Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir




Yüklə 26.08 Kb.
tarix21.04.2016
ölçüsü26.08 Kb.
Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir
Məqalə Humanitar Tədqiqatlar Cəmiyyəti (HTC) tərəfindən İngiltərənin Beynəlxalq Həyəcan Təşkilatının (International Alert) maliyələşdirdiyi layihə əsasında hazırlanmışdır.

Bu silsilədən növbəti yazını oxuculara təqdim edirik.


Türkiyə-Ermənistan sərhəddi açılacaq. Amma nə vaxt? Bu günün sualı budur!
Oktyabrın 8-də Azərbaycan və Ermənistan prezidentlərnin növbəti görüşü keçirildi. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması və protokolun imzalanmasının ehimal olunduğu bir müddətdə bu görüşün keçirilməsinin əhəmiyyəti və yaxud zərəri barəsində az danışılsa da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olacağı istisna olunmur. Xüsusən bu Türkiyənin təşəbbüsləri hesabına münaqişəyə diqqətin yönəlməsindən sonra daha inandırıcı görsənir.
Türkiyə-Ermənistan sərhəddinin məhz Qarabağ münaqişəsi ilə əlaqədar olaraq bağlanmasını və uzun müddətdir ki, Türkiyənin bu prinsipial mövqeyindən geri çəkilməyəcəyəini vurğulayan Azərbaycan ictimaiyyəti indi elə Türkiyənin özü tərəfindən atılan “açılım” qarşısında arqumentsiz qalmaqdadır. Yoxsa başqa şərtlər vardır ki, ictimaiyyətin xəbəri yoxdur!
Türkiyədə gözəl bilirilər ki, Azərbaycanın geosiyasi seçimi Avropa-Rusiya-Şərq ölkələri arasında normal münasibətlərin saxlanılmasına yönəlib. Hətta, Azərbaycanın Rusiya ilə qaz razılaşması onun bu ölkə ilə münasibətlərinin qarşılıqlı maraqların nəzərə alınması fonunda verilən bir qərar idi. Türkiyənin isə Ermənitanla münasibətlərinin normalaşdırılması öz ölkəsi üçün nəzərdə tutulmuş maraqların təmin olunması ilə yanaşı Avropa Birliyi və Amerikanın xoşuna gələ biləcəyi və inteqrasiyaınn sürətlənməsinə yönəlmiş bir addımdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini, prezidentin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Araz Əzimovun jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, “Biz başa düşürük ki, Türkiyə öz maraqlarına uyğun olaraq Ermənistanla prinsipial məsələri həll etməlidir. Çünki Ermənistan uzun müddədir ki, Türkiyə qarşısında müvafiq şərtlər qoyurdu. İndi şərtləri aradan götürməyə hazır olduğunu bidiribsə, yəqin ki, bu Ermənistanın mövqeyində bir dönüş kimi qəbul edilə bilərdi”
Baxmayaraq ki, Türkiyənin özündə Ermənistanla sərhəddin açılmasına birtərəfli münasibət mövcud deyil. Türkiyə cəmiyyətinin əksəriyyəti və siyasi elita Azərbaycanın ərazilərinin işğalı faktı aradan qalxmayınca münasibətlərin normallaşmasını Ərdoğan hakimiyyətinin ölkəninin strateji maraqlarına zidd addımı kimi qəbul edirlər. Lakin, Türkiyədə ekspertlər səviyyəsində sərhədlərin açılması regionda inkişafın əldə olunmasına təsir edəcəyini qeyd edirlər.
Azərbaycanda da DQ münaqişəsi həll edilmədən sərhəddin açılması, Ermənistanın iqtisadiyatının dirçəlməsinə gətirib çıxaracağını düşünürlər. Uzun illərdir ki, Azərbaycanda zəif iqtisadiyyata malik olan Ermənsistana məhz iqtiasdi təzyiqlərin olunmasını münaqişənin həll olunmasında, onun ədalətli mövqeyə sürüklənməsində çıxış yollarından biri olacağını düşünənlər az deyil. Elə bu baxımdan da, sərhədlərin açılmayacağına Azərbaycanda əsassız ümid vardır ki, bu əhəmiyyətli və sağlam müzakirə aparmağa imkan vermir.
Jurnalist Kərim Kərimlinin qənaətinə görə “Türkiyə ilə Ermənistan arasındakı sərhəddin əslində prinsipcə bağlı olmadığı və qeyri dövlət strukturları arasında gediş – gəlişin heç də qadağan olunmadığı məlumdur. Bir yerdə ki, ticarət, biznes əlaqələri var, birgə iqtisadi maraqlar mövcuddur, orada hansısa “bağlılıqdan” söhbət etmək artıq işdir”.
Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan Trend News-a verdiyi müsahibəsində bildirib ki, Türkiyə ilə Ermənistan arasında avqust ayında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun yekun variantı oktyabrın 10-da və ya 11-də Türkiyənin XİN rəhbəri Davudoğlu ilə ermənistanlı həmkarı Nalbandyan arasında imzalanacaq. Türkiyənin Xarici siyasətinin region dövlətləri tərəfindən deyil, eyni zmanda bütün dünya dövlətləri tərəfindən dəstəkləndiyini qeyd edən Ərdoğan "Qonşu ölkələrlə dostluq əlaqələri qurmaq istəyirik " – deyə bəyan edib.
Məsələyə münasibət bildirən Qafqazşünas alim, tarix elmləri doktoru İradə Bağırovanın fikrinə görə Türkiyənin Ermənistanla sərhədləri açmasına o qədər də mənfi yanaşmaq lazım deyil. Əgər Ermənistan Türkiyə ilə sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması hesabına ölkənin blokada problemini həll etməyə ümid edirsə, Türkiyə də ən azı ona nail olur ki, Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü ən ağır ittiham – qondarma soyqırım barədə tarixçilərin komissiyasını yaratmaq barədə razılıq əldə edir.
Bu arada Ermənstanda çox gərgin və dinamik müzakirələrin getdiyinin şahidi olduq. Ən məsuliyyətli müzakirələrdən biri parlamentdə və Ermənstan prezidentinin diaspora nümayəndələri ilə keçirilən görüşləri oldu.
Oktyabrın 1-dən başlayaraq Ermənistan prezidentinin Türkiyə və Ermənistan münasibətlərinin müzakirə etmək üçün Paris, Nyü-York, Los-Anceles, Beyrut və Rostov-dona nəzərdə tutulan səfəri başladı. Səfər qabağı parlamentdə ciddi ittihamlar eşidən S.Sarkisyan eyni zamanda diasporanın tanınmış simalarının da dəstəyinə arxayındır. Tanınmış musiqiçi, Ermənistanın İseveçrədəki səfiri Şarl Aznavur Ermənistan prezidentinin diaspora nümayəndələri ilə görüşünü yüksək qiymətləndirmişdir. Onun qənaətinə görə, ümumimilli əhəmiyyət kəsb edən bir məsələ ilə bağlı xaricdə yaşayan ermənilərin fikrinin öyrənilməsi, mövcud narahatçılığın aradan qaldırılması üçün çox vacib şərtdir. Eyni zamanda bu ermənilərin gələcəkdə ata biləcəkləri addımla bağlı fikir mübadiləsi aparılmasına təkan vermiş olacaqdır.
Parlamentdə müzakirələrdə aktiv mövqe nümayiş etdirən siyasi partiyalar koalisiyası Türkiyə-Ermənistan arasında protokolun imzalanmasına razı olduqlarını bildirsələrdə, digərləri bunu Ermənistan üçün “ciddi təhlükə” adlandırırlar. Ermənistan parlamentinin spikeri Ovik Abramyan qeyd edib ki, diaspora ilə məsləhətləşmənin protokolu müzakirə etmədən başlamaq daha yaxşı olardı.
Bu arada Türkiyənin prezidenti Abdulla Gül rəsmi olaraq Serj Sarkisyanı Türkiyəyə futbol matçının seyr etməyə dəvət etdi. Oktyabrın 14-də Əskişəhərdə keçirilən futbol yarışını seyr etməyə tərəddüd edən S.Sarkisyana Türkiyədən cavab özünü çox göşlətmədi. Ərdoğan “20-lərin sammitində” bəyan etdi ki, “əgər Abdulla Gül Ermənistana gedibsə Sarkisyanın Türkiyəyə gəlməsində heç bir problem yoxdur”.
Ermənistanda bütün səviyyələrdə aparılan daxili müzakirələr bir daha onu nümayiş etdirir ki, qisa müddətdə disapora ilə erməni ictimaiyyətinin ümumi məsələləri müzakirə etməsində ciddi maneələr yoxdur. Əksinə, diasporanın sərhəddin açılmasını kəskin tənqid edəcəyini düşünənlər, Ermənistan prezidentinin səfəri zamanı ona dəstək nümayiş etdirdiklərinin şahidi oldular. Lakin, bu heç də Ermənistan prezidentinə öz planlarını reallaşdırmaq üçün imkan verməyib.
Qlobal və regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan erməni diasporasının Türkiyə ilə əməkdaşlığın qurulmasına münasibətini eqoizm adlandırıb. Onun sözlırinə görə, Erməni diasporasının əsas məqsədi Türkiyəyə zərər vurulmasından ibarət olduğu halda Ermənistan iqisadiyyatı çətin dövrünü yaşayır. Ermənistan diasporadan 50 milyon dollar aldığını iddia edən ekspert hesab edir ki, “əgər diaspora yardımı 5-7 milyad dollar həçmində artırmış olsaydı, onda sərhəddin açılması prosesini sonraya saxlamaq mümkün olardı”.
Həftənin sonunda Yerevanda Türkiyə-Ermənistan protokolunun müzakirəsinə həsr olunmuş bir müzakirə diqqətimizi çəkdi. Avrasiya Fondunun maliyyə dəstəyi ilə İnsan İnkişafı Beynəlxalq Mərkəzinin keçirdiyi müzakirılərdə ekspertlər 5 əsas məsələ ətrafında fikir mübadiləsi aparmışlar. Sükuta dalmış blokadadan azad olma, maraqlı tərəflər arasında sərhəddin açılması, qərbi cəbhədə yenlikisiz, uduş və qalib müəyyən deyil, atla gediş kimi sualar ətrafında müzakirə aparan ekspertlər sərhəddin açılmasına müxtəlif mövqelərdən qiymətləndirməklə yanaşı məsələnin ictimai müzakirəsini məqbul sayırlar.
Ermənistandan fərqli olaraq Azərbaycanda ciddi müzakirələr aparmaq həvəsində olanların sayı çox azdır. Azərbaycan ictimaiyyətinin nümayəndələri hesab edirlər ki, Ermənistan torpaqların işğalına son qoymayana qədər ona təzyiqlərin davam etdirilməsinə ehtiyac vardır. Ona görə də, ölkədə müzakirələrin aparılmasının əhəmiyyəti vurğulanmır. Müzakirələri aparan ictimaiyyət nümayəndələrinin isə bütün ölkəyə yayımlanan radio və televiziyaya çıxışı olmadığlndan onların səsi məhdud auditoriyada eşidilir.
Oktyabrın 9-da Humanitar Tədqiqatlar Cəmiyyəti Britaniyanın İnternational Alert təşkilatının dəstəyi ilə Mətbuat Mərkəzində “Kişinyov görüşü: Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gözləntilər” mövzusunda keçirdiyi dəyirmi masada əsas diqqət yetirilən məsələ məhz danışıqların indiki mərhələsində tərəflərin qazana biləcəyi olub.
HTC direktoru Əvəz Həsənov bildirib ki, bu sammitdən problemin həlli ilə bağlı gözləntilər çox olub. Lakin görüşdə münaqişənin həlli ilə bağlı ciddi addım atılmasa da irəliləyiş üçün əsas vardır. Onun sözlərinə görə, Türkiyə tərəfi bildirir ki, bu vaxta qədər Qarabağ münaqişəsinin həlli ilə bağlı əlindən gələn dəstəyi edib. İndiki halda isə onlar kifayət qədər planlı addımlar atmaqla regionda qonşuları ilə münasibətlərini normallaşdırmağa çalışırlar ki, bu da şəksiz ki, Qarabağ məsələsinə də müsbət təsir edəcəkdir.
Tədbirdə iştirak edən politoloq Rasim Musabəyov bildirib ki, “8 oktyabr Kişinyov görüşünün yekunlarına dair sənəd imzalanmayıb və bu, əvvəldən də nəzərdə tutulmamışdı”, Ən yaxşı halda nizamlanma prinsiplərinin razılaşdırılmasını və XİN rəhbərlərinə çərçivə sazişi hazırlamaq tapşırığı verilməsini gözləmək olardı. “Bununla belə, danışıqların müsbət atmosferdə keçdiyini qeyd etmək olar ki, bu da tərəflərin mövqelərinin bir qədər yaxınlaşmasına nail olunduğunu düşünməyə əsas verir”, deyə Musabəyov əlavə edib.
Lakin, Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevin fikrincə, hətta Türkiyə-Ermənistan yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə mümkün müsbət təsiri Azərbaycana yaxşı heç nə vəd etmir. O hesab edir ki, Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim edilmiş Madrid prinsipləri əsasında aparılan hazırki danışıqlar prosesi, faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına yönəlib.
“İnam” Püliralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu, konfliktoloq Rauf Rəcəbov və Surxan Lətifovun qoşulduğu müzakirələr zamanı Türkiyənin indiki danışıqlara getməsi və sərhəddi açmaq istəyi onun regionda, xüsusən qonşularla xoş münasibət qurmaq və inteqrasiyanı dərinləşdirmək istəyindən irəli gəlir. Bu məsələ isə Türkiyədə müxtəlif cür qarşılansa da, 2008 avqust hadisələrindən sonra regionda münaqişələri status-kvo vəziyyətində saxlamaq mümkün deyil. Bu baxəmdan da Türkiyə Ermənistanla olan tarixi mübahisələrini çözmək üçün önəmli addım atıb.
Hörmətli oxucular, təqdim etdiyimiz yazilarla bağlı rəy və təkliflərinizi bölüşmək istəyirsinizsə avazyh@yahoo.com unvanına məktub ğöndərməklə, ideyanın müəllifi Əvəz Həsənovla əlaqə saxlaya bilərsiniz.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə