli formalarından biri olan cinayətlərin ən təhlükəlisindən biridir.Terrorçuluq əməli uzun illər gizli cinayətkar qruplaşmaların ,hətta ayrı ayrı dövlətlərin açıq və gizli şəkildə dəstəklədiyi ,fəaliyyətində siyasi motivlərin olduğu təşkilatların əsas fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.Əlbəttdəki terrorçuluğun bu qədər geniş miqyaslı olması ayrı-ayrı dövlətlərin,beynalxalq təşkilatların bu cinayətlə bağlı yüksək səviyyəli tədbirlər görmələrinə səbəb olmuşdur.Qeyd etdiyimiz kimi,ayrı-ayrı dövlətlər terrorçuluqla bağlı ciddi problemlərlə üzləşmişdir.XXI əsrin əvvələrində Amerika Birləşmiş Ştatlarında 11 sentyabr 2001-ci il tarixində bəşər tarixində yer almış ən qanlı terror hadisələrindən biri törədilmişdir.Bu qanlı aksiyadan sonra beynalxalq terrorçuluğun cilovlanması istiqamətində dövlətlərin birgə fəaliyyəti keyfiyyətcə tamamilə yeni xarakter almışdır.İctimaiyyətin əsas istiqaməti olaraq, terrorçulğu doğuran səbəblər və şərait öyrənilməyə başlanılmış,terrorçuluğu dəstəkləyən maliyyə mənbələri aşkarlanaraq,buna qarşı tədbirlər görülməyə başlanmışdır.Terrorçuluqla bağlı elmi araşdırmalar yeni forma kəsb etməyə başladı.Məlum oldu ki,dünyanın əksər ölkələrində bu məsələylə bağlı ciddi tədqiqatlar aparılır.Bu ümumi bəşəri problemlə bağlı vahid elmi yanaşmaların işlənib hazırlanması 20-ci yüzilliyin əvvələrində fəal müzakirə obyektinə çevrilmişdir.Bu cinayətin beynalxalq xarakterli cinayətə çevrilməsiylə istər keçən əsrin əvvələrində Millətlər Cəmiyyəti,sonra Birləşmiş Millətlər Təşkilatı,Avropa Birliyi və Bir çox başqa beynalxalq və regional təşkilatlar ciddi sürətdə məşğul olmuş,hazırda da bu məsələylə bağlı ciddi işlər görülməkdədir.Terrorçuluq anlayışının məzmununu açmaqda ilk cəhd 1930-cu ildə Brüsseldə keçirilən Cinayət Qanunvericiliyinin unifikasiyyası üzrə III Beynalxalq konfransda olmuşdur.Konfransda “Terrorçuluq”başlığı altında qətnamə lahiyəsi göstərilsə də, bəyənilməmişdir.Onun ardınca keçirilən IV(Paris 1931-cü il) və V(Madrid 1933-cü il) konfranslarda terrorçuluğa verilən anlayış bir qədər dəqiqləşdirilsədə,uğurlu olmamışdır.Çünki,həmin dövürdə terrorçuluğa sırf siyasi don geyindirilməyə cəhd göstərilmişdir.Bu dövrdə Qərbi Avropada faşizmin,SSRİ-də “qırmızı terror”nun geniş vüsət alması bu qanlı aktın nə qədər geniş miqyasda törədilməsindən xəbər verirdi.Postsovet məkanında terrorçuluğun təsnifləşdirilməsi üzrə ilk cəhdlərdən birini V.V.Luneyev etmişdir.SSRİ-də olan ideoloji və siyasi terrorçuluğun özünə məxsus formalarını:

1.Oktyabr inqilabı və vətəndaş müharibəsi dövründə inqilabi və əksinqilabi (qırmızı terror) terrorçuluq

2.Stalinin siyasi represiyaları,dövlət tərəfindən həyata keçirilən terrorçuluq

3.Sovet dövründə mövcud olan həyata keçirilən beynalxalq terrorçuluq

V.V.Luneyev terrorçuluğun formaların aşağıdakı kimi göstərmişdir:



-Siyasi motivlərlə törədilən terrorçuluq

-Mütəşəkkil cinayətkar birliklərin törətdiyi kriminal terrorçuluq

-Separatçı qüvvələrin həyata keçirdiyi milliyətçi terrorçuluq

-Hava terrorçuluğu

-Beynalxalq terrorçuluq

Terrorçuluğun təsnifləşdirilməsində dir bir maraqlı mövqe N.Melentyevaya məxsusdur.N.Melentyeva təsnifləşdirməni aşağıdakı kimi aparır:



-İdeoloji terrorçuluq

-Etnik terrorçuluq

-Dini terrorçuluq

-Kriminal terrorçuluq

-Fərdi terrorçuluq

Bildiyimiz kimi son dövrdə terrorçuluğun yeni formaları meydana gəlir.Dini terrorçuluğunda yeni bir forması olan sektaların törətdiyi terrorçuluq aksiyasını göstərə bilərik. Dini sektaların törətdiyi terrorçuluğun əsas məqsədi həmən sektanın əleyhdarı olanları qorxutmaq,onları özlərinə mane olmaqdan çəkindirməkdir.Yaponiyada təşşəkül tapmış “Aum Sinrike” sektasın göstərə bilərik.Bu sekta Tokio metrosunda məhşur qaz hücumu hadisəsini törətmişdir.

Azərbaycan xalqıda terrorçuluq aksiyalarına məruz qalmış,terrora sayısız qurban vermişdir.Terrorçuluq xalqımızın qan yaddaşında silinməz izlər qoymuşdur.Bir neçə gün ərzində minlərcə azərbaycanlıların qətlə yetirilməsi,onlarca şəhər və kəndin xarabazarlığa çevrilməsi ilə nəticələnən 1918-ci ilin mart qırğını hadisəsini göstərə bilərik.Bu terrorçuluq aktının əsas məqsədi əhalinin yaranmaqda olan milli dövlətçilik ideologiyasına zərbə vurmaq,insanları qorxu altında saxlamaq idi.1920-ci ildə neft mədəninin və başqa sənaye obyektlərinin yandırılması yeni terror aktıydı.

Bunlar əsasən erməni terrorçularının törətdiyi qanlı aktlar idi.Əsas məqsədsə mütəşəkkil,qatı millətçilik,digər tərəfdən isə açıq separatizm,siyasi quldurluq idi.Müasir şəraitdə terrorizm separatizmlə qovuşaraq rəqiblərə qarşı siyasi,ideoloji,dini təzyiq üsullarının müntəzəm olaraq tətbiq edilməsiylə səciyyələnir.Buysa,qəti,zorakılıq,təxribat,sabotaj,boykot,sui-qəsd deməkdir.Erməni terrorizmi siyasi məqsədlər naminə dövlət separatizmidir.Dağlıq Qarabağda başlamış bu hərəkat Abxaziyada,Cənubi Osetiyada,Dnestryyanı və digər bölgələrdə yayılmışdır.Cənubi Qafqazda terror-separatizmin əsas daşıyıcıları ermənilərdir.Başlıca terrorçu-separatçı təşkilatlar isə ikidir:



-Daşnaksütyun

-ASALA (Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu)

Daşnaksütyun yaşca dünyanın ən “qocaman” terrorçu-separatçı təşkilatıdır.Bu terror təşkilatı 500-dən çox terror aktı törətmişdir.

Ultraterrorçu-separatçı təşkilat olan ASALA 1975-ci ildə Türkiyə ərazisində yaradılmışdır.Əsas yaranma məqsədi erməni dövləti yaratmaq və bu dövlətin tərkibinə Türkiyə və İranın şimal əraziləri,Azərbaycannın cənub-qərb və Gürcistanın cənub rayonlarını qatmaqdır.PKK-nın bazalarında erməni terrorçuları hazırlayır.ASALA-nı erməni diasporu maliyyələşdirir.

Erməni terrorçu-separatçıları bir qayda olaraq V.Vilsonun xalqların öz müqədaratını təyin etmə hüququna dair dediklərini əsas götürmüşdür.Öz müqəddaratını təyinetməyin erməni yozumu əsassız xarakter daşıyır.Həyata keçirilməsi mümkün olmayan arzularını ifadə edən müəlliflər nəyə getdiklərini özləridə bilmirlər.Onlar kənardan köməyə və erməni sponsorlarına bel bağlayırlar. Erməni diasporası Ermənistanı bütün dünyaya “Qafqaz İzraili “kimi təqdim edirlər.

Erməni terrorçu-separatçıları öz gündəlik “iş”ində mətbuat,televiziya,radio,internet,videofilmlər,disketlər,vərəqələr,çoxsaylı nəşrlər vasitəsiylə yayılan təbliğat materiallarından istifadə edirlər.Təbliğat müharibəsi Daşnaksütyun partiyasının yaradılması ilə təxminən yüz ildir başlamış,70-ci ildə qızğın şəkildə şiddətlənmiş,80-cı illərda açıq formaya keçmişdir.SSRİ-də,həmçinin ABŞ-da,Fransada,İtaliyada çox saylı nəşrləri peyda olmuşdur.Bu nəşrlərin yayılmasında əsas məqsəd Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaqdır.Vaxtilə Rusiya Dövlət Dumasının sabiq vitse prezidenti S,Baburin Baki Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrlə görüş zamanı qeyd etmişdir ki,”ermənilər Rusiya kütləvi informasiya vasitələrində antiazərbaycan xarakterli materiallar çap etdirmək üçün böyük miqdarda vəsait xərcləyirlər”.

SSRİ-i dövründə azərbaycan xalqına qarşı törədilən terror aktlarından biridə azərbaycan xalqına qarşı represiyanın törədilməsi idi.1930-1950-ci illərdə törədilən bu terror aktı nəticəsində minlərcə azərbaycanlı ziyalılar,elm xadimləri,yazıçılar,şairlər haqsız yerə öldürülmüşdür. Iyirminci yüzilliyin əvvəllərində Azərbaycanı sarsıtmaya yönəlmiş beynalxalq terrorçuluq aksiyaları təkcə ölkə ərazisində yox,həm də onun hüdudlarından kənarda törədilmişdir.öz zərərli nəticələrinə görə ölkə ərazisində törədilmiş terrorçuluq əməllərindən daha təhlükəli olan bu cinayətlər Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərin məhv edilməsinə yönəlmişdi.Azərbaycanın görkəmli şəxsləri olan Fətəli xan Xoyski,Həsən bəy Ağayevin qətli fərdi terror aktı olmayıb,daşnak ünsürləri tərəfindən törədilən azərbaycanın milli dövlətçilik ideyalarının daşıyıcısı olan şəxsləri məhv etmək,həmin ideyaların pərəstişkarı olan minlərlə insanı qorxu və vahimə altında saxlamaq idi.Müxtəlif formalara -azərbaycanlılar yaşayan şəhər və kəndlərə açıq silahlı basqınların təşkil edilməsi,respublikanın bir sıra yüksək vəzifəli məmurlarının uçduğu vertolyotun 20 noyabr 1991-ci ildə Dağlıq Qarabağ səmasında vurulması,Baki metropolitenində, dəmiryol qatarlarında ,sərnişin avtobuslarında partlayışlar törədilməsi yolu ilə həyata keçirilən bu terrorçuluq aksiyalarının əsas hədəfi əhalini qorxutmaq,yaşayış yerlərini tərk etməyə məcbur etmək,ölkədə ictimai sabitliyi pozmaq,Azərbaycanı əlverişsiz vəziyyətə salmaq idi.

Ölkəmizdə terrorizm üçün bilavasitə maliyyə mənbəyinə çevrilmiş narkotik maddələrin daşınması istiqamətində hazırlanmış layihələrin kökündə tamahkarlıq və işbilməzlik dayanır.Bunlar isə terror üçün ən böyük dəstək olmaqdadır. Müasir dövrdə ölkəmizdə terrorçuluq ve onunla mübarizədə geniş addımlar atılmışdır.İlk olaraq qeyd edə bilərik ki, 1999-cu il 18 iyunda “Terrorizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilmişdir.Bu qanunda terrorizmin anlayışı aşağıdakı kimi verilmişdir:

Terrorizm- İctimai təhlükəsizliyi pozmaq,əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanlarını tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədiylə insanların kütləvi sürətdə qırılmasına,onlara bədən xəsarəti yetirilməsinə ,yaxud səhhətinə başqa cür zərər vurulmasına və ya onların əmlakının məhv edilməsinə və ya başqa ağır nəticələrə səbəb olan əməllər törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönəlmiş hədə başa düşülür.

Terrorçuluğa görə cinayət məsuliyyəti ilk dəfə Azərbaycan Respublikasında 21 oktyabr 1994-cü il tarixli Qanun ilə müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyində də “Terrorçuluq” cinayəti ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan (X bölmə,XXV fəsil) cinayətlər bölməsində verilmişdir.Cinayət Məcəlləsinin 214-cü maddəsində “Terrorçuluq”,214-1-ci maddəsində “Terrorçuluğu maliyyələşdirmə”,216-cı maddəsində isə “Terror aktı barədə bilə-bilə yalan məlumat vermə” cinayətləri qeyd olunmuşdur.

Bu cinayət əməli üzrə məhkum olunan şəxsin törətdiyi cinayət xüsusiylə ağır cinayətlər qrupuna daxildir.



Terrorçulq əleyhinə müasir dövrdə artıq ciddi tədbirlər görülür.Terror bəlasına qarşı mübarizədə bütün dünya öz səylərin birləşdirməlidi.Bu gün terrorçuluq BMT-nin üzvü olan 190ölkənin 100-dən çoxuda geniş vüsət almışdır.Terror elə bir bəladır ki,ona qarşı bütün dünya səyləri birləşməlidi,yoxsa bu bəla hər bir ölkəyə,hər bir evə qədəm basa bilər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə