Bakteriyaların kultivasiya prinsipləri




Yüklə 14.42 Kb.
tarix28.04.2016
ölçüsü14.42 Kb.
Bakteriyaların kultivasiya prinsipləri

Anaerob bakteriyaların becərilməsi əsas tələblərdən biri qidalı mühitlərdən oksigenin kənar edilməsidir. Qidalı mühitlərdən oksigen bir neçə yolla çıxarılır:

1.Qidalı mühitin daxilindən oksigenin çıxarılması;

2.Xüsusi cihazların köməyilə oksigensiz şəraitin yaradılması

Maye qidalı mühitlərdən bakteriyaların toplanması,yığılması üçün istifadə edilir.

Kasalara və yaxud sınaq borularına hündür sütun şəklində tökülmüş bərk qidalı mühitlərdən anaerob mikrobların təmiz kulturasını almaq üçün istifadə olunur.Tərkibi konsentrasiyalaşmış ətli-peptonlu bulyon, 1%-li qlükoza, 0,15% aqar və sınaq borusunun dibinə atılmış qaynadılmış qaraciyər parçası, yaxud döyümüş ət parçasından ibarət maye qidalı mühit olan Kitt-Tarotsi mühitindən istifadə olunur. Mühit 6-7 ml həcmində sınaq borusuna tökülür. Əkindən əvvəl havanı çıxarmaq məqsədilə mühit 10-15 dəq. müddətində qaynadılr və tez soyudulur, bundan sonra mühit üzərinə steril vazelin yağı əlavə olunur.

Material icərisində Kitt-Tarotsi mühiti olan iki sınaq borusuna əkilir. Vegetativ formada olan əlavə mikrofloranı məhv etmək məqsədilə bunlardan biri 30 dəq. müddətində 800C-də qızdırılır.

Kitt-Tarotsi mühitindən başqa tərkibində 0.5-1% qlükoza və heyvani toxuma tikələri olan Xottenker və Marten bulyonundan da istifadə olunur.

Anaerob şərait isə yuxarıda göstərilən üsullarla yaradılır.

Petri kasalarına tökülmüş bərk qidalı mühit səthində olan əkmələr stasionar, partotiv, anaerostatlarda, yaxud Aristovski cihazlarında becərilir. Stasionar anaerostat düz bucaqlı iki divarlı və şüşə pəncərəsi, hermetik bağlanan qapısı olan aparatdır. Aparatın divarları arasında su olur.İstilik mənbəyi elektrik enerjisi hesab olunur. Aparatda temperaur tənzimləyici sabit daimi temperaturu təmin edir. Temperatur 370C-yə çatdırıldıqdan sonra əkmə aparılmış qidalı mühit anaerostatda yerləşdirilir. Aparat üzərində olan kran vaakumnasosla birləşdirilir, lazimi vaakum(3-5 mm.c.s.) alındıqdan sonra kran bağlanılır və əkmə adətən 48 saat müddətində inkubasiya edilir. Qeyd etmək lazımdır ki, anaerostatlarda mikroblar ancaq bərk qidalı mühit səthində becərilir.

Portativ anaeostat çox da böyük olmayan metal silindrdən ibarət olub, hermetik bağlanan qapağı vardır. Üzərində vaakummetr və vaakumnasosla birləşdirmək üçün iki kranı vardır. Əkilmiş qidalı mühit aparatın içərisində olan dayaq üzərində yerləşdirilib vakum şəraiti yaradılır və aparat termostata qoyulur.

Aristovski aparatı diametri Petri kasasının ölçüsünə uyğun gələn silindrdən ibarət olub, xüsusi dayağı və qapağı vardır. Oksigeni udmaq üçün aparatın daxilində biri yuxarıdan, biri isə aşağıdan olmaq şərtilə içərisində nəm natrium-hiposulfit və soda qarışığı olan Petri kasaı qapağı yerləşdirilir.

Əkmə olan kasalar da aparatda yerləşdirildikdən sonra aparat hermetik bağlanılır və termostata qoyulur. Aristovski aparatı olmadıqda adi eksikatorlardan da istifadə oluna bilər.

Anaerob bakteriyaların təmiz kulturasının alınma üsulları. Müayinə materialı birinci gün ölçülü, yaxud Paster pipetkası vasitəsilə Kitt-Tarotsi mühitinə əkilir və termostata qoyulur. İkinci gün mühitdə bakteriyaların yığılması, mühitin dəyişməsi, yəni bulanıqlığın yaxud bulanıqlıqla bərabər qaz əmələ gəlməsi nəzərdən keçirilir. Bulyon kulturası vazelin yağı təbəqəsini keçərək sınaq borusunun dibinə qədər çatan Paster pipetkasına sorulur. Pipetkanın xarici səthində olan yağ təbəqəsi dezinfeksiyaedici məhlulda isladılmış steril pambıq tamponla təmizlənir. Sonra götürülmüş kulturadan əşya şüşəsi üzərində adi qaydada yaxma hazırlanı, alov üzərində fiksasiya edilir və Qram üsulu ilə boyanır.

Mikroskopiya zamanı Qrammusbət çöpvari bakteriyaların (sporlu yaxud sporsuz) olması nəzərə alınır və həmin bülyon kulturasından bərk mühit səthinə köçürülür. Təcrid olunmuş tək-tək koloniyalar iki üsulla əldə edilir.

1.Seysler üsulu. Əvvəlcə içərisində qanlı-şəkərli aqar olan üç Petri kasası hazırlanır. 1-ci kasaya bir damla bulyon kulturasından damızdırılır və şüşə şpatel vasitasilə həmin damla mühit səthində yayılır. Həmin şpatel ətrafa toxundurulmadan ardıcıl olaraq 2-ci və 3-cü kasalarda olan qidalı mühitin səthinə sürtülür, sonra kasaların qapağı bağlanaraq anaerostata yaxud digər aparatın içərisinə qoyulur, aparat isə 370C-də 24-48 saat termostatda saxlanılır.3-cü gün kasada əmələ gəlmiş tək-tək koloniyalardan yaxma hazırlanaraq mikroskopiya edilir. Koloniyanın qalığı isə Kitt-Tarotsi mühitinə əkilərək təmiz kultura alınır sonra identifikasiya edilir.

2.Veyenberq üsulu. Bu üsulla təmiz kultura almaq üçün müayinə olunan material əvvəlcə Kitt-Tarotsi mühitinə əkilir. Kitt-Tarotsi mühitində bulanıqlığın və qaz qabarcıqlarının əmələ gəlməs anaerobların inkişaf etdiyini göstərir. Aqar dərinliyində təcrid olunmuş koloniyalar əldə etmək üçün ucu lehimlənmiş Paster pipetkası Kitt-Tarotsi mühitinə daxil edilir. Sonra həmin pipetka içərisinə əridilmiş və 500C-yə qədər soyudulmuş aqar tökülmüş bir cərgə sınaq şüşələrinin birincisinə daxil edilir. Sonra pipetka birinci sınaq şüşəsindən çıxarılır, ikinci sınaq şüşəsinə daxil edilir və bu qayda üzrə ardıcıl olaraq bütün sınaq şüşələrində material durulaşdırılaraq əkilir. Sonra hər sınaq şüşəsindəki aqar ayrı-ayrı Veyon borularına sorulur. Veyon borularının ucları lehimləndikdən sonra aqar bərkiyənə qədər sürətlə soyudulur(soyuq sudan və ya soyuducudan istifadə etmək olar), şaquli vəziyyətdə ştativə yerləşdirilir və termostatda 370C-də inkubasiya edilir. Bir-iki günlük inkubasiyadan sonra aqar dərinliyində koloniyalar əmələ gəlir. Daha yüksək durulaşma aparılmış borularda təcrid olunmuş seyrək koloniyalar inkişaf edir. Koloniyaların bitmə xassələrinə görə onlar seçilir və seçilmiş koloniyanı götürmək üçün boru həmin yerdən mişarlanır. Mişarlanmış borunun içərisindəki aqar steril Petri kasasina boşaldılır. Kasaya tökülmüş aqardan koloniyanı steril bakterioloji ilgəklə götürüb yenidən Kitt-Tarotsi mühitinə əkməklə təmiz kultura alınır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə