Balalar-Az. Com Abdulla Şaiq. Şeirlər. Uşaq və bənövşə




Yüklə 6.4 Kb.
tarix21.04.2016
ölçüsü6.4 Kb.

Balalar-Az.Com

Abdulla Şaiq. Şeirlər. Uşaq və bənövşə.
(Ruscadan iqtibas)
Uşaq
Söylə, söylə, gözəl bənövşəciyim!

Hələ bağlarda gül, çiçək yox ikən,

Hamı güldən əzəl, bənövşəciyim,

Açmasın gül bu bağçalarda nədən?


Bənövşə
Zinətim yox, nə gizləyim səndən,

Başqa güllər içində yoxdur adım.

Onlar ilə bərabər açsam mən,

Kimsə gəlməz mənə yaxın bir addım.


1913



Balalar-Az.Com


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə