Bakı Dövlət Universiteti




Yüklə 166.26 Kb.
səhifə1/3
tarix27.02.2016
ölçüsü166.26 Kb.
  1   2   3
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti


Hüquq fakulatəsinin I kurs 1354-cü qrup tələbəsi Əhmədov Həmid İsmət oğlunun

Xarici ölkələrin dövlət və hüquq tarixi fənnindən

“Türkiyə respublikasının yaranması” mövzüsunda
KURS İŞİ

Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası

Elmi rəhbər hüquq elmləri namizədi dosent Elbəy Nəbiyev

İMZA:


KURS İŞİ

Türkiyə Respublikasının yaranması

Plan:

1.XX əsrdə Osmanlı imperiyasında inqilabi proseslər.

2.Milli-azadlıq hərəkatı və Mustafa Kamal Atatürk.

3.1924-cü il konstitusiyası.

4.Yekun


Osmanlı imperiyası II Vyana mühasirəsinin uğursuzluğundan sonra geriləməyə başladı.XVIII əsrdən sultan bəzi islahatlar keçirməyə başladı,XIX əsrdə tənzimat islahatlarının keçirilməsinə baxmayaraq geriləmənin qarşısı alına bilmədi.Ölkə yarımfeodal yarımmüstəmləkəyə çevrilmişdi.Xarici ölkələrdən asılıq artmaqda idi,sultan ölkəni idarə etmək iqtidarında deyildi.Ənənəvi idarəçəlik aparatı müasir dövrün tələblərinə cavab vermirdi.Həmçinin dövlətin dini xarakteri,müasir islahatların pislənməsi inkişafı ləngidirdi.Bu dövrdə Avropa ölkələri xeyli inkişaf etmiş,hüquqlarını müasir dövrə uyğun qurmuşdular.Həmçinin yeniçərilərin intizamsızlığı,əmrlərə tabe olaması nəticədə Osmanlı ordusunun ard-ardına məğlub olmasına gətirib çıxarırdı.İmperiyenın çöküş səbəblərindən biri də maliyyə idi,istehsalda ibtidai üsullardan istifadə,yeni elmi texniki naliyyətlərdən istifadə etməmək dövləti məhvə sürükləyirdi.Sex korporasiyaları fəaliyyət göstərir,daxili gömrük maneələri var idi.Kəndlilər torpaqsız idi,torpaqlar mülkədarların əlində cəmləşmişdi.İmperiyanın ağır vəziyyətə düşməsinin bir sıra xarici səbəbləri də var idi,beləki bir çox xarici dövlətlər o cümlədən Çar Rusiyası bu dövləti işğal etmək istəyirdi.Avropa dövlətləri isə imperiyanı öz müstəmləkəsinə çevirmək istəyirdilər.

1876-cı ildə Midhəd paşanınn rəhbərlik etdiyi liberal görüşlü dairələrin təkidi ilə sultan II Əbdulhəmid konstitusiyanı imzaladı,lakin bir müddət sonra bundan imtina edildi,30 il müddətində konstitusiyanın heç bir maddəsinə əməl olunmadı.Bu qanun həmçinin feodal-klerikal dairələr tərəfindən düşmənçiliklə qarşılandı.Bu Türkiyə tarixində ilk konstitusiyadır.Konstitusiyaya əsasən icra hakimiyyəti sultana aid idi,qanunverici hakimiyyət iki palatalı parlamentə məxsus idi,parlamentin yuxarı palatasını sultan təyin edirdi.Konstitusiya fərdə dəyər verilir,insanlarin bərabərliyi,mətbuat,vicdan,söz azadlığı elan olunurdu.Lakin bir çox mütərəqqi müddəaların olması bəzi maddələrlə heçə endirilir,son söz haqqı yenə sultana verilirdi.1876-1877-ci illər Rus Osmanlı müharibəsini bəhanə edən Əbdülhəmid Məclisi dağıtdı.Bütün bunlara baxmayaraq bu proseslər Türkiyədə burjuaziyanın,mütərəqqi dairələrin inkişafını sürətləndirdi.Daha sonrakı hadisələrə zəmin hazırladı.XIX əsrin 90-cı illərindən etibarən Gənc türklər hərəkatı gücləndi.Onlar sultana düşmən olan digər dairələrlə birləşdi.1889-cu ildə İstanbuldakı hərbi tibb məktəbinin bir qrup kursantı “İttihad və tərəqqi”adlı gizli cəmiyyət yaratdılar.Bu türk burjua-demokratik hərəkatının rəsmi şəkildə başlanması demək idi.Bu cəmiyyətin üzvləri və onun tərəfdarları Gənc türklər adlanırdı.1908-ci ildə Gənc türklər inqilab edərək hakimiyətə gəldilər və Türkiyəni konstitusiyalı monarxiya elan etdilər.Sultan Əbdülhəmid 1908-ci ilin iyulun 23-də 1876-cı il konstitusiyasının bərpa edilməsini və tezliklə parlament seçkilərinin keçirilicəyini elan etdi.Lakin Gənc türklər öz vədlərinə əməl etmədilər,ölkədə vəziyyət getdikcə ağırlaşırdı,nəticədə Gənc türklər 1918-ci ildə hakimiyyətdən getmişdilər.1909-cu ildə sultan II Əbdülhəmid dövlət çevrilişi etməkdə günahlandırıldı və hakimiyyətdən uzaqlaşdırıldı.Yeni konstitusiya qəbul olunmuşdu,sultanın səlahiyyətləri xeyli məhdudlaşdırılmışdı,parlamentin üstünluyünə söykənən yeni sitem qurulmuşdu.Dövlət yenə teokratik dövlət idi,parlament qarşısında hökümətin səlahiyyəti genişlənmişdi.1876-də olmayan yeni müddəalar:azad toplaşmaq və təşkilat yaratmaq hüquqları təsbit olunmuşdu.Məhz bu konstitusiyadan sonra Osmanlıda əvvəllər gizli təşkilat kimi fəliiyət göstərən bir sıra partiyalar ortaya çıxdı.Lakin bu konstitusiyada tam demokratik konstitusiya deyildi,bəzi köhnə normaları dəyişməklə köhnə sistem saxlanılmışdı,əslində inqilab yuxarı dairələrin inqilabı idi.1911-1912-ci illər Trablis,1912-1913-cü illər Balkan müharibəsi və daha sonra Birinci Dünya Müharibəsində məğlub olan Osmanlı imperatorluğu süqüt etdi.

XIX əsrin II yarısından etibarən Türkiyədə bir sıra fikir axımları yarandı,bunları hətta dövlət doktrinası kimi adlandıranlar da olmuşdu,bu həmin fikirlərin dövlətin birlik və bütünlüyünü qorumaq və saxlamağa yönəlmiş olmasından irəli gəlirdi.Bunlara aiddir:Osmanlıçılıq,İslamçılıq,Qərbçilik və Türkçülük.Osmanlıçılıq Gənc türklərin irəli atdığı bir ideya,fikir idi.Onlar bildirirdilər ki ölkənin bütövlüyünü qorumaq üçün ölkə ərazisindəki bütün millətləri Osmanlılıq fikri ətrafında birləşdirmək lazımdır.Bunun üşün din,irq və dil fərqi qoymadan hamiya bərabər hüquqlar verilməlidir.Bunun üçün iki əsas addım atıldı:Məclisin açılması və Konstitusiyanın verilməsi.Konstitusiyanın elanı ilə hüquqi,məclisin açılması ilə isə siyasi bərabərliyə nail olundu.Bu hərəkata ilk zərbə 1877-1878 ci illər Rus-Türk müharibəsindən sonra vuruldu.Balkanlardakı Osmanlı tabeçiliyində yaşayan xristian xalqların müsəlmanlara pis davranması,Rusların yunan və erməniləri qızışdırması Müsəlman xalqda xristianlara qarşı narazlıq doğurdu.Həmçinin Əbdülhəmidin konstitusiyaya əməl etməməsi və Balkan müharibəsi nəticəsində bu ideologiya xeyli zəiflədi.Milliyyətçiliyin gücləndiyi illərdə tamamən ortadan çıxdı.Ademi-Mərkəziyyətçilik:bu fikir də Osmançılıqdan çox fərqlənmirdi,Şəhzadə Səbahəttinin onun müəllifi idi.Hökümətin səlahiyyətlərinin azaldılması və sultan hakimiyyətinin gücləndirilməsi nəzərdə tutulurdu.İslamcılıq:1877-1878-ci illər Rusiya ilə müharibədən sonra geniş yayılmışdı.Bu doktrinada bildirilirdi ki cəmiyyətin təməl dindir.Din ilə millət birdir.Osmanlının geriliyinin səbəbinin dindən uzaqlaşmaq olması göstərilirdi.Bütün müsəlmanların xəlifənin ətrafında birləşməsi fikri irəli sürülürdü.XIX əsrin sonunda bu ideologiya dövlətin rəsmi siyasəti səviyyəsinə yüksəlmişdi.Türkçülük bir mədəniyyət hərəkatı olaraq başladı.II konstitusiyadan sonra,digər ideologiyaların zəifləməsindən sonra xeyli gücləndi,bu işdə Rusiya işğalı altında olan türk dövlətlərindən qaçıb gələnlər də böyük rol oynadılar.Türkçülərə görə dövlət dil,din söykökü olduğu və qorunduğu təqdirdə mövcüd ola bilər.Qərbçilik:kökləri tənzimat və hətta ondan əvvəlki dövlərə gedib çıxır.Bu fikrin tərəfdarları dövlətin ancaq qərbləşərək ağır vəziyyətdən qurtula biləcəyini bildiridilər.Ancaq siyasi deyil həm də sosial,hüquqi və iqtisadiyyat sahələrində də islahatların keçirilməsini tələb edirdilər və buna görə də konstitusiyanı yetərli saymırdılar.İlk əvvəl hərbdə başlayan qərbləşmə daha sonra digər sahələrə də nüfüz etdi.

XIX əsrin sonu XX əsrin əvvəllərində Osamnlı dövləti geniş ərazilər əhatə edən nəhəng imperiya idi.Dövlətin başında sultan durudu.Konsitusiya qəbul olunmasına baxmayaraq ona əməl olunmadı və bu səbədən bu dövrdə ölkənin mütləq monarxiya olduğunu söyləmək olar.Sultan ali qanunverici olmaqla baş hərbi rəis və al hakim sayılırdı.Sultanadn sonra ikinci şəxs onun əsas köməkçisi olan bir sıra mühüm idarəçilik işlərini həyata keçirən baş vəzir idi.Baş vəairdən başqa müxtəlif işlərə baxan bir sıra digər vəzirlər də var idi.Teokratik dövlət olan Osmanlı imperiyasında dinlə bağlı işlərlə məşğul olan Baş müfti də idarəçilikdə mühüm rol oynayırdı.Mərkəzi idarəçiliyin mühüm orqanı kimi divan və ya dövlət şurası fəaliyyət göstərirdi.Onun yığıncağını baş vəzir çağırır və iclaslarına sədrlik edirdi.Ölkə bir sıra əyalətlərə bölünmüşdü.İmperiyanın məhəkmə sistemi ərazi prinsipi üzrə və müsəlman ənənələri əsaında qurulmuşdu.Sultan imperiyanın ali hakimi idi.O ədalət mühakiməsini ya bilavasitə özü,ya da divan vasitəsi ilə həyata keçirirdi.Dövlətin ayrı-ayrı hissələrində üç ali hərbi hakim fəliyyət göstərirdi.Məhkəmə sisteminin başında qazilər qazisi durudu və o yerli qazilərə rəhbərlik edirdi.Qazilər və naiblər də hakim idi.Türk ordusu əvvəlki qüdrətini itirmişdi.Müharibələrdə ağır məğlubiyyətlərə düçar olurdu,Sultan III Səlim hərbi sahədə islahatlar keçirsə də istənilən nəticə əldə olunmadı.İctimai quruluş - feodal dairələri cəmiyyətin üstün təbəqələri idi.Sultan hakimiyyətinin dayaqları məhz bu dairələr idi.Din xadimlərinin yuxarı təbəqələri də imtiyazlı təbəqələrdən sayılırdı.Kəndlilər əhalinin ən istismar olunan təbəqəsi olaraq qalmaqda idi.Fəhlə sinifi və burjuaziya yeni-yeni formalaşırdı.Xariclə sıx əlaqədə fəaliyyət göstərən komprador burjuaziya XX əsrin əvvələrindən ölkənin iqtisadi həyatında mühüm rol oynamağa başladı.

XX əsrin əvvələrində Osmanlı dövlətinin rəhbərlərinin təslimçi siyasəti türk xalqının haqlı narazlığına səbə olmuşdu və milli azadlıq hərəkatının başlanmasına səbəb olmuşdu.Türkiyənin ağır vəziyyətdə olması xarici dövlətlər üçün də yaxşı fürsət idi.Antanta dövlətləri Türkiyəni parçalamaq və öz aralarında bölmək istəyirdilər.Birinci Dünya Müharibəsinə Almaniya tərəfdən qatılan Türkiyə məğlub oldu.Şərq cəbhəsində 1915-ci ilin əvvələrində Sarıqamış əməliyyatında Türklər Ruslara çox ağır məğlub oldular.Ən əsas müttəfiqi Almaniyanın ard-ardına məğlub olması Osmanlıları çıxılmaz vəziyyətdə qoymuşdu və türklər 1918-ci ilin oktyabrında təslim oldular.Mudros müqaviləsi bağlandı.Sazişə əsasən Türkiyə boğazları açmalı(1-ci maddə),bütün silah və sürsatını müttəfiqlərə təhvil verməli idi.14-cü maddəyə əsasən türk ordusu Bakını tərk etməli idi.Bu saziş ümumiyyətlə Türk dövlətinin varlığını təhlükə altına alırdı.Atatürk bu müqavilə haqqında bildiridi ki”osmanlı hökuməti bu müqavilə ilə özünü qeyd şərtsiz düşmənə təslim edir,əgər bu müqavilə olduğu kimi tətbiq olunsa bütün Türkiyə işğal və istilaya məruz qalacaqdır”.Birinci Dünya Müharibəsindən sonra ölkənin iqtisadiyyatı iflic vəziyyətinə düşmüşdü,kənd təsərüfatı daha ağır zərbə almışdı.Nəticədə kənddə təbəqələşmə prosesi sürətlənmişdi.Torpaqları əllərindən çıxmış kəndlilərin böyük bir hissəsi muzdurlara çevrilmiş,mülkədar və qolçomaqların sayı artmışdı.Anadolunun mülkədar və qolçomaqları orduya kənd təsərüfatı məhsulları satmaqla xeyli varlanmışdılar.Ölkənin onsuz da zəif olan sənayesi də ağır vəziyyətə düşmüşdü.İxracatla əlaqadər olan sənaye sahələri satış bazarlarının əldən çıxması üzündən məhsul istehsalını xeyli azaltmışdı.Bundan istifadə edən milli burjuaziya dirçəlməyə və möhkəmlənməyə başlamışdı.Müharibənin ağırlığı bütövlükdə əhalinin aşağı təbəqələrinin üzərinə düşmüşdü.Ölkənin daxili bazarında ərzaq və sənaye mallarının qiyməti 15-20 dəfə artmışdı.Birinci Dünya müharibəsinin Osmanlı imperiyası üçün törətdiyi ağır nəticələrdən bir də onun maliyyə vəziyyətinin bərbad hala düşməsi idi.1918-ci ilin avqustu üçün ölkənin xarici borclarının miqdarı 2,2 milyard dollara çatmışdı.Müharibənin Osmanlı imperiyası üçün hərbi-siyasi nəticələri daha ağır olmuşdu.Ölkənin tamamilə işğalı təhlükəsi var idi.Antanta dövlətləri Türkiyəni tamamilə ləğv etmək niyyətindı idilər.1919-cu ilin aprel ayına qədər ingilis qoşunları Anadolunun cənub şərq hissəsini-Kilikiyanı,Fransızlarla birlikdə isə Şərqi Frakiya və Qara Dəniz boğazları zonasını işğal etdilər.Yunanıstan Qərbi Anadoluya qoşun çıxararaq mayın 15-də İzmiri ələ keçirdi.Yunanlar işğal etdikləri ərazilərdə vəhşiliklər törədir,dinc əhalini incidir,kəndləri,evləri dağıdır və yandırırdılar.Osmanlı sultanı VI Mehmet Vahidəddin isə ölkənin başı üzərini almış labüd fəlakətə qarşı heç bir təsirli tədbir görmürdü.

Məhz belə çətin bir şəraitdə Osmanlı ordusunda xidmət edən Musatafa Kamal “Kamalçılar hərəkatı” adlı milli-azadlıq hərəkatına rəhbərlik etməyə başlayır.Bu dövrdə ölkədə həmçinin müxtəlif cəmiyyətlər də yaranmağa başlayır.Bunları əsasən iki qrupa zərərli və millətçi təşkilatlara ayırmaq olar.Zərərli təşkilatlar milli hisslərə tamamilə qarşı,Osmanlı və Xilafətçi görüşlü insanlar idi.Bu dövrdə bir sıra milli cəmiyyətlər də quruldu,onlar ümumi adla Hüquq Müdafiə cəmiyyətləri adlanırdı.Artıq türklər bir millət kimi fəaliyyət göstərir,öz haqlarını tələb edirdi.Mustafa Kamal paşa Mudros sülhü bağlanan ərəfədə Suriya Cəbhəsində Hələbin şimalında bir qrupun komandiri idi və daim ətrafndakı insanlara işğalçılarla mübarizə aparmaq lazım olduğunu bildiridi.Mustafa Kamal Atatürk 1881–ci ildə Salonikidə anadan olmuşdur.Atası Əli Rza Əfəndi,anası Zibeydə xanımdır.Mustafa hərbi rüşdiyyə məktəbində oxuyarkən müəllimi Yüzbaşı Mustafa Əfəndi gənc şagirdinin qabiliyyəti və zəkası qarşısında onu digər mustafalardan fərqləndirmək üçün adının sonuna “Kamal” sözünü əlavə etmişdi.İstanbulda hərbi məktəb və akademiyanı Mustafa Kamal qərargah kapitanı rütbəsi ilə başa vurmuşdu.Gənc yaşlarından ölkə və hərbi məsələrə maraq göstərir və cəsaritli çıxışlarına görə hətta həbs olunmuş və sürgün kimi 1905-ci ildə Şama göndərilmişdi.1906-cı ildə bir sıra dostu ilə burda gizli “Vətən və azadlıq cəmiyyəti”ni qurmuşdular.Daha sonralar isə İttihad və tərəqqi cəmiyyətinin sıralarına qoşulmuşdu.Birinci Dünya Müharibəsi başlandıqdan sonra Mustafa Kamal öz istəyi ilə cəbhəyə göndərilmiş,Tekirdağda təşkil olunan 19-cu diviziyaya komandir təyin olundu.1915-ci ilin yaz və yay aylarında Çanakkala müharibəsində türklər görünməmiş şücaət göstərdilər.Atatürk bu qanlı cəbhələrdə bilavasitə vuruşmuş,atəş xəttindən əmrlər vermiş və belə hərəkətləri ilə tabeliyində olan zabit və əsgərlər üçün tükənməz cəsarət mənbəyi olmuşdu.Daha sonralar bir sıra digər cəbhələrə də göndərilmişdi.Mudros müqaviləsindən sonra Türkiyənin vəziyyəti çox ağır idi.Atatürk bir müddət siyasi yolla vəziyyətdən çıxış yolları atarmağa başladı,Əhməd İzzət paşa ilə bir şeylər edə biləcəyinə ümid etdi və onun hökümətində nazir olmayı düşündü.Lakin bu cəhd uğursuz olmuşdu.Yeganə cıxış yolu yeni müstəqil Türkiyə dövləti idi.

Bu dövrdə vəziyyətdən çıxış üçün bir sıra ideyalar irəli atılmışdı.Həmçinin ölkə daxilindəki milli azlıqlar da fəallaşmış və vəziyyəti daha da ağırlaşdırırdılar.1919-cu ildə Atatürk bütün ölkədə dağınıq olan Hüquq müdafiə cəmiyyətlərini bir araya toplamağa nail oldu,iyul-sentyabr aylarında Balıkəsir,Ərzurum və Sivasda konfranslar keçirildi.Ərzurum konfransında rəhbər mərkəz Nümayəndələr komitəsi təşkil olundu.Mustafa Kamal paşa komitənin sədri seçildi.Daha sonra komitənin üzvləri Sivasa gəldi və burada bütün Türkiyəni təmsil edən böyük Milli Ümumtürk konqresi toplandı.Bu konqresdə seçilən Nünayəndələr komitəsinin (Heyəti təmsilliyə) tərkibində artıq Anadolunun demək olar ki bütün vilayətləri təmsil olunurdu.Konqres “milli hüdudlar içində olan Vətən torpağı bütövdür!”şüarı altında millətin hər cür işğal və müdaxilədən özünü qorumasını,milli ordunun fəaliyyətə gətirərək milli iradəyə tabe olumasını qərar aldı.Ərzurum və Sivas konqresləri seçdiyi 15 nəfərlik Nümayəndələr komitəsi Osmanlı deputatları Məclisi açılanadək özünü ölkə müqəddaratı üçün yeganə səlahiyyətli orqan elan etdi.1919-cu ilin axırlarında Nümayəndələr komitəsinin tələbi ilə sultan yenidən Məclisi çağırmağa məcbur oldu.Seçkilərdə millət vəkili seçilən Mustafa Kamal İstanbula getməkdən imtina edərək dekabrın 27-də Ankaraya gəldi.Məclis 1920-ci ilin yanvarında İstanbulda işə başladı.İşğal rejmi şəritində lazımınca fəaliyyət göstərə bilməsə də,Məclis yanvarın 28-də Milli And(misaqi milli)qəbul etdi.Bu sənəd Mudros barışığı bağlanan andan etibarən Türkiyənən malik olduğu sərhədlər daxilində istiqlaliyyəti və ərazi bütövlüyünü elan edirdi.İstanbul,Mərmərə dənizinin və xəlifəliyin qorunacağı bildirildi.Qars,Ərdahan və Batumda lazım gələrsə səsvermə keçiriləcəyi bildirildi.Bu bölgələrin əhalisinin müsəlman olduğu üçün referenduma ehtiyac görülməmişdi.Ərəblərin çox olduğu yerlərdə referendumlar keciriləcəkdi.Qərbi Trakyanın statusu xalq səsverməsi ilə müəyyn edilməli idi.Milli azlıqlara türklərlə bərabər hüquqlar veriləcyi elan olundu.Bu akt son Osmanlı Məclisinin qəbul etdiyi ən mühüm akt idi.Kapitulyasiyalara ilk ciddi etiraz göstərilmişdi.Milli mübarizənin məqsədi qəti olaraq göstərilmiş.Məclis Ərzurum və Sivas konqreslərinin qərarlarını təsdiqlədi və beləlilkə də azadlıq hərəkatına dəstək verdiyini göstərdi.

Milli Andın qəbul edilməsi işğalçıları ciddi təşvişə saldı.Martın 16-da müttəfiq qoşunları İstanbulda hərbi vəziyyət elan etdilər,mühüm hökümət binaları,kazarmalar,poçt,teleqraf,hərbi anbarlar və s. tutuldu,deputatlar palatası qovuldu,bir çox deputatlar həbs olundu.Beləliklə Osmanlı parlamentarizminə son qoyuldu.Salih Paşa höküməti yıxıldı və Fərid paşa höküməti quruldu.Həmçinin Kamal paşanın Ankarada yeni Məclis qurmasına şərait yarandı.Bu artıq əsl işğal demək idi.Bu hadisə xalqın qəzəbini coşdurdu.Bütün ölkəni “Rədd olsun işğalçılar!” şüarı ilə mitinq və nümayişlər dalğası bürüdü.Nümayəndələr komitəsi öz üzərinə müvvəqəti hökümət funksiyalarını götürərək Ankarada yeni məclisin çağırıldığını elan etdi.Aprelin 23-də ölkənin hər yerindən gələn millət təmsilçilərinin iştirakı ilə Ankarada Türkiyə Böyük Millət Məclisi(TBMM) açıldı.Mustafa Kamal paşa yekdilliklə TBMM-nin sədri seçildi.Bu orqan xalqın adından çıxış etməli idi.Bu Türkiyə tarixində yeni dövr idi,1876-cı ildən başlayan demokratikləşmə prosesi çərçivəsində II konstitusiyada ilə ilk dəfə xalqın idarəçilikdə iştirakı göstərilmişdi,bu məclisin çağırılması ilə isə hakimiyyətin tamamən xalqa keçdiyini göstərirdi.TBMM-də İstanbuldan gələn 90-na yaxın deputatdan əlavə 125 dövlət məmuru,53 əsgər,53 din adamı və digər təbəqədən şəxslər var idi.Bu Türkiyə respublikasının yaranmasında ilk mərhələ idi.İstanbul höküməti ilə işbirliyi edilə bilməzdi ona görə də məclis öz içərisindən Kamal paşanın rəhbərliyi ilə hökümət qurdu.Əslində qanunverici və icraedici hakimiyyət Məclisin ixtiyarına verilmişdi.Anadoluda isə hərbi siyasi vəziyyət çox gərgin və dolaşıq idi.İşğalçılara arxalanan sultan höküməti milli azadlıq hərəkatını boğmağa çalışırdı.TBMM hökümətinə qarşı qiyamlar təşkil edildi.İstanbul hərbi məhkəməsi Mustafa Kamal barədə edam hökmü çıxartdı,sultan isə hökmü təsdiqlədi.

TBMM hökümətinin müvvəqqəti yox daimi olması üçün konstitusiyaya ehtiyacı var idi.Məclis elan olunduğu gündən hakimiyyətin mənbəyinin xalq olduğunu bildirmişdi.TBMM üzvlərinin yeganə məqsədi millətin süverenliyini təmin etmək idi.İlk konstitusiya fövqəladə halın təsiri ilə qısa,yığcam hazırlanmışdı.Dövətin təməl əsasları göstərilmişdi.1921-ci il yanvar ayının 20-də Təşkilati Əsasiyə qəbul olundu.Maddələri:1.Hakimiyyətin mənbəyi xalqdır.(ilk dəfə millət dövlət idarəçiliyində söz və qərar hüququ əldə etdi)2.İdarəçilik xalqın öz müqqədəratını bilavasitə idarəsinə əsaslanır.3.Qanunvericilik,icra və məhkəmə hakimiyyəti Türkiyə Böyük Millət Məclisinə məxsusdur.4.Türkiyə dövləti TBMM tərəfindən idarə olunur və höküməti “TBMM höküməti” adlanır.5.TBMM vilayətlərdən seçilən nümayəndələrdən təşkil olunmuşdur.6.TBMM-ə seçkilər iki ildən bir keçirilir.7.TBMM höküməti seçdiyi vəkillərlə (nazirlərlə) idarə olunur.8.TBMM-nin sədri İcra vəkilləri heyətinin (nazirlər şurasının) də sədridir.9.İcra Vəkillər heyəti özlərindən birini sədr seçirlər.Sössüz ki bu aktda bir çox çatışmazlıqlar var idi.İlk növbədə heç bir hüquq və azadlıqdan danışılmırdı.Məhkəmə sahəsinə demək olar ki toxunulmamışdı.Bu sössüz ki unudulmuş və ya səhv deyildi,sadəcə olaraq şəraitdən irəli gəlirdi.Respublikanın elanından sonra qəbul olunan konstitusiyada bütün bu səhvlər düzəldilmişdi.Bu konstitusiya Məclisin daha çevik fəaliyət göstərməsinə imkan yaradırdı.Bu dövrdə ölkədə TBMM-ə qarşı bir sıra üsyanlar da olmuşdu.Bu üsyanların bir çoxu xaricilər tərəfindən,həmçinin milli azlıqlar tərəfindən və Atatürkə qarşı olan digər qüvvələr tərəfindən hazırlanmışdı.TBMM bunları yatırmağa nail oldu.Nəticədə azadlıq hərəkatı və xaricilər üzərində qələbə bir neçə il uzandı,həmçinin düşmənin işğallarının genişləndirməsinə və qardaş qanının axıdılmasına səbəb oldu.Lakin partizan hərəkatı davam etdirilir və bir çox şəhərlər azad edilmişdi.1920-ci ildə müttəfiqlər azadlıq hərəkatına qarşı yunan ordusunu yeritdilər.1920-ci ildə avqust ayının 10-da Sultan Sevr müqaviləsini imzalamağa məcbur oldu.Osmanlı ərazisi İngiltərə,Fransa,İtaliya və Yunanıstan arasında bölüşdürüldü.Əslində Türkiyənin faktiki varlığına son qoyuldu.Nəhəng Osmnalı imperiyasının ərazisi indi cox kiçik bir ərazini əhatə edirdi.İstanbul höküməti tamam yox olmaqdansa kiçik bir ərazidə də olsa fəaliyyət götərməyi üstün tutmuşdu.TBMM müqaviləni tanımaqdan imtina etdi.Xalqın və vətənin mənafeyini satmış Sultan höküməti qanundan kənar elan olundu.Belə olan halda sultan Sevr müqaviləsini təsdiqləməyə cəsarət etmədi.”Antanta” növbəti aventuraya əl atdı.Daşnaq Ermənistanı Türkiyəyə müharibə elan etdi və Qars,Oltun,Sarıqamış işğal olundu.Lakin vəziyyətə nəzarət edən Mustafa Kamal höküməti qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirdi.Kazım Qarabəkir paşanın komandanlığı ilə türk qoşunları sentyabrın 28-də hücuma başladılar.Ertəsi gün Sarıqamış,az sonra isə Qars işğalçılardan azad olundu.Daşnaq Ermənistanı təslim edildi və Gümrüdə sülh müqaviləsi imzalamağa məcbur edildi.Gürcüstanın əlində olan Ərdahan və Artvin vilayətləri də geri qaytarıldı.Bu qələbələr Kamal hökümətini ciddi hərbi siyasi qüvvə olduğunu sübut etdi.Müdafiə naziri və Baş qərargah rəisi İsmət paşanın səyi ilə güclü ordu yaradılmasına başlanıldı.

1921-ci ilin yanvar ayında İnönü kəndi ətrafında baş vermiş uğurlu döyüş nəticəsində yunanların qərb cəbhəsində sürətli irəliləyişi dayandırıldı.Döyüşün komandanı İsmət paşaya bu qələbəyə görə “İnönü” ləqəbi verildi.Bu döyüş Türkiyə milli azdlıq hərəkatında dönüş nöqtəsi oldu.İngilislərdən kömək almış yunanlar yeni hücümlara hazılaşır,İnönü məğlubiyyətinin əvəzini çıxmaq istəyirdilər.1921-ci il martın axırında hücuma keçən yunan qoşunları yenə də İnönü kəndi yaxınlığında məğlub edildilər.Bu döyüş tarixdə ikinci İnönü döyüşü adlanır.Yunan qoşunları ingillislərin təhriki ilə yenidən Sakarya istiqamətində hücüma keçdilər.Türk qoşunları sentyabrın 13-də Sakarya meydan vuruşmasında parlaq qələbə qazandılar.TBMM bu qələbəyə görə Mustafa Kamal paşaya müşir rütbəsi və “Qazi” adını verdi.Sakarya zəfəri xalqla ordunun birliyini möhkəmlətdi.Fransa və İtaliya Türkiyə ilə müharibəni davam etdirməyin mənasız olduğunu dərk edərək qoşunlarını Anadoludan çıxartdılar.Sakaryada məğlub olmuş yunan qoşunları Afyon-Qarahisar xəttinə çəkilərək müdafiəyə keçdilər və öz mövqelərini möhkəmləndirməyə başladılar.Yunanlar TBMM hökümətinin çətinliklərini nəzər alaraq,türklərin hücüm edəcəyini mümkün hesab etmirdilər.Buna görə də,onlar sülh təklifi irəli sürmür,işğal etdikləri torpaqları əldə saxlayaraq vaxt qazanmaq istəyirdilər.TBMM-də son dərəcə gizli aparılan hazırlıq işləri başa çatdı.1922-ci il avqustun 26-da Qocatəpədən böyük türk hucumu başladı.Az vaxt ərzində Afyon-Qarahisar xətti yarıldı,200 minlik yunan ordusu mühasirəyə düşdü.Afyon alındı.Dumlıpınar döyüşü yunanlar üçün tam bir faciə ilə nəticələndi.Türk qoşunları yunanları Aralıq dənizinə sıxışdırdılar.Anadolunun yunan qoşununda təmizləyən türk ordusu sentyabrın 9-da İzmiri azad etdi.Oktyabrın 11-də “Antanta” dövlətləri və Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar.Müqaviləyə görə Türkiyə ilə Yunanıstan arasındakı müharibəyə son qoyuldu,Sərqi Frakiyadan 15 gün müddətində Yunan qoşunları çıxmalı idi,boşaldılan Frakiya 30 gün içində TBMM-ə təslim edilməliydi,İstanbul və Boğazların idarəsi TBMM-yə verilməl idi.Bu sülh ilə müharibə başa çatmış siyasi mübarizə başlamışdı.Milli And böyük ölçüdə reallaşmışdı.İstanbulun idarəçiliyinin TBMM-yə keçməsi ilə İstanbul hökümətinə son qoyuldu.Bu müqavilədən sonra İngiltərədə Llyod Corc höküməti istefaya getdi. Noyabrın 1-də TBMM sultan səltənətini ləğv etdi.Səltənətin düşmənlə işbirliyi və TBMM-nin yeni dövlət qurması,ümumiyyətlə hakimiyyətin xalqa mənsub olmasının elan olunmasından sonra onun qalması məntiqsizlik olardı.Sultan Vahiddəddin noyabrın 17-də Maltaya qaçdı.
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə