Balans” İqtisadi Maarifləndirmə Mərkəzi




Yüklə 22.16 Kb.
tarix07.03.2016
ölçüsü22.16 Kb.

BALANS”



İqtisadi Maarifləndirmə Mərkəzi

İctimai Birliyi

Haqqında
“BALANS” İqtisadi Maarifləndirmə İctimai Birliyi bir təşəbbüs qrupu kimi 2005-ci il avqust ayında təsis edilmişdir.

Təşkilat 03 iyul 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçərək (qeydiyyat №-si 1107-Q18-2398) “Hüquqi şəxs” statusu almışdır.

Təşkilatın fəaliyyət dairəsi Azərbaycan Respublikasının Şimal-Qərb ərazisini əhatə edir.

Hal-hazırda İctimai Birliyin 3 nəfər təsisçisi və 26 nəfər üzvü vardır. Təşkilatın üzvlərinin əksəriyyəti Şəki, Balakən, Zaqatala, Qax və Oğuz rayonlarında yaşayan və çalışan sahibkarlardan (fiziki və hüquqi şəxslərdən) və təsərrüfatın müxtəlif sahələrində (istehsal, ticarət, məişət xidməti və digər sahələrdə) işləyən iqtisadçı-mühasiblərdən ibarətdir.

Təşkilatın üzvülərindən bir neçəsi müxtəlif dərəcəli iqtisadçılardır ki, onların təcrübələri və bacarıqları sayəsində hal-hazırda onlarla idarə və müəssisələrdə bizim təşkilatın üzvləri tərəfindən hazırlanmış mühasibat uçotu sistemindən istifadə olunur.

“BALANS” İqtisadi Maarifləndirmə İctimai Birliyi yarandığı gündən başlayaraq müxtəlif səpkidə iqtisadi fəaliyyəti könüllü olaraq həyata keçirmişdir. Təşkilatın üzvləri bir neçə iş adamına vergi münasibətləri ilə bağlı problemlərin həll olunmasında, vergi bəyənnamələrinin tərtib olunmasında, mühasibat uçotunun işlənib hazırlanmasında köməklik etmişlər.

“BALANS” İqtisadi Maarifləndirmə İctimai Birliyi 2007-ci ilin may ayından ABŞ-ın Beynalxalq İnkişaf Agentliyinin və “Counterpart” İnternational Beynəlxalq Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Təmizlik üçbucağı” adlı, Şəki şəhərinin Qoruq ərazisi sayılan “Qurcana” çayının məişət tullantıları ilə çirklənməsinin qarşısının qismən də olsa alınması ilə bağlı layihənin icrası üçün formalaşmış “7 İRS” Koalisiya tərəfdaşlarından biridir. Həmin layihənin maliyyə-mühasibat işlərinin tənzimlənməsi, eləcə də hesabatların tərtib olunması üçün məsuliyyət bizim İctimai Birliyin üzərinə düşür.

“7 İRS” Koalisiya tərəfdaşlarının birgə həyata keçirdikləri “Təmizlik üçbucağı-Təmiz küçə, Çikəklənən şəhər, Sağlam həyat” layihəsi bu gün də müvəffəqiyyətlə həyata keçirilir.


BALANS”

İqtisadi Maarifləndirmə

İctimai Birliyinin

Məqsəd və vəzifələri
“BALANS” İqtisadi Maarifləndirmə İctimai Birliyinin məqsəd və vəzifələrindən biri Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsində yaşayan və işləyən iş adamlarının (fiziki və hüquqi şəxslərin), sahibkarların və eləcə də təsərrüfatın müxtəlif sahələrində çalışan iqtisadçı-mühasiblərin) fəaliyyətlərində meydana çıxan promlemlərin aradan qaldırılması üçün maarifləndirmə işlərinin həyata keçirilməsindən, onlara inkişaf etməkdə olan Respublikamızda qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə əlaqədar olaraq yeni qəbul edilmiş sərəncam, qərar və qanunların vaxtında çatdırılmasından, iqtisadi proseslərin təhlil edilməsindən vəelmi-tədqiqat işlərinin aparmaqdan ibarətdir.

Bundan başqa bizim missiya onların hal-hazırda Respublikamızda istifadə olunan mühasibat uçotunun Beynəlxalq Uçot Sisteminə keçməsi ilə əlaqədar müxtəlif məlumatlarla və təlimatlarla təchiz olunmalarından ibarətdir.


Təşkilatın şüarı
- Biz Azərbaycan Respublikasının Şimal - Qərb bölgəsində (İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında) fəaliyyət göstərən iş adamları (fiziki və hüquqi şəxslər) üçün elə bir gələcək qurmaq istəyirik ki, onların fəaliyyətlərini sosial-iqtisadi və hüquqi cəhətdən məhdudlaşdıran problemlər aradan qaldırılsın və hər bir iş adamı bu cəmiyyətdə özünün layiqli yerini tutsun.

Bu mühiti biz sosial-iqtisadi mühit adlandırır və ölkəmizin iqtisadi cəhətdən daha da inkişaf etməsi naminə bu mühitin yaradılmasına çalışırıq.



Təşkilatın ilk nəaliyyəti

Təmizlik üçbucağı”

Təmiz küçə, çikəklənmiş şəhər, sağlam həyat”

layihəsi
Koalisiya təşkilatlarının siyahısı


  1. Şəki Sənətkarlar Assossiasiyası




  1. Balans” İ. M. İ. B.




  1. Bilik” Maarifçilik Cəmiyyəti İ. B.




  1. Çağdaş İntibah” M.G. İ. B.




  1. Təbiət ikinci evimizdir” İ. B.




  1. SaF” Gənclərin İctimai Birliyi




  1. Nur” Gənc qadınlar İ. B.

Sizə, yüksək iqtisadi biliklərə və maliyyə-mühasibat uçotu üzrə bir çox sertifikatlara (həmçinin ABŞ-nin URBAN institutunun sertifikatına) malik olan iqtisadçı mütəxəssislər xidmət edirlər.




Balans”



İqtisadi Maarifləndirmə

İctimai Birliyinin

xidmətlərindən

istifadə etməyə tələsin!

BALANS”

İqtisadi Maarifləndirmə

İctimai Birliyinin

Rekvizitləri

Ünvan: Azərbaycan Respublikası

AZ 5500 Şəki şəhəri, M. Müşfiq küç 45 b.



Tel: (0177) 4 01 59

Mob: (050) 577 98 59

Email: Balans.ofis@yahoo.com

nagiyev59@mail.ru

Balans.ofis@rambler.ru


BALANS”


İqtisadi Maarifləndirmə

İctimai Birliyi
1107-Q18-2398
Azərbaycan Respublikası

Şəki şəhəri

2007-ci il


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə