Baki bəyanati




Yüklə 43.8 Kb.
tarix21.04.2016
ölçüsü43.8 Kb.
İyun ayının 9-10 və 11-də Bütöv Azərbaycan Birliyinin qərargahında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaşayan Güney Azərbaycanın milli-siyasi fəalları və təşkilat nümayəndələrinin iştirakı ilə toplantı keçirilmişdir. Bir sıra səbəblərdən toplantı qapalı və mətbuata bağlı şəkildə baş tutmuşdur. Toplantıda Bakıda yaşayan Güney Azərbaycanlıların əksəriyyəti iştirak etmiş və Güney Azərbaycan, İran və bölgədə hakim durum müzakirə edilmişdir. Müzakirələrdə Azərbaycan Milli Hərəkatının hazırkı durumu, fəaliyyət göstərən milli-siyasi təşkilatların fəaliyyət istiqamətləri və onların fəaliyyətlərinin necəliyi dartışılmışdır. Toplantının nəticəsi olaraq aşağıdakı məzmunda bəyanat qəbul edilmiş və dartışılan məsələlərin nəticəsi olaraq bir sıra təkliflər irəli sürülmüşdür.
BAKI BƏYANATI
İran və qonşu ölkələrdə hakim olan rejimlərin yürütdükləri mövcud siyasi kurs bölgədə hakim olan siyasi statuskonun hələdə qüvvədə olduğun göstərir.

Bəllidirki qeyd olunan intiyazlı statusko Muxtar Qacar Əyalətlərində (İran) Qacar Türk Dövlətinin məğlub olması və onun ardınca şovonist və anti-türk fars idarəçilik sisteminin hakim edilməsi ilə mümkün olmuşdur.

Sovetlər Birliyi dağılarkən bölgədə imtiyazlı statuskonun aradan qalxacağı güdülsədə bu belə olmamışdır. Sovetlər Birliyinin ictimai-iqtisadi çöküşünə baxmayaraq, onun hüquqi varisi sayılan Rusiya özünün imperiya arzularından nə təkcə əl çəkməmişdir, bəlkə bu yöndə daha iri addımlar atmağa başlamışdır.

Azərbaycan Respublikasında Qarabağ problemi, Gürcüstanda Abxaziya, Osetiya problemi, Moldaviyada milli zəmində çaxnaşmalar, Orta Asiya ölkələrində hakim durum və s. Rusiyanın imperiya siyasətlərindən əl çəkmək niyyətində olmadığın göstərir. Bütün bunların nəticəsində isə Qərb, özəlliklə Amerikanın bölgədə Rusiya ilə nüfuz savaşı bölgədə hakim durumu dahada həssaslaşdırır.

Buna görədə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının aydın və siyasi fəalları bir daha stratejik seçimdə yalnışlığa yol verməmək məqsədi ilə birinci növbədə xarici təsirlərdən, duyğusal davranış və təpkilərdən, ötəri maraqlardan, mövcud ədalətsiz statuskoya boyun əyməkdən azad olunmalıdırlar.

Dünyada və bölgəmizdə baş verən olaylar, uzun illərdən bəri davam edən proseslərin yeni və daha fərqli müstəvidə cərəyanı, bəlkə də təsəvvür etdiyimizdən daha yaxın bir zamanda ciddi dəyişikliklərin baş verəcəyindən xəbər verir. Baş verəcək dəyişikliklərin necəliyindən asılı olmayaraq, hazırlıqsız millətlər və cərəyanların hansısa ciddi uğur qazanacaqlarına, şəraitin diktə etdiyi sınaqlardan uğurla çıxacağına ümid azdır.

Uzun illər boyu eniş-yoxuşlu və günümüzdə daha fərqli biçimdə görünən Azərbaycan Milli Azadlıq Hərəkatının keçmişinə, daşıdığı zəngin təcrübəsinə söykənərək qarşıdakı sınaqlardan başı uca çıxmaq təbii haqqı olsada, indiki durumda daha çox hazırlığımızın hansı səviyyədə olmasından asılıdır.

Bütün sahələrdə sürətlə baş verən dəyişikliklər siyasi-ictimai və millətlərin milli azadlıq mübarizəsi sahəsində də eyni templə irəliləməkdədir. Müxtəlif milli-siyasi cərəyanların, demokratik hərəkatların öncələrə nisbətən daha çox gündəmə gəlməsi və demokratik quruluşlar, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, qeyd olunan hərəkat iştirakçılarının mübarizəsinin daha da gəlişməsinə və güclənməsinə səbəb olmuşdurTəbiiki gündəlik şüarlar, ötəri maraqlar və şəxsi ambissiyalardan yola çıxan qurumların, onların fəaliyyətini tənzimləyən “siyasi”lərin “mübarizə”si bir çox hallarda tərs nəticə verib.

Nə qədər acı olsada demək lazimdir ki, Azərbaycan Milli Azadlıq Hərəkatının altına qoyulmuş “dinamit”lər, hərəkat ordusunun içinə atılmış “desant”lar insanlarımızın on illər boyu fəaliyyəti və minlərlə insanın taleyinin bahasına əldə edilmiş nailiyyətləri qısa bir zaman kəsiyində təxrib edə bilibdir. Günümüzdədə bu “xidmət”lər edilməkdədir.

Şərəfli keçmişi, uzun illik siyasi təcrübəsinə görə İran siyasi joğrafiyasında yaşayan millətlərin içində bütün insani, milli, iqtisadi və b... haqları almağa, milli azadlıq və demokratik mübarizədə başqa xalqlara nümunə olmağa, lokomotiv rolu oynamağa layiq olan Azərbaycan hərəkatı, vurğuladığımız nədənlər ucbatından başqa hərəkat və cərəyanların arxasınca sürünməyə məcbur edilməkdədir. Bu məsələdə hakim sovonist fars sisteminin hərəkatımıza qarşı basqıları ilə yanaşı , sapı özümüzdən olan baltalarında “xidmət”ləri, təsir edə bilməyəcək qədər aydın bir gerçəklikdir. Belə sistem altında, bir siyasi coğrafi məkanda yaşamağa məhkum olduğumzu başqa xalqların hərəkatlarının artıq bölgəçilik, tayfaçılıq miqyasından çıxaraq dünyada böyük rezonans doğurub beynəlxalq ictimaiyyətin, nüfuzlu dövlətlərin və quruluşların diqqətini cəlb etməkdədir. Bu xalqların indiyə kimi dağınıq və kortəbii davam edən hərəkatları artıq mütəşəkkilləşmiş və sistemli şəkildə irəliləməkdədir.

Güney Azərbaycan Milli Azadlıq Hərəkatı isə yazıqlar olsunki hərəkata sırınmış və ya sırınmaqda olan “xaç ataları”nın, “liderlik” divanələrinin ehtiraslarından qaynaqlanan tayfaçılıq, bölgəçilik və bunların təbii nəticəsi olaraq yaranan qurumlar-şəxslər arası didişmələrlə müşayiət olunmaqdadır. Bu gün dünyanın dörd bir tərəfində Azərbaycan, özəlliklə Güney azərbaycan problemlərinin həlli adına fəaliyyət göstərən bir sıra qurumların tərkibinə nəzər saldıqda ürək açan durumun hakim olmadığın sezmək mümkündür.

Bu “siyasi-milli xadimlər” hətta çeşidli “birlik” təşəbbüsləri, “vahid cəbhə və platforma” şüarların belə quruplararası münaqişə və başqa cür düşünənlərə qarşı işlədilən, öz anlamını itirmiş adi terminlər səviyyəsinə endirmişlər.

Yaranmadan kimlərinsə “rəhbərlik” ambissiyalarının qurbanına çevrilən və elə bu üzdən də özünü doğrultmayan belə “birliklər”, toplanrıları yəqinki Azərbaycan dərdlərindən az-çox xəbərli olan hər kəsə bəllidir. Yaranmış və var olanı qoruyub saxlamaq, gücləndirmək əvəzinə yenisin “qurmaq” və bu yeni qurulmuşlardan yeni fəsadlar törətmələr heç bir normal siyasi düşüncə və çərçivəyə sığmadığından yəqinki bir çoxlarının bu cəhdlərin arxasında başqa barmaqların olması haqda düşünməyə vadar etməsi təəcüblü deyil.

Əlbəttə idealları və mənsub olduqları millətin haqları uğrunda şərəf və vicdanla mübarizə edən insanlarla yuxarıda qeyd etdiyimiz “keyfiyyət”lərə malik insanların hesabını ayrımalıyıq.

Hərəkatımızda olan mənfi cəhətləri vurğulamağımız heç də pisimistlik kimi dəyərləndirilməməlidir. Toxunduğumuz mənfi hallar daha çox Azərbaycandan qıraqda olan bir sıra qurumlar və şəxslərə aiddir.

Bütün problemlərə rəğmən son bir neçə ildə Güney Azərbaynda ağır da olsa əzm və iradə ilə məqsədə doğru irəliləməkdə olan sabaha ümid və inamla baxmağa əsas verir.

Dəyərli soydaşlar!

Hakim şovinist fars rejiminin mahiyyəti son illər millətimizə və ölkədə yaşayan başqa millətlərə qarşı gücləndirdiyi basqı və təqiblər daha da qabarıq şəkildə hamıya məlum oldu. Son prezident seçkisindən sonra bu rejimin hətta, özündən olan fərqli düşünənlərə qarşı belə dözümsüz olduğunu, onun mahiyyətinin ancaq zor, gerici və qan-qadadan yoğrulduğunu bir daha isbat etdi.

Son prezident seçkisi və onun nəticələrinə etiraz aksiyalarında Güney Azərbaycan türklərinin laqeyd görünməsi millətimizin mərkəzi hökumətə və onun qoltuğundan çıxmış müxalifətə inanmadığın ortaya qoydu. Bu artıq Güney Azərbaycan insanının öz kimliyinə yiyələnmək əzmində olmasından, özünün müstəqil milli türk kimliyini formalaşdırmaqda olmasından xəbər verir.

Şovinist fars sistemi bu gün özünün terrorçuluq, fitnə və ədalətsizlik üzərində qurmuş olduğu istibdadın burulqanında əl-ayaq çalmaqdadır.

Beynəlxalq ictimaiyyət, demokratik dövlətlər tərəfindən təcrid olunmuş rejim insan haqları, nüvə silahı əldə etmə cəhdləri və başqa bu kimi məsələlərlə bağlı BMT-nin və beynəlxalq qurumların qətnamələrin qulaq ardına vurmaqda davam edir. Şər üzərində qurulmuş bir sistemin nüvə silahına yiyələnmə çabaları yalnız ölkə millətləri, bölgə ölkələri üçün deyil, bütün dünya üçün ciddi təhlükədir. Ölkə daxilində on milyonlarla insanı girov halında saxlayan bu rejim, daha geniş imkanlara malik olduğu təqdirdə bölgəni özünün girovuna çevirəcəyi danılmazdır.

Bütün bunlara görə də anti-insani quruluşun bundan artıq girovuna çevrilmək istəməyən millətimizin xaricdə olan nümayəndələrinin əsas vəzifələrindən biri beynəlxalq ictimaiyyətin haqlı tələblərinə qoşulmalı və öz fəaliyyətlərin yeni şəraitlə uzlaşdırmaqdan ibarətdir.

Vurğuladığımız məsələlər hakim şovinist fars sisteminin əsarəti altında yaşayan millətlərin, özəlliklə Güney Azərbaycan türklərinin azadlıq və demokratiya uğrunda savaşı üçün yeni bir şəraitin, mərhələnin başlandığndan xəbər verir.

Azərbaycan Milli Azadlıq Hərəkatının fəalları, milli-insani haqlarımız uğrunda mübarizə iddiasında olan qurumlar və şəxslər, başlanmaqda olan yeni mərhələni düzgün dəyərləndirib və yaranmış bu yeni şəraitdən lazimincə yararlanmalıdırlar.


Bütün qeyd olunanları nəzərə alaraq bəyanatı imzalayan Azərbaycan Respublikasında yaşayan Guney azərbaycanlılar olaraq indiki durumda aşağıdakı məsələləri Güney Azərbaycan adına çalışan qurum və şəxslərin diqqətinə çatdırırıq:
1- Hər bir xarici dövlətin öz siyasi maraqları olduğun hər zaman nəzərə alaraq hansısa güclərin öz məqsədlərinə çatması üçün Güney Azərbaycan faktorundan ötəri vasitə kimi istifadəsinə yol verilməməlidir. Bir sıra qurum və şəxslərin hansısa dövlətlərin diqqətin cəlb etmək üçün cəhdlərinin daha çox şəxsi maraqlardan irəli gəldiyi məlumdur. Unutmaq olmazki bu gün Tehran rejimi ilə münasibətlərində gərginlik yaşanan güclərin bəziləri müasir tariximizdə mərkəzi Tehran hökuməti ilə birgə Güney Azərbaycan türklərinin haq səsin boğmaqda iştirak ediblər. Azərbaycan Respublikasının və Türkiyə cumhuriyyətinin qardaş və türk dövlətləri olmasına baxmayaraq hər ikisinin siyasi və dövlətçilik maraqlarının olduğu danılmazdır. Bu maraqların və hər iki Türk Respublikasının Tehran rejimi ilə yaxın münasibətlərin nəzərə alaraq atdığımız və atacağımız addımların müstəqil və düşünülmüş olması önəm daşıyır. İki qardaş Respublikanın maraqlarının bir sıra hallarda Güney Azərbaycanın müstəqil Milli Azadlıq Hərəkatının maraqları ilə uzlaşmaya biləcəyi yaddan çıxarılmamalıdır.

2- Dünyanın müxtəlif ölkələrində təxminən 3 milyona yaxın Azərbaycan türkünün yaşadığı məlumdur. Xaricdə yaşayan soydaşlarımızın kəmiyyətcə çox olmasına baxmayaraq Güney Azərbaycan məsələsinin lazimi qədər dünya ictimaiyyətinin diqqətin cəlb edə bilməməsi acı gerçəkdir. Bunun isə çeşidli səbəbləri var. Xaricdə yaşayan aktiv soydaşlarımızın bir çoxu ya İran opozisiyonunda təmsil olunaraq Güney Azərbaycan məslələlərindən tam qıraqdadırlar, yada Azərbaycan Respublikasının diasporu kimi çalışdıqlarından dolayı bir çox addımların Azərbaycan Respublikasının dövlət və diaspor siyasəti ilə uyğunlaşdırmaq məcburiyyətindədirlər. Bu isə onların Güney Azərbaycan problemlərinə ikinci dərəcəli məsələ kimi yanaşmalarına nədən olur. Bizcə onlar Azərbaycan Mərkəzli Türk Düşüncə sistemi ətrafında birləşərək, Güney Azərbaycana yönəlik vahid və çoxunluğun ortaq baxışların ehtiva edən vahid platforma ətrafında birləşməlidirlər. Belə olan halda bu qurum və şəxslərin diaspor təşkilatları ilə bərabər hüquqlu çalışmaları və Güney Azərbaycan problemlərinin gündəmə gətirilməsində Azərbaycan Respublikasının diasporu ilə əməkdaşlıq etmələri mümkün ola bilər.

3- Güney Azərbaycan problemlərinin həlli, Güney həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xaricdə fəaliyyət göstərən təşkilat, partiya, kütləvi informasiya vasitələri və başqa qurumların fəaliyyətlərin dəyərləndirməklə yanaşı Azərbaycan Milli Hərəkatının daxildə tam müstəqil fəaliyyət göstərdiyin bəyan edib və içəridə gedən milli-mədəni mübarizəni “özününküləşdirmə” çabalarının qəbul edilməz olduğun bildiririk. Hər hansı təşkilat və şəxslərin kütləvi informasiya imkanlarından, qurumlardan və keçirilən toplantılardan su-istifadə edərək Güneydə gedən hərəkatı özünə bağlı cərəyan kimi göstərməyi siyasi möhtəkirlik kimi qəbul edib və bunu hərəkatda dağınıqlıq və çaşqınlıq yaratmaq cəhdi kimi dəyərləndiririk. 22 may 2006-cı ildəki olaylar, hərəkatın daxildə xaricdəkindən daha güclü olduğunu göstərdiyin xatırladaraq, xaricdəki qurumları Güneydəki hərəkata yüklənməyi deyil, onunla ayaqlaşmağı məsləhət bilirik.

4- Bu günə kimi bir sıra təşkilat və şəxslər tərəfindən Güney Azərbaycan üçün çeşidli “bayraq”lar önərilib. Hər bir təşkilat özünə simvol seçməkdə, o simvol altında çıxış etməkdə haqlıdır. Ancaq hər bir millət və ölkə üçün bayraq seçmə haqqının o ölkənin, millətin əlaqədar orqanlarının, millət tərəfindən seçilmiş vəkillərin, nümayəndələrin çoxunluğuna aid olması məlumdur. Bu gün Güney Azərbaycan müstəqil dövlət olmadığından, məhdud sayda insanlar tərəfindən Güney Azərbaycan adına hər hansı “bayraq”, “gerb” seçilməsi əsassız olduğu üçün yolverilməzdir. Buna yol verənlər ya məsələnin mahiyyətin dərk etmir, yada təşkilat maraqları naminə hərəkat daxilində çəkişmələrin, pərakəndəliyin yaranmasına səbəb olurlar. Bunları nəzərə alaraq biz Azərbaycan Respublikasının bayrağın bütün dünyada yaşayan azərbaycanlıların bayrağı kimi qəbul etdiyimizi, ona sayqı ilə yanaşdığımızı bildirərək, hakim olan çaşqınlığı aradan qaldırmaq, dünyada Güney Azərbaycan Milli Hərəkatının vahid bir simvolla tanınmasın sağlamaq üçün Güney Azərbaycan təşkilatları və siyasi-milli şəxslərinin çoxunluğunun razılığı ilə vahid simvoıun qəbul edilməsin vacib hesab edirik.

5- keçmiş 100 ilin acı tarixi təcrübəsi onu göstərirki, milli-siyasi mücadilədə tək başına mübarizə müsbət nəticə verməmişdir. Bütün bunları nəzərə alaraq bu prosesdə Güney Azərbaycan türkləri ölkədə yaşayan digər millətlərin demokratik və milli-siyasi hüquqları uğrunda mübarizə aparan təşkilatlar və qurumlar ilə geniş əlaqə yaradıb və onlarla birlikdə mərkəzi hökumət və hakim şovonist fars sisteminə qarşı mübarizə aparmalıdırlar. Güney Azərbaycan təşkilatlarının və aktiv milli-siyasi şəxslərinin xaricdə olan nümayəndələrinin İran adlı coğrafi məkanda yaşayan başqa millətlərin, özəlliklə Güney Azərbaycanla qonşu olan millətlərin nümayəndələri ilə əlaqələri mərkəzi hökumətin ölkədəki millətləri qarşı-qarşıya qoymaq siyasətin iflasa uğrada bilər. Bu özlüyündə gələcəkdə baş verə biləcək ciddi faciələrin qarşısının alınmasında və ya onun fəsadlarının minimuma endirilməsində önəmli rol oynaya biləcəyinə görə qeyd olunan məsələ xüsusi əhəmiyyət daşıyır.

6- Yeni dünya düzəninin mədəni cəmiyyətlərin, eləcədə hüquqi dövlətlərin ortaya çıxmasına şərayit yaratdığı bir zamanda, Tehran rejimi nə təkcə özünün yazıb təsdiq etdiyi ana yasanın icrasından boyun qaçırır, hətta özünün doğurub yetişdirdiyi islahatçılarıda qəbul edə bilmir. Bu ərəfədə rejimin daxilində mübarizə aparan islahatçıların demokrasi, əsas azadlıqlar, demokratik seçkilər, siyasi məhbusların azadlığı, söz və fikir azadlığı uğrunda mübarizəsini dəyərləndirməklə yanaşı, onlardan ölkədə yaşayan qeyri fars millətlərin müqəddəratını həll etmə prinsipinə necə yanaşdıqları haqda münasibət bildirmələrin vacib sayırıq. Bu məsələyə aydın münasibət bildirilmədiyi, konkret mövqe göstərilmədiyi zamana kimi Güney Azərbaycan türklərinin hazırkı müxalifətlə hər hansı bir əməkdaşlığının milli hərəkatın birikdirmiş olduğu enerjinin boşa xərclənməsi kimi qiymətləndiririk. Onlara bildirmək istəyirikki; Tehran rejiminin yaratdığı mövcud siyasi-idari böhrandan çıxış yolu mövcud ana yasanın islahatları, istəkləri içərisində nəticə verməyəcəkdir.

7- Azərbaycan türk millətinin milli-siyasi mücadiləsində mimimum proqramdan maksimum proqrama keçmək üçün beynəlxalq hüququn əsas prinsiplərindən sayılan “insan hüquqları bəyannaməsi və müqəddəratın təyin etmə” prinsipinin icrasi mütləqdir.

Bir sözlə müqəddəratın təyin etmə prinsipinin statusları: 1-siyasi, 2 hüquqi, 3-iqtisadi, 4-mədəni və coğrafi prinsipləri icra edilməzsə ölkədə yaşayan heç bir millət, o cümlədən Güney Azərbaycan türk milləti özünün maksimum proqramına qovuşa bilməz. Bunun üçündə ən azından ölkədə mərkəzləşdirilməmiş siyasi dövlət quruluşu formalaşdırılması əsas şərtdir.

Maksimum proqram: Millətlərin iradəsi əsasında demokratik dəyərlərə və beynəlxalq hüquq normalarına əsaslanaraq hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaradılması hər bir millətin və eləcədə Güney Azərbaycan türk millətinin hüquqi haqqıdır.

Azərbaycan – Bakı

11-06-2010


  1. Attila Maralanlı

  2. Əlirza Amanbəyli

  3. Yədulla Kənani(Nəminli)

  4. Taymaz Dizəli

  5. Fridun Atabəy

  6. Pərviz Əhmədzadə

  7. Həsən Səfəri

  8. Seyfəli Zakiri

  9. Şahdust Mirzayi(Babək Muğanlı)

10-Ağrı Qaradağlı

11- Əli Süleymani

12- Alpay Soytürk

13- Məhəmməd Binablu

14- Calal Musapur

15- Cavad Həmədanlı

16- Səid Zənganlı

17- Sirus Azadi

19- Həsən Məhdəvi

20- Səməd Qalibaf

21- Hüseyn Yurd

22- İsmail Miyanəlu

23- Vahid Təbrizli

24- Yusif Xiyavi

25- Əli Nicat

26- İmaməli Ərəbşahlu

27- Səid Çeşmbənd

28- Məhəmməd Qarabağlı



29- Cavidan Elbars






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə