Balalar-Az. Com Mirzə Aləkbər Sabir. Uşaqlara hədiyyə. Məktəb şagirdlərinə töhfə




Yüklə 4.87 Kb.
tarix27.04.2016
ölçüsü4.87 Kb.

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Uşaqlara hədiyyə.
Məktəb şagirdlərinə töhfə
Ey uşaqlar, uşaqlıq əyyami, -
Gələn əyyamın ondadır kami.

Kim ki, qeyrətlə zəhmətə alışar,


Kəsbi-irfanə ruzu şəb şalışar, -

Zəhməti mayeyi-səadət olar,


Yaşadıqca həmişə rahət olar.

Kim ki, tənbəlliyə məhəbbət edər,


Daim əyləncələrlə ülfət edər.

Keçirir vəqtini cəhalət ilə,


Bütün ömrü keçər səfalət ilə.

İştə, övlad, siz bu halı görün,


Bu iki vazeh ehtimalı görün;

Vəqtdən daim istifadə edin,


Elm təhsilini iradə edin;

Çalışın, biniyaz olun, çalışın!


Elm ilə sərfəraz olun, çalışın!

Gələcək günlərin səadətini –


Qazanın fəzlü fəxrü izzətini.

Sizdədir millətin ümid gözü, -


Hal ilə söyləyir sizə bu sözü.

Dinləyin yanğılı sədalərini!..


Eşidin atəşin nəvalərini!..

Oxuyan, millətin nicatı olun!


Ta əbəd baisi-həyatı olun!



Balalar-Az.Com


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə