Baki bulvarinin layiHƏLƏNDİRİLMƏSİ plan




Yüklə 211.49 Kb.
tarix11.03.2016
ölçüsü211.49 Kb.
BAKI BULVARININ LAYİHƏLƏNDİRİLMƏSİ

PLAN:

  1. Bakı Bulvarının yaranması tarixi

  2. Dənizkənarı Bulvar İdarəsinin vəzifələri, fəaliyyət istiqamətləri və hüquqları

3) Bakı Bulvarının layihələndirilməsi

GİRİŞ

Bakının simvollarından biri olan Dənizkənarı Bulvarın görkəmi ildən-ilə dəyişir, gecələri gündüzündən romantik olur. İlin fəslindən asılı olmayaraq, insanlar burada özlərini daha gümrah, daha yaxşı hiss edirlər. Müxtəlif dövrlərdə dənizkənarı bulvarda genişləndirmə işləri aparılıb.

Dünyanın bir çox ölkəsindən gətirilərək parkda əkilən nadir ağaclar, güllər, dekorativ kollar, həmişəyaşıl bitkilər baxdıqca göz oxşayır. Parkda maraq doğuran yüzlərlə nadir bitki və dekorativ ağac növü var. Kaktuslar da gəzintiyə çıxanların diqqətini özünə çəkir.

Dənizkənarı Bulvar sakinlərinin və qonaqların ən çox xoşladıqları gəzinti və istirahət yerlərindən biridir. Bu park Bakının əvəzsiz incisi olmaqla yanaşı, onun tarixi və müasir simasını təşkil edən xüsusi məkandır.

Dənizkənarı Bulvarın gün-gündən inkişaf etməsi buraya gələn yerli və xarici vətəndaşların daim diqqət mərkəzində olmuşdur. Bu da təbii ki, müsbət hal kimi qiymətləndirilir.


  1. Bakı bulvarının yaranması tarixi

 Ilk “yaşıllıq sahəsi” Bakıda planda 1859-cu ildə göstərilmişdir. Bu yaşıllıq XIX əsrin 40-cı illərində 4,6 ha sahədə salınmış “Mixaylov” (qubernator) bağı idi. Mixaylov bağından başqa Bakıda ümumi istifadə də olan bağlardan biri hazır ki Dəniz Kənarı parkın bir hissəsi olan bulvar idi. Daha iri park bağlarından biri “Villa-Petrolea” indiki Nizami parkıdır ki, 1882-83-cü illərdə Nobel qardaşları tərəfindən salınmışdır. 1887-ci ildə “Parapet bağçası”, “Marinsk bağçası” (Malakan bağı), 1882-ci ildə dəmir yol vağzalı yanında bağ salınmışdır.

Bakı şəhərində yaşıllıqların genişləndirilməsi ilə əlaqədar olaraq 1934-cü ildə Bakı şəhərində Nəbatət bağı təşkil edilir və burada bitkilərin introduksiyası üzrə elmi – tədqiqat işləri aparılır.

Bakı şəhərində ümumi yaşıllıqların sahəsi min ha, parkların sayı 13 olub, sahəsi 489 ha, bağların sayı 19, sahəsi 93 ha, bağçaların sayı 17 olub, sahəsi 127 ha-dır. Dəniz kənarı parkın sahəsi 63 ha, Botanika bağının sahəsi 41 ha-dır. Son illərdə yaşıllıqlara diqqət artırılmış, Bakı və eləcə də respublikamızın digər rayonlarında yeni park – bağların salınmasına, köhnə yaşıllıqların bərpası və onlara qulluq işlərinə diqqət artırılmışdır.

İlk bulvar Qərbi Avropada XVII- XVIII əsrlərdə yaradılıb. Öz təyinatina görə onlar skverdə sıravi küçə əkililərinin aralarındakı rolu oynayır. Bulvarın yerləşdirilmələrinin aşagıdakı üsulları var:



  1. hər iki tərəfdən nəqliyyat hissələri;

  2. küçənin orientasiyasından asılı olaraq (onun eni iki bulvar yaratmaq imkanı vermədikdə). Şimal-cənub orientasiyası küçələrdə bulvarları qərb tərəfdə, en orientasiyalı küçələrdə şimal tərəf boyunca yerləşdirmək lazımdır.

Bulvarın planlaşdırma həlli onun enindən və piyada hərəkəti axınından asılıdır.Bulvarın bir piyada xiyabanında eni 18 m az olmalıdır. Hərəkət hissələri və səkilər arasındakı küçələrin salınma bulvarlar 10 m enində ola bilərlər. Bulvarın eni 30 m çox olarsa ayrı-ayrı qrup ağac, kol, gül kompozisiyasından, ərazinin landşaft həllində istifadə etmək məqsədə uyğun ola bilər.

Bulvar tozdan və səs-küydən müdafiə məqsədilə nəqliyyat yolundan yaşıllıq zolağı ilə ayrilmalıdır. Bulvarda əkilən ağaclar şəhər şəraitinə davamlı olmalıdır, onların yarpaqları kifayət qədərə sıx olmalıdır ki, bura gələnləri kənar təsirlərdən qorusun, ağac köklərinin sistemini isə səki örtülərini zədələməməlidir. Bakı bulvarının yüz illik tarixi var. Dəniz kənarında bulvar salmaq məsələsi Bələdiyyə idarəsində dəfələrlə müzakirə edilmişdisə də, əsl əməli işə yalnız 1909-cu ildə  istedadlı mühəndis Məhəmməd Həsən Hacınskinin rəhbərliyi altında başlanır. Bələdiyyə idarəsi bulvar salmaq üçün 60.000 manat pul buraxmağı qərara alır. Bakı varlıları da xeyli kömək edir. Layihə işlərində və təşkilat məsələlərində şəhərdəki bir neçə əzəmətli binanın və iki Kirxin müəllifi Adolf Eyxler ürəkdən iştirak edir. Bulvar şəhərin dəniz fəsadı olduğunu nəzərə alaraq müsabiqə elan edilir və tanınmış, adlı-sanlı memar və inşaatçı mühəndislər işə qoşulur. 30 memar-mühəndis müsabiqədə iştirak etməyə dəvət olunur. Fərdi sifarişlər yerinə yetirməyinə baxmayaraq bu müsabiqədə Zivərbəy Əhmədbəyov, Ploşko, Termikelov, Edel və tanınmış başqa istedadlı mütəxəssislər ürəkdən çalışırlar. O zaman tender yolu ilə seçilmiş layihənin işlənib həyata keçirilməsində mühəndis K. V. Skureviçin və memar Adolf Eyxlerin də böyük zəhməti olmuşdur. Onların təklifi əsasında dəniz sahili ilə yeni salınmış II Aleksandr küçəsinin (indiki Neftçilər prospekti) arasında yaşıllıq zolağının salınması nəzərdə tutulmuşdu. İlk mərhələdə bulvar “Qafqaz-Merkuriy” körpüsündən (Kukla teatrının binasından) Seyid Mirbabayevin (Azneft) binasınadək uzanacaqdı. Bu arada sahildə sınıq-sökük qayıqlar, köhnə yelkənli gəmilər vardı, çirkli sular axıb dənizə tökülürdü. Mühəndis N.Q.Bayevin layihəsi əsasında bulvarın qabağında əzəmətli, təmtəraqlı kupalni (dəniz hamamı) tikilir, bu da sahil küçəsinin və bulvarın hər cəhətdən bədiiliyini qat-qat artırır. Bu bina uzaqdan ağac şaxələri, yaşıl örtük və yarpaqlar arasından yay sarayını xatırladırdı. Kupalninin tikilməyi münasibətilə “Kaspi” qəzeti yazırdı: “Su üzərində ucalan Bakı dəniz hamamı diqqətə şayan gözəl bir binadır. Nitse istisna olmaqla Avropada heç yerdə su üzərində belə gözəl, geniş ikinci bir bina yoxdur”. İki il müddətində buraya kənardan münbit torpaq daşınmış, Azərbaycanın başqa bölgələrindən və hətta Avropadan belə müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir. Bunlardan Eldar şamı, Hələb şamı, Türküstan qovağı, Livan kedri, Luzitan sərvi və başqalarını göstərmək olar. Müxtəlif dövrlərdə dənizkənarı bulvarda genişləndirmə işləri aparılıb. Buna misal olaraq 1950-60-cı illərdə bulvarda əl oyunları stadionunun, "Sahil" kafesinin tikintisi, S.Vurğun adına yay kinosalonunun yenidən qurulması, fəvvarələrin quraşdırılması, yeni xiyabanların salınması, ümumiyyətlə bulvarın kompleks şəklində abadlaşdırılması və inkişafı sahəsində işlərin aparılmasını göstərmək olar. Parkda Azərbaycanın müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərini nümayiş etdirən sərgi pavilyonları da quraşdırılıb. 1970-ci illərdə dövlət tərəfindən respublikada və birinci növbədə Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirildi. Hazırda parkın uzunluğu 3 kilometr 750 metrdir. Sahildən Neftçilər prospektinə qədər bəzi yerlərin eni 350, bəzi yerlərin eni isə 500 metrdir. Milli Park «Azneft» meydanından – Əl Oyunları İdman Sarayının yanından başlayır və dəniz limanının yaxınlığında bitir. Dənizkənarı Milli Park Bakı sakinlərinin və qonaqların ən çox xoşladıqları gəzinti və istirahət yerlərindən biridir. Bu park Bakının əvəzsiz incisi olmaqla yanaşı, onun tarixi və müasir simasını təşkil edən xüsusi məkandır. Bununla belə, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəllərində ölkədə baş verən böhran dənizkənarı bulvardan da yan ötməyib. Burada istirahətə aid olmayan obyektlər tikilib, onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin bir qismi məhv olub. Bütün bunları nəzərə alaraq ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi "Təbiəti mühafizə və təbiətdən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq Milli Park statusu verilməsi haqqında fərman imzalayıb. Bundan sonra görülən işlər sayəsində Dənizkənarı Milli Parkın siması tamamilə dəyişib, müasir infrastruktur və bağ-park estetikasının ən yaxşı nümunələri ilə zənginləşib. Dənizkənarı Milli Parkda aparılan yenidənqurma işlərini Prezident İlham Əliyev də daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı bir neçə dəfə dənizkənarı parka gələrək görülən işlərlə maraqlanıb, tapşırıq və tövsiyələr verib. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bununla bağlı deyib: "Bakı bulvarı, mən şəxsən elə hesab edirəm ki, dünyanın ən gözəl bulvarıdır. Ən gözəl bulvarlarından biri deyil, ən gözəl bulvarıdır. Həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə. Bakının gözəlliyi bənzərsizdir, təkrarolunmazdır. Bakı buxtası Bakının əsas gözəlliklərindən biridir. Biz bulvar hissəsini genişləndirdik. Orada görülən tikinti işləri artıq imkan verir ki, insanlar düz dənizin qırağı ilə gəzə bilsinlər, dənizə yaxın olsunlar. Əvvəlki illərdə bu, belə deyildi. Yadınızdadır, orada daşlar qoyulmuşdu, dənizlə ünsiyyət mümkün deyildi. Ancaq bu gün elə şərait yaratmışıq ki, insanlar düz dənizin qırağı ilə gəzə bilirlər. Elə etməliyik ki, su təmiz, şəffaf olsun və heç bir qoxusu olmasın. Buna nail olmaq üçün orada bütün təmizləyici tədbirlər görülməlidir, özü də çox böyük sürətlə". Dənizkənarı Milli Parkda aparılan yenidənqurma və abadlaşdırma işləri nəticəsində uzunluğu 3,7 kilometr, eni isə 250-300 metrə çatan ərazidə asfalt örtük tam götürülüb və yerinə qırma-dekorativ daşlar döşənib. Çoxlu ağac və gül kolları əkilməklə yaşıllıq zolaqları genişləndirilib. Parkdakı məhəccərlər, işıqlandırma sistemi tamamilə yeniləşdirilib. Parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər, ən müasir standartlara cavab verən attraksionlar quraşdırılıb. Hazırda burada respublika və şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin daha yüksək səviyyədə keçirilməsini təmin etmək üçün daha geniş imkanlar var. Əhalinin mənəvi və estetik tələbatının ödənilməsi, istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi, kütləvi bayram və şənliklərin, ədəbi-bədii proqramların, konsertlərin, musiqi və rəqs gecələrinin, beynəlxalq, respublika, şəhər və rayon sərgilərinin, o cümlədən kütləvi idman tədbirlərinin keçirilməsi üçün yaradılan şərait ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Dənizkənarı Milli Park ərazisində Bakı Muğam Mərkəzinin, sahildən bir qədər aralıda Yaxt Klubun, Bakı Biznes Mərkəzinin inşası əraziyə xüsusi gözəllik verir. Bir sözlə, Bakı sakinlərinin və qonaqlarının ən çox sevdiyi istirahət guşələrindən biri olan Dənizkənarı Milli Park indi yeni inkişaf mərhələsini yaşayır. Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirən bu parkda təmir-tikinti işləri geniş vüsətlə davam edir. Yaxın gələcəkdə bulvarın ərazisi Bibiheybət və Zığ istiqamətlərinə doğru genişləndiriləcək, ümumi uzunluğu 25 kilometrə çatdırılacaq.   Müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri özünün tarixi-memarlıq görünüşünə görə onu dünyanın digər iri şəhərlərindən  fərqləndirən xüsusatlara malikdir. Bunlardan şəhərsalma nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edəni əhalinin əsas gəzinti və istirahət  yerlərindən biri olan və Bakıya gələn xarici qonaqların böyük maraq göstərdikləri Dənizkənarı bulvardır.

2) Dənizkənarı Bulvar İdarəsinin vəzifələri və fəaliyyət istiqamətləri

Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də şəhərsalma mədəniyyətini özündə ehtiva edir. Azərbaycan Respublikasının paytaxtı da yüz illər ərzində formalaşan qədim şərq və müasir qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malikdir. Bakı şəhərinin əvəzsiz incilərindən olan dənizkənarı bulvar maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, eyni zamanda onun həm tarixi, həm də müasir simasını təşkil edən xüsusi təbii komplekslərdən biridir.

Son illər ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərə çarpacaq dərəcədə dəyişir. Belə şəraitdə şəhərsalma, istirahət və turizm infrastrukturu, böyüyən paytaxtın ekoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən dənizkənarı bulvarın təbii kompleksinin qorunub saxlanması və bərpa edilməsi, müasir memarlıq tələblərinə uyğun olaraq yenidən qurulması, onun idarəetmə sisteminin təkmilləşdirilməsi və mərkəzləşdirilməsini zəruri edir. 10 yanvar 2008-ci ildə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır.

Bakı şəhərindəki dənizkənarı bulvarın Azərbaycan tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq onun idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə fərmanda aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılsın.

2. Müəyyən edilsin ki, Bakı şəhərindəki dənizkənarı bulvarın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, on beş gün müddətində:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturu və işçilərin say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Bakı şəhərindəki dənizkənarı bulvarın ərazisinin hüdudlarını dəqiqləşdirib təsdiq etsin və onun ərazisində yerləşən bütün tikililərin, qurğuların, məişət və digər obyektlərin siyahısını müəyyən etsin;

3.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təşkili məqsədi ilə maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

3.5. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;



3.7. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. Bu idarə Bakı şəhərindəki dənizkənarı bulvarın Azərbaycan tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq onun idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Bakı şəhərindəki dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması, inkişaf etdirilməsi və bərpası sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İdarənin fəaliyyət istiqamətləri: I dənizkənarı bulvara dair proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək və dənizkənarı bulvarın inkişafını təmin etmək; II dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması və bərpası ilə bağlı zəruri tədbirləri, müvafiq ərazidə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək; III dənizkənarı bulvarın tarixi simasının saxlanılmasını, ərazinin zəngin florasının və təbii landşaftının bərpasını və inkişaf etdirilməsini, turizm və rekreasiya üçün şəraitin yaradılmasını, respublika və şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin keçirilməsini təmin etmək; IV əhalinin mənəvi və estetik tələbatın ödənilməsi, istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi üçün şəraitin yaradılmasını, teatrlaşdırılmış tamaşa, kütləvi bayram və şənlikləri əhatə edən ədəbi-bədii proqramların, konsertlərin, musiqi və rəqs gecələrinin, beynəlxalq, respublika, şəhər və rayon sərgilərinin keçirilməsini, bədii kollektiv və yaradıcı birlikləri, dərnək və bölmələri, intellektual klubları, əhalinin, o cümlədən yeniyetmə və gənclərin kütləvi idman tədbirlərini, kross, estafet yarışlarını və idman bayramlarını, məlumat-reklam materiallarının nəşrini təşkil etmək; V tabeliyində olan qurumlar vasitəsilə dənizkənarı bulvarın bərpası, genişləndirilməsi və inkişaf etdirilməsi üçün tikinti, quraşdırma, təmir və restavrasiya işlərini, teatr-tamaşa, asudə vaxt, əyləncə və digər mədəni-kütləvi obyektlərin qurulmasını, bədən tərbiyəsi və sağlamlıq, kütləvi idman obyektlərinin, habelə mədəniyyət, istirahət və idmanla bağlı müxtəlif ödənişli xidmət sahələrinin yaradılmasını təşkil etmək. İdarənin vəzifələri: I fəaliyyət istiqamətləri üzrə normativ tənzimləməni öz səlahiyyətləri çərçivəsində həyata keçirmək; II dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması, inkişaf etdirilməsi və bərpası sahəsində dövlət proqramlarının və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; III digər icra hakimiyyəti orqanlarının İdarənin fəaliyyət istiqamətləri ilə bağlı fəaliyyətini öz səlahiyyətləri çərçivəsində əlaqələndirmək; IV dənizkənarı bulvarın ərazisində yerləşən dövlət mülkiyyətində olan daşınmaz əmlak və digər obyektlərin istifadəyə (icarəyə) verilməsinə razılıq vermək, dənizkənarı bulvarın ərazisində yerləşən daşınmaz əmlak və digər obyektlər istifadəyə (icarəyə) verilərkən dənizkənarı bulvar üçün müəyyən olunmuş rejimə riayət edilməsinə nəzarət etmək; V dənizkənarı bulvarın ərazisində hər hansı bərpa, inşaat-təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin ekspertizasını keçirmək, müxtəlif qorunma tələbləri irəli sürmək, layihələrin həyata keçirilməsinə razılıq vermək və işlərin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini təşkil etmək; VI əhalinin mənəvi və estetik tələbatının ödənilməsi, istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün şəraitin yaradılmasını təmin etmək; qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; VII aidiyyəti üzrə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatına uyğun səmərəli istifadə olunmasını təmin etmək; fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək; VIII İdarənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək. İdarənin aparatı və tabeliyində olan qurumlar İdarənin vahid sistemini təşkil edir. İdarə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarənin rəisi rəhbərlik edir. İdarə rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. İdarədə İdarənin rəisindən (kollegiyanın sədri), onun müavinlərindən və İdarənin rəhbər işçilərindən ibarət tərkibdə kollegiya yaradılır. İdarənin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər. İdarənin hüquqları 1. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 2. dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması, inkişaf etdirilməsi və bərpası ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək; 3. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək; 4. zəruri məlumatlar (sənədlər) almaq məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək; 5. dənizkənarı bulvarın ərazisinin qorunması və mühafizəsi sahəsində pozuntu hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək və müvafiq tədbirlər görmək; 6. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək, sahə üzrə beynəlxalq təcrübəni öyrənmək; 7. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək; 8. fəaliyyətinin təşkili məqsədi ilə mütəxəssislərin seçilib yerləşdirilməsi və onların ixtisasının artırılması üçün müvafiq tədbirlər görmək; 9. həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək; 10. həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək; 11. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında" 10 yanvar 2008-ci il tarixli fərmanının icrası bulvarın idarəetmə sistemini daha da təkmilləşdirib. Burada aparılan əsaslı təmir və yenidənqurma işləri sürətləndirilib. Ölkə başçısının sərəncamına əsasən, Dəniz Ticarət Limanı artıq Ələtə köçürülür, bulvar Bayraq Meydanına qədər genişləndirilir. Milli bayramlarda və tarixi günlərdə, el şənliklərində, ictimai-siyasi tədbirlərdə buraya gələn insanların sayı daha çox olur. Odur ki, yaşıllıqların və ictimai asayişin qorunması məqsədilə burada təhlükəsizlik tədbirlərinə də ciddi nəzarət edilir. Hazırda bulvarda fəaliyyətdə olan xüsusi mühafizə xidmətindən əlavə 5 müşahidə kamerası quraşdırılıb. Bu günlərdə istifadəyə verilməsi nəzərdə tutulan uzunluğu 300 metrədək olan yeni yeraltı keçid sakinlərin Üzeyir Hacıbəyli küçəsindən bulvara birbaşa rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcəkdir.

3) Bakı Bulvarının layihələndirilməsi

İlk bulvar Qərbi Avropada XVII- XVIII əsrlərdə yaradılıb. Öz təyinatina görə onlar skverdə sıravi küçə əkililərinin aralarındakı rolu oynayır. Bulvarın yerləşdirilmələrinin aşagıdakı üsulları var:



  1. hər iki tərəfdən nəqliyyat hissələri;

  2. küçənin orientasiyasından asılı olaraq (onun eni iki bulvar yaratmaq imkanı vermədikdə). Şimal-cənub orientasiyası küçələrdə bulvarları qərb tərəfdə, en orientasiyalı küçələrdə şimal tərəf boyunca yerləşdirmək lazımdır.

Bulvarın planlaşdırma həlli onun enindən və piyada hərəkəti axınından asılıdır.Bulvarın bir piyada xiyabanında eni 18 m az olmalıdır. Hərəkət hissələri və səkilər arasındakı küçələrin salınma bulvarlar 10 m enində ola bilərlər. Bulvarın eni 30 m çox olarsa ayrı-ayrı qrup ağac, kol, gül kompozisiyasından, ərazinin landşaft həllində istifadə etmək məqsədə uyğun ola bilər.

Bulvar tozdan və səs-küydən müdafiə məqsədilə nəqliyyat yolundan yaşıllıq zolağı ilə ayrilmalıdır. Bulvarda əkilən ağaclar şəhər şəraitinə davamlı olmalıdır, onların yarpaqları kifayət qədərə sıx olmalıdır ki, bura gələnləri kənar təsirlərdən qorusun, ağac köklərinin sistemini isə səki örtülərini zədələməməlidir. 1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin sərəncamı ilə Bakı şəhərindəki Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi, “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq, “Milli Park” statusu verilmişdir. Bu tarixdən sonra burada çox iş görülüb, indi də görülür. Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə paytaxtımızın əhalisinin ən sevimli istirahət məkanı olan Bakı bulvarına Milli Park statusu verilməsindən on ildən çox vaxt ötür. Bu illər ərzində ölkəmizdə gedən geniş miqyaslı abadlıq və quruculuq işləri Milli Parkımızdan da yan ötüşməyib. Yeni çəmənliklər salınmış, xan çinarlar, sərv və küknar ağacları, müxtəlif çeşidli gül kolları əkilmiş, yeni attraksionlar quraşdırılmışdır. “Azneft” meydanında bu günlərdə istifadəyə verilmiş musiqili fəvvarə, elə oradaca ucaldılmış Azərbaycanın üçrəngli nəhəng milli bayrağı parkın ümumi mənzərəsini daha da gözəlləşdirmişdir. İllərdən bəri nostalji hisslərlə Bakı bulvarının xiffətin çəkən ağsaqqal sakinlərimiz, onu öz nəğmələrində vəsf eyləyən müğənni və bəstəkarlarımız bu gözəlliyi görməyə bilməzlər. Bütün bunlar ilk növbədə ulu öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımızın milli mənəvi irsinə, milli sərvətlərimizə göstərdiyi diqqət və qayğının parlaq nümunəsidir. Bakı şəhərindəki Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi, “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq, “Milli Park” statusunun verilməsi haqqında ümumilli lider Heydər Əliyevin fərmanı:  1. Bakı şəhərindəki Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan  Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq milli park statusu verilsin.   2. İzah edilsin ki, Bakı şəhərindəki Dənizkənarı bulvar milli park olduğuna görə «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında»  Azərbaycan Respublikası Qanununa uyğun olaraq xüsusi mühafizə olunur və bu mühafizə rejimini pozan şəxslər Azərbaycan  Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.   3. Bakı şəhər İcra hakimiyyətinə tapşırılsın ki: I dənizkənarı milli parkın ərazisində tikintisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmış obyektlərin tikintisindən başqa,  bütün növ tikintilərin dayandırılmasını və parkın funksiyalarına zidd olan obyektlərin dərhal oradan çıxarılmasını bir ay müddətində  təmin etsin; II iki ay müddətində Dənizkənarı milli parkın statusuna aid sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; III dənizkənarı milli parkın bərpası və yenidən qurulması baş planını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının  Prezidentinə təqdim etsin; IV Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı Bulvarın uzunluğunun 10 kilometr, bəlkə ondan da çox olacağını deyib: “Bu gün bulvarın uzadılması layihəsini icra edirik – bulvar həm sağ, həm sol tərəfə uzadılacaq”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev dünən keçirilən Bakı şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə deyib. O, artıq Dəniz Ticarət Limanının köçürülməsi prosesinə başlanıldığını, indi Ələtdə yeni ticarət limanı yaradıldığını bildirib. Dövlət başçısı indiki ticarət limanının ərazisində artıq parklar salınır və salınacaq və bulvar uzadılacağını qeyd edib.

“Bakının simvollarından biri olan Dənizkənarı Bulvar da əsaslı təmir edilib. Bulvarın 100 il tarixi var. Hesab edirəm ki, bu 100 il ərzində bu cür əsaslı yenidənqurma və təmir işləri ilk dəfə aparılıb. Bulvar genişləndi – biz bulvarı dənizə qədər genişləndirdik. İndi insanlar lap dənizin kənarına çıxa bilərlər. Orada da gəzinti üçün gözəl yerlər var. Xüsusilə yaz-yay aylarında on minlərlə Bakı sakini bulvara gedir və biz bulvarı Bakı sakinlərinə qaytardıq. Çünki hamımız yaxşı xatırlayırıq ki, bir neçə il bundan əvvəl bulvarda gəzintiyə çıxmaq üçün çox az adam tapılardı. Çünki infrastruktur bərbad, xidmət çox aşağı səviyyədə idi, zülmət, qaranlıq, bir dənə də işıq yanmırdı, dirəklər köhnəlmişdi, paslanmışdı. Adam bulvara çıxanda, sözün düzü, xəcalət çəkirdi və beləliklə, biz onu itirirdik. Şəhər sakinləri daha çox – Fəvvarələr bağına, başqa yerlərə üz tuturdular. Ancaq bu gün biz bulvarı şəhərə qaytardıq. Elə şəkildə qaytardıq ki, bu bulvar dünyada bir nömrəli bulvardır. Dəniz kənarında yerləşən başqa şəhərlərdə dənizkənarı bulvarlar var. Amma heç bir yerdə bu gözəllikdə, bu genişlikdə bulvar yoxdur”, deyə dövlət başçısı qeyd edib. “Eyni zamanda, bulvar Bayraq Meydanına qədər uzadılacaq. Orada gəmi təmiri zavodu və köhnədən qalan digər zavodlar yerləşibdir. İndi onların köçürülməsi ilə məşğuluq və hazırda Əl Oyunları Sarayından ta Bayraq Meydanına qədər möhtəşəm, gözəl, yeni bulvar tikiləcək. Beləliklə, – hazırda bulvarın uzunluğu haradasa 4 kilometrə yaxındır, – bulvarın uzunluğu 10 kilometr, bəlkə ondan da çox olacaq”, deyə prezident əlavə edib. Milli parkın başlanğıcında Azərbaycanın dövlət bayrağı dalğalanır. Bakıda nadir bayraq meydanı yaradılmışdır. Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər. Bu, doğrudan da dünyada nadir bir memarlıq abidəsidir. Bayraq meydanının ümumi torpaq sahəsi ilə birlikdə ərazisi, haradasa 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir. 60 hektar ərazidə böyük abadlıq, quruculuq işləri aparılmışdır. Parklar salınmış, yollar çəkilmiş, dənizkənarı bulvarlar salınmışdır. Çox nəhəng layihədir. Meydanın özünün alt hissəsinin ölçüləri təxminən 6 hektardır. Bayraq yerləşən meydanın ölçüləri isə, təxminən 3 hektara bərabərdir. Nadir, dünyada analoqu olmayan layihədir. Dirəyin hündürlüyü dünyada ən hündür səviyyədə olmuşdur. Bayrağın ölçüləri, müqayisə üçün deyə bilərəm ki, bir futbol meydançasının ölçülərinə bərabərdir. Yəni, sözün əsl mənasında, nadir memarlıq abidəsidir. Çox sevindirici haldır ki, baxmayaraq, bu layihəni xarici şirkətlər təqdim etmişlər, bütün işləri yerli şirkətlər icra etmişlər. Bu, onu göstərir ki, bizdə həm texnika, həm də peşəkarlıq vardır. Bütün lazımi tədbirlər görülmüşdür. Ümid edirəm ki, müstəqilliyimizi, müstəqil həyatımızı əks etdirən ən önəmli rəmzlərdən birinə çevriləcəkdir. Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkıdır. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də imzalanıb. Digər tərəfdən Prezident 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Həmin il dekabrın 30-da Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında meydanın təməli qoyulub. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir. Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı 2011-ci ildə qarşıda duran vəzifələr sırasında Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi barədə tapşırıqlar verib. Azərbaycan Prezidentinin tapşırıqlarının həyata keçirilməsi ilə əlaqədar Bakı buxtasında yerləşən bir sıra müəssisə və obyektlərin, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodunun və digər sənaye obyektlərinin köçürülməsi zərurəti yaranmışdı. Dənizkənarı park həqiqətən Bakı şəhərinin dəniz fasadını təşkil edən əsas amillərdən biri olmuşdur. 80-ci illərin axırı və 90-cı illərin əvvəllərində ölkə həyatının başqa sahələrində olduğu kimi Bakı şəhərinin abadlığı da böhran vəziyyətinə  düşmüşdür. Bu proses Dənizkənarı parkda baş vermiş dağıntılarla, burada istirahətə aid olmayan onlarla obyektlərin yerləşdirilməsi ilə,  onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələnmişdir. Beləliklə, Dənizkənarı bulvar öz tarixi simasını itirmiş və böhran vəziyyətinə gətirilmişdir.  Bu gün Bakı şəhəri yenə də özünün hərtərəfli inkişafı ilə fərqlənir. Hazırda onlarla müasir bina və komplekslərin inşası, onların yerli və  xarici investorlar tərəfindən maliyyələşdirilməsi Azərbaycan dövlətinin səyləri və beynəlxalq miqyasda qazandığı nüfuzu ilə bilavasitə  əlaqədardır. Hazırda Dənizkənarı bulvarda da Bakı şəhər icra hakimiyyəti tərəfindən dəniz sahilinin bərkidilməsi və abadlığı üçün müəyyən  işlər görülmüşdür.  

NƏTİCƏ

1998-ci ildə bulvar Milli Park statusu alaraq Bakı Şəhər İcra Hakimiyyətinin, habelə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı sərəncamla Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılmasından sonra burada əsaslı yenidənqurma işləri aparılıb. Bundan sonra dənizkənarı bulvarın Bakının müasir memarlıq tələblərinə uyğun yenidən qurulması, mühafizəsi, qorunması, bərpası və inkişafı baxımından xeyli işlər görülüb. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində Milli Parkda yeni ağaclar əkilib, yeni çəmənliklər salınıb. İtaliya, Türkiyə, Hollandiya, İran və digər ölkələrdən Banzayi, Taksus, Bakkafa, Buksus, Arizona şamı, İleks ağacları gətirilib. Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır.



ƏDƏBİYYAT


  1. www.prezident.az

  2. www.azerbaijan-news.az

  3. bakubulvar.gov.az


MÜNDƏRİCAT


  1. Giriş.............................................................................................................2

  2. Bakı Bulvarının yaranması tarixi.............................................................3

  3. Dənizkənarı Bulvar İdarəsinin vəzifələri və fəaliyyət istiqamətləri................................................................................................9

  4. Bakı Bulvarının layihələndirilməsi.......................................................16

  5. Nəticə..........................................................................................................23

  6. Ədəbiyyat...................................................................................................24







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə