Baki 2009 Ətraf müHİTİ MÜhafiZƏDƏ Bİocoğrafi qanunlarin rolu biocoğrafiya




Yüklə 140.08 Kb.
tarix22.04.2016
ölçüsü140.08 Kb.
Azərbaycan respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

KURS İŞİ

İxtisas: ƏMM və TESİ

Mövzu: Biocoğrafi qanunların ətraf mühiti mühafizədə rolu

Kurs:İİİ


Qrup: 928

Tələbə: Mehdiyeva Gülnara

Rəhbər: Xəlilov Telman

BAKI 2009

ƏTRAF MÜHİTİ MÜHAFİZƏDƏ BİOCOĞRAFİ QANUNLARİN ROLU

Biocoğrafiya - Yer kürəsinin müxtəlif regionlarında bitki, heyvan və mikroorqanizmlərin yayılma və yerləşmə qanunauyğunluqlarını öyrənir. Bu elmin əsas məqsədi mühit amilləri ilə yanaşı orqanizm qruplarının ayrı-ayrı komponentlərinin qarşılıqlı əlaqələrini tədqiq etməkdən ibarətdir. Buna görə də biocoğrafiya orqanizmlərin, onların populyasiyalarının və qruplarının məskunlaşdığı mühiti tədqiq edən Ekologiya, orqanizmlərin dinamikasını, quruluşunu və təsnifatını araşdıran - Biosenologiya ilə sıx əlaqəyə malikdir. Ekoloji və Biosenotik tədqiqat sahələrinin səmərəli nəticələri Biocoğrafiyanın əsas tədqiqat sahəsi olan və orqanizmlərin Taksonomik vahidlərini müəyyənləşdirən-Xorologiyadan çox asılıdır. Biocoğrafiyanın əsas tədqiqat obyekti canlı orqanizmlər, tədqiqat sahələri – xorologiya, Biosenologiya və Ekologiyadan ibarətdir.

Biocoğrafiya «Ümumi yerşünaslığın» tərkib hissəsi olub, yer qabığının müxtəlif komponentlərini öyrənən geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, biologiya, tarixi geologiya ilə sıx əlaqəyə malikdir. Ayrı-ayrı orqanizmlərin, bitki örtüyü və heyvanat aləmini təşkil edən qrupların yayılma qanunauyğunluqlarını ətraflı araşdırmaq məqsədilə relyefin, iqlimin, su, hava və Yer qabığının orqanizmlərin həyatında rolunu müəyyən etmədən planetmizdə biosenozon coğrafi yayılma qanunlarını əsaslandırmaq mümkün olmazdı.

Digər elmlərlə müqayisədə biocoğrafiya cavan olsa da keçən az vaxt ərzində artıq elmdə və tədrisdə əhəmiyyətli dərəcədə öz yerini tutmuşdur. Biocoğrafiya coğrafiya, biologiya və ekologiya elmlərinin nailiyyətlərini özündə əks etdirməklə canlıların yayılması, inkişafı və ətraf mühitlə qarşılıqlı əlaqələri haqqında elmi və praktiki baxımdan əhəmiyyətli məlumatlar toplusundan ibarətdir.

Lakin biocoğrafiyanın əsas məqsədi orqanizmlərin morfologiyasını, sistematikasını və fiziologiyasını öyrənməkdən ibarət olmayıb, biosferin ayrı-ayrı hissələrində orqanizmlərin coğrafi yayılma qanunauyğunluqlarını araşdırmaqla yanaşı, bitki örtüyü və heyvanat aləminin ayrı-ayrı fərdlərinin ətraf mühitlə qarşılıqlı əlaqələrini tədqiq etməkdən ibarətdir. Belə yanaşma yeni ümumi biocoğrafi qanunauyğunluqların aşkar edilməsinə imkan yaradır. Yalnız biocoğrafi tədqiqat metodları coğrafi məhsuldarlıq, planetdə canlı maddələrin ümumi kütləsi, orqanizmlərin və onların qruplarının müasir yayılma səbəbləri, qurunun biocoğrafi bölgüsü prinsipləri, biocoğrafi regionların sərhədlərinin təyini, biotik münasibətlərin coğrafi xüsusiyyətləri, müxtəlif coğrafi şəraitdə biom və biotaya antropogen təsir kimi problemləri tədqiq etməyə imkan verər.

Göstərilən nəzəri məsələlərlə yanaşı biocoğrafiyanın elmi-praktiki baxımdan böyük ekoloji-iqtisadi əhəmiyyətə malik tətbiqi sahələri də mövcuddur. Aşağıda göstərilən praktiki məsələlərin həllində biocoğrafiya həlledici rol oynasa da müxtəlif profilli mütəxəssislərin iştirakı çox vacibdir:

Müəyyən coğrafi şəraitdə növlərin populyasiyalarının həyat qanununa əsaslanan bitki və heyvan ehtiyatlarından səmərəli istifadə; insanlarda yaranmış xəstəlikləri törədən canlı təbiət amillərini təhlil edib araşdırmaqla insan sağlamlığı uğrunda mübarəzənin təşkili; kifayət qədər vaxta qənaət etməyə və iqtisadi səmərəyə malik növlərin quruluşuna, dinamikasına və tərkibinə əsaslanan indikatorluq xüsusiyyətindən axtarış-kəşfiyyat işlərində istifadə; dağ-mədən işləri prosesində pozulmuş sahələrin rekultivasiyası; zərərli heyvanlarla və alaq bitkiləri ilə mübarizə aparmaqla təbii və süni qruplarda məhsuldarlığın artırılması; sahələrin, meşələrin və bağların yüksək məhsuldarlığa malik olmaları üçün praktiki baxımdan səmərəli təkliflərin hazırlanması və tətbiqi; ayrı-ayrı növ və qrupların qorunub saxlanmamsı məqsədilə təbiəti mühafizənin təşkili biocoğrafiyanın əsas problemləridir.


Biocoğrafiyanın elmlər əlaqəsi və praktiki əhəmiyyəti
Biocoğrafiya – orqanizm qruplarının və onların ayrı-ayrı komponentlərinin coğrafi yayılması və məskunlaşması haqqında elmdir. Başqa sözlə – biocoğrafiya bizim planetin bitki örtüyü və heyvanlar aləmini öyrənməklə yanaşı, növlərin və orqanizmlərin digər taksonomik kateqoriyalarının coğrafi yayılma qanunauyğunluqlarını tədqiq edir. Biocoğrafiya – əhatə dairəsi ildən-ilə genişlənən sədd elmlərindən biridir. Onun əsas məqsədi coğrafiya, ekologiya və biologiya arasındakı əlaqələri elmi əsaslarla izah etməkdən ibarətdir. Elmdə biokimya-biologiyanı kimya, geokimya-geologiyanı kimya, geofizika-geologiyanı fizika ilə əlaqələndirən sədd fənləri mövcuddur. Biocoğrafiya əsasən orqanizmlərin qruplarını və coğrafi yayılmasını öyrəndiyindən iki əsas elm sahəsinin – coğrafiya (coğrafi yayılma) və biologiya – (orqanizmlərin yayılması) birliyində formalaşır.

Biocoğrafiya, bir tərəfdən Yerin relyef formaları haqqında elm sahəsi olan – geomorfologiya, quru və okean suları ilə məşğul olan – hidrologiya, dünyanın iqlimi haqqında elm olan – iqlimşünaslıqla, torpaq haqqında elm sahəsi olan – torpaqşünaslıqla əlaqəyə malik olduğu üçün ümumi fiziki coğrafiyanı, digər tərəfdən orqanizmlər ekologiyası, sistematikası və fiziologiyası ilə əlaqəyə malik olduğundan biologiyanın bir çox sahələrini özündə birləşdirir.

Beləki, biocoğrafiyanı biologiyanın bir hissəsi kimi - coğrafi biologiyaya (orqanizmlərin coğrafi yayılmasını tədqiq edən hissə), və bioloji coğrafiyaya (müəyyən ərazi və akvatoriyanın bitki və heyvanat aləmini tədqiq edən hissə) ayırmaq elmi baxımdan əsassızdır.

Biocoğrafiya iki elm sahəsini sərhəddini birləşdirən və bu elm sahələrini elmi və ekoloji baxımdan əlaqələndirən sədd fənnidir.

Müxtəlif coğrafi regionların bitki örtüyü və heyvanat aləmini, fauna və florasını tədqiq etdiyi üçün regional biocoğrafiya regional coğrafiya elminə lazımı materiallar verir. Bu baxımdan biocoğrafiya dünyanın və regionların fiziki coğrafiyasının tədqiqində əsaslı rol oynayır.

Biologiya elmlərindən biocoğrafiyaya qismən yaxın olanı ekologiya və biosenologiyadır. Ekologiya - biocoğrafiyanın əsas istiqamətini müəyyən edən elm sahələrindən biri olub, orqanizmlərlə mühitin qarşılıqlı münasibətini tədqiq edir. Biocoğrafiyanın mühitlə orqanizmlər arasındakı mübadilənin gedişini araşdıran sahəsi ekoloji biocoğrafiya adlanır. Biocoğrafiyanın bu bölməsində orqanizmlərin Yer kürəsinin müxtəlif regionlarında ətraf mühit amillərinin təsiri nəticəsində bir-birindən fərqli xüsusiyyətləri öyrənilir. Biosenologiya-biocoğrafiyaya qrupların dinamikası və quruluşu haqqında mə’lumatlar verən orqanizmlər qrupları haqqında elmdir. Alınan bu mə’lumatlar əsasında biocoğrafiya qrupların coğrafi müxtəlifliyini təhlil edir, onların coğrafi yayılma qanunauyğunluqlarını müəyyənləşdirir.


Biocoğrafiyanın praktiki əhəmiyyəti.
Biocoğrafiya çoxsahəli praktiki əhəmiyyətə malikdir. Təbii bitki örtüyü və heyvanat aləmi kimi qiymətli sərvətlərdən biocoğrafi biliklərə malik olmadan səmərəli istifadə etmək mümkün deyildir. İnsan həyatının normal inkişafının əsas təminatçılarından olan bitki və heyvanlar Yer kürəsində qeyri-bərabər paylanmamışdır. Müxtəlif regionlarda yayılmış bitki və heyvan xammal olduğu üçün onlardan istifadə coğrafi və bioloji baxımdan əlverişli şəraitdə olmalıdır. Bu xammaldan istifadə normasını bilmədən onun plansız istismarı xammal bazasının korlanmasına, hətta biokütlənin tamamilə məhv olmasına səbəb ola bilər. Əhəmiyyətli bitki və heyvanların coğrafi paylanmasını, onların illik dinamikasını, regionlar üzrə sayını və istifadə dövrünün dəvamiyyət müddətini bilmədən onlardan səmərəli istifadə etmək olmaz.

Hazırda bir çox bitki və heyvan növləri azaldığından onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir.

Çoxlu miqdarda bitki və heyvan növləri nizamsız istifadə nəticəsində dünyadan silinib. Belə halların təkrar olunmaması üçün onların mühafizəsini təşkil etmək günün əsas tələbidir. Bu məqsədlə nadir heyvanların ovlanması, nadir bitkilərin yığılması qadağan edilmiş, biocoğrafi qanuna əsaslanan optimal şəraitin saxlanması təşkil edilmiş, yırtıcı heyvanların artımına nəzarət qoyulmuş və orqanizmlərin areal daxilində normal inkişafını tə’min etmək üçün dövlət səviyyəsində müxtəlif qərarlar qəbul edilmişdir.

Biocoğrafi biliklər tətbiq etmədən insan sağlamlığı uğrunda mübarizə aparmaq mümkün deyil. Biocoğrafiya həmdə tibbi baxımdan geniş sahəlidir. Biocoğrafiya göbələklərin və mikroorqanizmlərin coğrafiyası ilə məşğul olduğundan insanların sağlamlığına tə’sir edən – virus, bakteriya, göbələklər, parazitlər və digər orqanizmlərin mə’lumatlar toplusundan ibarətdir. Ətraf mühitin xüsusiyyəti ondakı xəstəlik yayan, xəstəlik törədən orqanizmlərin olub-olmamasilə müəyyənləşdirilir. Bitki və heyvanların bir çoxu özlərində olan xəstəlikləri (tulzarema xəstəliyini insana ağcaqanad, hünü, göyün, nəmlik milçəyi keçirir) yalnız bitki və heyvanlara deyil, insanlara da yaya bilirlər. İnsanlar çox vaxt həmin xəstəlik tö’rədən virus və mikrobların yayılıb törəməsində təbii mərkəzə çevrilirlər.

İnsanın bu xəstəliklərə tutulması və xəstəliyin yayılma intensivliyi təbii şəraitin vəziyyəti ilə bağlıdır. İnsanlar təbii mənbəəli xəstəliklərlə o zaman xəstələnirlər ki, onlar bilavasitə həmin təbii mənbəəli xəstəliklərin yayılması üçün əlverişli olan şəraitə düşürlər. Ona görə təbii şəraiti dərk etmək, törədicilərin mühitini və quruluşunu bilmək, yayılma sahəsini və vaxtını dəqiqləşdirmək üçün biocoğrafi biliklərə yiyələnmək vacibdir. Bu xəstəliklərlə tibbi göstərişlər əsasında profilaktiki tədbirlər aparmaqla mübarizə formasından istifadəf etmək daha zəruridir.

Bitki və heyvan qruplarından müəyyən mövcudluq şəraitini tə’yin etməkdə indikator kimi istifadə etmək olar. Doğrudur heyvanların malik olduqları hərəkət onlardan indikator kimi istifadə etməyi qismən çətinləşdirir. Lakin, müxtəlif bitki növlərinin bolluğuna və ayrı-ayrı növlərin yayılma xüsusiyyətinə görə, biz ətraf mühitin müxtəlif tərkibi haqqında (qrunt sularının dərinliyi, duzluluq xüsusiyyəti və duzluluq dərəcəsi, torpağın mexaniki və kimyəvi tərkibi, faydalı qazıntıları, çuxurda daimi donuşluq qatını, torpaq və su mühitində aerob və anareobluq dərəcəsini müəyyənləşdirmək mümkündür) mülahizələr söyləyə bilərik. İndikasiya haqqında tə’lim son vaxtlar biocoğrafiyaya dair bir çox monoqrafiyalarda xüsusi bölmələr kimi geniş işlənməyə başlanmışdır.

Son vaxtlar istehsalatda və tədrisdə geniş tətbiq olunan, xüsusi xəritə tipi kimi vacib – biocoğrafi xəritələrin tərtibi böyük əhəmiyyət kəsb edir.

İyirminci əsrin axırlarından başlayaraq aerofoto və kosmik metodlardan istifadə etməklə ətraf mühitin vəziyyəti üzərində müşahidələr aparılır, geniş monitorinq proqramı işlənib hazırlanır. Monitorinqlə insanların təsərrüfat fəaliyyəti və təbiətin özünün inkişafından asılı olaraq coğrafi amillərin vəziyyətinin proqnozlaşdırılması çox ciddi əlaqəyə malik olduğu uçun bu tədqiqatda biocoğrafiyanın mövqeyini – xüsusilə bitki örtüyünün xüsusiyyətinin tədqiqini qiymətləndirmək çətində olsa labüddür.

Təbii landşaft komplekslərində ayrı-ayrı landşaft elementləri (xüsusilə bitki və heyvanat aləmi) üzərində monitorinq təşkil etmək, biosenozun landşaft çərçivəsində dinamikasını izləməyə, növlərin inkişaf proqnozunun hazırlanmasına şərait yaradır.
V.İ.Vernadskinin fikrincə, torpaq bitki ilə, bitki isə torpaqla qarşılıqlı əlaqəyə malikdir. Belə vəziyyətdə biocoğrafiya yalnız biosenozlar haqqında elm olmayıb, torpaq, bitki və heyvanat aləmini əlaqələndirən təbii kompleks-biopedosenozun (pedos - yunanca torpaq) coğrafi yayılması haqqında elmdir.

Biocoğrafi rayonlar biri-birindən ərazilərində yayılan bitki, heyvan, göbələklər və mikroorqanizmlərin tərkibinə görə fərqlənirlər. Belə ki, Avropa qitəsinin orta enliyi üçün ağaclardan avropa şamı, avropa küknarı, adi şam, fısdıq, ağ palıd, söyüd, ağ şam; kollardan – yemişan, toz ağacı, yabanı üzüm; efemerlərdən – zümrüdçiçəyi, əsmə; bozqırlardan – şiyav, topalotu, nazikayaq, polinniya, qaz soğanı, bulaq otu, qurdboğan, qaytarma; bakteriyalardan – azotbakteriya, nitrobakteriya, müxtəlif saprofit və xəstəliktörədən mikroblar səciyyəvidir.



Müəyyən ərazidə məskunlaşmış bitkilərin, mikroorqanizmlər və göbələklərin məcmusuna flora deyilir.

Mövcud ərazi üçün heyvanat aləminin müxtəlif növləri məməlilərdən adi dələ, sığır, qornostay, qonur ayı, canavar, çöl donuzu; quşlardan bildirçin, tetraquşu, bülbül, qarğa, ağacdələn; sürünənlərdən – ayaqsız kərtənkələ, adi koramal; onurğasızlardan - otaq çibini, cırcırama, kəpənək, yağış soxulcanı və s. səciyyəvidir. Mütənasib olaraq, müəyyən ərazidə məskunlaşmış heyvan növlərinin məcmusuna fauna deyilir.

Bu və ya digər ərazilərdə yayılmış flora və faunanın məcmusuna biota deyilir.

Xatırlatmaq lazımdır ki, yuxarıda göstərilən terminlər yalnız bütünlüklə bitki örtüyü, köbələklər, mikroorqanizmlər və heyvanlar məcmusuna deyil, bitki örtüyü və heyvanat aləminin ayrı-ayrı böyük bölmələrinə də tətbiq edilə bilər. Belə ki, biz çiçəkli bitkilər florası, göbələklər florası (mikoflora), mikroorqanizmlər florası (mikroflora), eyni zamanda məməli heyvanlar faunası, quşlar faunası, sürünənlər faunası və b. məfhumlarını işlədə bilərik.

Müəyyən ərazidə məskunlaşan bitkilər, göbələklər, mikroorqanizmlər və heyvanlar biri-birinə müxtəlif tə’sir edir və müxtəlif münasibət göstərirlər. Hər hansı ərazidə məskunlaşan belə orqanizmlər qrup (cəmiyyət) yaradır. Yer kürəsində belə qruplar müxtəlifdir. İnynəyarpaqlı meşə sahəsi, Kür-Araz ovalığı, Talışın subtropik hissəsi, Amazonka hövzəsindəki rütubətli subtropik meşə və bu kimi orqanizmlər məcmuu yayılan coğrafi ərazilər qrupların areallarını təşkil edir.

Qrupların (cəmiyyətlərin) xüsusiyyətləri onları təşkil edən orqanizmlərin qarşılıqlı münasibəti və orqanizmlərin mövcud olduqları ərazilərin mühitinin səciyyəsi (iqlim, torpaq, relyef, nəmlik və s.) ilə tə’yin olunur. Belə ki, uzun müddətli sərt qışa, çoxillik donuşluğa, yayda aşağı temperatura malik olan ərazidə Tundra, Ekvatorial və tropik enliyin isti və rütubətli iqlim şəraitində rütubətli meşələr, isti və quru iqlim şəraitində tropik səhra qrupları inkişaf edir. İstənilən belə qrupları bitkilər, heyvanlar, göbələklər, mikroorqanizmlər kimi qruplara ayırmaq olar. Bütün qruplardan ən çox bitki və heyvan qrupları kifayət qədər öyrənildiyindən gələcəkdə bu qruplardan daha geniş mə’lumatlar veriləcəkdir. Qrup anlayışı ölçüsüz anlayışdır.



Biz meşə, iynəyarpaqlı meşə, enliyarpaqlı meşə, çəmən kimi qruplar ayırırıq. Lazımdır ki, bu ümumi anlayışla bərabər konkret qruplar (eldar oyuğunda eldar şamı meşəsini, soltanbud saqqız meşəsini, bəsitçay çinar meşəsini), bu qruplara münasib tipik kateqoriyalar (şam, saqqız, çinar ağacları) və nəhayət yer kürəsinin quru hissəsinin zona və yarım zonalarına uyğun gələn (tundra, tayqa, çöl, səhra, savannalar və s.) Ən böyük tipoloji kateqoriyalar fərqləndirilir.

Bitki və heyvanat aləminin yayılması biocoğrafi qanunlara əsaslanır. Beləliklə hər hansı regionda məskunlaşmış flora və faunanın cəminə – biota deyilir. Bitki örtüyü və heyvanat aləminin məcmuna biosenoz deyilir.

Materiklərdə landşaft xüsusiyyətinə görə uyğun olan ayrı-ayrı regionlar müxtəlif biotaya malik ola bilər. Avropanın enliyarpaqlı meşələri üçün meşə və bağ süleysini, adi dələ, adi bayquş, çal və yaşıl ağacdələn, ağac qurbağası, xırdayarpaq cökə, ağcaqayın, kollardan-fındıq, otlardan-mələkotu, ballıca, cigərotu, topalotu, şimali amerikanın enliyarpaqlı meşələri üçün – dişli şabalıd, şabalıd palıd, dağ laləsi, qora, tüklü bənövşə, tüklü günəbaxan, heyvanlardan-opossum, oxlu kirpi, amerika dələsi, mavi bayquş, əyriburun, ağadələn və s. Biota qrupları regiondan asılı olaraq biri-birindən kəskin fərqlənirlər.



Göründüyü kimi MDB-in enliyarpaqlı meşələrinin flora və faunası ilə şərqi Amerikanın enliyarpaqlı meşələrinin canlı aləmi arasında xeyli fərq nəzərə çarpır. Bu qrupların məskunlaşdığı ərazilərin təbii şəraiti uyğun olsa da biotasında kəskin fərq mövcuddur. Bunun əsas səbəbi biri-birindən aralı olan bu regionların geoloji tarixindən ibarətdir. Ona görə də ekoloji şəraitləri xeyli uyğun olmağına baxmayaraq bitki və heyvan növləri arasında quruluş və görkəmcə müxtəliflik yaranmışdır. Biotanın tərkibi ilk növbədə ərazinin geoloji tarixi ilə tə’yin edilir. Bununla hansı növün bu əraziyə keçmiş geoloji dövrdə yayılması aydınlaşdırılır. Qrupların ərazi strukturu əsasında yayılması və xarici görkəmi ekoloji şəraitə uyğun formalaşır. Beləliklə, qrupların yaranması onların yayıldığı ekoloji şəraitin uyğunluğu ilə tə’yin olunduğu halda, biotanın xüsusiyyəti ərazinin geoloji tarixindən asılıdır.

Biogeosenoz - Orqanizmlərin yayılması və inkişafı üsün labüd olan landşaft parsası, Ekosistem - Canlı orqanizmlə ətraf mühit amillərinin qarşılıqlı əlaqəsi, Ekotop - ərazinin torpaq, qrunt, hidroloji, mikroiqlim və s. amillərə münasibətinə görə orqanizmin məskunlaşdığı ərazi, Genefond – taksonların irsi xüsusiyyətinin daşıyıcısı, Fatsiya – birtipli landşaftı əks etdirən ən kiçik coğrafi kateqoriya, İnvaziya – orqanizmlərin qeyri-dövrü yerdəyişməsi (xəstəlik yayması), Konsorsiya – orqanizmlərin öz həyat fəaliyyətində yaşıl bitkilərdən istifadə etməsi, Populyasiya – növün elementar quruluş vahididir, Biotop – əraziyə xas olan abiotik amillərin məcmusu, Biosenoz – Yer kürəsinin hər hansı ərazisində yayılan bitki və heyvanat aləminin məcmusu, Fenaloji hal – bitkilərin fəsillər üzrə görkəmini dəyişməsi.

Biki və heyvanlar planetimizin səthində qruplar əmələ gətirir. Bu qruplardan ən kiçiyi biosenozdur. Biosenoz – quru və su hövzəsinin müəyyən birtipli sahəsində məskunlaşan, biri-birilə və abiotik amillərlə qarşılıqlı əlaqələri ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin tarixən təzahür tapmış məcmuudur. Biosenozun tərkibi əsasən aşağıdakı orqanizmlər qrupundan təşkil olunmuşdur.Biosenozların ekologiyası başqa sözlə, sinekologiya deməkdir. Sinekologiya növlərarası münasibətlərdən bəhs edir. Bios-həyat, kaynos- ümumi deməkdir. Biosenoz- quru və su hövzəsinin müəyyən, nisbətən eyni (oxşar) sahəsini tutan (orada yaşayan), bir-biri ilə və abiotik amillərlə müəyyən əlaqəsi ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusudur. Ətraf mühitin ən kiçik vahidi landşaft, ekoloci mənada isə biotopdur. Biotopun sakinləri hamısı birlikdə biosenozdur. Biosenozlar iki qrupa ayrılır: təbii və antropogen biosenozlar. Təbii biosenozlar (meşə, çay, çəmənlik və s.) uzun təkamül nəticəsində əmələ gəlir, ona görə də davamlı və sabitdir. Antropogen biosenozlar (tarla, bağ, kənd, şəhər və s.) qısa vaxtda yaradılır, özü də dəyişkəndir. Tədqiqatlar zamanı biosenozun sərhədi bitki örtüyünün dəyişməsi ilə təyin olunur, çünki bitki örtüyü vizual cəhətdən daha asan müəyyən olunur. İstənilən biosenoz əlaqədə olduğu mühiti dəyişdirir. Bu dəyişikliklər xüsusilə qapalı, birinci növbədə meşə biosenozlarında nəzərə çarpır. İstənilən biosenozun əsas xüsusiyyətlərindən biri - onun növ tərkibidir. Müəyyən biosenoza xas olan bitki və heyvan növlərinin ümumi sayı sabit qalır, lakin müxtəlif biosenozlar arasında o, tez-tez dəyişir. Rütubətli tropiklərin biosenozu növ tərkibinə görə daha zəngin, mülayim qurşağın biosenozları – kasıb, arid və soyuq regionların biosenozu isə daha kasıbdır. Hər bir biosenoz üçün bu və ya digər həyat qrupları formalarının üstünlük təşkil etməsi xarakterikdir. Məsələn, meşə biosenozlarında bitkilərdən fanerofitlər, otlardan- hemikrofitlər, arid zonaların biosenozunda isə – xamefitlər, geofitlər, terofitlər üstünlük təşkil edir. Bir sözlə, həyat formaları biosenozun ekoloci xüsusiyyətlərindən xəbər verir. Heç də bütün növlər biosenozda eyni qədər rol oynamır. Adətən, bitkilər arasında biosenozda daimi iştirak edən komponentlər- çoxillik bitkilər və inqridientlər-birillik bitkilər fərqləndirilir. Biosenozu təşkil edən orqanizmlər arasında say etibarilə çoxluq təşkil edən-dominantlar fərqləndirilir. Biosenozu təşkil edən müxəlif orqanizm qrupları üçün özünün dominantları xasdır. Belə ki, məməliləri həşəratlarla, və ya çiçəkli bitkiləri yosunlarla müqayisə adətən, biosenozu təşkil edən ayrıcı ağacların, kolluq və otların dominantlarını ayırırlar. Dominantlardan əlavə, subdominantlar-ikincib üçüncü dərəcəli növlər ayrılır. Bu anlayışlara kəmiyyət xarakteristikaları daxil edilir. Qeyd etmək lazımdır ki, dominantlıq heç də biokütlənin sayının yüksək olması ilə bağlı deyil. Dominantlıq nisbi anlayışdır. Dominant – başqa növlərdən üstün olan növdür. Məsələn, səhralarda dominantlıq edən yovşanlar geniş yayılmış bitki örtüyü daxilində cuzi kəmiyyətə, az biokütləyə və kiçik sahə örtüyünə malik ola bilər.

Meşə biosenozunda əlaqələr

Qrupun xarakterini və quruluşunu təyin edən dominantlara edifikatorlar deyilir. Adətən, bu termin bitkilərə aid edilir, lakin o, biosenozun xüsusiyyətlərini təyin edən heyvanlara, məsələn yereşən və ya dıranqlı heyvanlırı da aid edilə bilər. Su biosenozlarında müəyyən növ heyvanların edifikator rolu oynaması şübhə doğurmur. Adətən, biosenozu fitosenoz, zoosenoz, mikosenoz və mikrosenoza bölürlər.


Bekklemişev biosenozdakı əlaqələri 4 qrupa ayırır: trofik, topik, forik və fabrikasiya əlaqələri.

Trofik əlaqələr: Biosenozun bütün həyatı bu münasibətlər əsasında qurulduğundan, onun geniş və ətraflı təhlilə ehtiyacı vardır. Bu münasibətlər eyni biosenozda yayılan orqanizmlər arasında tez-tez müşahidə edilir və bəzən onun ərazilərindən kənara da çıxır. Belə münasibətlərin funksional istiqaməti müxtəlif ola bilər. Bu münasibətlərdən ən geniş yayılanı trofik (qida) münasibətdir. Məhz, orqanizmlər arasında trofik səviyyə onların qidalanma xüsusiyyətlərinə görə tə’yin edilir. Bir növün digər növün fərdinin hesabına (ya diri halda, ya ölü qalıqları, yaxud da həyat fəaliyyəti məhsuli ilə) qidalanması zamanı baş verir. İynəcənin digər həşəratı uçan halda tutması, peyin qurdu böcəyinin iri dırnaqlıların peyini ilə qidalanması, arının bitkinin nektarını toplaması onlara qida olan növlə bilavasitə əlaqəyə girməsi deməkdir.

Cəmiyyətdə (qruplarda) trofik əlaqələr qida zəncirinin sıx şəbəkəsini yaradaraq özündə produsentləri, müxtəlif sıra konsumentləri və redusentləri birləşdirir. Qida zəncirini təşkil edən hər bir manqa özündən əvvəlinə nisbətən az kütləyə malik olur. Ona görə hər bir qida zəncirini təşkil edən biokütlələrin düzümü nəticədə piramida şəklində formalaşır.


Trofik əlaqələr


Topik əlaqələr: bir növün həyat fəaliyyəti nəticəsində digər növün yaşayış şəraitinin istənilən fiziki və ya kimyəvi dəyişməsi ilə xarakterizə olunur. Bu əlaqələr olduqca müxtəlifdir. Onlar bir növün digər növ üçün mühit yaratması (məsələn, daxili parazitizmi və ya yuva kommensializmi), substratın formalaşdırması ilə əlaqədar digər növün nümayəndələri ya bura köçür, yaxud da əksinə suyun, havanın hərəkətinin təsiri, temperaturun, ətraf sahənin işıqlanmaının dəyişməsi, ayrılma (ifrazat) məhsulları ilə mühitin doyması və s. səbəbdən köçməkdən çəkinir (imtina edir). Milçək inək peyinində məskunlaşması, ağacın gövdəsində şibyələr, onlar üçün substrat və ya yaşama mühiti sayılan orqanizmlərlə bilavasitə topik əlaqədə olurlar. Digər orqanizmlər üçün mühit yaratmaq və ya mühiti dəyişməkdə bitkilər xüsusən böyük rola malikdir. Bitki örtüyü enerci mübadiləsi xüsusiyyətinə gübrə yer səthində istitliyin paylanması, mezo və mikroiqlimin yaranmasında güclü faktor hesab olunur. Meşə çətiri altında meşəaltı kollar, ot örtüyü, həmçinin heyvanat aləmi, az dəyişən (sabit) temperatur və yüksək rütubətlik şəraitində olur. Ot örtüyü ətraf ərazinin recimini az da olsa dəyişdirir. Bozqır şəraitində çim örtüyünün yanında ot olmayan yerə nisbətən torpağın səthində temperatur 8-12 dərəcə aşağı olur. Burada çoxlu xırda həşəratlar toplanır. Mənfi və ya müsbət topik qarşılıqlı əlaqələr nəticəsində növün biri biosenozda digərlərinin yaşamasını təyin və ya edir və ya kənarlaşdırır.

Topik və trofik əlaqələr biosenozda olduqca böyük əhəmiyyət daşıyaraq onun mövcudluğunun əsasını təşkil edir. Məhz bu əlaqə tipləri müxtəlif növdən olan orqanizmləri bir-birinin yanında saxlayır və onları müxtəlif miqyasda kifayət dərəcədə sabit qruplaşmada cəmləşdirir.





Forik əlaqələr: Bir növün digər növün yayılmasında iştirakı deməkdir. Nəqletmə (daşıma) rolunda heyvanlar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqlarıı bir yerdən başqa yerə aparması zooxoriy, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Daşıma (nəqletmə) adətən, xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsilə həyata keçirilir. Heyvanlar bitki toxumlarını-passiv va aktiv üsullarla tutub saxlaya bilər. Passiv tutmaq(ilişib qalmaq) heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi lişik qarmaq, tikan (üçbarmaq, pıtraq, fıstıq) heyvanın bədəninə (tükünə) ilişərək aparılır. Toxumların belə yayılması ən çox məməli heyvanlarda (məs. qoyun) müşahidə olunaraq kifayət qədər uzaq məsafələrə aparılır. Aktiv ilişmək üsulu- heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə ayırır. Göbələk sporlarının aparılmasıda həşəratların rolu böyükdür. Görününr, göbələklərin meyvə gövdəsi yayıcı həşəratlar üçün cəzbedicidir.
Forik əlaqələr

Fabrikasiya əlaqələri: Biomenotik əlaqənin belə tipində növ iştirak edərək öz tikintisində (fabrikasiya) ayrılma məhsulları, yaxud ölü qalıqlar, yaxud da hətta digər növün canlı fərdlərindən istifadə edir. Məs; quşlar yuvasını qurmaq üçün ağacların budaqlarından, məməlilərin tükündən, ot, yarpaq, başqa quş növünün tükü və lələyindən istifadə edirlər.

Fabrikasiya əlaqələri

Orqanizmlərin coğrafi yayılmasına və topoqrafik yerləşməsinə tə’sir edən ekoloji amillər


Müasir orqanizmlərin yayılması ilk növbədə onların məskünlaşdığı ərazilərin malik olduğu mühit amillərinə əsaslanmaqla tə’yin olunur. Mühit malik olduğu elementlərlə orqanizmlərə təsir edir. Mühitin hər bir elementi ayrı-ayrı orqanizmlərə müxtəlif dərəcədə tə’sir etdiyindən, onların formalaşmasında əsas amil hesab edilir. Əvvəllər tədqiqatçılar (V.Şafer) hesab edirdilər ki, elə mühit amili var ki, orqanizmə təsir etmir, lakin son tədqiqatçıların (A.Voronov) nəticələri göstərir ki, hətta hər hansı element mühitdə bir neçə orqanizmə müxtəlif dərəcədə təsir edir. Mühit amillərdən təşkil olunduğu üçün onun təsnifatı labüddür. Mühit amilinin təsnifatında əsasən iki forma-abiotik (cansız təbiət) və biotik (canlı təbiət) amillər qruplarını ayırmaq daha məqsədyönlü hesab edilir. Son vaxtlar bə’zi tədqiqatçılar xüsusi-antropogen amili ayırmağı təqdirə layiq hesab edirlər. Abiotik amillər sırasına ilk növbədə bu və ya digər ərazidə məskunlaşan bütün orqanizmlərə təsir göstərən iqlim amili (havanın rütubəti, yağıntının miqdarı, havanın temperaturu, səthə düşən işığın miqdarı, külək rejimi, atmosfer təzyiqi, atmosferin qaz tərkibi, gecə və gündüzün uzunluğu – işığ periodu) aid edilmişdir.

Yerüstü orqanizmlər üçün ikinci qrup abiotik amilləri (kimyəvi, fiziki, mexaniki) xüsusi tərkibə malik olan edofik amil təşkil edir. Ekstratın tərkibindən asılı olaraq bitki və heyvanat aləminin yayılmasında bu amilin xüsusi rolu vardır.

Üçüncü qrup amillərə (şəffaflıq, işıqlanma, təzyiq) dərinlikdən, bulanıqlıqdan və kimyəvi tərkibindən asılı olaraq orqanizmlərin yayılmasına və formalaşmasına təsir edən hidroloji amillər daxildir.

Abiotik amillərin dördüncü qrupunu relyefin əsas xüsusiyyətini özündə əks etdirən oroqrafik amil təşkil edir. Oroqrafik amil həm yerli (yamacların ekspozisiyası, dəniz səviyyəsindən yüksəkliyi, yamacların meyilliyi) həm də kənar (iqlimin hər hansı amilinə təsir edən dağ massivi, dəniz və okeanlardan olan məsafəsi) təsirlərə malikdir.

Biotik amillərə xüsusiyyətinə görə biri-birindən kəskin fərqlənən (simbiozluq, antaqonistlik, konkurentlik) müxtəlif qrup orqanizmlərin qarşılıqlı münasibəti aiddir. Bu münasibət müxtəlif sistematik qruplar və ya hər hansı növlər arasında mövcud ola bilər.

Əvvəllər orqanizmlərə insanın tə’siri də biotik amillər qrupuna daxil idi. Lakin insanların fəaliyyətinin heç də təbii amillərdən zəif olmaması və onun orqanizmlərə təsirinin miqyasını nəzərə alaraq onu xüsusi amil kateqoriyasına - Antropogen amilə ayırırlar. Beləliklə ekoloji amillər aşağıdakı kimi təsnif edilir:



  1. Abiotik amillər.

  2. Biotik amillər.

  3. Antropogen amillər.

Amillərdən hər biri özünə məxsus təsir amplitudasına malikdir. Bu temperatur, rütubət və digər amillərə tətbiq edilə bilər. Müxtəlif orqanizmlərin yaşayışını təmin edən amillər yığımının təsiri də müxtəlifdir. Mövcudluğu üçün amillər yığımının cüzi hissəsini tələb edən orqanizmlər – minimum, amillərin maksimum təminatını tələb edən orqanizmlər-maksimum təminatlı mühit amillərində formalaşmağa uyğunlaşan orqanizmlər qruplarıdır.

Aşağıda müxtəlif ekoloji amillərin bitki və heyvanat qruplarının inkişafında və yayılmasında göstərdikləri təsirlərə nəzər salaq.



İqlim amilləri. İşıq orqanizmlərin mövcudluğunu təyin edən əsas iqlim amillərindən biridir. Fotosintez və fotosintez prosesində iştirak edən bitkilər yalnız işıqda mövcuddurlar. Hərəkətə malik olmayan bitkilər müəyyən işıqlanma səviyyəsinə uyğunlaşmalıdırlar. Bu orqanizmlər işığa münasibətlərinə görə üç qrupa bölünürlər: yaxşı işıqlanmış şəraitdə məskunlaşan – işıqsevənlər - heliofitlər, işıq həsrətilə kölgədə yaşayanlar - fakultətiv heliofitlər, kölgəyə dözümlülər və bilavasitə kölgədə yayılan bitki orqanizmləri - stisiofitlər. Hərəkətə malik heyvanlar müəyyən işıqlanmaya mənsub məskunlaşma mühiti seçməklə, sutkalıq fəaliyyətləri zamanı da kifayət qədər işıq almağa səy göstərirlər. Heyvanat aləmi arasında da gündüz, gecə və qarışıq həyat tərzinə malik növlər vardır.

Kölgədə bitən bitkilər incə, nazik yarpaqları, zərif zoğları ilə səciyyələnir. Bu bitkilərdə mexaniki toxumalar zəif inkişaf edir. Əksinə, işıqda yayılan bitkilərdə yarpaqlar sıx, toxumalar yaxşı inkişaf edir, zoğlar yoğun və sıx olur. Bitkilər işığın təsirindən böyümə prosesinin dəyişməsi nəticəsində işıqlanma mənbəinə tərəf istiqamətlənirsə müsbət fototropizm, işıqlanma mənbəinin əksinə yönələrsə – mənfi fototropizm, işıq şüalarına perpendikulyar istiqamətlənərsə – transversal fototropizm adlanır.


Orqanizmlərin coğrafi yayılmasına və topoqrafik yerləşməsinə tə’sir edən ekoloji amillər
Edafik amillər. Edafik amillərə torpaq və qar örtüyünün orqanizmlərə göstərdiyi təsirlərin əsas xüsusiyyətləri daxildir. Bunun üçün substratın kimyəvi tərkibi (torpağın turşluğunu müəyyən edən hidrogen ionlarının konsentrasiyası, tez həll olan duzların və qida maddələrinin miqdarı) və fiziki xüsusiyyətləri (mexaniki tərkibi, yumşaqlıqı, aerasiya həddi) müəyyən edilməlidir.

Hidrogen ionlarının pH konsentrasiyası (torpaqda pH reaksiyası 7-ə çatanda-neytral, 7-dən artıq olanda-qələvi, 7-dən az olanda-turş) torpaqda turşlaşmanın gedişinə, bitki örtüyü və heyvanat aləminin inkişafına güclü təsir edən ekoloji amillərdən biridir. Hər bir bitki növü pH-n müəyyən amplitudasında inkişaf edir və onun müəyyən həddi bitkilərin növündən asılı olaraq optimum tə’sirə malikdir. Belə ki, Sfaqnum mamırı üçün torpaqda PH optimal həddi-3,5, çəmənlicə (huçka) və meşə xaçgülü üçün-4, dəvədabanı, öskürək otu və arpa üçün bu optimal hədd-6-7 pH-a bərabərdir. İbtidailərin bə’zi növləri pH-n 3,9-9,7 həddində geniş yayılır. Yağış soxulcanları pH qiyməti 4,4-dən aşağı olduqda dözmürlər, amma öz çanaqlarını qurmaq üçün kalsi tələb edən quru ilbizləri 7-8 pH-da yaxşı inkişaf edib yayılırlar.

Bitkilərin inkişafında xüsusi ekoloji əhəmiyyət kəsb edən kimyəvi elementlər azot, fosfor və kaliumdur. Bitkilərin inkişafı üçün daha çox tələb olunan elementlər adətən torpaqda çatışmır.

Hidroqrafik amillər. Su mühitinin xüsusiyyətləri onun havaya nisbətən kifayət qədər sıxlığa, az şəffaflığa, axına, müxtəlif dərəcədə duzluluğa, dərinlikdən asılı olaraq təzyiqin artmasına və işıqlanmanın azalmasına malik olması ilə səciyyələnir. Quru ilə müqayisədə sular stabil temperatur rejiminə malikdir. Belə ki, sularda temperatur sıfırdan aşağı yalnız sülb halında müşahidə edilir. Su hövzələrində temperaturbir sahədən digərinə tədriclə keçir. Nəhayət, suların kifayət qədər istilik tutumuna malik olması sularda qızma və soyuma prosesinin quruya nisbətən ləng getməsinə səbəb olur. Tropik qurşağın ərazi sularında temperatur həmişə yüksək, Arktika və Antarktidada daim aşağı, mülayim qurşağa mənsub sularda temperaturun tərəddüdü çoxdur. Bu göstərilən ekoloji şəraitdə formalaşan su orqanizmləri – stenoterm orqanizmlər qrupuna daxildirlər.

Oroqrafik amil. Digər ekoloji amillərdən fərqli olaraq oroqrafik amil orqanizmlərə həm birbaşa, həm də dolayı yolla təsir edir. Mikrorelyefin müxtəlif elementlərinin vəziyyəti (yamacların meyilliyi, ekspozisiyası, dəniz səviyyəsindən yüksəkliyi) orqanizmlərin məskunlaşma mühitinə kifayət qədər tə’sir göstərir. Makrorelyef üzvü aləmin xüsusiyyətlərinə müxtəlif tərkibə malik (güclü rütubətə və ya quraqlığa) güclü hava axınlarının və təsirli küləklərin qarşısını kəsməklə birbaşa təsir göstərir. Dağ sistemlərindən aralı sahələrdə yuxarıda göstərilən amillərin təsiri daha geniş miqyasda özünü göstərir. Belə ki, rütubətli qərb küləklərinin sirkulyasiyasının yolunda yerləşən Şimali Amerika Kordilyer dağ Sistemi, Şimali Amerikanın bitki zonallığında ciddi dəyişikliyə səbəb olmuşdur, yəni enlik zonallığın coğrafi zonallığı ilə əvəzləşməsinə enliyarpaqlı meşələrdən başlayaraq zonallığın şimaldan cənuba deyil, şərqdən qərbə özünün göstərməsinə səbəb olmuşdur. Bu regionda şərqdən qərbə enliyarpaqlı meşələri əvvəlcə hündür, sonra alçaq otlu prerilər, yarım səhra və nəhayət səhralar əvəz edir. Azərbaycanın Şimal hisəsində yerləşən Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin qarşısını kəsməklə cənub ərazilərdə subtropiklərin yaranmasına imkan yaratmışdır.

Biotik amil. Birlikdə yaşayan orqanizmlərin biri-birinə münasibəti müxtəlifdir. Orqanizmlər arasındakı bu münasibət – biotik münasibət adlanır. Biotik münasibətləri göstərdikləri təsirə əsaslanmaqla təsnif etmək olar. Bu təsnifat orqanizmlər arasındakı biotik münasibətlər haqqında ümumi anlayış yaradır.



Amensializm- bu biotik əlaqə formasında iki qarşılıqlı təsir göstərən növlərdən birinə birgə yaşamaq mənfi nəticə göstərib digəri isə ondan nə fayda alır, nə də zərər çəkir. Belə qarşılıqlı əlaqə təsirinə əsasən, bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac çətirlərin güclü kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə qonşuluq heç bir fərq göstərmir. Bitkilərdə bəzən birinin ayırdığı məhsul dibərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən, birbaşa rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs ubrunda rəqibə qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən istifadə olunur.
Amensalizm

Kommensializm- müsbət qarşılıqlı təsirin daha sadə tipi sayılır. İki növ arasında gedən qarşılıqlı təsirin bu formasında növün biri öz fəaliyyəti ilə (kommensala) qida və ya sığınacaq verir. Başqasının yaşayış yerinə köçən orqanizmlər (kommensallar) «ev yiyəsinə» heç bir ziyan yetirmir. Sığınacaq kimi ya tikintidən (yuva), yaxud digər növün bədənindən istifadə olunur. Ağacların gövdə qabıqlarında epifit bitkilərin məskunlaşması da kommensializm sayılır. Quş və gəmiiricilərin yuvalarında buğumayaqlıların olduqca çoxlu növləri məskunlaşır və ya digər birgə sakinlərin qalıqları hesabına qidalanırlar. Bir çox növlər yalnız yuvalarda yaşayır və oradan kənara çıxmırlar. Belə növlər nidikol adlanır.

Kommensalizm əlaqə tipi təbiətdə olduqca mühüm hesab edilir. Belə əlaqə növlərin daha sıx birgə yaşamasına, mühitdən, qida resurslarından daha tam istifadə etməyə şərait yaradır.

Lakin bəzən kommensalizm başqa əlaqə tipinə keçir. Məsələn, qarışqa yuvasında çoxlu qarışqalarla birlikdə stafilinid böcəyinin növlərinə rast gəlinir. Onlarıın yumurtaları, sürfə və pupları qarışqa balaları ilə birlikdə olur. Bu bulalar böcəyin yumurta, sürfə və baramasına qulluq edir, onları yalayır və xüsusi kameralara daşıyırlar. Bəzən qarışqalar iri böcəyi də qidalandırır.

Kommensalizm


Mutualizm-Təbiətdə növlərin geniş yayılan qarşılıqlı faydalı əlaqəsi mutualizm adlanır. Mutualistik əlaqələr əvvəlki parazitizm və ya kommensializm əsasında baş verə bilər. Qarşılıqlı faydalı birgə yaşayışın inkişaf dərəcəsi olduqca müxtəlif ola bilər- müvəqqəti qeyri-məcburi əlaqələr və partnyorların iştirakı hər ikisinin həyatı üçın mühüm mütləq şəraitə çevrilən əlaqədir. İki növün belə ayrılmaz faydalı əlaqəsi simbioz adını almışdır.

Mutualizm

Simbiotik əlaqənin klassik misalı şibyəni götərmək olar. Şibyə göbələk və yosunun sıx birgə yaşayış tərzidir. Şibyələrin tərkibinə göbələklərin üç sinif nümayəndəsi daxildir. Təbiətdə sərbəst vəziyyətdə ehtimal ki, şibyəli göbələyə rast gəlinmir. Göy-yaşıl, sarı-yaşıl, yaşıl və qonur yosunlar şöbəsində 28 cinsin nümayəndələri aşkar olunmuşdur. Təbiətdə 20000dən artıq belə simbiotik əlaqələr aşkar olunmuşdur. Sibir sidr şamı ilə bu ağacda yuva quran quşlar arasında mutualistik əlaqələr olduqca zəruridir. Bu quşlar ağacın toxumları ilə qidalanaraq, yem toplamaq instinktinə malikdir. Onlar xırda toxumları (qozaları) hissə-şissə mamır qatının və meşə tbküntüsünün altında gizlədirlər. Sonra isə onların çoxunu tapa bilmir və toxumlar cücərir. Beləliklə, quşların fəaliyyəti sidr şamının bərpasına kömək edir.

Şirəli meyvəsi olan biğkilərələ quşlar arasında da qarşılıqlı faydalı əlaqələr vardır. Onlar bu bitkilərin meyvələri ilə qidalanır ə adətən, həzm oluna bilməyən toxumları əraziyə yayırlar.
Simbioz

Parazitizm- Növlər arasında qida əlaqə forması olub, partnyor orqanizm (konsument) canlı sahibinin bədənindən həm qidalanma mənbəyi, həm də məskunlaşma (yaşama) yei 9daimi və ya müvəqqəti) kimi istifadə edir. Parazitlər öz sahibindən xeyli kiçik olur. Parazitizm yırtıcılardan fərqli olaraq növlərin dar çərəivədə ixtisaslaşması ilə səciyyələnir. Belə ki, sahib paraziti yalnız qida ilə deyil, həm də mikroiqlim, mühafizə və s. ilə təmin edir. Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə nə qədər yaxşı uyğunlaşarsa, onun orada çoxalmaq və nəsilvermək ehtimalı da artar.

Parazitlik əlaqələri ziyanverici həşərat və bitki, qansoarn həşərat, heyvan və s. ola bilər. Parazit həşəratlar çox vaxt epidemiyanın yayıcısı ola bilər (bitlər-tif, gənələr-ensefalit xəstəliyi və s.).

Yırtıcılıq, parazitizm və digər qida əlaqəlri variantlarının əsas ekoloci rolu orqanizmlərin ardıcıl olaraq bir-biriləri ilə qidalanaraq maddələrin dövranına şərait yaratmaqdır, məlumdur ki, onsuz həyatın mövcudluğu qeyri-mümkündür. Bu əlaqələrin digər mühüm rolu növlərin sayının qarşılıqlı tənzimlənməsidir.

Parazit həyat formaları: soldan sağa: saçaqlı lianalar, paltar güvəsi

Rəqabət (konkurensiya) - Oxşar ekoloci tələbatı olan növlər arasında baş verən qarşılıqlı əlaqə rəqabət adlanır. Y.oduma görə, rəqabət-eyni məqsədə can atan iki orqanizmin mənfi qarşılıqlı təsiridir. Belə növlər bir yerdə məskunlaşdıqda biri digərinin qida ehtiyatını, sığınacaq yerini azaldır (daraldır). Rəqabət - ekoloci əlaqələrin qarşılıqlı təsir göstərdiyi hər iki partnybra mənfi təsir göstərir. Rəqabət qarşılıqlı təsir forması olduqca müxtəlif – birbaşa fiziki mübarizədən sülh vəziyyətində yaşamağa qədər ola bilər. Bununla belə, eyni ekoloci tələbata iki növ bir qruplpşmada məskunlaşırsa, əvvəl-axırı rəqiblərdən bir digərini sıxışdırıb çıxarmalıdır. Rəqib növlərin birgə olmağının qeyri-mümkünlüyünü (uyuşmazlığı) hələ Ç.Darvin tərəfindən qeyd olunmuşdur. O, rəqabəti növlərin təkamülündə böyük rol oynayan, yaşamaq uğrunda mübarizənin mühüm tərkibə hissəsi hesab etmişdir.

Rəqabət mübarizəsində bir qayda olaraq həmin ekoloci vəziyyətdə ligərinə nisbətən üstünlüyə malik olan, yəni ətraf mühit şəraitində daha çox uyğynlaşan növ qalib çıxır.

Qruplaşmanın daxilində müxtəlif növlər arasında ən çox qida (yem) uğrunda rəqabət gedir. Güclü qtda rəqabəti bütövlüdə biosenoz üçün sərfəli deyil, ekosistemin təkamülündə növlərin bir hissəsi qruplaşanın tərkibindən ya sıxışdırılıb çıxarılıb, yaxud da növarası rəqabət formalaşaraq rəqabətin gücünü zəiflətmişdir.

Orqanizmlərdə rəqabət növlərarası və növdaxili ola bilər. Növlərarası rəqabət o vaxt baş verir ki, müxtəlif növlərin fərdləri eyni sərvətdən və ya maddədən istifadə edir və ya eyni təhlükəyə məruz qalırlar. Növdaxili mübarizə eyni növün fərdləri arasında baş verir. Rəqabət nəticəsində fərdlərin xeyli hissəsi məhv olur. Rəqabət növlərin yaranmasında və təbii seçmə prosesi əsasında baş verir. Xatırladaq ki, növdaxili mübarizə növlərarası mübarizədən daha kəskin gedir. Bu ondan irəli gəlir ki, eyni növün fərdləri ekoloji xüsusiyyətlərinə görə biri-birlərinə növarası fərdlərdən daha yaxın olduqlarından, mövcudluqları üçün münasib şərait uğrunda ciddi mübarizə aparmalıdırlar.


Rəqabət

Antropogen amil. Hazırda təbiətdə mövcud olan təsirlərdən kəskin fərqlənən antropogen amil öz təsirinə görə təbiətdə baş verən bütün proseslərdən güclüdür. İnsanlar orqanizmlərə birbaşa təsir edərək onları yaya və məhv edə bilir, dolayı yolla təsir edərək onların yaşayış mühitini dəyişdirir.

Orqanizmlərə insanların birbaşa təsiri nəticəsində təbiətdə mövcud olan onlarla bitki və heyvan növləri Yer üzündən silinmişdir. Əvvəllər qida, sonralar geyim və digər qiymətli məqsədlər üçün başlanan ovçuluq bir çox heyvan növlərinin kütləvi qırğını ilə nəticələnmişdir. Hətta, bəzi növlərin tamamilə məhv edilməsinə çox qısa vaxt lazım gəlmişdir. İ.Steller və V.Berinq sputniki dünya okeanında yeni növ dəniz məməlisi – dəniz inəyi aşkar etmişdir. Hesablama göstərmişdir ki, bu növün nəslinin kəsilməsi üçün cəmi 26 il lazım imiş. Çox kiçik yayılma arealına malik olan dəniz inəkləri yosunla qidalandıqları və insanlardan qorxmadıqları üçün sahilə yan aldıqlarından asanlıqla insanlar tərəfindən məhv edilirlər. Son illər insanlar tərəfindən Nyu-Faundlenddə yayılan qanadsız təmizciklər, Tasmaniyada yayılmış kisəli canavarlar, Afrikada bir çox antilop növləri tamamilə məhv edilmişdir. Vəziyyətin gərginliyini nəzərə alan Beynəlxalq təbiəti mühafizə ittifaqı özündə təhlükə qarşısında qalan, nəsli kəsilmək vəziyyətində olan və nadir növləri əks etdirən Qırmızı kitabı tərtib etdi. Onun ardınca bütün dünya dövlətləri, o cümlədən Azərbaycan Qırmızı kitabı nəşr etdi. Belə kitabın nəşr edilməsində məqsəd təhlükədə olan növlərin mühafizəsini təşkil etməkdən ibarətdir. Qoruq və yasaqların təşkili bir çox bitki və heyvan növlərinin mühafizə edilməsinə imkan versə də brakonyorluq, bitki xammalından istifadə hələ də öz təsirini göstərməkdədir.

İnsanların düşünərək və ya kortəbii şəkildə yaydığı növlər Yer kürəsində fauna və floranın tərkibini kəskin dəyişdirmişdir. Hətta bəzən düşünülmüş şəkildə köçürülən növ bu və ya digər ölkələrin təbiətinə mənfi təsir göstərir. Antropogen fəaliyyət nəticəsində yer kürəsində bir çox növlər geniş yayılmışdır. Bunlara ev siçanı, boz və qara siçovul, ev çibini və bitkiləri, zibilliklərdə və zibilxanalarda yayılan bir çox heyvan növləri, zəncirotu, adi acıqovuq, quşəppəyi kimi bitkilər aiddir. Bir çox adalarda flora və fauna insanlar tərəfindən formalaşdıqları üçün eynidir. İnsanlar tərəfindən adalara gətirilən növlər yerli növləri çox güclü şəkildə sıxışdırırlar. Yeni Zelandiyaya gətirilən qanadsız məməlilər, xeyli növ dördayaqlılar o cümlədən ev donuzları əvvəllər yalnız bu ərazidə yayılmış sürünənlərin nümayəndəsi – hatteriyanın, dəvəquşuyabənzər kivinin, bayquş tutuquşunun kəskin şəkildə azalmasına səbəb olmuşdur. Bu ərazidə maralın yayılması bir çox ağac və kol bitkilərinin tamamilə kökünü kəsmişdir. Keçmiş SSRİ-də Uzaq Şərqdə yayılan yenotabənzər itlərin digər rayonlarda akklimatizasiya edilməsi nəticəsində yerdə yuvalayan bir çox sənaye əhəmiyyətli quşların (binozi tetrası, tetra quşu, sibir xoruzu) azalmasına səbəb olmuşdur. Yenotabənzər itlər yuxarıda göstərilənlərdən əlavə insan üçün ağır fəlakətə səbəb olan quduzluğun virusunun daşıyıcısıdır. İnsan fəaliyyəti nəticəsində Yer kürəsində arealı dəyişdirilən fauna və flora onların düşdükləri ərazilərdə əvvəllər yayılan növlərlə heç bir ümumi uyğunluğa malik deyillər.

İnsanlar tərəfindən bitki və heyvan növlərinin məskunlaşdıqları mühitin dəyişdirilməsi qrupların inkişafının ləngiməsinə, hətta bəzən tamamilə məhv olmasına səbəb olur. Beləki, meşələrin qırılması aşağı yarus bitkilərinin və ağaclarda yuvalayan orqanizmlərin inkişafını dayandırır.

Sahələrin şumlanması, faydalı qazıntıların istifadəsi, çəmənlərin biçilməsi, otlaqların otarılması üzvü aləmin tərkibini dəyişərək bəzi növlərin məhv olmasına, digərinin yaxşı inkişaf etməsinə şərait yaradır. Nəticədə sinantrop (insan fəaliyyəti ilə bağlı) növlər Yer kürəsində sürətlə yayılaraq, fauna və floranın birtipli olmasına səbəb olur. Biz artıq insanlar tərəfindən dəyişdirilən planetdə yaşayırıq. Təbii landşaft sahələri artıq antropogen landşaftlar içərisində kiçik sahələri əhatə edir. Antropogen landşaftlar öz növbəsində əvvəllər bu ərazi üçün səciyyəvi olan landşaft komponentlərini özündə əks etdirə bilməz.

Antropogen təsirə məruz qalan ərazilərdə arealın strukturu və onu təşkil edən biosenozun tərkibi dəyişir.
Biosferin biocoğrafi mahiyyəti

Yer kürəsində mövcud olan orqanizmlərin yayıldığı və məskunlaşdığı təbəqə Biosfer adlanır. Biosfer terminini ilk dəfə fransız alimi C.B.Lamark 1786-cı ildə, biosfer haqqında anlayışı isə avstriya geoloqu E.Zuss 1875-ci ildə elmdə işlətmişlər. Lakin göstərilən tədqiqatçıların heç biri biosfer haqqında əsaslı elmi nəticə əldə edə bilməmişlər. Biosfer haqqında təlim məşhur rus alimi, geokimyaçı V.İ.Vernadski tərəfindən inkişaf etdirilmişdir.

Orqanizmlər qrupları ilə tutulan Yer qatı-Biosfer özündə atmosferin, hidrosferin və litosferin canlıların mövcud olduğu müəyyən təbəqələrini birləşdirir. Bioferə atmosferin aşağı hissəsi – 10-15 km yüksəkliyə qədər orqanizmlərin fəal həyat tərzinə malik olduğu troposfer, dərinliyi 11 km-ə çatan və bütün qalınlığı boyu həyat müşahidə edilən hidrosfer və bərk təbəqənin yuxarı hissəsi – qalınlığı 30-60, bə’zən 100-200 metrə çatan yer qabığı daxildir.

Quruda və ya okeanda orqanizmlər biokütləsinin paylanmasında hesablama metodundan asılı olmayaraq ümumi qanunauyğunluq mövcuddur. Okeanlarda ümumi biokütlə qurudan xeyli azdır. Bitki biokütləsinin əksər hissəsi quruda yayılmışdır. Dünya okeanındakı heyvan biokütləsi bitki biokütləsindən artıqdır. Quruda bitki biokütləsi qurunun heyvanat aləminin biokütləsindən bir neçə dəfə çoxdur.

Quruda biokütlənin ən çox toplandığı ərazi biokütlənin miqdarının 1017-1018-qr-a çatdığı meşə sahəsidir. Yer kürəsinin ot bitkilərinin biokütləsi 5-10 dəfə meşə bitkilərinin biokütləsindən azdır.



Məhsuldarlığın yaranmasında və işlənilməsində müxtəlif qrupların rolu da müxtəlifdir. Bu xüsusiyyətlərə görə orqanizmlər üç qrupa ayrılır. 1)Produsentlər – fotosintezə malik yaşıl bitkilər və xemosintezə malik bikteriyalar – yəni ilk məhsul verən orqanizmlər. 2)Konsumentlər - birinci və ya ikinci məhsulu mənimsəyən orqanizmlər – hazır üzvü maddələri mənimsəyərək onu üzvü maddənin digər formasına çevirən orqanizmlər (heyvanlar, parazit bitkilər). 3)Redusentlər – (destruktorlar) ölü üzvü maddələr hesabına yaşayan və onu mineral maddəyə çevirən orqanizmlər (bakteriyalar, göbələklər və s.).

Konsumentlər də öz növbəsində üç yarım qrupa ayrılır: bitkilər tərəfindən yaranmış üzvü maddələrlə qidalanan fitofaqlar, bitki yeyən orqanizmlər birinci sıra konsumentlər, bitki yeyən orqanizmlərlə qidalanan parazitlər və yırtıcılar ikinci sıra konsumentlər, parazitlərlə və yırtıcı orqanizmlərlə qidalanan yırtıcılar və parazitlər isə üçüncü sıra konsumentlər qrupunu təşkil edirlər.

Son vaxtlar tədqiqatçılar biosferin hüdudlarına dair müxtəlif dəlillər gətirərək orqanizmlərin mövcud olduğu və hətta qısa vaxt intervalında insan ayağı dəyən əraziləri də biosferin tərkibinə daxil edirlər. Belə ki, son vaxtlar Amerika Birləşmiş ştatlarının kosmonaftlarının ayda olması, Kola yarımadasında 10km. dərinliyi olan kəşfiyyat quyusunun sularında müxtəlif mikroorqanizmlərin tapılması tədqiqatçıların yuxarıdakı qənayətə gəlmələrinə əsas vermişdir. Göstərilən mülahizələr hələlik elmi dəlillərlə əsaslandırılmadığından biosferin qalınlığı əvvəlki həddini saxlayır.

İ.V.Vernadski (1944) göstərmişdir ki, biosferin altında qalınlığı 5-6 km-ə çatan, lakin tam örtük təşkil etməyən çökmə suxurlar oblastı mövcutdur. V.İ.Vernadski bu oblastı stratisfer adlandırmışdır.

Biosferin malik olduğu bütün ərazilərdə fəal həyat müşahidə edilir. Beləki, troposferin yuxarı qatında, kəskin soyuq və isti regionlarda orqanizmlər sakit vəziyyətdə mövcud ola bilər. Biosferin belə şəraitə malik olan ərazilərini Xatçinson (1972) Parabiosfer adlandırmışdır. Xatırladaq ki, biosferin orqanizmlərin aktiv vəziyyətdə mövcud olduğu ərazilərində həyat qeyri-bərabər paylanmışdır.

Bütünlüklə hidrosferin malik olduğu qatı və bitkilərin torpaqda və troposferin aşağı qatında yayıldığı şaquli qatı V.İ.Vernadski canlı maddələrin aramsız fəaliyyət qatı adlandırmışdır.

Mə’lumdur ki, Yer kürəsində baş verən bütün təbii proseslərin ilkin mənbəi Günəşdir. Üzvü maddələrin (SN2) Sintezini təşkil edən əsas proses – fotosintez yaşıl piqmenti – xlorofili – özündə saxlayan bitkidə işığın tə’sirilə baş verir.

Fotosintez çox aşağı faydalı tə’sir əmsalına malik olması ilə səciyyələnir. 1972-ci ildə Xatçinson hesablamışdır ki, bitkilər quruda optimal şəraitdə mövcud sahəyə düşən günəşin görünən şüalanmasınan cüzi hissəsini mənimsəyə bilər. Xatırladaq ki, şüalanmanın bütün yer səthi üçün faydalı tə’sir əmsalı 0,1 – 0,3 % təşkil edir. P.Dyuvin, M.Tanq (1958) güman edirlər ki, bitkilər Yer səthinə düşən günəş enerjisinin bir faizindən istifadə edirlər. Bitkilərin günəş enerjisindən istifadə əmsalının azalmasının səbəbini bir çox tədqiqatçılar hidrosfer və troposferdə CO2 az olmasında görürlər. Fotosintezin geniş reaksiyası aşağıdakı şəkildə yazılır:
6CO2+6H2O+674000 kal=C6H12O6+6O2
Həqiqətən fotosintez prosesi mürəkkəb reaksiya zəncirinə malimkdir. CN2, karbon qazından və sudan formalaşdığı reaksiya nəticəsində tədriclə müxtəlif üzvi maddələrə çevrilərək reaksiyanı zülala çatana kimi davam etdirir.

Fotosintezin gedişində üzvi maddələrin toplanması ilə yanaşı xlorofilli bitkilər günəş enerjisini udaraq, onu bir müddət biosferdə saxlayır. Bitkilərdən istifadə edən konsumentlər üzvü maddəni çevirərkən onda qalan enerjini də udur, redusentlərin sonrakı fəaliyyəti nəticəsində üzvü maddələr çürüyür, minerallaşaraq ölü üzvi materiyaya çevrildikdə həmin enerji azad olur.


FOTOSİNTEZ

Göstərilənlər sübut edir ki, təbiətdə maddələr dövranının əsas təkanverici qüvvəsi bitkilərdir. Bununla yanaşı bitki örtüyü iqlimin, heyvanlar aləminin və biosferin digər komponentlərinin də formalaşmasına öz təsirini göstərir.
Bitkilər insanların da həyatında böyük rol oynayır. Belə ki, bitkilər oksigen mənbəyi olmaqla, insanlarla ətraf mühit arasında gedən maddələr mübadiləsində iştirak edirlər. Əczaçılığın inkişafında bitkilər əvəzolunmaz mənbədir.

Torpağın su və külək eroziyasından qorunmasında, onun məhsuldarlığının artmasında bitkilər xüsusi əhəmiyyətə malik olmaqla, insanlara estetik zövq verir və onların inkişafına psixogigienik təsir göstərirlər. Bitkilərin insan həyatında nəzərə çarpan mənfi xüsusiyyətləri (alaq otları, su anbarlarını bitkilərin basması, otlaqların və yolların körlanması və s.) Azdır və bu sahədə həlli mümkün olmayan problemlər yoxdur.

İnsan öz fəaliyyəti ilə bitkilərə həm müsbət və həm də çox böyük mənfi təsir göstərir. Geniş sahələrdə böyük məhsuldarlığa malik mədəni bitkilərin becərilməsi fotosintez prosesinin ərazidə antropogen inkişafına səbəb olur. Belə fəaliyyət zamanı insanlar müxtəlif meliorasiya tədbirləri (torpağın dşoranlaşmasının qarşısını almaq, bataqlıqları qurutmaq, otlaqların bitki örtüyünü dəyişmək və s.) Həyata keçirir, meşələr salır, şəhər və qəsəbələrdə yaşıllaşdırma işləri aparır, meşə və mədəni bitkilərin ziyanvericilərinin məhv edilməsi üçün aqrobioloji tədbirlər işləyib hazırlayırlar.

İnsanın bütün fəaliyyəti onun təsərrüfat formasından, işə yanaşma üsulundan, ərazinin və malik olduğu sistemin quruluşundan asılı olmayaraq təbiətə müsbət təsirlə yanaşı, mənfi təsirini də unutmaq olmaz.

İnsanların meşələrə və bitkilərə birbaşa göstərdikləri mənfi təsir su anbarlarının tikintisi, faydalı qazıntı yataqlarından açıq istifadə, yanğınlar və yeni əkin sahələrinin istifadəsi zamanı daha qabarıq şəkildə nəzərə çarpır. Bunlarla yanaşı torpaqların şoranlaşması, ərazinin hidroloji rejiminin dəyişdirilməsi və zəhərli kimyəvi maddələrlə çirkləndirilməsi bitki örtüyünün məhv olmasına səbəb olur.

Bitkilər özünü bərpa qabiliyyətinə malik təbii sərvət olduğuna baxmayaraq, insan tərəfindən dəyişdirilmiş mühit onların tamamilə məhvinə olmasına səbəb olur və nəticədə ümumiyyətlə təbii landşaft pozulur və bioloji məhsuldarlıq azalır.

Ümumiyyətlə, canlı aləmin təbii təkrar istehsalı nəinki təbii proseslərin xüsusiyyətindən, eyni zamanda kosmik aləmin dövranı ilə də bağlıdır.
Elm və texnikanın inkişafı nəticəsində yeni məmulatların yaranmasına baxmayaraq, ağacdan hazırlanan əşyaların əvəz edilməsi mümkün olmamış, əksinə əgər 20 il bundan əvvəl ağacdan 4-5 min adda müxtəlif məmulatlar hazırlanırdısa, indi onların sayı 20 mindən artıqdır (n.a.qladkov, 1987). Ona görə əvvəllər yanacaq və tikinti materialı kimi məşhur olan meşə sərvəti, artıq indi müdafiə, mədəni-məişət əhəmiyyətli universal xalq təsərrüfatı xammal bazasına çevrilmişdir.

EKOSİSTEM


Yer səthini keyfiyyət kateqoriyasına görə bölərkən ”ekosistem” terminindən istifadə edirlər. Yer kürəsinin bütünlüklə quru hissəsi, səciyyəvi iqlimi, relyefi, torpağı, bitki örtüyü və heyvanat aləmi ilə birlikdə, mülayim qurşağın meşə sahəsi, iynəyarpaqlı bitki növləri, podzollaşmış torpağı, (düzəlmiş suayrıcılarında) kiçik talalarındakı otlarla və torpaq səthində yayılmış mamırla birlikdə iynəyarpaqlı meşə sahəsi (tayqa) və arid-quraq iqlimi, efemer bitki örtüyü və boz torpaqları ilə fərqlənən, adətən faunası sürünənlərdən və kəsəyənlərdən ibarət olan yarımsəhralar özlüyündə ekosistemdirlər. Ekosistem terminini elmə daxil edən ingilis tədqiqatçısı A.Q.Tensli orqanizmlərin məskunlaşdığı mühit amillərilə münasibətlərini və qarşılıqlı əlaqələrini özündə cəmləşdirən təbii inkişaf formasına malik ərazi kompleksini ekoloji sistem adlandırmışdır. Tədqiqatçının fikrincə eyni ərazidə məskunlaşan orqanizmlər (avtotrof və heterotroflar) onların yaşaması üçün labüd olan abiotik mühit amilləri ilə birlikdə ekoloji sistemdir. Ekosistemlə biogeosenoz anlayışları arasında xeyli nəzərə çarpan fərq mövcuddur. Biogeosenoz – fitosenozuna görə qonşu biogeosenozdan təbii ayrılmış kəmiyyət göstəricisinə malik məkan vahiddir. Ekosistem – funksiyalı vahiddir və başqa ekosistemdən məkanca təcrid olması labüd deyil. Biogeosenoz hətta antropogen təsirə məruz qalsa da həmişə təbii hadisədir, ekosistem isə əksinə, bütünlüklə süni (akvarium, kosmik gəmi) ola bilər. Ona görə də, ekosistem terminin yalnız biogeosenozlar toplusu kimi deyil, biogeosenoz termini tətbiq edilmədiyi halda da işlətmək olar.
Təbii ekoloji sistemlər insan fəaliyyəti ilə əlaqəli və təmasda olduğundan ekosistemlər insanları və onların təbii mühitini də əhatə edir.


Ədəbiyyat siyahısı:
Ramiz Abdullayev. «Biocoğrafiya». Bakı 2005

Telman Xəlilov. «Ekologiya və ətraf mühiti mühafizənin əsasları». Bakı 2009

Qərib Məmmədov, Mahmud Xəlilov. «Ekologiya və Ətraf mühitin mühafizəsi». Bakı 2005

Qara Mustafayev, Elmira Əlizadə. «Ekologiya». Bakı 2001

K.M. Petrov. «Bioqeoqrafiə». Moskva 2006
Şəkillər aşağıdakı saytlardan götürülmüşdür:
www.balatsky.ru

www.sporexpress.blogspot.com

www.ksyushart.com.ua

www.dimijianimages.com

www. elementy.ru

www. varson.ru

www. priroda.clow.ru

www. ebio.ru

www. askabiologist.asu.edu


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə